Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərb Universiteti Mülki müdafiə


Mülki müdafiənin mühafizə qurğuları, təyinatı və növləri



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə4/8
tarix10.10.2019
ölçüsü0,68 Mb.
#29324
1   2   3   4   5   6   7   8
022 Mulki mudafia Az


Mülki müdafiənin mühafizə qurğuları, təyinatı və növləri 

 

Mühafizənin  əsas  üsullarından  biri  mülki  müdafiənin  mühafizə 



qurğularından istifadə olunmasıdır. Mühafizə qurğuları əhalini nüvə, kimyəvi 

və  bakterioloji  silahlardan,  habelə  nüvə  partlayışları  zamanı  və  adi  qırğın 

vasitələri  işlədilərkən  yarana  biləcək  ikincili  (əlavə)  zədələyici  amillərdən 

qorumaq üçün nəzərdə tutulan xüsusi mühəndis qurğularıdır (tikililərdir).  

Mühafizə  qurğuları  aşağıdakı  növlərə  ayrılır:  sığınacaqlar,  radiasiya 

əleyhinə  daldalanacaqlar  və  sadə  daldalanaqlar.  İri  şəhərlərdə  və  vacib 

təsərrüfat  obyektlərində  sığınacaqlar  hələ  sülh  dövründə  təsərrüfat  planlarına 

müvafiq şəkildə tikilir.  

 

 

 

10. SIĞINACAQLAR 

 

Sığınacaq  adamları  müharibə  dövründə  kütləvi  qırğın  silahlarının 

zədələyici  amillərinin  təsirindən  mühafizə  etmək  üçün  nəzərdə  tutulan 

mühafizə qurğusuna deyilir. Sığınacaqların əksəriyyəti bina ilə birlikdə tikilir. 

Bu məqsədlə, adətən, istehsalat binalarının, ictimai binaların, yaşayış evlərinin 

zirzəmi  və  yarımzirzəmilərindən  istifadə  olunur.  Sığınacağı  binadan  ayrı 

qurğu  kimi də tikmək mümkündür. Belə sığınacaqlar tamamilə və  ya qismən 

yerin  altında  olur,  onların  üstü  və  yanları  torpaqla  örtülür.  Cürbəcür  yeraltı 

keçidləri və lağımları, metro stansiyalarını, dağ-mədən  yerlərini də  sığınacaq 

kimi  uyğunlaşdırmaq  mümkündür.  Sığınacaqlar  böyük  şəhərlərdə,  əsasən 

müharibə  zamanı  işləməsi  nəzərdə  tutulmuş  təsərrüfat  obyektlərində  tikilir. 

Sığınacaqlar  əsas  və  köməkçi  otaqlara  bölünür.  Əsas  hissədə  mühafizə  üçün 

nəzərdə  tutulmuş  otaqlar,  idarəetmə  məntəqəsi  yerləşir.  Sığınacaqlarda 

qorunanlarm rahatlığı üçün lazımi şərait  yaradılmalıdır: uzanmaq üçün iki-üç 

mərtəbəli  taxtlar,  aşağıda  isə  oturacaqlar  düzəldilməlidir.  Oturacaqların  sayı 


37 

qorunanların  80%-ni,  taxtların  sayı  isə  ikimərtəbəli  variantda  20%-ni, 

üçmərtəbəli variantda 30%-ni əhatə etməlidir.  

Adamlar hava həyəcanı siqnalı veriləndə sığınacaqlara daxil olurlar. Bu 

iş son dərəcə qısa müddətdə, cəld görülməli, heç bir çaxnaşmaya, təşvişə yol 

verilməməlidir.  Hər  kəs  özü  ilə  bir  qədər  azuqə  və  su  ehtiyatı  götürməlidir. 

Mühafizə  qurğularında  daldalananlar  daxili  qaydalara  ciddi  riayət  etməli, 

xidmət manqası üzvlərinin tövsiyələrini danışıqsız yerinə yetirməlidirlər. Belə 

sığınacaq adamların orada müəyyən müddət qala bilməsini təmin etməlidir.  

 

Radiasiya əleyhinə daldalanacaqlar (RƏD) 

 

Radiasiya əleyhinə daldalanacaqlar (RƏD) burada daldalanan adamları 



ərazinin  radioaktiv  zəhərlənməsi  zamanı  ionlaşdırıcı  şüalanmanın  zədələyici 

təsirindən,  işıq  şüalanmasından  və  qismən  də  zərbə  dalğasından  mühafizə 

etmək üçün nəzərdə tutulmuş mühafizə qurğusuna deyilir. Mühafizə əmsalına, 

yerinə və məqsədinə görə RƏD-ı qruplara ayırırlar. RƏD-ın daxili avadanlığı 

sığınacağın  adamlar  yerləşən  otağında  olduğu  kimidir.  Evlərin  zirzəmilərini, 

döşəməaltı  boşluqları,  ayrıca  tikilmiş  yeraltı  anbarları,  tərəvəz  anbarlarını, 

yeraltı  dağ-mədən  sahələrini  RƏD  kimi  düzəltmək  mümkündür.  RƏD 

düzəldilən  bütün  otaqların  divarlarında,  tavan  və  döşəməsində,  qapı  və 

pəncərələrində  hava  keçə  biləcək  bütün  deşik  yerlərini,  bacaları,  çatları 

müxtəlif üsullarla (suvaq çəkmək, əsgi tıxamaq, qalın kağız yapışdırmaq və s.) 

kipləşdirirlər.  Qapı  ilə  çərçivə  arasına  keçədən,  brezentdən  araqat  vurmaqla 

onun  kip  örtülməsinə  nail  olurlar.  Burada  adamların  müəyyən  müddət  qala 

bilməsi  üçün  hər  cür  şərait  yaradılır.  RƏD-in  əsas  otağında  havanın 

dəyişdirilməsi üçün süzgəcli sorucu  tərtibat  düzəldirlər. Burada da  adamların 

oturması  üçün  skamya  və  taxtlar  yerləşdirirlər:  bunların  sayını  elə  götürürlər 

ki, hər adam 7-8 saat uzanıb dincələ bilsin. Ərzaq məhsullarını saxlamaq üçün 

daldalanacağın  divarlarında  rəflər  düzəldirlər.  Mühafizə  qurğusunda  ona 

xidmət  edən  manqanın,  yaxud  MM  postunun  nümayəndəsi  yerləşdirilir. 

Adamların  hamısı  içəriyə  girən  kimi  bütün  qapılar  kip  bağlanır.  Xidmətçi 

heyətin  icazəsi  olmadan  mühafizə  qurğularından  çıxmaq  qadağandır.  Ancaq 

«Hava  həyəcanı  sovuşdu»  siqnalına,  yaxud  komendantın  sərəncamına  əsasən 

daldalanma yerlərini tərk etmək olar.  

 

Sadə daldalanacaqlar 

 


38 

Sadə daldalanacaqlar adamların işıq şüalanmasından mühafizəsini təmin 

edir,  həmçinin  nüvə  partlayışı  zamanı  ionlaşdırıcı  şüalanmanın  və  zərbə 

dalğasının  təsirini  xeyli  zəiflədir.  Bunlar  yarğanlardan,  səngərlərdən,  habelə 

zirzəmilərdən  və  qazılaraq  dərinləşdirilmiş  digər  tez  tikilən  müvəqqəti 

daldalanma  yerlərindən  ibarətdir.  Bunlar  nüvə  partlayışı  və  adi  silahların 

təsirindən bir qədər qorunmaq üçün əhəmiyyətlidir. Məsələn, üstüaçıq xəndək 

zərbə  dalğasının  təsirini  1,5-2  dəfə,  şüalanma  dərəcəsini  2-3  dəfə  zəiflədir. 

Üstü  örtülmüş  və  damı  torpaq  vasitəsi  ilə  60-70  sm-ə  çatdırılmış  xəndək  isə 

nüfuzedici  radiasiya  və  radioaktiv  şüalanmanı  200-300  dəfə  zəiflədə  bilər. 

Sadə  daldalanacaqların  tikintisinə  əhalinin  özü  cəlb  edilir.  Belə 

daldalanacaqlar,  adətən,  10-15  nəfərlik  olur  (ən  çoxu  50  nəfərlik).  Sadə 

daldalanacaqların hündürlüyü 1,8 metr, eni aşağıdan 0,8 metr, yuxarıdan 1,1-

1,2  metr  olmalıdır  və  oturmaq  üçün  hər  adama  0,6  metr  enində  sahə 

düzəldilməlidir. Sadə daldalanacağa bir və ya iki tərəfdən qapı qoyulur. Sadə 

daldalanacaqlar üçün elə yer seçilməlidir ki, subasma təhlükəsi olmasın. Sadə 

daldalanacaqlar bir-birindən ən azı 10 metr aralı olmalıdır.  

 

11. FƏRDİ MÜHAFİZƏ VASİTƏLƏRİ VƏ ONLARDAN 



İSTİFADƏ EDİLMƏSİ 

 

Əhalinin  mühafizə  qurğularında  daldalanması,  təhlükəli  sahələrdən 



köçürülməsi  ilə  yanaşı,  adamların  fərdi  mühafizə  vasitələrindən  vaxtında  və 

düzgün  istifadə  etməsi  də  çox  vacib  əhəmiyyətə  malikdir.  Mühafizə 

vasitələrindən  istifadə  edilməsi  lüzumu  onunla  izah  edilir  ki,  nüvə  silahı, 

kimyəvi və ya bakterioloji silah işlədilərkən əhali, o cümlədən mülki müdafiə 

dəstələrinin  şəxsi  heyəti  müəyyən  müddət  radioaktiv  maddələr  (RM), 

zəhərləyici  maddələr  (ZM),  yaxud  bakterioloji  vasitələrlə  (BV)  zəhərlənmiş 

sahələrdə qalmalı, ya da burada xilasetmə işləri aparmalıdır.  

 

Fərdi mühafizə vasitələri bunlardan ibarətdir: 

 



 



tənəffüs üzvlərinin mühafizə vasitələri; 

 



dəri səthinin mühafizə vasitələri; 

 



tibbi mühafizə vasitələri.  

 

Tənəffüs  üzvlərinin  mühafizə  vasitələrinə  əleyhqazlar,  respiratorlar  və 



əhalinin özü tərəfindən hazırlanan sadə vasitələr aiddir.  

39 

 

Əleyhqazlar 

 

Müasir  əleyhqazlar  adamın  tənəffüs  üzvlərini  və  gözlərini  havadakı 



zəhərləyici  maddələrin  (buxar,  duman,  qaz,  tüstü,  ZM  damcılarının), 

radioaktiv  maddələrin  təsirindən,  həmçinin  aerozol  halındakı  yoluxdurucu 

patogen  mikroorqanizm  və  toksinlərdən  mühafizə  etmək  üçün  kifayət 

dərəcədə  yüksək  qoruyucu  vasitələrə  və  istismar  göstəricilərinə  malikdir. 

Əleyhqazların  təcridedici  və  süzücü  növləri  olur.  Süzücü  əleyhqazlar 

(ümumqoşun,  mülki,  uşaq  əleyhqazları)  daha  geniş  yayılmışdır.  Onların  işi, 

içərisində fəallaşdırılmış kömür və aerozol əleyhinə (tüstü əleyhinə) süzgəclər 

olan  süzücü-uducu  qutunun  daxili  qatlarından  keçərkən  zəhərli  havanın 

süzülüb təmizlənməsi prosesinə əsaslanır.  

 

Təcridedici əleyhqazlar 

 

Təcridedici əleyhqazlar (İP-4, İP-5 tipli) və ya oksigen cihazları (KİP-5, 



KİP-7,  KİP-8)  adamın  tənəffüs  üzvlərini  ətrafdakı  havadan  tamamilə  təcrid 

edir,  nəfəs  almaq  üçün  regenerativ  (bərpaedici)  avadanlıqlardan  -  oksigen 

hasil  edən  regenerasiya  patronlarından  və  ya  oksigen  silindrlərindən  istifadə 

olunur.  Bu  maskalar  və  alətlər  havada  ZM-in  qatılığı  çox  yüksək  olduqda 

istifadə olunur.  

 

Respiratorlar 

 

Tənəffüs üzvlərini radioaktiv maddə və bakterial vasitə aerozollarından 



(tozlarından),  habelə  zəhərli  tüstülərdən  mühafizə  üçün  respiratorlardan 

istifadə oluna bilər.  



Respirator  –  nəfəs  orqanlarını  tozdan  və  zərərli  qazlardan  qoruyan 

cihazdır. Məsələn, havasında çoxlu zərərli toz olan zavodların işçiləri, eləcə də 

tarlalarda bitki mühafizəsi üçün kimyəvi maddələr tətbiq edən mexanizatorlar 

üzlərinə  sənaye  respiratoru  taxırlar.  Sənaye  respiratorları  nəfəs  orqanlarmı 

havada zərərli maddələr yolverilən yüksək konsentrasiyadan (YYK) ancaq 10-

15  dəfədən  artıq  olmadığı  hallarda  mühafizə  edir.  QTKM  (GTZM)-dən 

mühafizə  məqsədilə  respiratorlardan  (əgər  təlimatda  nəzərdə  tutulmayıbsa) 

istifadə  etmək  qadağandır.  R-2D  respiratoru  dörd  ölçüdə  (0,  1,  2,  3)  olur. 

Onun ölçüləri maskanın çənəaltı hissəsində rəqəmlərlə göstərilib. Respiratorun 


40 

lazımi  ölçüsünü  tapmaq  üçün  adamın  üzünün  uzunluğunu,  yəni  burunun 

yuxarı əsası ilə çənənin ən aşağı nöqtəsi arasmdakı məsafəni millimetr bölgülü 

xətkeşlə ölçürlər. Üzün uzunluğu 80-100 mm olduqda – sıfır ölçülü, 100-115 

mm  olduqda  –  birinci,  115-125  mm  olduqda  –  ikinci,  125  mm-dən  artıq 

olduqda – üçüncü ölçülü respirator lazımdır.  

Respiratoru geyməyə hazırlamaq üçün onu paketdən çıxarmaq (paketin 

yuxarı  tikişini  kəsməli  və  onu  səliqə  ilə  açmalı),  sonra  yarımmaskanı  və  baş 

qaytanlarını  nəzərdən  keçirib  sahmana  salmaq  lazımdır.  Əgər  respiratordan 

bundan  əvvəl  istifadə  edilmişsə,  onu  geyinməzdən  əvvəl  dezinfeksiya  etmək 

vacibdir. Bu məqsədlə onun daxili səthini əvvəlcə sabunlu suda isladılmış yaş 

tamponla,  sonra  isə  quru  tamponla  (əsgi  ilə)  silmək  lazımdır.  Bu  zaman 

yarımmaskanı  tərsinə  çevirmək  olmaz.  R-2D  respiratorunun  düzgün 

geyildiyini  və  üzə  kip  oturduğunu  yoxlamaq  üçün  sol  əlin  ovucu  ilə 

nəfəsvermə  klapanını  tutur  və  yüngülcə  nəfəs  verirlər.  Əgər  bu  zaman  hava 

yarımmaskanın  üzə  oturan  kənarlarından  çölə  çıxmırsa,  respirator  düzgün 

seçilmiş  və  qaydasında  geyilmiş  hesab  edilir.  Respiratoru  onun  nəfəsvermə 

klapanından  tutub  yarımmaskanı  yavaşca  aşağı  və  irəli  çəkməklə  çıxarırlar. 

Sonra  onun  daxili  səthini  silib  qurulayır,  təmizləyir  və  paketə  yerləşdirib 

paketin ağzını xüsusi halqa ilə bağlayırlar.  

Tənəffüs  üzvlərini  mühafizə  edən  ən  sadə  vasitələr.  Belə  vasitələrdən 

əhali respirator kimi istifadə edə bilər. 



 

Dərinin mühafizə vasitələri 

 

Dərinin  mühafizə  vasitələri  bədənin  açıq  sahələrini,  paltar  və  ya 



ayaqqabıları  onların  səthinə  zəhərli  maddə  damcıları,  yoluxucu  xəstəlik 

törədiciləri,  radioaktiv  toz  düşməsindən,  həmçinin  qismən  də  işıq 

şüalanmasının  təsirindən  mühafizə  etmək  üçün  nəzərdə  tutulmuşdur.  Bunlar 

tabel vasitələrinə (ümumqoşun mühafizə komplekti – ÜMK, yüngül mühafizə 

kostyumu  L-l)  və  əlaltı  vasitələrə  (məişət  paltarlarının  ünsürləri)  ayrılır. 

Mühafizə  prinsipinə  görə  tabel  vasitələrinin  süzücü  (havakeçirən)  və 

təcridedici (havakeçirməyən) növləri olur.  

Süzücü  materialdan  tikilən  mühafizə  paltarları  adi  parçadan  tikilib 

xüsusi  kimyəvi  məhlul  hopdurulmuş  geyimdən  ibarətdir.  Özünün  sanitariya-

gigiyenik xassələrinə görə belə paltarlar hər gün geyinmək üçün yararlıdır.  



41 

Hopdurulan  pasta  məhlulu  ya  zəhərləyici  maddə  buxarlasını  tutub 

saxlayan  (adsorbsiya  tipli),  ya  da  bu  buxarları  neytrallaşdıran  (hemosorbsiya 

tipli)  kimyəvi  maddələrdən  ibarətdir.  Alt  paltarlar,  şlemaltlıq  və 

hopdurulmamış  bir  cüt  portyanka  adamın  bədəninə  kombinezonun 

sürtünməsinin 

və 

kombinezona 



hopdurulmuş 

məhlulun 

dərini 

qıcıqlandırmasının  qarşısını  almaq  üçündür.  Dərini  təcridedici  mühafizə 



vasitələri  hava  keçirməyən  materiallardan  hazırlanır.  Bunlar  tam  hermetik 

(adamın  bütün  bədənini  örtüb  ZM  damcıları  və  buxarlarından  qoruyan 

kostyum  və  kombinezonlar),  qismən  hermetik,  yaxud  tamamilə  qeyri-

hermifiik  (plaşlar,  bürüncəklər,  önlüklər  və  s.)  ola  bilər.  Qismən  qeyri-

hermetik vasitələr (ümumqoşun mühafizə komplekti – ÜMK, yüngül mühafizə 

komplekti  L-l,  mühafizə  kombinezonu  və  ya  kostyumu)  əsasən  maye 

damcıları halındakı ZM-dən mühafizə edir.  

 

Dərini təcridedici mühafizə vasitələri 

 

Bu  vasitələr  hava  keçirməyən  materiallardan  hazırlanır.  Bunlar  tam 



hermetik,  qismən  hermetik  yaxud  tamamilə  hermetik  ola  bilər.  Qismən  və 

qeyri-hermetik əsasən maye damcıları halındakı ZM-dan mühafizə edir.  

 

Ümumqoşun mühafizə komplekti (ÜMK) 

 

Dərini  təcridedici  mühafizə  vasitələri  hava  keçirməyən  materiallardan 



hazırlanır.  Bunlar  tam  hermetik  (adamın  bütün  bədənini  örtüb  ZM  damcıları 

və  buxarlarından  qoruyan  kostyum  və  kombinezonlar),  qismən  hermetik, 

yaxud tamamilə qeyri-hermetik (plaşlar, bürüncəklər, önlüklər və s.) ola bilər. 

Qismən və qeyri-hermetik vasitələr (ümumqoşun mühafizə komplekti – ÜMK, 

yüngül  mühafizə  komplekti  L-l,  mühafizə  kombinezonu  və  ya  kostyumu) 

əsasən maye damcıları halındakı ZM-dən mühafizə edir.  

Ümumqoşun mühafizə komplekti ÜMK (şəkil 27) mühafizə plaşından, 

mühafizə  corablarından  və  mühafizə  əlcəklərindən  ibarətdir,  adətən, 

hopdurulmuş  üst  və  alt  paltarların  üstündən  geyilir.  Yüngül  mühafizə 

kostyumu  L-l  (şəkil  28)  rezinləşdirilmiş  parçadan  hazırlanan  başlıqlı 

gödəkcədən,  corablı  şalvardan,  ikibarmaqlı  əlcəklərdən  və  şlemaltlıqdan 

ibarətdir. Dərini təcrid edən mühafizə vasitələri MM dəstələrinin şəxsi heyəti 

üçün nəzərdə tutulmuşdur. Bunlardan ZM-in yüksək konsentrasiyası şəraitində 

iş  aparılarkən,  habelə  deqazasiya,  dezaktivasiya  və  dezinfeksiya  işləri  yerinə 



42 

yetirilərkən  istifadə  edilir.  Yadda  saxlamaq  lazımdır  ki,  təcridedici  mühafizə 

paltarlarında  qalmaq  müddəti  məhduddur.  Tutqun  və  küləkli  havada,  habelə 

kölgədə  işləyərkən  mühafizə  vasitələrində  qalmaq  müddəti  nisbətən  1,5  dəfə 

artırıla  bilər.  Radioaktiv  maddədən  (RM)  mühafizə  olunmaq  üçün  əhali  adi 

paltarları uyğunlaşdıra bilər. Belə paltarların hermetikliyini təmin etmək üçün 

onlara əlavə hissələr sinəbənd, başlıq, şalvarların yanda düymələnən yerlərinə 

xiştəklər  tikmək  lazımdır.  RM-dən  mühafizə  üçün  həmçinin  dəri  səthini 

qoruyan  əlaltı  vasitələrdən  (kipləşdirilmiş  məişət,  iş,  idman  paltarı  və 

ayaqqabılarından, digər geyimlərdən) istifadə oluna bilər.  



 

 

Dəri örtüyünün yardımçı mühafizə vasitələri 

 

Yardımçı  vasitələr.  Bədənin  səthini  radioaktiv,  kimyəvi  və  bakterial 

maddələrlə  zəhərlənmədən  qorumaq  üçün  adamların  öz  adi  paltar  və 

ayaqqabılarından  yardımçı  vasitələr  kimi  istifadə  etməyi  bacarması  kütləvi 

qırğın silahlarının, habelə radiasiya və kimya təhlükəli obyektlərdə baş verən 

qəzaların törədə biləcəyi tələfatı azaltmaqda böyük əhəmiyyətə malikdir.  

Adamın  bədənini  qoruyan  yardımçı  vasitələr  kimi,  hər  şeydən  əvvəl, 

xüsusi iş paltarlarından – kombinezonlardan, gödəkcə və şalvarlardan, başlıqlı 

xələtlərdən  istifadə  etmək  olar.  Belə  iş  paltarları,  adətən,  brezentdən, 

odadavamlı  və  rezinləşdirilmiş  parçadan,  qalın  mahuddan  və  digər  möhkəm 

parçalardan  tikilir.  Bu  cür  paltarlar  nəinki  bədənin  səthinə  radioaktiv  və 

bakterial  maddələrin  düşməsinin  qarşısını  alır,  həm  də  maye  damcıları 

halındakı  zəhərləyici  maddələri  müəyyən  müddət  ərzində  keçirmir.  Məsələn, 

brezent  geyimlər  (örtüklər)  maye-damcı  halındakı  zəhərləyici  maddələrdən 

qışda 1 saat, yayda isə 30 dəqiqə müddətində mühafizə edir. Rezinləşdirilmiş 

parçadan və ya səthinə xlorvinil plyonka çəkilmiş parçadan hazırlanan plaş və 

bürüncəklər  də  mühafizə  üçün  yararlıdır.  Qış  paltarları  –  qalın  mahuddan  və 

ya drap parçadan tikilmiş palto digər paltarlarla birlikdə maye-damcı halındakı 

zəhərləyici  maddədən  1  saata  qədər,  yayda  isə  20  dəqiqəyə  qədər,  pambıq 

ködəkçə  və  şalvar  2  saata  qədər  qoruyur.  Üst  paltarların  digər  növləri  də  – 

kostyumlar,  gödəkçələr,  şalvarlar,  köynəklər  və  s.  onları  müvafiq  surətdə 

uyğunlaşdırdıqdan  sonra  bədənin  səthini  mühafizə  edə  bilər.  Bu  məqsədlə 

müxtəlif idman kostyumlarından istifadə etmək daha yaxşıdır.  


43 

Ayaqları  mühafizə  etmək  üçün  işdə  və  məişətdə  işlədilən  rezin 

çəkmələrdən,  botinkalardan,  qaloşlardan  istifadə  etmək  lazımdır.  Rezin 

ayaqqabılar maye-damcı halındakı zəhərli maddələri 3-6 saat ərzində keçirmir. 

Gön və gönü əvəz  edən materiallardan tikilmiş ayaqqabılardan  istifadə oluna 

bilər.  Qeyri-rezin  ayaqqabıların  altında  qalın  kağız  sarımaq,  kağız  cırılmasın 

deyə, onun üstündən hər hansı parça dolamaq lazımdır.  

Əlləri  radioaktiv  və  bakterial  maddələrdən  mühafizə  üçün  rezin  və  ya 

dəri əlcəklərdən istifadə etmək olar.  

Adi paltarlar, adətən, hermetik olmur. Buna görə də belə  

paltarlardan  bədənin  səthini  qoruyan  vasitələr  kimi  istifadə  edərkən  onların 

hava  keçə  bilən  yerlərini  –  yaxası,  gödəkçənin  ətəkləri,  qolların  əlcəklə 

birləşən  və  şalvarların  balaqlarının  ayaqqabılarla  birləşən  yerlərini  diqqətlə 

kipləşdirmək lazımdır ki, bədənin səthi kənar mühitdən təcrid olunsun.  

Paltarların  bütün  düymələri  bağlanmalıdır,  yaxalığı  qaldırıb  üstündən 

boyunu  şərf  və  ya  yaylıqla  kip  bağlamaq,  paltarların  qollarını  biləklərdən 

bağlarla,  şalvarların  balaqlarını  çəkmələrin  üstündən  qaytanla  çəkib, 

bərkitmək lazımdır.  

 

Fərdi tibbi mühafizə vasitələri (FTMV) 

 

Fərdi  tibbi  mühafizə  vasitələri  fövqəladə  hallar  vaxtı  zədələnmiş 

əhalinin  profilaktikası  və  ona  tibbi  yardım  göstərmək  üçün  nəzərdə 

tutulmuşdur. Bu vasitələrin köməyi ilə zəhərlənmənin qarşısını  almaq, yaxud 

onu  xeyli  dərəcədə  zəiflətmək,  bir  sıra  zədələyici  amillərin  təsirinə  qarşı 

orqanizmin  dayanıqlığını  artırmaq  mümkündür.  Bunlara  radio-protektorlar, 

antidotlar  və  bakteriya  əleyhinə  maddələr,  habelə  qismən  sanitariya 

təmizlənməsi vasitələri aid edilir.  



Radioprotektorlar  ionlaşdırıcı  şüalanmanın  təsir  dərəcəsini  zəiflədən 

maddələrə  deyilir.  Hazırda  bunlardan  ən  çox  istifadə  ediləni  sistamin  adlı 

maddədir.  Sistamin  həblərini  şüalanmadan  30-40  dəqiqə  əvvəl  qəbul  etmək 

məslətdir.  

Orqanizmə  keçən  radioaktiv  maddələrdən  mühafizə  üçün  kompleks 

yaradan  maddələrdən,  adsorbentlərdən  kalium-yodid  maddəsindən  istifadə 

etmək olar. Antidotlar (zəhər əleyhinə dərman) ZM-in təsirinin qarşısını  alan 

və  ya  zəiflədən  maddələrdir.  Fosforlu  üzvi  maddələr  (FÜM)  əleyhinə  afin, 

taren,  ateopin  və  s.  sianidlərə  qarşı  amilnitrit,  propilnitrit  adlı  lüizitə  və  arsin 


44 

tərkibli digər maddələrə qarşı unitol adlı antidotlar mövcuddur.  

Bakteriya  əleyhinə  maddələr  spesifik  və  qeyri-spesifik  profilaktika 

vasitələrinə  ayrılır.  Spesifik  profilaktika  vasitələrinə  zərdablar,  vaksinlər, 

anatoksinlər aiddir.  

 

12. ƏHALİNİN KÖÇÜRÜLMƏSİ TƏDBİRLƏRİ 

 

Köçürülmə  tədbirlərinin  yerinə  yetirilməsi  fövqəladə  hallarda  əhalinin 



mühafizəsinin ən səmərəli üsullarından biridir.  

Köçürmə  tədbirləri  həm  sülh  dövründəki  fövqəladə  hallarda  (təbii 

fəlakətlər,  bədbəxt  hadisə  və  qəzalar  zamanı),  həm  də  müharibə  dövrünün 

fövqəladə  hallarında  (müasir  kütləvi  və  adi  qırğın  vasitələri  işlədilərkən) 

əhalinin  təhlükəsizliyini  təmin  etmək  üçün  həyata  keçirilir.  Köçürmə  insan 

həyatı  və  fəaliyyəti  üçün  təhlükə  yaranan  rayonlardan  əhalinin  mütəşəkkil 

surətdə  çıxarılıb  təhlükəsiz  rayonlarda  (zonalarda)  yerləşdirilməsi  üzrə 

tədbirlər kompleksidir.  

Köçürmə  tədbirləri  əhalini  təhlükəli  sahələrdən  (zədələnmə 

ocaqlarından)  vaxtında  çıxarmağa  və  bununla  da  fövqəladə  hadisələrin 

təsirindən törənən tələfatı maksimal dərəcədə azaltmağa imkan verir.  

Keçmiş  müharibələrdə,  xüsusən  də  1941-1945-ci  illər  müharibəsi 

dövründə  köçürmə  işləri  geniş  tətbiq  edilmişdir.  Sonralar  sülh  dövründə 

Ukraynada  yerləşən  Çernobıl  atom  elektrik  stansiyasında  qəza  ilə  əlaqədar 

geniş  köçürmə  işləri  aparılmış,  bu  stansiya  ətrafındakı  geniş  zonadan,  yəni 

Ukraynanın,  Belarusiyanın  və  Rusiya  Federasiyasının  bir  sıra  yaşayış 

məntəqələrindən əhali çıxarılmışdı.  

Daşkənddə  zəlzələ,  Gürcüstanda  daşqınlar,  Azərbaycanın  İsmayıllı 

rayonunda sürüşmə və digər fövqəladə hallarla əlaqədar köçürmə işləri həyata 

keçirilmişdir.  

Keçmişdə  həyata  keçirilən  köçürülmə  tədbirləri  müasir  dövrdəki 

müharibələr şəraitində nəzərdə tutulan köçürülmələrdən prinsipcə fərqlidir.  

Köçürmə  tədbirləri  düşmən  tərəfindən  müasir  adi  silahlar  və  kütləvi 

qırğın  vasitələri  tətbiq  edilməsi,  həmçinin  təbii  fəlakətlər,  güclü  istehsalat 

qazaları 

baş 


verməsi 

ehtimalı 

nəzərə 

alınmaqla 



çox-variantlı 

planlaşdırılmalıdır.  Yaranmış  vəziyyətdən  asılı  olaraq  köçürmə  işləri  həmin 

vəziyyət  üçün  nəzərdə  tutulan  variantda  yerinə  yetirilməlidir.  Köçürülmənin 

mahiyyəti ondan ibarətdir ki,  iri şəhərlərdən, vacib obyektlərdən  və  təhlükəli 



45 

sahələrdən  əhali  əvvəlcədən  çıxarılıb  şəhərdən  kənar  zonadakı  az  təhlükəli 

rayonlarda yerləşdirilir. Bunun sayəsində iri şəhərlərin əhalisinin sayı dəfələrlə 

azaldılır,  şəhərlərdə  qalan  (vacib  obyektlərdə  işləyən)  adamların  mühafizə 

qurğularında  daldalandırılması  işi  yüngülləşir,  müasir  qırğın  vasitələrinin 

təsirindən  baş  verə  biləcək  tələfatı  maksimal  dərəcədə  azaltmaq  imkanı 

yaranır.  Müharibə  dövründə  təhlükəli  rayonlarda  işini  davam  etdirən 

obyektlərin fəhlə və qulluqçuları köçürülüb təhlükəsiz zonada yerləşdiriləndən 

sonra  təhlükəli  rayona  növbələr  üzrə  işə  gətirilir  və  işdən  sonra  dincəlmək 

üçün  yeni  təhlükəsiz  yerə  aparılır.  Əhalinin  köçürülməsi  istehsalat  ərazi 

prinsipi  üzrə  təşkil  edilir.  İstehsalat  ərazi  prinsipi  fəhlələrin,  qulluqçuların, 

digər  işçilərin  və  onların  ailə  üzvlərinin,  ali  və  orta  ixtisas  məktəb 

tələbələrinin,  lisey  və  orta  məktəb  şagirdlərinin  obyektlər  üzrə  təhlükəli 

rayonlardan çıxarılıb təhlükəsiz zonada yerləşdirilməsini nəzərdə tutur. Qalan 

əhali  isə  ərazi  prinsipi  üzrə  yaşayış  yerlərindən  köçürülür.  Əhalinin 

köçürülməsi  kombinasiyalı  üsuldur:  bu  zaman  adamların  əksəriyyəti  piyada 

bir  qismi  isə  əldə  olan  bütün  nəqliyyat  vasitələri  ilə  təhlükəli  zonalardan 

dərhal çıxarılır.  

Əhalinin  köçürülməsi  işini  bilavasitə  yerinə  yetirmək  üçün  köçürmə 

komissiyalarının qüvvələri ilə toplanış-köçürmə məntəqələri (TKM) açılır. Bu 

məntəqələr, adətən, adamlar nəqliyyat vasitələrinə mindiriləcək meydançaların 

və yolların yaxınlığındakı məktəb, klub binalarında və başqa ictimai binalarda 

açılır.  Müxtəlif  əhali  qrupları  toplanış-köçürmə  məntəqələrinə  əvvəlcədən 

obyektlər  üzrə  təhkim  edilir.  Toplanış-köçürmə  məntəqəsinə  gələn  əhali 

burada  qeydə  alınır.  Sonra  köçürüləcək  əhali  qruplara  ayrılır:  nəqliyyat 

vasitələrində  aparılacaq  adamlar  nəqliyyat  vasitələrinin  növləri  üzrə  (qatarlar 

və  avtomobil  dəstələri),  şəhərdən  piyada  çıxarılacaq  adamlar  isə  piyada 

dəstələri üzrə qruplaşdırılır.  

Köçürmə  üzrə  qəbuletmə  məntəqələrinin  işçiləri  gətirilən  əhalinin 

qarşılanmasını, qeydə alınmasını və yerləşdirilməsini təşkil edir.  

Köçürmə zamanı  ən  lazımi şeyləri – paltar, ayaqqabı, alt paltarı, yataq 

ləvazimatı və bütün sənədləri götürürlər.  

Təhlükəsiz  rayonların  əhalisi  isə  təhlükəli  zonalardan  köçürülüb 

gətirilmiş  əhalinin  həyat  şəraitinin  təmin  olunması:  radiasiya  əleyhinə 

daldalanacaqlar  düzəldilməsi,  tənəffüs  üzvlərini  qoruyan  ən  sadə  mühafizə 

vasitələri  hazırlanması,  ictimai  binaların  yaşayış  yeri  kimi  uyğunlaşdırılması, 



46 

əl  altında  olan  materiallardan  məişət  əşyaları  (çarpayı,  kürsü,  döşək  və  s.) 

düzəldilməsi işlərində fəal iştirak etməli, yardım göstərməlidir.  

 

 



 

 

 



 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin