248
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
182.3. Eyni əməllər:
182.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
182.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;
182.3.3. zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə;
182.3.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox
məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
M a d d ə 1 8 3 . Xüsusi dəyəri olan əşyaları talama
183.1. Xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları və ya sənədləri üsulundan
asılı olmayaraq talama—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
183.2. Eyni əməllər:
183.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
183.2.2. təkrar törədildikdə;
183.2.3. bu Məcəllənin 183.1-ci maddəsində göstərilən əşyaların və ya sənədlərin məhv
olmasına, korlanmasına və ya dağıdılmasına səbəb olduqda—
əmlakı müsadirə olunmaqla səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
M a d d ə 1 8 4 . Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurma
184.1. Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə mülkiyyətçinin və ya sair sahibin
əmlakına talama əlamətləri olmadan ziyan vurma—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz
səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
249
184.2. Eyni əməllər:
184.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
184.2.2. təkrar törədildikdə;
184.2.3. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
250
184.3. Eyni əməllər:
184.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
184.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;
184.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə, yaxud aldatma və ya etibardan
sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurmağa görə iki dəfə və ya daha çox məhkum edilmiş
şəxs tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
M a d d ə 1 8 5 . Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa
nəqliyyat vasitəsi ələ keçirmə
185.1. Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ
keçirmə (qaçırma)—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
185.2. Eyni əməllər:
185.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
185.2.2. təkrar törədildikdə;
185.2.3. həyat üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi
ilə törədildikdə;
185.2.4. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
185.3. Bu Məcəllənin 185.1 və ya 185.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
185.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
185.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə;
185.3.3. həyat üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə
törədildikdə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 8 6 . Əmlakı qəsdən məhv etmə və ya zədələmə
186.1. Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli
miqdarda ziyan vurmaqla törədildikdə—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
251
186.2. Eyni əməllər:
186.2.1. zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə;
186.2.2. yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya
ağır nəticələrə səbəb olduqda—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 8 7 . Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə
187.1. Özgənin əmlakını ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə
xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz
səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
252
187.2. Eyni əməllər odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma
üzündən baş verdikdə və ya külli miqdarda ziyan vurmaqla törədildikdə—
min manatdan iki min manatadək miqdarda cərimə və ya altı ayadək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
253
187.3. Bu Məcəllənin 187.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb
olduqda—
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd. Bu Məcəllənin 187.1—187.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət
nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.
M a d d ə 1 8 8 . Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma
254
188.1. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini
özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına
tutma –
səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
188.2. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi
üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma -
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
188.3. Bu Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı
təyinatlı torpaqlara münasibətdə törədildikdə -
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
188.4. Bu Məcəllənin 188.1-188.3-cü maddələrində nəzərdə tutulmuş əməllər:
188.4.1. təkrar törədildikdə;
188.4.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 8 9 . Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma
189.1. Abonentə məxsus telefon nömrəsinə aid olan rabitə xəttinə qanunsuz daxil olmaqla
danışıqlar aparma, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə —
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz
saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
255
189.2. Eyni hərəkətlər zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurduqda—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə
cəzalandırılır.
256
189-1. Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması
257
189-1.1. Təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla
bu resursların talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə -
258
min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah
işləri ilə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.
259
189-1.2. Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə -
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
260
189-1.3. Təbii qaz, su, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsi
olmayan səlahiyyətli nümayəndəsinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində
xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi səbəbindən
bu Məcəllənin 189-1.1-189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısının
alınmaması –
261
üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
262
189-1.4. Təbii qaz, su, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsi
olmayan səlahiyyətli nümayəndəsinin xidməti mövqedən sui-istifadə etməklə tamah və ya sair
şəxsi marağı üzündən bu Məcəllənin 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş
əməllərin qarşısını almaması -
dörd min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
263
Qeyd:
Bu Məcəllənin 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət
nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.
24-cü fəsil
İQTİSADİ FƏALİYYƏT SAHƏSİNDƏ OLAN CİNAYƏTLƏR
M a d d ə 1 9 0 . Qanuni sahibkarlıq fəaliyyətinə mane olma
190.1. Fərdi sahibkarın və ya kommersiya təşkilatının qeydiyyatından qanunsuz olaraq
imtina etmə və ya onların qeydiyyatından boyun qaçırma, müəyyən fəaliyyət növünü həyata
keçirmək üçün xüsusi razılığın (lisenziyanın) verilməsindən qanunsuz olaraq imtina etmə və ya
onun verilməsindən boyun qaçırma, təşkilati-hüquqi və ya mülkiyyət formasından asılı
olmayaraq fərdi sahibkarın və ya kommersiya təşkilatının hüquqlarını və ya qanuni maraqlarını
məhdudlaşdırma, habelə fərdi sahibkarın və ya kommersiya təşkilatının müstəqilliyini
qanunsuz məhdudlaşdırma və ya onların fəaliyyətinə başqa cür qanunsuz müdaxilə etmə, bu
əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə törədildikdə—
beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə
cəzalandırılır.
264
190.2. Eyni əməllər qanuni qüvvəyə minmiş məhkəmə qərarını pozmaqla və ya külli
miqdarda ziyan vurmaqla törədildikdə—
min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki
ilədək müddətə islah işləri ilə cəzalandırılır.
265
Qeyd: Bu Məcəllənin 190, 192, 192-1, 193, 194-198,
200-2,
202-205, 205-2, 210-212-ci maddələrində «xeyli miqdar»
dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, «külli miqdar» dedikdə isə yeddi min manatdan artıq
olan məbləğ başa düşülür.
266
M a d d ə 1 9 1 . Torpaqla əlaqədar qanunsuz əqdlərin qeydiyyatı
Vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə tamah məqsədilə və ya
sair şəxsi niyyətlə torpaqla əlaqədar bilə-bilə qanunsuz əqdləri qeydiyyata alma, Dövlət torpaq
kadastrının uçot məlumatlarını təhrif etmə, habelə torpaq haqqının miqdarını qəsdən azaltma—
beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah
işləri ilə cəzalandırılır.
267
M a d d ə 1 9 2 . Qanunsuz sahibkarlıq
192.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət
qeydiyyatına alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq
(lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə
olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən
sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda
ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə—
268
cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
269
192.2. Eyni əməllər:
192.2.1. külli miqdarda ziyan vurduqda;
270
192.2.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə;
192.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə—
cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya bir
ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 192–1. Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya
keçirilməsi
271
192-1.1. Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan
şəxs tərəfindən təşkili və ya keçirilməsi vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda
ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə -
cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və
ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
192-1.2. Qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc
oyunlarının təşkili və ya keçirilməsi vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda
ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə -
cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və
ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
192-1.3. Bu Məcəllənin 192-1.1 və ya 192-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
192-1.3.1. təkrar törədildikdə;
192-1.3.2. külli miqdarda ziyan vurduqda və ya külli miqdarda gəlir əldə etməklə
törədildikdə;
192-1.3.3. mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən
törədildikdə -
cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və
ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 9 3 . Yalançı sahibkarlıq
193.1. Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak
mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq
fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə və ya digər hüquqi şəxsin yaradılması
xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə
—
272
cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
273
193.2. Eyni əməllər:
193.2.1. külli miqdarda ziyan vurduqda;
193.2.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə;
193.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə —
274
cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və
ya bir ildən müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
275
Maddə 193-1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı
leqallaşdırma
276
193-1.1.
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma,
yəni:
193-1.1.1. cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın əldə
edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması
üçün ona kömək etmək məqsədilə belə pul vəsaitlərinin və ya digər əmlakın konversiyası və ya
köçürülməsi, yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən və ya
digər əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata
keçirilməsi;
193-1.1.2. cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın həqiqi
xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə
pul vəsaitləri və ya digər əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasımn ört-
basdır edilməsi və ya gizlədilməsi
– iki min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə , əmlakı müsadirə olunmaqla iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
277
193-1.2. Eyni əməllər:
193-1.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
193-1.2.2. təkrar törədildikdə;
193-1.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə , əmlakı müsadirə olunmaqla beş ildən
səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
193-1.3. Bu məcəllənin 193-1.1 və ya 193-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
193-1.3.1. mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən
törədildikdə;
193-1.3.2. külli miqdarda törədildikdə -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə , əmlakı müsadirə olunmaqla yeddi ildən
on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu məcəllənin 193-1.3.2-ci maddəsində "külli miqdar" dedikdə qırx beş min manatdan artıq olan
məbləğ başa düşülür.
278
M a d d ə 1 9 4 . Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər
əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə
279
194.1
.
Qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə xeyli miqdarda
pul vəsaitləri və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud
onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam vermə -
min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya əmlakı müsadirə edilməklə dörd ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
280
194.1-1. Eyni əməllər xeyli miqdarda törədildikdə -
281
beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
194.2. Bu Məcəllənin 194.1 və ya 194.1-1-ci maddələrində nəzərdə tutulmuş əməllər:
282
194.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
194.2.2. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
194.2.3. əvvəllər bu cinayətə görə məhkum edilmiş şəxs tərəfindən törədildikdə;
194.2.4. külli miqdarda törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 9 5 . Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə
195.1. Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın
təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli
şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə
edilməməsi xeyli miqdarda ziyan vurduqda—
cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
283
195.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda—
cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
284
Maddə 195-1. Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə
qaydalarını pozma
285
195-1.1. Əsas və təkrar borcalan tərəfindən dövlət borcalmaları və ya dövlət zəmanəti yolu
ilə cəlb olunan vəsaitin istifadəsi və qaytarılması (istifadəçiyə şamil olunmur) haqqında
məlumatların, öz bank hesablarının vəziyyəti haqqında məlumatların qanunvericiliklə
müəyyən edilmiş qaydada vaxtında verilməməsi və ya təhrif olunmuş məlumatların verilməsi
dövlətə xeyli miqdarda ziyan vurduqda -
cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə
və ya altı ayadək
müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
286
195-1.2. Dövlət borcalmaları və ya dövlət zəmanəti verilmiş öhdəlik üzrə cəlb olunmuş
vəsaitdən təyinatı üzrə istifadə edilməməsi dövlətə xeyli miqdarda ziyan vurduqda -
üç il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə
cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə
və
ya bir ildən iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
287
195-1.3. Bu Məcəllənin 195-1.1-ci və 195-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər
dövlətə külli miqdarda ziyan vurduqda -
üç il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın dörd misli miqdarında cərimə və ya
iki ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
288
M a d d ə 1 9 6 . Kreditor borclarını ödəməkdən qəsdən yayınma
196.1. Məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən təşkilat rəhbərinin və
ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli
miqdarda ziyan vurduqda—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın iki
misli miqdarında cərimə və ya bir ilədək müddətə islah işləri və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dostları ilə paylaş: |