Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 29,78 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix07.09.2017
ölçüsü29,78 Mb.
#29192
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

Ill  FƏSİL

Soyqırımının

yeni  mərhələsi

Qarabağ  savaşı  -  

amansız  və  ədalətsiz  müharibə

Azərbaycanın  əsrlərdir  ki,  ən  ağrılı  problemi  olaraq 

qalan  Qarabağ  münaqişəsinin  son  mərhələsinin  başlan­

masından  artıq  25  ilə  yaxın  vaxt  ötür.  Geridə  qalan 

müddət  ərzində  müharibənin  qanlı  mahiyyəti  səngisə 

də,  savaşın  və  təcavüzün  «bəxş»  etdiyi  faciələr,  itki­

lər,  qurbanlar  azalmadı.  Çünki  cəbhə  bölgəsində  əldə 

olunan  atəşkəsə  baxmayaraq,  müharibə  davam  edir  və 

onun  fəsadlarının  sayı  da  durmadan  çoxalır.  Müharibə 

məmləkətdə  hər  an  duyulur,  Qarabağ  itkisi  ölkədə 

addımbaşı  özünü  yada  salır.  Qaçqınlıq  və  məcburi 

köçkünlük  həyatının  çətinliklərində,  vətəndə  vətənsiz- 

lik  taleyinə  məhkum  olan  yüz  minlərlə  insanın  iztirab­

larında,  «yurdum  hey!..»  deyərək  canını  yad  obalarda 

tapşıran  nakam  talelərdə,  Qarabağdan  kənarda  do­

ğulan  qarabağlı  körpələrin  görmədikləri  vətənə  doğru 

uzanan  baxışlarında,  inamlarında,  əsgərimizin  qələbə 

və  intiqam  yanğısında  davam  edir  Qarabağ  savaşı!

Qarabağ  dünyanın  ən  qədim  insan  məskənlərindən 

biridir

Qarabağ  ən  qədim  zamanlardan  indi  Azərbaycan  türkü  ad­

lanan  millətin  əcdadlarının  əzəli  topağı  olub və  bu  ərazidə  ya­

radılmış  bütün  dövlətlər,  xanlıqlar,  inzibati  vahidlər  də  məhz  ' 

bizlərə  məxsus  idi.  Qarabağın  Azərbaycana  aidliyini  sübut  et­

mək  üçün  fakt  axtarmağa  ehtiyac  yoxdur,  çünki,  əslində,  bunu 

təkzib  edən  ən  adi  bir  arqument  belə  mövcud  deyil.

---------  

227 

---------



Qarabağ  ifadə  forması  olaraq  həm  də  coğrafi  ərazi  məna­

sında  qəbul  edilir.  Tarixən  Qarabağ  Azərbaycanın  müxtəlif 

ərazilərini  əhatə  edib.  Məsələn,  vaxtilə  Qarabağ  xanlığının 

vəziri  olmuş  Mirzə  Camal  Cavanşir  «Qarabağ  tarixi»  əsərin­

də  yazırdı:  «Qədim  tarix  kitablarının  yazdığına  görə,  Qara­

bağ  vilayətinin  sərhədləri  belədir:  cənub  tərəfdən  Xudafərin 

körpüsündən  Sınıq  körpüyə  qədər  -   Araz  çayıdır.  İndi  (Sınıq 

körpü)  Qazax,  Şəmşəddin  və  Dəmirçi-Həsənli  camaatı  arasın­

dadır  və  Rusiya  dövləti  məmurları  onu  rus  istilahı  ilə  «Krasnı 

most»,  yəni,  Qırmızı  körpü  adlandırırlar.  Şərq  tərəfdən  Kür 

çayıdır  ki,  Cavad  kəndində  Araz  çayına  qovuşaraq  Xəzər dəni­

zinə  tökülür.  Şimal  tərəfdən  Qarabağın  Yelizavetpolla  sərhədi 

Kür  çayına  qədər -   Goran  çayıdır  və  Kür  çayı  çox  yerdən  (ke­

çib)  Araz  çayına  çatır.  Qərb  tərəfdən  Küşbək,  Salvartı  və  Ərikli 

adlanan  uca  Qarabağ  dağlarıdır».

Tarixi  mənbələr  Qarabağı  təkcə  Azərbaycanın  deyil,  ümu­

miyyətlə,  dünyanın  da  ən  qədim  tarixə  malik  diyarlarından 

biri  kimi  səciyyələndirir.  Sadəcə  bir  faktı  göstərək:  bu  ərazi­

dəki  Azıx  mağarasında  ən  qədim  insanların  yaşayış  məskəni 

aşkar  edilmişdir.  Bu  yaşayış  məskəni  Azərbaycanın,  o  cümlə­

dən  Qarabağın  Aralıq  dənizi  hövzəsi  və  Şərqi  Afrika  ilə  birlik­

də  insanlığın  ilk  vətənlərindən  biri  olduğunu  sübut  edir.  Azıx 

mağarasının  alt  təbəqələrindən  aşkar  olunmuş  əmək  alətləri­

nin  Quruçay  mədəniyyətinə  aid  olduğu  öz  təsdiqini  tapmışdır. 

Quruçay  mədəniyyətinin  yaşı  isə  1  milyon  200  min  ildən  də 

qədimlərə  aiddir.  1968-ci  ildə  isə  Azıx  mağarasında  Azıx  ada­

mının  -   azıxantropun  çənə  sümüyü  tapılmışdı.  Burada  Azıx 

adamının  350-400  min  il  əvvəl  yaşadığı  güman  olunur.

Qarabağ  ərazisi  qədim  Azərbaycan  dövlətlərinin  hamısının 

tərkibində  olub.  E.ə.  IV  -   e.  VIII  əsrlərində  mövcud  olan  Al­

baniya  dövləti  bütün  Qarabağ  ərazisini  əhatə  edirdi.  Yadel­

li  işğalları  nəticəsində  isə  bütün  ərazilərimiz  kimi,  Qarabağ 

da  ilhaq  olunurdu.  XIII  əsrdə  monqolların  Azərbaycanı  tam

228


işğal  etməsi  ilə  Qarabağ  ərazisi  də  əvvəl  Ali  Monqol  Xaqan­

lığının,  sonra  isə  HCilakular-Elxanilər  dövlətinin  tərkibinə  aid 

idi.  Həmin  dövrdən  etibarən  artıq  Qarabağ  coğrafi  əraziyə  şa­

mil  edilirdi.  Mühüm  bir  məqama  da  diqqət  çəkək  ki,  monqol 

hökmdarlarının  daim  Qarabağda  qışlamaları  mühüm  dövlət 

səviyyəli  hadisələrin  burada  baş  verməsinə  səbəb  olmuşdur. 

Məsələn,  Qazan  xan  və  Arpa  xan  adlı  monqol  hökmdarları 

Qarabağda səltənət taxtına  çıxmış,  Arqun  xan  və  Əbu  Səid  xan 

isə  Qarabağda  vəfat  etmişlər.

XV  əsrdə  isə  Qarabağ  Azərbaycan  dövlətləri  olan  Qara­

qoyunlular  və  Ağqoyunluların  tərkibində  idi.  Azərbaycan  Sə- 

fəvilər  dövlətinin  yaranması  ilə  Qarabağ  ərazisi  dövlətin  dörd 

bəylərbəyliyindən  birinə  çevrildi.  Mərkəzi  Gəncə  şəhəri  olan 

Qarabağ  bəylərbəyliyi  235  il,  yəni  1736-cı  ilədək  mövcud  ol­

muşdur.  1593-cü  il  məlumatına  görə,  o,  7  sancağa,  36  na­

hiyəyə  bölünürdü.  Ərazidə  qeydə  alınan  1.300  toponimik 

vahidlərin  hamısı  Azərbaycana  məxsus  idi.  1720-ci  ildə  əra­

zidə  əhalinin  sayı  122  min  nəfər  olmuşdur.  Onların  66  faizini 

Azərbaycan  türkləri,  31  faizini  qriqorianlaşmış  albanlar,  3,1 

faizini  isə  kürdlər  təşkil  edirdi.  1736-cı  ildə  Nadir  şah  Əfşar 

Səfəvilər  dövlətinə  son  qoymaqla  bərabər,  həm  də  Qarabağ 

ərazisində  yaşayan  əhaliyə  qarşı  amansız  faciələrə,  qırğınlara 

rəvac  verdi.  Nadir  şah  onu  qanuni  hökmdar  kimi  tanımaqdan 

imtina  edən  Qarabağ  bəylərbəyliyinin  türk-müsəlman  sakinlə­

rinə  qarşı  ağır  cəza  tədbirləri  həyata  keçirdi.  Eyni  zamanda, 

Qarabağ  əhalisinin  mütləq  əksəriyyəti  Əfqanıstan  və  Xorasana 

sürgün  edildi.  Qeyd  edək  ki,  Nadir  şahın  ədalətsiz  və  qəddar 

olduğu  qədər  də  Azərbaycanın  ümummilli  mənafeyinə  zərbə 

vuran  bu  xəyanətkar  addımı  Qarabağda  mövcud  olan  alban 

məliklərinin  mövqeyini  gücləndirdi  və  onların  separatizminə 

əsaslı  təkan  verdi.  Nadir şahın  ölümü  ilə  onun  qurduğu  dövlət 

parçalandı  və  Azərbaycan  ərazisində  yeni  dövlətlər  -   xanlıq­

lar  yarandı.  Qarabağ  əyalətinin  ərazisində  isə  iki  Azərbaycan 

xanlığı  -   Gəncə  və  Qarabağ  xanlıqları  yarandı.

229


Sarıcalı  kəndindən  olan  və  elində-obasında  hələ  çox  əv­

vəllərdən  qəhrəmanlığı  və  ədaləti  ilə  hamının  rəğbətini  qa­

zanmış  Pənahəli  bəy  Cavanşir  yurdundan  didərgin  düşən  qa­

rabağlıların  öz  tarixi  vətənlərinə  dönüşünün  təminatçısı  oldu 

və  1 747-ci  ildə  Qarabağı  müstəqil  dövlət  elan  etdi.  Nadir  şah 

tərəfindən  sürgün  olunmuş  qarabağlıların  doğma  yurdlarına 

qayıtması  və  onların  Pənahəli  xanın  ətrafında  sıx  birləşməsi 

ilə  xanlığın  mövqeyi  çox  gücləndi.  Pənahəli  xan  1 748-ci  ildə 

qədim  türk  tayfası  olan  bayatların  adı  ilə  bağlı  Bayat  qalasının 

tikilməsinə  qərar verdi,  sonradan  bura  xanlığın  inzibati  mərkə­

zinə  çevrildi.  Qarabağın  və  Pənahəli  xanın  güclənməsi  qonşu 

xanlıqların  ciddi  narahatlıqlarına  səbəb  oldu  və  onlar  müxtəlif 

zamanlarda  Qarabağ  üzərinə  yürüşə  çıxdılar.  Fəqət  bütün  sa­

vaşlarda  da  Pənahəli  xana  məğlub  oldular.



Rusiyanın  Qarabağda  «erməniləşdirmə  siyasəti»

Qarabağ  xanlığının  ərazisində  həm  də  5  məliklik  (Vərəndə, 

Çiləbört,  Xaçın,  Dizaq,  Gülüstan)  mövcud  idi.  Xaçın  istisna 

olmaqla,  digər  məlikliklərin  sakinləri  əslən  Qarabağdan  de­

yildilər.  Özü  də  onlar  heç  erməni  də  deyildilər,  keçmiş  alban 

nəsillərinin  nümayəndələri  olmuşlar.  Bu  gəlmə  məliklər Qara­

bağda  mahal  başçılığını  ələ  keçirdikdən  sonra  mərkəzdənqaç­

ma  meyillərinə  yönəlsələr də,  heç  bir dövlət  birləşməsi  yarada 

bilmədilər,  hətta  bir-birləri  ilə  mübarizə  apardılar.

1783-cü  ildən  etibarən  Rusiya  imperiyası  Qarabağın  ilhaqı 

yönündə  yeni,  daha  intensiv  siyasət  yürütməyə  başladı.  Çar 

hökuməti  ərazidəki  məlikliklərin  köməyi  ilə  Azərbaycanda 

«xristian  dövləti»,  yəni  özünə  dayaq  yaratmağa  çalışır  və  böl­

gənin  etnik  tərkibinin  dəyişdirilməsi  üçün  xüsusi  tədbirlər  hə­

yata  keçirirdi.  Knyaz  G.Potyomkin  1783-cü  ildə  II  Yekaterinaya 

yazdığı  məktubda  qeyd  edirdi  ki,  «...fürsət tapınca  Qarabağı 

ermənilərin  nəzarətinə  vermək  və  bununla  da  xristian  dövləti

230


yaratmaq  üçün  lazım  olanları  etmək  vacibdir».  Bu  arada  Ağa- 

məhəmməd  şah  Qacarın  da  Qarabağa  yürüşləri  mütəmadi  hal 

aldı.  Qarabağlılar  Qacar  ordusuna  qarşı  rəşadətli  müqavimət 

təşkil  etsələr də,  1797-ci  ildə  ikinci  yürüş  zamanı  Ağaməhəm- 

məd  şah  Şuşanı  tuta  bildi,  lakin  burada  öldürüldü.

XVIII  əsrin  sonu  -   XIX  əsrin  əvvəllərindən  etibarən  isə  Ru­

siyanın  Azərbaycandakı  işğalçılıq  fəaliyyəti  gücləndi.  Gür­

cüstanın,  eləcə də Azərbaycanın  Car-Balakən  camaatlığının  və 

Gəncə  xanlığının  işğalından  sonra  növbədə,  şübhəsiz  ki,  Qa­

rabağ  xanlığı  idi.  Böyük  bir  imperiya  ilə  qarşı-qarşıya  çıxmaq 

imkanında  olmayan  Qarabağ  xanı  İbrahim  Cavanşir  məcburiy­

yət  qarşısında  imperiya  qoşunlarının  komandanı  P.Sisianovla 

Kürəkçay  müqaviləsi  bağladı.  Müqaviləyə  əsasən,  Qarabağ 

xanlığı  məhz  Azərbaycan  torpağı  kimi  Rusiyaya  ilhaq  olundu. 

Bu  müqavilə  Qarabağın  Azərbaycana  məxsus  olduğunu  sübut 

edən  ən  mötəbər  sənəddir.

Bu  dövrdən  sonra  Qarabağa  ermənilərin  köçürülməsi  dina­

mik  xarakter  aldı.  Faktlara  nəzər  salaq.  Rus  alimi  N.N.Şavrov 

1911 -ci  ildə  Sankt-Peterburqda  nəşr  etdirdiyi  «Новая  угроза 

рускому  делу  в  Загафгазье»  kitabında  yazırdı:  «1830-cu  ilə­

dək  Zaqafqaziyaya  40  min  İran  və  84  min  Türkiyə  ermənisi

köçürülmüş  və  onları  Yelizavetpol  (Qarabağ  bura  aid  idi)  və

#

İrəvan  quberniyalarının  ən  yaxşı  dövlət  torpaqlarında  yerləş­



dirmişdik  ki,  orada  erməni  əhalisi  cüzi  idi...  124  min  rəsmi 

köçürülən  erməni  ilə  yanaşı,  qeyri-rəsmi  köçən  ermənilərin 

sayı  200  mindən  artıqdır...  Zaqafqaziyada  yaşayan  1  milyon 

300  min  nəfər  erməninin  bir  milyonu  yerli  deyildir.  Və  onlar 

vilayətə  bizim  tərəfimizdən  köçürülüb».

1828-ci  ildə  Rusiya  ilə  İran  arasında  imzalanmış  Türkmən- 

çay  və  1829-cu  ildə  Rusiya  ilə  Türkiyə  arasında  bağlanan 

Ədirnə  müqavilələrinə  əsasən,  ermənilərin  İrandan  və  Türki­

yədən  kütləvi  şəkildə  Şimali  Azərbaycana,  o  cümlədən  Qara­

bağa  köçürülmələri  rəsmiləşdirildi.  Rəsmi  məlumatlara əsasən,

231


1828-1830-cu  illərdə  Şimali  Azərbaycana  İrandan  40  min, 

Osmanlı  imperiyasından  isə  90  minə  qədər erməni  köçürüldü. 

Bunların  da  əsaslı  hissəsi  məhz  Qarabağ  ərazisində  məskun­

laşdırıldı.  Çar  hökuməti  ermənilərin  Qarabağın  iqtisadi  həya­

tında  da  möhkəmlənməsinə  xüsusi  əhəmiyyət  verirdi.  Onlara 

ən  yaxşı  torpaqlar  bəxşiş  kimi  verilir,  sahibkarlıq  fəaliyyətləri 

xüsusi  himayə  edilir,  böyük  vergi  və  gömrük  güzəştləri  alır,  ən 

əsası  isə  ermənilər  dövlət  qulluğuna  götürülürdülər.

Lakin  çar  hökuməti  əraziyə  ermənilərin  axınını  kütləviləş- 

dirsə  də,  azərbaycanlılar  tarixi  torpaqları  olan  Qarabağda  ək­

səriyyət təşkil  edirdilər.  Məsələn,  Qafqazdakı  çar  qoşunlarının 

baş  komandanı  A.Yermolovun  göstərişi  ilə  Qarabağ  ərazisin­

də  əhalinin  etnik tərkibi  öyrənilmişdi.  Sənədlərdə  göstərilir  ki, 

Qarabağ  əyalətində  olan  20.095  ailədən  15.729-u  azərbay­

canlı,  4.366-sı  erməni  və  alban  idi.  1832-ci  ildə  Çar  Rusiyası 

tərəfindən  Qarabağ  bölgəsində  əhalinin  siyahıyaalınması  nəti­

cələrinə  görə,  etnik  tərkibin  64,8  faizini  azərbaycanlılar,  34,8 

faizini  ermənilər təşkil  edirdi.  Ümumiyyətlə  isə  1916-cı  ilədək 

Qarabağda  əhalinin  51  faizi  azərbaycanlılar,  46  faizi  erməni­

lər  idi.

Qeyd  edək  ki,  Qarabağ  xanlığı  ləğv  edildikdən  sonra  bu­

rada  komendant  üsuli-idarəsi  yaradılmış,  ərazi  mərkəzi  Şuşa 

olan  Hərbi  Müsəlman  Dairəsi  tərkibinə  daxil  edilmişdir.  Çar 

hökumətinin  1840-cı  il  inzibati-hərbi  islahatları  nəticəsində 

Qarabağ  əyaləti  Şuşa  qəzasına  çevrilmiş  və  mərkəzi  Şamaxı 

olan  Kaspi  vilayətinə  tabe  edilmişdir.  1846-cı  ildə  Şuşa  qəzası 

Şamaxı  quberniyasına,  1859-cu  ildən  isə  Bakı  quberniyasına 

tabe  edildi,  1867-ci  ildə  isə  Yelizavetpol  quberniyası  tərkibinə 

daxil  oldu.  Bu  məkrli  inzibati-ərazi  bölgüləri  ermənilərin  ida­

rəçilik  sistemində  daha  geniş  təmsil  edilməsinə  imkanlar  açdı.

XIX  əsrin  sonlarından  etibarən  ermənilərin  Azərbaycan 

ərazisində  başladıqları  soyqırımı  siyasəti  .qanlı  məcrada  da­

vam  edirdi.  Kütləvi  soyqırımı  Qarabağda  daha  faciəli  fəsad­

232


lar törətmişdi.  Minlərlə  insan  öldürülmüş,  yurdundan  didərgin 

düşmüş,  onlarla  kənd  yandırılmışdı.  Həmin  dövrdə  ermənilər 

həm  imperiya  idarə  üsulu,  həm  də  güclü  müxalif  qüvvəyə 

çevrilən  bolşeviklər  tərəfindən  fəal  himayə  olunurdular.  Yəni, 

hələ  o  dövrdən  etibarən  Rusiyada  hansı  ideologiyanın,  han­

sı  siyasi  və  dövlət  quruluşunun  hakim  olmasına  baxmayaraq, 

ermənilərə  və  onlar  üçün  yaratdıqları  dövlətə  məhz  «forpost» 

kimi  yanaşmışlar.



Yeni  separatizm  ocağı:  «muxtar  vilayət»

1918-ci  il  mayın  28-də  elan  olunan  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  tərkibinə  daxil  olan  vilayətlərdən  biri  də  Qa­

rabağ  oldu.  Hələ  1918-ci  ilin  29  mayında  Xalq  Cümhuriy­

yətinin  M illi  Şurası  İrəvanı  Ermənistana  inzibati  mərkəz  kimi 

güzəştə  gedəndə  irəli  sürülən  əsas  tələblərdən  biri  məhz  Qa­

rabağa  qarşı  erməni  iddialarının  götürülməsi  idi.  Lakin  ermə­

ninin  özünə,  sözünə,  imzasına  inanmaq  olarmı?  Bir  müddət 

sonra  Ermənistan  Respublikası  Xalq  Cümhuriyyətinin  rəhbər­

ləri  ilə  razılaşmanı  pozaraq  Qarabağa  qarşı  yenidən  əsassız 

iddialarla  çıxış  etməyə  başladı.  Həmin  dövrdə  Qarabağ  mə­

sələsi  tək  Azərbaycanla  Ermənistan  arasında  deyil,  bölgədə 

maraqları  olan  digər  dövlətlərin  də  müzakirə  predmeti  idi.

Xalq  Cümhuriyyəti  parlamentinin  sədri  Ə.M.Topçubaşov 

Osmanlı  dövlətinin  xarici  işlər  naziri  ilə  1918-ci  ilin  noyabr 

ayında  İstanbulda  apardığı  danışıqlar  zamanı  bildirmişdi:  «Er­

mənilərin  ortaya  atdıqları  Qarabağ  məsələsi  5,  ya  10  kənd 

məsələsi  deyil,  mübahisə  bütöv  4  sancaq  -   Şuşa,  Cavanşir, 

Cəbrayıl  və  Zəngəzur  üstündədir.  Bu,  elə  bir  xanlığın  ərazisi­

dir  ki,  burada  ermənilərin  mütləq  çoxluğu  barədə  danışmağa 

əsas yoxdur.  Özü  də onlar buranın  yerli  əhalisi  deyillər.  Rusiya 

ilə  müharibədən  sonra  Türkiyədən  bura  köçənlərdir.  Nəhayət, 

Qarabağın  özündə  ermənilər  yığcam  halda  yaşamırlar,  müsəl­

233


manlarla  qarışıq  məskundurlar.  Bununla  belə,  biz  məsələnin 

sülh  yolu  ilə  həllinə  tərəfdarıq».

Qarabağ  ərazisində  yaşayan  azərbaycanlılara  qarşı  erməni­

lərin  apardığı  kütləvi  soyqırımının  qarşısını  almaq  üçün  Xalq 

Cümhuriyyəti  1919-cu  ilin  yanvarında  Şuşa,  Cavanşir,  Cəbra­

yıl  və  Zəngəzur  qəzalarını  əhatə  edən  Qarabağ  general- 

qubernatorluğu  yaratdı.  Həmin  ilin  avqustunda  Azərbaycan 

hökuməti  Dağlıq  Qarabağ  erməniləri  ilə  siyasi  razılaşma  imza­

ladı.  Burada  göstərilirdi  ki,  Paris  Sülh  Konfransı  bu  məsələ  ba­

rədə  qərar qəbul  edənədək  ermənilərin  məskunlaşdıqları  Dağ­

lıq  Qarabağın  Şuşa,  Cavanşir  və  Cəbrayıl  qəzaları  Azərbaycan 

Xalq  Cümhuriyyətinin  hüdudları  daxilində  hesab  edilir.  Lakin 

bu  da  erməni  təcavüzünün  qarşısını  ala  bilmədi.  1920-ci  il 

22  martda  Şuşada  ermənilər  bolşeviklərin  köməyi  ilə  qiyam 

qaldırdılar.  Bir  neçə  gündən  sonra  qiyam  yatırılsa  da,  tezliklə 

Azərbaycanda  hakimiyyət  dəyişikliyi  baş  verdi.  Bununla  da 

Qarabağ  ətrafında  hadisələrin  yeni  mərhələsi  başlandı.

Azərbaycanda  sovet  hakimiyyəti  qurulandan  cəmi  iki  gün 

sonra,  yəni  1920-ci  ilin  30  aprelində  İnqilab  Komitəsi  Ermənis­

tan  Respublikasına  nota  verərək  qoşunlarını  Zəngəzurdan  və 

Qarabağdan  çıxarmağı  tələb  etdi.  May  ayında  isə  Qarabağda 

artıq  sovet  hakimiyyəti  quruldu,  lakin  bu,  vəziyyəti  dəyişmədi. 

Bölgədə  erməni  hegemonluğu  indi  bolşevik  maskası  arxasın­

da  davam  edirdi.  Ermənistanda  sovet  hakimiyyəti  qurulduqdan 

sonra  iki  dövlət  arasında  sərhədlərin  müəyyənləşməsi  məsə­

ləsində  Dağlıq  Qarabağ  məsələsi  yenidən  gündəmə  gəldi. 

Azərbaycan  İnqilab  Komitəsi  Ermənistan  Sovet  Respublikasına 

göndərdiyi  30  noyabr  tarixli  teleqramında  və  1  dekabr  bəyan­

naməsində  Qarabağın  dağlıq  hissəsinin  muxtariyyətinin  tanın­

ması  məsələsinə  diqqət  ayırırdı.

Artıq  separatçılar  Qarabağın  Ermənistana  birləşdirilməsi 

yönümündə  konkret  fəaliyyətə  keçmişdilər.  1921-1923-cü  il­

lər  arasında  baş  verən  proseslər  bir  daha  sübut  edir  ki,  er­

234


mənilər  öz  məkrli  fəaliyyətlərinə  məhz  himayədarlarının  mə­

sələyə  müdaxiləsi  nəticəsində  nail  olmuşlar.  Həmin  dövrdə 

bütün  Qafqaza  faktiki  nəzarəti  həyata  keçirən  Rusiya  K(b)P 

MK  Qafqaz  Bürosu  Qarabağ  məsələsində  birtərəfli  ermənipə­

rəst  mövqe  nümayiş  etdirirdi.  Belə  ki,  1921-ci  ilin  iyun  ayında 

Qafqaz  Bürosu  Azərbaycanın  razılığı  olmadan  Dağlıq  Qara­

bağın  Ermənistana  məxsus  olmasını  göstərən  bəyannamə  qə­

bul  etdi.  Bu  hadisədən  üç  həftə  sonra  Azərbaycanın  Kommu­

nist  (bolşeviklər)  Partiyası  Mərkəzi  Komitəsi  məsələ  ilə  bağlı 

müzakirələr  keçirdi  və  müvafiq  qərar  qəbul  etdi.  Beş  maddə­

dən  ibarət  qərarın  3-cü  bəndində  göstərilirdi  ki,  «...məsələnin 

yeganə  həlli  erməni  və  müsəlman  kütləsinin  sovet quruculuğu 

işinə  cəlb  edilməsi  ola  bilər».  Problemin  həlli  haqqında  Azər­

baycanın  mövqeyini  Tiflisə  çatdırmaq  N.Nərimanova  həvalə 

olunur.  Aparılan  müzakirələr  nəticəsində  Qafqaz  Bürosu  haq­

sız  mövqeyindən  qismən  geri  çəkilir.  1921-ci  ilin  iyulunda 

Rusiya  K(b)P  MK Qafqaz  Bürosunun  plenumunda qərara  alınır: 

«Müsəlmanlar  və  ermənilər  arasında  milli  sülhün  zəruriliyini, 

Yuxarı  və  Aşağı  Qarabağın  iqtisadi  bağlılığını,  onun  Azərbay­

canla  daimi  əlaqəsini  nəzərə  alaraq  Dağlıq  Qarabağ  Azərbay­

can  SSR-in  tərkibində  saxlanılsın,  ona  inzibati  mərkəzi  Şuşa 

olmaqla  geniş  muxtariyyət  vilayəti  verilsin».

Lakin  muxtar vilayət statusu  da  ermənilərin  iddialarını  azalt­

madı  və  onlar  öz  məkrli  niyyətlərini  davam  etdirdilər.  1922-ci 

ilin  noyabr  ayında  Qarabağ  ərazisindəki  kənd  sovetləri  sədr­

lərinin  və  katiblərinin  geniş  müşavirəsi  keçirilir.  Müşavirədə 

əsas  müzakirə  olunan  məsələ  ilə  bağlı  qəbul  edilən  qərar­

da  göstərilirdi  ki,  Dağlıq  Qarabağın  Azərbaycanın  tərkibində 

saxlanılması  bəyənilir.  1922-ci  ilin  dekabr  ayında  Zaqafqaziya 

Federasiyasının  İttifaq  Soveti  Dağlıq  Qarabağa  muxtariyyət  ve­

rilməsinin  sürətləndirilməsi  haqqında  xüsusi  qərar  qəbul  etdi. 

SSRİ-nin  təsis  edilməsindən  sonra  Dağlıq  Qarabağ  məsələsi 

ilə  bağlı  ermənilərin  avantüraları  yeni  mərhələyə  qədəm  qoy­

---------  

235 

---------



du.  1923-cü  ilin  iyul  ayının  1 -də  AK(b)P  MK  Rəyasət  Heyəti 

Dağlıq  Qarabağın  muxtariyyətinin  dekretləşdirilməsi  və  onun 

layihəsinin  Mərkəzi  Komitədə  qəbul  olunması  barədə  qərar 

qəbul  etdi.  İyunun  27-də  Zaqafqaziya  Ölkə  Komitəsinin  ple­

numu  Dağlıq  Qarabağa  bir  ay  müddətində  muxtar  vilayət  sta­

tusu  verilməsinin  təmin  olunmasını  AK(b)P  MK-ya  həvalə  etdi. 

İyulun  1-də  AK(b)P  MK  RH-nin  iclası  Kirovun  sədrliyi  ilə  Qa­

rabağ  haqqında  məsələni  dinləyərək  altı  bənddən  ibarət  qərar 

qəbul  etdi.  Azərbaycan  Mərkəzi  İcraiyyə  Komitəsinə  mərkəzi 

Xankəndi  olmaqla  Dağlıq  Qarabağa  muxtariyyət  vermək  təklif 

olundu.  1923-cü  il  iyulun  4-də  AMİK  də  eyni  məzmunlu  qərar 

qəbul  etdi.

1923-cü  il  iyulun  7-də  Azərbaycan  Mərkəzi  İcraiyyə  Komi­

təsi  mərkəzlə  razılaşdırılmış dekret qəbul  edir.  Dekretdə göstə­

rilir  ki,  Dağlıq  Qarabağın  ermənilər  yaşayan  ərazisində  Azər­

baycan  SSR-in  tərkib  hissəsi  kimi  mərkəzi  Xankəndi  olmaqla 

Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  yaradılsın.  Həmin  dekret  əsa­

sında  DQMV-nin  əsasnaməsinin  hazırlanması  və  Aran  Qara­

bağla  sərhədlərinin  müəyyənləşdirilməsi  üçün  geniş  tərkibdə 

komissiya  yaradılır.  Komissiyanın  yekun  qərarına  görə  Şuşa 

şəhəri  muxtar  vilayətin  tərkibinə  qatılmır.  Lakin  iyulun  16-da 

Azərbaycan  Mərkəzi  İcraiyyə  Komitəsinin  və  Azərbaycan  SSR 

Xalq  Komissarları  Sovetinin  birgə  iclasında  Şuşanın  DQMV-nin 

tərkibinə  verilməsi  barədə  qərar  qəbul  edilir.

Artıq  mərkəz  və  Sovet  Azərbaycanının  rəhbərliyi  elə 

düşünürdülər  ki,  Dağlıq  Qarabağla  bağlı  məsələ  qapadılmış­

dır  və  erməni  iddiaları  bir  daha  büruzə  verilməyəcək.  Hətta 

ermənilərin  böyük  dostu  və  himayədarı  S.Kirov  AK(b)P-nin  VI 

qurultayındakı  məruzəsində  DQMV-nin  yaradılmasına  qiymət 

verərək  deyirdi:  «Biz,  nəhayət,  bu  məsələni  həll  etdik.  Şübhə­

siz,  tamamilə  doğru  hərəkət  etdik.  Heç  bir  şübhə  yoxdur  ki, 

bu  məsələni  yenidən  həll  etmək  bir  daha  lazım  gəlməyəcək». 

Lakin  Qarabağ  məsələsi  qapadılmadı.

236


Yüklə 29,78 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin