Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya ġöbə: “Mamalıq iĢi”



Yüklə 6,01 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix27.11.2019
ölçüsü6,01 Mb.
#29707
1   ...   7   8   9   10   11   12   13   14   ...   27
Sinir ruhi xəstəlikləri və tibbi psixologiya


Müalicəsi: simptomatikdir. Xəstəyə ciddi yataq rejimi lazımdır: vaxtında yemək, təmiz havada 
gəzmək və yatmaq. Ağrılar zamanı sitramon, analgin, fenasitin təyin edilir. Damcı və yaxud inyeksiya 
şəklində 0,05 -0,1 % erqotamin  məhlulu, dilin  altına bir tablet  rigetamin  təyin  edilir. Çox vaxt  vena 
daxilinə  kalsium  xlorid  vurulur,  dihidroerqotamin  təyin  edilir,  xəstələrə  darsonvalizasiya,  tətbiq 
edildikdə  müsbət  nəticə  verir.  Son  zamanlar  sandomiqran,  kavinton,  oksetalon,  sinement,  fenazepam 
verilir. İsti vanna, ilıq su, boyun nahiyyəsinə massaj, UBŞ müalicəsi yaxşı nəticə verir. 
 
Anginevrotik ödem (Kvinke ödemi) 
 
Dəri, dəraltı toxumada, mədə-bağırsaq, tənəffüs yolu və burunun selikli qişasında zaman-zaman 
baş verən məhdud ödem Kvinke ödemi adlanır. Ən çox belə xassəli ödem dodaqda, göz qapaqlarında, 
dildə, damaqda və udlaqda baş verə bilər ki, bu da həyat üçün təhlükəli olur. Kvinke ödemi bir neçə 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 62
 
 
saatdan bir neçə günə qədər davam edərək keçib gedir. Sonra isə başqa nahiyədə yenidən meydan çıxa 
bilir. Ödem keçib getdikdən sonra xəstə özünü tamamilə sağlam hiss edir. 
 
Örə 
 
Örə  dəridə  əmələ  gələn  xüsusi  səpgidir.  İlk  baxışdan  gicitkən  bitkisinin  dərini  dalamasından 
qalan səpgini xatırladır. Dəri qaşınır, qızarır, yanğı hissi olur, dəridə suluqlu səpgilər əmələ  gəlir, tez 
də solur, sonra dərinin başqa hissəsində başlayır. 
Müalicəsi:  Allergik  reaksiyanı  verən  allergeni  aradan  qaldırmaq  lazımdır.  Dəridə  gicişmə 
olduqda  ona  mentol  spirti  (50  ml  70  %  sprit  və  0,25  qr  mentol  qarışığı)  0,5%  salisil  spirti  məhlulu 
sütmək  lazımdır.  Ödem  udlaq,  qırtlaq  nahiyyəsini  tutduqda  ona  adrenalin  məhlulu  sürtüb,  daxilə  isə 
efedrin  təyin  etmək lazımdır. Vena daxilinə  10 ml 30% kalsium  hiposulfit, 5 ml 10% kalsium xlorid 
vurulur, dimedrol 0,05 qr 2 dəfə, suprastin 0,025 qr 3 dəfə verilir. Xroniki halda bunlarla yanaşı 5 mq 
3 dəfə prednizolon verilir. 
 
Vegetativ krizlər 
 
Vegetativ  –damar  sindromu  çox  təsadüf  olunur.  Müxtəlif  ağrı  tutmaları  ilə  təzahür  edir.  Bu 
tutmalar qəfil baş ağrısı, ürək nahiyyəsində ağrılar, ürək döyünməsi, hava çatışmamazlığı, qorxu hissi, 
titrəmə ilə xarakterizə olunur. Tutmalar bir neçə dəqiqədən 2-3 saata kimi davam edə bilər. Titmadan 
sonra  xəstə  özündə  zəiflik,  əzginlik,  iştahanın  olmamasını  hiss  edir.  Bəzi  hallarda  tutma  zamanı 
nistaqm,  əzələ  tonusunun  yüksəlməsi,  vətər  refləkslərinin  yüksəlməsi,  dərinin  solğunlaşması,  arterial 
təzyiqin  enməsi  və  nevroloji  simptomlar:  nəbzin,  arterial  təzyiqin  dəyişməsi,  tərləmə,  dermoqrafizm 
meydana çıxa bilər. Xəstələri ümumi zəiflik, tez yorulma, qıcıqlanma, yuxunun pozulması narahat edir.  
 
Vegetativ - damar distoniyası 
 
Vegetativ  damar  distoniyası  müxtəlif  simptomlardan  ibarət  olub,  vegetativ  sinir  sisteminin 
pozulmasını  bildirir.  Vegetativ-  danmar  distoniyası  müxtəlif  səbəblər:  onurğanın  osteoxondrozu, 
endokrin dəyişikliklər, baş-beyin üzvü zədələnməsi nəticəsində baş verə bilər.  
Vegetativ- damar distoniyasının tipləri. 
1) hipotonik tipli 
2) hipertonik tipli; 
3) kardial tipli;  
4) Klimaks dövründə meydana çıxan VDD-sı. 
-hipotonik  tipli  distoniya  zamanı  bağırsağı,  ümumi  zəiflik,  arterial  təzyiqin  enməsi,  ürək 
bulanma, bayılmaya meyillik:  
-hipertonik tipli distoniya zamanı arterial təzyiqin yüksəlməsi, baş ağrısı, baş gicəllənməsi:  
-kardial tipli distoniya zamanı isə ürək döyünməsi, ürək nahiyyəsində ağrılar, yorulma, yuxunun 
pozulması müşahidə olunur; 
Müalicəsi: Simpatik və parasimpatik sinir sisteminin tonusunu tənzimləyən preparatlar: bellod, 
bellataminal, bellaspon, bromidlər, təyin. edilir.  
 
Minyer sindromu
 
 
Minyer 
sindromun 
əsas  əlamətləri  tutmalar  şəklində  başlayan  başgicəllənmədən, 
ürəkbulanmadan  və  qusmadan  ibarətdir.  Xəstəyə  bəzən  elə  gəlir  ki,  ətrafda  nə  varsa  onun  başına 
hərlənir,  o,  müvazinatını  itirib  yıxılır,  qulaqlarında  səs-küy  olur,  bəzən  eşitmə  qabiliyyəti  zəifləyir, 
üzünün  dərisi  avazıyır,  nəbzi  sürətlənir  ona  soyuq  tər  gəlir,  nistaqm  olur.  Xəstə  başını  tərpətməyə, 
ətrafa baxmağa qorxur, çünki bu zaman başgicəllənmə daha da şiddətlənir. Bu vəziyyət bir neçə gün 
davam edir. 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 63
 
 
Müalicəsi: Xəstəyə gündə 1-2 tablet aeron, yaxud beladon (0,012 q) verilir, dərialtına 1 ml 1% -
li  atropin  məhlulu,  yaxud  halaperidol  vurulur.  Dibazolla  (0,02  q)  papaverinin  (0,02  q)  qarışığı  təsir 
göstərir.  Gündə  2-3  dəfə  0,05  q  fenobarbatil  verilə  bilər.  Bəzən  boyun-kürək  nahiyyəsinə  kvars  və 
masaj təyin edilir. 
 
