Mülki və dövlət obyektlərinə qarşı törədilmiş
terror aktları
- 20 sentyabr 1989-cu ildə ermənilər Zod mədəninin Kəl
bəcər rayonu Söyüdlü yaylağında yerləşən sahəsinə partlayıcı
qurğu qoyaraq partlatmış, nəticədə bir nəfər yaralanmış və
həmin dövrdə dövlətə 28.929 manat ziyan vurulmuşdur.
369
- 7 oktyabr 1989-cu il Xankəndi şəhərində azərbaycanlı
lar yaşayan Şuşa şəhərini Ağdam yolu ilə bağlayan Xəlfəliçay
üzərindəki körpü partladılmışdır. Cinayəti törətmiş Abramyan
Artur Artaşesoviç həbs olunmuş və 1992-ci il aprelin 29-da 15
il müddətinə azadlıqdan məhrum edilmişdir.
- 4 yanvar 1991 -ci ildə Sarkisyan Qraçik Qriqoryeviçin baş
çılıq etdiyi terrorçu qrup Əsgəran-Ağdam yolunda körpünü
partlatmışdır. Həmin qrup 1991 -ci il aprelin 18-də Xocavənd
rayonunda Amaras kilsəsi yaxınlığında 3 nəfər azərbaycan
lı polis əməkdaşını qətlə yetirmişdir. Cinayətkarı həbs etmək
mümkün olmamışdır.
- yanvar 1990-cı ildə Naxçıvan MR-in Şərur rayonunun Sə
dərək qəsəbəsində şərab zavodu partladılmış, 5 yaşayış evi
dağıdılmış, 6 nəfər qətlə yetirilmiş, 23 nəfər yaralanmışdır.
- 15 sentyabr 1990-cı ildə Xankəndi şəhərində Dağlıq Qa
rabağ Muxtar Vilayətinin radio-televiziya mərkəzi partladılmış,
2 nəfər yaralanmışdır. Terror aksiyasını törədən şəxslər müəy
yən edilməmişdir.
- 12 yanvar 1991 -ci ildə Yevlax-Laçın avtomobil yolunun
13-cü kilometrliyində 547 saylı hərbi hissəyə məxsus «UAZ»
markalı avtomaşına silahlı basqın edilmiş, SSRİ DİN polkovniki
V.Qriqoryev həlak olmuş, əsgər O .Konovalov yaralanmışdır.
- 28 aprel 1991 -ci ildə Şuşa şəhərində 2 beşmərtəbəli bina
dağıdılmış, nəticədə 3 nəfər ağır yaralanmışdır.
- 11 oktyabr 1991 -ci ildə Şuşa rayonunun Nəbilər kəndi
yaxınlığında Şuşa şəhərini içməli su ilə təchiz edən kəmər
partladılmışdır.
Bu və digər faktlar Ermənistanın beynəlxalq humanitar
hüququn ən ali norma və prinsiplərini kobud şəkildə pozan,
dövlət səviyyəsində terrorizmi, soyqırımını dəstəkləyən təca
vüzkar dövlət olduğunu, etnik təmizləmə siyasəti yeritdiyini
bir daha təsdiqləyir. Təbii ki, sadalanan bu və digər faktlar
beynəlxalq birliyi də qəflət yuxusundan ayıltmalıdır.
370
Azərbaycanın işğal olunmuş ərazilərində
ermənilər tərəfindən törədilmiş cinayətlər
Ermənistanın iki əsr ərzində dəfələrlə türklərə, o
cümlədən azərbaycanlılara qarşı yürütdüyü soyqırımı
siyasəti nəticəsində Azərbaycan xalqı da qaçqınçılıq
və məcburi köçkünçülük problemlərini yaşamış və bu
gün də həmin ağrı-acılarla üz-üzə qalmaqdadır. Son
iki yüz il ərzində regionda gedən mürəkkəb siyasi
proseslər nəticəsində azəri türklərinin öz əzəli və ata-
baba yurdlarından zorla köçürülməsi, etnik təmizləmə
və deportasiya siyasətinə məruz qalması barədə dəfə
lərlə söz açılsa da, beynəlxalq birliyin bu faktlara la
qeyd münasibəti, yaxud göz yumması sonrakı dövrlər
də daha dəhşətli işgəncə və qətliamlara rəvac verib.
Ermənilərin türklərə qarşı belə qeyri-insani münasibətləri
nin kökündə, təbii ki, işğalçılıq siyasəti, «Böyük Ermənistan»
dövlətinin yaradılması ideologiyası dayanır. Etnik təmizləmə
siyasətində, eyni zamanda, Qafqazı daim qaynar qazan həd
dində saxlayan imperiyaların da barmağı olması bir həqiqətdir.
1988-92-ci illərdə Ermənistan ərazisindəki azərbaycanlıla
ra qarşı son etnik təmizləmə siyasəti qəddarlıq və vəhşiliklə
həyata keçirildi. Nəticədə 500 mindən artıq soydaşımız yeni
dən öz ata-baba torpaqlarından qovularaq qaçqına çevrildi.
Hələ 1828-30-cu illərdə Çar Rusiyasının köməyi ilə Azərbay
canın mərkəzi hissəsində məskunlaşdırılan ermənilər dəfələrlə
Dağlıq Qarabağı qoparmağa çalışmış, bu tarixi torpaqlarımızı
da Ermənistan ərazilərinə qatmağa cəhd göstərmişlər. 1988-ci
ildə öz havadarlarına - erməni millətçilərinə, daşnaklara, xa
rici ölkələrdə terrorçuluqla məşğul olan lobbilərinə, nəhayət,
vassalIıq etdiyi Rusiyaya arxalanan Ermənistan silahlı qüvvələri
371
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa ge
nişmiqyaslı hücumlara başladı. 1988-92-ci illər ərzində Ermə
nistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsin
də Azərbaycan torpaqlarının daha 20 faizi - Dağlıq Qarabağ
və eləcə də ona bitişik və sərhədlərindən xeyli kənarda olan
7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı
və Zəngilan) əraziləri işğal edildi. Bu işğallar nəticəsində Er
mənistandan qovulan soydaşlarımızla birlikdə bir milyondan
artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi.
Bütün münaqişə və müharibələr təkcə məhvedici dağıntılar,
ərazi iIhaqları demək deyildir. Burada söhbət bəşəriyyətin ən
ülvi varlığı olan insanın düçar olduğu qəddarlıq və dəhşət
lərdən gedir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müna
qişəsinin elan olunmamış müharibəyə çevrilməsi nəticəsində
20 mindən artıq azərbaycanlı həlak olmuş, 4.866 nəfər itkin
düşmüş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif də
rəcəli xəsarət alaraq əlil və şikəst olmuşdur. Bu təcavüz eyni
zamanda Azərbaycan üçün 1 7 min kvadratmetr ərazinin - əsa
sən məhsuldar və təbii sərvətlərlə zəngin torpaqların işğalı,
900-dən artıq yaşayış məntəqəsinin, 130.939 evin, 2.389 sə
naye və kənd təsərrüfatı obyektinin, 1.025 təhsil, 798 səhiyyə
ocağının, 1.510 mədəniyyət müəssisəsinin, 5.198 km avtomo
bil yollarının, 348 körpünün, 7.568 kilometr su və 76.940 ki
lometr elektrik xətlərinin dağılması, bütünlüklə məhv edilməsi
deməkdir.
Respublikamızın ərazilərinin işğalı zamanı və ümumiyyətlə,
ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımı siyasəti
əvvəllər gizli şəkildə həyata keçirilmişdirsə, ötən əsrin 90-cı
illərindən bu, özünü açıq-aşkar göstərmişdir.
Ermənilər bir əsr ərzində milyon yarımdan artıq azərbay
canlını qətlə yetirmişlər. Bu gün erməni təbliğat maşını bütün
dünyada qondarma erməni soyqırımı adı altında yalan-iftira
yaymaqla məşğuldur. Tarixçilərimiz isə bildirirlər ki, artıq ə li
372
mizdə bu böhtan və yalanları ifşa etmək üçün konkret faktlar
vardır. Ermənilərin istifadə etdikləri bütün tarixi dəlillər sübut
edir ki, bu faktlar Azərbaycan türklərinə məxsusdur. Tarixçilə
rin araşdırmalarına görə, bu hadisədə milyon yarımdan artıq
azərbaycanlının qətlə yetirildiyi üzə çıxmışdır.
Əsir və girov götürülmüş azərbaycanlılara verilən
işgəncələr və qeyri-insani münasibət
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götü
rülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan ma
teriallar sübut edir ki, Ermənistan tərəfi əsir və girov götürülmüş
Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırımı siyasəti
yeridir. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qa
dın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncə
lərin qurbanı olmuşdur. Konkret faktlar da bunu təsdiqləyir.
Girov götürülərkən 3 yaşı olan Şövqi Xaqani oğlu Əliyevin
(24.07.1993) bazu sümüyü Xankəndidə erməni «həkimləri»
tərəfindən çıxarılmış, nəticədə o, ömürlük şikəst olmuşdur.
Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən (31.03.93)
Gülcamal Quliyevanın yenicə dünyaya gəlmiş oğlu Arzu Ha-
cıyevə erməni «həkimi» Aida Serobyan naməlum tərkibli iy
nələr vurmuşdur. Nəticədə Arzu Hacıyev ömürlük şikəst ol
muşdur.
Anası Afət Mirzəyevanı və babası Aslan Mirzəyevi ermənilər
vəhşicəsinə güllələyərkən Babək İlyasov cəmi yeddi aylıq imiş.
Qəlpələr Babəkin sağ gözünü yaralamış, lakin buna baxmaya
raq, ermənilər onu da Kəlbəcər rayonundan girov götürülmüş
digər həmkəndliləri ilə birlikdə yalnız dörd aydan sonra və
həm də müalicə etmədən qaytarmışlar. Hazırda Babəkin bir
gözü şikəstdir, yəni dünya işığından məhrum edilmişdir.
Ermənilər 15 yaşlı girov Nəzakət Məmmədovanın gözləri
qarşısında atasına dəhşətli işgəncələr vermiş, onun qulaqlarını
373
kəsmiş, anası hədə və şantajlara dözməyərək dəli olmuş, qızın
özünü isə 4 milyon rus publuna ailəsinə satmışlar.
Zəminə Göyüş qızı Dadaşova ermənilər tərəfindən girov
götürülərkən qolundan aldığı güllə yarası baxımsızlıq üzündən
irinləmiş və onun bədənində çürümə prosesi getmişdir. Ha
zırda Zəminənin sol qolu işləmir. Girov götürülən zaman isə
ermənilər onun atası Göyüş Dadaşovu və yaşlı nənəsi Qönçə
İbadovam yerindəcə güllələmişlər.
Erməni nəzarətçiləri Ağdam rayonundan girov götürülmüş
Kəklik Həsənovaya dəhşətli işgəncələr vermiş, mismar kəlbə
tini ilə onun 16 dişini çıxarmışlar.
Ağdərə erməni silah1
1
lari tərəfindən azad edilərkən Kəlbə
cər rayon mətbəəsinin linotipçisi Elxan Novruzovun PDM-ini
vurub sıradan çıxardıqdan sonra onu yaralı halda əsir apa
raraq 2 il gizli şəkildə Ağdərə və Xankəndidə şəxsi evlərin
zirzəmilərində heyvani münasibətlər göstərmiş, dəfələrlə qa
çaraq canını bu dəhşətli zülmlərdən qurtarmağa çalışan gənci
zəncirləyərək saxlamışlar ki, döyüşlər zamanı öldürülmüş
hansısa erməni komandirinin meyiti ilə dəyişdirilsin. Dövlə
timizin və Azərbaycan Respublikası Əsir və itkin düşmüş, gi
rov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının,
eləcə də Beynəlxalq Qırmızı Xaç Komitəsinin birgə səyləri
nəticəsində 4 illik girovluq həyatı yaşamış Elxan İmran oğlu
Novruzovun (xatırladaq ki, onun atası İmran Tahar oğlu Nov
ruzovun hər iki gözündən şikəstdir) 24 aprel tarixində 4 ədəd
qızıl dişinin öz əli ilə (kəlbətinlə) iynəsiz-dərmansız çıxarılma
sı sadəcə vandalizm aktı sayıla bilməz, bu, əslində, soyqırımı
siyasətinin tərkib hissələrindəndir.
Kəlbəcərin Otaqlı kəndindən olan, hələ Qarabağda hadi
sələr şiddətlənmədiyi 1989-cu ilin yay aylarında yaylaqdan
girov götürülən Hidayət Əhməd oğlu Cəfərovun üstünə mal
tövləsində əfi ilan buraxılmış, ac-susuz saxlanmış, yeniyetmə
dəfələrlə vəhşicəsinə döyülmüşdür.
374
Ağdam rayonunun işğalı zamanı ermənilər tərəfindən girov
götürülən yaşlı qadın Şərqiyyə Rza qızı Şirinovanın 8 qızıl dişi
mismar kəlbətini ilə çəkilmişdir. O, altı ay davamlı işgəncələ
rə məruz qalmışdır.
Qubadlı rayonunun işğalı zamanı 65 yaşlı Biniş Rəsul qızı
Məmmədova və 69 yaşlı Sara Miriş qızı İsmayılova girov
götürülüb Xankəndi hərbi hissəsində saxlanmışdır. Burada on
ları gündüz ağır fiziki əmək tələb edən işlərdə işlədir, gecələr
isə xüsusi amansızlıqla döyürmüşlər. Onlarla birlikdə saxla
nan Şahsənəm və Əsli adında qadınlar bu cür ağır işgəncələrə
dözməyərək girovluqda ölmüşlər.
Ağdam rayonunun keçmiş sakini, milliyyətcə rus olan, er
məni əsirliyində hədsiz işgəncələrə məruz qalmış Vladimir
İvanoviç Şevelyov 1994-cü ildə Ağdam rayonunun işğalı za
manı 89 yaşlı anası Vera Davıdovnanın və ahıl yaşlı bacısı
Svetlana İvanovnanın, eləcə də 58 yaşlı xəstə qardaşı Anatoli
İvanoviçin ermənilər tərəfindən vəhşicəsinə öldürülüb yandı
rıldığını söyləməklə yanaşı, Ağdam kanalının yanında saysız-
hesabsız qadın və uşaq meyiti gördüyünü də bildirir. O, həm
də şahidlik edir ki, ermənilər Ağdamın işğalı zamanı oradakı
ruhi xəstəxanada saxlanan 7 ruhi xəstəni, o cümlədən iki xəs
tə qadını girov götürmüşlər. Onların biri azad edilmiş, biri
ülə-döyülə öldürülmüş, digərlərinin sonrakı taleyindən isə
bugünədək məlumat yoxdur.
1930-cu il təvəllüdlü Ağdam rayon sakini Əli Rəsul oğlu Ab
basov erməni girovluğunda mütəmadi olaraq döyülmüş, onun
bədəninə siqaret basılaraq yandırılmışdır. Aldığı mənəvi və
fiziki işgəncələrdən özünə gələ bilməyən Əli Abbasov erməni
əsirliyindən azad ediləndən bir müddət sonra vəfat etmişdir.
Erməni hərbçiləri Füzuli rayonundan girov götürdükləri
Mürvət Fətiş oğlu Ağayevi döyərək qulağını kəsmiş, əllərini
məftillə arxadan bağlayaraq ağacdan asmış və ayaqlarının al
tında ocaq qalayaraq yandırmışlar.
375
Hərbi əsirlər - Novruz Məhəmməd oğlu Daşdəmirov, Na
miq Cavanşir oğlu Qarayev miitəmadi döyülmə, bədənlərinə
qızdırılmış cisimlərlə dağbasılma və başlarına mismar çalın
ması nəticəsində ruhi xəstə həddinə çatdırılmışlar.
Hərbi əsir Mürşüdov Sədrəddin Aslan oğlu döyüldükdən
sonra şüşə qırıqlarını udmağa məcbur edilmişdir.
Yaralı vəziyyətdə əsir götürülmüş Əbdüləzim Məcnun oğlu
Məmmədov rezin dəyənəklə döyülmüş, damarına benzin ye
ridilmiş, yaralarının qaysağı qopardılaraq ona əzab verilmiş,
üstünə təlim keçmiş it buraxılmışdır.
Mayıl Məhəmmədəli oğlu Məmmədovun damarına dizel
yanacağı yeridilmiş, sinəsi qızdırılmış xaçla damğalanmışdır.
Vəhşicəsinə döyülmə nəticəsində hərbi əsir Cavid Ağa oğlu
Hüseynovun çənəsi və qabırğaları sınmışdır. Ermənilər dəmir
parçası ilə Cavidin qoluna damğa basmış və yarasının üzərinə
kislota tökmüşlər.
Bu kimi və bunlardan da ağır, dəhşətli işgəncələrin nə sayı
məlumdur, nə də miqyası. Belə işgəncələrə məruz qalan in
sanlar sadəcə türk olduqları üçün vandalizm siyasətinin qur
banlarına çevrilmişlər.
QAZAX
Dağlıq Qarabağın inzibati sərhədlərindən uzaqda olsa da,
Qazax rayonu erməni təcavüzünə məruz qalmış ilk rayonla
rımızdan biridir. Ermənistanla həmsərhəd olan bu rayonun
kəndləri dəfələrlə hücumlara məruz qalmış, nəticədə insan
ların həm canına, həm mülkünə, var-dövlətinə külli miqdarda
ziyan dəymişdir. Qazaxın 6 kəndi - Yuxarı Əskipara, Aşağı
Əskipara, Xeyrimli, Barxudarlı, Sofular kəndləri hələ də er
məni tapdağındadır. Bu kəndlərin içərisində ən böyük itki isə
Bağanıs-Ayrım kəndinin qismətinə düşdü.
376
Bağanıs-Ayrım
Azərbaycan torpaqlarını zaman-zaman «mədəni» işğala
məruz qoyan Ermənistan ötən əsrin 80-ci illərindən başlayaraq
təkcə Dağlıq Qarabağa deyil, onun hüdudlarından çox-çox
uzaqlardakı ərazilərə də hücumlar edir, yaşayış məntəqələri
ni dağıdır, dinc insanları qırır, əslində, azərbaycanlılara qarşı
soyqırımı törədirdi ki, belə məkanlarımızdan biri də Qazax
rayonunun kəndləri idi.
1990-cı il mart ayının 23-dən 24-nə keçən gecə əvvəlcədən
təşkil edilən plan əsasında ermənilərin Azərbaycan ərazisində
Qarabağ müharibəsinə başlayarkən Bağanıs-Ayrım kəndində
törətdiyi faciə miqyasına və dəhşətlərinə görə amansız idi.
Kənddə 5 nəfərdən ibarət bir ailə xüsusi amansızlıqla qətlə
yetirilmiş - yandırılaraq məhv edilmişdir.
Bununla da Qazax rayonunun Bağanıs-Ayrım kəndi Azər
baycanın ermənilər tərəfindən ilk işğal edilmiş yaşayış məntə
qəsi kimi tarixə düşmüşdür. İşğal zamanı Bağanıs-Ayrım kən
dinin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməmiş
divan tutulmuş, 10 nəfər amansızcasına qətlə yetirilmiş, 15
nəfərdən çox insan yaralanmışdır. 100-dən çox evi olan kənd
talan edilib, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və
mal-qara ermənilər tərəfindən mənimsənilmişdir.
Xüsusu strateji əhəmiyyətli Bağanıs-Ayrım kəndi Ermənis
tanın İcevan-Noyemberyan avtomobil yolu üzərində yerləş
diyindən düşmən gələcəkdə daha rahat hərəkət etməsi üçün
bu yaşayış məntəqəsinin işğalını xüsusi plan əsasında həyata
keçirmişdir. Qeyd edək ki, 600 nəfər əhalisi olan Bağanıs-
Ayrım kəndi Qazaxın Aşağı Əskipara, Quşçu Ayrım, Xeyrimli
və Məzəm kəndləri ilə həmsərhəddir. Əhalisi əsasən əkinçilik
və maldarlıqla məşğul olan kəndin əsrarəngiz təbiəti, saysız-
hesabsız bulaqları olub. Bağanıs-Ayrım kəndindən məcburi
köçkün düşmüş insanlar Qazax rayonunun müxtəlif ərazilərin
də məskunlaşmışlar.
377
Faciədən dərhal sonra hadisə yerinə gələn jurnalistlər yazır
dılar ki, kənd, demək olar, xarabazara çevrilmişdi. Yandırılmış
evlərdən hələ də havaya tüstü qalxırdı. Ətrafda güllə yarasın
dan ölmüş heyvan leşləri gözə dəyirdi...
XAN KƏNDİ
İnzibati cəhətdən Xankəndi şəhərinin əhatə dairəsinə Kər-
kicahan qəsəbəsi də daxildir və onun sahəsi 8 kilometrdir.
Azərbaycan Dövlət Statistika Komitəsinin 1 yanvar 1989-cu
il tarixinə olan məlumatına əsasən, Xankəndi şəhərində 53,1
min nəfər erməni, 3.385 azərbaycanlı, o cümlədən Kərkica-
han qəsəbəsində 1.708 azərbaycanlı yaşayırdı. Respublika ta-
beli Xankəndi şəhəri erməni silahlı dəstələri tərəfindən işğal
olunub. Xan babalarımızın əli ilə ilk bünövrə daşları düzülən,
Azərbaycan xalqının var-dövləti hesabına tikilib müasir şəhər
görkəmi alan Xankəndi də Qarabağın başqa yaşayış məntə
qələri kimi, Ermənistan ordusunun tapdağı altındadır. Keçən
əsrin 90-cı illərinin əvvəllərinə qədər Xankəndidə yüzlərlə
azərbaycanlı ailəsi yaşayırdı, soydaşlarımızın əli ilə orada Kər-
kicahan qəsəbəsi də yaradılmışdı. 1991-ci il dekabrın 2-də
Xankəndi, 1992-ci ilin 15 yanvarında tamamilə azərbaycanlı
ların məskunlaşdığı Kərkicahan qəsəbəsi böyük dağıntılardan
sonra ermənilərin nəzarətinə keçdi. Mülki əhali arasında ölən
lər, yaralananlar, əsir götürülənlər oldu. Azərbaycanlı əhaliyə
külli miqdarda maddi-mənəvi ziyan dəydi.
Sovet imperiyasının «Zaqafqaziya ölkə komitəsi» deyilən
qurumu 1923-cü ilin iyununda muxtariyyət məsələsinin həll
olunması ilə bağlı Azərbaycan rəhbərliyinin qarşısında tələb
qoydu. Bu təkidli tələblərdən sonra Azərbaycan Mərkəzi İcra
iyyə Komitəsi deyilən qurum 1923-cü il iyulun 7-də «Dağlıq
Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında» dekret ver
di. Həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olunurdu.
---------
378
---------
Az sonra şəhər azərbaycanlılara qarşı soyqırımının təşkilatçıla
rından biri olan Stepan Şaumyanın adı ilə «Stepanakert» adlan
dırıldı. O dövrdə kommunist rejimi tərəfindən bir çox xan, bəy
və s. titullu yer, qəsəbə, kənd, şəhər adları burjuaziya qalığı
bəhanəsi ilə kommunist və inqilabçıların adları ilə əvəz edi
lirdi. Məhz Xankəndi şəhəri də «xan» kəlməsinin qurbanına
çevrilmiş və mənfur kommunist Şaumyanın şərəfinə «Stepana
kert» adlandırılmışdır. 1991-ci ildən etibarən Azərbaycan Res
publikasının M illi Məclisinin qərarı ilə tarixi haqsızlıq aradan
qaldırılaraq şəhərin əvvəlki adı - Xankəndi bərpa edilmişdir.
Dağlıq Qarabağın mərkəzi Qarqar çayının sahilində, Qa
rabağ silsiləsinin şərq ətəyində, Bakıdan 329 kilometr aralıda
yerləşən Xankəndi ölkənin inkişaf etmiş sənaye mərkəzlərin
dən biri idi. Orada yüngül və yeyinti sənayesi inkişaf etmiş
di. Elektrotexnika, avtomobil təmiri və asfalt-beton zavodları,
mebel fabriki, tikinti materialları, sənaye, istehsalat və tədris
istehsalat kombinatları, çoxlu orta ixtisas məktəbləri, ali təhsil
müəssisəsi vardı.
XOCALI
1991-ci ildə DQMV ləğv edildikdən sonra yaradılan Xocalı
rayonunun ərazisi 940 kvadratmetr, əhalisinin sayı işğaldan
əvvəl 22.000 nəfər idi. Rayonun inzibati ərazi vahidinə daxil
olan Əsgəran şəhəri və digər yaşayış məskənləri Xocalı şəhə
rinin Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən ələ
keçirilməsi nəticəsində tamamilə işğal olundu. Rayonun 53
yaşayış məntəqəsindən 9-da - Kosalar, Canhəsən, Cavadlar,
Yalobakənd, Başkənd, Qaragav, Cəmi 11 i və Meşəlidə tamamilə
azərbaycanlılar yaşayırdılar.
İşğal nəticəsində 46 sənaye və kənd təsərrüfatı obyekti, 56
mədəni-maarif müəssisəsi, 18 tarixi abidə yerlə yeksan edildi.
379
Rayon ərazisində yerləşən, el arasında Əsgəran adı ilə ta
nınan Əsgəran qalasını XVIII əsrdə Pənahəli xan öz xanlığının
şərq sərhədində tikdirmişdi. Dərbənd səddi Şirvanın şimal qa
pısı idisə, Əsgəran səddi də Qarabağ xanlığının şərq qapısı idi.
Əsgəran qalası Şuşanın 24, Xocalının 5 kilometrliyində və
Ağdam şəhərinin 12 kilometr cənubunda Qarqarçayın sağ
və sol sahillərində dağ döşündə yerləşir. Burada dağlar eni
təqribən 500 metrə çatan çayın vadisinə və qalanın divarla
rı ilə əhatələnən böyük olmayan dərəyə yaxınlaşır. Qalanın
hündürlüyü 9 metr, qalınlığı 2 metr idi.
Qala yerin adı ilə Əsgəran adlandırılmışdır, başqa sözlə,
qala tikilməzdən əvvəl ərazi ətraf əhali içərisində Əsgəran -
yəni Əski Aran adı ilə məşhur idi. Nə qədər təzadlı görünsə
də, bir vaxt babalarımızın əli ilə tikilən, Şuşa-Ağdam yolunun
üstündəki bu şəhərdə məskunlaşan ermənilər Qarabağ hadi
sələri başlayan ilk gündən ən çox azərbaycanlıları daşa basır,
maşınlarını dağıdır, insanların fəaliyyətini iflic edirdilər. O yol
da onlarla günahsız azərbaycanlının qanı tökülüb.
Kosalar
Şuşanın qarşısında ikinci bir sədd də vardı - bu, ətrafda yer
ləşən, Şuşa ilə qırılmaz tellərlə bağlı Azərbaycan kəndləri idi.
Ermənilərin əsas məqsədi əvvəlcə bu kəndləri, yaşayış yerlə
rini ələ keçirmək idi. Təklənmiş Şuşa ilə hesablaşmaq onda
daha asan və rahat olacaqdı. 6 yaşayış məskənini özündə bir
ləşdirən Kosalar kəndi 9 maya kimi - Şuşa işğal olunana kimi
düşmənlərə qarşı qəhrəmanlıqla vuruşan kəndlərimizdəndir.
Qaragav, Canhəsən və digər kəndlərimizlə birlikdə Kosalar,
imkan daxilində, mühasirədə qalan Cəmi 11 i, Meşəli kəndlə
rinin də köməyinə çatırdı. Bəlkə elə buna görə tarixən heç
vaxt düşmən qarşısında əyilməyən bu kənd Şuşa ilə bir gün
də ermənilərin əlinə keçdi, 25 nəfər öldü, yaralananlar, əsir
düşənlər oldu.
380
Meşəli
Erməni azğınlığına qarşı əsrlərlə sinə gərən Meşəli kəndi
1991-ci ilin sonlarında ermənilərin budəfəki basqılarına tab
gətirə bilmədi. Son gülləyə kimi döyüşən kənd sakinləri, özü
nümüdafiə dəstələri çoxlu itkilər verdi. 1991-ci ilin 22-23
dekabr günlərində Meşəli yandırıldı, düşmənlərin tapdağına
çevrildi. Özünümüdafiə dəstələrinin və köməyə gələn kənd
lərin səylərinə baxmayaraq, Meşəli kəndinin itkiləri çox oldu.
Təkcə Meşəlidə erməni vəhşiliyinə qurban gedənlərin sayı 29
nəfərdən çoxdur.
Dostları ilə paylaş: |