podpolkovnik Məmməd bəy Əliyev yerinə yetirirdi. Mart ayının 9-da isə hökumət
qəzeti olan "Azərbaycan" Araz-Türk Respublikasının diplomatik missiyasının
Bakıya gəldiyi barədə məlumat verirdi. Qəzet yazırdı: "Missiyanın tərkibinə
məşhur şair və dramaturq, Bakı əhalisinə öz pedaqoji fəaliyyəti ilə yaxşı məlum
olan Hüseyn Cavid əfəndi daxildir".
734
1919-cu ilin mart ayının 22-də xarici işlər
nazirliyinin təqdimatı ilə Nazirlər Şurasının iclasında Litvanın Bakıdakı
konsulluğunun tanınması haqqında qərar qəbul edildi və B.Mitskeviç Litvanın
Azərbaycanda konsulu kimi fəaliyyətə başladı.
735
Aprel ayının 19-da Cənub-Qərbi
Qafqaz Respublikasının nümayəndəsi V.Ryumin Azərbaycan Respublikasına
diplomatik xidmətə göndərilməsi barədə öz hökumətinin qərarını Nazirlər
Şurasının sədri N.Usubbəyova çatdırdı."
736
1919-cu ilin fevral ayının 21-də Gürcüstan xarici işlər naziri qonşu ölkələr
arasında dəmir yol hərəkətini, poçt və teleqraf sahəsindəki problemləri, gömrük,
maliyyə və mal mübadiləsi məsələlərini müzakirə etmək üçün Qafqaz konfransının
keçirilməsi barədə Azərbaycan, Ermənistan və Dağlılar Respublikasına müraciət
etdi. Azərbaycan hökuməti bu müraciəti qəbul edərək, mart ayının 5-də daha altı
təklifi konfransın müzakirəsinə təqdim etdi. Orada göstərilirdi: 1.Konfransda
iştirak edən dövlətlərin qarşılıqlı olaraq, istiqlaliyyətinin tanınması və bu təntənəli
aktın bütün dünyaya bəyan edilməsi; 2.Sülh konqresində birgə iştirak və bu
respublikaların
müstəqilliyinin
müdafiəsi
sahəsində
fəaliyyətlərinin
əlaqələndirilməsi; 3.Qafqazdakı yeni dövlətlərin müstəqilliyinə yönəlmiş
təcavüzün qarşısının alınması sahəsində tədbirlər; 4.Bütün sərhəd-ərazi
məsələlərinin və mübahisələrin sazişlər yolu ilə həlli, saziş əldə etmək mümkün
732
Азербайджанская Демократическая Республика. Внешняя политика, с. 150-151
733
Азербайджанская Демократическая Республика. Внешняя политика, с. 151
734
Азербайджан, 1919, 9 марта.
735
Азербайджанская Демократическая Республика. Внешняя политика, с. 186-187
736
Yenə orada, с.206
214
olmadıqda arbitraj vasitəsi ilə həlli; 5.Cənub-Qərbi Qafqaz Respublikası adlı
beşinci respublikanın dördlərin danışıqlarında iştirakının arzu edilməsi və zəruri
sayılması; 6.Respublikaların hamısı üçün həssas məsələ olan qaçqınlar məsələsinin
müzakirəsinin aparılması. Azərbaycan hökuməti konfransın Bakıda keçirilməsini
təklif edirdi, lakin bəzi iştirakçılar üçün bu məqbul hesab edilməzdisə, tədbirin
Tiflisdə keçirilməsinə də etiraz etmirdi.
737
Beşinci bənd istisna edilməklə
Gürcüstan tərəfi konfransın gündəliyinə təklif edilən əlavə məsələlərə öz razılığını
bildirdi. Konfransın işini pozmamaq üçün Azərbaycan hökuməti Cənub-Qərbi
Qafqaz respublikası məsələsində israr etmədi. Keçmiş baş nazir F.X.Xoyski başda
olmaqla Azərbaycan nümayəndə heyəti Tiflisə yola düşdü və aprel ayının 25-də
konfrans işə başladı. Konfransın gedişində onun gündəliyində duran məsələləri həll
etmək üçün altı komissiya yaradıldı. Azərbaycan nümayəndələrindən
X.Xasməmmədov və M.Vəkilov ərazi komissiyasına, A.Samoylov və F.Vəkilov
dəmiryolu və poçt əlaqələri komissiyasına, N.Nərimanbəyov və F.Vəzirov
maliyyə-iqtisadi komissiyaya, F.X.Xoyski, M.Y.Cəfərov və S.A.Vonsoviç siyasi
komissiyaya,
doktor M.Vəkilov və podpolkovnik M.Əliyev qaçqınlar
komissiyasına daxil edildilər.
738
Qafqaz konfransının ən mühüm nəticələrindən biri
ərazi-sərhəd məsələlərinin həlli prinsiplərinin müəyyən edilməsi, birgə bon
buraxılması, köçəri əhalinin hərəkət qaydalarını, maliyyə və iqtisadi məsələlərdə
bir sıra razılaşmaların əldə edilməsi idi.
Tiflisdə olarkən Azərbaycan nümayəndə heyətinin başçısı F.X.Xoyski may
ayının 5-də Gürcüstana gəlmiş Bakıdakı müttəfiq qoşunların komandanı
V.Tomsonla görüşüb bir sıra məsələlər barədə müzakirə apardı. Birinci olaraq
dəmir yolu ilə bağlı bəzi mübahisəli məqamlara toxunuldu və Xan Xoyski bu
məsələdə Azərbaycan hökumətinin siyasətini izah etdi. Daha sonra V.Tomson
rəsmi hökumət orqanı olan "Azərbaycan" qəzetində ingilislərin müdafiə etdiyi
Denikin ordusunun əleyhinə çağırışların yer aldığından narahatçılığını ifadə etdi.
V.Tomson dedi ki, Könüllü orduya qarşı hərbi dəstələrin yaradılmasına yönəlmiş
belə çağırışların hökumət qəzetində dərc edilməsi ingilis komandanlığının gözündə
xoşagəlməz təəssürat yaradır və müttəfiq ordunun mübarizə apardığı bolşevizmi
gücləndirir. Fətəli xan bununla razılaşsa da, lakin bildirdi ki, Denikinin planları
bəlli deyildir, indi dağlıları müstəqillikdən məhrum etməyə cəhd göstərirlər, ola
bilsin ki, dağlıları məğlub etdikdən sonra onlar öz ordularını daha irəliyə doğru
yeridib bizim dövləti təhlükə altına alacaqdır. General Tomson Denikin ordusunun
cənuba doğru irəliləməyəcəyini bildirdi. Azərbaycanın müstəqilliyinə gəldikdə isə
generalın fikrincə, İngiltərə hökumətinin bu məsələyə münasibəti Azərbaycana
yaxşı məlum olmalı idı. О dedi ki, bu münasibət xoşməramlıdır və Azərbaycanın
müstəqilliyini Britaniya hökuməti müdafiə edir. Dağıstana gəldikdə isə general
737
Fətəli xan Xoyski. Həyat və fəaliyyəti, s.50-51
738
Zaqafqaziya konfransındakı Azərbaycan nümayəndəliyinin iclasının protokolu. 03.05.1919. //ARDA,
f.897, s.1, i.47, v.5-6
215
belə hesab edirdi ki, Dağıstan iqtisadi, topoqrafik və digər şərtlərlə bağlı olduğu
Azərbaycana birləşdirilməlidir.
739
Əlbəttə, bu ideya general Tomsona məxsus
deyildi, belə fikirlər daha çox Dağıstanın özündən gəlirdi. Aprel ayının 15-də
Azərbaycanın Dağlılar Respublikasındakı diplomatik nümayəndəsi Ə.Haqverdiyev
Teymur xan-Şuradan Bakıya yazırdı ki, Dağıstanın Azərbaycana birləşdirilməsi
məsələsi ciddi şəkildə müzakirə edilir. Bir çox ictimai xadimlərin xahişi ilə mən
sizə (MY.Cəfərova - C.H.) şifrəli teleqram göndərdim və razılığınızı bildirməyi
xahiş etdim. Zəmin hazırdır, on dairədən dördü artıq birləşmənin lehinə öz
fikirlərini bildirib, qalanları da qapalı şəkildə bunu arzulayırlar. Bu istiqamətdə
müstəsna olaraq, yerli adamlar işləyirlər. Yaxın günlərdə bu məsələ ilə bağlı
müdafiə nazirinin keçmiş müavini general Xəlilov Bakıya gələcək. Bu məsələdə
xahiş edirəm tələsin. General Raulensonun qeyri-rəsmi bəyanatı özünü
doğrultmadığı və Könüllü ordu cənuba doğru hərəkət etdiyi halda, Dağıstan etibarlı
müdafiəyə ümid bəsləyə bilməz. Ona görə icazə verin mən Teymur xan Şuraya bir
Azərbaycan alayının göndərilməsi barədə hökumətlə danışım. Belə ki,
Azərbaycanın taleyi Dağıstanın etibarlı müdafiəsindən asılıdır. Buradakı
vəziyyətdən aydın olur ki, ordu sevinclə qarşılanacaq və sonra hadisələr öz
məcrasına düşəcək.
740
Əslində, 1919-cu ilin iyununda Qafqaz konfransının öz işini
dayandırması, ilk növbədə, Könüllü ordunun cənuba doğru irəliləməsi və Dağıstan
üzərinə hücumu ilə bağlı idi. Denikinin Dağıstana soxulması Azərbaycan
Respublikası və müəyyən dərəcədə Gürcüstan üçün təhlükə törədirdi. Elə bu
zəmində də 1919-cu ilin yayında iki respublikanın yaxınlaşması başladı və bu
yaxınlaşma strateji əməkdaşlıq səviyyəsinə yüksəldi.
Qafqazda
hadisələrin
kəskinləşdiyi
bir
vaxtda
Azərbaycan
nümayəndələrinin Parisə buraxılması hökumətin azad dünyaya inteqrasiya olmaq
arzularını real müstəviyə keçirdi. Fransaya gəldikdən sonra Azərbaycan
nümayəndələri, əvvəlcə Parisin "Terminus - St.Lazare", sonra isə "Klaric"
mehmanxanasında yerləşdilər və həmin andan etibarən fəaliyyətə başladılar.
Parisdə yerləşdikdən sonra Ə.M.Topçubaşov nümayəndə heyətinin tərkibi və
ünvanı haqqında Fransa Xarici İşlər Nazirliyinə məlumat verdi.
741
Nümayəndə
heyətinin ilk mühüm addımı hələ İstanbulda Ə.M.Topçubaşov, Ə.Ağayev və
C.Hacıbəyov tərəfindən hazırlanmış "Qafqaz Azərbaycanı Respublikasının Paris
Sülh konfransına memorandumu" adlı sənədi yenidən işləyib Sülh konfransının
keçirildiyi hər iki dildə, fransız və ingilis dillərində kitabça halında nəşrə
hazırlamaq oldu. Bu sənəd üzərindəki gərgin işlə bağlı Ə.M.Topçubaşov yazırdı:
739
Xarici işlər naziri M.Y.Cəfərovun Nazirlər Şurasının sədri N.Usubbəyova məlumatı. 07.05.1919. //
ARDA, f.970, s.1, i.60, v.2-3
740
Dağlılar Respublikasında Azərbaycanın diplomatik nümayəndəsi Ə.Haqverdiyevin xarici işlər naziri
M.Y.Cəfərova məlumatı. 15.04.1919.// ARDA, f.970, s.l, i.59, v.15-16.
741
Prèsident de la Dèlègation de Paix de la Rèpublique d'Azerbaïdjan A.M.Toptchibacheff -Ministère
des Affaires Etrangères Service des Affaires Russes.// Ministère des Affaires Etrangère de France,
Archives Diplomatique, vol. 638, folio 27-28
216
"Sülh konfransına təqdim etmək üçün bütünlüklə memorandum hazırlamağa
girişdiyimiz üçün az əhəmiyyətli məsələlərə, müxtəlif dövlətlərin nümayəndələrinə
və nümayəndə heyətlərinə baş çəkməyə müvəqqəti olaraq vaxt ayırmırıq. İndi
nümayəndə heyətinin bütün üzvləri bu işlə məşğuldur, ümid edirik ki,
memorandum tezliklə hazırlanıb kimə və hara lazımsa, təqdim olunar, sonra daha
geniş yaymaq üçün nəşrinə başlanılar".
742
Bu memoranduma çox yüksək
keyfiyyətlə işlənmiş rəngli xəritə də əlavə edilmişdi. Həmin xəritə Azərbaycan
Respublikası nümayəndəliyi tərəfindən təqdim edilmiş sənədlər əsasında
hazırlanmış və fransız coğrafiyaşünası C.Forerin rəhbərliyi altında nəşr
edilmişdi.
743
Memorandumla yanaşı, nümayəndə heyətinin üzvləri Azərbaycanı
tanıtmaq baxımından əhəmiyyətli olan "Qafqaz Azərbaycanı əhalisinin etnik və
antropoloji tərkibi",
744
"Qafqaz Azərbaycanının iqtisadi və maliyyə vəziyyəti"
745
adlı sənədlərin hazırlanmsı üzərində gərgin işləyirdilər. Нər iki sənədin əlyazması
1919-cu ilin iyun ayının 1-də artıq hazır idi və materiallar Sülh konfransının
iştirakçılarına göndərilmişdi. Az sonra bu sənədlər kitabça halında nəşr olundular.
Parisə gəldikləri ilk günlərdən Azərbaycan nümayəndələri Fransa
paytaxtındakı siyasi iqlimin dərindən öyrənilməsinə xüsusi əhəmiyyət verirdilər.
Məğlub dövlətlərə qarşı irəli sürülmüş sülh şərtləri həddindən artıq ağır olduğu
üçün Antanta dövlətlərinin siyasətinə qarşı Avropa ölkələrində narazılıq hiss
edilməkdə idi. 1919-cu ilin yazında İngiltərə, Fransa, İtaliya, Almaniya və digər
ölkələrdə güclü tətillər dalğası başlanmışdı. Müxtəlif ölkələrdə sosialist
partiyasının liderləri Antantanın hədsiz tələblərinə və ümumilikdə, konfransın işinə
açıq etirazlarını bildirirdilər. Avropada siyasi böhranın dərinləşməsi fonunda
Ə.M.Topçubaşov haqlı olaraq yazırdı ki, bizim kimi yeni yaranmış dövlətlərin
bütün görüşləri, danışıqları bir sözlə, marağı Antanta nümayəndələrinin diqqət
mərkəzində dayana bilməz.
746
Parisdə aparılan ilkin müşahidələr nəticəsində aydın
oldu ki, böyük dövlətlər ilk növbədə, rus məsələsinin həll olunmasında
maraqlıdırlar. Yalnız, bundan sonra gözlənilirdi ki, Rusiya imperiyasının dağılması
nəticəsində yeni yaranmış respublikaların saysız-hesabsız qarşılıqlı mübahisəli
məsələlərinə baxılsın.
742
Azərbaycan
Respublikasının
Paris
Sülh
konfransındakı
nümayəndəliyinin
başçısı
Ə.M.Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 08.10.2006.// ARDA, f.970, s.1, i.9, v.9
743
Tarix, 1991, 23 fevral.
744
Dèlègation Azerbaïdjanienne à la Confèrence de la Paix. Composition Anthropologique et Ethnique
de la Population de l'Azerbaïdjan du Caucase. Classè 1
er
juin 1919.// Ministère des Affaires Etrangère
de France, Archives Diplomatique, vol. 638, folio 44-52
745
Dèlègation de l'Azerbaïdjan à la Confèrence de la Paix à Paris. Situationèconomique et financière de
la Rèpublique de l'Azerbaïdjan du Caucase. Classè 1
er
juin 1919.// Ministère des Affaires Etrangère de
France, Archives Diplomatique, vol. 638, folio 29-43
746
Azərbaycan
Rcspublikasının
Paris
Sülh
konfransındakı
nümayəndəliyinin
başçısı
Ə.M.Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 08.10.2006. // ARDA, f.970, s.l, i-143, v.3
217
Parisdə Rusiyanın müxtəlif, çoxsaylı nümayəndələri toplanmışdı. Bunların
bir qismi ağqvardiyaçı hökumətləri, digər bir qismi ayrı-ayrı siyasi partiyaları
təmsil edirdi. Vaxtilə Rusiya imperiyasının müxtəlif ölkələrdə olan səfirlərinin
demək olar ki, hamısı Versala gəlmişdilər. Bir çox məsələlərdə onlar arasında
ziddiyyətlər olsa da, lakin hamısı "vahid və bölünməz Rusiya" fikrində
həmrəydilər. Azərbaycan nümayəndə heyətinin respublika hökumətinə göndərdiyi
məlumatda deyilirdi: "Siyasi baxışlarının köklü müxtəlifliyinə baxmayaraq,
rusların hamısı "vahid", "bölünməz Rusiya" fikrinin tərəfdarıdırlar. Bu onların
şüarıdır. Demokratik Respublikalar Federasiyası və Müəssislər Məclisi fikri
arxasında gizlənib, təəssüf ki, dünyanın böyük dövlətləri arasında öz layiqli yerini
tutacaq, gələcək Rusiyanın ayrı-ayrı hissələrinin və onların qarşılıqlı
münasibətlərinin taleyini həll edirlər. Bura toplanmış Rusiyanın doğma və ögey
oğulları köhnə duz-çörəyi unutmuş bütün "yad xalqların" acığına Rusiyanı yenidən
yaratmaq haqqında bu sayaq düşünürlər. Lakin bu yad xalqlar, özlərini müstəqil
elan etmiş dövlətlərin indiki nümayəndələri "vahid" və "bölünməz Rusiya"
haqqında eşitmək belə istəmirlər. Elə buna görə də on gün bundan qabaq (may
ayının axırlarında - C.H.) Paris mətbuatı Kolçak hakimiyyətinin keçmiş Rusiyanın
bütün ərazisində tanınması imkanı haqda danışmağa başlayanda keçmiş Rusiyadan
ayrılmış bütün dövlətlərin nümayəndə heyətləri, о cümlədən Azərbaycan
nümayəndə heyəti bir-birinin ardınca qəti etirazlarını bildirdi. Antanta dövlətləri
arasında "vahid" və "bölünməz Rusiya" fikrinə ən çox tərəfdar olan onun keçmiş
müttəfiqi Fransadır. Müttəfiqlərin başqa üzvləri görünür belə Rusiyanı bir о qədər
arzulamırlar, təkcə İngiltərə özünü elə aparır ki, guya belə Rusiyaya onun heç bir
etirazı yoxdur.
747
Fransanın rus məsələsində belə mövqeyi heç də təsadüfi deyildi.
Fransızların keçmiş Rusiya imperiyasının bərpа olunmasındakı marağı Rusiyada
batan borclarla bağlı idi. Əsasən, sələmçiliklə məşğul olan Fransa imperializminin
Rusiyada batmış kapitalının qaytarılmasında 1 milyon 500 min fransızın marağı
vardı.
748
Digər tərəfdən isə, "vahid və bölünməz Rusiya" ideyası ilə Fransa siyasi
dairələri Avropanın mərkəzində "davakar" Almaniyaya qarşı öz ənənəvi
müttəfiqlərini bərpa etmək fikrində idilər.
May ayı ərzində Azərbaycan nümayəndələri Polşa, Gürcüstan, Dağlılar
Respublikası, Ermənistan və İran nümayəndə heyətləri ilə görüşlər keçirmişdi.
Danışıqlar nəticəsində Qafqaz respublikalarının siyasi-iqtisadi ittifaqının
yaradılması qərara alınmışdı. Gürcülər və Dağlılar Azərbaycanla birlikdə bu
ittifaqda birləşməyə razı idilər. İttifaqa ermənilər də dəvət edilmişdilər, lakin onlar
yalnız Türkiyə və Qafqaz Ermənistanını birləşdirib vahid Ermənistan yaratdıqdan
sonra Qafqaz konfederasiyasında iştirak edə biləcəklərini bildirmişdilər.
747
Azərbaycan
Respublikasının
Paris
Sülh
Konfransındakı
nümayəndəliyinin
başçısı
Ə.M.Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 08.10.2006. // ARDA, f.970, s.1, i.143, v.4-5.
748
В.П.Смирнов. Новейшая история Франции. М., 1979, с.43.
218
May ayının 23-də Parisdə olan Azərbaycan nümayəndələri ingilis
nümayəndə heyətinin üzvü ser Luiz Malletlə görüşdülər. Danışıqlar zamanı Cənubi
Qafqazda siyasi, hərbi və iqtisadi vəziyyətlə bağlı fikir mübadiləsi edildi,
Azərbaycandakı müttəfiq qoşunlarının statusu ilə bağlı bir sıra mühüm məsələlər
müzakirə edildi. 1919-cu ilin əvvəllərindən başlayaraq Azərbaycan hökuməti
Bakıda ingilis general-qubernatorluğunun ləğv edilməsi uğrunda mübarizə aparırdı.
Bu məqsədlə Azərbaycan nümayəndə heyətinin başçısı Ə.M.Topçubaşova da
məlumat verilmişdi ki, əlində olan bütün vasitələrlə ingilis general-
qubernatorluğunun ləğv edilməsinə çalışsın. Azərbaycan Xarici İşlər Nazirliyinin
Ə.M.Topçubaşova teleqramında göstərilirdi: "Nəyin bahasına olursa-olsun, Bakıda
ingilis general-qubernatorluğunun ləğv edilməsinə nail olmaq lazımdır. Əks
təqdirdə, idarəçilik nöqteyi-nəzərindən dözülməz hesab edilən iki hakimiyyətlilik
yaranır. Sonra sizdən belə bir xahişimiz var ki, ingilis komandanlığının bizim
maliyyə işlərinə qarışmamasına nail olasınız." Hətta xarici işlər nazirliyi
Azərbaycan Respublikasının suverenliyini pozan bu məsələ ilə bağlı Avropa və
Amerika dövlətlərinə etiraz notası verilməsini, Avropa mətbuatında bunun
Azərbaycanın daxili işlərinə müdaxilə olduğu barədə yazı verilməsini lazım
bilirdi.
749
L.Mallet danışıqlar zamanı toxunulmuş məsələlərdə Azərbaycan
nümayəndələrinə köməklik göstərəcəyinə vəd verdi. Azərbaycan nümayəndələri ilə
danışıqlarda bildirilməsə də, Böyük Britaniya bu zaman qoşunlarını Qafqazdan
çıxartmaq barəsində öz müttəfiqləri ilə gizli məsləhətləşmələr aparırdı. ABŞ
nümayəndələrinin Azərbaycana artan marağının bir səbəbini də burada axtarmaq
lazımdır. Lakin hələ ingilislərin fikri qəti deyildi, onlar bir müddət Azərbaycanda
və Gürcüstanda qalmağı, Bakı-Batum dəmir yoluna nəzarət etməyi lazım bilirdilər.
Digər tərəfdən isə Cənubi Qafqazda Amerika mandatı məsələsi aprel ayında artıq
Sülh konfransının müxtəlif komissiyalarında müzakirə edilmişdi. May ayının 5-də
Dördlər Şurasının iclasında ABŞ-a təklif edilmişdi ki, Ermənistana öz ordusunu
göndərsin. V.Vilson buna etiraz etməmişdi.
750
Lloyd Corc "Sülh müqavilələri
haqqında həqiqətlər" adlı xatirələrində bu məsələ ilə bağlı göstərir ki, Almaniyanın
Afrika müstəmləkələrindən hər hansı birinə Amerika mandatı haqqında söhbət
getdikdə prezident Vilson sülh konfransındakı çıxışında öz mövqeyini belə izah
edirdi: "Filippinlilər indiyə qədər bizim ovcumuzu göynədir. Amerika bir daha
Afrikanın zənci tayfalarının idarəçiliyi ilə bağlı yeni eksperiment etmək istəmir.
Amerikaya öz ölkəsində heç də az olmayan zəncilərin idarəçiliyinin qayğısı
kifayətdir. Lakin Ermənistan və boğazlar üzərində mandat məsələsi meydana
çıxanda prezident bu layihəyə çox yaxşı münasibət bəslədi."
751
May ayının 14-də
Ermənistan və İstanbul üzərində Amerika mandatı haqqında qətnamə qəbul edildi.
749
Xarici İşlər Nazirliyinin Paris Sülh Konfransında Azərbaycan nümayəndəliyinin başçısı
Ə.M.Topçubaşova məktubu. 14.03.1919. // ARDA, f.970, s.l, i.141, v.9-12
750
Г.Никольсон. Как делался мир в 1919 г. Москва, 1945, с.257
751
Д.Ллойд Джордж. Правда о мирных договорах. Т.II, М., 1957, с.389
219
Lakin mandatlı ərazinin sərhədlərinin müəyyən edilməsi məsələsi açıq
saxlanıldı.
752
Bununla belə təxmini də olsa, mandatlı əraziyə Bosfor və Dardanel
boğazlarının, "Qara dənizdən Aralıq dənizinə qədər birləşmiş türk, fars və rus
Ermənistanının"
753
daxil olacağı nəzərdə tutulmuşdu. Bu, həm ermənilərin
konfransa təqdim etdiyi tələblərə, həm də respublikaçı senator Henri Kobet Locun
senatın müzakirəsinə verdiyi qətnamə layihəsinə uyğun idi. Ermənistan üzərində
ABŞ mandatı ilə bağlı Sülh konfransının müzakirəsinə iki alternativ layihə
verilmişdi. Birinci layihə əsasında ABŞ bütün Türkiyə və Ermənistana mandat
alırdı, ikinci layihəyə əsasən, Amerikaya, ancaq Ermənistan və Kilikiya üzərində
mandat verilirdi. Bu halda həmin mandat rus məsələsi həll edilənə qədər
Azərbaycana və Gürcüstana da aid edilməli idi. Lakin sonralar ABŞ-ın bu regionda
güclənəcəyindən ehtiyat edən müttəfiqlər Amerika mandatının yalnız,
Ermənistanla məhdudlaşmasını lazım bildilər. Lloyd Corc haqlı olaraq qeyd edirdi
ki, Türkiyənin mandatlar vasitəsilə müttəfiqlər arasında bölüşdürülməsi
arzuolunmaz nəticələr verə bilər. Onun fikrincə, belə yanaşma müttəfiqlərlə
Türkiyə arasında müharibənin davam etdirilməsinə gətirib çıxara bilərdi. Lakin
dünya müharibəsi yenicə qurtardığı üçün Lloyd Corcun təbirincə desək, nə Böyük
Britaniyanın, nə Fransa və İtaliyanın, nə də ABŞ-ın yenidən vuruşmağa nə həvəsi,
nə də imkanı vardı.
Hələ may ayının 2-də prezident V.Vilsonun təşəbbüsü ilə ilk dəfə
Azərbaycan da daxil olmaqla Cənubi Qafqaz məsələsi ABŞ, Böyük Britaniya,
Fransa və İtaliya hökumət başçılarından ibarət olan Dördlər Şurasının iclasında
müzakirə edilmişdi.
754
Boğazlar və Qafqaz üzərindəki mandatlar məsələsi ilə bağlı
müzakirələr ABŞ rəhbərlərinin Qafqaz respublikaları ilə görüşlər keçirilməsinə
marağını artırmışdı və ümumiyyətlə, Versalda olan Amerika nümayəndələri bu
məsələ ilə bağlı yeni yaranmış Qafqaz dövlətlərinin fikrini öyrənmək istəyirdilər.
Elə bu məqsədlə də Amerika prezidenti Vudro Vilson may ayının axırlarında
Azərbaycan nümayəndələrini qəbul etdi. Öz növbəsində Azərbaycan nümayəndə
heyəti də bu görüşə böyük əhəmiyyət verirdi. Bu görüşün keçirilməsi Azərbaycan
nümayəndələri üçün tarixi bir günə - may ayının 28-nə, istiqlalın birinci ildönümü
gününə təsadüf edirdi. May ayının 28-də günün birinci yarısında
Ə.M.Topçubaşovu ABŞ nümayəndə heyətinin üzvü, Amerika diplomatı Henri
Morqentau qəbul etdi. H.Morqentau müharibə illərində ABŞ-ın Türkiyədə səfiri
olmuşdu, 1919-cu ildən isə Yaxın Şərqə Amerika yardımı komitəsinin sədr
müavini idi.
755
Danışıqlar zamanı günün ikinci yarısı keçiriləcək prezident
V.Vilsonla Azərbaycan nümayəndələrinin görüşünün bir sıra mühüm məqamları
müzakirə edildi. Azərbaycanın zəngin təbii ehtiyatlarını və güclü sənaye
752
Papers Relating of the Foreign Relations of the United States, 1919, vol.V, p.622
753
Архив полковника Хауза. Т.4. M., 1944, с.220
754
Б.Е.Штейн. "Русский вопрос" на Парижской мирной конференции, с.346.
755
Who's who in America? Vol.2. Chicago, 1950, p.383.
220
potensialını nəzərə alaraq, H.Morqentau Amerika kapitalının Azərbaycana
istiqamətləndirilməsinin
və
Azərbaycan
hökumətinə
maliyyə
yardımı
göstərilməsinin mümkünlüyünü qeyd etdi.
756
May ayının 28-də günün ikinci yarısı Azərbaycan nümayəndə heyəti
prezident V.Vilson tərəfindən qəbul edildi. Bununla bağlı Ə.M.Topçubaşov
yazırdı: "Bizim nümayəndə heyətinin prezident Vudro Vilson tərəfindən qəbulunu
çox böyük hadisə hesab etmək lazımdır, çünki başqa Antanta dövlətlərinin
başçıları kimi, о da nümayəndə heyətlərini qəbul etmir."
757
Görüş zamanı
Azərbaycan nümayəndə heyətinin başçısı Ə.M.Topçubaşov ABŞ prezidenti
V.Vilsona müraciət edərək bildirdi ki, xalqların dinc yanaşı yaşaması, bütün
millətlərin, о cümlədən kiçik millətlərin öz taleyini həll etməsi haqqında ali
prinsiplərin müəllifi olan Böyük Amerikanın prezidenti Vilsonu Azərbaycan
nümayəndə heyəti adından görməyi və salamlamağı özü üçün xoşbəxtlik hesab
edir. Biz uzaq Qafqazdan, buradan bir neçə min mil uzaq olan Azərbaycandan
gələrək, xalqımızın azad və müstəqil həyatı üçün Sizə minnətdarlığımızı bildiririk.
Qüdrətli Amerikanın nümayəndəsi kimi, sizə müraciət edib xahiş edirik ki, cənab
prezident bizim ölkəmiz, bizim xalqımız və elə bizim özümüz haqqında
məlumatları bizdən eşidəsiniz. Çünki biz Avropa və Amerika mətbuatında tez-tez
Azərbaycan haqqında səhv, saxtalaşdırılmış və həqiqətə uyğun olmayan
məlumatların verilməsini eşitməli oluruq. Düzdür, bizi hələ yaxşı tanımırlar, biz
indi birinci dəfədir ki, Avropadayıq, lakin sizi əmin edirik ki, müstəqil yaşamaq
üçün bizdə hər şey vardır. Biz ümid edirik ki, konfrans bizi dinləyəcək və biz
Millətlər Cəmiyyətinə buraxılacağıq. Biz əminik ki, bütün xalqlar kimi biz də sizin
böyük prinsipləriniz əsasında yardım alacağıq.
758
Çıxışının sonunda
Ə.M.Topçubaşov deyirdi: "Biz bildiririk ki, nə Kolçakın, nə Denikinin, nə də
köhnə Rusiya imperiyasının hüdudlarında hakimiyyəti bərpа etmək niyyətində olan
qeyri birisini tanımayacağıq. Biz Azərbaycan üçün yalnız öz parlamentimizi və öz
hökumətimizi tanıyırıq və tanıyacağıq."
759
Ə.M.Topçubaşov öz çıxışında Qafqaz
xalqlarının - azərbaycanlılar, ermənilər, gürcülər və dağlıların konfederasiyasının
mümkünlüyünü prezident Vudro Vilsona bildirdi və Qafqaz Azərbaycan
Respublikası nümayəndələrinin memorandumu Amerika prezidentinə təqdim
756
Azərbaycan
Respublikasının
Paris
Sülh
konfransındakı
nümayəndəliyinin
başçısı
Ə.M.Topçubaşovun ABŞ nümayəndə heyətinin üzvü H.Morqentau ilə söhbəti. 28.05.1919.// ARDA,
f.970, s.1.i.146, v.11
757
Azərbaycan
Respublikasının
Paris
Sülh
konfransındakı
nümayəndəliyinin
başçısı
Ə.M.Topçubaşovun nümayəndəliyin ABŞ prezidenti V.Vilson tərəfindən qəbul edilməsi haqqında
Nazirlər Şurasının sədri N.Usubbəyova məlumatı. 28.05.1919.// ARDA, f.970, s.1, i-143, v.7
758
Azərbaycan
Respublikasının
Paris
Sülh
konfransındakı
nümayəndəliyinin
başçısı
Ə.M.Topçubaşovun ABŞ prezidenti V.Vilsonla söhbəti. 28.05.1919. // ARDA, f.970, s.l, i.143, v.41
759
А.М.Топчибашeв. Письма из Парижа. Баку, 1998, с.38
221
edildi.
760
Prezident Vilsona təqdim edilən memorandum qısa tarixi-siyasi səpkidə
hazırlanmışdı. Orada Qafqazda və Azərbaycanda cərəyan edən hadisələr təsvir
edildikdən sonra Versal Sülh konfransının rəhbərlərindən biri kimi Amerika
prezidenti Vilsona Azərbaycan nümayəndələrinin tələbləri verilirdi. V.Vilsona
təqdim edilən memorandumda 1918-ci ilin may ayının 28-də, Mərkəzi Rusiyada
bolşevik inqilabından sonra Milli Şuranın Azərbaycan xalqının iradəsini ifadə
edərək, müstəqil respublika yaratdığı qeyd edilirdi. İndi Azərbaycanda ali
hakimiyyətin tərkibində, təkcə azərbaycanlıların deyil, respublikanın hüdudlarında
yaşayan erməni, rus, polyak və yəhudilərin olduğu parlamentə məxsusluğu
göstərilirdi. Böyük müharibə illərində Azərbaycanın müttəfiqlərə göstərdiyi maddi
yardımdan bəhs edilərək, sənəddə qeyd edilirdi ki, Azərbaycan xalqı hərbi
mükəlləfiyyətdən azad olsa da, onun nümayəndələri könüllülər şəklində general
Xan Naxçıvanskinin komandanlığı altında Rusiya imperiyası tərəfindən
müttəfiqlərin işi uğrunda vuruşmuşlar. Azərbaycanlılardan general Səməd bəу
Mehmandarov, Əliağa Şıxlınski, İbrahim ağa Usubov və digər 200-dən artıq zabit
öz mərdliyi və qəhrəmanlıqları ilə fərqlənmişlər. Eyni zamanda Azərbaycanın
Antanta Ordusunun tibbi ehtiyaclarının ödənilməsində də iştirak etdiyi, öz
xəstəxanalarının və müxtəlif tibbi müəssisələrinin müttəfiq ordularının ixtiyarına
verildiyi memorandumda göstərilirdi. Azərbaycan xalqının ruhuna uyğun olmayan
xarici müdaxiləçi bolşevik bandalarına qarşı bütün vasitələrlə mübarizə aparıldığı
və bu yolda çoxlu qurbanlar verildiyi memorandumda xatırladılırdı. Sənəddə
Azərbaycanın coğrafi və etnoqrafik baxımdan Rusiya ilə əlaqəsi olmadığı
əsaslandırılaraq göstərilirdi: "Bizim ölkənin coğrafi vəziyyətinə diqqət yetirilsə,
onun Rusiyadan ayrı qrupa aid olduğunu asanlıqla görmək olar. Qafqaz sıra dağları
onu Rusiyadan ayırır, etnoqrafik baxımdan da belədir, bizim xalqın Rusiyanın
slavyan xalqları ilə heç bir ümumi cəhəti yoxdur." Memorandumun axırında
göstərilirdi ki, Azərbaycan xalqı qəti şəkildə bu ümiddədir ki, göndərdiyi
nümayəndələrin fəaliyyəti və bütün dünyada sülhün və təhlükəsizliyin carçısı,
bütün beynəlxalq münaqişələrin vasitəçisi olan sizin himayədarlığınız sayəsində
onun milli ehtiyacları ödəniləcəkdir.
761
Görüş zamanı Azərbaycan nümayəndə
heyətinin tələbləri V.Vilsona verildi. Altı bənddən ibarət olan bu tələblərdə
prezidentdən xahiş edilirdi: 1. Azərbaycanın müstəqilliyi tanınsın; 2. Vilsonun
prinsipləri Azərbaycana da şamil edilsin; 3. Azərbaycan nümayəndələri Sülh
konfransına buraxılsın; 4. Azərbaycan Millətlər Cəmiyyətinin üzvlüyünə qəbul
edilsin; 5. ABŞ-ın hərbi departamentliyi Azərbaycana hərbi yardım göstərsin; 6.
760
Memoire adresse par la Delegation a la Conference de la Paix de Republique de l'Azerbaidjan du
Caucase A M. le President Wilson. Paris, Le 28 mai 1919. //Bulletin D'Information de
L'Azcrbaidjan,1919, 1 Septembre, №1, p.6-7
761
Paris Sülh konfransındakı Azərbaycan nümayəndəliyinin ABŞ prezidenti V.Vilsona təqdim etdiyi
Memorandum. 28.05.1919. // ARDA, f.970, s.1, i.143, v.38
222
ABŞ-la Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılsın.
762
Danışıqlar zamanı ABŞ tərəfindən bu tələblərin qəbul ediləcəyi təqdirdə
Ə.M.Topçubaşov Azərbaycanın keçmişdə tərkibində olduğu çar Rusiyasının
borclarından öz payına düşəni tədricən ödəyəcəyinə təminat verirdi. Söhbət zamanı
V.Vilson Azərbaycan nümayəndələrini görməyə və Azərbaycan haqqında xeyli
material aldığına çox şad olduğunu bildirdi. Lakin Azərbaycanın müstəqilliyinin
tanınması məsələsini açıq saxlayaraq dedi: 1. Amerikanlar dünyanı kiçik hissələrə
bölmək istəmirlər; 2. Əgər Azərbaycan Qafqaz Federasiyası yaratmaq fikrinə
qoşulsa, bu, onun üçün yaxşı olar; 3. Bu Konfederasiya Millətlər Cəmiyyətinin
təklifi ilə hər hansısa bir dövlətin köməyinə arxalana bilər, 4. Azərbaycan məsələsi
rus məsələsindən əvvəl həll edilə bilməz.
763
Danışıqlar zamanı yerlərdə vəziyyəti
öyrənmək üçün Qafqaza xüsusi Amerika missiyası göndəriləcəyi barədə
Azərbaycan nümayəndələrinə məlumat verildi. Lakin bu missiya xeyli gec, yalnız
1919-cu ilin oktyabrında gəlib Bakıya çıxdı.
Vilsonun Azərbaycana münasibətdə tərəddüdlü mövqeyi bir sıra amillərlə
bağlı idi. Birincisi, bütün müəlliflər təsdiq edirlər ki, V.Vilson ermənipərəst bir
siyasi xadim idi və erməni missionerləri Qafqazda cərəyan edən hadisələr haqqında
ona xeyli saxta məlumatlar vermişdilər.
İkincisi, görüşün keçirildiyi gün Azərbaycan nümayəndələri üçün əlamətdar
bir gün olsa da, ümumilikdə dövr yeni yaranmış respublikalar üçün əlverişli
deyildi. Belə ki, 1919-cu ilin yazında Rusiyada ağqvardiyaçı generalların - Kolçak,
Denikin, Yudeniç və digərlərinin fəallaşması müttəfiqlərin rəhbərlərinin, о
cümlədən V.Vilsonun Rusiyanın bərpa olunacağına ümidini artırmışdı. Üçüncüsü
isə, Azərbaycan nümayəndələri ilə görüşdən iki gün əvvəl, may ayının 26-da
Dördlər Şurasının iclasında Kolçak hökumətini tanımaq barədə Vilson, Lloyd
Corc, Klemanso, Orlando və Sayondzi tərəfindən nota imzalanıb gizli şəkildə
Kolçaka göndərilmişdi. Lakin bütün bunlara baxmayaraq, V.Vilsonun Azərbaycan
nümayəndələrini qəbul etməsi mühüm siyasi əhəmiyyətə malik bir hadisə idi.
Bundan sonra Sülh konfransının digər rəhbərlərinin də Azərbaycan
nümayəndələrini qəbul edəcəyi gözlənilirdi. Ə.M.Topçubaşov Azərbaycan
hökumətinə göndərdiyi məlumatda yazırdı: "Bizim atdığımız bir neçə addım belə
bir ümid doğurur ki, nümayəndə heyətimizi Sülh konfransının sədri (Jorj Klemanso
- C.H.), habelə İngiltərənin, İtaliyanın, Yaponiyanın baş nazirləri qəbul edəcəklər.
İndi məndə belə bir məlumat var ki, bizi Balfur və Orlando qəbul edəcək."
764
Azərbaycan nümayəndələrinin Amerika prezidenti Vilson tərəfindən qəbul
edilməsi, istər Azərbaycan Sovet və istərsə də xarici tarixşünaslıqda birmənalı
762
Memoire adresse par la Delegation a la Conference de la Paix de Republique de l'Azerbaidjan du
Caucase A M. le President Wilson. Paris, Le 28 mai 1919. //Bulletin D'Information de
L'Azerbaidjan,1919, 1 Septembre, №1, p7
763
А.М.Топчибашев. Письма из Парижа. Баку, 1998, с.38
764
А.М.Топчибашев. Письма из Парижа. Баку, 1998, с.38-39
223
qiymətləndirilmir. Bu faktın siyasi əhəmiyyətini izah etmədən, Amerika
prezidentinə təqdim edilən tələbləri təhlil etmədən müəlliflər bəzən belə bir səhv
nəticəyə
gəlirlər
ki,
müsavat
nümayəndələri
Azərbaycanı
ABŞ-ın
"müstəmləkəsinə" çevirmək istəyirdilər. 1919-cu ilin mayında görüş zamanı
prezident Vilsonun Azərbaycana hələlik qeyri-müəyyən münasibətini xarici
tarixçilərdən T.Svyatoçevski daha inandırıcı formada izah edir. Onun fikrincə,
"Versal dövlətləri separatist hökumətləri tanımaqla Rusiya ilə gələcək
münasibətlərdə öz əl-qollarını bağlamağa tələsmirdilər."
765
Ona görə də qəbul
zamanı Amerika prezidenti Azərbaycan nümayəndələrinə "ümidverici bir şey
demədi."
766
Vilson tərəfindən Azərbaycan nümayəndələrinin qəbul edilməsi хəbəri may
ayının 31-də radio məlumatlarından alınmış və Batuma gələn fransız mətbuatı da
bu faktı təsdiq etmişdi.
767
Bu zaman Azərbaycanda istiqlalın birinci ildönümü
təntənəli şəkildə keçirilirdi. Parlamentin bayram iclasındakı çıxışında Nazirlər
Şurasının sədri N.Usubbəyov Sülh konfransına böyük ümid bəslədiyini bildirərək
deyirdi: "Azərbaycanın müstəqilliyi baş vermiş bir faktdır. Мən Sülh konfransının
son sözünü tam soyuqqanlıqla gözləyirəm. Ağlım kəsmir ki, dünyanın ən mədəni
xalqlarının nümayəndələri Azərbaycan türklərinin arzu və istəklərinə biganə
qalsınlar. Əks təqdirdə, məndə bu xalqların mədəni xalqlar olmasına şübhə
oyanardı və Azərbaycan türkləri gələcəkdə öz müqəddəratlarını təyin etmək kimi
müqəddəs bir hüququ həyata keçirməyə çalışarkən, böyük mədəni xalqları
fanatizmə və dini ədavətə görə məzəmmət etməkdə haqlı olardılar."
768
Bütün qeyri-müəyyən məqamlarına baxmayaraq, üç ay İstanbulda oturub
viza gözləyən Azərbaycan nümayəndələri üçün Amerika prezidenti tərəfindən
qəbul olunma faktı əhəmiyyətli hadisə idi. Lakin prezident Vilsonun qeyri-
müəyyən cavabları heç də Azərbaycan nümayəndələrini ümidsizləşdirmədi.
Amerika tarixçisi F.Kazımzadə obrazlı formada yazır ki, Azərbaycan
nümayəndələri "Amerika prezidentinin ürəyini fəth edə bilmədikdən sonra onlar
konfransa öz rəsmi tələblərini təqdim etdilər."
769
May ayının 28-də danışıqlar
zamanı prezident Vilson da Azərbaycan nümayəndələrinə öz tələblərini Sülh
konfransının katibliyinə verməyi məsləhət görmüşdü. Rəsmi tələblər əvvəllər qeyd
olunduğu kimi, ingilis və fransız dillərində hazırlanmış və iyun ayında çap
olunmuş 50 səhifəlik kitabçada toplanmışdı. Hələ kitabça formasında çap
edilməzdən əvvəl tələblər əlyazma halında Sülh konfransının katibliyinə təqdim
edildi. Tələblərdə Azərbaycan haqqında geniş tarixi-etnoqrafik, iqtisadi və siyasi
xarakterli materialların verilməsi konfrans iştirakçılarının Azərbaycan haqqında
765
T.Swietochowski. Russian Azerbaijan, p. 156
766
Ibid, p.154
767
ARDA, f.970,s.1,i.168, v.2
768
Азербайджан, 1919, 30 мая
769
F.Kazemzadeh. The Struggle for Transcaucasia, p.268
224
məlumatlarının ya olmaması, ya da həddindən artıq bəsit olması ilə bağlı idi.
Azərbaycan nümayəndələrinin gərgin əməyi nəticəsində hazırlanmış bu sənədin
hər bir bəndinin arxasında Azərbaycanın milli maraqları dayanırdı. On dörd
bölmədən ibarət olan "Qafqaz Azərbaycanı respublikasının nümayəndəliyinin Paris
Sülh konfransına memorandumu"
770
adlı sənədin birinci bölməsi "Azərbaycanın
mənşəyi-müstəqil xanlıqlar və onların tənəzzülü" adlanır. Bu bölmədə Azərbaycan
xalqının etnogenez prosesi, onun formalaşması, qədim coğrafi hüdudları, müstəqil
xanlıqların yaradılması və onların Rusiya imperiyası tərəfindən işğalı barədə Sülh
konfransının iştirakçılarına, Avropa və Amerika ictimaiyyətinə qısa məlumat
verilirdi. Orada göstərilirdi: "Ən qədim zamanlardan başlayaraq, Xəzər sahili
boyunca, habelə Qafqazın cənub-şərq ərazisində qismən türk, qismən isə tatar
dilində danışan tayfalar məskunlaşmışlar. Bu tayfalar müxtəlif dövrlərdə müəyyən
dərəcədə iranlılarla, eləcə də sayca daha çox, daha qüdrətli və güclü olan türklərlə
qaynayıb qarışmışlar. Bu qaynayıb qarışmanı əsas tutaraq Qafqazın həmin yerli
sakinləri Azərbaycan türklərini, yaşadıqları ölkənin adına müvafiq şəkildə, sadəcə
azərbaycanlılar adlandırmışlar."
771
Sənəddə göstərilir ki, Azərbaycanın cənubu
silah gücünə İrana birləşdirilmiş, qalan hissəsi Qafqazın coğrafi sərhədləri
daxilində qalmış və uzun müddət özünün siyasi müstəqilliyini qoruyub saxlamış,
XVII əsrdən başlayaraq, müstəqil xanlıqlardan ibarət olmuşdur. Gürcüstan Rusiya
ilə birləşdikdən sonra Azərbaycan xanlıqlarının təhlükəsizliyi üçün ciddi təhlükə
yaranmışdı. Azərbaycan xanlıqları öz azadlıqları və müstəqillikləri uğrunda
Rusiyaya qarşı uzun müddət mübarizə aparmışlar. Bununla bağlı memorandumda
qeyd edilir: "Azərbaycanın tarixi qəhrəmanlıq epizodları ilə zəngindir. Bu tarixin
səhifələrini çevirdikcə bu kiçik xanlıqların silaha sarılaraq, azadlıq və ləyaqətlərini
qorumaq üçün rus qoşunları ilə necə cürətlə və qorxu bilmədən vuruşduqları
sənəddə təsvir edilirdi. Onlar azadlıqları uğrunda doğma torpaqlarını oğullarının
qanı ilə suvarmışdılar. Onlar öz azadlıqlarını XIX əsrin əvvəllərinə, hətta həmin
əsrin birinci rübünün axırına qədər mərdlik və müvəffəqiyyətlə qoruyub saxlaya
bilmişdilər. Bu dövrdə xanlıqların qüvvəsi tədricən zəiflədiyindən onlar güclü
Rusiya ordusunun hücumlarına davam gətirə bilmirdilər."
772
Memorandumda
deyilirdi ki, Azərbaycanı işğal etdikdən sonra bu ərazilərdə ruslaşdırma siyasəti
yeridən imperiyanın müstəmləkə qaydalarını zorla tətbiq etməklə ölkənin ərazisini
istədiyi kimi qayçılayan, sərvətlərini qəddarcasına talayan rus hakimiyyət orqanları
burada hər cür özbaşınalıqdan çəkinmirdilər. Tələblərdə göstərilir: "Rus dövləti
işğal etdikləri xanlıqların sakinlərinin adlarını dəyişdirməkdən də çəkinmirdi.
Etnoqrafiyanı, xalqın dilini və ədəbiyyatını nəzərə almadan, Azərbaycan əhalisinə
770
La Republique de l'Azerbaidjan du Caucase. Paris, 1919; Claims of the Peace Delegation of the
Republic of Caucasian Azerbaijan Presented to the Peace Conference in Paris. Paris, 1919
771
La Republique de l'Azerbaidjan du Caucase, p.3
772
La Republique de l'Azerbaidjan du Caucase, p.5
225
Qafqaz tatarları, Qafqaz müsəlmanları, yaxud sadəcə olaraq, müsəlman adı
qoymuşdu."
773
Memorandumun ikinci bölməsi "Azərbaycanın yerli əhalisi. Onların keçmiş
rus imperiyasına münasibəti" adlanır. Bu bölmədə azərbaycanlıların Qafqazın digər
xalqlarına nisbətən daha çox təqiblərə məruz qalması, uzun müddət milli məktəbin,
ana dilli mətbuatın, milli xeyriyyə cəmiyyətlərinin qadağan edilməsi, rus
məmurlarının müsəlman xadimlərinə nifrət və etimadsızlığı öz əksini tapıb. Rus
imperiyasının öz siyasətini həyata keçirmək üçün dindən bir vasitə kimi istifadə
etdiyi göstərilərək, sənəddə yazılır: "Yüksək rütbəli müsəlman ruhaniləri - müftilər,
şeyxülislamlar cahil, əksər hallarda savadsız adamlar arasından seçilir, onlara son
dərəcə cüzi maaş verilirdi. Məscidlərin əmlakının ixtiyarı rus məmurlarına
verilmişdi. Onların icazəsi olmadan məscid tikmək, yaxud bərpa etmək imkan
xaricində idi. Sözün qısası müsəlmanlara fanatik damğası vuran ruslar bu mənada
özlərinin fanatik olduğunu göstərirdilər."
774
"Cənubi Qafqaz Seymi və federasiyası, onların zəifləməsi və süqutu" adlı
üçüncü bölmə Cənubi Qafqazda müxtəlif dövlət təsisatlarının yaradılması, onun
daxili və xarici siyasəti, habelə Seymin daxilindəki ziddiyyətlərin son nəticədə
onun dağılması ilə nəticələnməsi məsələləri əhatə edilmişdi.
775
Dördüncü bölmə
"Azərbaycan Respublikasının hökuməti və onun paytaxtı Bakı şəhəri" adlanır.
Burada göstərilirdi: "Azərbaycan Respublikasının müstəqilliyi elan edilən kimi
Milli Şura 12 nazirdən ibarət hökumət yaratdı. Milliyyətcə azərbaycanlı olan
həmin dövlət xadimlərinin çoxu Rusiyada və xaricdə universitet və texniki
institutlar bitirmişdilər. Azərbaycan hökumətinin ilk addımı Bakını və onun
kənarını 1918-ci ilin martında zəbt etmiş bolşeviklərdən təmizləmək oldu."
776
Bu
bölməyə Bakı barəsində, onun Azərbaycanın paytaxtı olması, respublikanın
intellektual qüvvələrinin burada yerləşdirilməsi haqqında geniş söhbət açılırdı.
Bakı ilə əlaqədar 1918-ci ilin avqustunda Almaniya ilə Sovet Rusiyası arasında
imzalanmış gizli sazişin heç bir hüquqi əsası olmadığı əsaslandırılaraq, sənəddə
göstərilirdi ki, Azərbaycan xalqının "Bakını iqtisadi, zehni, dini və siyasi mərkəz,
bir sözlə paytaxt seçməsi heç də təsadüfi deyil. Yeni Azərbaycan dövlətinin
gələcəyi Bakı ilə о qədər bağlıdır ki, respublikanın mövcudluğunu bu şəhərsiz
təsəvvürə gətirmək mümkün deyil."
777
Memoranduma görə, Bakı rayonundakı
zəngin neft ehtiyatları Azərbaycan Respublikasının əsas həyat mənbəyi idi,
respublika hökuməti onun istehsalı və satışı üzərində şəriksiz hökmranlığa malik
idi. Orada qeyd edilirdi ki, "neft istehsalının yerli tələbatı üstələməsinə və
Azərbaycan dövlətinin həmin artıq məhsulu müqavilə əsasında yanacağı olmayan
773
La Republique de l'Azerbaidjan du Caucase, p.6
774
La Republique de l'Azerbaidjan du Caucase, p.8-9
775
La Republique de l'Azerbaidjan du Caucase, p. 10-13
776
La Republique de l'Azerbaidjan du Caucase, p.14
777
La Republique de l'Azerbaidjan du Caucase, p. 15
226
ölkələrə müvafiq müqavilələr bağlamaq yolu ilə satmağa üstünlük verməsinə
baxmayaraq, respublika Bakı mədənlərindəki neftin açıq müdaxilə yolu ilə istismar
olunmasına heç bir vəchlə icazə verə bilməzdi. Xarici istismar respublika üçün
intihar demək olardı."
778
Bakı şəhərinin Azərbaycanın paytaxtı kimi kəskinliyi ilə qoyulması, onun
iqtisadi və tarixi əhəmiyyətindən əlavə, erməni missionerlərinin Bakı haqqında
cızdığı müxtəlif layihələrlə bağlı idi. Avropa və Amerika mətbuatında onlar Bakını
Azərbaycanla əlaqəsi olmayan rus şəhəri kimi təqdim edirdilər. Əlbəttə, bu
təbliğatda daha uzaq məqsədlər güdülürdü. Parisdəki proseslərdən tezliklə aydın
oldu ki, erməni nümayəndələri Avropada Fransa siyasi dairələrinin köməyi ilə
Bakının və Batumun guya beynəlmiləl şəhərlər olduqları üçün Millətlər
Cəmiyyətinin nəzarəti altına verilməsinə nail olmaq istəyirlər. Bu barədə onlar öz
fikirlərini Fransa Xarici İşlər Nazirliyinə bildirmişdilər.
779
Lakin erməni
nümayəndə heyətinin bu avantürist planları Fransa Xarici İşlər Nazirliyi tərəfindən
rədd edilmişdi. Bununla belə, Bakıya, Tiflisə, İstanbula və digər şəhərlərə olan
xəyali arzularını daşnaklar gizlətmirdilər. 1919-cu ildə Ermənistanda "Axşatavor"
qəzetində nəşr edilmiş, elə həmin ilin iyununda "Bakinskaya jizn" qəzetində
tərcüməsi verilmiş bir yazı ermənilərin arzularını daha qabarıq əks etdirir. Qəzet
yazırdı: "Orlando İtaliya üçün Fyumu tələb edir. Bu tələb çox ədalətlidir. Fyum
İtaliyaya lazımdır... İtaliya qalib gəlmişdir və ona görə nə tələb edirsə, onu da
almalıdır... Biz də qalib gəlmişik. Məlum deyildir ki, nə üçün biz qələbədən bu
qədər az pay alırıq... Bizim qonşularımız türklərlə və almanlarla vuruşmayıblar.
Biz isə vuruşmuşuq, ona görə də biz bir Fium yox, iki Fium almalıyıq... Qısaca
desək, Fium rolunu bizim üçün iki şəhər oynayır: Bakı və Tiflis. Bakı ən azı ona
görə bizə məxsus olmalıdır ki, Azərbaycanın öz paytaxtı var - Gəncə. Bizim
Bakıya hüququmuz şübhəsiz aydındır. Hələ onu demirik ki, bizim ona tarixi
hüququmuz da vardır. Biz Bakını martda (1918-ci ilin martında - C.H.) tutmuşuq,
ona görə də о bizə qalmalıdır."
780
Şübhəsiz ki, rəsmi erməni dairələrinin arzularını
əks etdirən daşnak mətbuatı yalnız bu iki şəhərlə kifayətlənə bilməzdi və əvvəllər
qeyd olunduğu kimi, onların Paris Sülh konfransından tələbləri daha böyük idi.
Ona görə "Axşatavor" bu tələblərlə bağlı göstərirdi: "Açıq deməliyik. Şəhərlərdən
başqa qəzalar da bizə lazımdır. Gürcüstandan Tiflis, Borçalı, Axalkələk, Axalsıx
qəzaları, Azərbaycandan isə Bakı quberniyasının bütün qəzaları və Qarabağ bizə
keçməlidir. Ümumdünya konfransı İranı və İstanbul daxil olmaqla Türkiyə
vilayətlərini bizə verdiyi zaman biz Fars (körfəzinə - C.H.), Qara və Aralıq
dənizlərinə çıxacağıq."
781
Belə sərsəm tələblərlə dolu olan məqalələr tez-tez
Avropa və Amerika mətbuatında da nəşr etdirilirdi.
778
La Republique de l'Azerbaidjan du Caucase, p.15-16
779
F. Kazemzadeh. The Struggle for Transcaucasia, p.203
780
Бакинская жизнь, 1919, 4 июня.
781
Бакинская жизнь, 1919, 4 июня.
227
Memorandumun beşinci bölməsi "Azərbaycanın bolşeviklərə qarşı
mübarizəsi, bolşevik və erməni hücumları" adlanırdı. Bu bölmədə 1918-ci ilin
martında Bakıda və yazında Azərbaycanda törədilmiş müsəlman soyqırımının
mahiyyəti bütün kəskinliyi ilə ortaya qoyulurdu. Sənəddə deyilirdi: "Müsəlmanlar
üçün məşum nəticələri olan bu qanlı hadisələrdə hər yerdə olduğu kimi, Bakıda da
öz millətçi partiyalarını - daşnaksütyunu yaratmış ermənilər fəal iştirak etdilər...
Həqiqət budur ki, ermənilər bolşeviklərin himayəsi altında müsəlmanların üzərinə
hücum çəkdilər və həmin dəhşətli günlərdə (30-31 mart, 1 aprel - C.H.) 12 000-dən
çox azərbaycanlı öldürdülər. Öldürülənlərin arasında qocalar, qadınlar və uşaqlar
üstünlük təşkil edirdilər. Yəqin ki, gələcək tarixçilər bu hadisələrin üstündən
sükutla ötüb keçməyəcəklər. Lakin indi biz ümidvar olduğumuzu bildiririk ki,
digər regionlarda yaşayan ermənilər öz soydaşlarının törətdikləri qanlı cinayətlərə
haqq qazandırmayacaqlar."
782
Bu hadisələri törədənlərin niyyətlərinə toxunaraq,
memorandumun müəllifləri yazırdılar: "Tamamilə aydındır ki, yerli azərbaycanlı
əhalinin öz doğma şəhərindən didərgin salınması uzaq məqsədlər güdən erməni
millətçilərinin siyasi məqsədlərinə xidmət edirdi, bu yolla onlar Bakını yerli
əhalidən təmizləmək, onun sərvətlərinə sahiblənmək, ən sonda isə bu qədim
Azərbaycan şəhərini Ermənistan torpağı elan etmək istəyirdilər. Əsil sərsəmlik
xarakteri daşımasına baxmayaraq, həqiqətən də belə bir plan mövcud olmuşdur."
783
Memorandumun altıncı və yeddinci bölmələrində Azərbaycan xalqının
bolşevik və erməni hücumlarına qarşı mübarizə apardığından, daşnakların Bakıda,
Şamaxıda və digər yerlərdə bolşeviklərlə əlbir törətdiyi cinayətlərdən və Bakının
azad edilməsindən bəhs edilirdi. Orada göstərilirdi: "12 000-dən çox müsəlman
martın 18-21-də (yeni təqvimlə martın 30-31-i və aprelin 1-i - C.H.) üç gün davam
edən qanlı cinayətlərin qurbanı olmuşdu. Çoxlu insan tələfatı ilə bir sırada xalqın
mənəvi həyatında və mədəniyyəti tarixində mühüm rol oynayan bir sıra siyasi və
mənəvi mərkəzlər yerlə yeksan edildi, od vurulub yandırıldı. Bunların sırasında
Xalq evinin, Müsəlman Xeyriyyə Cəmiyyəti binasının, siyasi partiyaların
iqamətgahlarının, müsəlman qəzetləri redaksiyalarının (rus dilində çıxan
"Kaspi"nin, azərbaycanca çıxan "Açıq söz"ün) adlarını çəkmək olar. Ən görkəmli
müsəlman xadimləri həbs edilir və güllələnirdi. Lakin ən dəhşətli nəticə Bakıda və
onun ətraf rayonlarında bolşevik hakimiyyətinin güclənməsi idi."
784
Bolşeviklər və
ermənilər tərəfindən dağıdılmış Azərbaycanda bərpa işlərinin başlanması, müttəfiq
qoşunlarının Bakıya daxil olması, Azərbaycan Parlamentinin təsis edilməsi və
fəaliyyəti səkkizinci bölmədə işıqlandırılırdı.
785
782
La Republique de l'Azerbaidjan du Caucase, p.18-19
783
Claims of the Peace Delegation of the Republic of Caucasian Azerbaijan presented to the Peace
Conference in Paris, p.20; La Republique de l'Azerbaidjan du Caucase, p.21
784
La Republique de l'Azerbaidjan du Caucase, p.22
785
La Republique de l'Azerbaidjan du Caucase, p.24-26
228
Memorandumun ən əhəmiyyətli bölmələri Azərbaycan Respublikasının
ərazisi və əhalisi ilə bağlı olan bölmələr idi. Ermənilərin, gürcülərin və iranlıların
konfransa təqdim etdikləri ərazi iddiaları bilavasitə Azərbaycana aid olduğu üçün
Azərbaycanın hüdudları barədə konfransın rəhbərlərində aydın təsəvvür
yaradılması zərurəti meydana çıxmışdı. Paris Sülh konfransına təqdim edilmiş
memorandumda Qafqaz Azərbaycanının ərazisi keçmiş inzibati bölgü sistemi üzrə
aşağıdakı qaydada verilirdi: 1. Bakı quberniyası. Bura Bakı şəhəri, habelə Bakı,
Cavad, Göyçay, Şamaxı, Quba və Lənkəran qəzaları daxildir. 2. Yelizavetpol
(Gəncə) quberniyası. Bu quberniyaya Yelizavetpol (Gəncə), Cavanşir, Nuxa, Ərəş,
Şuşa, Cəbrayıl, Zəngəzur və Qazax qəzaları daxildir. 3. İrəvan quberniyası. Bura
Naxçıvan, Şərur-Dərələyəz, Sürməli qəzaları, habelə Yeni Вəyazid, Eçmiədzin,
İrəvan və Aleksandropol qəzalarının bir hissəsi daxildir. 4. Tiflis quberniyasında
Borçalı, Tiflis və Sığnaq qəzalarının mühüm bir hissəsi də Azərbaycan ərazisidir.
5. Zaqatala qəzası. 6. Dağıstan regionunda Kurinə və Samur nahiyələrini əhatə
edən ərazinin bir hissəsi, habelə Dərbənd şəhəri və onun ətrafı da daxil olmaqla
Kaytaq-Tabasaran qəzasının bir hissəsi. 7. Yuxarıda adları çəkilən İrəvan və Tiflis
quberniyalarında,
habelə Zaqatala qəzasında mənsubiyyəti Azərbaycan,
Еrmənistan, Gürcüstan və Şimali Qafqaz respublikaları arasında iddialar doğuran
və sahəcə çox kiçik ərazilər də mövcuddur.
786
Ərazi məsələləri ilə bağlı memorandumda qeyd edilirdi ki, Azərbaycan
Respublikası Tiflis quberniyasındakı Axalsıx qəzasının, Batum, xüsusən də Qars
əyalətlərini öz ərazisinə daxil etməyə xüsusi əhəmiyyət verir. Göstərilən ərazilərlə
bağlı sənəddə yazılırdı: "Bu ərazilərin, xüsusən də Qars ətrafının sakinləri
azərbaycanlılarla eyni etnik qrupa daxildirlər, onların dini, adət-ənənələri,
vərdişləri, yaşayış tərzləri və məişətləri Azərbaycanın qalan hissələri ilə eyniyyət
təşkil edir. Bütün bunlardan sonra həmin ərazidə yaşayan müsəlmanların dəfələrlə
Azərbaycan hökumətinə Qars ətrafının respublikanın tərkibinə qatılması təklifi ilə
müraciət etmələrini başa düşmək olar. Türk qoşunları ölkəni tərk etdikdən, yerli
hökumət və parlament müttəfiq qoşunları komandanlığının nümayəndələri
tərəfindən buraxıldıqdan sonra, bu ərazilər qonşu respublikalar: Ermənistan (Qars)
və Gürcüstan (Ərdəhan) arasında bölüşdürüldükdən sonra həmin müraciətlər daha
da güclənmişdir. Bu bölgünü özbaşınalıq sayan Azərbaycan hökuməti yerli
əhalinin hisslərini tapdalayan həmin ədalətsizliyə qarşı qətiyyətlə etiraz edir və
bildirir ki, adları çəkilən ərazilərin əhalisi qonşu respublikaların hakimiyyətini
tanımaqdan birmənalı şəkildə imtina etmişdir. Yuxarıda qeyd olunduğu kimi,
Batum və Qars əyalətlərinin əhalisi həmin ərazinin Azərbaycan Respublikasının
tərkibinə qatılması təklifi ilə dönə-dönə bizə müraciət etmişlər. Bu faktlar bizim
respublikanı belə bir bəyanatla çıxış etməyə vadar edir ki, Batum və Qars
əyalətlərinin, habelə Axaltsıx qəzasının əhalisi talelərini öz istədikləri kimi
786
La Republique de l'Azerbaidjan du Caucase, p.27-28; Claims of the Peace Delegation of the
Republic of Caucasian Azerbaijan presented to the Peace Conference in Paris, p.27-28.
229
müəyyənləşdirməlidirlər. Bizim nöqteyi-nəzərimizə gəldikdə isə həmin ərazidə
müstəqil respublikanın yaradılması məsələnin ən yaxşı həlli olar, regionun maraq
və mənafeləri ilə bağlı problemlər yoluna qoyulardı."
787
Versal Sülh konfransına təqdim olunan memorandumdan məlum olur ki,
Azərbaycan Respublikası hökumətin nəzarəti altında olan mübahisəsiz ərazi
83.7866 kv. verstdir və yaxud 94.137,38 kv.km-dir. Bu da bütün Qafqazın 217.408
kv.verst və yaxud 247.376,15 kv.km olan ərazisinin 39 faizini təşkil edir.
788
"Azərbaycanın müstəqil siyasi mövcudluq hüququ Qafqaz respublikaları ilə
münasibətlər" adlı on ikinci bölmədə Versal sülh konfransında çoxlarını
maraqlandıran bu suallara ətraflı cavab verilmişdi: 1. Son vaxtlara qədər Rusiya
imperiyasının bir hissəsi olmuş Azərbaycan Rusiyanın keçmiş və indiki
öhdəliklərinə necə münasibət bəsləyir? 2. Onun qonşuları ilə - digər Qafqaz
respublikaları ilə münasibətləri necə olacaq?
789
Birinci sualla bağlı qeyd edilirdi ki, "bir ölkə daxilində ümumi həyat
keçirdiyimiz bir əsrin ağrı-acılarının üzərində dayanmadan biz ruslara öz
ərazilərində, öz yeni dövlətlərində səadət arzulayırıq. Azərbaycana gəldikdə isə o,
daha Rusiyanın bir hissəsi olmaq istəmir, о yalnız öz parlamentini və dövlətini
tanıyır."
790
Keçmiş rus borclarına münasibət demək olar ki, Versal Sülh
konfransında siyasi iqlimi müəyyən edən dövlətlərin hamısının mənafeyi olan
məsələ idi. Bununla bağlı memorandumda göstərilirdi: "Gənc Azərbaycan
Respublikası keçmiş Rusiyanın borclarının bir hissəsini ödəməyi öz üzərinə
götürür. Həmin borclar köhnə imperiyanın hissələri arasında ədalətli şəkildə
bölündükdən sonra Sülh konfransının maliyyə komissiyasının müəyyənləşdirdiyi
şərtlərə müvafiq qaydada ödəniləcəkdir."
791
Qonşu respublikalara münasibətlərlə bağlı ikinci suala gəldikdə Azərbaycan
Respublikasının diplomatik nümayəndəsinin hələ 1918-ci ilin noyabrında
İstanbulda Antantanın səlahiyyətli komissarına təqdim etdiyi memoranduma sadiq
qaldığı göstərilirdi. Digər məsələlərlə birlikdə həmin memorandumda Azərbaycan
Respublikasının belə bir istəyi öz əksini tapmışdı ki, Azərbaycan "öz
respublikalarını yaratmış qədim qonşuları ermənilər, gürcülər və Şimali Qafqaz
dağlıları ilə eyni nöqteyi-nəzərə əsaslanan dostluq əlaqələrinə girməyə hazırdır,
Azərbaycanın Sülh nümayəndəliyi belə bir fikrə mühüm diqqət yetirir ki, bütün bu
yerli Qafqaz xalqlarını bir-biri ilə müxtəlif sahələrdə, xüsusən də iqtisadiyyat
sahəsində ümumi maraq birləşdirir."
792
787
La Republique de l'Azerbaidjan du Caucase, p.28-29; Claims of the Peace Delegation of the
Republic of Caucasian Azerbaijan presented to the Peace Conference in Paris, p.28-29
788
La Republique de l'Azerbaidjan du Caucase, p. 30-31
789
La Republique de l'Azerbaidjan du Caucase, p.38-39
790
La Republique de l'Azerbaidjan du Caucase, p.39
791
La Republique de l'Azerbaidjan du Caucase, p.41
792
La Republique de l'Azerbaidjan du Caucase, p.43; ARDA, f.970, s.l, i.108, v.18
230
On üçüncü bölmə "Millətlər Cəmiyyəti. Azərbaycanlıların mövqeyi.
Bolşeviklərə qarşı mübarizədə türklərə müraciət" adlanırdı və burada Azərbaycan
Respublikasının Millətlər Cəmiyyətinə daxil olmaq, onun yüksək tribunasından
istifadə etmək arzuları əks etdirilirdi. Memorandumda deyilirdi: "Biz şübhə etmirik
ki, azərbaycanlılar da başqa millətlərlə bir sırada onun işində (Millətlər
Cəmiyyətinin - C.H.) yaxından çalışacaq, millətlərin sülhün bərqərar olunmasına
doğru yönəldilmiş səylərini bölüşdürəcək və öz imkanları daxilində Millətlər
Cəmiyyətinin bəşəriyyətin rifahına xidmət göstərən nəcib fəaliyyətində iştirak
edəcəkdir. Biz əminik ki, azərbaycanlılar bu beynəlxalq orqanda yüksək ədalət və
əxlaq nümunəsi ilə qarşılaşacaq, Millətlər Cəmiyyətinin simasında yuxarıda da
qeyd edildiyi kimi, müstəqil siyasi mövcudluq üçün maddi və mənəvi sərvətlərə
malik xalqın hüquqlarının müdafiəçisini görəcəyik."
793
Memorandumda Azərbaycan xalqının dünya xalqlarına tanıdılmasına, onun
haqqında obyektiv məlumat verilməsinə böyük əhəmiyyət verilirdi. Onun
müəlliflərinin fikrincə, Azərbaycan haqqında məlumatın azlığı ilə bağlı yaranmış
vəziyyətin səbəbkarı bir tərəfdən rus müstəmləkəçiliyi idisə, digər tərəfdən
azərbaycanlıların özləri idi. Bununla bağlı sənəddə qeyd edilirdi:
"Azərbaycanlıların səciyyəvi xüsusiyyəti onların hədsiz təvazökarlığıdır ki, bu da
onların özlərini təbliğ etməyə doğru atıla biləcək hər bir addımdan saxlayır.
Azərbaycanlılar özlərini gözə soxmağa, başqalarına nisbətən onların payına daha
çox düşən dərd və fəlakətləri uca səslə elan etməyə, hamıya çatdırmağa
öyrənməmişlər. Bütün bu dərd və fəlakətləri onlar səslərini çıxarmadan, mətbuat
vasitəsilə dünyaya car çəkmədən, millətlərə və dövlətlərə müraciətlə ağlayıb-
sıtqamadan içərilərində çəkirlər. Bu vəziyyət bir sıra nöqteyi-nəzərdən qüsur
sayılmalıdır: məhz azərbaycanlıların xarakterindəki həmin xüsusiyyət onların bir
sıra fəlakətlərinin mənbəyinə çevrilmiş və bu xalqa özünün milli fizionomiyasını
dolğunluğu ilə göstərməyə mane olmuşdur. Azərbaycanlılar haqqında Avropanın
və Amerikanın mətbuat orqanlarında bir sıra yalan məlumatların yazılmasına belə
şərait əsas vermişdir. Həmin məlumatların müəllifləri bir sıra hallarda fantaziyaya
güc vermiş, bəzən ictimaiyyətin diqqətinə təqdim etmək iddiasında olduqları
məsələyə nabələdliklərini nümayiş etdirmiş, əksər hallarda isə belə materiallar
bizim xalqa düşmənçilik məqsədi ilə, onu gözdən salmaq niyyəti ilə yazılmışdır.
Belə yazıların müəllifləri öz siyasi korluqları ucbatından Azərbaycan xalqına
gücləri çatana qədər ziyan vurmaq istəmiş və bu yolla da öz millətlərinə fayda
gətirmək fikrində olmuşlar."
794
Memorandumun sonuncu, on dördüncü bölməsində Azərbaycan sülh
nümayəndəliyi, onun Sülh konfransına ümidləri və Sülh konfransından tələbləri öz
793
La Republique de l'Azerbaidjan du Caucase, p.44-45; Claims of the Peace Delegation of the
Republic of Caucasian Azerbaijan presented to the Peace Conference in Paris, p.43-44
794
La Republique de l'Azerbaidjan du Caucase, p.45-46; Claims of the Peace Delegation of the
Republic of Caucasian Azerbaijan Presented to the Peace Conference in Paris, p.44
231
əksini tapmışdı.
795
Sənəd Azərbaycanın Sülh konfransına tələbləri ilə
tamamlanırdı. Orada Azərbaycan nümayəndə heyəti sülh konfransının və Antanta
dövlətlərinin mənəvi yardımına arxalanaraq bildirirdilər: "1. Qafqazın, xüsusən də
Azərbaycanın fiziki, iqtisadi və siyasi xilas yolu Rusiyanın sosial və siyasi
həyatından tamamilə ayrılmaqdadır. Həmin həyat bizə tamamilə yaddır. Biz ondan
xilas yolu axtarır və Müttəfiq dövlətlərin yardımına arxalanırıq; 2. Biz Qafqazda
artıq de fakto mövcud olan dövlətlərin tanınması məsələsini qoyuruq. Onlardan biri
də müstəqil Azərbaycan Respublikasıdır. Biz bu memoranduma belə bir inamla
yekun vururuq ki, xalqımızın maddi qüdrəti və mənəvi keyfiyyətləri, onun əxlaqi
dəyərləri, əməyə və təhsilə olan məhəbbəti, qayda-qanuna və dövlət prinsiplərinə
hörməti Azərbaycanın müstəqil respublika kimi bundan sonrakı mövcudluğuna ən
yaxşı zəmanətdir. Buna görə də, Azərbaycan Respublikasının sülh nümayəndəliyi
sülh konfransının qarşısında aşağıdakı tələblərin qoyulmasını təvəqqe edir:
Sülh konfransı Qafqaz Azərbaycanının Rusiya imperiyasından ayrılmasını
bəyənsin. Azərbaycan, sərhədləri memoranduma əlavə olunan xəritədə göstərilən
və Azərbaycan Demokratik Respublikası adı ilə tanınan tam müstəqil dövlət olsun.
Azərbaycan Respublikasının Sülh nümayəndəliyinin üzvləri Sülh konfransının və
onun komissiyalarının işinə cəlb olunsunlar. Azərbaycan Respublikası başqa
dövlətlər kimi yüksək himayəsi altında olmaq istədiyi Millətlər Cəmiyyətinin
üzvlüyünə qəbul edilsin.
796
Azərbaycan nümayəndələrinin tələbləri Parisdə ciddi müzakirələrə səbəb
oldu. Ərazi məsələləri ilə bağlı İran, Ermənistan və Gürcüstanın tələbləri kimi
Azərbaycanın tələbləri də şişirdilmiş tələblər hesab edilirdi. Xüsusən, Qars və
Batumun Azərbaycana verilməsi məsələsi о qədər də real qiymətləndirilmirdi.
T.Svyatoçevski yazır: "Azərbaycan hökuməti də tələblərinin sadəliyi ilə
fərqlənmədi... Bu tələblər coğrafi yaxınlıq prinsipinə məhəl qoymadan Cənubi
Qafqaz müsəlmanlarının paytaxtı Bakı olan ümumi bir dövlətdə birləşdirilməsi
məqsədi güdürdü". Lakin Azərbaycan nümayəndələri çıxış yolunu bu vilayətlərin
"paytaxtı Bakı olan ümumi bir dövlətdə" birləşdirilməsində deyil, həmin
vilayətlərdə yerli əhalinin iradəsinə uyğun olaraq respublika formasında müstəqil
dövlət yaradılmasında görürdülər.
Beləliklə, Parisdə olduğu ilk aylarda gərgin işləyən Azərbaycan
nümayəndələri Versalda hadisələrin siyasi axarını dərindən izləyib, ona fəal
qoşulacaqları məqamı gözləyirdilər. Ə.M.Topçubaşov Azərbaycan hökumətinə
göndərdiyi məlumatda yazırdı: "Doğrudur, biz bura başqalarından gec gəlmişik,
amma gözlənilməz nəticələr doğura bilən hadisələrin maraqlı vaxtına düşmüşük.
Bizim növbəmiz tezmi çatacaq - məlum deyil, amma qüvvəmiz çatıncaya qədər
doğma Azərbaycanın mənafeyini qorumaq mövqeyində dayanacağıq."
797
Bu
795
La Republique de l'Azerbaidjan du Caucase, p.48-49
796
La Republique de l'Azerbaidjan du Caucase, p.51
797
А.М.Топчибашeв. Письма из Парижа. Баку, 1998, с.40.
232
sözləri yazandan az sonra Azərbaycan nümayəndələri Parisdə, respublika hökuməti
isə Qafqazda təmsil etdikləri dövlətin müstəqilliyinə qarşı yönəlmiş "bölünməz
Rusiya" və "böyük Ermənistan" iddiaları ilə qarşılaşmalı oldular. 1919-cu ilin
yayında bu əsassız iddiaların dəf edilməsi Azərbaycan diplomatiyasının başlıca
vəzifəsi idi.
Dostları ilə paylaş: |