Eritromelalgiya 
 
Angionevrotik  tutmalarla  cərəyan  edən  eritromelalgiya  çox  vaxt  ayaqda  (pəncədə)  müşahidə 
olunur. Xəstənin ayağının distal hissəsi bərk ağrıyır, həm də qızarır, tərləyir və şişir. İstinin təsirindən 
ağrı bir qədər də şiddətlənir. Xəstə az hərəkət etdikdə və ağrıyan yerə soyuqluq verdikdə ağrılar azalır. 
Arterial  hiperemiya  ətrafın  qızarmasına  səbəb  olur.  Dərinin  həmin  yerində  temperatur  yüksəlir, 
hiperhidroz  və  hiperalgeziya  müşahidə  olunur.  Eritromelalgiya  tutması  bir  neçə  dəqiqədən  bir  neçə 
saata  kimi  davam  edir.Tutmalar  istinin,  yorğunluğun  təsirindən  artır.  Yay  vaxtları  xəstəlik  daha  da 
kəskinləşir. Xəstəlik tədricən və xroniki davam edir.  
Müalicəsi:  Xəstəliyin  radikal  müalicəsi,  demək  olar  ki,  yoxdur.  Çox  vaxt  vena  içərisinə 
damarbüzücu dərmanlar yeridilir və dərialtına novakain, asetilxolin vurulur. Cərrahi yolla bəzən damar 
genişləndirici  lifləri  kəsirlər.  Bütün  bunlar  nəticə  vermədikdə  əlacsız  qalıb,  hətta  müvafiq  ətrafı 
amputasiya edirlər.  
 
Sklerodermiya 
 
Sklerodermiya xroniki xəstəlik olub dərinin birləşdirici toxuma elementlərinin dərialtı toxumanın 
qalınlaşması  və  hamarlaşması  cərəyan  edir,  nəhayət  dərinin  həmin  hissəsində  atrofiya  baş  verir. 
Sklerodermiya ümumi və hissəvi ola bilər. Ən çox hissəvi sklerodermiya müşahidə olunur:  
Xəstəlik 3 mərhələdə cərəyan edir:  
1) ödem mərhələsi
2) hamarlanma mərhələsi; 
3) atrofiya mərhələsi. 
Xəstəliyin ödem mərhələsində dərinin müəyyən yerində bir qədər sərt şişkinlik olur. Həmin yeri 
barmaqla  basdıqda  batıq  əmələ  gəlmir.  Xəstə  dərisinin  tarım  çəkildiyini  hiss  edir,  dəri  hamarlaşır, 
parıltılı olur, bəzən qaşınır. Bir neçə müddətdən sonra ödem keçib  gedir (sonra  yenidən bərpa oluna 
bilər) xəstəliyin hamarlanma mərhələsində dərinin müvafiq hissəsi büzüşür, dəri sərtləşməyə başlayır, 
qığırdaq  konsistensiyasında  olur,  dərini  iki  barmaqla  tutub  bükmək  mümkün  olmur,  dəri  soyuyur, 
digər toxumalardan aralanmır. Nəhayət, atrofiya mərhələsində dəri nazilir, hamarlanır, sümük üzərində 
tarım çəkilir, dəridə piqment ləkələri meydana çıxır, bəzən dərinin pozulmuş nahiyyəsinin kənarında 
göy  halqa  əmələ  gəlir.  Sklerodermiya  mərhələləri  dərinin  hər  bir  hissəsində  ola  bilər.  Lakin  ən  çox 
əldə, üzdə və döşdə müşahidə olunur. Prosess təkcə dəridə yox, eyni zamanda selikli qişalarda da gedə 
bilər.  Prosess  əzələlərə  keçəndə  əzələ  sərtləşib  taxta  kimi  bərkiyir  (mioskleroz).  Bəzən 
rentgenoqrammada  barmaq  sümüklərinin  atrofiya  olduğu  görünür.  Xəstəlik  xroniki  şəkildə  cərəyan 
edir, bəzən remissiyalar verir.  
Müalicə:  Butadion,  dimedrol,  diprazin  və  s.  işlədilir.  Sollüks,  diatermiya,  isti  vannalar,  palçıq 
müalicəsi təyin olunur. Uzun müddət masaj təyin etmək lazımdır. 
 
Vibrasiya xəstəliyi 
 
Xəstəlik istehsalatın xarakterindən asılı olaraq vibrasiyanın uzun müddət ətrafların sinirlərinə və 
damarlarına  göstərdiyi  təsir  nəticəsində  baş  verir.  Xəstənin  barmaqlarının  ucu  keyləşir,  əlinin  rəngi 
solur,  əzələ  qüvvəsi  zəifləyir,  nəhayət  barmaqlarında  ağrı  başlayır.  Vibrasiya  təsiri  uzun  müddət 
davam edərsə ətraflarda əlcək şəklində hissiyyat pozğunluğu baş verir. Aşağı ətraflar vibrasiya təsirinə 
məruz qalanda eyni simptomlar müşahidə olunur. Xəstə uzağa gedə bilmir, tez yorulur, barmaqlarında 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 64
 
 
ağrı  olur.  İsidici  qoyduqda  vəziyyət  daha  da  ağırlaşır.  Ətraflarda  baş  verən  vegetativ  polinevritik 
sindromdan başqa, xəstədə ümumi, əsəbilik, yuxusuzluq, yorğunluq, halsızlıq olur.  
Müalicəsi:  İlk  növbədə  xəstənin  vibrasiya  təsirindən  uzaqlaşdırmaq,  yüngül  masaj  və  müalicə 
gimnastikası təyin etmək lazımdır. Damarlarda spazma olduqda masaj və müalicə gimnastikası təyin 
etmək lazımdır. Damarlarda spazma olduqda daxilə papaverin (0,02 q); dibazol (0,02 q) təyin edilməli, 
angiotrofin (1-2 ml) günaşırı dəri altına vurulmalı, xəstəyə no-şpa (gündə 2 dəfə 1 tablet) verilməlidir. 
 
Hipotalamik (diensefal) sindrom 
 
Hipotalamuk  (diensefal)  sindrom  hipotalamik-hipofizar  nahiyyənin  pozulması  nəticəsində  baş 
verir.  Hipotalamik  nahiyyənin  anatomik  fizioloji  xüsusiyyətlərini  nəzərə  alıb  xəstəliyin  klinik 
əlamətlərini  izah  etmək  mümkündür.  Hipotalamus  bir  çox  yollarla  beyin  qabığı,  qabıqaltı  düyünlər 
retikulyar  formasiya  ilə  bağlı  olub,  sinir  sisteminin  simpatik,  parasimpatik  şöbələrinin  fəaliyyətində, 
bədəndə  baş  verən  bir  çox  neyrohumoral  proseslərdə,  eləcə  də  orqanizmin  xarici  mühitə 
uyğunlaşmasında  fəal  iştirak  edir.  Bütün  bunlarla  yanaşı,  hipotalamik  nahiyə  anatomik  –  fizioloji 
xüsusiyyətlərinə  əsasən  bir  sıra  xarici  və  daxili  amillərin  təsirinə  tez  məruz  qalır.  Belə  ki,  bir  çox 
infeksion  xəstəliklər,  kəllə-beyin  travmaları,  endokrin  vəzilərin  xəstəlikləri,  intoksikasiyalar,  psixi 
travma, soyuqdəymə, atereskleroz prosesi həmin nahiyyənin pozğunluğuna səbəb olur. 
Hipotalamik  pozğunluqların  aşağıdakı  təsnifatını  vermək  olar:  neyroendokrin,  sinir-əzələ, 
vegetativ-damar, diensefal epilepsiya, neyrotrofik, yuxu pozğunluqu və asteno-hipoxondrik sindromlar.  
Neyroendokrin sindrom zamanı hipofizar piylənmə, adipos-genetal distrofiya, İtsenko-Kuşenk 
əlamətləri,  şəkərsiz  diabet,  tənasül  vəzilərinin  disfuksiyası  (vaxtından  tez  klimaks,  impotensiya). 
akromeqaliya,  hipo,  yaxud  hipertireoz  əlamətləri,  yuxu  pozğunluğu,  asteniya,  astenohipoxondrik 
əlamətlər, isterik reaksiyalar və s. baş verir.  
Sinir əzələ sindromu zamanı paroksizmal iflic, miopatiya, miotoniya, əzələlərdə nüxtəlif şəkildə 
yorğunluq müşahidə olunur.  
Vegetativ  –  sindromu  (daha  çox  təsadüf  olunan  formadır)  zamanı  qan  təzyiqi,  nəbz,  tənəffüs 
pozğunluqları,  dermoqrafizm  olur,  vazomotorlar  tez-tez  daralıb  genişlənir.  Vegetativ  –  damar 
sindromu çox vaxt simpatik, yaxud parasimpatik krizlərlə cərəyan edir.  
Simpatik  xarakterli  krizlər  zamanı  xəstə  baş  ağrısından,  titrəmədən,  ürəkdöyünmədən 
şikayətlənir. Xəstənin dərisi solğunlaşır, qan təzyiqi yüksəlir, o, tez-tez sidik xaric edir. Parasimpatik 
xarakterli  krizlər  zamanı  xəstə  başında  ağırlıqdan,  başgicəllənmədən,  ümumi  zəiflikdən, 
ürəkbulanmadan şikayətlənir. Xəstənin dərisi hiperemiya halında olur, çox tərləyir, qan təzyiqi aşağı 
enir, nəbzi zəifləyir, bağırsaqların peristaltikası artır. Bəzən krizlər qarışıq xarakterli olur, ayda bir-iki 
dəfə təkrar ola bilər.  
Diensefal  epilepsiya zamanı vegetativ pozğunluqlar daha da kəskinləşir, tonik cəngolmalar baş 
verir, bəzən huş  da qaralır. Tutmalar çox qısa müddətli  olur, keçdikdən sonra xəstə  özünü  yaxşı  hiss 
edir. 
Neyrotrofik sindrom zamanı dəridə qaşınma, quruluq, sklerodermiya, yara və s. olur. Əzələlərdə 
neyromiozit,  dermatomiozit  şəklində  pozğunluqlar,  daxili  orqanlarda  xora,  mədə-bağırsaq  traktında 
qanaxma, sümüklərdə ostemalyasiya şəklində pozğunluqlar müşahidə edilir. 
Yuxu  pozğunluğu  sindromu,  əsas  etibarilə  dərin  yuxuya  getməklə  cərəyan  edir.  Çox  vaxt 
narkolepsiya  sindromu  baş  verir,  yəni  xəstə  nəinki  gecə  hətta  gündüz  də  bərk  yatmaq  istəyir;  bəzən 
narahat  vəziyyətdə  belə  (yeridikdə,  ağzında  qida  ceynədikdə  və.  s)  yuxulayır.  Arabir,  dərin  yuxuya 
getmiş  xəstədə  katolepsiya  baş  verir,  yəni  qəflətən  onun  əzələ  tonusu  bir  neçə  saniyə  itir,  nəticədə 
xəstə hərəkət  edə bilmir. Çox vaxt xəstə bərkdən güldükdə,  yaxud əsəbləşdikdə bu hala düşür. Digər 
yuxu  pozğunluğu  formasına  dövrü  yuxululuğu  daxil  etmək  lazımdır.  Belə  ki,  xəstədə  dərin  yuxu 
vəziyyəti 12 saatdan 10-12 sutkaya kimi davam edir.  
Asteno-hipoxondrik  sindrom  ümumi  zəiflik,  həyəcanlanma,  yuxu  və  vegetativ  sinir  sistemi 
pozğunluqları ilə cərəyan edir. 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 65
 
 
Müalicəsi:  Əgər  hipotalmik  sindrom  beyin  şişi  nəticəsində  meydana  çıxmışsa,  həmin  etioloji 
amilə  qarşı  mübarizə  aparılmalıdır.  Lakin  diensefal  sindromun  müalicəsində  simpatik  yaxud 
parasimpatik  əlamətlərin  üstünlüyünü  nəzərə  alıb  bu  sistemlərin  tonusunun  azaldılmasına  çalışmaq 
lazımdır. Simpatik fəallığı azaltmaq məqsədi ilə xəstəyə rezerpin (0,1mq) , erqotamin (0,1%-li 10-15 
damla) , paxikarpin (0,1 q gündə 2 dəfə) və. s təyin edilir.  
Parasimpatik sinir sisteminin tonusunu tənzimləmək məqsədi ilə atropin (1 mq gündə 1-3 dəfə), 
yaxud  amizin  yaxşı  nəticə  verir.  Kəskin-asteno  nevrotik  əlamətlərlə  cərəyan  edən  vegetativ  damar 
pozğunluqları zamanı aminazin (25 mq gündə 2 dəfə) rezerpin (0,001 q, gündə 2 dəfə, yeməkdən sonra 
1 tablet), meprotan (0,2 q, gündə 3 dəfə 1 tablet) vermək məsləhətdir. Bəzən dimedrol, suprastin (25 
mq gündə 2-3 dəfə) təyin edilir.  

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 66
 
 
MÖVZU 8 
GĠRĠġ 
 
ALĠ SĠNĠR FƏALĠYYƏTĠ VƏ PSĠXĠKA. PSĠXĠ FƏALĠYYƏTĠN 
SFERALARI. DƏRKETMƏ PROSESLƏRĠ NORMA VƏ PATALOGĠYADA 
 
Psixiatriya  yunan  sözü  olub  psiche-ruh,  iatriya-müalicə  edirəm  deməkdir.  Psixiatriya  klinik 
təbabətin müstəqil bir bölməsi  olmaqla  yanaşı qeyri- tibbi,  məsələn:  fəlsəfə, sosiologiya, psixologiya 
elmləri  ilə  də  sıx  əlaqədardır.  Ruhi  xəstəliklər  normal  psixi  proseslərin  pozulması  ilə  özünü  biruzə 
verir.  Psixi  pozuntular  zamanı  şəxsi  keyfiyyətlərin,  xasiyyətin,  ümumiyyətlə  real  varlıqla  şəxsiyyət 
arasındakı  normal  münasibətlərin  pozulması  qeyd  edilir.  Psixiatriyanı  təbabətin  digər  sahələrindən 
fərqləndirən bir sıra cəhətlərini xüsusilə qeyd etmək lazımdır. Bunlardan ən başlıcası ruhi pozuntular 
zamanı şəxsin anlaqsız olmasıdır. Yəni xəstənin öz hərəkətlərinə nəzarət  edə bilməməsi, özünə qarşı 
tənqidin olmamasıdır. Belə xəstələr cinayət hərəkətləri edərsə qanun qarşısında məsuliyyət daşımırlar. 
Azərbaycanda psixiatriya:  
Azərbaycan  psixiatriyasının  inkişafında  ilk  azərbaycanlı  psixiatr  alim  kimi  İ.R.  Rəhimovun  adı 
xüsusi  qeyd  olunmalıdır.  1922-ci  ildən  etibarən  psixiatriya  kafedrası  Azərbaycan  Dövlət 
Universitetinin  psixonevralogiya  kafedrasından  ayrılaraq  müstəqil  fəaliyyət  göstərməyə  başlamışdır. 
Prof.  Ə.Abbasquliyev,  X.Həsənov,  A.Sultanov,  N.İsmayılov  psixiatriyanın  inkişafında  böyük  rol 
oynamışlar. Psixiatriya sahəsi üzrə Azərbaycanda ilk ədəbiyyat prof. Ə.S.Əsgərov tərəfindən 1933-cü 
ildə çapdan çıxmışdır. dır.  
1967-ci ildə isə X.H.Həsənov tərəfindən hazırda dərslik kimi istifadə olunan “Psixiatriya” kitabı, 
son  illərdə  isə  prof.  N.İsmayılov,  A.Sultanovun  müəllifliyi  ilə  yeni  psixiatriya  dərslikləri  nəşr 
olunmuşdur.  
Ali  sinir  fəaliyyəti  –  mərkəzi  sinir  sisteminin  ən  mürəkkəb  fəaliyyət  forması  olub,  insanların 
dəyişməkdə olan xarici mühit şəraitinə daha mükəmməl uyğunlaşmasını təmin edir. Ali sinir fəaliyyəti 
terminini  V.P.Pavlov  elmə  daxil  etmişdir.  O,  təcrübə  yolu  ilə  göstərmişdir  ki,  ən  mürəkkəb  davranış 
formalarının əsasını sinir sisteminin reflektor fəaliyyəti təşkil edir (şərtsiz və şərti reflekslər). Psixika 
bioloji  təkamülün  müəyyən  mərhələsində  orqanizmin  mühitlə  qarşılıqlı  əlaqə  və  təsiri  nəticəsində 
əmələ  gəlmiş  və  onun  sonrakı  inkişafı  üçün  zəruri  şərt  olmuşdur.  Psixika  insanın  praktik  fəaliyyəti 
prosesində  meydana  gəlir,  təkmilləşir  və  bu  fəaliyyətin  tənzim  olunmasını  təmin  edir.  Bütün  psixi 
proseslər bir - biri ilə sıx əlaqədar olub insanın vahid psixi fəaliyyətinin müxtəlif tərəflərini təşkil edir.  
Aşağıdakı psixi proseslər ayırd edilir:  
1) İntelektual proseslər-bu insanın dərketmə fəaliyyətinin əhatə edir.  
2) Emosional proseslər.  
3) Hərəki-iradi proseslər.  
Dərketmə qabiliyyəti duyğudan başlayır.  İnsan müxtəlif səslər eşidir, qoxuları və rəngləri ayırd 
edir.  Bunlar  duyğu  orqanları  vasitəsilə  olur  (görmə,  eşitmə,  qoxu,  dad,  taktil  hissiyyatlar).  Cisim  və 
hadisələrin  duyğu  orqanlarına  təsiri  nəticəsində  əmələ  gələn  və  bu  cisim,  yaxud  hadisələrin  ayrı-ayrı 
xassələrinin inkişafından ibarət olan ən sadə psixi proses duyğu adlanır. Duyğu vasitəsilə insan soyuğu, 
istini, qaranlığı, acını, şirini, ağrını və s. hiss edir. Dərketmənin digər mərhələsi qavramaqdır. Qavrama 
zamanı  əşyaların  həcmi,  rəngi  və  digər  xüsusiyyətləri  bütövlüklə  dərk  olunur.  Qavranılmış  obrazlar 
beyinə həkk olunur.  
Buna  təfəkkür  deyilir.  Qazanılmış  bilik  ehtiyatlarını  və  həyat  təcrübəsini  beyində  saxlamaq  və 
lazım  gəldikdə  ondan  istifadə  etmək  qabiliyyətinə  yaddaş  deyilir.  Psixi  fəaliyyətin  digər  tərəfi 
emosiyalardır. Emosiya insanın onu əhatə edən real varlığa və özünə olan münasibətidir. Insan sadəcə 
olaraq onu əhatə edən real varlığı bu və ya digər hisslərlə dərk etmir. O, nəyə isə meyl göstərir, ətraf 
mühitdə  bu  və  ya  digər  dəyişikliklər  edir,  müəyyən  hərəkətlər  edir.  Bu  prosesslər  iradi  proseslər 
adlanır. iradi prseslərə aktiv proseslər aiddir

 
 

Fənn: Sinir-ruhi xəstəlikləri və tibbi psixologiya 
 
ġöbə: “Mamalıq iĢi”
 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 
 67
 
 
Duyğu prosesinin pozulması 
 
Duyğu bizi əhatə edən varlığın, ümumiyyətlə, bütün biliklərimizin başlanğıcı, ilkin mərhələsidir. 
Duyğu orqanlarına və ya analizatorlara görmə, eşitmə, qoxu, dad, orqaniz-min xaricində və daxilində 
yerləşən ümumi hissiyyat reseptorları aiddir. Cisim və hadisələrin duyğu orqanlarına təsirindən əmələ 
gələn  duyğu  vasitəsilə  insan  ətrafdakı  hadisələrdən  xəbərdar  olur.  Duyğu  prosesinin  pozulması 
nəticəsində  senestopatiyalar  baş  verir.  Göynəmə,  dartılma,  təzyiq,  soyuqluq  və  s.  bir  sıra 
xoşagəlməyən  hisslər  stenopatiyalara  aiddir.  Onlar  əksər  hallarda  əzabverici  və  davamlı  olur  və 
bədənin bütün sahələrində müşahidə oluna bilər. Bu əlamətlər həm somatik, həm də psixi xəstəliklərdə. 
travmatik ensefalopatiyalarda, beyin-damar xəstəliklərində, nevrozlarda və s. xəstəliklərdə rast gəlinir. 
Duyğu  prosesinin  pozuntularına  (yəni,  qıcığa  qarşı  yüksək  həssaslıq),  hiposteziya  (xarici  qıcıqlara 
qarşı  az  həssaslıq)  aid  edilir.  Hiperestesteziya  –  qıcıqların  kəskin  (güclü)  qavranılmasıdır.  O,  əksər 
hallarda  somatik  xəstəliklərdə,  yorğunluqla  əlaqədar  və  nevrozlarda  rast  gəlinir.  Hiposteziya  – 
qıcıqların zəif qavranılmasıdır. Belə pozuntu zamanı mühitdəki əşya və hadisələr solğun, məzmunsuz, 
səslər  zəif,  qoxular  kütləşmişqavranılır.  O  depressiv  hallarda  tez-tez  rast  gəlinir  Anesteziya- 
hissiyyatın  tamamilə  itməsidir.  Paraseziyalar  senestopatiyalardan  fərqli  olaraq  müxtəlif  daxili 
orqanlarda olan pataloji proseslər nəticəsində meydana çıxır.  
 
Qavramanın pozuntuları 
 
Duyğular  əsasında  yaranan  mürəkkəb  proseslər  qavramadır.  Qavrama  zamanı  əşyaların  həcmi, 
rəngi  və  digər  xüsusiyyətləri  bütövlüklə  dərk  olunur.  Duyğu  orqanları  vasitəsilə  obyektiv  varlığın 
mərkəzi  sinir  sistemində  əks  olunmasına  qavrama  deyilir.  İnsanın  əhvali-ruhiyyəsi.  maraq  dairəsi  və 
intellektual səviyyəsindən asılı olaraq əşya və hadisələr müxtəlif cür qavranıla bilər.  
Qavramanın pozuntuları dörd qrupa bölünür:  
1) aqnoziyalar; 
2) illüziyalar; 
3) hallüsinasiyalar; 
4) psixosensor pozuntular.  
Aqnoziya.  Qnozis-yunan  sözü  olub, 
tanımaq  (idrak),  “a”  isə  inkar  mənasındadır. 
Yəni 
tanımanın 
pozulması 
deməkdir. 
Aqnoziyalar  bütün  duyğu  orqanlarına  aid  ola 
bilər. Görmə (optik) aqnoziyası nisbətən tez-tez 
rast  gəlinir. Buna “ruhi korluq”da deyilir.  Belə 
pozuntu  zamanı  xəstə  hər  hansı  bir  əşyanı 
baxmaqla  tanıya  bilmir,  əli  ilə  toxunduqda 
düzgün qavrayır. 
Eşitmə  aqnoziyası  –  buna  ruhi  karlıq  da 
deyilir. 
Aqnoziyalar 
beynin 
orqonik 
pozuntusunda, 
travmalar. 
şişlər, 
damar 
xəstəlikləri zamanı rast gəlinir.  
Ġllüziya  (illüsio)  fransızca  aldadıcı 
təsəvvür,  yanılma deməkdir. Başqa sözlə təhrif 
olunmuş qavramadır. İllüziyalar görmə, eşitmə, 
qoxu,  dad  və  taktil  illüziyalara  bölünür. 
İllüziyalar  sağlam  adamlarda  da  ola  bilər.  Xüsusən  də  ətraf  mühitin  qavranılması  bu  və  ya  digər 
səbəbdən  tam  olmadıqda  (məsələn,  yarımqaranlıq,  səs-küylü  yer)  və  ya  insan  emosional  gərginlik 
vəziyyətində  olduqda (gözlədikdə, qorxu vəziyyətində, xüsusən də  ikisi bir  yerdə olduqda) müşahidə 
oluna bilər. İllüziyalar (əsasən görmə və eşitmə) infeksion xəstəliklərdə, zəhərlənmədə, fiziki cəhətdən 
zəifləmiş şəxslərdə rast gəlinir.  

Yüklə 6,01 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin