«Doqquz Bitik» sırası



Yüklə 6,86 Mb.
Pdf görüntüsü
səhifə104/149
tarix31.12.2021
ölçüsü6,86 Mb.
#29802
1   ...   100   101   102   103   104   105   106   107   ...   149
«Doqquz Bitik» s-ras-

İkinci
 
Atayurdu
 
sayılır.  Ulu
 
baba
 
ocağı kimi, ilkin Atayurd bir bölgədə (regionda), ikinci Atayurd isə ayrı-
ayrı bölgələrdə yaranır və bunların sayı birdən artıq ola bilir. Etnologiya 
elminin ortaya
 
qoyduğu
 
bu
 
qanunauyğunluq bugünkü hindavropa, tunqus-
monqol, finuqor, sami və baĢqa xalqlarda  gerçək üzünü göstərdiyi kimi, 
minillər boyu bütöv Avrasiya bölgələrinə yayılmıĢ türklərə də aiddir.  
Azərbaycan,  Qıpçaq  Bozqırı,  Orta  Asiya  və  Türküstanı  içinə  ala-
raq, Anadoludan Çinə və Karpatdan Altaya qədər uzanan böyük zolaqda 
saqa, hun, bulqar, oğuz və sair boyların miqrasiyası nəticəsində türklərin 
bir neçə Atayurdu  yaranmıĢdır. Bunların  yaranmasındakı  xronoloji  ardı-
cıllıq yazılı
 
qaynaqlarla təsbit olunur,
 
lakin yazıöncəsi çağdakı tarixi miq-
rasiyalar,  onların  səbəb  və  nəticələri,  növü  və  yönü  indiyə  qədər  elmi 
əsasda araĢdırılmamıĢdır. Halbuki sonrakı Atayurdlardan köklü Ģəkildə 
fərqlənən  ilkin  Atayurd  problemi  müxtəlif  elm  sahələrinin  kompleks
 
                                                 
94
 Tarixin sınağından çıxmıĢ onomastika qanununa görə, Ulu babanın (atanın) özəl adını 
ucdantutma  bütün  evlad  və  nəvə-nəticələrə  qoymurlar,  baba  adını  daĢımaq  Ģərəfi  yalnız 
bəzilərinə qismət olur. Etnonim kimi özəl «Türk» adını da türksoylu uruq, boy və xalq-
lardan  bəzisi  daĢımıĢdır.  Yazılı  qaynaqlara  görə,  ilk  Turuq  (türk)  adını  daĢıyan  boylar 
m.ö.  III-II  minillərdə  Urmu  hövzəsində  yaĢamıĢlar,  sonralar  bu  adı  Göytürk  xaqanlığı 
geniĢ yaymıĢdır, indisə Türk adını böyük Atatürkün qurduğu Türk Cümhuriyəti daĢıyır. 


 
212 
yanaĢma
 
metodu
 
ilə
 
çözülə
 
bilər.
 
Bunun üçün antropoloji,
 
arxeoloji,
 
tarixi, 
coğrafi bəlgələrlə yanaĢı, dilçilik, folklor, etnoqrafiya, mifologiya elmlə-
rinin ortaya çıxardığı bəlgələr diqqətə alınmalıdır. Yalnız belə kompleks
 
yanaĢma
 
metodu
 
ilə
 
ilk
 
Atayurdun coğrafi hüdudlarını təyin etmək
 
olar.
 
Hər
 
hansı
 
bir
 
etnosun  birinci  Atayurdu  həmin  etnosun  protodil  çağına 
aiddir, çünki ilk etnik atribut dildir. Prototürk dili ilk dəfə harada ortaya
 
çıxıbsa,
 
ora
 
türklərin
 
ilkin
 
Atayurdu sayılmalıdır.
 
Əgər həmin
 
bölgə digər 
elm  sahələrinin  verdiyi  bəlgələrlə  təsdiq  olunursa,  onda  mübahisə  üçün 
bəhanə də qalmır.  
Türklərin
 
ilkin
 
Atayurdu
 
problemi
 
üzrə
 
ayrıca  elmi
 
sistemlə  araĢdırma  aparan  olmasa  da,  ayrı-ayrılıqda 
arxeoloji,  kultur,  etnoqrafik  və  dilçilik  baxımından 
bu  problemi  çözmək  istəyənlər  olmuĢdur.  Lakin  bu 
görüĢlər kompleks və sistem halında deyil, ayrı-ayrı 
sahələr  üzrə  uzman  olan  alimlərin  məsələyə  yalnız 
bir  sahənin  baxıĢ  bucağından  yanaĢması,  türk  etnosunun  qədim  tarixinə 
xronoloji ardıcıllıqla yox, diaxroniyadan kənarda, tarixin müəyyən sinxron 
kəsiyində baxılması ilə ortaya çıxmıĢdır. Ona görə də Ön Asiyadan baĢ-
qa, hansı tarixə aid olmasından asılı olmayaraq, harada türk izi varsa, ilk 
türk  yurdu sayılmıĢ, nəticədə Uzaq  Doğudan tutmuĢ Ural dağlarına qədər 
müxtəlif bölgələr ikinci deyil, ilkin Atayurd kimi verilmiĢdir:
 
 
- Doğu Asiya (Menges
- Uzaq Doğu, Mancuriya, Khinqan dağları (Ramstedt)   
- Mancuriya ilə Monqolustanın güneyi (Parker
- Amur çayı dolayları (Yavuz
- Baykal gölünün doğusu (Tomaschek
- Baykal gölünün güney-batısı (Koppers
- Baykaldan Qobu çölünə qədər (Gahz
- Altay dağları (KlaprotheHammerSchottCastren, Vamberi
- Altayın doğusu (Radlov, Ligeti
- Altay-Qırğız bozqırları (Menghin
- Qazaxıstan (Eickstedt
- Tanrı dağları - Asiyanın quzey-batı əraziləri (Strzygowsky
- Tyan-ġan bölgəsi (Almasy
- Tyan-ġanın quzey-batı yaxaları ilə Aral gölü arası (De Guignes, Üçok)   
- Altay və Ural dağları arası ilə Aral gölü bölgəsi (Nemeth
- Ural-Altay arası (Rasonyi
- ĠrtıĢ-Ural arası (Zichy
- Orta Asiya (Poppe
 

Yüklə 6,86 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin