«Faynənşl tayms». İngiltərə. 30 mart 1988
«Sumqayıtda qanlı faciə baş verəndən sonra Ermənistanın
Yerevan şəhərində m inlərlə erməni küçələrə axışdı. Ermə
nilər Qorbaçova böyük ümidlər bəsləyirdilər».
205
«Ekonomiks». İngiltərə. 6 iyul 1988
«Ermənilər Kremldə ikinci adam sayılan Y.Liqaçovun
mayın 21-də Dağlıq Qarabağın Azərbaycanın tərkibində
qalması haqqında çıxışından narazı qaldıqlarını bildirmiş
lər. ...Sumqayıtda, rəsmi məlumata görə, 32 nəfər adam
öldürülmüşdür... Sumqayıt hadisələrində iştirak edənlərin
üzərində məhkəmə prosesi başlanmışdır. 20 yaşlı Tale İs
mayılov adam öldürdüyünə görə 15 il iş almışdır. Ermənilər
belə ittihamdan narazıdırlar».
«İnterneyşl Herald Tribun». Sentyabr 1988
«Bir çox azərbaycanlıların fikrincə, fevralın 27, 28, 29-da
olan hadisələr Azərbaycanı dünya ictimaiyyətinin gözündən
salmaq üçün erməni ekstremistləri tərəfindən törədilmişdir».
«Vaşinqton post». Oktyabr, 1989
«Ağacların kölgəsində onlarla adam bilyard oynayırdı.
«Sumqayıtda nə baş vermişdisə, - Rəfael Abbasov dedi:
- Bu, ermənilər tərəfindən təşkil olunmuş bir aksiya idi».
Gənclər deyirdilər ki, hadisələrdən əvvəl ermənilər pulları
nı əmanət kassalarından çıxarmağa başladılar, çoxları şəhəri
tərk etdi.
İştirak edənlərin hamısı qeyd elədi ki, bu, ermənilər tə
rəfindən hazırlanmış aksiya idi».
«Liberasyon». 25 noyabr 1989
«Hələ 1987-ci ilin yayında ermənilər Dağlıq Qarabağın
alınması haqqında məsələ qaldıranda belə başa düşmək
olardı ki, Qorbaçov və onun ətrafında olanlar bu tələbi
müdafiə edirlər. Bu hərəkat gündən-günə genişlənirdi. Mos
kva isə susurdu. 1988-ci il fevralın 26-da Qorbaçov müra
ciətlə çıxış edəndə onun nitqi təxminən belə oldu: «Mən
hər şeyi başa düşdüm. Ancaq bir az gözləyin».
206
Bakının və Sumqayıtın ayrı-ayrı sənaye müəssisələrində ça
lışan ermənilər Sumqayıtda baş verən hadisələrlə bağlı «Kom
munist», «Bakinskiy raboçiy», «Vışka», «Sosialist Sumqayıtı»,
«Kommunist Sumqaita», «Pravda», «İzvestiya» qəzetlərində çı
xış edir, millətçi ermənilərin irəli sürdükləri torpaq iddialarını
əsassız hesab edirdilər.
Ermənistanın rəhbərləri, hərbçiləri, qatı millətçiləri Dağlıq
Qarabağın və Azərbaycanın 20 faiz torpaqlarının işğalında,
görəsən, təkcə öz imkanlarındanmı istifadə etmişdilər? Xeyr!
Əgər kənardan kömək olmasa idi, ermənilər cürət edib Azər
baycan torpaqlarını zəbt edə bilməzdilər. Buna onların cürəti
çatmazdı! Sovet hərbçiləri bu işdə onlara dəstək idilər. Ermə
nilərə külli miqdarda silah və canlı qüvvə verilirdi. Sonralar
Rusiyanın Ermənistana təmənnasız bir milyard Amerika dolları
həcmində silah verməsi bütün dünya ictimaiyyətinə bəllidir.
1990-cı il yanvar ayının 24-də Parisdə nəşr olunan «Jurnal
dyu dimanş» qəzeti yazırdı: «Axır günlər Livandan Yerevana
minomyot və avtomatlar daşıyan təyyarələr gəlməkdə davam
edir. Onların boşaldılması erməni gömrük işçilərinin nəzarəti
altında gecələr həyata keçirilirdi. Artıq neçə gündür ki, aero
portun gömrüyündə bir nəfər də olsun rus xidmət etmir. Bu
silahların daşınması, ola bilsin ki, sentyabrdan başlanıb. Dağ
lıq Qarabağda vətəndaş müharibəsi qızışan andan Yerevanda
və kəndlərdə, Azərbaycanla sərhəd ərazidə daha çox silahlı
adamlara, həmçinin hər şeyə hazır olan qızışmış gənclərə rast
gəlinir. Bu dəstələrin başında çox vaxt Beyrutdan və Dəməşq
dən gəlmiş erməniləri görmək olar. Onların bəziləri Livan ter
rorçularına və silahlanmış xristian qruplarına yaxındırlar. Küçə
döyüşləri taktikasını yaxşı bilən yüzlərlə Livan ermənisi bura
vizasız gəlib. Onların bir hissəsi Yerevanda yerləşir, əksəriy
yəti isə sərhəd rayonları olan Gorus və Xanlar ətrafına yola
207
düşüb. Qonşu respublikalarda olduğu kimi, «Qarabağ Komitə
si» bu təşkilatları Azərbaycana qarşı öz əlində saxlayır».
Belə misalları çox sadalamaq olar. Möhkəm silahlanmış er
mənilər ideoloji silahdan da məharətlə istifadə etməyə çalı
şırdılar. Erməni və ermənipərəst qüvvələr dünyanın ayrı-ayrı
mətbuat səhifələrində, guya, «Böyük Ermənistan»ın mövcud
olduğunu iddia edir, Osmanlı imperiyası tərəfindən dağıldı
ğını ön plana çəkirdilər. Fransız sovetşünası Lemerse-Kelkeje
«Azərbaycana xaricdən təsir» məqaləsində Azərbaycan tari
xini təhrif edir, qonşu dövlətlərə (ermənilər nəzərdə tu tu lu r-
red.) qarşı xəyanətkar olduğunu sübut etməyə çalışırdı.
Erməni ideoloqları öz havadarlarının pulu hesabına xaricdə
kütləvi informasiya vasitələrində Azərbaycan haqqında mənfi
imic yaratmaqla məşğul idilər. Bir misal çəkmək istəyirəm.
1989-cu il iyun ayının 29-da «Yurmala» qəzetinin 26-cı sayı
nın birincə səhifəsində belə bir başlıq verilmişdi: «Qəzetin bu
nömrəsi Ermənistana və erməni xalqına həsr olunur».
Qəzetlə tanış olanlar bilirlər ki, Azərbaycanın, onun dinc
əhalisinin ünvanına nə qədər böhtanlar yağdırılmışdır. Dağlıq
Qarabağın tarixən ermənilərin olmasını sübut etməyə çalışır,
Sumqayıtda ermənilərə qarşı «genosid» aparıldığını söylə
yirdilər. Silva Kaputikyan məqaləsində yazırdı: «Biz uçuruma
yuvarlanmışıq. Çıxış yolu yoxdur. Bir tərəfdə Türkiyə, digər tə
rəfdə Azərbaycan. Havamız çatmır. Məhv oluruq. Sumqayıtda
qırğın olmuşdur. Bizi yaşamağa qoymurlar».
Yazıçı Sero Xanzadyan yazırdı: «1930-cu ildə Qarabağda
850 min erməni yaşayırdı. 1926-cı ildə Naxçıvanda ermənilər
əhalinin 40 faizini təşkil edirdi. 1988-ci ilin axırlarında orada,
demək olar ki, erməni qalmayıb. Sumqayıtda ermənilərin qətli
Azərbaycan rəhbərləri ilə razılaşdırılaraq həyata keçirilmişdir.
Burada 450-yə qədər erməni vəhşicəsinə öldürülüb».
208
Həmin dövrdə «Yurmala» qəzetinə «Azərbaycan gəncləri»
və «Kommunisti Sumqaita» (indi «Exo Sumqaita» qəzeti) cavab
verdi. Azərbaycan KP Mərkəzi Komitəsinin orqanları «Kom
munist» və «Bakinskiy raboçiy» qəzetləri isə nədənsə susdular.
Qərb ölkələri, transmilli korporasiyalar, xarici mətbuat
Azərbaycanda gedən ictimai-siyasi proseslərdən, Sumqayıt
da baş verən qanlı aksiyadan, Dağlıq Qarabağ problemindən
SSRİ-nin dağıdılmasında və Kommunist Partiyasının ləğvində
bir alət kimi istifadə etdilər. Erməni millətçiləri isə bu hadisə
lərdən tarixi şans kimi istifadə etməyə çalışdılar.
Həmin illər ermənilər informasiya müharibəsində üstünlük
təşkil edirdilər. Fransada, Kaliforniyada, Hollandiyada kütləvi
informasiya vasitələrində ermənilər və ermənipərəst siyasətçi
lər, politoloqlar Azərbaycanın ünvanına hədyanlar yağdırırdı
lar.
«Sandi Tayms» qəzeti yazırdı: «Azərbaycanlılar ermənilər
dən aciz və gücsüz deyillər. İnformasiya müharibəsində isə
azərbaycanlılar ermənilərdən aciz və gücsüzdürlər».
Bu, həqiqətən, belə idi. İllər sonra Azərbaycan iqtisadi cə
hətdən inkişaf etdikcə paralel olaraq ideologiyamızda da ciddi
dönüşlər yarandı. Alimlərimiz, tarixçilərimiz, politoloqlarımız
ermənilərin xəyanətkar düşmən olduğunu, ədalətsiz müharibə
apararaq 20 faiz torpaqlarımızı işğal etməsini bütün dünyaya
çatdırmağa səy göstərdilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
İstanbulda keçirilən sammitdəki çıxışında demişdir ki, biz in
formasiya müharibəsində həmişə ermənilərdən geri qalmışıq.
İndi hücuma keçməyin vaxtı gəlib çatmışdır.
Son illər ideoloji cəbhədə atılan addımlar onu göstərir ki,
artıq dünya ictimaiyyəti erməniləri işğalçı kimi tanıyır, azər
baycanlıların isə sülhpərvər bir millət olduğunu dəstəkləyir.
209
Sumqayıt hadisələri və Dağlıq Qarabağ problemi ilə bağlı
çəkilən sənədli film lər və kitablar rus, ingilis, fransız, alman,
çin, ərəb, ispan dillərinə tərcümə olunub dünya ictimaiyyəti
nə çatdırılır. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın əməyini də xüsusi qeyd etmək
lazımdır.
Erməni millətçiləri Azərbaycanın güclü təbliğat maşını qar
şısında artıq tab gətirə bilmirlər. Son vaxtlar onlar Sumqayıt və
Dağlıq Qarabağla bağlı siyasətlərində dönüş yaratmağa çalışır
lar. Onlar Azərbaycanın tarixini, adət-ənənəsini, mədəni irsi
ni təhrif etməyə başlayıblar. Bu sahədə Melik Arsen-Barsam,
Vitaliy Danilov, Samvel Şaxmuradyan, Aleksandr Vasilevski,
Anatoliy Mostovoy və başqaları internet səhifələrində gen-bol
çıxış etməklə məşğuldurlar. Onların çıxışlarına qiymət ver
mək istəmirəm. Lakin Marksın bir kəlamını xatırlatmaq yerinə
düşərdi: «Həqiqət o vaxt həqiqət olur ki, o, həqiqət olsun».
Ermənilərin tarixində və söylədiklərində isə həqiqət yoxdur!
Sumqayıtda qanlı terror fevralın 27-də baş tutsa da, bu sse
nari çoxdan hazırlanmışdı. Əslində, bütün bunlar nə Sumqa
yıtla, nə də sumqayıtlılarla bağlı idi. Bu şəhər yalnız əlveriş
li məkan, sərfəli mövqe kimi seçilmişdi. Araşdırmaçılar belə
qənaətə gəliblər ki, hadisələrin törədilməsində üç tərəf olub:
birincisi, bəlkə də ən fəal tərəf SSRİ-ni dağıtmaq siyasətinə
rəhbərlik edən qüvvələr olub. İkincisi, məqamdan, qarışıqlıq
dan istifadə edərək Dağlıq Qarabağ Muxtar Vilayətini Azər
baycandan qoparıb Ermənistana birləşdirmək istəyən separat
çılar fürsətdən gen-bol faydalanmaq istəyiblər. Üçüncü qüvvə
isə təxribat qrupu tərəfindən öyrədilən, cinayətə təhrik olunan
nəzarətsiz gənclər idi.
Amma hadisələrin ssenarisi çox məxfi şəkildə hazırlan
dığından iğtişaşlar başlanandan sonra da həqiqət dünyadan
gizlədildi, cinayətkarlar istintaqdan. Hadisələrin xronikası, ar
210
dıcıllığı sübut edir ki, erməni millətçi və separatçı qüvvələri
bu qanlı terrorun məxfi planını, parol və işarələrini çoxdan
hazırlayıblar. Bir-birinin ardınca təşkil olunan aksiyalar, siyasi
gedişlər də bunu sübut edir. Eyni vaxtda Stepanakertdə və Ye
revanda Qarabağ uğrunda mitinqlər təşkil olunur, yığıncaqlar
keçirilirdi. Ermənistanda yaşayan azərbaycanlılar mıitəşəkkil-
liklə ata-baba yurdlarından zorla qovulurdular. İlk qaçqınlar
Bakıya, Sumqayıta gəlirdi. Əlbəttə, bu gəlişin ardınca cavab
aksiyaları təşkil olunurdu. Nümayişçilər, yürüşçülər arasında
Azərbaycan dilində sərbəst danışan saqqallı erməni emissarları
görünürdü. Rəsmi Bakı çaşqın günlərini yaşayırdı. Vəziyyətdən
istifadə edən erməni separatçıları məqsədlərinə çatmaq üçün
hər cür hiyləyə əl atır, dəridən-qabıqdan çıxırdılar. Elə bir
məqam yaranmışdı ki, Moskva hadisələri sükutla izləyir, əs
lində isə daha riyakar və dəhşətli planların konturları cızılırdı.
1988-ci il fevralın 27-29-da Sumqayıtda törədilən qanlı cina
yət də bu planın tərkib hissəsi idi. Statistik məlumatlara görə,
hələ 1988-ci ilin əvvəllərində Sumqayıtda müxtəlif millətlər
dən olan 258 min 200 nəfər yaşayırdı. Onların 14.208 nəfə
ri milliyyətcə erməni idi. Doğrudur, həmin illərdə Gəncədə,
Şəkidə, Bakıda da ermənilərin sayı az deyildi. Amma iğtişaş
üçün məhz Sumqayıtın seçilməsinin səbəbləri vardı. Sumqayıt
Dövlət Universitetinin Rus dili kafedrasının müdiri, filologiya
elmləri doktoru Ramazan Məmmədov hadisələrin Sumqayıtda
törədilməsini belə əsaslandırır:
- Sumqayıtın yerləşdiyi ərazi paytaxta - Bakıya daha ya
xındır. Bakıdan dərhal dünya ictimaiyyətinə hadisə barədə
məlumat yaymaq, antiazərbaycan şəbəkə ilə çevik əlaqə ya
ratmaq imkanları geniş idi. 80-dən çox millətin yaşadığı Sum
qayıt təkcə kimyaçılar, metallurqlar şəhəri kimi yox, həm də
xalqların dostluq şəhəri kimi tanınırdı. Maraqlı olan qüvvələr
bu hadisələri törətməklə dünya ictimaiyyətinə bəyan etmək is
211
təyirdilər ki, azərbaycanlılar millətçi, vəhşi və barbar bir xalq
dır. Bu səbəbdən də onlarla birgə yaşamaq mümkün deyil.
Sumqayıtda törədilən qanlı aksiyaların şəhərin Dostluq, Sülh
küçələrində baş tutması da məqsədli idi.
Sumqayıtda hadisələrin başladığı gündən dərhal anti
azərbaycan informasiya şəbəkəsi işə düşdü. Müxtəlif ölkələrdə
videolentlər nümayiş etdirildi, mətbuatda şər və böhtan dolu
yazılar dərc olundu. Qəribədir ki, cəmi 3-4 gün sonra Xan
kəndidə əvvəlcədən hazırlanmış «Sumqayıt hadisələri zamanı
həlak olmuş ermənilərə xatirə abidəsi» ucaldıldı, «Sumqayıt...
Soyqırımı... Aşkarlıq» adlanan kitabça 50 min tirajla Yerevan
da rus dilində çap olunub dünya ictimaiyyətinə çatdırıldı. Əl
bəttə, belə silsilə tədbirlər bir daha sübut etdi ki, ermənilər
bu qanlı aksiyanın törədilməsini və geniş yayılmasını planlı
şəkildə təşkil etmişlər. «Böyük Ermənistan» xülyasına xidmət
edən antitürk, antiazərbaycan təbliğat separatçıların başlıca
məqsədinə, məramına çevrilmişdi. Sumqayıt hadisələri barədə
sovet və xarici ölkə mətbuatında birtərəfli, qərəzli yazılar dərc
olunurdu. Moskva isə susurdu. Hələ 1988-ci il fevralın 26-da
İttifaq rəhbəri M.Qorbaçov ermənilərin ona müraciətinə çox
təmkinlə cavab vermişdi: «Mən hər şeyi başa düşdüm, ancaq
bir az gözləyin». Cəmi iki gün sonra Sumqayıt hadisələri baş
verdi. Sumqayıtlı jurnalist Eyruz Məmmədov o günləri xatırla
yanda bunları dedi: «SSRİ-nin sabiq müdafiə naziri D.Yazovla
müsahibəmdə onun bir etirafı var: «Biz qoşunları Sumqayıta
yeritmək üçün ali baş komandandan əmr gözləyirdik. Ali baş
komandan isə M.Qorbaçov idi...» Sumqayıtda qan töküləndən
sonra şəhərdə dərhal komendant saatı elan olundu. Beləliklə,
bütün səlahiyyət hərbçilərin əlinə keçdi. Ona görə ki, Moskva
belə istəyirdi...
1988-ci il fevral hadisələrindən sonra M.Qorbaçov yüksək
dairələrdə Sumqayıt faciəsinə siyasi qiymət verilməsinə tərəf-
212
clar çıxmadı. Çünki o vaxtlar Sumqayıt hadisələrinə siyasi qiy
mət verilsəydi, həmin əməliyyatın yüksək dairələrdən idarə
olunması faktı ortaya çıxa bilərdi. SSRİ-nin milli münaqişə
lər zəminində dağıdılması ssenarisinin əsl müəllifləri ittiham
olunardı, Sumqayıtda törədilmiş iğtişaşların Dağlıq Qarabağ
problemi ilə bağlılığı üzə çıxardı. Bir də ermənilərin dünyaya
bəlli olan iç üzləri açılardı. Hələ bir vaxtlar ermənilərin vəh
şiliyindən dəhşətə gələn fransız jurnalisti Jan İv yazırdı: «Mən
müharibədə çox şeylər olduğunu, alman əsgərlərinin qəddar
lığını eşitmişəm. Amma ermənilər onları ötüb-keçiblər. Onlar
5-6 yaşlı uşaqları, dinc əhalini vəhşicəsinə öldürürlər». Əslin
də, dünya ictimaiyyəti erməniləri belə tanıyır: zalım, qəddar,
qaniçən, bir sözlə, ümumbəşəri bəla kimi...
Sumqayıt hadisələrindən 23 il keçir. Doğrudur, hadisələrin
mahiyyətini açmaq, baş verənlərə hüquqi qiymət vermək üçün
SSRİ Baş Prokurorluğu istintaq qrupu yaratdı. İlk baxışda göz
ləmək olardı ki, əsl həqiqət üzə çıxacaq. Amma belə olmadı,
şəhərdə kütləvi həbslər başladı. Günahsız adamlar istintaqa
cəlb olundu. Əsl cinayətkarlar isə hələ də məsuliyyətə cəlb
olunmayıblar...
Mixail Qorbaçov Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsinin Baş katibi seçiləndən sonra onun ətrafına ermə
nipərəst qüvvələr toplandı. Siyasi məsələlər üzrə Şahnazarov,
iqtisadi məsələlər üzrə Aqanbekyan, planlaşdırma məsələləri
üzrə Sitaryan onun ən yaxın köməkçiləri oldular. Ölkədə ge
dən ictimai-siyasi proseslərdən öz məqsədləri üçün istifadə et
mək, erməni xalqının arzuladığı torpaq iddiasını qaldırmaq və
reallaşdırmaq üçün onlar Qorbaçova məsləhətlər verir, onu bu
çirkin və məkrli işə cəlb edirdilər. Lakin Qorbaçov hakimiyyə
tinin ilk illərində Dağlıq Qarabağı Azərbaycanın tərkibindən
ayırıb Ermənistanın tərkibinə vermək çətin idi. SSRİ Nazirlər
Sovetinin birinci müavini, Siyasi Büronun üzvü Heydər Əliyev
213
belə ədalətsiz bir məsələnin ali hakimiyyət dairələrində müza
kirə olunmasına imkan verə bilməzdi.
Qorbaçovun yaratdığı qeyri-sağlam mühitdə çalışmağın
mümkünsüzlüyünü görən Heydər Əliyev 1987-ci ilin oktyabr
ayında Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda
tutduğu bütün vəzifələrdən istefa verməyə məcbur oldu. Ölkə
mizlə bağlı ağır proseslər də bundan sonra başlandı. 1987-ci
ilin noyabrında akademik Aqanbekyan Parisdə erməni icması
qarşısında çıxış edərək Dağlıq Qarabağın Azərbaycan Respub
likasından alınıb Ermənistana verilməsini məqsədəuyğun he
sab etdiyi barədə bəyanat verdi. Bu bəyanat xaricdə yaşayan
erməni lobbisi tərəfindən alqışlandı və bu işdə Qorbaçova hər
cür dəstək olacaqlarına söz verildi. Həmin ilin dekabrında Mi-
xail Qorbaçov xanımı Raisa Maksimovna ilə ABŞ-ın Kalifor
niya ştatına səfər etdi və burada erməni icması ilə görüşdü.
Görüşdə Dağlıq Qarabağ məsələsi gündəmə çıxarıldı və Qor-
baçovdan onun tezliklə ermənilərin xeyrinə həll olunacağı
haqda razılıq alındı. Mixail Qorbaçov Moskvaya qayıtdıqdan
sonra Ermənistanın və Dağlıq Qarabağın ayrı-ayrı rayonlarında
kütləvi mitinqlər keçirilməyə başlandı.
1988-ci il fevralın 1 7-də Sov.İKP MK-da erməni icmasının
bir qrup nümayəndəsi qəbul olundu. Fevralın 18-də Xankən
diyə qayıdan həmin nümayəndələr mərkəzi meydanda mitinq
keçirdilər. Moskvadan səfərdən qayıdan Akopyan və Qabriel-
yan kütlə qarşısında çıxış edərək Moskvanın onları dəstək
lədiklərini bildirdilər və Dağlıq Qarabağ probleminin Ermə
nistanın xeyrinə həll olunacağı haqqında məlumat verdilər.
Azərbaycanın ayrı-ayrı bölgələrində yerli əhali ermənilərin bu
antikonstitusion aksiyasına cavab olaraq etiraz aksiyası keçir
məyə başladı. Fevralın 19-da Bakıda Mərkəzi Komitənin binası
qarşısında mitinq keçirildi. Mitinq iştirakçıları ermənilərin tor
paq iddiasını əsassız saydılar, bu işdə Sovet'hökumətinin lo
214
yal mövqeyini tənqid etdilər. Mərkəzə, Qorbaçova teleqram
lar vuruldu, məktublar göndərildi. Lakin Kreml tərəfindən qəti
tədbir görülmədi. Dağlıq Qarabağda «Krunk» adlı cəmiyyət
yaradıldı. Ona özünün m illətçiliyi ilə seçilən tikinti materi
alları kombinatının müdiri, regionda korrupsioner kimi tanı
nan Manuçarov rəhbərlik etməyə başladı. «Krunk»un tələbi
ilə Dağlıq Qarabağın bütün rayonlarında və vilayətin özündə
xalq deputatları sovetlərinin sessiyaları çağırıldı. Gündəliyə isə
bir məsələ çıxarıldı - Dağlıq Qarabağ Azərbaycan Respublika
sının tərkibindən çıxarılsın və Ermənistanın tərkibinə verilsin.
Bu antikonstitusion qərar da Moskva tərəfindən sükutla qarşı
landı. Ermənistan rəhbərləri, korrupsiyaya qurşanmış qüvvələr,
hakimiyyətə can atanlar və kəşfiyyat institutları hadisələri daha
da qızışdırmaq, onu kulminasiya nöqtəsinə çatdırmaq üçün
planlar cızır, iki milləti üz-üzə qoymağa çalışırdılar.
Sumqayıtda baş verə biləcək hadisələr ermənilərə artıq mə
lum idi. Burada yaşayan 1.000-dək erməni 1988-ci il yanvar
ayının 1-dən fevralın 25-dək əmanət kassalarında saxladıqları
8 milyon 343 min 691 rubl pulu təcili çıxararaq Yerevana,
Xankəndiyə və Rusiyanın ayrı-ayrı şəhərlərinə köçüb getdilər.
Sumqayıtın sənaye müəssisələrində, təhsil, mədəniyyət və
səhiyyə sistemlərində çalışan ermənilər Dağlıq Qarabağın Er
mənistana verilməsi barədə gizli imzalar toplamağa başladılar.
Onlar «Krunk» cəmiyyətinə yardım adı altında adambaşına
50 rubl vəsait keçirirdilər. Gizli iqtisadiyyata rəhbərlik edən
«sexovşik»lər onlara mənsub olan istehsal sahələrini söküb Ye
revana apardılar.
Həmin günlər Əsgəranda ermənilər tərəfindən iki azərbay
canlı gənc - Əli və Bəxtiyar qətlə yetirildi. Dağlıq Qarabağla
bağlı problemdə kimin əvvəlcə güllə atdığı mübahisəli oldu
ğundan həmin hadisələrdə iştirak edən SSRİ Dövlət Təhlükə
sizlik Komitəsi sədrinin birinci müavini Filip Bobkov sonradan
215
«КГБ и власть» kitabında yazırdı: «Yenə də mübahisə etmək
olar: kim birinci başladı? Azərbaycan tərəfi, yoxsa erməni tə
rəfi? Fakt faktlığında qalır. İlk qurban azərbaycanlılar oldu.
1988-ci il fevral ayının 22-də Əsgəranda iki nəfər azərbaycanlı
gənc qətlə yetirildi».
1988-ci ilin fevralında ermənilər Azərbaycanın ayrılmaz
hissəsi olan Qarabağın dağlıq hissəsini qoparıb Ermənistana
birləşdirmək üçün açıq fəaliyyətə başladılar. Ayın 25-də Ermə
nistan m illi televiziyası ilə çıxış edən katolikos Vazgen Dağlıq
Qarabağın Ermənistana birləşdirilməsinin vacibliyini bildirdi.
Həmin dövrdə ideoloji cəhətdən tərksilah edilmiş Azərbaycan
faktiki olaraq siyasi-psixoloji böhran keçirir və gözlənilməz və
ziyyətdən çıxış yolu tapa bilmirdi. Bu amil də fevralın 27-29-
da daşnakların Sumqayıtda özlərinin məkrli niyyətlərini həyata
keçirmələrinə şərait yaratmışdı.
Fevralın 27-də Sumqayıt şəhər prokuroru İsmət Qayıbov baş
vermiş iğtişaşlarla bağlı cinayət işi başlatsa da, artıq dörd gün
sonra Moskvadan göndərilmiş SSRİ Baş Prokurorluğunun istin
taq qrupu bu işi öz icraatına götürmüş, Sumqayıtın və ümumiy
yətlə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşla
rını isə istintaq-əməliyyat tədbirlərindən kənarlaşdırmışdı. Belə
bir şəraitdə ermənilərin əvvəlcədən, qeyd-şərtsiz zərər çəkmiş
tərəf kimi tanınması asanlaşmış, tutulan ermənilərin hamısı
«səhvən yaxalanmışlar» kimi azadlığa buraxılmışdı. Hərbçilər
tərəfindən tutulmuş Eduard Qriqoryanın ifşa edilməsi isə is
tintaqın yox, zərərçəkmiş Mejlumyan bacılarının onu özləri
nə qarşı zorakılıq edənlərdən biri kimi tanımaları nəticəsində
mümkün olmuşdur. Moskvadan gələn müstəntiqlər Sumqayıt
da özlərini həyasızcasına aparır, dindirmələr zamanı azərbay
canlılarla amansız rəftar edirdilər. SSRİ DTK-nın baş müstənti
qi polkovnik Zubtsev Sumqayıt milisinin əməkdaşlarını sorğu-
suala tutarkən bu söhbətin məntiqində elə başa düşülmüşdü
216
ki, sovet rəhbərliyini bu qanlı təxribatı təşkil edənlər yox, yerli
partiya və sovet orqanlarının, təsərrüfat və istehsalat sahələri
rəhbərlərinin şəxsi həyatları, intim münasibətləri barədə kom-
pramat xarakterli məlumatlar daha çox maraqlandırır. Bütün
bunlar isə, çox güman ki, bu şəxslər barəsində hansısa təd
birlər görmək, azərbaycanlı rəhbər işçiləri ləkələmək və həbs
etmək üçün lazım olmuşdu. Bu isə, öz növbəsində, azərbay
canlıların əleyhinə daha bir çığır-bağır kampaniyası qaldırma
ğa imkan verə bilərdi. Sumqayıt hadisələrini törətməklə ermə
nilər güclü informasiya blokadasına alınmış Azərbaycanı bir
küncə sıxmaq, özlərini isə bütün dünyaya «yazıq», «məzlum»
bir millət kimi təqdim etmək, bu səbəbdən ermənilərin azər
baycanlılarla bir yerdə yaşamalarının mümkünsüzlüyü barədə
fikir formalaşdırmaq niyyətində olublar. Dünya ictimaiyyəti
nə belə bir informasiya sızdırmışdılar ki, guya, Ermənistandan
azərbaycanlılar özləri qəsdən qaçıb Azərbaycana gedir və er
mənilərin onları incitmələri barədə yalan məlumatlar yayırlar.
Bu məlumatların nəticəsi olaraq azərbaycanlılar öz rəhbərlə
rinin tapşırığı ilə ermənilərə qarşı «soyqırımı» törədiblər. Gö
ründüyü kimi, eyni ssenaridir, lakin məsələ burasındadır ki,
yerli partiya və sovet təşkilatlarının, habelə hüquq-mühafizə
və dövlət təhlükəsizlik orqanlarının Moskvaya sözsüz tabeliyi
şəraitində onların, guya, azərbaycanlı əhalini ermənilərə qarşı
hansısa planlı hərəkətə sövq etməsi mümkün deyildi. Faktlar
bunu deməyə əsas verir ki, hadisələr ərəfəsində yerli haki
miyyət strukturları yuxarı hakimiyyət orqanlarına şərait barədə
məlumat versələr də, Moskvadan gəlmiş yüksək vəzifəlilər,
qoşun hissələri və digər xidmətlərin səlahiyyətli nümayəndə
ləri Sumqayıtda olsalar da, onların gözü qarşısında iğtişaşlar və
talanlar baş vermişdir. Bu isə onu göstərir ki, hadisələr Mos
kvadan idarə olunur və izlənilirdi. İğtişaşların başında duran
Eduard Qriqoryan isə təsadüfən ələ keçmişdi. Ləzgi bilib həbs
217
etmiş və tanınmaya təqdim edilərkən əsl sifəti məlum oldu
ğundan onu aradan çıxarmaq mümkün olmamışdı. Qriqoryan
uzun müddətə azadlıqdan məhrum edilsə də, sonradan onun
cəzasının qalan hissəsini çəkmək üçün Ermənistana göndəril
məsi də çox şeylərdən xəbər verir. Xatırladaq ki, Adolf Sukia-
sov adlı erməni hətta məhkəmədə şahid kimi ifadə verərkən
«Sumqayıt hadisələrini azərbaycanlılar yox, ermənilər özləri
törədiblər», - deyə etiraf etmişdi.
Sumqayıtda yaşayan ermənilərin bir qisminin erməni
millətçi-ekstremist fikir daşıyıcıları olmasına dair məlumatla
ra keçmiş Azərbaycan SSR DTK-nın arxivində saxlanan və is
tintaqa təqdim edilmiş «Nalyotçik» («Basqınçı») kodu altında
əməliyyat işinin materialları arasında olan sənədlərdə də rast
gəlinir. Məsələn, əməliyyat işinin 146-147-ci vərəqlərində rus
dilində tərtib edilmiş siyahıdan görünür ki, bu siyahı Sumqa
yıt şəhərindəki hadisələr ərəfəsində DTK orqanları tərəfindən
hazırlanmış 47 ekstremist erməni barəsindədir. Qeyd edək ki,
adları çəkilən ermənilərin heç biri şəxsən zərər çəkməmişdir.
1991-ci ilin avqust ayında Moskvada baş vermiş çevrilişlə
əlaqədar başlanmış cinayət işi üzrə yaradılan istintaq qrupu
nun tərkibində intihar etmiş sabiq SSRİ daxili işlər naziri Boris
Puqonun xidməti otağında aparılan axtarış zamanı rəflərdəki
sənədlər arasında Mesxeti türklərinin Özbəkistandan qovulma
sı, Dağlıq Qarabağ və digər bu cür hadisələrlə əlaqədar ayrı-
ayrı qovluqlar aşkar edilmişdir. Qovluqdakı sənədlərdə Dağ
lıq Qarabağda fəaliyyət göstərmiş «Krunk» təşkilatı, onların
üzvləri barədə, ümumən Dağlıq Qarabağ hadisələri haqqında
SSRİ DİN-ə daxil olan ilk məlumatlar öz əksini tapmışdır. Bu
məlumatlar həm Ermənistan, həm də Azərbaycan daxili işlər
nazirliklərinin arayışlarından, eləcə də SSRİ DİN-in müvafiq
idarələrinin məlumatlarından ibarət olmuşdur. Bu faktın özü
də onu göstərir ki, bütün baş verənlər barədə SSRİ rəhbər
218
liyinin ilk günlərdən ətraflı məlumatı olmuş, lakin müəmmalı
səbəblərdən gözlənilən hadisələrin qarşısını almağa heç bir
cəhd göstərilməmişdir.
Sumqayıt hadisələrinin başvermə səbəblərini araşdırarkən
bir sıra maraqlı təfərrüatlar üzə çıxır. Məlum olur ki, elə bu
gün də erməni və ermənipərəst qüvvələr Sumqayıt hadisələri
nin kökünü 1963-cü ildə axtarmağa çalışırlar.
Sumqayıtlı jurnalist, 1988-ci ildə bu şəhərdə törədilən iğ
tişaşların törənmə səbəblərini ilkin araşdıranlardan biri Eyruz
Məmmədovla söhbətimizin bəzi məqamlarını oxuculara təq
dim etmək istərdik:
Sumqayıt.
7 noyabr 1963-cü il. Sumqayıtlılar Böyük
Oktyabr sosialist inqilabının 64-cü ildönümünü qeyd etmək
üçün Lenin meydanında nümayişə çıxmışdılar. Sumqayıt Bo
ru-Prokat Zavodunun metallurqları meydana daxil oldular və
dayandılar. Nümayiş iştirakçıları əllərindəki portretləri yuxarı
qaldırıb şüarlar səsləndirirdilər: «Rədd olsun sovet imperiyası!»
«Yaşasın müstəqil Azərbaycan!» Nümayişçilərin əksəriyyəti
gənclər idi. Onlar Səməd Vurğun adına mədəniyyət sarayının
qarşısına vurulmuş N.Xruşşovun iri portretini də cırıb atdılar.
Kommunistlərin nümayişi pozuldu. Milislə gənclər arasın
da qarşıdurma yarandı. Şəhər rəhbərləri qaçıb kabinetlərdə
gizləndi. Milis rəisinin, hərbi komissarın poqonları qoparılıb
yerə atıldı. Gənclər «Yaşasın müstəqil Azərbaycan!» deyərək
nümayişin istiqamətini Lenin küçəsi ilə yox, Nizami küçəsi ilə
davam etdirməyə başladılar.
Respublika rəhbərliyi güc strukturlarını Sumqayıta yeritdi,
nümayiş dağıdıldı, onun təşkilatçılarını tutdular, bəzilərini an
tisovet təbliğatında iştiraka görə həbs etdilər.
Oxucular haqlı olaraq sual verə bilərlər: 1963-cü ildə
mövcud quruluşa qarşı keçirilən aksiyanın 1988-ci ildə Sum
qayıtda baş verən qanlı aksiya ilə nə əlaqəsi var? Təbii ki, heç
219
bir. Amma bəzi ermənipərəst publisistlər indi də 1988-ci il
hadisələrinin kökünü 1963-cü ildə axtarmağa çalışırlar. Qələ
mi Ermənistana və erməni xalqına xidmət edən rus publisisti
V.Danilov «Niyə Sumqayıt?» adlı cızmaqarasında tarixçilərin
unutduğu bir hadisəni oxuculara çatdırmaq istəyir.
1963-cü il noyabr ayının 15-də Kubanın SSRİ-dəki səfiri
Karlos Olivares Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Ko
mitəsinə bir məktub göndərir. Məktubla tanışlıqdan sonra onu
Mərkəzi Komitəyə dəvət edirlər. Səfir bildirir ki, o bu məktubu
Sumqayıtda Mərkəzi Elektrik Stansiyasında təcrübə keçən dörd
nəfər gənc kubalının xahişi ilə yazmışdır. Gənclərin dediyinə
görə, noyabr ayının 7-də Sumqayıtda baş verən iğtişaş zamanı
azərbaycanlılar ruslara, ermənilərə qarşı aqressiv çıxış edirdi
lər. Onlara hədə-qorxu gəlir, Azərbaycanı tərk etmələrini tə
ləb edirdilər. Əks təqdirdə onlara qarşı daha amansız tədbirlər
görəcəklərini söyləyirdilər. Belə münasibət kubalı tələbələrə
qarşı da yönəlmişdi.
Mərkəzi Komitədə Olivaresə bildirmişdilər ki, biz 7 noyabr
hadisələrindən sonra bir çox məsələləri aydınlaşdırdıq. Sizin
tələbələrin Sumqayıtdan Kubaya qayıtmalarını soruşanda isə
onlar «Biz burada təcrübəmizi başa vurduqdan sonra vətənə
qayıdacağıq» demişlər. Çıxılmaz vəziyyətdə qalan səfir söhbə
tinin istiqamətini dəyişərək qeyd edir ki, azərbaycanlıların er
mənilərə qarşı münasibəti çox pisdir. Onlar ermənilərə hədə-
qorxu gəlir, Azərbaycanı tərk etməyi tələb edir, əks təqdirdə
onları qətlə yetirəcəkləri ilə qorxudurdular.
Danilov adını çəkdiyimiz cızmaqarasında 1963-cü illə
1988-ci il arasında bir paralel axtarır, bunu siyasi xarakterli
yox, m illi məsələ kimi qələmə verir. Qeyd edir ki, 1988-ci
ildə Sumqayıtda baş verən hadisə birdən-birə meydana gəl
məmişdir. Azərbaycanlılar bu «genosid»ə çox-çox əvvəl ha
zırlaşmışdılar.
220
Avstriyada nəşr olunan «Vohenpress» jurnalının baş redak
tor müavini və xarici şöbənin rəhbəri Luspan Meyzels 1988-ci
ildə Yerevana gedib qayıtdıqdan sonra jurnalın 22-ci sayın
da erməni kilsəsinin ən yüksək vəzifəli xadimlərindən biri ilə
müsahibəsinin məzmunu haqqında geniş məqalə dərc etmişdi.
Həmin din xadimi ilə görüş Vyanadakı erməni yepiskopu, pro
fessor Mesrop Krikoryanın yazılı tövsiyəsi ilə baş tutmuşdu. Bu
söhbət indiki münaqişədə erməni ruhanilərinin strategiyasını
və taktikasını açıq şəkildə nümayiş etdirir. O, Avstriya jurnalis
tinə demişdi: «Erməni kilsəsi rəsmən indiki münaqişə barəsin
də öz mövqeyini şərh edə bilməz, amma əmin ola bilərsiniz
ki, qardaşlarımıza ürəyimiz yanır». «Əgər kilsə öz münasibə
tini elan etmirsə, Ermənistan hökuməti yerində sayırsa, onda
Qarabağ ermənilərinin hüquqlarını kim müdafiə edə bilər»
sualına cavabı isə belə oldu: «Biz yalqız deyilik. Xaricdəki
qardaşlarımız siyasi cəhətdən heç bir məhdudiyyət görmürlər.
Onlar bizim haqq işimizin müdafiə olunmasını öz hökumətlə
rindən tələb edə bilərlər və bu təzyiq, şübhəsiz, az sonra öz
təsirini göstərəcək».
Belə də oldu. Stepanakertdə kütləvi mitinq və tətillər, Li
vandan və Suriyadan göndərilən ilk silahlar, Əsgəranda iki
azərbaycanlı gəncin öldürülməsi, Sumqayıtda törədilən faciə
bunlara əyani sübutdur.
Azərbaycana qarşı ən böyük təbliğat kampaniyasını aparan
lardan biri də «Vatikanın səsi» radiostansiyasıdır. Bu radiostan
siya ilk dəfə 1931-ci ildə efirə çıxmışdır. Əsas məqsədi islam
dinini parçalamaq, təriqətlərə bölmək, nüfuzdan salmaqdır.
Radiostansiya getdikcə öz maddi-texniki bazasını gücləndir
məyə başladı, onun ətrafına ermənilər və ermənipərəst alim
lər, ilahiyyatçılar, təbliğatçılar, politoloqlar toplaşdılar. Hazır
da «Vatikanın səsi» 37 dildə efirə çıxır. Onun verilişlərində
221
Dağlıq Qarabağ problemi öndə durur. Demək olar ki, hər gün
bu mövzuda müxtəlif verilişlər səsləndirilir.
Əfsuslar olsun ki, «Vatikanın səsi» öz həmvətənlərinə bir
tərəfli informasiyalar'verir, dinləyiciləri çaşdırır. Radiostansiya
geniş şəkildə «Şuşanın dirçəlişi fondu»nun fəaliyyətini işıqlan
dırır. Bu işdə onlara erməni diasporunun nümayəndələri kö
mək edir. Bunlar, əsasən, Sos Sarkisyan, Levon Ananyan, Flora
Naxşkaryan, Zori Balayan, Bakur Karapetyan və arxiyepiskop
Parqev Martirosyandır.
Ermənilərin apardığı təbliğat mexanizminin çürük özüllər
üzərində qurulduğu hamıya bəllidir. Yalan, böhtan, oğurluq
onların xarakterini müəyyən edən cəhətlərdir. Sumqayıtda
baş verən hadisələrdə azərbaycanlıların «vəhşiliklərini» təb-
iğ edir, erməni ailələrinin azərbaycanlılar tərəfindən xilas
olunduqlarını dillərinə belə gətirmirlər. Bakılı yəhudi 23 iyul
1989-cu ildə Təl-Əvivdə nəşr olunan «Kruq» məcmuəsində
yazır: «Sumqayıt o şəhərdir ki, azərbaycanlılar erməniləri qəh
rəmancasına ölümdən xilas edirdilər».
Rus yazıçısı Aleksandr Proxanov «Literaturnaya qazeta»da
yazırdı ki, ilk qanı ermənilər tökmüşlər və davamı Sumqayıtda
baş verdi.
Con Hopkins adına Orta Asiya və Qafqaz Tədqiqatlar İnsti
tutunun baş direktoru Sventa Kornell yazır: «Sumqayıtda yer-
əşən sovet əsgərləri və daxili qoşunlar hadisəyə qarışmadılar.
Onlar sakitcə kənardan hadisələri izləyirdilər. Sovet hökuməti
nəinki qanlı qarşıdurmanın qabağını almaq istəmədi, əksinə,
•
•
iki millət arasında münaqişə yaratmaq istəyində idi».
Türkiyədə nəşr olunan «Cümhuriyət» qəzeti 1967-ci ildə
yazırdı: «Sovet Rusiyasının xarici işlər naziri Molotov 1945-ci
il iyunun 7-də Türkiyəyə nota verdi. Bu notada Qafqazın şərq
vilayətlərindən Qars, Ərdəhan geri istənilir və boğazlarda rus
üstünlüyünü təmin etmək üçün bir sıra tələblər irəli sürülürdü.
222
O zaman Türkiyə xarici işlər naziri Nurulla Sümər ilə sovet
səfiri Vinoqradov arasında baş vermiş aşağıdakı söhbət maraq
lıdır:
Nurulla Sümər: - Dünya üzünün böyük bir parçasına sahib
olan Rusiyanın doğrudanmı daha artıq torpağa ehtiyacı var?
Vinoqradov: - Torpağa ehtiyacı olan Rusiya deyil, Ermənis
tan Sovet Sosialist Respublikasıdır».
Yaxın tarixdən başqa bir misal: SSRİ Dövlət Təhlükəsizlik
Komitəsi sədrinin birinci müavini Filip Bobkov Moskvada çap
dan çıxmış «DTK və hakimiyyət» kitabında yazır: «Sumqayıtda
baş verən dəhşətli gecələrdən sonra mən tikinti kombinatının
fəhləsi olan bir erməni qadınla söhbət etdim. Onun gəlini ağır
gün keçirmiş, oğlu isə yaralanmışdı.
- Siz elə bilirsiniz ki, Yerevanda olan ziyalılar biz ermənilər
haqqında düşünürlər? - deyə qadın bildirdi. - Xeyr. Onlar tor
paq haqqında düşünürlər. Dağlıq Qarabağ da onlara bu məq
səd üçün lazımdır».
Həmin kitabdan daha bir misal: «Mən bir neçə aydan sonra
Moskvada Ermənistan Nazirlər Soveti sədrinin birinci müavini
Kirakosyanla görüşdüm. Təqaüddə idi. O, uzun müddət mənə
izah edirdi ki, Dağlıq Qarabağ onlara nə üçün lazımdır.
- Bizə torpaq lazımdır, - dedi.
- Niyə? - təəccüblə soruşdum.
- Çünki ermənilər Ermənistandan çıxıb gedirlər, ona görə
ki, torpaqları yoxdur.
- Hara?
- Stavropol vilayətinə, Sibirə, Mərkəzi Rusiyaya.
- Burada pis nə var ki?
- Necə yəni? M illət dağılır. Rusiyanın müxtəlif rayonlarına
köçmənin qarşısını almaq üçün bizə mütləq torpaq lazımdır».
Bizcə, əlavə şərhə ehtiyac yoxdur.
Sumqayıtda baş verən hadisələrdə ermənilərin əli olduğu
hamıya bəllidir. Bu, təkcə ermənilərin yox, Amerikada, Fran
223
sada, Rusiyada yaşayan erməni lobbisi tərəfindən düşünülmüş
və həyata keçirilmiş qanlı bir aksiya idi. Məqsəd azərbaycan
lıları başkəsən və quldur bir millət kimi dünya ictimaiyyətinə
təqdim etmək, bununla da Dağlıq Qarabağı Azərbaycandan
alıb, Ermənistanın tərkibinə qatmaq idi.
Ümumiyyətlə desək, ermənilərin müxtəlif zamanlarda öz
çirkin və məkrli siyasətləri, başqa xalqlara qarşı qısqanc müna
sibəti, uydurmaları dünyada tanınmış bir çox siyasətçilər, ta
rixçilər, alimlər tərəfindən həmişə qəzəb və nifrətlə qarşılanıb
və qarşılanacaq...
224
|