Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3.15 Mb.
PDF просмотр
səhifə1/28
tarix07.09.2017
ölçüsü3.15 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   28
29192

AZƏRBAYCANLILARIN

SOYQIRIMI:

tarixin  qanlı  salnaməsi

0  cild

BAKI  -   2012

Kitabın  ideya  rəhbəri:

Ramiz  MEHDİYEV,

Azərbaycan  Respublikası  Prezidentinin  Administrasiyasının 

rəhbəri,  həqiqi  dövlət  müşaviri,  akademik

Redaktor:

Əli  H Ə SƏ N O V,

Tarix  elmləri  doktoru,  professor



Buraxılışa  məsul:

Bəxtiyar  SADIQOV,

M illi  Məclisin  deputatı,

«Azərbaycan»  qəzetinin  baş  redaktoru

Kitabın  üz  qabığındakı  şəkil  Quba  məzarlığındanclır

ISBN  5-86874-524-5

©  «Azərbaycan»  qəzeti



Kitab  Azərbaycan  xalqının 

ümummilli  lideri  Heydər  Əliyevin 

əbədiyaşar  xatirəsinə  ithaf  edilir

Azərbaycanlılara  qarşı  soyqırımı  siyasətini  ifşa  etmək,  bütün  həqiqət­

ləri  dünya  ictimaiyyətinə  çatdırmaq  üçün  müəyyən  işlər  görülmüşdür. 

Lakin  bu  sahədə  hələ  qarşıda  görüləsi  işlərimiz  çoxdur.  Azərbaycan 

dövləti,  ictimaiyyəti,  xaricdəki  Azərbaycan  icmaları  üzərinə  böyük, 

məsuliyyətli  vəzifələr  düşür.  Əsl  soyqırımı  haqqında  həqiqətləri  real 

tarixi  faktlar  əsasında,  dəlillərlə  müntəzəm  surətdə  dünya  dövlətlərinə 

və  ictimai  fikrinə  çatdırmaq,  bu  hadisələrin  ilhamçılarını  və  təşkilatçıla­

rını  bəşəriyyətə  tanıtdırmaq  bizim,  indiki  nəslin  müqəddəs  vəzifəsidir. 

Bu  məsələdə  bütün  Azərbaycan  xalqı,  dünya  azərbaycanlıları  bir  olma­

lı,  eyni  mövqedən  çıxış  etməlidirlər.

Heydər  ƏLİYEV

XIX  əsrin  əvvəllərində  Qarabağa  və  Zəngəzura  irandan  və  Osmanlı 

imperiyasından  çoxlu  sayda  erməni  ailələrinin  köçürülməsi,  1905-ci  və 

1918-ci  illərdə  erməni  hərbi  dəstələrinin  Qafqazın  m üxtəlif  bölgələ­

rində  həyata  keçirdiyi  kütləvi  qətllər  və  talanlar,  1948-1953-cü  illərdə 

soydaşlarımızın  Ermənistan  Respublikası  ərazisindəki  ata-baba  yurdla­

rından  deportasiya  edilməsi,  1988-ci  ildən  başlayaraq  Dağlıq  Qarabağı 

Azərbaycandan  qoparmaq  məqsədi  güdən  genişmiqyaslı  müharibə  və 

onun  bu  gün  də  davam  edən  acı  nəticələri,  1992-ci  ilin  Xocalı  faciəsi 

-   bunlar  təcavüzkar  erməni  m illətçilərinin  azərbaycanlılara  qarşı  planlı 

surətdə  həyata  keçirdiyi  soyqırımı  siyasətinin  qanlı  səhifələridir.

İlham  ƏLİYEV

Azərbaycanlıların  soyqırımı  haqqında

AZƏRBAYCAN  RESPUBLİKASI 

PREZİDENTİNİN  FƏRMANI

Azərbaycan  Respublikası  müstəqillik  qazandıqdan  sonra 

xalqımızın  tarixi  keçmişinin  obyektiv  mənzərəsini  yaratmaq 

imkanı  əldə  edilmişdir.  Uzun  illər  gizli  saxlanılan,  üzərinə 

qadağa  qoyulmuş  həqiqətlər  açılır,  təhrif  edilmiş  hadisələr 

özünün  əsl  qiymətini  alır.

Azərbaycan  xalqına  qarşı  dəfələrlə  törədilmiş  və  uzun  il­

lərdən  bəri  öz  siyasi-hüquqi  qiymətini  almamış  soyqırımı  da 

tarixin  açılmamış  səhifələrindən  biridir.

1813-cü və  1828-ci  illərdə imzalanan  Gülüstan və Türkmən- 

çay  müqavilələri  Azərbaycan  xalqının  parçalanmasının,  tari­

xi  torpaqlarımızın  bölünməsinin  əsasını  qoydu.  Azərbaycan 

xalqının  bu  milli  faciəsinin  davamı  kimi  onun  torpaqlarının 

zəbti  başlandı.  Qısa  bir  müddətdə  bu  siyasət  gerçəkləşdirilə- 

rək  ermənilərin  kütləvi  surətdə  Azərbaycan  torpaqlarına  köçü­

rülməsi  həyata  keçirildi.  Soyqırımı  Azərbaycan  torpaqlarının 

işğalının  ayrılmaz  bir  hissəsinə  çevrildi.

İrəvan,  Naxçıvan  və  Qarabağ  xanlıqlarının  ərazilərində 

məskunlaşdırılan  ermənilər  orada  yaşayan  azərbaycanlılarla 

müqayisədə  azlıq  təşkil  etmələrinə  baxmayaraq  öz  havadar­

larının  himayəsi  altında  «Erməni  vilayəti»  adlandırılan  inzibati

9


bölgünün  yaradılmasına  nail  oldular.  Belə  süni  ərazi  bölgüsü 

ilə,  əslində,  azərbaycanlıların  öz  torpaqlarından  qovulması  və 

məhv edilməsi  siyasətinin  bünövrəsi  qoyuldu.  «Böyük  Ermənis­

tan»  ideyaları  təbliğ  olunmağa  başlandı.  Bu  uydurma  dövlətin 

Azərbaycan  torpaqlarında  yaradılmasına  «bəraət  qazandırmaq 

məqsədi  ilə»  erməni  xalqının  tarixinin  saxtalaşdırılmasına  yö­

nəlmiş  genişmiqyaslı  proqramlar  reallaşdırıldı.  Azərbaycanın 

və  ümumən  Qafqazın  tarixinin  təhrif  olunması  həmin  proq­

ramların  mühüm  tərkib  hissəsini  təşkil  edirdi.

«Böyük  Ermənistan»  yaratmaq  xülyasından  ruhlanan  ermə­

ni  qəsbkarları  1905-1907-ci  illərdə  azərbaycanlılara  qarşı  açıq 

şəkildə  genişmiqyaslı  qanlı  aksiyalar  həyata  keçirdilər.  Ermə­

nilərin  Bakıdan  başlanan  vəhşilikləri  Azərbaycanı  və  indiki 

Ermənistan  ərazisindəki  Azərbaycan  kəndlərini  əhatə  etdi. 

Yüzlərlə  yaşayış  məntəqəsi  dağıdılıb  yerlə  yeksan  edildi,  min­

lərlə  azərbaycanlı  vəhşicəsinə  qətlə  yetirildi.  Bu  hadisələrin 

təşkilatçıları  məsələnin  mahiyyətinin  açılmasına,  ona  düzgün 

hüquqi-siyasi  qiymət  verilməsinə  maneçilik  törədərək  azər­

baycanlıların  mənfi  obrazını  yaratmış,  özlərinin  avantürist  tor­

paq  iddialarını  pərdələmişlər.

Birinci  dünya  müharibəsi,  Rusiyada  baş  vermiş  1917-ci  il 

fevral  və  oktyabr  çevrilişlərindən  məharətlə  istifadə  edən  er­

mənilər  öz  iddialarını  bolşevik  bayrağı  altında  reallaşdırmağa 

nail  oldular.  1918-ci  ilin  mart  ayından  etibarən  əksinqilabçı 

ünsürlərlə  mübarizə  şüarı  altında  Bakı  Kommunası  tərəfindən 

ümumən  Bakı  quberniyasını  azərbaycanlılardan  təmizləmək 

məqsədi  güdən  mənfur  plan  həyata  keçirilməyə  başlandı.

Həmin  günlərdə  ermənilərin  törətdikləri  cinayətlər  Azər­

baycan  xalqının  yaddaşına  əbədi  həkk  olunmuşdur.  M inlər­

lə  dinc  azərbaycanlı  əhali  yalnız  m illi  mənsubiyyətinə  görə 

məhv  edilmişdir.  Ermənilər  evlərə  od  vurmuş,  insanları  diri- 

diri  yandırmışlar.  M illi  memarlıq  incilərini,  məktəbləri,  xəstə­

xanaları,  məscid  və digər abidələri  dağıtmış,  Bakının  böyük  bir 

hissəsini  xarabalığa  çevirmişlər.

10


Azərbaycanlıların  soyqırımı  Bakı,  Şamaxı,  Quba  qəzala­

rında,  Qarabağda,  Zəngəzurda,  Naxçıvanda,  Lənkəranda  və 

Azərbaycanın  başqa  bölgələrində  xüsusi  qəddarlıqlarla  həyata 

keçirilmişdir.  Bu  ərazilərdə  dinc  əhali  kütləvi  surətdə  qətlə 

yetirilmiş,  kəndlər  yandırılmış,  milli  mədəniyyət  abidələri  da­

ğıdılıb  məhv  edilmişdir.

Azərbaycan  Xalq  Cümhuriyyəti  yarandıqdan  sonra  1918- 

ci  ilin  mart  hadisələrinə  xüsusi  diqqət  yetirilmişdir.  Nazirlər 

Şurası  1918-ci  il  iyulun  15-də  bu  faciənin  tədqiqi  məqsədi  ilə 

Fövqəladə  İstintaq  Komissiyasının  yaradılması  haqqında  qərar 

qəbul  etdi.  Komissiya  mart  soyqırımını,  ilkin  mərhələdə  Şa­

maxıdakı  vəhşilikləri,  İrəvan  quberniyası  ərazisində  ermənilə­

rin  törətdikləri  ağır  cinayətləri  araşdırdı.  Dünya  ictimaiyyətinə 

bu  həqiqətləri  çatdırmaq  üçün  Xarici  İşlər  Nazirliyi  nəzdində 

xüsusi  qurum  yaradıldı.  1919  və  1920-ci  ilin  mart  ayının  31-i 

iki  dəfə  Azərbaycan  Xalq  Cümhuriyyəti  tərəfindən  ümummilli 

matəm  günü  kimi  qeyd  edilmişdir.  Əslində,  bu,  azərbaycanlı­

lara  qarşı  yürüdülən  soyqırımı  və  bir  əsrdən  artıq  davam  edən 

torpaqlarımızın  işğalı  proseslərinə  tarixdə  ilk  dəfə  siyasi  qiy­

mət  vermək  cəhdi  idi.  Lakin  Azərbaycan  Xalq  Cümhuriyyəti­

nin  süqutu  bu  işin  başa  çatmasına  imkan  vermədi.

Zaqafqaziyanın  sovetləşməsindən  öz  çirkin  məqsədləri 

üçün  istifadə  edən  ermənilər  1920-ci  ildə  Zəngəzuru  və Azər­

baycanın  bir  sıra  digər  torpaqlarını  Ermənistan  SSR-in  ərazisi 

elan  etdilər.  Sonrakı  dövrdə  bu  ərazilərdəki  azərbaycanlıların 

deportasiya  edilməsi  siyasətini  daha  da  genişləndirmək  məq­

sədi  ilə  yeni  vasitələrə  əl  atdılar.  Bunun  üçün  onlar  SSRİ  Na­

zirlər Sovetinin  23  dekabr  1947-ci  il  «Ermənistan  SSR-dən  kol­

xozçuların  və  başqa  azərbaycanlı  əhalinin  Azərbaycan  SSR-in 

Kür-Araz  ovalığına  köçürülməsi  haqqında»  xüsusi  qərarına  və 

1948-1953-cü  illərdə  azərbaycanlıların  öz  tarixi  torpaqların­

dan  kütləvi  surətdə  deportasiyasına  dövlət  səviyyəsində  nail 

oldular.

11


Erməni  millətçiləri  öz  havadarlarının  köməyi  ilə  50-ci  illər­

dən  etibarən  Azərbaycan  xalqına  qarşı  kəskin  mənəvi  təcavüz 

kampaniyasına  başladılar.  Keçmiş  sovet  məkanında  müntəzəm 

şəkildə  yayılan  kitab,  jurnal  və  qəzetlərdə  m illi  mədəniyyə­

timizin,  klassik  irsimizin,  memarlıq  abidələrimizin  ən  nəfis 

nümunələrinin erməni  xalqına  mənsub olduğunu  sübut etməyə 

çalışırdılar.  Eyni  zamanda,  onlar  tərəfindən  bütün  dünyada 

.azərbaycanlıların  mənfi  obrazını  formalaşdırmaq  cəhdləri  də 

güclənirdi.  «Yazıq,  məzlum  erməni  xalqı»nın  surətini  yarada­

raq  əsrin  əvvəllərində  regionda  baş  verən  hadisələr  şüurlu  su­

rətdə  təhrif olunur,  azərbaycanlılara  qarşı  soyqırımı  törədənlər 

soyqırımı  qurbanları  kimi  qələmə  verilirdi.

Əsrin  əvvəllərində  əksər  əhalisi  azərbaycanlı  olan  İrəvan 

şəhərindən  və  Ermənistan  SSR-in  digər  bölgələrindən  soy­

daşlarımız  təqiblərə  məruz  qalaraq  kütləvi  surətdə  qovulur. 

Azərbaycanlıların  hüquqları  ermənilər tərəfindən  kobudcasına 

pozulur,  ana  dilində  təhsil  almasına  əngəllər  törədilir,  onlara 

qarşı  repressiyalar  həyata  keçirilir.  Azərbaycan  kəndlərinin  ta­

rixi  adları  dəyişdirilir,  toponimika  tarixində  misli  görünməyən 

qədim  toponimlərin  müasir  adlarla  əvəzolunma  prosesi  baş 

verir.

Saxtalaşdırılmış  erməni  tarixi  gənc  ermənilərin  şovinist  ru­



hunda  böyüməsinə  zəmin  yaratmaq  üçün  dövlət  siyasəti  sə­

viyyəsinə  qaldırılır.  Böyük  humanist  ideallara  xidmət  edən 

Azərbaycan  ədəbiyyatı  və  mədəniyyəti  ruhunda  tərbiyə  olun­

muş  yeni  nəslimiz  ekstremist  erməni  ideologiyasının  təqibləri­

nə  məruz  qalır.

Azərbaycan  xalqının  mənəviyyatına,  m illi  qüruruna  və

ideoloji  zəmin  yaradırdı.  Xalqımıza  qarşı  aparılan  soyqırımı 

siyasəti  özünün  siyasi-hüquqi  qiymətini  tapmadığı  üçün  tarixi 

faktlar sovet  mətbuatında  ermənilər tərəfindən  təhrif olunur və 

ictimai  fikir  çaşdırılırdı.  Ermənilərin  Sovet  rejimindən  bəhrələ­

nərək  həyata  keçirdikləri  və  80-ci  illərin  ortalarında  daha  da

12


güclənən  antiazərbaycan  təbliğatına Azərbaycan  Respublikası­

nın  rəhbərliyi  vaxtında  lazımi  qiymət  vermədi.

1988-ci  ildən  ortaya  atılan  qondarma  Dağlıq  Qarabağ  kon­

fliktinin  ilkin  mərhələsində yüz  minlərlə azərbaycanlının öz ta­

rixi  torpaqlarından  qovulmasına  da  respublikada  düzgün  siyasi 

qiymət  verilmədi.  Azərbaycanın  Dağlıq  Qarabağ  Muxtar  Vi­

layətinin  Ermənistan  SSR-in  tərkibinə  daxil  edilməsi  haqqında 

ermənilərin  qeyri-konstitusion  qərarını  və  Moskvanın,  əslində, 

bu  vilayəti  Xüsusi  İdarəetmə  Komitəsi  vasitəsilə  Azərbaycanın 

tabeliyindən  çıxarmasını  xalqımız  ciddi  narazılıqla  qarşıladı 

və  mühüm  siyasi  aksiyalara  əl  atmaq  məcburiyyəti  qarşısında 

qaldı.  Respublikada  keçirilən  mitinqlər zamanı  torpaqlarımızın 

işğalı  siyasəti  qətiyyətlə  pislənsə  də,  Azərbaycan  rəhbərliyi 

öz  passiv  mövqeyindən  əl  çəkmədi.  Məhz  elə  bunun  nəticəsi 

olaraq  1990-cı  ilin  yanvar  ayında  getdikcə  güclənən  xalq  hə­

rəkatını  boğmaq  məqsədi  ilə  Bakıya  qoşunlar yeridildi,  yüzlər­

lə  azərbaycanlı  məhv  və  şikəst  edildi,  yaralandı,  digər  fiziki 

təzyiqlərə  məruz  qoyuldu.

1992-ci  ilin  fevralında  ermənilər  Xocalı  şəhərinin  əhalisi­

nə  misli  görünməyən  divan  tutdu.  Tariximizə  Xocalı  soyqırı­

mı  kimi  həkk  olunan  bu  qanlı  faciə  minlərlə  azərbaycanlının 

məhv edilməsi,  əsir alınması,  şəhərin  yerlə  yeksan  edilməsi  ilə 

qurtardı.

Millətçi-separatçı  ermənilərin  Dağlıq  Qarabağda  başladığı 

avantürist  hərəkətin  nəticəsi  olaraq  bu  gün  bir  milyondan  ar­

tıq  soydaşımız  erməni  qəsbkarları  tərəfindən  öz  doğma  yurd- 

yuvalarından  didərgin  salınmış,  çadırlarda  yaşamağa  məhkum 

edilmişdir.  Ərazimizin  20  faizinin  erməni  silahlı  qüvvələri  tə­

rəfindən  işğalı  zamanı  minlərlə  vətəndaşımız  şəhid  olmuş,  xə­

sarət  almışdır.

Azərbaycanın  XIX-XX  əsrlərdə  baş  verən  bütün  faciələri 

torpaqlarının  zəbti  ilə  müşayiət  olunaraq  ermənilərin  azər­

baycanlılara  qarşı  düşünülmüş,  planlı  surətdə  həyata  keçirdiyi

13


soyqırımı  siyasətinin  ayrı-ayrı  mərhələlərini  təşkil  etmişdir.  Bu 

hadisələrin  yalnız  birinə  -   1918-ci  il  mart  qırğınına  siyasi  qiy­

mət  vermək  cəhdi  göstərilmişdir.  Azərbaycan  Xalq  Cümhu­

riyyətinin  varisi  kimi  Azərbaycan  Respublikası  bu  gün  onun 

axıra  qədər  həyata  keçirə  bilmədiyi  qərarların  məntiqi  davamı 

olaraq  soyqırımı  hadisələrinə  siyasi  qiymət  vermək  borcunu 

tarixin  hökmü  kimi  qəbul  edir.

Azərbaycan  xalqına  qarşı  törədilmiş  bütün  soyqırımı  faciə­

lərini  qeyd  etmək  məqsədi  ilə  qərara  alıram:

1.  31  mart  Azərbaycanlıların  Soyqırımı  Günü  elan  edilsin.

2.  Azərbaycan  Respublikasının  M illi  Məclisinə  tövsiyə 

olunsun  ki,  azərbaycanlıların  soyqırımı  ilə  bağlı  hadisələ­

rə  həsr  olunmuş  xüsusi  sessiyanın  keçirilməsi  məsələsinə 

baxsın.

Heydər  ƏLİYEV



Azərbaycan  Respublikasının  Prezidenti



Bakı  şəhəri,  26  mart  1998-ci  il

14


O N   SOZ  Ə VƏ Zİ

GORUS  -   2010: 

ABSURD  TEATRI  MÖVSÜMÜ

Ramiz  MEHDİYEV, 

Azərbaycan  M illi  Elmlər  Akademiyasının  həqiqi  üzvü

Biz  2010-cu  il  oktyabrın  16-da  erməni  absurd  tea­

trının  səhnəsində  növbəti  tamaşanın  şahidi  olduq.  Bu 

dəfə  tamaşa  Yerevandakı  teatr  səhnəsində  deyil,  Go- 

rus  şəhərində  göstərilirdi.  Tamaşanın  baş  qəhrəmanı 

hansısa  sıravi  artist  deyil,  Ermənistan  prezidenti  Serj 

Sarkisyanın  özü  idi  -   bəli,  1992-ci  ilin  fevralında  Xo­

calı  soyqırımının,  Dağlıq  Qarabağın  və  ona  bitişik 

ərazilərin  azərbaycanlı  əhalisinə  qarşı  etnik  təmizlə­

mələrin  əsas  təşkilatçılarından  biri  olmuş  Serj  Sarkis­

yan.  Bu  dəfə  özünü  akademik  kimi  göstərməyə  çalı­

şan  prezident  teatr  səhnəsindən  bütün  elm  aləmini 

tarix  elmində  «yeni  kəşflərdə  heyrətləndirməyi  qərara 

almışdı.  Erməni  diasporunu  təmsil  edən  jurnalistlər 

qarşısında  Sarkisyanın  çıxışının  «şedevrləri»ndən  biri 

ondan  ibarət  idi  ki,  guya,  «tərkibində  bircə  nəfər  də 

erməni  olmayan  genetik  və  linqvist  alimlərin  «hansısa 

böyük  bir  qrupu»  uzun  müddət  mürəkkəb  bir  tədqiqat 

aparmışdır.

«Son  nəticələrə  görə,  erməni  dilinin  ən  azı  səkkiz  min  illik 

tarixi  vardır.  Bu  o deməkdir  ki,  biz  bir millət  kimi  ən  azı  səkkiz 

min  ildir  mövcuduq».  Etiraf etmək  lazımdır  ki,  Lisenko  geneti-

--------- 

15 


---------

kam  təqib  etməyə  başladığı  dövrdən  bu  yana  dünya  elmində 

genetikanın  bu  və  ya  digər  dilin  yaşını  müəyyən  etmək  qabi­

liyyəti  kimi  sensasiyalı  bir  kəşf  eşidilməmişdir.  Bu  başabəla 

alim  nə  qədər  canfəşanlıq  etsə  də,  bu  «yeni  pyes»ə  ciddilik 

əlaməti  verməyə  və  bu  məzhəkənin  kobudluğunu  gizlətməyə 

nail  ola  bilməmişdir.  Lakin  prezidentliyinin  legitimliyi  hətta 

erməni  cəmiyyətinin  özü  tərəfindən  də  şübhə  altına  alınan 

Serj  Sarkisyan  coşaraq  Gorus teatrının  səhnəsindən  erməni  cə­

miyyətinin  layiq  olduğu  siyasi  liderin  obrazından  daha  çox 

özünün  şəxsi  daxili  mədəniyyətinin  və  savadının  səviyyəsini 

əks  etdirən  bir  sıra  kəskin  bəyanatlar  verməyi  də  özünə  rəva 

bilmişdir.

Əsrlər boyu  Azərbaycan  xalqı  ilə yanaşı  yaşamış və taleyinə 

bundan  sonra  da  onunla  qonşuluq  etmək  yazılmış  erməni  xal­

qı,  heç  şübhəsiz,  əyalət  sakini  səviyyəsində  mənasız  çıxışlar 

etməklə  təkcə  özünü  deyil,  abırlı  vətəndaşların  bədbəxtliyin­

dən,  təmsil  etdiyi  cəmiyyəti  də  gülünc  vəziyyətə  salmayan 

daha  yaxşı  rəhbərə  layiqdir.

Serj  Sarkisyan  erməni  diasporunu  təmsil  edən  jurnalistləri 

Ermənistana  dəvət  edib  bu  şansdan  yararlanmaq,  onları  regi­

onda  baş verən  hadisələri  obyektiv  və  qərəzsiz  işıqlandırmağa 

çağırmaq  əvəzinə  görüşə  öz  dar təfəkkürünə  uyğun  yanaşaraq 

«prezident»  tapşırığını  vermişdir:  tarixi  faktları  tanınmaz  dərə­

cədə  təhrif etmək,  tarixi  onun  dediyi  tərzdə  yenidən  yazmaq, 

elmi  mənbələrə  əhəmiyyət  verməmək,  onların  əvəzinə  isə 

Sarkisyanın  təklif  etdiyi  mif  və  uydurmalara  əsaslanmaq.  Sağ­

lam  akademik  mühitdə  dövlət  rəhbəri,  adətən,  elmi-tədqiqat 

prosesinə  müdaxilə  etmir,  alimlərin  aktual  problemləri  öyrən­

mələrinə  və əldə  olunmuş  nəticələrin  sonradan  dərc edilməsi­

nə  və  geniş  müzakirəsinə  şərait  yaradır.  Bu  nəticələr  peşəkar, 

hərtərəfli,  qərəzsiz  -   bu  məqam  da  az  əhəmiyyət  kəsb  et­

m ir-m ö vcu d   mənbələr  bazasının  bütün  kompleksinin  tənqidi 

təhlili  əsasında,  bəzi  mənbələri  fərqləndirmədən,  digərlərinə

16


məhəl  qoymadan  aparılmış  təhlil  əsasında  alınmalıdır.  Ermə­

nistanda  isə  rəhbərlər,  deyəsən,  tədqiqat  işinin  mədəniyyətinə 

və  bu  məsələyə  bütün  dünyada  qəbul  edilmiş  elmi  yanaşma 

ilə  tanış  deyillər.  Burada  ölkəyə  gəlmiş  qonaqlara  -   onların 

arasında  bəlkə  də  öz  işinin  həqiqi  peşəkarları  da  vardı  -   elmi 

mühitdə  gülməli,  dövlət  başçısının  dilindən  eşidildikdə  isə, 

ümumiyyətlə,  biabırçı  səslənən  tamamilə  başqa  metodlardan 

istifadə  etmək  məsləhət  görülür.

Ermənistan  dövlətinin  başçısı  həmin  tədbirə  toplaşmış  au­

ditoriyadan  daha  çox  ətraf  aləmə  ünvanlanmış  mesaj  göndə­

rərək  əsla  utanıb  çəkinmədən  oradakı  adamlara  bildirmişdir 

ki,  həmin  tədqiqatın  yekunları,  ümumiyyətlə,  hazırdır  və  indi 

alimlərin  bütün  işi  həqiqət  axtarışına  deyil  (həqiqət  artıq  tapıl­

mışdır!),  yalnız  onun  və  komandasının  əvvəlcədən  hazırladığı 

təbliğat  şüarlarını  təsdiq  etməyə  yönəldilməlidir,  hətta  çox­

saylı  faktlar  və  sənədlər  həmin  şüarlara  zidd  olsa  belə.  Elmin 

siyasi  məqsədlərə  (bəzən  də,  ümumiyyətlə,  miflərə)  tabe  edil­

məsi  normal  hal  sayılan  ölkədə  dövlət  başçısının  dilindən  bu 

günlərdə  Gorusda  səslənənlərə  bənzər  bəyanatların  verilməsi 

mümkündür.

Yetmiş  il  bundan  əvvəl  alman  alimləri  və  Üçüncü  Reyxin 

liderləri  ari  irqin  müstəsnalığı  barədə  buna  oxşar  «qiymətli 

direktivlər»  vermişdilər.  Bir  millətin  başqalarından  üstünlüyü, 

birinin  qədim  və  təmizqanlı,  digərlərinin  gəlmə  və  qarışıq  ol­

ması  barədə  söhbətlərin  nə  ilə  nəticələnməsi  hamıya  yaxşı 

məlumdur.  Təəssüf  ki,  öz  xalqını  təxminən  eyni  fəlakətli  is­

tiqamətə  sürükləyən  bugünkü  Ermənistanın  rəhbərləri  yaxın 

tarixdən  ibrət  dərsi  almamışlar.

Ermənistan-Azərbaypa^b—

—Qarabağ  münaqişəsinin

dinc  yolla  tənzimlənməsi.Iwəciä'iaähısıaJaE  nrosesinin  davam

etdiyi  və  bu  münaqişər 

il  Helsinki  Yekun  Aktır 

Madrid  prinsiplərini  q.

in  tÄ^sHftäirfeÄn  Ernənistanın  1975-ci 

ır№Wüdd&äiläW‘0iaKfesaslanan  yenilənmiş 

bul  etfiYÖŞiffHıamın  n  səbirlə  gözlədiyi


bir  vaxtda,  beynəlxalq  təşkilatlar  və  dünyanın  aparıcı  ölkə­

lərinin  parlamentləri  bir-birinin  ardınca  Azərbaycanın  ərazi 

bütövlüyünü,  Dağlıq  Qarabağın  Azərbaycana  mənsub  olması­

nı,  millətlərin  öz  müqəddəratını  təyin  etməsi  prinsipinin  özba­

şına  interpretasiya  edilməsinin  yolverilməzliyini,  Ermənistanın 

işğal  etdiyi  əraziləri  azad  etməsinin  və  məcburi  köçkünlərin 

öz  evlərinə  qaytarılmasının  zəruriliyini  təsdiq  edən  qətnamə­

lər  qəbul  etdiyi  bir  vaxtda  Serj  Sarkisyan  bütün  bu  sənədlə­

ri  inadkarcasına  görmədən  və  beynəlxalq  birliyin  mövqeyi­

nə  məhəl  qoymadan  diaspordan  olan  qonaqlarına  məsləhət 

görür  ki,  onlar  öz  səylərini  «ikinci  erməni  dövlətinin,  Dağlıq 

Qarabağ  respublikasının  təşəkkülünə,  möhkəmlənməsinə,  in­

kişafına  və  beynəlxalq  aləmdə  tanınmasına»  yönəltsinlər.  Er­

mənistan  prezidenti  ətrafına  nəzər  salmaq,  beynəlxalq  aləmdə 

təklənməsini  dərk  etmək  və  nahamar  taxtaya  vurulmuş  mis­

marı  çəkib  çıxarmağa  başlamaq  əvəzinə  həmin  mismarı  sona 

  1   2   3   4   5   6   7   8   9   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə