IV FƏSİL
Terror Ermənistanın
dövlət siyasətinə
çevrilib
Erməni terroru -
tarixin qanlı səhifələri
Tarixi həqiqətlər göstərir ki, «Böyük Ermənistan»
xülyası ilə yaşayan erməni ideoloqları əsassız və qeyri-
hüquqi iddialarının reallaşdırılması naminə terror və
soyqırımı siyasətini «milli mübarizə» yoluna çevirmiş,
dövlət səviyyəsində dəstəkləmişlər. Bu zaman bədxah
qonşularımız müəyyən xarici qüvvələrin maraqlarının
ifadəçisinə çevrilmiş, bəzi dövlətlər Cənubi Qafqaz
və Qərbi Asiyada möhkəmlənmək üçün daim «erməni
məsələsi»ndən öz mənafelərinə uyğun şəkildə istifadə
etməyə çalışmışlar.
Qafqazı daim gərginlikdə saxlamaq, burada yaşayan xalqla
rın «böyük dövlət yaratmaq imkanlarının mövcudluğu» barədə
xülyanın beyinlərə yerləşdirilməsi həmişə müəyyən dövlətlə
rin örtülü siyasəti olmuşdur. Və əslində, erməni terroru bu
gün də həmin maraqların, «ikili standartlar»ın latent ifadəsi
nə çevrilməklə sivil dünyanın təhlükəsizlik maraqlarını qlobal
mənada təhdid edir.
Rus tarixçisi Nikolay Şavrov «Zaqafqaziyada Rusiya işlərinə
yeni təhlükə» adlı kitabında qeyd edir ki, 1864-cü ildə Qafqaz
idarələrində çoxluq təşkil edən erməni və gürcülərdə millətçi
lik fəaliyyəti oyandı. Erməni və gürcü çarlıqlarını yenidən dir-
çəltmək ideyası Londonda ustalıqla onların rəhbər şəxslərinin
beyninə yeridildi. Bu, əslində, tarixi torpaqlara malik olmayan
ermənilərin Zaqafqaziyada mümkün qədər daha çox ərazi il-
lıaqına həvəsləndirilməsi idi. Sonralar isə «dənizdən-dənizə
Ermənistan» yaratmaq ideyası «Daşnaksütyun» partiyasının
başlıca siyasətinə çevrildi. 1890-cı ildə Tiflisdə erməni burjua-
329
millətçi partiyası kimi yaradılan «Daşnaksıityun» Türkiyə er
mənilərinin azad edilməsi, Rusiya və Türkiyə ermənilərinin
«vahid, ümumi vətəni» - «Böyük Ermənistan» yaradılması kimi
avantürist ideya irəli sürərək, təbliğatlarını da bu istiqamətdə
qurmuşdur.
Görkəmli tarixçilər İ.Dyakonov, B.Piotrovski və başqala
rı zorla qədim tarix yaratmaq istəyən saxtakar erməni alim
lərini dəfələrlə ifşa etmişlər. Lakin Z.Balayan, S.Xanzadyan,
S.Ayvazyan və başqaları Azərbaycanı, İranın bir hissəsini,
Türkiyənin xeyli hissəsini, Gürcüstanın bir hissəsini (Tiflislə
birlikdə), Quzey Qafqazı, Rostovu və Voronejə qədər əraziləri
öz tarixi torpaqları kimi qələmə verirlər. Z.Balayanın 1990-cı
il yanvarın 18-də SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahında
çıxışı da bunu bir daha sübut edir. Ermənistanın rəsmi dairə
ləri 1988-ci ildə törədilən cinayətlərin, azərbaycanlıların zorla
evlərindən çıxarılmasının, öldürülməsinin, döyülməsinin və
təhqir olunmasının «Daşnaksütyun» və başqa təcavüzkar par
tiya və millətçi qrupların əməli olduğunu ört-basdır etməyə
çalışırdılar. Ermənistan KP MK katibləri O .Lobov və B.Qaloyan
kimiləri də çıxışlarında millətçi-ekstremist hərəkətləri pərdə-
ləməyə, bu hərəkətləri «milli-azadlıq hərəkatı» kimi qələmə
verməyə çalışırdılar.
«Daşnaksütyun» partiyasının fəaliyyəti barədə kitab nəşr
edən erməni müəlliflərindən biri - Bakunts Ananikyan bu ter
rorçu təşkilatın əsl mahiyyətini açıq şəkildə üzə çıxarmışdır.
Onun «Daşnaksütyun» partiyasının ideya-siyasi iflası» adlı ki
tabı rus dilində Yerevanın «Hayastan» nəşriyyatı tərəfindən
1979-cu ildə nəşr edilmişdir. Kitab «Daşnaksütyun» partiya
sının təxribatçılıq işləri, «m illətçiliyi gücləndirmək və m illi
düşmənçiliyi qızışdırmaq sahəsindəki fəaliyyətləri» barədə ay
dın təsəvvür yaradır. M üəllif qeyd edir ki, subyektiv idealist
dünyagörüşə əsaslanan, heç bir elmi əsası olmayan və bəsirət-
siz siyasət yeritmələri sayəsində «Daşnaksütyun» nəinki başqa
330
xalqlara, həm də erməni xalqına böyük ziyanlar vurmuşdur.
Yarandığı ilk gündən düşmənçilik siyasəti yeridən bu partiya
əhali kütləsinin siyasi geriliyindən, kütlüyündən məharətlə isti
fadə etmişdir. Əhalinin m illi duyğuları ilə oynayan və onu ələ
alan bu partiya öz marağı və mənfəəti üçün Türkiyə ermənilə
rini «əsarətdən xilas etmək» bəhanəsi ilə mənasız toqquşmala
ra cəlb etmişdir. 1890-1920-ci illər ərzində çoxlu qanlı fitnələr
törətmiş bu partiyanın sonrakı fəaliyyəti nəzərdən qaçırılmış,
yanlış olaraq onu artıq xalqdan uzaq düşmüş, əhəmiyyətsiz
bir qurum hesab etmişlər. Lakin «Daşnaksütyun» pozuculuq
fəaliyyətini daha da genişləndirmiş, beynəlxalq terrorçu dəstə
lərini gücləndirmiş, çağdaş təlimlər əsasında döyüşçülər ye
tişdirmişdir. «Daşnaksütyun» indi beynəlxalq ideoloji təxribat
işində istifadə olunan fəal partiyalardan biridir.
Erməni tarixçisi B.Ananikyan qeyd edir ki, xalqın əlindən
pulunu alaraq özünü «bütün ermənilərin partiyası, ideya aparı
cısı» elan edən «Daşnaksütyun» liderləri bununla daha böyük
qüvvəyə və gücə malik olduqlarını sübut etməyə çalışır, öz
qapılarını hamının üzünə açıq qoymaqla Avropanın diqqətini
cəlb etmək istəyirlər. O yazır: «Daşnak liderləri adi xalq kütlə
sinə mal sürüsü kimi baxır. Onların həyatı və hüququ barədə
bir təminat vermir, onlardan isə yalnız bir şey tələb edirlər -
ölmək».
Sonrakı dövrlərdə də daşnaklar müxtəlif qüvvələrə, dövlət
lərə, siyasətlərə qulluq göstərərək erməniləri yaxın qonşularla
yeni düşmənçiliyə sürükləmiş, çoxlu nahaq qanların axıdılma-
sına səbəb olmuşlar. Vaxtı ilə S.Şaumyan siyasi bicliklə yazır
dı: «Erməni xalqı taleyin hökmü ilə qeyri-adi zülmkarların -
qanlı çar və sultanın hakimiyyəti altında yaşamışdır. O, eyni
zamanda Türkiyədə özündən xeyli geridə qalmış kürdlərlə,
Rusiyada isə tatar və gürcülərlə əhatə olunmuşdur. Siyasət gə
misini elə idarə etmək lazımdır ki, bu aralıqda o əzilməsin».
331
Son dövrlər siyasi fəaliyyətini xeyli genişləndirməyə nail ol
muş «Daşnaksütyun» regionda m illi ədavəti və düşmənçiliyi qı
zışdıraraq yeni fəlakətlər törətmişdir. Bu fəlakətlər yalnız qon
şu xalqlara aid olmamış, əslində, ermənilərin özlərini də çox
böyük itkilər və mənəvi-psixoloji sarsıntılara uğratmışdır. Böyük
Sovet Ensiklopediyasında (20-ci cild, 1930) «Daşnaksütyun»la
bağlı məlumatda göstərilir: «Daşnaksütyun»un 1894-cü ildə
qəbul olunmuş birinci proqramı vulqar marksizmin, liberaliz
min, xalqçılığın və xırda burjua m illətçiliyinin qarışığından iba
rət idi. Proqramın mərkəzində «Türkiyə Ermənistanı»nı azad
etmək ideyası dururdu. 1903-cü ildən partiya, demək olar ki,
yalnız Türkiyə ərazisində fəaliyyət göstərirdi».
Daşnakların m illi ədavət yaratmaq kimi məkrli siyasətləri
ni onların özləri də etiraf edirlər. Erməni tarixçisi A.Lalayan
«Əksinqilabçı «Daşnaksütyun» və 1914-1918-ci illərin im
perialist müharibəsi» adlı məqaləsində yazır: «Daşnaklar hər
vasitə ilə türk və erməni zəhmətkeşləri arasında milli ziddiy
yəti qızışdırır, erməniləri türkləri məhv etməyə çağırırdılar.
«Daşnaksütyun»un rus silahı və çarizmin «köməyi ilə» Türkiyə
ermənilərini azad etmək məsələsi də aydın göstərir ki, bu par
tiya, sadəcə olaraq, çarizmin agenturasıdır».
«Arqumenti i faktı» qəzetində (1986-cı il) jurnalist Q.Koto-
yanın «Qonaqsevərlik qanunlarını pozaraq» adlı məqaləsində
1957-ci ildən başlayaraq Yerevanda oxumağa gələn xarici və
təndaşlar arasında daşnak təbliğatı aparanların çoxalmasından
söhbət gedirdi. M üəllif o zaman Ermənistanda 20 ölkədən 700
tələbənin oxuduğunu qeyd edir və göstərirdi ki, daşnak təb
liğatçıları qara yaxır, yetkin olmayanların m illi duyğuları ilə
oynayır, xalqların dostluq və qardaşlığına böhtan atırlar. Bu tə
bliğatçılar ilk növbədə «özlərini «erməni məsələsi»nin həllinə
imkan yaradan qüvvə» hesab edir, «tarixi saxtalaşdırır», «ərazi
iddiaları irəli sürürlər».
332
Ümumiyyətlə, bir çox erməni müəllifləri son dövrlərədək
«Daşnaksütyun» partiyasının xalqa zidd siyasətini düzgün
mövqedən açıqlayan məqalələr yazmışlar. Onlardan biri də
Ermənistan Elmlər Akademiyasının Xarici ermənilərin tarixi
və mədəniyyəti şöbəsinin baş elmi əməkdaşı R.Xurşudyanın
«Antisovetizm dalanda. Daşnak partiyasının istiqaməti haqqın
da» adlanır. Məqalə Yerevanda çıxan «Kommunist» qəzetinin
1985-ci il 17 yanvar nömrəsində dərc edilmişdir. M üəllif ya
zır: «Daşnaklar əski bayraqlarını yeni rəngə boyayır, proqram
larına obyektivlik forması verirlər. Ancaq yeni proqramları ilə
tanışlıq göstərir ki, müəyyən ifadələr zahiri görkəmini dəyişib,
mahiyyət isə öncəki kimidir».
Çoxsaylı tarixi faktlar, məhkəmə materialları Ermənistanın
terrorçu dövlət olduğunu və dövlət səviyyəsində terrorizmi
dəstəklədiyini bir daha üzə çıxarır. Ötən əsrin 90-cı illərinin
əvvəllərində Ermənistanın rəsmi dairələri «Daşnaksütyun»,
ASALA, MAQ, «Erməni birliyi», «Erməni Azadlıq Cəbhəsi» və
digər «məşhur» terror təşkilatlarının fəallarının reabilitasiyası
məqsədi ilə genişmiqyaslı kampaniyaya başlamış, onlara sı
ğınacaq vermiş, yaşayış və fəaliyyətləri üçün şərait yaratmış,
lazımi maliyyə dəstəyi göstərmişlər. 1983-cü ilin iyun ayında
Parisdə Orli aeroportunda 8 nəfərin ölümü və 50-dək insa
nın yaralanması ilə nəticələnmiş terror aktına görə ömürlük
həbs cəzasına məhkum edilmiş terrorçu Varocyan Qarabed-
yanın azad olunması üçün Ermənistanda dövlət səviyyəsində
imzatoplama kampaniyası keçirilmişdir. 2001 -ci ilin aprelində
Fransa məhkəməsi tərəfindən azad olunan terrorçu Ermənis
tanda rəsmi sığınacaq tapmışdır.
«Məşhur» terrorçu, Qərbi Avropada «ASALA-nm inqilabi
hərəkatı» adlı qruplaşmasının rəhbəri, 1981 -ci ildə Türkiyənin
Romadakı səfirinə sui-qəsd etdiyinə görə həbs olunmuş Mon
te Melkonyan 1990-cı ildə Fransa həbsxanasından buraxılaraq
Ermənistana gəlmiş və terror fəaliyyətini davam etdirmək üçün
333
Son dövrlər siyasi fəaliyyətini xeyli genişləndirməyə nail ol
muş «Daşnaksütyun» regionda m illi ədavəti və düşmənçiliyi qı
zışdıraraq yeni fəlakətlər törətmişdir. Bu fəlakətlər yalnız qon
şu xalqlara aid olmamış, əslində, ermənilərin özlərini də çox
böyük itkilər və mənəvi-psixoloji sarsıntılara uğratmışdır. Böyük
Sovet Ensiklopediyasında (20-ci cild, 1930) «Daşnaksütyun»la
bağlı məlumatda göstərilir: «Daşnaksütyun»un 1894-cü ildə
qəbul olunmuş birinci proqramı vulqar marksizmin, liberaliz
min, xalqçılığın və xırda burjua m illətçiliyinin qarışığından iba
rət idi. Proqramın mərkəzində «Türkiyə Ermənistanı»nı azad
etmək ideyası dururdu. 1903-cii ildən partiya, demək olar ki,
yalnız Türkiyə ərazisində fəaliyyət göstərirdi».
Daşnakların milli ədavət yaratmaq kimi məkrli siyasətləri
ni onların özləri də etiraf edirlər. Erməni tarixçisi A.Lalayan
«Əksinqilabçı «Daşnaksütyun» və 1914-1918-ci illərin im
perialist müharibəsi» adlı məqaləsində yazır: «Daşnaklar hər
vasitə ilə türk və erməni zəhmətkeşləri arasında m illi ziddiy
yəti qızışdırır, erməniləri türkləri məhv etməyə çağırırdılar.
«Daşnaksütyun»un rus silahı və çarizmin «köməyi ilə» Türkiyə
ermənilərini azad etmək məsələsi də aydın göstərir ki, bu par
tiya, sadəcə olaraq, çarizmin agenturasıdır».
«Arqumenti i faktı» qəzetində (1986-cı il) jurnalist Q.Koto-
yanın «Qonaqsevərlik qanunlarını pozaraq» adlı məqaləsində
1957-ci ildən başlayaraq Yerevanda oxumağa gələn xarici və
təndaşlar arasında daşnak təbliğatı aparanların çoxalmasından
söhbət gedirdi. M üəllif o zaman Ermənistanda 20 ölkədən 700
tələbənin oxuduğunu qeyd edir və göstərirdi ki, daşnak təb
liğatçıları qara yaxır, yetkin olmayanların milli duyğuları ilə
oynayır, xalqların dostluq və qardaşlığına böhtan atırlar. Bu tə
bliğatçılar ilk növbədə «özlərini «erməni məsələsi»nin həllinə
imkan yaradan qüvvə» hesab edir, «tarixi saxtalaşdırır», «ərazi
iddiaları irəli sürürlər».
332
Ümumiyyətlə, bir çox erməni müəllifləri son dövrlərədək
«Daşnaksütyun» partiyasının xalqa zidd siyasətini düzgün
mövqedən açıqlayan məqalələr yazmışlar. Onlardan biri də
Ermənistan Elmlər Akademiyasının Xarici ermənilərin tarixi
və mədəniyyəti şöbəsinin baş elmi əməkdaşı R.Xurşudyanın
«Antisovetizm dalanda. Daşnak partiyasının istiqaməti haqqın
da» adlanır. Məqalə Yerevanda çıxan «Kommunist» qəzetinin
1985-ci il 17 yanvar nömrəsində dərc edilmişdir. M üəllif ya
zır: «Daşnaklar əski bayraqlarını yeni rəngə boyayır, proqram
larına obyektivlik forması verirlər. Ancaq yeni proqramları ilə
tanışlıq göstərir ki, müəyyən ifadələr zahiri görkəmini dəyişib,
mahiyyət isə öncəki kimidir».
Çoxsaylı tarixi faktlar, məhkəmə materialları Ermənistanın
terrorçu dövlət olduğunu və dövlət səviyyəsində terrorizmi
dəstəklədiyini bir daha üzə çıxarır. Ötən əsrin 90-cı illərinin
əvvəllərində Ermənistanın rəsmi dairələri «Daşnaksütyun»,
ASALA, MAQ, «Erməni birliyi», «Erməni Azadlıq Cəbhəsi» və
digər «məşhur» terror təşkilatlarının fəallarının reabilitasiyası
məqsədi ilə genişmiqyaslı kampaniyaya başlamış, onlara sı
ğınacaq vermiş, yaşayış və fəaliyyətləri üçün şərait yaratmış,
lazımi maliyyə dəstəyi göstərmişlər. 1983-cii ilin iyun ayında
Parisdə Orli aeroportunda 8 nəfərin ölümü və 50-dəl< insa
nın yaralanması ilə nəticələnmiş terror aktına görə ömürlük
həbs cəzasına məhkum edilmiş terrorçu Varocyan Qarabed-
yanın azad olunması üçün Ermənistanda dövlət səviyyəsində
imzatoplama kampaniyası keçirilmişdir. 2001-ci ilin aprelində
Fransa məhkəməsi tərəfindən azad olunan terrorçu Ermənis
tanda rəsmi sığınacaq tapmışdır.
«Məşhur» terrorçu, Qərbi Avropada «ASALA-nın inqilabi
hərəkatı» adlı qruplaşmasının rəhbəri, 1981 -ci ildə Türkiyənin
Romadakı səfirinə sui-qəsd etdiyinə görə həbs olunmuş Mon
te Melkonyan 1990-cı ildə Fransa həbsxanasından buraxılaraq
Ermənistana gəlmiş və terror fəaliyyətini davam etdirmək üçün
333
Dağlıq Qarabağa göndərilmişdir. M.Melkonyan Azərbaycanın
Xocavənd rayonunun işğalı zamanı erməni terror dəstəsinin
komandanı olmuşdur. 1993-cü ildə Azərbaycan ərazisində
öldürülən terrorçunun Yerevanda keçirilən dəfn mərasimində
rəsmi şəxslər, o cümlədən Ermənistan prezidenti də iştirak et
mişdir. Ermənistanın milli qəhrəmanı elan olunmuş bu beynəl
xalq terrorçunun adı Müdafiə Nazirliyinin diversiya mərkəzlə
rindən birinə verilmişdir.
Digər bir terrorçu, «Daşnaksütyun» partiyasının «Dro» terror
qrupunun üzvü Qrant Markaryan Dağlıq Qarabağda terrorçu
dəstələri yaradanlardan və Ermənistandan gətirilən silahlar va
sitəsilə buradakı terrorçu qrupların silahlandırılmasında fəal
iştirak edənlərdən biri olmuşdur. 1981-ci ildə Parisdə Türkiyə
səfirliyinə basqının təşkilatçısı Vazgen Sislyan 1992-ci ildə
Yerevandan Xankəndiyə göndərilmişdir. O, azərbaycanlıla
ra qarşı terror aktlarının keçirilməsində fəal iştiraklarına görə
Ermənistan prezidenti Robert Koçaryan tərəfindən «Qarabağ
müharibəsinin qəhrəmanı» adına layiq görülmüşdür. Qaraba
ğın dinc azərbaycanlı əhalisinin qətlə yetirilməsində Ermə
nistan xüsusi xidmət orqanlarının himayə etdiyi Əbu Əli və
Hilbert Minasyan kimi Yaxın Şərq mənşəli terrorçular da fəal
iştirak etmişlər.
Dünyanın m üxtəlif məntəqələrində qanlı aksiyalar tö
rətmiş erməni terror təşkilatlarının adlarına və fəaliyyətinə
qısa nəzər salaq:
«Armenakan» partiyası: 1885-ci ildə yaradılıb. Türkiyənin
Van, Muş, Bitlis, Trabzon bölgələrində və İstanbulda silahlı
toqquşmalar və terror aktları törədən bu partiya İran və Rusiya
da yaşayan ermənilərlə əməkdaşlıqda olub.
«Qnçak» partiyası: 1887-ci ildə Cenevrədə yaradılıb. Qu
rumun əsas məqsədi Türkiyənin Anadolu bölgəsini «Rus və
İran Ermənistanları» adlandırdıqları əraziləri birləşdirməklə
«Böyük Ermənistan» dövləti yaratmaqdır. Partiyanın proqra-
334
minin 4-cü bəndində göstərilir: «Qarşıya qoyulmuş məqsədə
çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat
yaradılması metodu seçilməlidir».
«Erməni «soyqırımı»nın intiqamçıları» qrupu: 1973-cü ildə
«Daşnaksütyun» partiyası tərəfindən yaradılan bu terror qrupu
1980-1982-ci illər ərzində Avstriya, Danimarka və Portuqa
liyada türk diplomatlarını qətlə yetirib; məxfi terror qrupu Dro
və onun bölmələri: Dro-8, Dro-88, Dro-888, Dro-8888. Daş
nakların bu istiqamətdə fəaliyyəti davam edir.
«Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu»
(ASALA): 1975-ci ildə yaradılan təşkilatın qərargahı Beyrutda,
təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi
Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağ
ıq Qarabağ əraziləri üzərində «Böyük Ermənistan» qurmaqdır.
ASALA, əsasən, Türkiyə və Azərbaycan vətəndaşlarına qar
şı terror aktları həyata keçirir. Təşkilatın «Əbu Nidal», «Qara
sentyabr» kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas
fiqurlardan biri ASALA-nın lideri Akop Akopyan olmuşdur. Afi
nada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə
məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan 1 avqust 1980-ci
il tarixdə «Nyu-York Tayms» qəzetinə verdiyi müsahibədə bil
dirmişdir: «Bizim düşmənlərimiz türk rejimi, NATO və bizlə
əməkdaşlıq etməyən ermənilərdir».
ASALA 1980-ci ilin aprelində PKK ilə birgə terror aksiya-
arının keçirilməsinə dair razılığa gəlmiş və bu niyyətini Li
vanda rəsmiləşdirmişlər. Terrorçu təşkilat Beyrut şəhərində 28
avqust 1993-cü ildə açıqladığı bəyanatında «Pantürkist neft
borusu» - Bakı—TbiIisi—Ceyhan ilə bağlı layihələrinin həyata
keçirilməsinə imkan verməyəcəyini bəyan etmişdir.
«Geqaron»: 2001-ci ilin fevralında ASALA tərəfindən yara
dılmışdır. Məqsəd Cənubi Qafqaz və Orta Asiya ərazilərində
türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı ter
ror aktlarının keçirilməsidir.
335
«Orli qrupu»: 1981-ci ildə Fransada yaşayan erməni
gəncləri tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilədək dünya
nın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata
keçirib.
«Erməni soyqırımı ədalət komandosları»: 1972-ci ildə Vya-
nada «Daşnaksütyun» partiyasının qurultayı zamanı yaradılıb.
«Erməni soyqırımı ədalət komandoslarunın məqsədi erməni
əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləş
dirmək, türklər və azərbaycanlılara qarşı qanlı terror aksiyaları
təşkil etməkdir.
«Erməni birliyi»: 1988-ci ildə Moskvada yaradılmışdır. ASA-
LA ilə sıx əlaqələri vardır, keçmiş sovet məkanında terrorçula
rın fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edir. Dağlıq
Qarabağa silah və muzdluların ötürülməsində iştirak edir.
«Demokratik cəbhə»: ABŞ, Kanada və Qərbi Avropada fəa
liyyət göstərir. Başlıca məqsədi Türkiyə dövlətinin parçalan
masıdır.
«Apostol»: 2001-ci il aprel ayının 29-da Ermənistan Müda
fiə Birliyi tərəfindən yaradılmışdır. Təşkilatın məqsədi Türkiyə
və Azərbaycan ərazilərində terror aktları həyata keçirməkdir.
Erməni terrorçuları tarixdə ən böyük cinayətləri məhz Azər
baycan xalqına qarşı törədiblər. Azərbaycanın Dağlıq Qarabağ
bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi
vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi
ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların
getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalinin
yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə min
lərlə günahsız insan həlak olmuşdur.
Ermənilərin azərbaycanlılara qarşı sərnişin avtobuslarında,
yük və sərnişin qatarlarında, hava yollarında, Bakı Metro
politenində>, mülki şəxslərə və hərbiçilərə, mülki və dövlət
obyektlərinə qarşi törətdikləri terror aktlarının siyahısı bunu
bir daha təsdiqləyir:
336
- 1984-cü ildə Bakı şəhərində 106 saylı marşrut avtobusu
erməni terrorçusu Vartanov tərəfindən partladılmış, nəticədə 1
qadın həlak olmuş və 3 nəfər yaralanmışdır.
- 16 sentyabr 1989-cu il - Tbilisi-Bakı marşrutu ilə hərəkət
edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25
nəfər yaralanmışdır.
- 13 fevral 1990-cı il tarixdə Yevlax-Laçın avtomagistralının
105-ci kilometrliyində Şuşa-Bakı marşrutu ilə hərəkət edən
avtobus partladılmış, 13 nəfər azərbaycanlı yaralanmışdır. Ter
rorçuları həbs etmək mümkün olmamışdır.
- 11 iyul 1990-cı il tarixdə Tərtərdən Kəlbəcərə sərni
şin aparan avtobus və xalq təsərrüfatı malları daşıyan maşın
karvanına qarşı ermənilər tərəfindən terror aksiyası keçirilmiş,
nəticədə 1 qadın, 7 kişi qətlə yetirilmiş, 23 nəfər isə ağır ya
ralanmışdır (cinayət işi 44/33013). İstintaq zamanı müəyyən
edilmişdir ki, terror aksiyasını Xankəndi şəhər sakinləri, «Na
poleon» ləqəbli Ayriyan Arkadi Abramoviç və Babayan Sam
vel Andronikoviç törətmişlər. Onlar 1990-cı il dekabrın 15-də
Əsgəran rayonunun Cəmi 11 i və Kosalar kəndi arasında 3 nəfər
azərbaycanlı kəndlisini qətlə yetirmişlər. Hər 2 cinayətkar həbs
olunmuş, 1992-ci il iyunun 19-da ölüm hökmünə məhkum
edilmişlər. S.Babayan 1992-ci ilin iyulunda azərbaycanlı gi
rov və əsirlərlə dəyişdirilmişdir (1993-99-cu illərdə qondarma
DQR-in müdafiə naziri olmuş, hazırda prezident A.Qukasyana
qarşı sui-qəsddə təqsirli bilinir).
- 10 avqust 1990-cı ildə Şamxor-Gəncə avtomobil yolunda
Xanlar rayonunun Nadel kəndi yaxınlığında «LAZ» markalı 43-
80 AQF nömrəli avtobus partladılmış, nəticədə 17 nəfər həlak
olmuş, 16 nəfər yaralanmışdır.
- 10 avqust 1990-cı il - Tbilisi-Ağdam marşrutu ilə hərə
kət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş,
30 nəfər yaralanmışdır. Cinayəti törətmiş erməni terrorçuları
Armen Mixayloviç Avanesyan və Mixail Mixayloviç Tatevo-
337
sov həbs olunmuş, 1992-ci ilin mayında A.Avanesyan ölüm
cəzasına məhkum edilmiş, M.Tatevosov isə 15 il azadlıqdan
məhrum edilmişdir. İstintaq zamanı məlum olmuşdur ki, ci
nayətkarlar 1991-ci il iyulun 17-də Ağdam-Tbilisi marşrutu
ilə hərəkət edən sərnişin avtobusunu da partlatmağı planlaş
dırmış, lakin özlərindən asılı olmayan səbəblərdən aksiyanı
həyata keçirə bilməmişlər. M.Tatevosov 1992-ci ilin may ayın
da Tərtər rayonunda azərbaycanlı girovlarla dəyişdirilmişdir.
- 30 noyabr 1990-cı ildə Əsgəran rayonundakı Ağa Körpü
adlanan ərazidə DİN əməkdaşlarını Şuşadan Xankəndi aero
portuna aparan avtobus partladılmış, nəticədə 2 milis işçisi
yaralanmışdır.
- 14 mart 1991-ci ildə Ağdam-Şuşa marşrutu üzrə hərəkət
edən avtobus partladılmış, 3 nəfər həlak olmuş, 4 nəfər yara
lanmışdır.
- 8 sentyabr 1991-ci il tarixdə Ağdam-Qaradağlı marşrutu
ilə işləyən avtobusun partladılması nəticəsində 6 nəfər ölmüş,
36 nəfər yaralanmışdır.
- Qaradağlı kəndinin 77 nəfər mülki sakini terror qurbanı
olmuşdur; həmin tarixdə ermənilər Qaradağlı kəndində 3 nə
fər kənd sakininin üzərinə dizel yanacağı tökərək yandırmış,
iki nəfər kənd sakininin başını kəsmişlər.
Həlak olanlar: 68 nəfər (əsasən qadınlar, uşaqlar, qocalar)
Yaralananlar: 132 nəfər
Dostları ilə paylaş: |