LAÇIN
. Laçın dağlarında qədim və möhtəşəm mədəniyyət abidə
ləri ilə təbiət bir-birini sanki tamamlayırdı. Cicimli, Güləbird,
Soltanlar, Zeyvə, Malıbəy, Yənqıça, Bülövlük, Araflı, Əliqu-
lulu, Malxələf, Hüsülü, Kosalar, Seyidlər, Pircah'an, Kürdhacı
və digər kəndlərdəki tarixi abidələr (12 qoç, 28 at fiquru, 36
müxtəlif süjetli yazılar və rəsmlər, sal daş, müxtəlif dövrlərdə
ərəb əlifbası ilə yazılmış, bir-birinə bənzəməyən sənət rəmz
ləri həkk edilmiş qəbirüstü daşlar, məşhur Sarı Aşığın sevgilisi
Yaxşının məzarı) bu torpaqlarda min illər boyu yaşayan əcdad
larımızın bizə yadigar qoyduğu nişanələr idi.
Rayonun Cicimli kəndindəki məbəd, qədim anbar, Gü-
ləbirddə Sarı Aşığın qəbirüstü ziyarətgahı (Bax: «Qarabağ -
yaddaş», Bakı, «MHS-poliqraf», 2010, səh. 76-80) rayonun
tarix-diyarşünaslıq muzeyi əsrlərin canlı salnaməsi idi. Muzey
də toplanmış nadir eksponatlar Laçının zəngin tarixi keçmişi
haqqında dolğun təsəvvür yaradırdı. Təəssüf ki, Laçının işğalı
nəticəsində bu tarixi incilər də təcavüzün qurbanına çevril
di. Bütün bunlar az imiş kimi, tarixin yadigarları, m illi mə
422
dəniyyət abidələrimiz olan qala və məbədlər saxtakarcasına
erməniləşdirilir. Belə təcavüzə məruz qalan abidələrdən Laçın
ərazisində də az deyil. Laçının işğalından sonra orada tikilmiş
qondarma, saxta erməni kilsəsi kimi təqdim olunan Ağoğlan
abidəsi, Böyük Vətən müharibəsi iştirakçılarınin xatirə kom
pleksinin erməniləşdirilməsi, şəhərin qərb istiqamətdən çıxı
şında tikilmiş abidə - «Qala qapısı» (üzərində erməni xaçı) və
s. dediklərimizə əyani sübutdur.
Laçın rayonu ərazisindəki memarlıq abidələrinin əksəriy
yəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Memarlıq
elmləri doktoru D.A.Axundov və fəlsəfə elmləri namizədi
M.D.Axundov «Qafqaz Albaniyasının stellalarında dini simvo-
lika» və «Dünyanın mənzərəsi» adlı məqalələrində («Azər
baycan abidələri» məcmuəsi, №01, 1984-cü il) göstərirdilər
ki, düzbucaqlı çərçivə içərisində cızma texnikasında işləni
lən qadın, güman ki, Ay allahı - Elena, Armetida, Ardivisura,
Anakid təsvir olunmuşdur. Göstərilən bu stellalar bizim eranın
xristianlıqdan əvvəlki dövrünə, bəlkə də daha qədimlərə aid
dir. Buna bənzər, daha doğrusu, tamamilə onun eyni olan bir
Stella da Kosalar kəndində, Ağoğlan qəsrinin həyətində var idi.
Belə abidələr Laçınla qonşuluqda yerləşən Kəlbəcər rayo
nu ərazisində də mövcuddur. Məlum olduğu kimi, Kəlbəcərin
bir hissəsi Alban Xaçın Knyazlığının tərkibində olmuşdur. Ora
yaxın olan Laçın rayonunun ərazisində bir sıra adlar Xaçınla
bağlıdır. Bozlu kəndi ərazisində olan «Xaçın daşı» və s. Ola
bilsin ki, vaxtilə bu yerlərin bir hissəsinin Xaçın knyazlığı ilə
əlaqəsi olmuşdur. Lakin buna baxmayaraq, Ermənistanın hətta
rəsmiləri belə bu abidələri «özününküləşdirir», erməni abidə
ləri adı ilə təbliğ edirlər.
Alı Xəlfə ocağı Laçının Böyük Seyidlər kəndində yerləşir
di. Qarabağın ən ağır seyidlərindən olan Alı Xəlfə elə həmin
kənddə dünyasını dəyişmişdir və məzarı üstündə sərdaba ti
kilmişdir. Ən ulu səcdəgahlardan biri də məhz Alı Xəlfənin
ocağı idi.
423
Laçının müqəddəs yerlərindən biri də Böyük Seyidlər kən
dindəki Seyid Hüseyn ziyarətgahı olmuşdur. Bu kənddəki zi
yarətgahların sırasına daxil olanlardan biri də «Güllü qəbir»
piri idi ki, orada Hacı İbrahim ağa dəfn edilmişdi. Məlumatlara
əsasən, o, Qarabağ ellərinin ağır övliyalarından sayılan Xuda
vəndə Xəlfənin nəvəsi idi.
Ağoğlan qəsri Laçının Minkənd çayının kənarında, hündür
bir yerdədir. Ciciınlidə məbəd, qədim anbar, Güləbirddəki
Sarı Aşığın qəbirüstü ziyarətgahı, Zeyvədə Şeyx Əhməd, 1-ci
və 2-ci Soltanbaba, Minkənddə XV əsr məbədi, Qarıqışlaqda
Dəmirovlu pir-məbədi, Bülövlük kəndinin şimalındakı qədim
Kişpəyədə Alban məbədi, Piçənisdə Alban məbədi, Xan qə-
biristanlığındakı Zəngəzurun sultanları Qara Murtuza bəyin,
1-ci Alməmmədin, 2-ci Alməmmədin hasardakı türbələri, Şeyx
Şamillə dostluq etmiş, ona kömək göstərmiş Cəbrayıl bəyin
türbəsi, Araflıda Murtuza Sultanın anasının türbəsi, Pircahan
çayında Məşədi Mehralının arxitekturalı və Minkənd körpüləri
kimi tarixin nadir inciləri erməni vandalları tərəfindən darma
dağın edilmişdir.
Memarlıq abidələrindən Hoçaz kəndindəki mağara-məbəd
(V əsr), Cicimlidəki Məlik Əjdər türbəsi (XIV əsr), adsız türbə
(XVIl-XVI11 əsrlər), Şeyx Əhməd türbəsi (XIX əsr), Qarıqışlaq
kəndindəki məscid (1718), Hüsülü kəndində Həmzə Sultan
sarayı (1761), Həkəri çayı üzərindəki körpü (XVIII əsr), Ağoğ
lan çayı üzərindəki məbəd (XIX əsr), Güləbird kəndindəki
türbənin taleyi isə yalnız onları saxtalaşdırmış daşnaklara mə
lumdur.
Bir sözlə, kəndlərdə əsrlərin və qərinələrin yaşıdı abidələr,
dağlardakı qalalar yadellilərin dəfələrlə etdiyi hücumlardan
qorunsa da, 1992-ci ildən başlayaraq daha ağır zərbə aldı,
daş-divarlarındakı yaddaş tarixləri silinərək erməniləşdirildi və
dünyaya «qədim erməni xalqının yazılı abidələri» kimi təqdim
edildi.
424
Əsl həqiqətlər isə bunlardır.
Təbii ki, Laçın rayonu ərazisində bir vaxtlar mövcud olmuş
tarixi abidə və məbədlər təkcə adları yuxarıda çəkilənlər de
yildir.
Laçın rayonunda erməni vandalları tərəfindən darmadağın
edilmiş tarixi və maddi-mədəniyyət abidələrindən: Daş qutu
su - dəmir dövrü (Abdallar kəndi), Kurqan - Dəmir dövrü
(Cicimli kəndi), «Qızqəbri» kurqanı - dəmir dövrü (Cicimli
kəndi), Kurqan - dəmir dövrü (Cicimli kəndi), Kurqan - tunc
dövrü (Ziyrik kəndi), Kurqan - dəmir dövrü (Hoçaz kəndi),
Kurqan - dəmir dövrü (Güləbird kəndi), Mağara məbədi - V
əsr (Hoçaz kəndi).
AĞDAM
Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmış
ərazilərində məhvə məhkum edilən maddi-mədəniyyət abi
dələri tariximizin daş yaddaşı kimi əvəzolunmaz milli sərvə
timizdir. Bu abidələr təkcə maddi-mədəniyyət deyil, həm də
mənəviyyat tariximizin «arxivi», səhifələridir. Qarabağın tarixi
abidələrinin darmadağın edilməsi isə mədəniyyət və mənə
viyyat tariximizin daşlaşmış yaddaşının silinməsi kimi ağrılı-
acılıdır.
İllərdən bəri məkrli, çirkin siyasətləri ilə daşnakların və on
ların havadarlarının diş qıcadığı, Azərbaycandan qoparmağa
çalışdığı yurdlarımızdan biri, təbii-coğrafi baxımdan respubli
kamızın ən zəngin bölgələrindən olan Ağdam həm də xal
qımızın çoxəsrlik tarixini özündə əks etdirən müxtəlif növlü
abidələr diyarıdır. Aparılan arxeoloji tədqiqatlar nəticəsində
müəyyən olunub ki, bu yerlərdə insanlar təxminən 8-10 min il
bundan əvvəl məskunlaşmışlar.
1988-1993-cii illər ərzində düşmənlə üz-üzə, göz-gözə
dayanıb qətiyyətli mübarizə aparan və elə torpaqlarımızın
bütövlüyü uğrunda ilk şəhidlərini (Əli və Bəxtiyar) verən Ağ
425
dam rayonu ərazisində qədim tarixə malik çoxsaylı memarlıq
və incəsənət abidələri az deyildi. Ağdam şəhərində Üzərrik-
təpə abidəsi, Xaçın-Dərbənd kəndindəki Qutlu Sarı Musaoğlu
günbəzi (1314-cü il), Kəngərlidəki (XIV əsrin yadigarı) türbə və
daş abidələr, Papravənddəki XVII əsrdən qalan Xanoğlu türbə
si, XVIII əsrə aid məscid və digər türbələr, Xan qızı Natəvanın
və oğlunun şərəfinə tikilmiş XIX yüzilliyin türbəsi, Şahbulaq
qalası... kimi tarixi-memarlıq abidələri Ağdamın işğalı zamanı
dağıdılıb.
Buradakı tarixi memarlıq abidələri müxtəlif dövrləri əks et
dirən nadir nümunələr idi. Bu maddi-mənəvi abidələr qrup-
laşdırılaraq «Azərbaycan Respublikasının ərazilərində dövlət
mühafizəsinə götürülmüş daşınmaz mədəniyyət abidələrinin
əhəmiyyət dərəcəsinə görə bölgüsü» adlı kitaba daxil edilib.
Ağdamda olan dünya əhəmiyyətli, daşınmaz tarixi və mə
dəniyyət abidələri sırasına XIV əsri əhatə edən qiymətli nümu
nələr də daxildir. Məsələn, Ağdamın Xaçın-Dərbənclli kəndin
də olan Qulu Musaoğlu türbəsinin yaşı çox qədimlərə gedib
çıxır: 1314-cü ilə.
Belə bir tarixi dövrü əhatə edən abidələrin işğal altında
qalması ermənilərə Azərbaycan tarixini saxtalaşdırmaq üçün
müəyyən imkanlar yaradır.
Təkcə mədəniyyətimizi deyil, tariximizin bir parçasını si
nəsində saxlamış abidələr də (Xanoğlan türbəsi, Qarabağ xanı
Pənahəli xanın imarəti (XVIII əsr) və türbəsi (XIX əsr) də daş
nak quldur dəstələri tərəfindən dağıdılıb.
Ağdam ərazisindəki maddi-mədəniyyət abidələri erməni
qəsbkarlarının vandalizm siyasətinin şahididir. Daşnaklar və
onların havadarları muzeylərdəki eksponatları nəinki talayıb
aparmışlar, hətta həmin abidə-məbədlərin daşını daş üstə də
qoymamışlar. Bütün bu faktlar isə illərdən bəri beynəlxalq
müşahidəçi qismində Qarabağa səfər edən təşkilatların təm
silçilərinə yaxşı məlumdur, çünki vaxtaşırı verdikləri hesabat-
məruzələrində öz əksini tapmışdır.
426
Mədəniyyətlə tariximizin qovuşduğu belə muzeylərdən Ağ
dam şəhərindəki Çörək və Tarix-Ölkəşünaslıq muzeyləri ilə
yanaşı, tarzən Qurban Pirimovun xatirə muzeyinin, Ağdam Şə
kil Qalereyasının adlarını çəkmək olar.
Onu da qeyd etmək lazımdır ki, Ağdam Tarix-Ölkəşünaslıq
Muzeyi rayonun işğaldan kənarda qalan Qaradağlı kəndində
bərpa edilib.
Ağdamda təkcə maddi-mədəniyyət ocaqları deyil, dini mə
bədlər də düşmən tərəfindən məhvə məruz qalıb. Papravənd-
dəki Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarət
gahlar da işğala məruz qalmışlar.
Ağdamın mərkəzində yerləşmiş, qədim memarlıq abidəsi
sayılan məscid və onun minarələri, həmçinin Çörək muzeyi
də dağıdılıb. Lakin qoca tarix çox belə talanların və dağıntı
ların şahidi olub. Qarabağın bütünlüklə tarixini, onun maddi-
mənəvi sərvətlərini özündə m inilliklər boyu qoruyub saxla
yan Ağdam işğaldan azad olunacaq, dağıdılmış, talan edilmiş
qədim yaşayış məntəqələrindəki tariximizin, mədəniyyət və
mənəviyyat abidələrimizin yenidən bərpası isə bir vətəndaşlıq
borcu kimi bugünkü nəslin üzərinə düşür.
Ağdam rayonunda erməni vandalları tərəfindən darmadağın
edilmiş tarixi və maddi-mədəniyyət abidələrindən: Çıraqtəpə
yaşayış yeri - tunc dövrü (Ağdam şəhəri), Qarahacı yaşayış
yeri - ilk tunc dövrü (Ağdam-Xankəndi yolunun sağ tərəfində),
Qarahacılı nekropolu - tunc dövrü (Ağdam şəhəri), Vəlixanpə-
tə yaşayış yeri - eneolit dövrü (Ağdam-Ağcabədi şosesinin 1,5
km-də), Kurqan - tunc dövrü (Üzümçülük sovxozu), İlanlıtəpə
yaşayış yeri - eneolit - dəmir dövrü (Baş Qərvənd kəndi),
Dəyirmantəpə kurqanı - tunc və dəmir dövrü (Orta Qərvənd
və Mirəşəlli kəndlərinin arasında), Yaşayış yeri - antik dövrü
(Qərvənd kəndi), Şomulutəpə yaşayış yeri - eneolit dövrü
(Mirəşrəfli kəndindən 1 km şimal-şərqdə), Bənövşələr təpəsi
yaşayış yeri - eneolit dövrü (Mirəşəlli, Armudlu kəndlərinin
427
arasında), Gıiltəpə yaşayış yeri - eneolit dövrii (Mirəşəlli kən
dindən 300 m şimal-şərqdə), Yaşayış yeri - e.ə. Il-I m inilliklər
(Armudlu kəndi), Rəsultəpə yaşayış yeri - orta tunc dövrü, orta
əsrlər (Armudlu kəndinin şimal-qərbində), Rəsultəpə kurqan
ları - tunc dövrü (Armudlu kəndi, Rəsultəpə yaşayış yerinin
30-40 m şimalında), İsmayılbəy təpəsi yaşayış yeri - eneo
lit dövrü (Armudlu kəndi), Kəbləhiiseyn yaşayış yeri - eneolit
dövrü (Kəbləhiiseyn kəndi)...
KƏLBƏCƏR
İlk insan düşərgələrinin, karst mağaralarının yayıldığı əra
zilərdən biri də Azərbaycanın şəfalı və səfalı guşələrindən
olan Kəlbəcər rayonudur. Azərbaycan Respublikası Arxeo
logiya və Etnoqrafiya İnstitutunun paleolit arxeoloji ekspedi
siyasının üzvləri professor Ə.Cəfərov, M.Hüseynov, V.Əliyev,
M.Mansurov və başqaları tərəfindən Kəlbəcər rayonu ərazi
sində 1981-87-ci illərdə, Tərtər, Şordərə, Qamışlı, Qoşa kaha,
Dəhnə, İstisu, Orta Şurtan, Zar mağaraları tədqiq edilmiş və
müəyyən olunmuşdur ki, bu ərazilərdə qədim insanlar hələ
paleolit dövründən yaşamağa başlamışlar.
Tarix elmləri doktoru Qüdrət İsmayılovun və dissertantı Ni
yazi İbrahimovun apardıqları tədqiqat işlərinin nəticəsinə görə,
bura ən qədim insan məskəni olmuşdur. Rayonun ərazisində
eramızdan çox-çox əvvəlki minilliklərdən xəbər verən qaya
təsvirləri də Kəlbəcərdə az deyildi. «Qobustanın qardaşları»
kimi tanınmış sal daşlar da Kəlbəcər dağlarından tapılmışdı.
Soltan Heydər, Qurbağalı çay, Turşsu, Ayıçınqılı, Gəlinqayası,
Böyükdəvəgözü, Sərçəli və s. yerlərdəki qayaüstü təsvirlərlə
Qobustandakı «yazılı və şəkilli daşlar» tamamilə bir-birinin
oxşarı və ya «əkiz»ləridir. Tarixçi alim Rəşid Göyüşovun, Xu-
du Məmmədovun və başqalarının fikrincə, bu daşların üzə
rindəki şəkillərin yaşı az qala bu daşların öz yaşı qədərdir.
---------
428
---------
Maraqlı budur ki, bu təsvirlər bazalt kimi sərt qayalar üzərinə
həkk edilmişdir. Kəlbəcər Tarix-Diyarşiinaslıq Muzeyinin hə
yətinə gətirilmiş 28 ədəd yazılı və şəkilli daşlar təkcə Kəlbə
cərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan
məskəni olduğunu sübut edən dəlil idi.
Kəlbəcərin ərazisindəki tarixi qalalara diqqət yetirək. Bura
da bir çox qalaların qalıqları hələ də qalmaqdadır. Ermənilər
həmin qalaları darmadağın ediblər. Belə qalalara misal olaraq
Löh, Qalaboynu, Comərdi göstərmək olar. Nisbətən salamat
qalanı Löh qalası idi. Adı qalanın formasını tamamlayırdı. Qa
lanın beli dəvə boynuna oxşayırdı. Qalanın başına çıxmaq o
qədər də asan məsələ deyildi. Qalanın sinəsi ilə bir adamın
qayadan tuta-tuta, zorla keçə bildiyi cığırdan aşağı baxmaq
mümkün deyildi; uçurum və sıldırımlıqdır. Qalaları tədqiq
edənlərin fikrincə, bu qalalar karvan yollarının üstündə tikilir
miş ki, bununla da həmin yollara nəzarət olunurmuş. Löh qa
lasının başında qayadan yonulmuş, dərinliyi 3-5 metrə çatan
quyular var ki, burada ya ərzaq, ya da su saxlanırmış. Həmin
quyuların içərisindən nəhəng palıd ağacları bitib qalxmışdı ki,
hər birinin diametri 30-40 sm olardı. Hansı bulaqdansa bura -
qalanın başına su çəkilib. Qalanın Lev çayı istiqamətində iki
mağara aşkar olunmuşdu ki, bura da ən qədim insan məskən
ləri hesab olunurdu. Yayda olduqca sərin, qışda isə isti olan bu
mağarada istənilən ərzaq məhsulunu bir ay saxlamaq olurdu,
keyfiyyəti itmirdi. Xos meşəsi adlanan yerdəki abidənin və bu
radakı məzar daşlarında alban xaçı olsa da, yaxınlıqdakı Löh
qalasında belə xaç yoxdur. Bu da onu söyləməyə imkan verir
ki, Löh qalası hələ albanlardan qat-qat əvvəllər mövcud olmuş
insan məskənlərindən biridir.
Kəlbəcər qalalarının içərisində ən yüksəklikdə yerləşən Co
mərd qalasıdır. Kəlbəcərin ərazi etibarilə ən böyük sahəsi sa
yılan Qoturluya (sonralar bu dərə Tutquçay adlandırıldı. Tutqu
çayının adı ilə - red.) gedən yolun üstündəki Comərd kən
429
dindən xeyli yuxarıda, qayalıq başında tikildiyi üçün Comərd
qalası kimi tanınmışdır. Qalanın Kəlbəcər səmti çox sərt sıl
dırım qayalıqdır ki, bura quş da səkə bilməzdi. Sağ tərəfi, yə
ni Nəcəfalı kəndi səmti isə daş-qayalardan hörülmüş divardır.
Burada dağıntı daha çoxdur, nəinki Löh qalasında. Qaraçanlı
qalası Kəlbəcərdən yuxarıda, Qaraçanlı kəndinin yaxınlığında,
Kəlbəcərdən İstisuya gedən yolun solunda, Tərtərin sol sahi-
lindədir.
Daha çox dağıdılmış və məhv edilmiş qalalardan biri də
Qalaboynu qalası idi. Buradakı qala daha çox böyük bir kən
din xarabalıqlarını xatırladırdı.
Xudadəng abidə kompleksi barədə bir qədər ətraflı söz
açmalıyıq. Ona görə ki, bu abidənin xüsusiyyətləri digərlə-
rininkindən xeyli fərqlidir. Xudadəng kimi tanınmış bu abi
də kompleksi Kəlbəcərdən şərqdə, Ağdərə-Kəlbəcər magistral
yolunun sahilindəki Bağlıpəyə kəndindən aşağı, yəni Ağdərə
tərəfdə, Kəlbəcərin 29 kilometrliyindədir.
Alban məbədi Kəlbəcərin bir çox yaşayış məskənlərində
hələ də qalmaqda idi. Mozda, Fətallarda, Ağcakənddə, Qa-
mışlıda, Otaqlıda, Bağlıpəyədə, Təkəqayasında, Quzeyçirkin-
də, Aşağı və Yuxarı Xaçda, Sınıqkilsə, Kilsəli və Kilsə kəndlə
rində, Qaraçanlı və Zarda, Moz Qaraçanlı və Quş yuvasında,
Çəpli və Ziveldəki abidələr məhz albanlara məxsus idi və er
mənilər onları özlərininki kimi qələmə verirdilər.
Belə məbədlərdən biri də Tərtər çayının sahilində, «Bulanıq
su» adlanan yerdə idi. Uzun müddət gözdən və könüldən kə
narda qalan bu abidə son illər rayon ziyalıları və rəhbərlik tərə
findən tədqiq olunsa da, respublikanın elm ocaqları tərəfindən
çox laqeydliklə qarşılandı və hətta demək olar ki, qiymət veril
mədi. Hansı ki, belə tarixi abidələrlə biz özümüzü və kökümüzü
təsdiqləmiş oluruq. «Alban məbədi» uçulub dağıdıldığından və
meşənin içərisində olduğundan uzun müddət diqqətdən kənar
da qalmışdı. Abidənin tədqiqindən sonra ermənilər gecənin və
430
ya günlərin birində həmin abiclədəki alban izlərini də yox etdi
lər.
Kəlbəcərin ərazisində belə məbədlərlə yanaşı, yaşı 7-8 min
illiyə gedib çıxan qəbiristanlıqlar da az deyildi. Bunlardan ən
qədimi isə qaya təsvirləridir. Bazalt qayaların üzərinə həkk
olunmuş yallı oyunu, insan fiqurları, fəza cisimləri, ev heyvan
larının rəsmləri bir daha sübut edirdi ki, bura ən qədim insan
məskənlərindən biri olmuşdur.
FÜZULİ
Azərbaycan qədim odlar diyarıdır. O cümlədən, qədim ya
şayış məskənidir. Bəs biz necə bilirik ki, Azərbaycanda qədim
zamanlarda yaşayış olub? Bunu bilmək üçün Azərbaycanda
arxeoloji qazıntılar aparılıb. Azərbaycanın ən qədim insan ya
şayışı olan arxeoloji abidə 1968-ci ildə Məmmədəli Hüseynov
tərəfindən aşkar olunmuş Azıx mağarasıdır. Bu mağara Füzuli
rayonunun 14 km-liyində yerləşir. Bu arxeoloji abidədən ta
pılmış ibtidai insanın alt çənə sümüyünün qalığı sübut edir ki,
təxminən Azərbaycanda 350-400 min il bundan əvvəl insan
yaşamışdır. Bu adam Azıx adamı adlanır. Bu, dünyada 4-cü
tapıntıdır. Burada 700 min il bundan əvvələ aid ocaq izləri
tapılmışdır. Hətta burada tapılan ayı kəlləsinin üzərində olan
cızıqlar ona işarədir ki, Azıx adamlarında totem, yəni heyvan
lara inam varmış.
Bundan əlavə, burada çoxlu daş alətlər də tapılmışdır. Ümu
miyyətlə, Azıx mağarasının köməyi ilə biz daş dövrü haqqında
geniş məlumat ala bilərik.
Azıx mağarası - Azərbaycanın cənub-qərbindəki Kiçik Qaf
qaz sıra dağlarının cənub-şərq yamacında yerləşən, Quruçay
çayının sol sahilində mağaradır. Təəssüflə qeyd etmək lazım
dır ki, vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu ma
ğaranın yerləşdiyi Azərbaycan torpağı 1993-cıi ildən etibarən
431
erməni işğalı altındadır və mağaranın işğaldan sonrakı vəziy
yəti haqqında heç bir məlumat yoxdur.
Azıx mağarasının sahəsi 800 kv.km-dir. Burada uzunluğu
600 metrə qədər olan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin
hündürlüyü 20-25 metrə qədərdir. Azıx mağarası Qafqazda
indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüyü kimi də
diqqəti cəlb edir.
Azıx mağarası haqqında dünya çox az məlumata malik
dir. Çünki keçmiş SSRİ dövründə bu mağarada axtarış apa
ran, onun tarixi barəsində danışan alimlərin xarici ölkələrdə
yaşayan həmkarları ilə əlaqə yaratmasına imkan verilmirdi.
Bunun nəticəsidir ki, dünyanın ən qədim insanlarından birinin
Azərbaycan ərazisində yaşadığı haqqında dünya hələ də çox
az şey bilir.
Azıx mağarasının yerləşdiyi bölgənin əhalisi ondan xəbər
dar olsa da, onun tarixdəki yeri haqqında heç bir məlumata
malik deyildi. Onların nəzərində bura əjdahaların və başqa
sehrli varlıqların yaşadığı təhlükəli yerdən başqa bir şey de
yildi. Odur ki, insanlar mağaraya yaxın getməkdən belə çəki
nirdilər.
1960-cı ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseyno
vun rəhbərlik etdiyi ekspedisiya Azıx mağarasını kəşf etdi və
üzərindəki pərdəni götürməyə başladı. Aydın oldu ki, əjdahala
rın yox, dünyanın ən qədim sakinlərinin (onları azıxantrop ad
landırırlar) yaşayış məskəni olub. 1968-ci ildə M.Hüseynovun
uzun zamandan bəri Azıx mağarasında apardığı qazıntıların
nəticəsi olaraq neandertal tipə məxsus olan bir insanın alt
çənə sümüyü aşkar edildi. Tapıntı üzərində aparılan tədqiqat
lardan sonra məlum oldu ki, onun, ən azı, 350-400 min illik
bir tarixi vardır.
Çənə sümüyünün azı dişlərindən biri bütöv qalmış, digəri
isə qismən sınmışdı. Alimlər onun 18 yaşlı bir qadına məxsus
olduğu düşüncəsindədirlər. 18 yaş o dövr üçün qocalıq dövrü
432
hesab olunurdu, çünki o zamanlar həyat orta hesabla 20-22 il
davam edirdi. Bu qiymətli tapıntının aşkar edilməsindən sonra
Azıx mağarasına diqqət daha da çoxaldı.
Mağaradan tapılan mühüm tapıntılardan biri də daş alətlər idi.
Arxeoloji baxımdan bu sadə alətlər «Çaydaşı mədəniyyəti»ni
təmsil edirdi. Buna və mağara Quruçay ərazisində yerləşdiyinə
görə bu dövr «Quruçay mədəniyyəti» adlandırılır. Yaxınlığına
görə bu mədəniyyəti ancaq Tanzaniyanın Oduvay düşərgə
sində aşkar edilmiş 1,5 milyon illik tarixi olan mədəniyyətlə
müqayisə edirlər. Çünki Quruçay mədəniyyətinin də məhz bu
qədər tarixə malik olduğu sübut edilmişdir. Azıx mağarasının
sakinləri ovçuluqla məşğul olurdular. Mağaradan tapılmış 45
növ heyvan sümüyü bunun əyani sübutudur. Bəzilərinin kök
ləri artıq kəsilmiş bu heyvanların içərisində nəsli indiyə qədər
davam edən ayı və maral xüsusi yer tutur. Bəzi mütəxəssislə
rin düşüncələrinə görə, ayı mağara sakinləri üçün müqəddəs
hesab olunurmuş. Alimlər bu fikirləri mağarada bir-birinin ya
nınca düzülmüş ayı kəllələrinin varlığı ilə sübut etməyə çalı
şırlar. Hətta mağaranın adı da bununla əlaqələndirilir. Çünki
qədim türk dillərində «azıx» - «ayı» deməkdir.
Azıx mağarasında həmçinin ocaq yerləri də aşkar edilmiş
dir. Bu ocaqlar kənardan daşlarla əhatə olunmuşdur. Mağara
dan tapılmış 5 ocaq yerindən insanların təkcə yemək hazırla
maq üçün deyil, həm də odu qoruyub saxlamaq üçün istifadə
etdikləri güman edilir. Bu ocaq yerlərindən birinin ətrafında
qalınlığı 30 sm olan aypara şəkilli divar vardır. Bu divarın
tikilməsinin əsas səbəbi yaxınlıqdakı yaşayış yerini oddan qo
rumaq idi. Mağaradakı ocaq yerindən başqa həm də ilk tikili
hesab olunur.
Bütün bu göstərdiklərimiz dünyanın ən qədim sakinlərinin
yaşayış yerinin Azərbaycanın olduğu haqda fikirləri sübut edir.
Çox təəssüf ki, dünyanın ən qədim sakinlərinə ev sahibliyi et
miş bu Azərbaycan torpağı indi işğal altındadır. O torpaqların
433
düşmən caynağından azad olunacağı gün Azərbaycan tarixinə
qızıl hərflərlə yazılacaqdır.
Füzuli rayonunda erməni vandalları tərəfindən darmadağın
edilmiş tarixi və maddi-mədəniyyət abidələrindən: Qarğaba-
zar kəndində XVII əsr karvansarası, XVII əsr məscid binası,
XVIII əsr Cəlil türbəsi, Aşağı VeysəlIi kəndində XIII əsr Mirəli
türbəsi, Qoçəhmədli kəndində XVIII əsr məscid binası, XVIII
əsr yaşayış binası...
İşğal altında 10-dan cox yaşayış və kurqan tipli arxeoloji
abidə qalmışdır.
Həm işğal altında olan, həm də azad edilmiş ərazidə olan
tarixi abidələr erməni vandalları tərəfindən dağıdılmışdır.
Dostları ilə paylaş: |