XO CAVƏN D
Xocavənd rayonu Ermənistanın Azərbaycana qarşı elan
olunmamış müharibəsi nəticəsində işğal edilmiş 12 rayondan
biridir. O, 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən
sonra Hadrut və Martuni rayonlarının bazasında yaradılıb.
• ♦
ümumi ərazisi 1.458 kvadratmetrdir, münaqişəyə qədər əha
lisi 9.533-ü azərbaycanlı olmaqla 41.300 nəfər idi. Xocavənd
rayonu 1992-ci il oktyabrın 2-də erməni quldurları tərəfindən
tamamilə işğal olundu. İşğal nəticəsində 191 sənaye obyekti,
59 mədəni-maarif müəssisəsi, onlarla tarixi abidə dağıdılaraq
yararsız hala salındı.
Terroru və milli zəmində münaqişə yaratmaq siyasətini öz
lərinə «mübarizə» metodu seçən erməni təşkilatlarının əli ilə
Dağlıq Qarabağda yaşayan ermənilər 1967-ci ildə 3 azərbay
canlıya böhtan atdılar ki, guya onlar gənc bir erməni qızına
qarşı nalayiq hərəkət edib, sonra isə onu amansızlıqla öldürüb
lər. Lakin istintaq zamanı azərbaycanlıların təqsirli olmadığı
aşkarlansa da, məhkəmə zalının qarşısına toplaşan ermənilər
etiraz əlaməti olaraq həmin azərbaycanlıları sovet əsgərlərinin
əlindən alaraq başlarını kəsir, sonra cəsədlərinə od vuraraq
yandırırlar. Bu dəhşətli hadisədə şəhid olan azərbaycanlıların
381
3-ü də Xocavənd rayonunun Qaradağlı kəndindən idi. Bu, ter
ror və ekstremizmə qarşı amansız mübarizə aparması ilə hə
mişə öyünən SSRİ dövrünün ən qanlı, ən faciəli terror aktı idi.
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində təkcə
Xocavənd rayonu 145 şəhid verib. Onlardan 1 3-ü qadın, 1 3-ü
uşaqdır. 123 nəfər ayrı-ayrı vaxtlarda ermənilər tərəfindən gi
rov götürülüb. Onlardan 57 nəfəri müxtəlif işgəncələrə məruz
qalaraq öldürülüb. 63 sakin aldığı yaralardan sağlamlığını iti
rərək əlil olub.
Erməni kəndlərinin əhatəsində olan Qaradağlı kəndi tarixin
müxtəlif dövrlərində ermənilər tərəfindən basqılara, təzyiqlə
rə məruz qalsa da, onun igid övladları silahı əllərindən yerə
qoymayıb düşmənə layiqli cavab verirdilər. Kənddə ilk qanlı
hadisə 24 noyabr 1990-cı ildə törədildi. Xocavənd Bağanıs-
Ayrım-Xankəndi yolunun 6-cı kilometrliyində Qaradağlı kənd
sakini Xandəmir Bəbir oğlu və onunla birlikdə iki qonaq er
məni terrorçuları tərəfindən vəhşicəsinə güllələnir, sinələrinə
süngü ilə xaç şəkli şəkilir.
46 gün sonra - 9 yanvar 1991-ci ildə həmin yerin yaxın
lığında terrorçular «UAZ» markalı maşını gülləbaran edirlər.
Nəticədə Qaradağlı kənd sakini, 4 uşaq atası, 33 yaşlı Soltan
Rəşid oğlu Bayramov həlak olur, 4 nəfər yaralanır.
1991-ci il martın 8-də terrorçular tərəfindən kənd sakinlə
ri Zülfüqar Dəmir oğlu Hüseynov və Ələkbər Məmməd oğlu
Quliyev vəhşicəsinə qətlə yetirilir.
1991-ci il iyunun 28-də Qaradağlı kəndi 3 saat ərzində
dörd bir tərəfdən atəşə tutulur. Atışma səngidikdə kəndin ya
xınlığında Vərəndəli deyilən yerdə yenidən atəş səsləri eşidilir.
Hadisə yerinə gələnlər dəhşətli qətl hadisəsinin şahidi olurlar.
Buradakı fermada çalışan 3 kişi və 3 qadın diri-diri yandırılmış
dı. Onların adlarını yadda saxlayaq, bunlar: Şirinova Qaragöz
Habil qızı (8 uşağı var), Hüseynova Səbiqə Mürsəl qızı (2 uşağı
var), Hüseynova Məxmər Məcid qızı (1 övladı var), Tağıyev
382
Bakir Qaçay oğlu (6 uşaq atası), Məmmədov Tohid Cəlil oğlu
(11 uşaq atası) və Şirinov İltifat Əjdər oğludur (2 uşaq atası).
Törətdikləri cinayət əməllərinin cəzasız qaldığını görən er
məni terrorçuları 1991-ci il sentyabrın 8-də Ağdamdan Qara-
dağlıya gələn sərnişin avtobusunu atəşə tuturlar. Avtobusdakı
40 sərnişindən 2 gənc oğlan - Quliyev Baloğlan Əlaslan oğlu,
Quliyev Gündüz Əlqəmə oğlu və 6 qadın - Quliyeva Nazənin
Rəşid qızı, Hüseynova Rəşidə Şahmar qızı, Hüseynova Rəx-
şəndə, Hüseynova Qənirə Həmid qızı, Hüseynova Əsilzəndə
Bakir qızı və Babayeva Validə Həmid qızı qətlə yetirilir, sərni
şinlərin bir qismi yaralanır. Bununla da Qaradağlıya gediş-gəliş
kəsilir.
1991-ci il oktyabrın 19-da. ermənilər Xocavənd rayonunun
inzibati mərkəzi olan Xocavənd şəhərini işğal edirlər. Nəticə
də 15 nəfər, o cümlədən 3 qadın və bir məktəbli şəhid olur,
1 nəfər girov götürülür, 6 nəfər əlil olur.
1991-
ci il oktyabrın 30-da Xocavənd daha iki kəndini - Tuğ
və Salakətini itirir, bu zaman 10 nəfər, o cümlədən 2 məktəbli
şəhid olur, 5 nəfər itirdiyi sağlamlığını hələ də bərpa edə bil
məyib.
Qaradağlı
1992-
ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağ
lı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırıl
mışdır. Erməni silahlı birləşmələri yalnız dörd gün çəkən ağır
döyüşdən sonra kəndə daxil ola bilmişdilər.
Bu soyqırımını «İkinci Xocalı» da adlandırırlar. Kəndin hər
10 sakinindən biri şəhid olmuşdur. 1992-ci ildə Xocalı faciə
sindən bir neçə gün əvvəl Qaradağlıda törədilən soyqırımıda
104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvü
əsir götürülmüş, onlardan 67 nəfəri erməni cinayətkarları tərə
findən qətlə yetirilmişdir.
383
Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər
birindən 4 nəfər şəhid olmuş, 42 ailə başçısını itirmiş, 140-a
yaxın uşaq yetim qalmışdır.
İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320
yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və
digər obyektlər dağıdılmışdır. Kəndin 800 nəfərə yaxın sakini
məcburi köçkün düşmüşdür.
İlqar Hüseynov Qaradağlı müsibətini görmüş kənd sakin
lərindən biridir. O, ailə üzvləri ilə birlikdə 1992-ci ilin fevral
ayında ermənilərə girov düşüb. İki ay erməni əsirliyində qalar
kən olmazın müsibətlərə düçar olmuşdur.
«...Girovların başını müharibədə ölmüş ermənilərin qəbir
ləri üstündə kəsirdilər... Ermənilər əsirləri diri-diri yandırırdı
lar...»
Bu fikirlər də o dəhşətlərin şahidi, 1958-ci il təvəllüdlü,
1992-ci ildə ermənilərin girov apardığı, min bir müsibətlər
görmüş İlqar Hüseynova məxsusdur: «Qaradağlı camaatı ara
sında elə bir ailə yoxdur ki, erməni vəhşiliyinin əzablarını
hiss etməsin. Kəndimiz 1992-ci ilin fevral ayında işğal olun
du. Amma hələ 1991-ci ilin sentyabrında ermənilər Qaradağlı
camaatına divan tutmuşdular. Sentyabr ayının 8-də ermənilər
Ağdam-Qaradağlı avtobusunu atəşə tutmuşdular. 8 nəfər ye
rindəcə həlak olmuş, 10-dan artıq günahsız insan ağır yara
lanmışdı.
1992-ci il fevral ayının 1 5-də ermənilər Qaradağlını dörd bir
yandan atəşə tutdular. Evlərin əksəriyyəti alova bürünmüşdü.
Atışma iki gün davam etdi. Kənddə qalan 118 nəfərdən 25-i
həlak olmuşdu. Dörd nəfər isə ağır yaralıydı. Gecə yaralıları
da götürüb yola çıxdıq. Aramızda 10 qadın və 2 uşaq vardı.
Ermənilər bizi təqib edirdilər. Patronumuz qurtardığı üçün on
lara müqavimət göstərə bilmirdik.
Ermənilər hamımızı əsir götürdülər. Kişiləri qadınlardan və
uşaqlardan ayırıb, ayrı-ayrı maşınlara mindirərək erməni qəbi
384
ristanlığına gətirdilər. Dedilər ki, 9 nəfər könüllü aşağı düşsün.
Heç kim yerindən tərpənmədi. Bundan qəzəblənən erməni
quldurları avtomatla maşına atəş açdılar. 10-15 nəfər yerində
cə öldü. Təxminən 20 nəfər isə ağır yaralandı. Vəziyyətin ağır
olduğunu görən kənd sakinlərindən biri qaçmaq istədi. Onun
bu hərəkəti erməniləri daha da qəzəbləndirdi. Onlar bizi ye
nidən atəşə tutdular. Ölənlərin sayı 32 nəfərə çatdı. Sonra bizi
Xankəndiyə aparıb iki ay orada (həbsxanada) saxladılar.
Həbsxananın pəncərələri yox idi. Hər gün qar yağırdı. Şax
ta insanın iliyinə işləyirdi. Girovların hamısını dizə qədər su
yun içində saxlayırdılar. Bizə üç gündə bir dəfə əl boyda qara
çörək verirdilər. Ermənilər bizi gündə, ən azı, beş-altı dəfə
döyür, müxtəlif işgəncələr verirdilər. Bir neçə nəfər işgəncə
lərə dözmədiyi üçün elə həbsxanadaca dünyasını dəyişdi. Ar
maturla vurub səkkiz nəfərin qabırğalarını qırmış, ayaqlarını
sındırmışdılar. İki nəfəri isə divara çırpıb beynini partlatmışdı
lar. Onlar təkcə kişilərə deyil, qadınlara və uşaqlara da bu cür
dəhşətli işgəncələr verirdilər. İki ay sonra Beynəlxalq Qırmızı
Xaç Cəmiyyətinin köməyi ilə bizi azad etdilər. Mənimlə bir
likdə girovluqda olmuş bir neçə nəfər azadlığa çıxandan sonra
dünyasını dəyişdi. Həmin vaxtdan illər keçsə də, ermənilərin
verdiyi işgəncələrin ağrısı hələ də canımdan çıxmayıb».
Bu kənd 1992-ci il fevralın 17-də ağır döyüşlərdən, yalnız
müdafiəçiləri həlak olandan sonra erməni silahlıları tərəfindən
işğal edilmiş və yandırılmışdır. Qaradağlı faciəsi Azərbaycan
tarixinə qanlı hərflərlə yazılmışdır. 1992-ci ildə Xocalı faciə
sindən bir neçə gün əvvəl Qaradağlıda törədilən soyqırımıda
104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri
əsir götürülmüşdür ki, onlardan 67 nəfəri erməni cinayətkarla
rı tərəfindən qətlə yetirilmişdir. Öldürülənlərdən 10-u qadın,
8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olmuş, 42
ailə başçısını itirmiş, 140-a yaxın uşaq yetim qalmışdır.
Bunlardan əvvəl, 1991-ci ilin 28 iyununda erməni terror
çuları 3 nəfəri qadın olmaqla 6 nəfəri diri-diri yandırmışlar.
1991-ci ilin sentyabr ayında sərnişin avtobusunun gülləbaran
edilməsi nəticəsində 8 nəfər öldürülüb, çoxlu sayda adamlar
yaralanıb, güllə yarası alanlardan 5 nəfəri isə sonradan dünya
sını dəyişib. Bu vəhşiliklərin beynəlxalq terrorçu, ASALA-nın
rəhbərlərindən olan Monte Melkonyan tərəfindən həyata ke
çirildiyi bildirilir (ermənilərin m illi qəhrəman adı verdikləri
M.Melkonyan 1993-cü ilin iyununda.Azərbaycan əsgərləri tə
rəfindən layiqli cəzasını alıb).
Törədilən vəhşiliyin statistikası belədir: 17 fevral 1992-ci il
tarixdə Qaradağlı kəndinin işğalı zamanı ermənilər 118 nəfəri
əsir götürüb, 33 nəfəri güllələyib, öldürülən və yaralı halda
olanları bir yerdə təsərrüfat quyusuna tökərək üzərlərini tor-
paqlayıblar. Əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nə
fəri isə böyük çətinilklərlə azad edilib. Əsir götürülənlərdən
10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Sonradan azad olu
nanların 5 nəfəri qadınlar olmaqla, ümumilikdə 18 nəfər aldığı
sağalmaz yaralardan vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı
vəhşi, vandalizm hərəkətləri ilə davranılıb. İnsanların başları
kəsilib, diri-diri basdırılıb, dişləri çəkilib, ac-susuz saxlanılıb,
döyülərək öldürülüb. Bunlar insanlığa qarşı törədilmiş cinayət
hadisəsi sayılır. Faciə nəticəsində kənddə 2 ailənin hər bi
rindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülüb, 43 ailə öz
başçısını itirib, 1 ailədən hər iki valideyn qətlə yetirilib, 146
uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər, kənd sakin-
ərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən
21 nəfəri ahıl və qocalar, 10 nəfəri qadın, 8 nəfəri məktəbli
olub. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət
evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və
çoxlu sayda digər sosial obyektlər dağıdılıb.
386
Ş U Ş A
Azərbaycan xalqının musiqi beşiyi, daha doğrusu, konser
vatoriyası sayılan Şuşanın Ermənistan tərəfindən işğalı daş
nakların çoxdankı məkrli planının tərkib hissəsinə daxil idi.
XIX əsrin əvvəllərinə kimi Qarabağda, o cümlədən, Şuşada
yaşayan əhalinin əksəriyyəti azəri türkləri olmuşdur. Rusiya
ilə Qarabağ xanlığı arasında 4 may 1805-ci ildə imzalanmış
Kürəkçay müqaviləsi ilə rus imperiyasının tərkibinə daxil edi
lən Qarabağ ərazilərinin xristianlaşdırılması siyasətinin əsası
qoyulmuşdur. Bölgədə alban mənşəli xristian əhalinin erməni-
ləşmə prosesinin və bununla da onların burada sayının artması
1828-ci ildə Qacarlarla (İranla) Türkmənçay və 1829-cu ildə
isə Osmanlı Türkiyəsi ilə imzalanan Ədirnə müqavilələrindən
sonraya təsadüf edir.
1921-ci ildə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar
Vilayətinin mərkəzi kimi müəyyənləşdirilmişdir. Lakin bu qə
rar iki ildən sonra dəyişdirilərək, DQMV-nin mərkəzi statusu
Xankəndiyə verilmişdir. Bunun da əsas səbəbi, təbii ki, er
mənilərin azərbaycanlılara qarşı apardıqları məkrli siyasətin
Şuşada reallaşdırılmasına şərait yaradılmaması idi. Beləliklə,
Şuşa 170 ildən də artıq bir müddətə daşıdığı statusdan məh
rum edilmişdir. Bu, az imiş kimi, Şuşaya daha ağrılı bir möhür
vurulmuşdu. Bu da onun hətta rayon statusundan məhrum
edilməsi idi. 1963-cü il yanvarın 4-də Şuşa inzibati rayon kimi
ləğv edilərək Xankəndinin (Stepanakert) tərkibinə qatılmışdır.
Yalnız N.S.Xruşşovun hakimiyyətdən
uzaqlaşdırılmasından
sonra, daha doğrusu, 1965-ci il yanvarın 6-da Şuşanın rayon
statusu yenidən özünə qaytarılmışdır.
Şuşanın yenidən dirçəlməsi və özünə qayıtması, misilsiz gö
zəlliyinin bərpası ulu öndər Heydər Əliyevin Azərbaycana bi
rinci şəxs kimi rəhbərlik etməyə başladığı tarixi dönəmlərdən
başlamışdır. 1977-ci ilin avqust ayında Azərbaycan SSR Na
387
zirlər Sovetinin «Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq
qoruğu elan etmək haqqında» qərarı ilə Şuşanın təkcə siması,
hüsnü gözəlləşməmişdir, onun istirahət və turizm mərkəzinə
çevrilməsində də adıçəkilən qərarın mühüm rolu olmuşdur.
Şuşanın işğalına aparan yol Meşəlidən, Kərkicahandan, Ma-
Iıbəylidən, Quşçulardan, Xocalıdan... keçirdi. 1992-ci il ma
yın 8-də Şuşa işğal edildi. Bu işğal zamanı 480 nəfər şəhid,
600 nəfər əlil oldu, 552 körpə, uşaq yetim qaldı, 22 min nəfər
şuşalı doğma yurd-yuvasından məcburi köçkünə çevrildi, 68
soydaşımızın taleyindən indiyə kimi xəbər yoxdur.
Ərazisi - 289 kv.km
Əhalisinin sayı - 41.165 nəfər
İnzibati mərkəzi - Şuşa şəhəridir
Yaşayış məskənləri - 33, o cümlədən:
Malıbəyli, Yuxarı Quşçular, Aşağı Quşçular, Xəlfəli, Dükan
lar, Zamanpəyəsi, Şüşülü, Mirzələr, Qaybalı, Laçınlar, Şırlan
Çaykənd, Paşalar, Məmişlər, Xanalılar, İmamqulular, Əmillər,
Səfixanlar, Xanlıq-pəyə, Allahqulular, Böyük Qala dərəsi, Ki
çik Qala dərəsi, Salatınkənd, Göytala, Onverst, Turşsu, Zarıslı,
Nəbilər kənd və qəsəbələri.
Şəhərdə azərbaycanlılara məxsus mədəniyyət və tarixi abi
dələr yerlə yeksan edilib, məşhur Üzeyir bəyin, Natəvanın və
Xan Şuşinskinin heykəlləri güllələnib. İşğal nəticəsində Şuşa
dakı bir sıra tarixi-mədəniyyət abidələri də düşmən tərəfindən
talan edilib. Xan mağarası, Qaxal mağarası, şəhər qalası da
daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə
erməni quldurlarının əlindədir. Ermənilər Azərbaycana məx
sus olan bir çox abidənin məhv edilməsinə və ya onların er-
məniləşdirilməsinə çalışırlar. Həmçinin 7 məktəbəqədər uşaq
müəssisəsi, 22 ümumtəhsil məktəbi, 79 mədəni-maarif ocağı,
mədəni-maarif və kənd təsərrüfatı texnikumları, 8 mədəniyyət
evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr, 3 muzey, Şərq Musiqi
Alətləri Fabriki, 79 sənaye və kənd təsərrüfatı obyekti tamami
lə dağıdılıb.
388
Quşçular-Malıbəyli
Ermənilərin dağıdıb əhalisini soyqırımına məruz qoydu
ğu Azərbaycan kəndlərinin içərisində Quşçular və Malıbəyli
kəndləri də yaşadıqları ağrı-acılarla, dəhşətlərlə yadda qalıb
dır. Şuşanın yaxınlığında, Xocavənd-Şuşa yolunun üstündə
strateji bir nöqtədə yerləşən bu kəndləri məhv etmək, yer
üzündən silmək erməni vəhşilərinin çoxdankı niyyətləri idi.
Qarabağa yerləşdikləri ilk gündən bu istiqamətdə çalışan er
mənilərə tarixin müxtəlif dövrlərində layiqli cavab verilmiş,
«arzuları» həmişə ürəklərində qalmışdı. 1992-ci ilin 10 fevra
lında hələ bərkiməmiş bir ölkənin içərisində növbəti dəfə qan
lı terror hadisələri ilə baş qaldıran erməni vandalları həmişə
xeyirdə-şərdə bir-birinin yanında olan hər iki kəndi - Quşçular
və Malıbəyli kəndlərini yandırıb kül etdilər. İşğal nəticəsində
aralarında qoca, qadın, uşaq olmaqla 42 nəfər amansızlıqla
qətlə yetirildi.
LAÇIN
Laçın dağları ilə birlikdə 1992-ci il may ayının 18-dən Er
mənistanın işğalı altındadır. Təcavüzkar, terrorçu, quldur er
mənilər bu zirvəni «koridor» adlandırmaqda, «Dağlıq Qarabağ
problemi»ni sülh danışıqları vasitəsilə aradan qaldırmağa ça
lışan beynəlxalq təşkilatlar isə «Laçın koridoru»nun «eninin-
uzununun» ölçülərini «dartıb uzatmaq» niyyətində olan daş
nakların «insan haqlarını» qorumaqdadır. Laçının şimalında
Kəlbəcər, şərqində Xocalı, Şuşa və Xocavənd, cənubunda
Qubadlı yerləşir. Qərbdən «qonşusu» olan mənfur ermənilə
rin illərlə gizli şəkildə apardığı işğalçılıq siyasəti nəticəsində
təcavüzün qurbanı olan Laçın və onun əlçatmaz zirvələri za
manın sərt sınaqlarına dözməli olub.
Ermənilər həmin zirvəni ələ keçirməklə nəinki Azərbayca
nın dağlıq hissəsinə, bütövlükdə Qarabağımıza və ətrafındakı
389
rayonlara diş qıcadıqlarını gizlədə bilmədilər. Laçının 75.781
hektar əkinəyararlı torpağı, 33.205 hektar meşəsi (adı «Qırmızı
kitab»a düşmüş Güney palıdı ilə birlikdə), 76 min hektar yay
laq sahəsi işğal edildi.
Quldurlar yeni salınmış Qayğı qəsəbəsini, 1 20 kəndi, 13.745
fərdi yaşayış evini, 300-dən artıq tarixi abidəni, 217 mədəniy
yət ocağını, 150 təhsil müəssisəsini, 142 səhiyyə obyektini,
48 sənaye, 63 kənd təsərrüfatı, 460 ticarət şəbəkəsini darma
dağın etdilər. Qəsd, divan təkcə bu sadalananlarla qurtarmır.
Dövlətə və şəxsi əmlaka dəyən ziyanı da bura əlavə etsək,
daha dəqiq mənzərə alınar. İşğal zamanı şəxsi və ictimai tə
sərrüfatların 135 minə yaxın mal-qarası Ermənistana aparılıb.
14 minə yaxın fərdi yaşayış evində daş üstündə daş qalmayıb.
Rayona, ümumiyyətlə, 7,1 milyard dollar məbləğində maddi
ziyan vurulub.
1992-ci ildən didərgin düşmüş, ev-eşiyini, yalçın qayalı
dağlarını, meyvəli bağlarını itirib məcburi köçkünə çevrilmiş
laçınlılar respublikanın 59 rayon və şəhərində müvəqqəti məs
kunlaşıblar. Rayonda 328 şəhid ailəsi, 225 nəfər əlil, 33 nəfər
hər iki valideynini itirmiş uşaq var.
KƏLBƏCƏR
Strateji cəhətdən çox əhəmiyyətli olan Kəlbəcər rayonu
coğrafi mövqe etibarilə Ermənistan və Dağlıq Qarabağ arasın
da yerləşən səddir. Sahəsi 1.936 kvadratkilometrdir. Rayonun
131 kəndi, 52 min nəfər sakini vardı.
Mart ayının 31-dən aprelin 2-dək Kəlbəcər Ermənistan si
lahlı qüvvələri tərəfindən işğal edildi. Təkcə bu işğal nəticə
sində 321 nəfər şəhid, yüzlərlə qoca, uşaq əlil, şikəst oldu,
itkin düşdü, yaxud girov aparıldı. Ən çox itki isə Kəlbəcər
şəhərindən 64 kilometr uzaqda olan Başlıbel kəndinin taleyi
nə düşdü: 28 nəfər bir gecədə qətlə yetirildi, 18 nəfər girov
390
9
götürüldü və ya əsir aparıldı, 1 7 nəfər 4 ay mühasirədə qalan
dan sonra min bir əziyyətlə gəlib Gəncəyə çıxdı.
Kəlbəcərin 131 yaşayış məntəqəsi, o cümlədən illərlə ti
kilib qurulmuş dünya əhəmiyyətli «İstisu» sanatoriyası, 500-
dən çox sənaye, tikinti, kolxoz, sovxoz, ticarət, ictimai-iaşə və
s. xidmət obyektləri, 13 min yaşayış evi, 324 sosial-mədəni
obyekti düşmən əlinə keçərək darmadağın edildi. Bu hadisə
lərdə 449 nəfər şəhid, 510 nəfər əlil oldu.
Ağdaban
Bütün Kəlbəcər kimi, Ağdaban əhalisi də erməni quldurla
rına qarşı mərdliklə vuruşurdu. Hələ 1989-cu il iyulun 11-də
Ağdaban qadınlarının kəşfiyyata çıxmış 11 erməni quldurunu
tutaraq rayon mərkəzinə gətirməsi əhali arasında böyük ruh
yüksəkliyinə səbəb olmuşdu. O vaxt istintaq başlansa da, res
publika Prokurorluğu işin DQMV hərbi komendantının sərən
camına göndərilməsinə göstəriş - əmr vermişdi. İyulun 14-də
həmin erməni quldurlarını Xankəndiyə, guya istintaqa apar
maq üçün rus hərbçilərinin müşayiətilə Kəlbəcərə 2 vertolyot
göndərilmişdi. Nədənsə vertolyotlar nəzərdə tutulmuş mey
dançaya deyil, şəhər stadionuna enmişdilər. Erməni quldurları
nı götürüb qalxarkən vertolyotlardan biri, guya, elektrik dirəyi
nə toxunub müvazinətini itirərək stadionun yanındakı divarın
dibinə düşmüşdü. Bu zaman vertolyotun pərləri burada futbol
oynayan, vertolyota baxmağa toplaşmış 8 uşağı biçib-tökmüş
dü.
Aprelin 7-dən 8-nə keçən gecə Ağdabanda baş verən dəh
şətli faciə ondan əvvəl - 1992-ci ilin fevralında Quşçularda,
Qaradağlıda, Xocalıda törətdikləri qətliamdan hamının diqqə
tini yayındırmaq məqsədi güdürdü. Ermənilər gecə ikən hücum
edərək Dədə Şəmşirin yurdu qədim Ağdabanı ikinci Xocalıya
çevirdilər. Hücumdan xəbərsiz kənd əhalisi başaçıq-ayaqya-
lın, qarla örtülü meşələrə, dağlara səpələndi. Kəndi müdafiə
391
edən kiçik bir dəstə ermənilər tərəfindən məhv edildiyindən
əhali müdafiəsiz qalmışdı. Bu qanlı faciə zamanı 32 nəfər qo
ca, qadın, uşaq qətlə yetirildi, on iki nəfər evdə diri-diri yan
dırıldı, 7 nəfər isə girov götürüldü. Kənd bütünlüklə yandırıldı.
Səhər tezdən köməyə gələn yerli batalyonun 6 döyüşçüsü də
yolda düşmən gülləsinə rast gəldi.
...Kəlbəcərin işğalı, əslində, elə o vaxtdan - 1992-ci il apre
lin 7-dən 8-nə keçən gecə Ağdabanın darmadağın olunmasın
dan başlanmışdı. O vaxt ermənilər yaxınlıqdakı Çapar kəndin
dən gecə ikən hücum edərək 130 təsərrüfatdan ibarət Ağdaba-
nı, eləcə də Çayqovuşan kəndini də darmadağın etdilər.
Hələ 1990-cı il iyul ayının 11-də Ağdərənin Otaqqaya ad
lanan ərazisində Tərtər-Kəlbəcər marşrutu ilə gedən 150-yə
yaxın avtomobildən ibarət karvanın qarşısını kəsərək, Dədə
Şəmşirin qızı Çimnaz xanımı, Şahlar Şükürovu (Azərbaycanın
M illi Qəhrəmanı), Aslan Xıdırovu, İttifaq miqyaslı «İstisu» sa
natoriyasında müalicəyə gedən yüzlərlə dinc sakini (əksəriy
yəti isə xəstə və qocalardan ibarət) terror nəticəsində qətlə
yetirmişdilər.
Hadisənin şahidlərindən M ir Abbas Ağdabanlının söylə
dikləri: «Həmin gecə Ağdabanın keşiyində duran gənclər -
Məmmədov Ziyəddin Əlqəmə oğlu, Məmmədov Tural Qara
oğlu, Hümbətov Qorxmaz Mustafa oğlu, Məmmədov İsfən
diyar Lətif oğlu, Qasımov Riayət, Hüseynov Hidayət Saleh
oğlu növbədə idilər. Ermənilər səhərin alatoranlığında qəfil
basqın etdiklərindən gözətçilər hətta yerlərindən tərpənməyə
belə imkan tapa bilməmişdilər. Quldurlar onları tutaraq ağır
işgəncələr verib qətlə yetirmişdilər. Azğın ermənilər Ağdaban
kəndinin yuxarı məhəlləsində yaşayan bizim tarix m üəllim i
miz Kərimov Sovetin evinə soxularaq onun evdə ağır xəstə
yatan oğlu Kərimov Əbülfəti yatdığı yerdəcə gıillələmişdilər.
Əbülfətin anası Kərimova Qəmər öz oğlunu müdafiə etməyə
çalışanda ermənilər onu da güllələyib, hər ikisinin cəsədinə
392
od vurub yandırmışdılar. Bundan sonra isə qalan ailə üzvlərini
girov götürüb özlərilə aparmışdılar. Güllə səsləri eşidən kənd
sakinləri öz evlərini tərk edərək kəndin yaxınlığındakı meşəyə
qaçaraq gizlənmişdilər.
Quldurlar kəndin mərkəzində ruhi
xəstə olan 35 yaşlı Məmmədov Musanı yaxalayırlar, onun əl-
qolunu bağlayaraq ot tayasının üstünə qoyub diri-diri yandı
rırlar. Oğlunun harayına gələn Məmmədova Həyat Yolçu qızı
da eyni cinayətin qurbanı olur. Alıyev Camal Haqverdi oğlu
və onun balaca qızı Ülviyyə, 70 yaşlı Hümbətova Fatma Qa
raca qızı, 67 yaşlı Bağırov M ir Əbdül Seyid Məmməd oğlu, 90
yaşlı Qocayev Bəkir Qurban oğlu, onun həyat yoldaşı, 80 yaşlı
Qocayeva Zeynəb Seyid Məmməd qızı və 30 yaşlı Qurbanov
Qulu Şabər oğlu, 80 yaşlı Qocayev Qara Qurban oğlu erməni
canilər tərəfindən vəhşicəsinə qətlə yetirilir. Bu faciədən xə
bər tutan bir qrup Kəlbəcər sakini - Almasov Tağı Sultan oğlu,
Almasov Şahid Tağı oğlu, Qabilov Sədrəddin Qədir oğlu, Hə
sənov Natiq Məhəmməd oğlu, Bayramov Çingiz Xanlar oğlu,
Bağırov Vidadi Yusif oğlu, Süleymanov Azad Cəmil oğlu, Ab
basov İsgəndər Asif oğlu, Əliyev Misir Pənah oğlu bir yük ma
şınında Ağdaban və Çayqovuşan kəndlərinin harayına gəlmiş,
Ağdabanın yaxınlığında təpədən-dırnağadək silahlı ermənilər
lə rastlaşmış və gülləbaran edilərək öldürülmüşlər. Qonşu Kə-
rəmli kəndindən oraya gələn Məmmədov Məhəmməd Mamoy
oğlu isə Dədə Şəmşirin məzarı yaxınlığında qətlə yetirilmişdi».
Dostları ilə paylaş: |