Soyqirimi: tarixin qanlı salnaməsi


Maddi-mənəvi  irsin  soyqırımı



Yüklə 29,78 Mb.
Pdf görüntüsü
səhifə26/28
tarix07.09.2017
ölçüsü29,78 Mb.
#29192
1   ...   20   21   22   23   24   25   26   27   28

Maddi-mənəvi  irsin  soyqırımı

Ötən  əsrin  20-ci  illərində  ermənilər  Azərbaycana 

məxsus  15  qədim  mahalın  hesabına  özlərinə  qura­

ma  dövlət  düzəltsələr  də,  «Böyük  Ermənistan»  mərəzi 

sağalmaq  bilmədi.  Ermənilərin  Cənubi  Qafqazda,  o 

cümlədən  qədim  oğuz  yurdunda  -   indiki  Ermənistan 

ərazisindəki  tarixi  türk-xristian  abidələrinə  sahib  çıx­

ması  da  məhz  XIX  əsrdə  geniş  vüsət  aldı.

Akademik  Ramiz  Mehdiyev  «Gorus  -   2010:  Absurd  teatrı 

mövsümü»  adlı  kitabında  yazır:  «Azərbaycanın  xristian  abi­

dələri  erməni  ruhanilərinin  və  onlarla  bağlı  elmin  saxta­

laşdırma  obyekti  olmuşdur.  Əsrlər  boyu  alban  kilsəsi  ilə 

mübarizə  aparan  erməni  kilsəsi  planlı  şəkildə  onu  özünə 

tabe,  sonralar  isə  ləğv  etməyə  çalışmışdır.  Bu  siyasətin  bir 

hissəsi  alban  əlyazmalarının  epiqrafikasının  məhv  edilmə­

si  olmuşdur.  XI  əsrədək  erməni  epicjrafikası  yoxdur  (əgər 

müasir  daşyonanlar  işğal  olunmuş  ərazilərdə  yeni  «qədim» 

erməni  yazıları  oymağa  macal  tapmamışlarsa)».

Beləliklə,  Azərbaycan  ərazilərindəki  maddi-mədəniyyət 

abidələrinin  yerlə  yeksan  edilməsini  təsdiqləyən  faktlar  da  bir 

daha  göstərir  ki,  düşmən  çox  məkrli,  dəhşətli,  qorxunc  və  iy­

rənc  siyasətlə  tariximizi  saxtalaşdırmaq  yolu  seçmişdir.  İşğal 

altında  qalan  rayonların  ərazilərindəki  maddi-mədəniyyət  abi­

dələrinə  göstərdikləri  qeyri-insani  münasibət  bir  daha  bunu 

təsdiqləyir.

Çoxsaylı  maddi-mədəniyyət  nümunələrinin  bir  hissəsi  tarix 

boyu  müxtəlif  basqınların,  müharibələrin  nəticəsində,  eləcə 

də  zaman-zaman  bu  yerlərə  köçürülən,  tarixi  torpaqlarımıza 

sahiblik  edən  ermənilər  tərəfindən  dağıdılsa  da,  bir  hissəsi 

də  erməniləşdirilərək  mənimsənildi.  Amma  bir  fakt  da  var  ki,

412


daşlara  yazılmış  tarixi,  yaddaşı  pozmaq  və  ya  dəyişmək  heç 

də  həmişə  yadellilərə  nəsib  olmamışdır.  Doğrudur,  erməni­

lər  özününküləşdirə  bilmədikləri  türk  abidələrini  yerlə  yeksan 

edir,  izini  itirməyə  çalışırdılar.  Bütünlüklə  Ermənistanda  abidə- 

ərə  qarşı  səlib  yürüşü  elə  sovet  hakimiyyəti  illərində  də  həya­

ta  keçirildi.  Sürətlə  addəyişmə  başladı.  Hələ  sovet  dövründə 

Ermənistan  adlanan  qədim  oğuz  yurdunda  azəri  türklərinə 

məxsus  toponimlər  dəyişdirildi.  Yüzlərlə  şəhər,  kənd,  qəsəbə, 

dağ,  çay,  dərə,  bulaq  və  tarixi  abidələrin  adları  erməniləşdi- 

rildi.  Toponimin  özü  də  millətin  mənəvi  abidəsidir.  Akademik 

Ramiz  Mehdiyev  adıçəkilən  kitabda  yazır:  «Əvvəllər  Azər­

baycana  (məhz  Azərbaycana!)  məxsus  olmuş  İrəvan  xanlı­

ğının  ərazisində  yüzlərlə  toponimin  sovet  dövründə  vaxtilə 

həmin  torpaqlarda  yaşamış  /Kzərbaycan  türklərinin  izlərini 

məhv  etmək  məqsədi  ilə  adları  dəyişdirilərək  onlara  ermə­

ni  adları  qoyulmuşdur».

Dağlıq Qarabağ ərazisində və ətraf rayonlarda, eləcə də oğuz 

yurdu  -   indiki  Ermənistanda  Azərbaycanın  milli-mədəniyyət 

ocaqlarına  erməni  təcavüzkarları  tərəfindən  vurulan  ziyanı  də­

qiq  hesablamaq  mümkün  deyildir,  çünki  zaman  dəyişmiş  (keç­

miş  sovetlər  dönəmindəki  dəyərlər  artıq  öz  əhəmiyyətini  itir­

diyi  üçün  mal-mülkün  də  qiymətləri  maya  dəyərinə  uyğunlaş­

dırılmışdır),  qiymətlər  yenidən  formalaşmışdır.  Eyni  zamanda, 

talan  və  məhv  edilmiş  sərvətlər  nəinki  Azərbaycanın,  həm  də 

dünya  sivilizasiyasının  misilsiz  mədəniyyət  nümunələri  hesab 

olunur.  Əhaliyə  vurulmuş  mənəvi-psixoloji  zərbə  ilə  bərabər, 

ilkin  və  sonadək  müəyyənləşdirilməmiş  məlumatlara  əsasən, 

Azərbaycan  iqtisadiyyatına  60  milyard  ABŞ  dollarından  çox 

ziyan  dəymişdir.

Bu  dəhşətlər  barəsində  nə  qədər  yazılsa  belə,  hələ  də  er­

məni  daşnak  terrorçularının  törətdiklərini  beynəlxalq  miqyas­

da  olduğu  kimi  təqdim  etmək  mümkün  olmamışdır.  Ona  görə 

ki,  həmin  hadisələr  bir  neçə  dəfə  və  həm  də  dəhşətli  dərəcə­

413


də  təkrar  olunmuşdur.  Tarix  isə  belə  soyqırımı  aktlarını  zaman 

keçdikcə  üzə  çıxarmışdır.  Beləliklə,  Ermənistanın  dəfələrlə 

Azərbaycana  təcavüzü  nəticəsində  itirilən  bütün  sərvətlər  ba­

rədə  fikrimizi  davam  etdirmək  üçün  konkret  olaraq  faktlara  və 

ayrı-ayrı  hadisələrə  nəzər  salmaq  istərdik.

Ümumiyyətlə,  dünyadakı  erməni  cinayətlərinin  silsiləsi­

ni  bir  yazıya  gətirmək  və  ətraflı  şərh  etmək  imkan  xaricində 

olduğundan  biz,  konkret  olaraq,  soyqırımı  aktları  ilə  eynilik 

təşkil  edən  dəhşətlərdən  bəhs  edəcəyik.  Sovet  rejiminin  süqu­

tundan  sonra  indiyədək  üstüörtülü  saxlanan  həmin  hadisələr 

zamanı  azərbaycanlıların  bir  canlı  varlıq  olaraq  məhvə  məh­

kum  olmaları  üzə  çıxdıqca  adamı  dəhşət  bürüyür.  Son  illər 

arxiv  materialları  əsasında  işıq  üzü  görmüş  (təbii  ki,  aralarında 

qeyri-peşəkarcasına  yazılan,  təhrif  olunmuş  faktlara  söykənən 

yazılar  da  vardır)  nəşrlərin  sayı  artdıqca  qanlı  olayların  şəbə­

kəsinin  də  genişliyi  məlum  olmuşdur.

Erməni  daşnaklarının  və  terrorçularının  apardığı  etnik  tə­

mizləmə  siyasətinin  nəticələrini  bir  daha  dünya  xalqlarının 

diqqətinə  çatdırmaq  lazımdır  ki,  onların  kimliyi  aydınlaşdırıl- 

sın  və  beləliklə,  sivil  bəşəriyyət  belə  canlıların  vəhşilərdən  az 

fərqli  olduğunu  öyrənsinlər.

İRƏVAN

Azərbaycanın  mədəni  irsini  hədəf  seçən  ermənilər  işğal  et­

dikləri  torpaqlardakı  maddi-mədəniyyət abidələrimizi  saxtalaş­

dıraraq  erməniləşdirməyə  çalışmış  və  buna  müəyyən  mənada 

nail  olmuşlar.  Belə  ki,  işğal  altında  qalan  maddi-mədəniyyət 

abidələrimiz  tamamilə  və  qəddarlıqla  məhv  edilmişdir.  Ələ 

keçirilən  ərazilərdə  ermənilər  12  muzeyi  və  6  rəsm  qalereya­

sını,  tarixi  əhəmiyyətli  9  sarayı  qarət  edərək  yandırmışlar.  Na­

dir  əhəmiyyətə  malik  40  min  muzey  sərvəti  və  eksponat talan 

olunmuş,  44  məbəd  və  18  məscid  təhqir edilmişdir.  Dağıdılan 

və  yandırılan  927  kitabxanada  4  milyon  600  min  nüsxə  kitab

414


və  nadir  incilərdən  sayılan  əlyazmaların  külü  göylərə  sovrul­

muşdur.


1832-ci  ildə  rus  məmuru  İ.Şopen  İrəvan  şəhərində  12  məs­

cid  qeydə  almışdı:  Qala  məscidi,  Şah  Abbas  məscidi,  Zal  Xan 

məscidi,  Novruzəli  bəy  məscidi,  Hüseynəli  Xan  məscidi,  Sər- 

tib  Xan  məscidi,  Hacı  İmamverdi  məscidi,  Hacı  Səfər  məscidi 

və  daha  dörd  məscidin  xarabalıqları.  İndi  nə  o  məscidlər  var, 

nə  də  İrəvan  adlı  o  qədim  türk  şəhərində  yaşayan  soydaşları­

mız.  Vaxtilə  müsəlman  Şərqində  «məscid  və  minarələr»  şəhəri 

kimi  məşhurlaşan  İrəvanda  bu  gün  yalnız  bir  məscid  qalmaq­

dadır  ki,  onu  da  ermənilər  dünya  ictimaiyyətinə  fars  məbədi 

kimi  təqdim  edirlər.

Uzun  illər  fasiləsiz  olaraq  hücumlara  mətanətlə  sinə  gərən 

məşhur  İrəvan  qalasının  da  bu  gün  izi-tozu  yoxdur.  Bütün  Av­

ropa səyyahlarını  heyrət  içində qoyan  möhtəşəm  Sərdar sarayı, 

onun  şəkillərdə  gördüyümüz  Güzgülü  salonu  artıq  bir  nağıldır.

Təəssüf ki,  insan  bəzən  başına  hansı  faciənin  gələcəyini  əv­

vəlcədən  bilmir,  yaxud  da  başına  gələnlərdən  nəticə  çıxarmır. 

1905-1915,  1918-1920,  1948-1953-cü,  1988-ci  illərdə  ermə­

nilərin  türklərə  qarşı  həyata  keçirdiyi  deportasiya  və  soyqırımı 

nəticəsində  qədim  oğuz  yurdunda  neçə-neçə  maddi  mədə­

niyyət  abidəmiz  işğal  altında  qaldı.  Təəssüf  ki,  sovet  hakimiy­

yəti  illərində  bu  abidələrin  siyahısı  tutulmamış,  çoxunun  şəkli 

çəkilməmiş,  Azərbaycan  memarlığının  parlaq  səhifələrindən 

biri  olan  bu  bölgənin  maddi  mədəniyyət  nümunələri  barədə 

sanballı  araşdırmalar  aparılmamışdır.  Yalnız  ayrı-ayrı  tarixçilə­

rin,  səyyahların  qələmə  aldığı  tədqiqatlarda,  tarixi  qaynaqlar­

da,  eləcə  də  şəxsi  kitabxanalarda  və  bir  də  arxivlərdə  işğalda 

qalmış,  yox  edilmiş,  təmayülü  və  adı  dəyişdirilmiş  abidələr 

haqqında  müəyyən  məlumat  almaq  mümkündür.

İrəvan  şəhəri  Cənubi  Qafqazın  və  Yaxın  Şərqin  mühüm  ti­

carət  mərkəzlərindən  olduğu  üçün  burada  çoxlu  sayda  kar­

vansara  var  idi.  Qaynaqlarda göstərilir  ki,  1829-1832-ci  illərdə

415


şəhərdə  aşağıdakı  karvansaralar  olub:  Gürcü,  Culfa,  Zöhrab, 

Xan,  Tahir,  Sulu,  Susuz,  Hacı  Əli,  Ovşar  və  s.

İndiki  Ermənistan  qədim  türk-oğuz  yurdu  olduğu  üçün  əra­

zidəki  saysız-hesabsız  qədim  yaşayış  məskənləri,  nekropollar, 

kurqanlar,  qala,  saray  və  istehkam  qalıqları,  karvansaralar, 

körpülər,  qəbirüstü  sənduqələr,  qəribə  formalı  daşlar,  at,  qoç 

heykəlləri,  məbəd,  kilsə,  məscid,  pir  və  ocaqlar  da  dedikləri­

mizi  təsdiq  edir.

Vaxtilə  bu 

yerlərdə  olan  tarixçilər  -   Ə.Ələkbərov, 

Z.Bünyadov,  M.Nemətova  abidələr  haqqında  geniş  araşdırma 

apararaq  onları  dünya  epiqrafiya  elminin  dəyərli  nümunələri 

kimi  səciyyələndirmişlər.  Xüsusilə  də  qəbir  daşlarının  üzərin­

dəki  yazıları  oxuyaraq  qədim  insanın,  ulu  babalarımızın  həyat 

tərzi,  məişəti  haqqında  dəyərli  məlumatlar  vermişlər.  Məhz 

onların  axtarışları  nəticəsində  qədim  türklərə  məxsus  qayaüstü 

təsvirlər  üzə  çıxarılmış,  bunların  Qobustan  və  Gəmiqaya  təs­

virləri  ilə  əlaqəsi  şərh  edilmişdir.  Xüsusilə  də  Zəngəzur  bölgə­

si  abidələrlə  zəngin  bir  ərazi  hesab  edilib.  Mahalın  Qarakil- 

sə  rayonu  ərazisində  eramızdan  əvvəl  ikinci  m inilliyə  aid  bir 

tikilinin  qalıqları  son  illərə  qədər  qalırdı.  Şaquli  vəziyyətdə 

cərgə  ilə  düzülmüş  bu  daşlar  Neolit  dövrünün  yadigarı  idi. 

Ədəbiyyata  Qoşundaş  adı  ilə  düşən  bu  qədim  abidəni  sonralar 

ermənilər  sətri  tərcümə  edərək  öz  kitablarında  Zorakarer  kimi 

siyahıya  alıblar.

Zəngəzurun  məşhur  yaşayış  məskəni  olan  Urud  kəndi  (son­

radan  Voratan)  abidələrlə  çox  zəngin  idi.  Burada  Babək  qalası, 

kurqanlar,  qədim  körpü,  eləcə  də  müxtəlif qəbirüstü  abidələr, 

məbədlərin  xarabalıqları  vardı.  Hündür,  sıldırımlı  qayanın  zir­

vəsində  yerləşən  qala  üç  tərəfdən  divarla  əhatələnmişdi.  Qa­

lanın  zirvəsindən  çaya  gizli  yol  vardı.  Qalanın  aşağı  hissəsində 

təxminən  iki  kilometrə  yaxın  bir  ərazidə  dağılmış  evlərin  xa­

rabalıqları  görünürdü.  Bu  qala  tarixi  mənbələrdə  müxtəlif  ad­

larla  qeyd  edilib.  Sonuncu  dəfə  Babəkin  ordusu  burada  döyüş­

düyündən  yerli  əhali  onu  elə  Babək  qalası  adlandırmışdı.

416


Qarakilsənin  (Sisian)  Ağclü  kəndindəki  qəbirüstü  abidə  öz 

nəhəngliyi  və  milli  ornamentləri  ilə  diqqət  çəkirdi.  Sonralar 

ermənilər VII  yüzillikdə tikilmiş  9  metr  hündürlüyündə  olan  bu 

abidənin  sütunlarına xaç şəkilləri  oydular.  Halbuki  Ağdü  kəndi 

qədimdən  türk-oğuz  boylarının  beşiyi  idi.  Ermənilər  bu  kəndə 

ancaq  1988-ci  ilin  soyqırımından  sonra  köçdülər.

Zəngəzur  mahalının  Gorus  rayonunun  Tatev  kəndində 

böyük  bir  ərazini  əhatə  edən  məbəd  vardı.  El  arasında  bu 

məbədə Tat ev və  ya  Böyük  ev  deyirdilər.  «Tat»  sözünü  el  ara­

sında  bu  ərazidə  oturaq  həyat  keçirən  türklərə  aid  edərdilər. 

IX-X  əsrlərdə  yaşamış  memar  babalarımızın  daş  yaddaşı  olan 

bu  abidə  də,  əslində,  alban-türk  xristian  məbədi  idi.

Zəngi  çayının  sahilində,  İrəvan  şəhərinin  yaxınlığındakı  Qır- 

mızıtəpədə  böyük  bir  türk  qalasının  xarabalıqları  da  son  illərə 

kimi  qalırdı.  Narınqala  adlanan  bu  qala  150  otaqdan  ibarət 

saray  kompleksi  olub.  Müxtəlif  olaylar  və  çəkişmələr  zamanı 

dağıdılıb.  Hətta  tarixçilər yazırlar  ki,  İrəvan  şəhəri  Rusiya  tərə­

findən  işğal  edilənə  kimi  bura  İrəvan  xanlığının  mərkəzi  imiş.

Göyçə  mahalının  Göyçə  gölü  sahilində  Kolagirən  qalasının 

xarabalıqlarındakı  qayaların  üzərində  mixi  yazılar  aşkar  edil­

mişdi.  Aparılan  tədqiqatlar  nəticəsində  aydın  olmuşdu  ki,  bu 

qalanın  ətrafında  tarix  boyu  türk-oğuz  boyları  yaşayıblar.  Qala 

VII  yüzilliyin  yadigarı  idi.

Gərnibasar mahalının  (sonradan  Abovyan)  dağlıq  hissəsində 

qədim  Qaqar  türklərinə  məxsus  Gəmi  qalasının  qalıqları  da 

vaxtilə  burada  türk  tayfalarının  yaşadığını  və  onların  xəttatlıq 

qabiliyyətini  təsdiqləyirdi.  Qaladan  yadigar  qalan  qalıqlarda 

qəribə  ornamentlər,  naxışlar  var  idi.  Həmin  mahalda  eramı­

zın  I  yüzilliyinə  aid  olan  başqa  bir  məbədin  də  xarabalıqları 

qalırdı.  I  yüzilliyin  yadigarı  olan  Gərni  məbədi  sonralar  bərpa 

olunmuşdu.  Dördkünc  formada  olan  bu  əzəmətli  saray-məbəd 

əsrarəngiz  bir  sənət  nümunəsi  idi.  XVII  əsrdə  zəlzələ  zamanı 

dağıldıqdan  sonra  ötən  əsrin  60-70-ci  illərində  bərpa  edilmiş-

• ı ı   7



di.  Ermənilər  bu  qalaya  sahib  çıxsa  da,  tarixi  həqiqət  başqa 

söz  deyir.  Müxtəlif  müharibələrin,  olayların,  zəlzələlərin  nə­

ticəsində  dağılan  və  yenidən  qurulan  Gərni  məbədi  türk  me­

marlarının  təfəkkürü  və  əli  ilə  yaradılmışdı.

Üçkilsə  rayonu  (Eçmiədzin)  ərazisində  möhtəşəm  bir  alban 

abidəsi  vardı.  Hətta  bu  yerlərdən  keçmiş  səyyahlar da  öz  yazı­

larında  bu  məbədin  adını  çəkiblər.  Maraqlıdır  ki,  abidə  bütün 

yazılarda  Üçkilsə  adlanırdı.  Yalnız  1945-ci  ildə  ermənilər  hər 

iki  Üçkilsəni  Eçmiədzin  etdilər.  Bu  gün  də  fəaliyyət  göstərən 

və  ermənilərin  dini  mərkəzi  adlanan,  əslində,  terror  yuvasına 

çevrilən  bu  tarixi  məkan  arman-türk  hökmdarı  Trdat tərəfindən 

IV  yüzillikdə  tikilmişdi.  Xeyirxah  bir  niyyətlə  inşa  edilən  bu 

məbəd  yüzillər  boyu  xristian  arman-türk  xalqına  xidmət  etmiş­

dir.  Təəssüf  ki,  indi  bu  məbəddə  qanlı  planlar  qurulur,  ölüm 

qoxulu  sənədlər  hazırlanır.

Üçkilsənin  ərazisində  -   İrəvan  yolunun  üstündə  maraqlı  bir 

məbəd  aşkar  edilmişdi.  Göy  Mələkləri  məbədi  adlanan  bu 

qədim  arxeoloji  tapıntıda  daşların  üzərində  mixi  yazılar  vardı. 

Sonralar  ermənilər  bu  qədim  türk  məbədini  dünyaya  Zvartnos 

adı  ilə  təqdim  etdilər.  Halbuki  1901 -1907-ci  illərdə  arxeoloq­

lar  tərəfindən  aşkar  edilmiş  məbədin  xarabalıqları  və  onun 

yanında  tikilmiş  saray  da  sübut  edirdi  ki,  hər  iki  tikili  qədim 

türk  mədəniyyətinin  nümunəsidir.

Qəmərlinin  (Artaşat)  Dvin  kəndində  nəhəng  bir  sarayın  və 

məbədin  qalıqları  aşkar  edilmişdi.  Əslində,  atəşpərəstlik  döv­

ründən  yadigar  olan  bu  abidələr  də  babalarımızın  böyük  mə­

harətlə  qurduğu  maddi  mədəniyyət abidələrindən  biri  idi.  İndi 

kim  bilir,  bu  maddi  sərvətimiz  yerində  durur,  yoxsa  tamamilə 

sıradan  çıxarılıb.

Əştərək  rayonunun  (Yeğvard)  ərazisində  VII  yüzilliyin  ya­

digarı  olan  Qarqavəng  türk  məbədi  əsrlərə  sinə  gərmişdi. 

Qarqar  türklərinin  tikdiyi  bu  məbədin  adını  sonralar  həmin 

əraziyə  gəlmiş  ermənilər  dəyişdirərək  Zoravar  qoydular.  Bu

418


rayonda  diqqətçəkən  abidələrdən  biri  də  «Ana  qala»  adlanır. 

XI  yüzillikdə  inşa  edilmiş  bu  qala  Alagöz  dağının  ətəyində, 

Arxaşan  çayı  kənarında  yerləşirdi.  Əslində,  görünüşünə  görə 

qəsr  və  məbəd  təsiri  bağışlayan  Ana  qala  (bəzən  Baş  qala  da 

deyirdilər)  eynilə  Gədəbəy  rayonundakı  Qız  qalasına  bənzə­

yir.  Bəllidir  ki,  dünyada  18  Qız  qalası  mövcuddur.  Onun  13-ü 

Azərbaycanda  yerləşir.  Maraqlıdır  ki,  eyni  memarlıq  məktəbi­

nin  nümunəsi  olan  Ana  qala  sanki  bu  mövcud  qalaların  anası­

dır.  Təəssüf  ki,  türk-oğuz  boylarının  ana  yurdu  olan  bu  ərazi­

lərə  gələn  ermənilər  onun  da  adını  dəyişdirdilər.

Əştərəkin  Talış  kəndində  (Aruç)  VII  yüzilliyin  yadigarı  olan 

bir  məbədin  qalıqları  da  dururdu.  Bu  yerlər  də  yalnız  türk- 

oğuz  boylarının  ana  yurdu  olub.

Alagöz  dağının  döşündə  alban-türk  xristian  məbədi  var  idi. 

Onun  hündür  sütunlarının  birində  türksoylu  hökmdarın  adı 

qeyd  edilmişdi.  Zəlzələ  zamanı  dağılmış  bu  məbədi  1947-ci 

ildə  bədnam  qonşularımız  «bərpa»  adı  ilə  ona  erməni  ele­

mentləri  vurdular.

Duzkənd  (Axuryan)  rayonunda,  Arpa  çayının  sahilində  bö­

yük  bir  ərazidə  Qanlıca  adlı  bir  məbəd  vardı.  Məbədin  divar­

larındakı  yazılardan  bəlli  olurdu  ki,  bu  tarixi  abidə  988-ci  ildə 

böyük sərkərdə  Bəhram tərəfindən tikilməyə başlayıb və  1029- 

cu  ildə  tamamlanıb.  Bu  məbədin  tikintisində  bünövrə  daşının 

qoyulması  Bəhramın  adı  ilə  bağlansa  da,  sonrakı  illərdə  onun 

qardaşları,  övladları  bu  məbədi  başa  çatdırıblar.  Hətta  1225-ci 

ildə  çox  nəfis  şəkildə  təmir  də  ediblər.  Məbədin  adının  Qan- 

lıca  olması  da  türk  etnonimindən  gəlir.  Qanlıcanın  yerləşdiyi 

əraziyə  isə  ermənilər  XIX  əsrin  əvvəllərində  köçmüşdülər.

Dərəçiçək  mahalında  (Tsaxkadsor)  yenə  də  türk  memarlığı­

nın  yadigarı  olan  Keçarus  türk  məbədi  vardı.  Ermənilər  tərə­

findən  dəfələrlə  «bərpa»  edilərək  erməniləşdirilən  bu  məbəd 

də  bir  vaxtlar  bizim  idi...

419


Karvansaray  (İcevan)  rayonunun  Dilican  şəhərində  dağlar 

qoynundakı  alban-türk  məbədi  isə  zümrüd  meşələrin  qoynun­

da  bir  gözəllik  sərgisi  idi.  Təəssüf  ki,  bu  maddi  mədəniyyət 

sərvətimiz  də  işğal  altındadır.  Dilican  yaxınlığında  yerləşən 

Qoş  kəndində  alban-türk  məbədi  XII-XIII  yüzillərin  yadigarı 

idi.  Bəzi  qaynaqlarda  abidənin  «Alban  salnaməsUnin  müəllifi 

Mxitar  Qoş  tərəfindən  tikildiyi  göstərilirdi.  Elə  məbəd  də  Qoş 

adlanırdı.  Lakin  sovet  dönəmində  ermənilər  bu  məbədin  də 

adını  dəyişib  Nor  Çetik  qoydular.

Şörəyel  mahalındakı  Qıpçaq  məbədi  də  bir  özgə  aləm  idi. 

1201-ci  ildə  inşa  olunan  müxtəlif  tikililərdən,  'günbəzli  zal­

dan  ibarət  olan  bu  məbədin  də  adını  1946-cı  ildə  ermənilər 

dəyişdirərək  Aricavəng  qoydular.  Adından  da  göründüyü  kimi, 

Qıpçaq  məbədi  türklərə  məxsus  olub.  Hətta  soydaşlarımız  ona 

«Qıpçaq  ocağı»  da  deyirdilər.

Dərələyəz  (Yeğeqnadzor)  mahalında  oğuz  türklərinin  ya­

digarı  olan  Ərgəz  pirini  ötən  əsrin  ortalarında  ermənilər  «bər­

pa»  edərək  görkəmini  başqa  şəklə  saldılar.  Mahalın  başqa  bir 

ərazisində  tikilmiş  Əxi  Təvəkkül  zaviyəsinin  xarabalıqları  qa­

lırdı.  Zaviyənin  girəcəyində  üç  varlığın  -  Yerin,  Ayın,  Günəşin 

rəmzi  olan  üç dairə,  hər dairədə  12  imamın  rəmzi  olan  12  xətt 

və  bu  mahalda  yaşayan  türk  tayfalarının  sayını  bildirən  səkkiz­

guşəli  ulduzlar  həkk  olunmuş  daş  lövhə  (hündürlüyü  3  metrə 

yaxın,  eni  2  metr)  ermənilər  tərəfindən  sonradan  tamamilə 

dəyişdirildi.  Hər  yerə  xaç  şəkli  düzüldü.  Halbuki  daş  piltənin 

üzərində  ərəb  dilində  qəbirüstü  abidənin  Əxi  Təvəkkülə  məx­

sus  olduğu  bildirilirdi.

Dərələyəz  mahalında  türk  memarlıq  məktəbinin  yadigarları 

olan  abidələr  lap  çox  idi.  Onların  əksəriyyətinin  xarabalıqları 

qalmışdı.  Bəziləri  «bərpa»  edilərək  erməniləşdirildi.

Qədim  oğuz  yurdunda  -   indiki  Ermənistanda  görünüşü  ilə 

seçilən,  davamlılığı  ilə  əsrlərə  sinə  gərərək  bugünümüzə  qə-

420


dər  gəlib  çatmış  müxtəlif  körpülər  vardı.  İndi  də  bu  körpülər­

dən  istifadə  edilir.  Amma  əsl  sahibləri  yox,  sonradan  bu  ərazi­

lərə  köçürülən  ermənilər  tərəfindən.

Allahverdi  rayonunda  (Tumanyan)  Tona  çayının  üzərində 

1234-cü  ildə  birtağlı  daş  körpü  tikilmişdi.  Körpü  o  qədər gözə

inşa  edilmişdi  ki,  sadəcə  keçid  rolunu  oynamırdı,  tarixi  bir 

abidə  idi.  Eləcə  də  Dərələyəzdəki  Alıxan  körpüsünün  xara­

balıqları  da  günümüzə  qədər  gəlib  çatmışdı.  Biraşırımlı  daş 

körpü  vaxtilə  çayın  hər  iki  sahilini  birləşdirirdi.  Tədqiqatla­

ra  görə,  körpünü  Elxani  hökmdarı  Süleyman  xan  tikdiribmiş. 

Bu  mahalda  Həsənkənd  körpüsü  də  bugünədək  qalmaqdadır. 

Su  səthindən  3,5  metr  yüksəklikdə  yerləşən  bu  daş  körpünün 

ümumi  uzunluğu  12  metr  idi.

Qarakilsə  rayonunun  (Sisian)  Dərəbaş  kəndində  Arzuman 

körpüsü  orta  əsrlərin  yadigarı  idi.  Qədim  türk  kəndi  Urud- 

da  Bədr  qayası  ilə  Babək  qalasının  arasından  keçən  Bazar- 

çayın  üzərində  tikilən  birtağlı  körpü  XVIII  əsrin  yadigarı  idi. 

Ermənilər  bu  kəndə  də  1988-ci  ildə  ayaq  basdılar.  Əştərəkdə- 

ki  Qazax  çayı  üzərində  XVII  əsrdə  tikilmiş  üçtağlı  daş  körpü 

də  türk  ustalarının  sənət  əsəri  idi.  İrəvan  şəhərindəki  ikitağlı 

körpü  də  VII  əsrdə  tikilmişdi.  Eləcə  də  bu  şəhərdə  Zəngi  çayı­

nın  qolu  üzərində  tikilən  birtağlı  Gedər  körpüsü  1664-cü  ildə 

inşa edilmişdir.  İrəvan  həm  də  körpülər şəhəri  idi.  Dəmirbulaq 

körpüsünün  də  özgə  gözəlliyi  vardı.  Həm  də  bu  körpünün  ya­

xınlığında  eyniadlı  məhəllə  və  məscid  olmuşdur.

Ümumiyyətlə,  indiki  Ermənistan  ərazisində  bədnam  qon­

şularımız  tərəfindən  erməniləşdirilmiş  abidələr  və  məbədlər 

çoxdur.  Bəzən  onların  adlarını  çəkmək  belə  istəmirsən.  Çünki 

hərdən  fikirləşirsən  ki,  ömrü  boyu  saxtalıqla,  oğurluqla,  əyri- 

iklə  məşğul  olan  quldur  ermənilər  o  müqəddəs  ünvanların 

təkcə  adlarını  özlərinə  bağlamayıblar  ki.  Havasını,  ətrini,  rən­

gini  dəyişiblər,  gözəlliyini  pozublar.  1988-ci  ildə  həyata  ke­

çirilən  deportasiya  zamanı  qədim  yurd  yerlərimiz  olan  indiki

421


Ermənistanda  120  tarixi  abidə  dağıdıldı,  230  məscid,  pir,  ocaq 

və  məbədlər  yox  edildi,  670  qəbiristanlıq  (bu  qədim  axirət 

dünyası  da  abidələrlə  zəngin  idi)  şumlanaraq  düzləndi.

Hər  il  aprelin  18-də  dünya  xalqları  maddi-mədəniyyət  abi­

dələrinin  mühafizə  gününü  qeyd  edir.  Əhəmiyyətinə  görə 

dünya  mədəniyyətinin  incisinə  çevrilən  neçə-neçə  qədim 

abidəmiz  isə  erməni  işğalında  qalmaqdadır.  Məgər  abidələrin 

mühafizəsi  ilə  məşğul  olan  beynəlxalq  qurumlar  bunu  bilm ir­

mi?  Yurd-yuvamız  işğal  ediləndə,  o yerlərin  halal  sahibləri  min 

bir  işgəncə  ilə  qovulanda  özləri  ilə  nə  torpaq  apardılar,  nə  də 

abidələri.  Ən  böyük  abidə  isə  elə  doğma  torpaqdı.  Çünki  ora­

da  olumdan  ölümə  qədər  uzanan  neçə  nəslin  ömür  yolu  yatır.



Yüklə 29,78 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin