Soyqirimi: tarixin qanlı salnaməsi


İlk  hüquqi-siyasi  qiymət



Yüklə 29,78 Mb.
Pdf görüntüsü
səhifə18/28
tarix07.09.2017
ölçüsü29,78 Mb.
#29192
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

İlk  hüquqi-siyasi  qiymət

Heydər  Əliyev  1990-cı  ildə  Naxçıvana  gəldi  və  həmin  ilin 

payızında  keçirilən  seçkilərdə  Naxçıvan  və  Azərbaycan  par­

lamentinə  deputat  seçildi.  20  Yanvar  faciəsinə  hüquqi-siyasi 

qiymətin  verilməməsi  onu  ciddi  narahat  edirdi.  1990-cı  ilin 

noyabr  ayında  ulu  öndərin  böyük  siyasi  nüfuzu  sayəsində  20 

Yanvar  faciəsinə  prinsipial  qiymət  verilməsi  məsələsi  yenidən 

gündəliyə  gəldi.  Bu  mənada  Naxçıvan  Muxtar  Respublikası  Ali 

Məclisinin  birinci  sessiyasının  noyabrın  21-də  keçirilən  iclası 

yadda  qaldı.  Heydər  Əliyev  xalq  deputatı  kimi  «1990-cı  ilin 



yanvar  ayında  törədilmiş  Bakı  hadisələrinə  siyasi  qiymət  ve­

rilməsi  haqqında»  qərar  layihəsini  işləyib  Ali  Məclisin  müza­

kirəsinə  təqdim  etdi.

Elə  həmin  sessiyadakı  çıxışında  xalqımızın  hərbi,  siyasi, 

mənəvi  təcavüzə  məruz  qalmasından  narahatlıqla  danışan 

Heydər  Əliyev  ürək  yanğısı  və  qətiyyətlə  deyirdi:  «Başımıza 

böyük  bəla  gəlib,  m illət  əzilib,  m illətə  qarşı  təcavüz  olub, 

ancaq  indiyə  qədər  Azərbaycan  xalqının  həyatında  baş 

vermiş  bu  faciəli  hadisəyə  qiymət  verilməyib...  Bu  qədər 

qanunsuzluğa,  demokratiyanın  pozulmasına  dözmək  olmaz. 

Bu  məsələyə  biz  özümüz  siyasi  qiymət  verməliyik,  respub­

likanın  ali  hakimiyyət  orqanından  tələb  etməliyik  ki,  bu 

məsələyə  baxsın  və  günahkarlar  cəzalandırılsın».

Heydər  Əliyevin  xalqın  milli  faciəsi  ilə  bağlı  qaldırdığı  ta­

leyüklü  məsələ  xalq  deputatları  tərəfindən  qətiyyətlə  müdafiə 

olunurdu.  Ali  Məclisin  birinci  sessiyasında  «1990-cı  ilin  yan­

var ayında  törədilmiş  Bakı  hadisələrinə  siyasi  qiymət  verilməsi 

haqqında»  qərar  qəbul  edildi.



Naxçıvan  MR  A li  Məclisinin  21  noyabr  1990-cı  il  tarixli 

qərarından:

«Yanvar  faciələrinin  səbəbkarlarının  -   istər  İttifaq,  istərsə 

də  respublika  rəhbər  partiya,  sovet,  hüquq-mühafizə  orqanı 

işçilərinin,  hərbçilərin  bugünədək  aşkar  edilib  qanunla

283


məsuliyyətə  cəlb  olunmaması  xalqda  dərin  hiddət  və  etiraz 

doğurmuşdur.

Naxçıvan  Muxtar  Respublikasının  A li M əclisi  bütün  bunları 

işğalçı  siyasət  və  dəqiq  düşünülmüş  hərbi  təcavüz  kimi 

qiym ətləndirərək  İnsan  Hüquqları  Bəyannaməsinin  kobud 

şəkildə  pozulması  kimi  nəzərdə  tutaraq  qərara  alır:

1.  1990-cı  ilin  yanvar  ayında  Bakı  şəhərində  törədilmiş 

qanlı  hadisələr  Azərbaycan  SSR-in  suveren  hüquqlarına

respublikada 

gedən 

demokratik  proseslərə 

qəsd  kimi 

q iy m ətləndi ri İsin.

2.  Dinc  əhaliyə,  silahsız  kütləyə,  heç  bir  müqavimət 

göstərməyən  günahsız  adamlara  qarşı  müasir  silahla,  hərbi 

texnika  ilə  zorakılıq  edilməsi,  qocaların,  qadınların,  uşaqların 

qətlə  yetirilməsi  Azərbaycan  xalqına  qarşı  açıq  təcavüz 

kim i  ittiham  edilsin.

3.  B irilə  yaxın vaxt keçməsinə baxmayaraq,  Bakı faciələrinə 

Azərbaycan  SSR  ali  hakimiyyət  orqanları  tərəfindən  siyasi 

qiym ət  verilməməsi,  bununla  əlaqədar  yaradılmış  Xüsusi 

Deputat  Komissiyasının  işinin  qeyri-müəyyən  səbəblərdən 

başa  çatdırılmaması,  qanlı  hadisələrin  günahkarlarının  aşkara 

çıxarılıb  qanuni  məsuliyyətə  verilməməsinə  qəti  etiraz 

olunsun.

Azərbaycan  SSR  A li  Sovetindən  tələb  edilsin  ki,  ən 

qısa  müddətdə  həmin  məsələni  parlamentin  müzakirəsinə 

çıxarsın.

4.  Bu  qərar  qəbul  edilən  andan  20  Yanvar  günü  hər  il- 

Naxçıvan  Muxtar  Respublikasında  M illi  Matəm  Günü  kimi 

qeyd  edilsin.

5.  Azərbaycan  SSR  A li  Sovetindən  xahiş  edilsin  ki,  20 

Yanvar  günü  hər  il  Azərbaycan  SSR-də  M illi  Matəm  Günü 

kim i  qeyd  edilsin».

Göründüyü  kimi,  qərarda  20  Yanvar  hadisələri  Azərbayca­

nın  suveren  hüquqlarına,  dinc  əhaliyə,  heç  bir  müqavimət

284


göstərməyən  günahsız  adamlara,  Azərbaycan  xalqına  qarşı 

açıq  təcavüz  kimi  qiymətləndirilir.  Həmçinin  Azərbaycanın  o 

vaxtkı  rəhbərliyinin  cinayətkar  fəaliyyəti  bir  daha  qeyd  oluna­

raq  deyilir  ki,  Qanlı  Yanvar  hadisələrinin  günahkarlarını  üzə 

çıxarmaq,  onu  təhlil  etmək  və  siyasi  qiymət  vermək  üçün  res­

publika  əhalisinin  təkidli  tələbinə  baxmayaraq,  faktiki  olaraq, 

faciədən  ötən  müddət  ərzində  heç  bir  tədbir  görülməmişdir. 

Qəribə  idi  ki,  respublika  Ali  Sovetinin  yanvar  hadisələrini  təh­

qiq  etməli  olan  komissiyası  da  öz  işi  ilə  məşğul  olmamışdır. 

Respublika  rəhbərliyinin  bu  etinasızlığı  haqlı  olaraq  xalqda 

hiddət  və  etiraz  doğururdu.

Sovet  hakimiyyətinin  süqutundan,  Azərbaycanın  dövlət 

müstəqilliyinin  bərpa  edilməsindən  sonra  bir  müddət  başları 

hakimiyyət  uğrunda  mübarizəyə  qarışmış  siyasətbazlar  xalqı­

mıza  qarşı  törədilmiş  bu  ağır  cinayətin  səbəblərinin  araşdırıl­

ması,  ona  siyasi-hüquqi  qiymət  verilməsi  və  cinayətkarların 

müəyyən  edilməsi  istiqamətində  məqsədyönlü  iş  aparmadılar. 

Onlar  bu  məsələdə  heç  maraqlı  da  deyildilər,  çünki  həmin 

cinayətin  törədilməsinin  məsuliyyəti  bu  və  ya  digər  dərəcədə 

onların  da  üzərinə  düşürdü.  Düzdür,  həmin  dövrdə  müxtəlif 

siyasi  platformalardan  çıxış  edən  ayrı-ayrı  siyasi  partiyalar  20 

Yanvar  faciəsi  ilə  bağlı  bütün  günahları  Moskvanın  üzərinə 

atmağa  cəhd  göstərmişdilər.  Amma  Heydər  Əliyevin  xalqın 

tələbi  ilə  hakimiyyətə  qayıdışına  qədər  nə  A.Mütəllibov,  nə 

də  AXC-Müsavat  iqtidarı  tərəfindən  faciəyə  siyasi  qiymət 

verilməsi  üçün  bir  iş  görüldü.

Heydər  Əliyev  isə  Azərbaycan  xalqına  qarşı  soyqırımı  si­

yasətini  həyata  keçirməyə  rəvac  verənlərlə  mübarizəsini 

ona  qarşı  az  qala  düşmən  mövqedə  duran  Ali  Sovetdə  və 

digər  istiqamətlərdə  də  davam  etdirir,  böyükdən  kiçiyə  qə­

dər  hər  kəsə  məlum  olan  qatillərin  hüquqi  müstəvidə  aşkar 

olunmasını,  faciəyə  siyasi  qiymət  verilməsini  tələb  edirdi. 

Heydər  Əliyev  Azərbaycan  SSR  Ali  Sovetinin  7  mart  1991-ci

285


il  tarixli  sessiyasındakı  çıxışında  deyirdi:  «1990-cı  il  yanvarın 

20-də  İttifaq  dövləti  tərəfindən  Azərbaycan  xalqına  qarşı 

hərbi  təcavüz  edilmişdir.  Heç  bir  əsas  olmadan,  xəbər 

vermədən,  dövlət  qanunlarını  kobudcasına  pozaraq  Bakı 

şəhərinə  müasir  silahlı  Sovet  ordusunun  qoşun  hissələri 

yerildilmiş,  onlar  vəhşilik;  qəddarlıq  etmiş,  nəticədə  nahaq 

qan  tökülmüş,  yüzlərlə  adam  həlak  olmuş,  xəsarət  almış, 

itkin  düşmüşdür.  Təəssüf ki,  bu  təcavüz  indiyə  qədər  davam 

edir.  Bir  ildən  artıqdır  ki,  Azərbaycanın  paytaxtı  fövqəladə 

vəziyyət  şəraitində  yaşayır.  Bizim  sessiyamız  da  bu  şəraitdə 

keçirilir.  Bir  ildən  artıqdır  ki,  Azərbaycan  xalqı  şəhidlərə 

matəm  saxlayır.  Respublikanın  şəhərlərində,  qəsəbələrində, 

kəndlərində 

şəhidlərin 

xatirəsinə 

abidələr 

ucaldılır. 

Fəqət;  qatillər  indiyə  qədər  aşkar  olunmayıb.  Buna  heç 

vəchlə  bəraət  qazandırmaq  olmaz.  Bu  məsələ  müzakirə 

olunmalıdır.  20  Yanvar  faciəsinə  A li  Sovetin  sessiyası  siyasi 

qiymət  verməlidir,  onun  günahkarlarını  müəyyən  etməlidir».

Heydər Əliyev 1991-ci  il  iyunun  19-daSSRİ  Nazirlər Sovetinə 

göndərdiyi  məktubunda  yazırdı:  «Yanvar 

hadisələrində

yüzlərlə  adam  öldürüldü  və  şikəst  edildi.  Artıq  il  yarım 

keçib.  N əinki  bu  dəhşətli  cinayətlərin  hamıya  çoxdan 

məlum  olan  günahkarları  üzə  çıxarılmayıb,  əksinə,  bunları 

ört-basdır  etmək  üçün  əllərindən  gələni  edirlər.  Ümid 

edirlər  ki,  zaman  keçdikcə  bu  faciə  unudulacaq.  Ancaq  tarix 

dəfələrlə  sübut  etmişdir  ki,  doğma  xalqa  qarşı  yönəldilmiş 

qanlı  cinayətləri  on  illə r  keçsə  də,  unutmaq  və  bağışlamaq 

mümkün  deyil».

Azərbaycan  Respublikası  Ali  Sovetinin  29  avqust  1991 -ci 

il  tarixli  sessiyasındakı  çıxışında  isə  Heydər  Əliyev  deyirdi: 

«20  Yanvar  faciəsi  dövründən  il  yarımdan  çox  vaxt  keçir. 

Bu  gün  burada  da,  bu  salonda  cürbəcür  söhbətlər  gedir. 

Bir  qrup  bir  fikirdədir,  məndən  qabaq  çıxış  edən  Rəhimov 

başqa  fikirdədir.  Mən  sual  verirəm  A li  Sovetin  Sədri  Elmira

286


Qafarovaya,  Azərbaycan  Prezidenti  Ayaz  Mütəllibova:  nə 

üçün  indiyə  qədər  bu  məsələyə  siyasi  qiymət  verilməyib? 

Bu  məsələnin  həm  siyasi  tərəfi  var,  həm  hüquqi  tərəfi 

var.  Bu  məsələyə  dərhal  siyasi  qiymət  vermək  olardı.  O  ki 

qaldı  hüquqi  cəhəti,  ayrı-ayrı  adamların  məsuliyyətə  cəlb 

olunması,  onu,  şübhəsiz  ki,  istintaq  yolu  ilə  aydınlaşdırmaq 

lazımdır.  Buna  siyasi  qiymət  verilmədiyinə  görə  başqa 

tədbirlər  həyata  keçirmək  mümkün  olmur».

1992-ci  ildə  M illi  Şura  tərəfindən  qəbul  edilmiş  qərar

səthi  və  başdansovdu  idi

Heydər Əliyevin  1993-cü  ildə hakimiyyətə qayıdışından son­

ra  20  Yanvar  faciəsinə  tam  siyasi-hüquqi  qiymət  verilməsi  və­

zifəsinin  qarşıya qoyulması  günün  tələbi  idi.  Ulu  öndər dövrün 

mürəkkəbliyinə  və  görüləsi  işlərin  çoxluğuna  baxmayaraq, 

tariximizin  şanlı  və  qanlı  səhifəsi  sayılan  20  Yanvar  faciəsinin 

başvermə  səbəblərinin  və  günahkarlarının  araşdırılması  ilə  də 

məşğul  oldu.  Heydər  Əliyevin  1994-cü  il  yanvarın  5-də  20 

Yanvar  faciəsinin  dördüncü  ildönümünün  keçirilməsi  ilə  bağlı 

verdiyi  fərmanda  M illi  Məclisə  faciəyə  tam  siyasi-hüquqi  qiy­

mət  verməsi  tövsiyə  olunurdu.  Yalnız  bundan  sonra  aparılan 

araşdırmalar  nəticəsində  məlum  oldu  ki,  20  Yanvar  faciəsinə 

siyasi-hüquqi  qiymət  verilməməsində  maraqlı  olan  qüvvələr 

var  imiş.  1991-1993-cü  illərdə  hakimiyyətdə  qalmaq  istəyən 

iqtidar,  hakimiyyətə  gəlmək  istəyən  müxalifət  nümayəndələri 

bu  dəhşətli  faciədən  yararlanmaq  istəyirmişlər.  Heydər  Ə li­

yev  1994-cü  il  yanvarın  12-də  Dövlət  Komissiyasının  geniş 

iclasında  Azərbaycan  Respublikası  Ali  Soveti  M illi  Şurasının 

1992-ci  il  19  yanvar  tarixli  qərarını  xatırladaraq  bu  qərarda 

yanvar  hadisələrinin  əsl  səbəblərinin  açıqlanmadığını,  həqiqi 

günahkarların  aşkar  edilmədiyini,  iki  il  ərzində  həmin  qəra­

rın  özünün  yerinə  yetirilmədiyini  nəzərə  çatdırdı.  Respublika

287


səviyyəsində  20  Yanvar  faciəsinə  tam  siyasi-hüquqi  qiymət 

verilməməsini  ciddi  təndid  edən  Heydər  Əliyev  1992-ci  ildə 

M illi  Şura  tərəfindən  qəbul  edilmiş  səthi  və  başdansovdu  qə­

rarın  xalqa  xəyanət  olduğunu  bəyan  etdi:  «Bu  qərarı  oxuyan­



da,  doğrusu,  çox  həyəcanlandım.  Düşündüm  ki,  M illi  Şura 

nə  üçün  öz  m illətinin,  öz  xalqının  aqibətinə,  taleyinə  bu 

qədər  biganə  qalıb?  Qərarı  oxuyandan  sonra  bir  daha  qəti 

fikrə  gəldim  ki,  bu  faciəyə,  bu  hadisəyə  niyə  indiyə  qə­

dər  siyasi  qiym ət  verilməyib...  Mənim  fikrim  belədir  ki,  bu 

qərarın  qəbul  edilməsi  Azərbaycan  xalqına  bəlkə  də  20 

Yanvar  1990-cı  ildə  olan  faciə  kimi  böyük  xəyanətdir.  İki 

il  keçəndən  sonra  Deputat  İstintaq  Komissiyasının  ortaya  bir 

şey  çıxarmaması,  boş-boş  sözlərlə  camaatı  aldatması,  qərar­

da  bu  komissiyanın  işinin  qənaətbəxş  hesab  edilməsi,  yenə 

də  deyirəm,  xəyanətdir».

1994-cü  il  martın  29-da  M illi  Məclis  tərəfindən  «1990-cı  il 

yanvarın  20-də  Bakıda  törədilmiş  faciəli  hadisələr  haqqında» 

adlı  xüsusi  qərar  qəbul  edildi.  Qərarda  1990-cı  ilin  20  Yanvar 

hadisələri  Azərbaycanda  vüsət  almış  milli-azadlıq  hərəkatını 

boğmaq,  demokratik  və  suveren  bir dövlət  amalı  ilə  ayağa  qal­

xan  xalqın  inam  və  iradəsini  qırmaq,  m illi  mənliyini  alçaltmaq 

və  belə  bir  yola-qədəm  qoyan  xalqa  sovet  hərb  maşınının 

gücünü  nümayiş  etdirmək  məqsədi  ilə  totalitar  kommunist  re­

jim i  tərəfindən  hərbi  təcavüz  və  cinayət  kimi  qiymətləndirildi. 

Sənəddə  Sovet  İttifaqı  Kommunist  Partiyasının,  sovet  dövlə­

ti  və  hökumətinin,  şəxsən  Mixail  Qorbaçovun  Azərbaycana 

qarşı  ağır  cinayət  törətdikləri,  Əbdürrəhman  Vəzirovun,  Ayaz 

Mütəllibovun,  Viktor  Polyaniçkonun,  Vaqif  Hüseynovun  xalqı­

mıza  xəyanət  etdikləri  siyasi-hüquqi  müstəvidə  öz  əksini  tap­

dı.  Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət  Heyətinin  sədri  Elmira 

Qafarovanın,  Azərbaycan  Kommunist  Partiyası  Bakı  Şəhər  Ko­

mitəsinin  birinci  katibi  Müslüm  Məmmədovun  bu  qanlı  faciə­

nin  törədilməsində  məsuliyyət  daşıdıqları  və  digər  məsələlər

288


də  sənəddə  qeyd  olundu.  Beləliklə,  Heydər  Əliyevin  təkidi 

və  təşəbbüsü  sayəsində  xalqımıza  qarşı  törədilən  bu  qanlı  və 

qəddar  aksiyaya  siyasi-hüquqi  qiymət  verildi.

|

Şəhidlərin  xatirəsi  həmişə  uca  tutulacaq

Təəssüf  ki,  zamanın  və  şəraitin  doğurduğu  səbəblərdən  20 

Yanvar  faciəsini  törədənlər  hüquqi  müstəvidə  layiq  olduqları 

cəzanı  almadılar.  Azərbaycan  Prezidenti  Heydər  Əliyevin 

2000-ci  ildə  20  Yanvar  faciəsinin  10-cu  ildönümü  haqqında 

imzaladığı  fərmanda  bu  barədə  deyilirdi:  «XX  əsr  tarixində 

totalitarizmin  törətdiyi  ən  qanlı  terror aktlarından  biri  olan  20 

Yanvar faciəsində Azərbaycan  xalqına  qarşı  işlədilmiş  cinayət 

əslində  bəşəriyyətə,  humanizmə,  insanlığa  qarşı  həyata 

keçirilmiş  dəhşətli  bir  əməldir.  Həmin  cinayəti  törədənlər 

indiyədək  öz  cəzalarını  almamışlar.  Xalqımız  əmindir  ki

müqəssirlər  tarix,  bəşəriyyət,  eləcə  də  Azərbaycan  xalqı 

qarşısında  cavab  verməli  olacaqlar».

«20  Yanvar  şəhidi»  fəxri  adının  təsis  edilməsi  haqqında 

Azərbaycan  Respublikasının  Prezidenti  31  mart  1998-ci  il  ta­

rixdə  fərman  imzalamışdır.  29  dekabr  1998-ci  ildə  «20  Yanvar 

şəhidi»  fəxri  adi  haqqında  Əsasnamə  təsdiq  edilmişdir.  1990- 

cı  il  yanvarın  20-də  keçmiş  SSRİ  Silahlı  Qüvvələrinin  Bakıya 

və  respublikanın  bir  neçə  rayonuna  hərbi  təcavüzü  zamanı 

həlak  olmuş  insanlara  «20  Yanvar şəhidi»  fəxri  adı  verilmişdir.

Heydər  Əliyev  20  Yanvar  faciəsinin  bütün  dünyada  tanı­

dılmasına,  hər  zaman  şəhidlərin  xatirəsinin  əziz  tutulmasına 

diqqətlə  yanaşırdı.  Bakının  ən  uca  nöqtəsində  yerləşən  Şəhid­

lər  xiyabanında  Azərbaycanın  azadlığı  uğrunda  şəhid  olan­

ların  xatirəsinə  ucaldılmış  möhtəşəm  «Əbədi  məşəl»  abidə- 

kompleksi  də  məhz  ulu  öndər  Heydər  Əliyevin  təşəbbüsü  və 

qayğısı  ilə  tikilib.

289


Heydər  Əliyev  yolunu  uğurla  davam  etdirən  Prezident 

İlham  Əliyev  şəhidlərin  xatirəsinin  uca  tutulmasına,  şəhid  ai­

lələrinin  sosial  məsələlərinin  yoluna  qoyulmasına  xüsusi  diq­

qət  göstərir,  hər  il  yanvarın  20-də  Şəhidlər  xiyabanını  ziyarət 

edərək  «Əbədi  məşəl»  abidə  kompleksinin  önünə  əklil  qoyur. 

Dövlətimizin  başçısı  2004-cü  ildə  20  Yanvar  faciəsinin  14- 

cü  ildönümünün  keçirilməsi  ilə  bağlı  sərəncamında  bildirirdi 

ki,  Azərbaycan  övladları  1990-cı  il  yanvarın  20-də  xalqımızın 

qəhrəmanlıq  salnaməsinə  parlaq  səhifə  yazdılar:  «Həmin  gün 

respublikada  haqq-ədalətin  bərqərar  edilməsi  tələbləri  ilə 

çıxış  edən  Azərbaycan  xalqının  inam  və  iradəsini  qırmaq

m illi  m ənliyini  alçaltmaq  məqsədi  ilə  totalitar  sovet  rejimi­

nin  həyata  keçirdiyi  terror  aktı  nəticəsində  bəşər  tarixində 

insanlığa  qarşı  törədilmiş  ən  ağır  cinayətlərdən  biri  baş  ver­

di.  Yüzlərlə  günahsız  insan  yaralandı  və  qətlə  yetirildi.  Ən 

ağır  sınaqlara  sinə  gərmək  əzmini  bütün  dünyaya  nümayiş 

etdirən  Azərbaycan  övladları  1990-cı  il  yanvarın  20-də  xal­

qımızın  qəhrəmanlıq  salnaməsinə  parlaq  səhifə  yazdılar».

Prezident  İlham  Əliyev  1990-cı  ilin  yanvarında  şəhid  olmuş 

oğul  və qızlarımızın  xatirəsinin  əbədiləşdirilməsi,  adlarının  uca 

tutulması,  onların  ailələrinin,  övladlarının  sosial  müdafiəsinin 

gücləndirilməsi  üçün  mühüm  qərarlar  vermişdir.  Dövlətimizin 

başçısının  19  yanvar  2006-cı  il  tarixli  «20  Yanvar  şəhidinin  ai­

ləsi  üçün  Azərbaycan  Respublikası  Prezidentinin  təqaüdünün 

təsis  edilməsi  haqqında»  fərmanı  ilə  şəhid  ailələrinə  dövlət 

qayğısını  artırmaq  məqsədi  ilə  təqaüd  verilir.

Bu  gün  Bakının  ən  yüksək  nöqtələrindən  birində  hər  bir 

azərbaycanlı  üçün  müqəddəs  and  yerinə  çevrilmiş  bir  yer var. 

Bu,  20  Yanvar  faciəsi  qurbanlarının  və  Ermənistanın  hərbi  tə­

cavüzünə  qarşı  döyüşlərdə  həlak  olanların  dəfn  edildiyi  Şə­

hidlər  xiyabanıdır.  Məhz  Azərbaycan  Prezidenti  cənab  İlham 

Əliyevin  təşəbbüsü  ilə  Şəhidlər  xiyabanında  əsaslı  təmir  və 

yenidənqurma  işləri  aparılıb.

290


20  Yanvar  hadisəsinin  araşdırılmasına

və  işıqlandırılmasına  ilk  elmi-analitik  yanaşma

20  Yanvar  qırğını  barədə  indiyədək  çox  yazılıb.  Onlarca 

məqalə,  kitab,  illüstrasiya  materialları  dərc  olunub.  Lakin  faci­

əyə  elmi-analitik  yanaşma  ilk  dəfə  akademik  Ramiz  Mehdiye­

vin  «Azərbaycanlılara  qarşı  soyqırımı  gerçəklikləri»  əsərində 

öz  əksini  tapmışdır.  Həmin  əsərdə  qanlı  faciə  bir  neçə  aspekt­

dən  -   dini,  milli,  Qafqaz  amilləri  və  geosiyasi  aspektlərdən, 

Dağlıq  Qarabağ  problemi  kontekstindən  araşdırılmış,  Qanlı 

Yanvarın  ibrət  dərsləri  təhlil  edilmişdir.

Akademik  Ramiz Mehdiyevin  «Azərbaycanlılara  qarşı  soyqı­

rımı  gerçəklikləri»  kitabı  20  Yanvar  qırğınının  tarixinin  doğru- 

düzgün  işıqlandırılması  sahəsində  çox  mühüm  elmi  hadisədir. 

Bu  əsər  20  Yanvar  faciəsinin  tarixşünaslığına  qiymətli  bir  töh­

fədir.  R.Mehdiyevin  əsərinin  bu  vaxtadək  20  Yanvar  barədə 

yazılanlardan  ən  mühüm  fərqi,  həm  də  başlıca  məziyyəti  bu­

rasındadır  ki,  müəllif  ilk  dəfə  olaraq  20  Yanvarı  dərin  tarixi- 

elmi  planda  və  ümumdünya  tarixi  kontekstində  qələmə  alır. 

Alim  1990-cı  ilin  yanvarında  Bakıda  törədilmiş  qanlı  faciənin 

tarixi  və  sosial-siyasi  köklərini  araşdırıb  üzə  çıxarır,  ona  çox 

geniş  məkanda  və  uzun  zaman  kəsiyində  nəzər  salır,  mühüm 

ümumiləşdirmələr  aparır,  20  Yanvara  gələn  tarixi  yolu  addım- 

addım  izləyir,  təhlil  edir  və  bu  faciə  ilə  əlaqədar  olan  hadisə­

ləri,  prosesləri  elmi  araşdırma  süzgəcindən  keçirir.  Dünyanın 

geniş  oxucu  kütlələrinə  təqdim  olunan  bu  əsərin  ən  uğurlu 

cəhəti  onun  obyektivliyində,  elmiliyindədir.  M üəllif  bu  dəh­

şətli  cinayəti  araşdırarkən  emosionallıqdan  uzaqda  durmağı 

bacarmış,  baş  verən  hadisənin  tarixi  köklərini  və  gedişini  öz 

oxucularına  soyuqqanlılıqla  -   vicdanlı  bir  alim  mövqeyindən 

təqdim  etməyi  bacarmışdır.

Akademik  Ramiz  Mehdiyev  20  Yanvar  hadisələrinin  səbəb­

ləri  barədə  yazır:  «Yanvar  faciəsinin  bir  çox  səbəbləri  var,

291


onun  kökləri  tarixin  dərinliklərinə  gedib  çıxır.  Yenidənqur­

ma  onların  inkişafını  ancaq  sürətləndirdi,  labüd  faciənin 

son  mərhələsini  yaxınlaşdırdı.  Bəs  bu  səbəblər  ümumən 

hansılardır?  Əvvəla,  mərkəzin  sovet  imperiyasını,  kommu­

nist  sistemini  nəyin  bahasına  olursa-olsun  qoruyub  saxlamaq 

cəhdi;  ikincisi,  m illi  respublikalarda  hakimiyyəti  və  oyuncaq 

rejim ləri  möhkəmlətmək  cəhdi;  üçüncüsü,  SSRİ  rəhbərləri­

nin  Azərbaycan  xalqı  barəsində  qərəzli  siyasəti«yenidən­

qurma  haqqında»  demaqoqcasına  şüarlar  altında  sərhədləri 

dəyişdirmək  və  xüsusən  Azərbaycanın  ərazi  bütövlüyünü 

pozmaq  cəhdi;  dördüncüsü,  keçmiş  mərkəzin  mənəvi,  siya­

si,  maliyyə  və  hərbi-iqtisadi  yardımına  əsaslanan  erməni  se­

paratizmi  və  Ermənistanın  təcavüzü;  beşincisi,  Azərbaycan 

rəhbərlərinin  xəyanətkar  fəaliyyəti;  altıncısı,  ayağa  qalxmış 

xalqa  rəhbərliyi  məsuliyyətsizcəsinə  öz  əllərinə  alanların 

naşı lığı  və  siyasətbaz! ığı».

Lakin  20  Yanvar  hadisələrinə  gətirib  çıxarmış  əsasən  «so­

vet»  səbəbləri  və  amillərinin  yalnız  yuxarıda  sadalanmış  siya­

hısı  ilə  kifayətlənməyən  Ramiz  Mehdiyev  yazır  ki,  faciənin 

daha  dərin  tarixi  kökləri  var.  M üəllif  əsərdə  haqlı  olaraq  belə 

bir  məsələ  qoyur  ki,  nə  üçün  Sovet ordusunun  Tbilisidə  (1989) 

və  Vilnüsdə  (1991)  həyata  keçirdiyi  cəza  əməliyyatlarından 

fərqli  olaraq  Bakıda  bu  qədər  genişmiqyaslı  və  qəddarcasına 

qırğın  törədildi?  Özü  də  bütün  bu  qırğınların  cəlladı  olan  Qor- 

baçov  gürcü  və  Litva  xalqlarından  üzr  istədiyi  halda,  Azərbay­

can  xalqından  nə  üçün  üzr  istəmədi?  M üəllif bunu  başlıca  ola­

raq  üç  amillə  əlaqələndirir:  dini  amil;  Qafqaz  amili;  türk  amili.

20  Yanvar  hadisələri  Azərbaycanın  müstəqillik  mübarizəsi 

tarixinə  faciə  və  xalqımızın  qəhrəmanlıq  salnaməsi  kimi  yazıl­

dı.  Həmin  ağrılı  günlər  həm  də  sınaq  dövrü  kimi  yadda  qaldı. 

Azərbaycan  xalqı  həmin  gün  azad  yaşamağa  layiq  olduğunu 

bütün  dünyaya  sübut  etdi.  Bu  faciə  kimin  kim  olduğunu  da 

üzə  çıxardı.

292


1990-cı  il  yanvarın  19-dan 20-nə  keçən  gecə sovet rejiminin 

hərbi,  siyasi  və  mənəvi  təcavüzünə  məruz  qalmış  Azərbaycan 

xalqı  öz  tarixi  qəhrəmanlıq  ənənələrinə  sadiq  olduğunu  bütün 

dünyaya  nümayiş  etdirdi.  Haqq-ədalətin  müdafiəsi  yolunda 

canlarından  keçmiş  vətən  övladları  o  qanlı  gündə  xalqımızın 

qəhrəmanlıq  salnaməsinə  parlaq  səhifə  yazdılar.

293


Yüklə 29,78 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin