Sarğı və sarğı qoymaq haqqında anlayış
Sarğı materialı və ondan istifadə etmək qaydaları. Yaranın üstünü
örtmək üçün işlədilən parça materiallara sarğı materialı deyilir. Sarğı materialı
hiqroskopik (yaxşı nəmçəkən) olmalı, yəni yaradakı qanı və irini hopdurmalı,
tez qorumaq və asanlıqla sterilləşmək xassələrinə malik olmalıdır. Əsas sarğı
materialları tənzifdən, ağ pambıqdan, liqnindən (ağac pambığı), ləçəkdən
(üçbucaq formalı pambıq parçadan) ibarətdir. Tənzifdən istifadə edilməklə
tabel sarğı vasitələri hazırlanır. Bunlar fərdi sarğı paketləri, müxtəlif ölçülü
steril və qeyri-steril bintlər, böyük və kiçik steril salfetlər və steril sarğılardır.
Bunlardan başqa, xəstəxanaların cərrahiyyə və sarğı şöbələrində tənzifdən və
ya kiçik salfetlərdən tənzif kürəciklər, tamponlar, yastıqçalar, tənzif dolaqları
düzəldilir ki, bunlardan da sarğı qoyarkən və cərrahiyyə əməliyyatları zamanı
istifadə edilir.
Sarğıların növləri, onların qoyulması qaydaları. Yaraların
yoluxmasının və ağırlaşmasının qarşısını almaq üçün görülən ilk profilaktik
tədbir onlara mümkün qədər tez aseptik sarğı qoymaqdır.
56
Bütün yaralara steril (mikrobsuz, təmiz) sarğı qoyulur. Sarğı yaranın
üstünü sarıyıb-örtən sarğı materialından ibarətdir. Yaranın sarınması prosesinə
sarğı qoymaq deyilir. Sarğı, yaraya mikrob düşməsinin qarşısını alır,
qanaxmanın dayanmasına kömək edir, ağrıları azaldır. Sarğı iki hissədən:
yaraya toxunan daxili hissədən və sarğıya bərkidib onu yaranın üstündə
saxlayan xarici hissədən ibarət olur. Sarğılar yumşaq (tənzif, parça, sintetik
material sarğılar), bərkiyən (gips, nişasta sarğılar), sərt (müxtəlif
materiallardan hazırlanmış şin sarğılar), sıxıcı sarğılar, yapışqan sarğılar və
digər növləri olur. Yumşaq sarğılar yarada bərkidilməsi üsuluna görə bint
sarğılar, ləçək sarğılar, sapandvan sarğılar və s. növlərə ayrılır. Birinci dəfə
qoyulan sarğı ilk steril sarğı adlanır. Yaraya steril sarğı qoyarkən nəzərə almaq
lazımdır ki, hətta ən kiçik yara belə, zədələnmiş adamın həyatı üçün təhlükə
törədir, çünki o, cürbəcür mikroblarla yoluxma mənbəyinə çevrilə bilər. İlk
sarğı qoymazdan əvvəl, yaranı çirkləndirmədən və yaralıya əlavə əziyyət
vermədən, yara yerini açmaq lazımdır. Yaranın xarakterindən, havadan və
yerli şəraitdən asılı olaraq üst paltarları ya soyundurulur, ya da tikiş yeri ilə
kəsib çıxarılır. Paltarı əvvəlcə sağlam sonra isə zədələnmiş ətraflardan (qol və
qıçlardan) çıxarırlar. İlin soyuq vaxtında soyuqlamanın, qarşısını almaq
məqsədilə, habelə təcili surətdə ilk yardım göstərilən hallarda ağır yaralıların
paltarlarını yara yerinin ətrafında kəsirlər. Yaraya yapışmış paltarı dartıb
qoparmaq olmaz; belə paltarı yaranın kənarı boyu ehtiyatla qayçılamaq, sonra
isə sarğı qoymaq lazımdır. Çıxarılmış paltarı əks ardıcıllıqla, yəni əvvəlcə
yaralı, sonra isə sağlam ətraflara geydirirlər. Sarğı qoyarkən çalışmaq lazımdır
ki, bu, yaralıda əlavə ağrı törətməsin. Bədənin sarğı qoyulan hissəsi tərpənməz
halda olmalıdır. Yaranın üzərinə əvvəlcə steril tənzif, sonra isə pambıq
qoyurlar. Binti sağ əldə saxlamaq, sol əllə sarğını tutmaq və bintin dolaqlarını
düzəldib hamarlamaq lazımdır. Bintin yumağını sarğı yerindən
uzaqlaşdırmadan, binti soldan sağa doğru elə sarıyırlar ki, onun hər qatı
(dolağı) əvvəlki qatın eni boyunca yarısını əhatə etsin (ikinci qatdan başqa;
sarğı sürüşməsin deyə, adətən, ikinci qatı birinci qatın üstundən dolayırlar).
Dolaqlar arasında boşluq qalmamalıdır. Sıxıcı sarğı tələb olunmayan hallarda
binti çox bərk dartar ki, qan dövranı pozulmasın, lakin elə bərkidirlər ki, sarğı
boşalıb özü-özünə açılmasın. Əl və ayaqları onların uclarından başlayaraq
sarıyırlar, bu zaman barmaqların ucları açıq qalmalıdır. Sarğının son dolağını
57
təhlükəsiz sancaqla (ingilis sancağı) bərkidir və ya bintin ucunu ortadan iki
hissəyə bölərək düyünləyirlər. Düyün yaranın üstünə düşməməlidir.
Aseptika və antiseptika haqqında anlayış. Yaraların mikroblarla
çirklənmədən qorunmasında və yoluxub ağırlaşmasının qarşısının alınmasında
aseptika və antiseptika çox vacib əhəmiyyətə malikdir.
Aseptika cərrahiyyə əməliyyatları, sarğıqoyma zamanı, elecə də
müalicə işləri yerinə yetirilərkən yaralı və ya xəstənin yarasına, toxumalarına,
orqanizminə infeksiya törədicilərinin düşməsinin qarşısını almağa yönəldilən
tədbirlərə deyilir. Mikroblardan tamamilə təmizlənmiş materiallara, alətlərə,
sarğı vasitələrinə steril əşyalar deyilir. Bu əşyalardakı hər cür mikrobların
məhv edilməsi prosesi isə sterilizasiya adlanır. Buna, əsasən, fiziki üsulla nail
olunur.
Antiseptika isə yaradakı, toxumalardakı və ya bütünlüklə orqanizmdəki
mikrobların məhv edilməsinə yönəldilmiş müalicə-profilaktik tədbirləridir. Bu
tədbirlər kimyəvi və bioloji üsullarla yerinə yetirilir. Mikroblara məhvedici
təsir göstərən çoxlu kimyəvi maddələr və dərmanlar, habelə bioloji preparatlar
mövcuddur. Belə maddələr antiseptik maddə adlanır. Yod cövhəri, tibbi spirt,
xloramin, rivanol, kalium-permanqanat məhlulları və s. kimi antiseptik
maddələrdən daha geniş istifadə edilir.
Fərdi sarğı paketi
Fərdi sarğı paketi ölçüləri 32x17,5 sm olan iki pambıq tənzif
yastıqçadan və eni l0 sm, uzunluğu 7m olan bintdən ibarətdir. Yastıqçalar və
bint sterildir, mumlu (perqament) kağıza bükülmüşdür. Paketin xarici örtüyü
rezinli parçadan hazırlanmışdır.
Sarğı qoyarkən paketi sol əllə tutub, sağ əllə onun xarici örtüyünü
kəsmə xətti üzrə cırırlar. İkitərəfli yaralanma zamanı, hərəkət edən yastıqçaları
bint boyu lazımi məsafəyə çəkib, yaranın giriş və çıxış deşiklərinin üzərini
örtürlər. İkiyastıqçalı paketlərdən əlavə, tərpənməz biryastıqçalı paketlər də
vardır.
Steril və qeyri-steril bintlər sarınmış halda olan tənzif zolaqdan
ibarətdir. Bintin sarınmış hissəsinə bintin yumağı, sərbəst ucuna isə bintin ucu
deyilir. Steril bintlər perqament kağıza hermetik bükülü olur.
58
Steril salfetlər bir neçə qat qatlanmış və hərəsində 20 ədəd olmaqla
mumlu kağıza hermetik bükülmüş dördkünc tənzif parçalarından ibarətdir.
Böyük salfetlərin ölçüləri 70x68 sm, kiçik salfetlərinki 68x35 sm-dir.
Kiçik steril sarğı eni 14 sm, uzunluğu isə 7 m olan bintdən və onun
ucuna tikilmiş 56x29 sm ölçülü bir pambıq tənzif yastıqçadan ibarətdir.
Böyük steril sarğının isə 65x45 sm ölçülü yastıqçası olur ki, ona
bərkidici altı qaytan tikilmişdir. Sarğıdan geniş yaralar və yanıqlar zamanı
istifadə edilir.
Steril pambıq 25 və 50 qramlıq, qeyri-steril pambıq isə 50 və 250
qramlıq bağlamalarda buraxılır və yaraya sıxıcı sarğı qoyarkən işlədilir.
Kompres pambığı (boz pambıq) şin salarkən yumşaq altlıq və kompres
(yaş sarğı) üçün işlədilir. Adi pambığı liqninlə əvəz etmək olar.
Ləçək sarğılar başa, sinəyə, bazu, dirsək, diz oynaqlarına, ələ, ayağa,
aralığa sarğı qoyanda işlədilir. Ləçək steril deyilsə, onda yaranın üstünü
əvvəlcə steril bintlə örtür, sonra onu ləçəklə bərkidirlər.
Tabel sarğı materialı olmadıqda və ya çatışmadıqda əlaltı vasitələrdən
istifadə edirlər. Bu məqsədlə Maştafarov sarğıları daha rahat və sərfəlidir.
Onları müxtəlif ölçüdə parça (döşəkağı, alt köynək və s.) hissələrindən istifadə
etməklə hazırlayır və bərkitmək üçün uclarını kəsib bağ kimi istifadə edirlər.
Əvvəlcə yaranın üstünə steril bint və ya salfet (lazımi hallarda, həmçinin
pambıq) qoyur, sonra sarğının uclarını bağ kimi düzəldilmiş parça ilə sarıyıb
bərkidirlər. Sinəyə, süd vəzilərinə, qarına, ətraflara Maştafarov sarğısı qoymaq
olar.
Qanaxnıalar zamanı ilk tibbi yardım
Qanaxmanı müvəqqəti dayandırmaq üsulları. Qanaxmanın növündən
(arterial, venoz, kapillyar) və ilk tibbi yardım göstərərkən əldə olan
vasitələrdən asılı olaraq qanaxmanı müvəqqəti və ya tamamilə dayandırırlar.
Xarici arterial qanaxmanı müvəqqəti dayandırmaq üsulları
Zədələnmiş qan damarını sümüyə barmaqla sıxmaq, turna və ya burmac
qoymaq, qol və qıçı oynaqda sonadək büküb və ya açıb bu vəziyyətdə
bərkitməkdən ibarətdir.
Xarici venoz və kapillyar qanaxmalar yaraya sıxıcı steril sarğı qoymaq
və bədənin yaralı yerini gövdəyə nisbətən bir qədər hündürdə saxlamaqla
59
müvəqqəti dayandırılır. Bir sıra hallarda venoz və kapillyar qanaxmaların
müvəqqəti dayandırılması bu qanaxmaların tamamilə dayandırılması halına
keçə bilər.
Arterial qanaxmanın, bir sıra hallarda isə venoz (vena) qanaxmanın
tamamilə dayandırılması yarada cərrahiyyə əməliyyatı zamanı yerinə yetirir.
Qanaxmanı müvəqqəti dayandırmaq üçun arteriyaların barmaqla
sıxılma yerləri. Arterial qanaxmanı müvəqqəti dayandırmağın ən asan və cəld
üsulu arteriya damarını yaralanmış yerdən yuxarıda barmaqla basıb sıxmaqdır.
Arteriya damarnı, damar sümüyün üstündən və ya yaxınlığından keçən
yerlərdə sıxırlar
Arteriya damarlarının sıxılması yerləri bunlardır:
1) Gicgah arteriyasını (1) – başda olan yaranın qanaxması zamanı qulaq
seyvanından öndə gicgah sümüyünə baş barmaqla sıxırlar.
2) Alt çənə arteriyasını (2) – yanaqda olan yaranın qanaxması zamanı alt
çənə sümüyünün arxa hissəsinə baş barmaqla sıxırlar.
3) Ümumi yuxu arteriyasını (3) – zədələnən yerdən aşağıda boynun ön
səthində qırtlağın yanından boyun fəqərələrinə sıxırlar. Sonra sıxıcı sarğı
qoyur, sarğının altında isə arteriyanın zədələnmiş yerinə bintdən,
salfetlərdən və ya pambıqdan düzəldilmiş yastıqça yerləşdirirlər.
4) Körpücükaltı arteriyasını (4) – bazu oynağında, bazunun yuxarı
hissəsində və ya qoltuqaltı çökək nahiyələrində qanaxma zamanı,
körpücükaltı çökəkdə 1-ci qabırğaya sıxırlar.
5) Qoltuq artetiyasını (5) – yara bazunun orta və ya aşağı üçdə bir hissəsində
olarkən bazu sümüyünün başcığına sıxır, bunun üçün baş barmağı bazu
oynağının yuxarı səthinə-dayayaraq, qalan barmaqlarla arteriyanı basırlar.
6) Bazu arteriyasını (6) – bazunun daxili tərəfindən, ikibaşlı əzələnin
yanından bazu sümüyünə sıxırlar.
7) Mil arteriyasını (7) – əlin arteriyaları zədələnərkən biləkdə baş barmaqla
mil sümüyünə sıxırlar.
8) Bud arteriyasını (8) – qasıq nahiyəsində
4banağın
qasıq sümüyünə
yumruqla basıb sıxırlar (bud arteriyası orta və ya aşağı üçdə bir hissədə
zədələnərkən).
9) Dizaltı arteriyanı (9) – diz və topuq nahiyələrindəki arterial qanaxmalar
zamanı dizaltı çökəkdə sıxırlar, bu məqsədlə hər iki əlin baş barmaqlarını
60
diz oynağının ön səthinə qoyub digər barmaqlarla arteriyanı sümüyə
sıxırlar.
10) Ayaqarxası arteriyanı (10) – onun altındakı sümüyə sıxmaq, sonra isə
ayağa sıxıcı sarğı qoymaq olar; güclü arterial zamanı baldır nahiyəsinə
turna qoymaq mümkündür.
Qanaxmanı dayandırmaq üçün turna (burmac) qoymaq və əlaltı
vasitələrdən istifadə qaydaları. Turna (burmac) qoymaq ətrafların iri arteriya
damarlaın zədələnərkən qanaxmanı müvəqqəti dayandırmağın əsas üsuludur.
Turna uclarında zəncir (halqa) və qarmaq olan 1, 5 m uzunluqda rezin
borucuqdan, yaxud elastik enli rezin lentdən ibarətdir. Rezin turnalarla yanaşı,
toqqalı parça turnalar da işlədilir. Burmac isə bu məqsədlə əlaltı vasitələrdən
hazırlanır. Turnanı (burmacı) yalnız bədənin ətraflarına (əl-ayağa) salmaq olar.
Turna buda, baldıra, bazuya, bazuönünə – qanaxma yerindən yuxarıda,
yaranın yaxınlığında, paltarın üstündən və ya dəri sıxılıb əzilməsin deyə,
yumşaq bint sarğının üstündən qoyulur. Turnanı o dərəcədə sıxmaq lazımdır
ki, qanaxma dayansın. Turna həddən artıq sıxılarkən kənarların sinirləri xeyli
dərəcədə zədələnir. Turna kifayət dərəcədə tarım olmadıqda isə arterial
qanaxma daha da güclənir, çünki bu zaman yalnız vena damarları sıxılır və
nəticədə ətraflardan qan aparılmır.
Turnanın nə vaxt qoyulduğunu (tarix, saat və dəqiqə göstərilməklə) bir
parça kağızda qeyd edib, kağızı nəzərə çarpan yerdə turnanın qatı altına
qoyurlar. Turna qoyulmuş ətrafı isti şeylə örtürlər (xüsusən qışda), lakin
buraya qrelka qoymaq olmaz. Turna qoyulmuş yaraya şpris-tunik vasitəsilə
ağrıkəsən dərman vururlar.
Qapalı zədələnmələr zamanı ilk tibbi yardım
Qapalı zədələnmələr barədə anlayış. Qapalı zədələnmələr, əsasən, dəri
səthinin bütövlüyü pozulmadan bədənin dərialtı toxumalarının və daxili
orqanların əzilməsindən, beyin sarsıntısından, orqanizmin ümumi
kontuziyasından, oynaq bağlarının sərpməsindən, çıxıqlardan və s. ibarətdir.
Əzilmə zamanı bədənin səthindəki toxumalar və daxili orqanlar
zədələnə bilər. Bədənin səthində yumşaq toxumalar əzilərkən ağrı, şiş və
qançırolma halları baş verir. Bunlar əzilmənin əsas əlamətləridir. 1% hallarda
ilk tibbi yardım göstərərkən sıxıcı sarğı qoyur, buz qovuğundan (içərisinə buz
61
doldurulmuş rezin torba) istifadə edir, əzilmiş yeri rahat vəziyyətdə
saxlayırlar.
Döş qəfəsinin və qarın nahiyəsinin güclü əzilməsi zamanı daxili
orqanlar: ağciyərlər, qaraciyər, dalaq, böyrəklər zədələnə bilər. Belə orqanlar
zədələnərkən ağrılar və çox vaxt daxili qanaxmalar baş verir. Əzilmə yerinə
buz qoymaq və belə adamları dərbal tibb müəssisəsinə çatdırmaq lazımdır.
Baş güclü zərbəyə məruz qaldıqda beynin zədələnməsi (əzilməsi və
sarsıntısı) mümkündür. Beyin əzilərkən baş ağrıları, ürək bulanması, bəzən isə
qusma halları olur, lakin adam huşunu itirmir. Beyin sarsıntısında isə adam
huşunu itirir, ürək bulanması və qusma, güclü baş ağrıları, başgicəllənməsi
olur. Beynin əzilməsi və sarsıntısı zamanı ilk yardım zədələnmiş adamın tam
rahatlığını təmin etməkdən ibarətdir. Adamın bütün bədəni çox güclü zərbəyə
məruz qaldıqda ümumi kontuziya baş verə bilər ki, bu zaman adam, adətən,
huşunu itirir, baş gicəllənməsi, nitqin, eşitmə və görmə qabiliyyətinin
pozulması, yaddaşın zəifləməsi və va tamamilə itirilməsi halları baş verir.
Belə adamları dərhal və ehtiyatla tibb məntəqəsinə çatdırmaq lazımdır.
Əzilmə zəhərlənməsi hallarında ilk tibbi yardım. Güclü qəzalar və
zəlzələ zamanı adamlar uçqun altında qala bilərlər. Bədənin müxtəlif
hissələrinin yumşaq toxumaları, qollar və qıçlar uzun müddət basılmış halda
qalarkən ətrafların davamlı sıxılması sindromu və ya əzilmə zəhərlənməsi
(travma toksikozu) adlanan çox ağır zədələnmə meydana çıxa bilər.
Əzilmə zəhərlənməsinin inkişafında üç dövr nəzərə çarpır: ilkin, orta və
son dövrlər. İlkin dövrdə zəhərlənmədən dərhal sonra və 2 saat ərzində yaralı
həyəcanlı olur, huşunu itirmir, uçqundan xilas olmağa çalışır, köməyə çağırır.
Uçqun altında qalandan 2 saat sonra orta dövr başlanır: orqanizmdə
zəhərlənmə halları inkişaf edir, zədələnmiş adam nisbətən sakitləşir, suala
cavab verir, mürgüləməyə başlayır. Belə adamlar ağızda quruma hiss edir,
susayır, halsızlaşırlar.
Uçqun altından çıxarılandan sonra (üçüncü dövr) onlarda söhbətcillik,
ətfafdakı hadisələrə uyğun olmayan davranış, titrəmə müşahidə edilir; ağır
hallarda adamın ümumi halı kəskin surətdə pisləşir və ölüm baş verir.
Əzilmə zəhərlənmə olan adamlar bədənin zəhərlənmiş sahəsindəki
ağrılardan, ürək bulanmasından, baş ağrılarından şikayətlənirlər. Bədənin
zədələnmiş sahəsində, altında qaldığı əşyanın çıxıntılı hissələrinin formasına
oxşayan sıxıntı və əzilmə yerləri nəzərə çarpır. Dəri avazımış, bəzi yerlərdə
62
göyərmiş və soyuq olur. Zədələnmiş ətraf xilas edildikdən 30-40 dəqiqə sonra
şiddətlə şişməyə başlayır.
Uçqun altında qalmış adamı aşkar edərkən ən əvvəl uçqunu nəzərdən
keçirmək və adamı oradan xilas etmək üçün tədbir görmək lazımdır. Uçqunu
ehtiyatla sökmək lazımdır, çünki o aşağı çöküb əlavə zədələnməyə səbəb ola
bilər. Adamı ancaq onu əzən uçqun hissələrini kənar etdikdən sonra uçqunun
altından çıxarmaq olar.
İlk tibbi yardım göstərərkən yaranın sıyrıq yerinin üfsirinə steril sarğı
qoyurlar. Əgər adamın ağır zədələnmiş ətrafları (qol-qıçı) soyuyubsa və ya
göyəribsə, əzilmiş yerdən yuxarıda turna qoyurlar. Bu, əzilmiş yumşaq
toxumalarda əmələ gələn zəhərli maddələrin qan dövranına qoşulmasının
qarşısını alır. Ətraflar soyumayan və çox ağır zədələnməyən hallarda onlara
sıxıcı bint sarğısı qoyurlar. Turna və ya sıxıcı sargı qoyandan sonra adama
şpris-tübik vasitəsilə ağrıkəsən dərman vururlar. Zədələnmiş ətrafları, sınıq
olmayan hallarda belə, şindən və ya əlaltı vasitədən istifadə etməklə
tərpənməz vəziyyətə salırlar (immobilizasiya edirlər).
İlk tibbi yardım göstərməyə başlayan andan yaralıya qaynar çay, qəhvə,
hər dəfə 2-4 q (sutkada 20-40 q) çay sodası qatılmış çoxlu su içirtmək
lazımdır. Soda sidiyin qələviləşməsinə, zəhərli maddələrin orqanizmdən kənar
olunmasına kömək edir. Əzilmə zəhərlənməsi olan yaralıları xərəkdə ehtiyatla
tibb müəssisəsinə aparırlar. Onlara ciddi qulluq göstərmək tələb olunur.
Sərpmə və çıxıqlar zamanı ilk tibbi yardım. Yıxıldıqda, düzgün
tullanmadıqda, ağırlıq qaldırarkən oynaq bağlarında sərpmə baş verə bilər.
Sınıqların növləri və əlamətləri
Kəskin hərəkət edərkən, zərbə nəticəsində, hündür yerdən yıxılarkən,
avtomobil qəzası və digər qəzalar nəticəsində, zəlzələ zamanı bədənin
sümükləri sına bilər. Sınıqlar qapalı və ya açıq olur. Sınıqlar, həmçinin sınmış
sümük hissələri Hf yerini dəyişən və dəyişməyən növlərə ayrılır. Sümük
yalnız iki hissəyə parçalandıqda belə sınığa tək sınıq deyirlər. Sümüklər bir
neçə hissəyə parçalandıqda isə onlar mürəkkəb sınıq adlanır. Yanıqlar və
radiasiya zədələnmələri ilə birlikdə törəyən sınıqlar daha ağır olur.
Güllənin və ya mərmi qəlpəsinin təsirindən yaranan sınığa güllə sınığı
deyilir. Belə sınıqlar sümüklərin iri və ya xırda hissələrə parçalanması, sınıq
63
yerinin ətrafdakı yumşaq toxumaların bir-birinə qarışması və ya ətrafların bir
hissəsinin kəsilməsi ilə xarakterizə olunur.
Sınıqların əsas əlamətləri ağrıdan, şişkinlikdən və sınıq yerində normal
hərəkətin pozulmasından ibarətdir. Bu zaman ətrafların (qol və qıçların)
normal fəaliyyəti pozulur. Açıq sınıq hallarında yaradan sümük qırıqları
görünə bilər. Ətrafların sümükləri sınarkən qol və ya qıç gödəlir və onlar sınıq
yerində əyilir. Qabırğalar sınarkən tənəffüs çətinləşir və sınıq yerini əllə
müayinə edərkən qabırğa qırıqlarının xışıltısı (krepitasiya) eşidilir. Çanaq və
onurğa sümüklərinin sınması çox vaxt sidik ifrazının və aşağı ətraflarda
hərəkətin pozulması ilə müşayiət olur. Kəllədaxili sümüklər sınarkən, adətən,
qulaq deşiklərindən qan axır.
İlk tibbi yardım göstərərkən yaralı ilə ehtiyatsız davrananda da şok
əmələ gələ bilər. İlk tibbi yardım zamanı snıqjfperinin tərpənməsinə yol
vermək olmaz. Sınmış sümük qırıqlarının tərpənməsi nəticəsində qapalı sınıq
açıq sınığa çevrilə bilər.
Sınıqlar zamanı ilk tibbi yardım qaydası
Sınıqları hər vaxt tez müəyyən etmək mümkün olmur, buna görə də
şübhəli hallarda ilk tibbi yardımı sınıq halında olduğu kimi göstərirlər.
Sımqlar zamanı ilk tibbi yardım göstərməyin əsas qaydaları, birinci
növbədə, yaralının həyatının xilası ilk tibbi yardım tədbirlərini yerine
yetirməkdən, qapalı sınığın açıq sınığa çevrilməsinin qarşısını almaqdan,
ətrafları və ya bədənin digər hissələrini immobilizasiya etməklə sınıq yerində
sümükləri tərpənməz hala salmaqdan ibarətdir.
Qanaxma olan açıq sınıqlar zamanı əvvəlcə qanaxmanı dayandırırlar,
sonra yaranı steril sarğı ilə örtür, yaralıya ağrıkəsən dərman vurur və yalnız
bundan sonra tabel vasitələrindən və ya əlaltı vasitələrdən istifadə etməklə
sümükləri tərpənməz hala salırlar. Sınıq yerinin tərpənməzliyini təmin edərkən
xüsusi şin və ya əlaltı vasitələr elə qoyulmalıdır ki, bunlar sınıq yerinin
yaxınlığındakı (sınıq yerindən yuxarıda və aşağıdakı) iki qonşu oynağı əhatə
etsin. Belə immobilizasiya nəqliyyat immobilizasiyası adlanır. Bu məqsədlə
istifadə edilən xüsusi şinlərə isə nəqliyyat şinləri deyilir.
Nəqliyyat şinlərinin metal məftildən düzəldilmiş nərdivan və tor formalı
şin, faner şin, bud sümüyü üçün xüsusi taxta şin (Diterixs şini) növləri olur.
64
Nərdivan formalı və tor şinlərdən istifadə edərkən bir və ya bir neçə
ədəd lazımi uzunluqda belə şin seçib onları bədənin şin qoyulacaq hissəsinə
uyğunlaşdırırlar (bunu yaralının bədənində etmək olmaz). Şini paltarın
üstündən qoyur və ətrafları bintlə sarıyıb bağlayırlar. Faner şinlər yüngüldür,
müxtəlif ölçülərdə ola bilər, onları bədənin formasına uyğunlaşdırmaq olmur.
Belə şinlərin altına pambıq qoyub ətraflara bintlə bağlayırlar.
Aşağı ətraflar (qıçlar) üçün olan nəqliyyat şinfi; Diterixs şini) taxtadan
hazırlanır. Bu, iki ədəd müxtəlif uzunluqlu mütəhərrik lövhədən, faner
dabanlıqdan və burmac-çubuqdan ibarətdir. Xarici lövhə daxili lövhədən
uzundur. Şindən istifadə edərkən onun lövhələrini elə uzadırlar ki, daxili
lövhənin bir ucu parçaların arasına, xarici lövhəninki isə qoltuqaltı lövhəyə
dirənməklə, digər ucları yaralının sınıq ayağından 3 sm kənara çıxsın. Sonra
şinin faner dabanlığı yaralının ayağına bintlə sarıyıb bağlayırlar.
Dostları ilə paylaş: |