DÖRDÜNCÜ PƏRDƏ
Son dərəcə zərafət və nəfasətlə süslənmiş bir oda... Sağda, solda və qarşıda birər
qapı... Sokağa baqar iki pəncərə, gündüz... Alagöz sinirli və düşüncəli bir halda masa
qarşısında oturmuş; çəkməcədən bir taqım məktublar çıqarır, birər-birər yırtar və masa
altındakı səbətə atar.
A f ə t (bənzi soluq, saçları pərişan, əlində iki məktub gəlir). Nə yapıyorsun, yavrum?
Niçin şu məktubları yırtıb atıyorsun?
134
A l a g ö z. Çünki keçmişləri unutmaq istiyorum.
A f ə t. Yazıq deyilmi ya! Onlar həp əziz və qiymətli xatirələr...
A l a g ö z (birini daha yırtıb atar). Əvət, əziz və qiymətli xatirələr!.. Həp yalan
pərəstiş və məhəbbətlər, həp yaltaqca nəzakətlər!..
A f ə t (təbəssümlə). Qadın ruhunu oqşayan bir şey varsa, o da yalnız məhəbbət və
pərəstişdir.
A l a g ö z. Nə yapayım ki, yeni həyatə girmək için əskilərə vidaetməliyim.
A f ə t. Madam ki, əskilər səni sıqıyor, al, yenilərini oqu! (Məktubları verir).
A l a g ö z. Şübhəsiz, yenə əski təranə, yenə eyni əfsanə. (Birinci məktubu açıb
baqar).
A f ə t. Fəqət bu anlaşılmaz hallarınla bəni xərab ediyorsun, xəstə vücudum gündən-
günə məhv olub gediyor.
A l a g ö z (məktubu oquduqdan sonra sinirli). Ah, nə münasibətsiz hallar!..
A f ə t. Nə imiş, əcəba?..
A l a g ö z. Hiç... Öylə bir şey deyil... (İkinci məktuba baqar).
A f ə t. Alagöz, Alagöz! Niçin qəlbini bana açmıyorsun?
A l a g ö z (sarsılmış bir halda). Aman, ya Rəbbi! Bu da öylə... Bu da zəhərli bir oq,
bu da kəskin bir xəncər!..
A f ə t. Nə yazıyorlar? Niçin söyləmiyorsun?
A l a g ö z (məktubları əlində bürüşdürüb səbətə atar və yerindən qalqıb qarşı qapıya
doğru ilərilər, acı təbəssümlə). Bana tapınanlar şimdi sərzəniş yapıyorlar; bəni təqdis
eyləyənlər şimdi təhqir ediyorlar.
Qapıyı qapayıb çıqar. Afət məktubları səbətdən alır, təlaş ilə baqar. Digər çəkməcəyi
açıb bir ufaq revolver çıqarır, diqqətlə süzər, alnını nişan aldığı sırada, qarşıkı qapı
parmaq ucilə vurulur. Silahı gizlədib qapıyı açar, doktor Q a r a t a y daxil olur.
A f ə t. Ah, sənmisin?.. Gəl, baqalım, səni bəkliyorum.
D o k t o r (onun əlini öpər). Afət! Sən xəstəmisin?
A f ə t. Əvət.
D o k t o r. Əfv edərsin, şimdiyə qadar bu xüsusda mə’lumatım olmamış...
A f ə t (acı təbəssümlə). Təbii, ağ günə çıqanlar qara günlüləri düşünəməzlər. Dügün
hazırlığı yapanlar talesizlərin halını biləməzlər.
135
D o k t o r. Sən pək sinirləniyorsun, bu hal həm kəndini, həm Alagözü bədbaxt edər.
A f ə t. Alagöz bəxtiyar idi, əvət onu bən bədbaxt etdim. Fəqət bəni də məhv edən
yalnız sən oldun, sən!..
D o k t o r. Xayır, bil’əkis, sən açıq-saçıq hallarında kəndinə qıydın, kəndi nəfsinə
xəyanət eylədin.
A f ə t (acı qəhqəhə ilə). Halbuki tatlı dillərlə qandıran sən... Qoca qatili yapdıran
sən... Çıqılmaz yollara sapdıran yenə sənsin (qızğın və sinirli). Öncə miskin bir kölə kibi
qarşımda diz çökdün, boyun bükdün; fəqət sonra bəni atdın, başqalarını tutdun. Gah
rəqqasələrə vuruldun, gah Altunsaçı buldun... Ah, şimdi, şimdi isə bəni təhqir ediyorsun,
bəni qəbahətli çıqarmaq istiyorsun.
D o k t o r. Afət! Bəni buraya niçin çağırdın?
A f ə t. Səni sevdiyim için, sana pərəstiş etdiyim için.
D o k t o r. Ah, nə yaldızlı yalan!..
A f ə t. Xayır, yalan söyləmiyorum, and olsun uyqusuz gecələrə, and olsun ağlar
gözlərə, and olsun gözəlliyə və məhəbbətə, bən yalnız səni seviyorum, yalnız sana
qavuşmaq istiyorum. Əvət, mə’sum bir çocuq nasıl nurdan, rəngdən həzz alarsa, bən də
səndən, sənin visalından o qadar zevq alıyorum
D o k t o r (bir şey sezmiş kibi qarşıki qapıya baqar). Gələn var, mən gedəyim.
A f ə t. Xayır getmə, sözüm, daha bitmədi; azacıq burda bəklə, sonra gedərsin.
D o k t o r (sağ tərəfdəki odaya keçər). Fəqət çoq gecikdirmə!
A f ə t. Bu saət, əzizim, bu saət (qapıyı açar, Qorqmaz əlində bir
dəmət çiçək daxil olur). Sənmisin?.. Gəl!..
Q o r q m a z (əlin öpər, dəməti təqdim edər, heyrətlə). Aman, nə böyük təbəddülat; nə
dəhşətli inqilab!..
A f ə t. Pək dəyişdim, deyilmi?..
Q o r q m a z. Əvət, pək... Az qaldı ki, tanımıyacaqdım.
A f ə t. Uf, kim bilir nə qadar çirkinləşdim; bir ay əvvəlki Afət nerdə? Bət-bənizim
öylə solmuş ki, aynaya baqmağa cəsarət edəmiyorum.
Q o r q m a z. Ah, bən solğun çiçəkləri pək sevərim.
A f ə t. Solğun çiçək!.. Əvət solğun bir çiçək nasıl qurursa, nasıl qara topraqlara
təslimi-nəfs edərsə, bən də... ah, bən də...
136
Q o r q m a z (tə’sir və təlaş ilə). Afət! Nə söylüyorsun? Nə demək istiyorsun?
A f ə t. Demək istiyorum ki, bənim gözəlliyim sönüyor. Çöhrəmdə incə bürüşüklər,
ufaq cizgilər görülüyor; ah, bən ona əsla təhəmmül edəməm. Bəncə, gözəl bir qadın daima
gözəl qalmalı... Gözəlliyə vida edərsə həyata da vida etməli... Dərəcə-dərəcə solmaq, hər
gün bir az intihar etməkdir. Yıllar ilə yanıb qavrulmaqdansa, bir anda kül olub havaya
savrulmaq daha xoşdur, daha gözəldir.
Q o r q m a z. Afət, bəni mə’yus ediyorsun.
A f ə t. Xayır, gözəl çocuq! Mə’yus olma! Gəl, gəl səni ilk və son dəfə olaraq öpəyim
(məczub bir tevr ilə bir-birinə yaqlaşıb sarılmaq istərlər. Afət dərhal geri çəkilir və əlilə
rədd edər). Ah, xayır, bıraq!.. Bıraq dursun. Çünki sənin atəşli dodaqların bəni yaqar,
xəstə ruhumu yaqar... (Qarşıdakı qapıyı açar). Of, bana başqa bir hal gəliyor; get, çocuq,
get!.. Saqın, bir daha gəlmə, bir daha bəni özləmə!..
Q o r q m a z. Niçin, sevgili Afət, niçin?..
A f ə t. Çünki bən qıvılcım kibi sönəcəyim, ıssız zülmətlərə, namütənahi bulutlara
qavuşacayım.
Q o r q m a z. Afət! Bu sözləri hiç anlıyamıyorum. Ah, fəqət bir kərə, yalnız bir
kərəcik özümü qolların arasında görmək istərdim.
A f ə t. Pək gözəl, əzizim, gəl!.. Gəl, səni bir kərəcik də olsa oqşayıb sevəyim
(qucaqlaşıb öpüşmək istərlərkən Alagöz gəlir. Hər ikisi şaşırıb geri çəkilir. Sükut...
Qorqmaz gedər, Afət Alagözün qollarına sarılaraq). Bağışla, bəni bağışla; artıq bənim
cəsarətim cünuna varmış... bən əfvə layiq deyilim; fəqət yenə yalvarıyorum, bəni
bağışla... (qucaqlayıb öpər).
A l a g ö z (məmnun və mütəbəssim). Hiç sıqılma, annəciyim! Sevmək və sevilmək
bir haqdır. Sənin gönlün nə istərsə, bən də onu arzu edərim. Hətta səni böylə bəxtiyar
gördükcə gönlüm açılıyor. Sanki hər zevqinə, hər səadətinə iştirak ediyorum.
A f ə t. Ah, sənin şu məhəbbət və nəzakətin intiqam qadar müdhişdir.
A l a g ö z. Hər halda bən səni pək seviyorum.
A f ə t. Kim bilir, bəlkə sevmədiyin için seviyorsun.
A l a g ö z. Xayır, yalnız səni deyil; şimdi bən hər kəsi, əvət, hər kəsi sevmək istərim
(qarşıdakı qapı barmaq ucilə vurulur).
A f ə t. Kimdir əcəba?
137
A l a g ö z (açar). Oqtay!.. (Əl verir, Oqtay pək ciddi və soyuqqanlı görünür).
A f ə t. Buyurun, əzizim, oturun... Ancaq bəni bağışlarsınız... Mə’zurum...
(sol qapıdan çıqar).
A l a g ö z. Nə düşünürsün, niçin oturmursun?
O q t a y. Çünki... getmək istiyorum.
A l a g ö z. O halda niçin gəldin?
O q t a y. Yadigar verdiyim rəsmimi almaq için, iştə bunu almaq için...
(Divardakı rəsmlərdən birini alır)
A l a g ö z. Ah, həm qorqunc, həm gülünc bir hal!.. Yalnız səbəbini bilsəydim...
O q t a y. Səbəbi aydındır; qabalıq olsa da söyləyəcəyim (sol qapıya işarətlə). Öylə bir
ananın qızilə görüşüb buluşmaq, təhlikəli uçurumlara atılmaqdır.
(Sinirli adımlarla çıqar)
A f ə t (gəlir). Getdimi?
A l a g ö z. Əvət, getdi.
A f ə t. Nə söylüyordu?
A l a g ö z. Hiç...
A f ə t. Eşitdim, həpsini eşitdim, Rəsmini geri aldı, səndən ülfətini kəsmək istiyor.
Yalnız o deyil, sana qarşı əyilən bütün gənclər, kiçik bir nəvazişinlə öyünən dəliqanlılar;
şimdi həp səndən qaçıyor, həp sana xor baqıyorlar. Halbuki həpsinə səbəb yalnız şu
qarşıda duran talesizdir (məndil ilə göz yaşını silər).
A l a g ö z. Ah, annəciyim! Sevgili annəciyim!.. (Afətə sarılıb öpər). Məraq etmə, bu
təhqirlərin hiç bir tə’siri yoqdur... Çünki bən kimsəyi sevmədim... Onünçin də mütəəssir
deyilim (soldakı odaya doğru ilərilər, təkrar dönər, Afətə qapalı bir məktub verir).
Mümkün olsa bunu Ərtoğrula göndər. Bən yorğunum. Azacıq uzanmaq istiyorum (sol
qapıyı qapayıb çıqar).
A f ə t (məktubun zərfini havaya tutub baqar, heyrətlə). Bu saçlar nə?.. Xayır, bu
məktubda bir sirr var, baqayım nə yazıyor (zərfi açar,
138
dürlü vəziyyətlərlə oqur). “Ərtoğrul, anam xəstədir, qəribdir, onu unutma!.. Mümkün olsa,
əski yurduna, əqrəbasına göndər. Bir saət sonra bəni görməyəcəksin. Əlvida!.. Səni bütün
ruhilə sevən və həsrətini məzarə götürən Alagöz” (sarsılmış bir halda). Ah, aman, ya
Rəbbi!..
Ə r t o ğ r u l (daxil olur, təlaş ilə). Alagöz nerdə?
A f ə t. Nə var, nə olmuş?
Ə r t o ğ r u l. Əczaxanədən zəhər almış şimdicə bana söylədilər.
A f ə t. Ah, dəminki məhəbbət və nəzakətlərin səbəbini anladım (Alagözün girdiyi
qapıyı açmaq istər). Eyvah, qapıyı qapamış... (Qapını çalar). Alagöz!.. Ah, səs yoq, cavab
yoq...
Ə r t o ğ r u l. Bən şimdi yan pəncərədən girərim. (Dışarı fırlar).
A f ə t. Alagöz!.. Aç qapıyı... Aman, qapıyı aç, yavrum! (Dışarıdan pəncərənin
vurulduğu və cam qırıldığı eşidilir. Afət təkrar çağırır). Alagöz!.. Ah, nə dəhşətli hal, nə
qorqunc fəlakət!..
Ə r t o ğ r u l (bir əlində zəhər şişəsi, bir əlində Alagözün əli olaraq qapıyı açıb çıqar,
pərişan bir qəhqəhə ilə Afətə). Ərtoğrul ölümdən dah bəxtiyar imiş, əvət, bən Əzraildən
daha çabuq davranmış oldum.
A f ə t (şişəyi Ərtoğrulun əlindən alır, acı bir təbəssümlə Alagözə). Haqlısın, mələk
yavrum, bütün bu fəlakətlərə səbəb bənim, lakin bundan sonra cəllad olmaq istəməm, bu
saət yol tədarükünə başlarım; çünki sən bu gün bəxtiyarsın. Ərtoğrulun təlaşı (əlindəki
məktubu göstərir) və sənin məktubun hər ikinizi birləşdirdi. Bən yalnız bunu arzu edərim.
A l a g ö z. Bir məktub ki, ölüm pəncəsində yazılmış, onun nə əhəmiyyəti ola bilir?
Ə r t o ğ r u l (mə’nalı bir təbəssümlə). Ölüm bütün əsrarın anasıdır.
A f ə t (Alagözə). Yavrum, əminim ki, sən Ərtoğrulu seviyorsun, fəqət onun
tərəfindən seviləcəyinə şübhə ediyorsun.
Ə r t o ğ r u l. Halbuki Ərtoğrul kəndisinə pərəstiş edər.
A l a g ö z. Xayır... xayır... bən əsla sevilməyə layiq deyilim.
A f ə t. Nasıl!.. Sənmi, sənmi layiq deyilsin? (Şux bir təbəssümlə). Halbuki sən bütün
qızlar içində parlaq bir elmas, dilbər bir çiçək, mə’sum bir mələksin.
A l a g ö z (sinirli və titrək səslə). Əvət elmas! Fəqət ləkəli bir elmas!.. Çiçək! Fəqət
çamurlu bir çiçək... Mələk! Fəqət qəhr olmuş bir mələk...
A f ə t. Niçin, ah niçin?..
139
A l a g ö z. Çünki... ləkəli bir ananın evladıyım (çocuqca bir hönkürtü ilə aqlar, Afətin
qolları arasına sıqılır).
A f ə t (acı qəhqəhə ilə). Xayır, bən sənin anan deyilim, sən hənuz iki yaşında ikən
anan tərki-həyat etmiş.
A l a g ö z. Ah, aman, ya Rəbbi!.. Nələr eşidiyorum.
A f ə t. Əvət, baban bəni sonra aldı, bən isə göz bəbəyi kibi səni bəslədim, mə’sum bir
mələk kibi böyütdüm (sinirli və həyəcanlı). Ah,
bən əxlaqsız deyildim, fəqət Özdəmirin sərxoşluğu, sayğısızlığı bəni məhv etdi...
Sonra doktor Qaratay sapdırdı; ona vuruldum, qatil oldum, babanı zəhərlədim.
A l a g ö z. Ah, sus!.. Allahını sevərsin, sus!..
A f ə t. Əvət, bən sənin anan deyilim... Bən qatil, cəllad, ləkəli bir qadınım (cibindən
iki-üç parça kağız çıqarır, Alagözə verir). İştə bu kağızları diqqətlə oqu, kim olduğunu
çabuq öyrənirsin, bən gediyorum, artıq bəni unut!.. Səni ona... (Ərtoğrulu göstərir)
ısmarladım.
(Doktorun girdiyi odaya keçər).
Ə r t o ğ r u l. Baq, görüyormusun ölüm başqalarını ayırırkən, bizi birləşdirmiş oldu.
A l a g ö z (kağızlara baqaraq məhzun təbəssümlə). Ah, demək bənim anam ləkəli
deyilmiş...
Ə r t o ğ r u l. Bütün dünya ləkəli olsa belə, yenə sənin ismətindən bir şey əksilməz
(Algözün yüzünü oqşayaraq). Fəqət Afətə acımalı... Ah, niçin qəlbini qırdın? Get,
yalvarıb yaqar da, gönlünü al!.. Dün səfil idisə, bu gün mə’sum ola bilir, Aman, rica
edərim, get!
A l a g ö z. Pəki, Ərtoğrul, pəki. (Qapıya yaqlaşdığı sırada içəridə silah patlar).
D o k t o r. Ah, qəddar, xain, cəllad! (deyə qapıyı açar, yaralanmış olduğu halda
Alagözün önündə düşüverir).
A l a g ö z. Aman, ya Rəbbi!..
Ə r t o ğ r u l. Nə yapdın. Afət, ah, nə yapdın?
A f ə t (əlində silah, acı qəhqəhələrlə). Özdəmirin intiqamını aldım, öz intiqamımı
aldım (cənazəyə). Sən bəni unutdun, gözəlliyimi təhqir etdin; iştə gözəlliyin intiqamını
aldım. Ah, intiqam vəhşətlərin ən alçağıdır, lakin kəndimi almadım, əfv et!.. (müstəhzi
qəhqəhə ilə). Ah, sən bu aqşam dügün yapacaqdın Altunsaça qavuşacaqdın... Halbuki bən
buna razı olamam, çünki... səni pək seviyorum (masa üzərindəki çiçək dəmətini çözərək
cənazəyi süslər). Ah, əvət, səndən ayrılmaq
140
istəməm, bu dodaqlar bəndən başqasını öpməməlidir (cənazəyi qucaqlayıb öpər,
fevqəladə bir həyəcan ilə qalqar və əlindəki revolveri şakağına tutar). Şimdi isə sıra bana
gəliyor.
Ə r t o ğ r u l (dərhal silahı yaqalayıb alır). Nə yapmaq istiyorsun? İşlədiyin kafi
deyilmi?
A f ə t (acı təbəssümlə). Bana mərhəmətmi ediyorsun? (Sinirli və şaşqın). Aman, ya
Rəbbi! Ah, çıldırıyorum.
A l a g ö z (mütəəssir). Annəciyim!.. Sevgili annəciyim! (Yaqlaşıb qucaqlamaq istər).
A f ə t (geri çəkilərək bir tevr ilə). Çəkil, yaqlaşma... Bəni yalnız bıraq!.. (Sağ
tərəfdəki odaya keçər).
A l a g ö z. Az, zavallı qadın!..
Ə r t o ğ r u l. Xayır, o yalnız bıraqılmaz, sən də get!.. (Həyəcan və təlaş ilə). Ah, o
kəndini həlak edəcək... (Dərhal içəri girmək istər).
A f ə t. Ax!.. (Deyə əlində tutduğu şişədəki zəhərin son damlasını içdiyi halda
qarşısına çıqar və şişəyi yerə atar).
A l a g ö z. Aman, nə yapdın?! (Qucaqlar).
A f ə t. Ona... Ah, yalnız ona qavuşmaq... (Bitab olaraq cənazə üzərinə düşüverir).
A l a g ö z. Uf annəciyim!.. (Qucaqlayıb yaralı bir səslə ağlar).
A f ə t. Ah! (Deyə zəif bir hərəkətlə təslimi-ruh edər).
Ə r t o ğ r u l (acı və mə’nalı bir ahənglə əlini masa üzərinə vuraraq). Afət!.. Afət!..
Pərdə
SON
141
PEYĞƏMBƏR
Dram – 4 pərdə
Bİ’SƏT, DƏ’VƏT, HİCRƏT, NÜSRƏT
Bİ’SƏT
Aydın və yıldızlı bir gecə. Məkkə yaqınlığında Hira dağı... Ətrafında mağaralar,
yalçın qayalar, sarı enişlər, qorqunc uçurumlar... Peyğəmbər əli alnında dərin
düşüncələrə dalmış... O, qırq yaşında, gözəl, vəqarlı bir sima... Alnı, köksü, omuzlarının
arası geniş; rəngi gül rənginə mail əsmərimsi və nurani... Saçları nə pək qıvırcıq, nə də
pək düz; saqalı bir tutam, sıq və tam... Biləklər, qollar qalın və qüvvətli... Böyük başlı,
hilal qaşlı, çəkmə burunlu, dəyirmi çöhrəli, orta boylu, iri kəmikli; kiprikləri uzun, iki
qaşının arası açıq, fəqət bir-birinə yaqın. Gözləri qara və büyücək... Iştə o dalğın və
müəmmalı gözlər, gecənin sükutunu oqşayan həzin və bayıltıcı bir ud zümzüməsini
dinləyərək, uyuyor kibi, kəndindən keçmiş. Bu sırada pənbə, mavi, mənəkşə nurlar içində
altın qanatlı, füsunkar bir mələk göydən enər və ilahi bir ahənglə Peyğəmbərə xitab
etməyə başlar.
M ə l ə k
Ulu dahi, sən ey böyük rəhbər!
Qalq, oyan! Iştə hər tərəf, hər yer,
Həp təbiət dalıb da rö’yayə,
Cəlb edər ruhu şe’rü sevdayə,
Gecə, yıldızlarilə pürxülya,
Səni dinlər sükut içində fəza...
P e y ğ ə m b ə r
(başını qaldırır, heyrət və iztirab ilə)
Yenə rö’yamı gördüyüm əcəba?
Sən nəsin, söylə?
M ə l ə k
Bənmi? Hiç sorma!
Əzəliyyət şəfəqlərində açan
Tazə bir qönçə, pənbə bir yıldız.
142
Əbədiyyət üfüqlərində uçan
Tanrı qoynunda bəslənən bir qız.
Şe’rü hikmət, zəka ilahəsiyim,
Ulu dahilərin nədiməsiyim.
Ayrı olsaq da iştə hər ikimiz
Bir rübabın inildəyən səsiyiz.
P e y ğ ə m b ə r
Nə için gəldin, anlamam, yenə sən?
M ə l ə k
(göyə doğru)
Ona qaldırmaq istərim səni bən.
P e y ğ ə m b ə r
Ah, sən daima gəlir də bana,
Sonra həp göstərirsin istiğna.
Bən kimim, söylə?! Sən nəsin? Göstər!
M ə l ə k
Bən mələk, sən də, sən də peyğəmbər.
P e y ğ ə m b ə r
(şaşqın, geri çəkilir)
Ya! Demək sən mələkmisin? Heyrət!
M ə l ə k
Bən sənim, sən də bən, şaşırma, əvət
Bən sənin əqlinim, fəqət daim
Şu qiyafətlə zahir olmadayım.
143
P e y ğ ə m b ə r
Gəl, yaqın gəl, aman, nə dilbərsin!
Yoq, saqın, gəlmə, dur, nə söylərsin?
Yenə sarsıldı müztərib ruhum,
Dur, aman, sanki qəlbi-məcruhum
Şevqü həsrətlə rəqs edər, sızlar,
Onu bir qəhr xəndə yaldızlar.
Qopuyor ta içimdə bir tufan,
Beynim atəş saçıb durur hər an.
Yanıyor bənliyim, düşüncələrim,
Çarə bul, yoqsa məhv olub gedərim.
M ə l ə k
Ən gözəl çarə: iştə əzmü səbat,
Olma əsla əsiri-hissiyyat,
Bıraqıb əczi durmadan yüksəl,
Yüksəl, ey şanlı qəhrəman, yüksəl!
Ərşi-lahutə doğru aç şəhpər,
Daima yüksəl, ey böyük rəhbər!
P e y ğ ə m b ə r
Yoq, qanat yoq! Bən iştə bir aciz
Yolçuyum kimsəsiz, təsəllisiz.
Çevrəm ıssız mağaralar, yalçın
Qayalar, sarp enişlər, ah, azğın
Uçurumlar, alev saçan ovalar.
Ruhu qəsvətlə yıldıran havalar...
Bir çəmən yoq, aqar su yoq, heyhat!
Göz, qulaq burda duymaz eşqü həyat.
M ə l ə k
(göyə doğru)
Baq, şu əngin fəza, şu quytu dəniz...
Nə qadar xoş, nasıl gözəl, ləkəsiz...
Uçuşur hər tərəfdə yıldızlar...
144
Rəqs edər sanki nazənin qızlar.
Həp birər şe’r, sən də bir şair,
Hər tamaşası eşqə aiddir.
P e y ğ ə m b ə r
Ah, şu elmasparələr sərpən
Gecə pək möhtəşəm... fəqət onu bən
Seyrə daldıqca sanki məhv olurum,
Qəlbim oynar da, çırpınır ruhum.
Anlamam bir şu ölçüsüz, şu dərin,
Şu qaranlıq, çiçəkli pərdə niçin?
Bəni yalnız düşündürən şu məal,
Həp bu, yalnız bu, daima bu sual.
Şu siyah çarşaf ən böyük əngəl,
Uça bilsəydim, iştə ən əvvəl
Onu yırtar da, parçalar da həmən
Qavuşurdum o hüsni-mütləqə bən.
M ə l ə k
Onu dərk eyləmək qolay... Ancaq
Ver içindən gələn sədayə qulaq.
Dinlə həp kainatı, seyr eylə,
Hər günəş ondan iştə bir şö’lə...
Hər ufaq zərrə, hər küçük yapraq
Sana söylər bu rəmzi pək parlaq.
P e y ğ ə m b ə r
Bəncə dünyada ən sevimli dilək
Ona qoşmaq, onunla birləşmək...
M ə l ə k
O da mümkün, düşün də haq yolu tut,
Atalardan qalan nə varsa unut!
Yıq xurafatı, əski bütləri qır,
145
Kim yol azmışsa haqqa doğru çağır.
Mərdivənlər yapıb könüllərdən,
Parla, yüksəl vücudi-mütləqə sən!
P e y ğ ə m b ə r
Öylə bir əsr içindəyim ki cihan
Zülmü vəhşətlə qavrulub yanıyor.
Yüz çevirmiş də Tanrıdan insan,
Küfrü haq, cəhli mə’rifət sanıyor.
Dinləməz kimsə qəlbi, vicdanı,
Məhv edən haqlı, məhv olan haqsız...
Başçıdır xalqa bir yığın cani,
Həp münafiq, şərəfsiz, əxlaqsız.
Gülüyor nurə daima zülmət,
Gülüyor fəzlə qarşı fisqü fücur.
Ah, ədalət, hüquq və hürriyyət
Ayaq altında çignənib gediyor.
M ə l ə k
Əlverir səndə olsun əzmü səbat,
Şu qaranlıq mühiti, get, parlat!
Haqqı anlat da, olma hiç mə’yus.
P e y ğ ə m b ə r
Bəni bir kimsə dinləməz əfsus.
M ə l ə k
Tanrı fərmanıdır bu, get söylə!
(Göyə işarətlə)
Söylə ancaq onun lisanilə.
146
P e y ğ ə m b ə r
Hanki mö’cüzlə? Bən ki, pək aciz
Bir qulum kimsəsiz, müdafiəsiz.
M ə l ə k
(altın qablı bir kitab verir)
Haqqı təbliğ için sənin ancaq
Rəhbərin sən’əti-kəlam olacaq.
Saçma, həp saçma başqa mö’cüzələr,
Şu kitab iştə ən böyük rəhbər:
Bəhs edər busədən, məhəbbətdən,
İncilər sərpər elmü hikmətdən.
Bu sırada bir iskelet gah qorqunc və boğuq, gah müstəhzi və soğuq qəhqəhələrlə,
topraq rəngində bir ridayə bürünmüş olduğu halda Peyğəmbərin qarşısına çıqar.
İ s k e l e t
Nə qədər şairanə, tatlı xəyal,
Həp çocuqluq, əvət, xəyali-mühal!
(Ridasının altından sıyrılmış bir qılıc çıqarır)
İnqilab istiyormusun, bana baq!
İştə kəskin qılıc, kitabı bıraq.
Parlayıb durmadıqca əldə silah,
Əzilirsin qanın olur da mübah.
Eyləməz yardım incə hikmətlər,
Həp sönər busələr, məhəbbətlər.
Əvət, ancaq qılıcdadır qüvvət!
Bundadır haq, şərəf və hürriyyət!
(Çəkilmək istər)
P e y ğ ə m b ə r
Sən nəsin? Söylə!
147
İ s k e l e t
Bənmi? Piri-nədim,
Rəmzi-tarix, o feyləsofi-qədim.
Qucağım oldu hər dəhayə beşik
Səni bən etmək istərim təbrik.
Əvət, alnında parlayan yıldız
Bəni cəlb etdi, şimdi sən yalnız
Dinləyib dərsi-hikmət al bəndən.
Yoqsa könlündə yapdığın gülşən
Açmadan həp solub xərab olacaq,
Umduğun hər dəniz sərab olacaq...
Acı qəhqəhələrlə çəkilir. Peyğəmbər sarsılmış bir halda düşüncəyə dalar.
M ə l ə k
(tatlı təbəssümlərlə)
Yenə bilməm niçin-niçin daldın?
Nə düşündün, niçin şaşıb qaldın?
Sevgidən xoşmu səncə atəşi-kin?
Yoq, qılıc söz qadar deyil kəskin.
Tanrı keçmişdə həp qan istərkən,
Şimdi məmnun fəqət məhəbbətdən.
P e y ğ ə m b ə r
Bən məhəbbət əsiriyim... hər an,
Hər zaman özlərim bir öylə cihan
Ki, bütün kainatı eşq olsun.
Könül uçduqca e’tila bulsun.
Rəqs edib orda möhtəşəm bir hiss,
Yasa batsın da, ağlasın İblis.
Qandan əsla görülməsin də əsər,
Saçsın al qönçələr şəfəqli səhər.
Orda yüz bulmasın şiəncə, kədər,
148
Oqşasın ruhu pənbə rö’yalər.
Bana gülsün də həp o nazlı xəyal,
Ah, o, yalnız o qayeyi-amal...
* * *
Onu duymaq, duyurmaq istərkən,
Gəririm hər bəlayə köksümü bən.
Daş, dikən, oq, qılıc, tokat, yumruq
Həpsi xoş, hər nə gəlsə dönmək yoq...
Kin, qərəz fışqırırsa vulkanlar,
Büğz, ədavət saçarsa tufanlar,
Çarpışır, of deməm, əvət bəni sən
Çəkinir sanma hiç mübarizədən.
Çünki həp bənliyim, kəmalım onun,
Hər düşüncəm, bütün xəyalım onun.
Bəni həp cəzb edər o incə məal,
Ah, o, yalnız o qayeyi-amal!..
Peyğəmbər son sözləri söylərkən əllərini köksündə çapraz edərək diz çökər,
məftun və məczub bir tevrlə başını göyə doğru qaldırır. Mələk isə ilahi bir baqışla, ağır və
duyulmaz bir hərəkətlə yüksəklərə çəkilir.
Dostları ilə paylaş: |