AZƏrbaycan respublikasi təHSİl naz



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə2/50
tarix13.01.2020
ölçüsü4,43 Mb.
#30137
1   2   3   4   5   6   7   8   9   ...   50
4 biznes


XXIX Fəsil. Səhmdar cəmiyyətinin idarə edilməsi    ……...    

29.1. Səhmdar cəmiyyəti biznesin təşkilinin effektiv forması  

         kimi   ………………………………………………..…..     

29.2. Səhmdar cəmiyyətinin təşkilati-idarəetmə funksiyaları  ..    

29.3. Özəlləşdirmə prosesində dövlət müəssisələrinin səhmdar 

cəmiyyətlərinə çevrilməsi mexanizmi    ………………………    



429 

 

429 

432 

 

435 

Бизнесин тяшкили вя идаря едилмяси 

29.4. Səhmdar cəmiyyətinin idarəetmə sistemi   ……………..     



29.5. Səhmdar cəmiyyətlərinin emissiya-dividend siyasəti   ….    

 

440 

442 

 

XXX Fəsil. Xüsusi İqtisadi Zonaların yaradılması və idarə  

         edilməsi   ……………………………………………..…    

30.1. Xüsusi İqtisadi Zonaların yaradılmasının zəruriliyi   ……     

30.2. Xüsusi İqtisadi Zonaların tipləri   ………………….……     

30.3. Xüsusi İqtisadi Zonaların idarə olunması xüsusiyyətləri ..    

30.4. Biznesin inkişafında Xüsusi İqtisadi Zonaların rolu   …...   

 

 

447 

447 

451 

455 

458 

 

İ

stifadə edilmiş ədəbiyyat    …………….……………………   



 

461 

 

 

 

 

 

 

 

 

Бизнесин тяшкили вя идаря едилмяси 



I FƏSİL. FƏNNƏ GİRİŞ 



 

1.1. Biznes anlayışı və onun iqtisadi mahiyyəti 

 

«Biznes»  sözü  dünyanın  bütün  ölkələrində  istifadə  olunur.  Gəlir  gə-

tirən  fəaliyyət  və  bu  fəaliyyətlə  məşğul  olan  insanlar  müxtəlif  ölkələrdə 

müxtəlif  cür  adlandırılır.  Əsasən  ingilis  dilli  ölkələrdə  sözügedən  fəaliyyət 

növü  «biznes», bu fəaliyyətlə məşğul olan insanlar isə  «biznesmen» adlan-

dırıldığı halda, digər ölkələrdə, o cümlədən MDB məkanında müvafiq ola-

raq «sahibkarlıq» və «sahibkar» adlandırılır. 

İ

qtisadi  ədəbiyyatda  «biznes»  termininin  müxtəlif  anlayışlarına  rast 



gəlinir.  Məsələn,  Alan  Xoskinq  biznesə  belə  tərif  vermişdir:  «Biznes  təbii 

nemətlərin  hasilatı,  əmtəənin  istehsalı,  yaxud  əldə  edilməsi  və  satışı,  digər 

ə

mtəələrin  dəyişdirilməsində  xidmətlərin  göstərilməsi,  maraqlı  şəxslərin, 



yaxud təşkilatların qarşılıqlı gəlirinə xidmət, pul üzrə fiziki şəxslərin, müəs-

sisələrin və təşkilatların həyata keçirdikləri fəaliyyətdir». Biznes proses kimi 

müəyyən  funksiyaları:  maliyyə  və  uçot,  kadr  və  maddi-texniki  təminat,  is-

tehsal, marketinq, elmi-tədqiqat və layihə işlərini nəzərdə tutur. Digər iqti-

sadçılar  biznesə  müəyyən  struktur  çərçivəsində  təşkil  edilən,  məqsədi  və 

nəticəsi gəlir götürmək olan konkret iqtisadi fəaliyyət növü kimi baxırlar. 

Beləliklə, istənilən biznesin müəssisə şəklində öz iqtisadi-təşkilati for-

ması  olur.  Müəssisə  oxşar  mühitdən  bazarda  ayrılmağa  cəhd  edərək  firma 

adı və atributları şəklində öz fərqli cəhətlərini  yaradır. Burada biznes anla-

yışı  genişdir: biznesə təkcə fəaliyyət prosesi kimi deyil, həm də mülkiyyət 

obyekti kimi baxılır, hansı ki, satmaq, girov qoymaq, sığortalamaq, vəsiyyət 

etmək olar. Bu halda biznes saziş, əmtəə obyektinə çevrilir. 

N.Y.Kruqlova  «biznes»  anlayışını  kommersiya  fəaliyyəti,  yəni  mən-

fəətin alınmasına bilavasitə yönəldilən fəaliyyət ilə eyniləşdirir və bura aşa-

ğ

ıdakı fəaliyyət növlərini aid edir: 



  əmtəə bazarlarında fəaliyyət; 

  istehsal vasitələri bazarında fəaliyyət; 



  xarici ticarət fəaliyyəti; 

  qiymətli kağızlar bazarında fəaliyyət; 



  azad iqtisadi zonalarda fəaliyyət; 

  mənfəət gətirən vasitəçilik fəaliyyəti. 



Biznes  ticarət-istehsal-ticarət  sxemi  üzrə  əmtəənin  son  istehlakçıya 

çatdırıl-ması ilə əlaqədar həyata keçirilən fəaliyyətdir. Deməli, biznes təkcə 

kommersiya fəaliyyəti deyil, həm də istehsal sferasında həyata keçirilən fəa-

liyyət növüdür.  

Aydındır ki, iqtisadiyyatın bütün sahələrində və təkrar istehsalın bütün 

fazalarında işgüzar münasibətlər qurulur, biznes fəaliyyəti həyata keçirilir. 



Бизнесин тяшкили вя идаря едилмяси 

10 


«Biznes» və «sahibkarlıq» anlayışları bir-biri ilə sıx əlaqədardır və çox 

vaxt  onlar  sinonim  kimi  işlədilir.  Lakin  kəsb  etdiyi  mənalara  görə  bu  an-

layışlar bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. 

Biznes  və  sahibkarlıq  anlayışları  təkamül  prosesi  keçmiş  və  onların 

mahiyyətinə aydınlıq gətirilmişdir. Dünyanın tanınmış alimləri sahibkarlığın 

mahiyyəti haqqında qədim dövrlərdən düşünməyə başlamışlar. Belə ki, mer-

kanti-lizm  məktəbinin  nümayəndəsi  A.Monkretyen  (1576-1621)  müxtəlif 

işlərin  reallaş-dırılması  məqsədilə  monarxla  müqavilə  bağlayan  şəxsi 

«sahibkar» adlandırmışdır.  

Sahibkarlıq anlayışını elmə ilk dəfə  fransız bank sahibi və iqtisadçısı 

Riçard Kantilyon (1680-1734) gətirmişdir. O, ticarəti ön plana çəkirdi, «sa-

hibkar»  məfhumuna  sənətkar,  kəndli  və  ticarətçi  ilə  yanaşı  yoxsul  və  qul-

durları da daxil edirdi. Sahibkarı kapital sahibi ilə eyniləşdirmişdi. O, həm-

çinin qeyd edirdi ki, kapital həm şəxsi, həm də borc kapitalı ola bilər və bu 

fakt sahibkarın xarakteristikasına təsir göstərmir. Sahibkarlığı risk şəraitində 

ə

mtəənin  təklifi  ilə  tələbini  uyğunlaşdıran  iqtisadi  fəaliyyət,  torpağı  və 



ə

məyi  isə  iqtisadi  sərvətin  mənbəyi  hesab  edirdi  və  maddi  nemətlərin 

dəyərini bu amillərdə axtarırdı. 

Fiziokratlar  məktəbinin  nümayəndəsi  A.Tyurqo  (1727-1781)  da  ba-

zarda  qiymətlərin  dəyişməsi  ilə  əlaqədar  riskin  mövcud  olmasını  sahibkar-

lığın səciyyəvi əlaməti kimi qeyd etmişdir. Fransız iqtisadçısı B.Sey «Siyasi 

iqtisadın  traktatları»  əsərində  sahibkarlıq  fəaliyyətini  istehsalın  üç  amili  – 

torpaq,  kapital  və  əməyin  birləşdirilməsi  ilə  xarakterizə  edirdi.  Onun  fik-

rincə,  sahibkar  məhsul  istehsal  etmək  üçün  öz  kapitalı  və  təşəbbüskarlıq 

qabiliyyətilə riskə gedən şəxsdir. 

Klassik  iqtisadın  banisi  olan  A.Smit  «Xalqların  sərvətinin  təbiəti  və 

səbəbləri  haqqında  tədqiqat»  adlı  əsərində  sahibkarlıq  fəaliyyətinin  dəqiq 

xarakteristikasını  verməyə  cəhd  etmişdir.  Onun  mülahizələrinə  görə  sahib-

kar  yeni  kapitalın  mülkiy-yətçisi  kimi  hər  hansı  konvensiya  ideyalarının 

reallaşması  və  mənfəət  alınması  üçün  riskə  gedir.  Ancaq  A.Smit  iqtisa-

diyyatı  «görünməz  əl»  vasitəsilə  idarə  edilən,  özütənzimlənən  mexanizm 

kimi təsəvvür edirdi, ona görə də sahibkarlıqda yaradıcılığa və sahibkar si-

masına xüsusi diqqət yetirmirdi. C.M. Keyns də özünün kredit-pul və büdcə 

siyasəti  vasitəsilə  iqtisadiyyatın  dövlət  tənzimlənməsinin  zəruriliyini  ifadə 

edən nəzəriyyəsində sahibkara təxminən eyni əhəmiyyəti verirdi. 

Alman iqtisadçısı V.Zombart sahibkarlıq nəzəriyyəsinin işlənilməsinə 

böyük  töhfə  vermişdir.  V.Zombart  sahibkarı  «iqtisadçı»,  «təşkilatçı»  və 

«ticarətçi»  hesab  edirdi.  Y.Şumpeter  sahibkarı  istehsal  amillərinin  yeni 

kombinasiyasını  həyata  keçirən  və  bununla  iqtisadi  inkişafı  təmin  edən  in-

san adlandırırdı. O, hesab edirdi ki, sahibkarın istehsalın mülkiyyətçisi, fərdi 

kapitalist  olması  heç  də  məcburi  deyil,  əslində  bankın,  yaxud  səhmdar 

cəmiyyətin idarəedicisi də sahibkar ola bilər. 


Бизнесин тяшкили вя идаря едилмяси 

11 


D.Rikardo  «Siyasi  iqtisadın  və  vergiyə  cəlb  olunmanın  başlanğıcı» 

adlı əsərində sahibkarın rolu haqqındakı mülahizələri inkişaf etdirmişdir. O 

sahibkarlıq fəaliyyətini kapitalizmdə abstrakt, sonsuz və təbii istehsal üsulu, 

sahibkarlıq  fəaliyyətini  isə  effektiv  təsərrüfatçılığın  vacib  elementi  hesab 

edirdi. K.Marksın iqtisadi nəzəriyyəsinin əsasını isə tamamilə alternativ ba-

xış təşkil edir. Daha doğrusu o, sahibkarlıq fəaliyyətinə kaptalizmdən doğan 

istismarçı alət kimi baxırdı. 

Sonralar  istehsal  amillərinin  koordinasiyası  ideyası  A.Marşall  (1842-

1924) tərəfindən inkişaf etdirilmişdir. O, istehsalın üç əsas amilinə dördüncü 

amili – sahibkarlıq fəaliyyətini əlavə etmiş, sahibkarlıq fəaliyyətinin cəmiy-

yətin  həyatında  mühüm  rol  oynadığını,  iqtisadi  prosesləri  sürətləndirdiyini 

və təkmilləşdirdiyini xüsusi vurğulamışdır.  

Avstriya  iqtisadçısı  Y.Şumpeter   (1883-1950)  «İqtisadi inkişaf nəzə-

riyyəsi»  adlı  kitabında  sahibkarlıq  fəaliyyətini  kapitalist  iqtisadiyyatında 

iqtisadi artımın təmin edilməsində başlıca hərəkətverici qüvvə hesab edirdi. 

O,  sahibkarı,  hər  şeydən  öncə,  yüksək  risk,  yaradıcılıq  və  sərbəstliyə  səy 

göstərən  bir  şəraitdə  yeni  fəaliyyət  kombinasiyaları  yaradan  və  yenilikləri 

reallaşdıran novator kimi nəzərdən keçirirdi. 

Y.Şumpeter  sahibkarlıq  fəaliyyətinin  aşağıdakı  funksiyalarını  qeyd 

etmişdi: 

 

- yeni, istehlakçıya hələ məlum olmayan maddi nemətin və ya əvvəlki 



nemətin, ancaq yeni keyfiyyətdə istehsal edilməsi; 

- istehsalın əvvəllər tətbiq edilməmiş yeni metodlarından istifadə edil-

məsi; 

-  yeni  satış  bazarlarının  mənimsənilməsi  və  ya  əvvəlkilərin  geniş-



ləndirilməsi; 

- xammalın yeni mənbə və növlərinin mənimsənilməsi; 

- istehsal və satışın yeni təşkilati formalarının həyata keçirilməsi. 

İ

ngilis  iqtisadçısı,  Nobel  mükafatı  laureatı  F.A.Hayek  (1899-1922) 



sahibkarlığın mahiyyətini spesifik şəkildə nəzərdən keçirmiş və sahibkarlığı 

bu  və  ya  digər  fəaliyyət  növü  kimi  deyil,  maksimum  mənfəət  əldə  etmək 

üçün  yeni  iqtisadi  imkanların  axtarılması  və  öyrənilməsi  kimi 

səciyyələndirmişdir. 

İ

qtisadi  ədəbiyyatda  «sahibkar»  anlayışı  haqqında  müxtəlif  fikirlərə 



rast  gəlinir,  ancaq  onların  hamısında  müəyyən  oxşarlıq  nəzərə  çarpır. 

«Ekonomiks»  dərsliyinin  müəllifləri  K.Makkonnell  və  S.Brju  sahibkarlığa 

xüsusi fəaliyyət növü kimi baxırlar, hansı ki, əsasında bir sıra vacib şərt və 

tələblər  durur.  Birincisi,  sahibkar  əmtəə  və  xidmətlərin  istehsalının  vahid 

prosesində torpaq, kapital və əmək resurslarının birləşdirilməsi təşəbbüsünü 

öz üzərinə götürür. İkincisi, biznesin həyata keçirilməsi prosesində əsas qə-

rarın  qəbulu  kimi  çətin  vəzifəni  öz  üzərinə  götürür,  hansı  ki,  müəssisənin 

fəaliyyət  kursunu  müəyyən  edir.  Üçüncüsü,  sahibkar  yeni  məhsulun  isteh-



Бизнесин тяшкили вя идаря едилмяси 

12 


salına,  yeni  istehsal  texnologiyalarının  və  biznesin  təşkilinin  yeni  for-

malarının  tətbiqinə  cəhd  göstərən  novatordur.  Nəhayət,  dördüncüsü, 

sahibkar riskə gedən insandır. 

Professor Q.N.Manafov biznes və sahibkarlıq arasında ümumi cəhətlər 

kimi hər ikisinin bazarla əlaqəli olmasını, mənfəət götürməyə  yönəlməsini, 

məhsul və xidmət istehsalı və satışı şəklində həyata keçirilməsini qeyd edir. 

Onun fikrincə, sahibkarlığın biznes fəaliyyətindən fərqi isə onun innovasiya 

xarakteri  ilə  məhdudlaşmır.  Konkret  işin  və  sövdələşmənin  reallaşması  ilə 

ə

laqədar  olan  biznes  fəaliyyətindən  fərqli  olaraq  sahibkarlıq  bazar  iqtisa-



diyyatında  fasiləsiz  bir  proses  olub,  onun  mövcudluğunun  və  inkişafının 

ə

sas şərtidir. 



Professor A.B.Abbasovun fikrincə sahibkar – risk şəraitində fəaliyyət 

göstərən,  təşəbbüskar,  yaradıcı,  sosial-iqtisadi  mexanizmi  təşkil  edən  in-

sandır. Düzdür, «sahibkar» və «sahibkarlıq» anlayışlarında yaxınlaşma hiss 

olunur. Əslində sahibkar sahibkarlıq fəaliyyəti ilə məşğul olan insandır. 

«Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanu-

nunda  yazılmışdır:  «Sahibkarlıq  fəaliyyəti  (sahibkarlıq)  fiziki  şəxslərin, 

onların birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə 

edilməsi  məqsədilə  özlərinin  cavabdehliyi  və  əmlak  məsuliyyəti  ilə,  yaxud 

digər  hüquqi  və  ya  fiziki  şəxslərin  adından  qanunvericiliklə  qadağan  edil-

məyən  təsərrüfat  fəaliyyətinin  bütün  növləri,  o  cümlədən  məhsul  istehsalı, 

satışı  və  xidmətlər  göstərilməsi  formasında  həyata  keçirdikləri  müstəqil 

təşəbbüskarlıq  fəaliyyətidir».  Bu  tərif  təkmildir,  sahibkarlıq  fəaliyyətinin 

məzmununu dəqiq əks etdirir.  

Azərbaycan  Respublikasının  Konstitusiyasında  və  “Sahibkarlıq  fəa-

liyyəti  haqqında”  Qanununda  təsbit  edilmişdir  ki,  fiziki  və  hüquqi  şəxslər 

qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, o 

cümlədən  məhsul  istehsalı,  satışı  və  xidmətlər  göstərilməsi  formasında  

müstəqil biznes fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. 

İ

qtisadi  ədəbiyyatlarda  “biznes”  termininə  müxtəlif  təriflər  verilir, 



məsələn: 

- biznes – öz biliyi, bacarığı və kapitalından istifadənin köməyi ilə gə-

lirin alınmasına yönəldilən insan fəaliyyətidir; 

-  biznes  –  işin  görülməsi  sistemidir,  insanlar  üçün  zəruri  məhsul 

istehsalı və xidmətlərin göstərilməsidir; 

-  biznes  –  istehlakçıların  tələbatını  ödəmək  üçün  yaradılan  istehsal 

sistemidir; 

- biznes - yüksəkkeyfiyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi 

vasitəsilə puldan pul əldə etmək bacarığıdır. 

Yuxarıda söylənilən fikirləri umumiləşdirərək biznesə aşağıdakı tərifi 

vermək daha düzgün olardı. 


Бизнесин тяшкили вя идаря едилмяси 

13 


Biznes – istehlakçıların tələbatının ödənilməsi və mənfəətin (gəlirin) 

ə

ldə  edilməsi  məqsədilə  təşəbbüskar  insanlar  arasında  işgüzar  münasi-



bətlərin  məcmusudur.  Biznes  və  onun  mühüm  istiqaməti  olan  sahibkarlıq 

fəaliyyəti  bazar  iqtisadiyyatının  ayrılmaz  tərkib  hissəsidir,  iqtisadi  artım 

tempini, ümumi daxili məhsulun strukturunu və keyfiyyətini müəyyən edir. 

Biznesin inkişafı demokratik prinsiplərə və azad bazar münasibətlərinə əsas-

lanan  milli  iqtisadiyyatın  formalaşması  və  davamlı  inkişafına  kömək  edir. 

Belə  ki,  müasir  biznesin  sürətli  inkişafı  sayəsində  Azərbaycan  iqtisa-

diyyatında qeyri-dövlət sektoru aparıcı mövqeyə çıxmış, yəni ümumi daxili 

məhsulda onun payı 81 faizə çatmışdır. 

Biznes  fəaliyyətini  inkişaf  etdirmək  və  milli  iqtisadiyyatda  onun 

rolunu  artırmaq  üçün  “Biznesin  təşkili  və  idarə  edilməsi”  ixtisası  üzrə  ba-

kalavr  və  magistr  kadrların  hazırlanması  məsələsi  zəruriyyətə  çevrilmişdir. 

“Biznesin təşkili və idarə edilməsi” fənninin tədrisində məqsəd iqtisadçı ba-

kalavrlara biznesin təşkili və idarə edilməsinin nəzəri və praktiki məsələləri 

haqqında zəruri bilikləri öyrətməkdir. 

Kitabın  strukturu  biznesin  təşkili  və  idarə  edilməsinə  bilavasitə  aid 

olan  mövzuların  qarşılıqlı  əlaqəsi  və  asılılığı  nəzərə  alınmaqla  məntiqi  ar-

dıcıllıqla  qurulmuşdur.  Bu  fənnin  səmərəli  tədrisi  və  tələbələr    tərəfindən 

yaxşı mənimsənilməsi məqsədilə  mövzular üç bölmədə qruplaşdırılır: biz-

nesin təşkili, biznesin planlaşdırılması və biznesin idarə edilməsi. 

“Biznesin  təşkili  və  idarə  edilməsi”  fənninin  tədqiqat  obyektini  müx-

təlif  mülkiyyət  və  təsərrüfatçılıq  formalarında  biznes  fəaliyyəti  ilə  məşğul 

olan  təsərrüfat  subyektləri,  predmetini  isə  biznes  fəaliyyətinin  səmərəli 

təşkili,  planlaşdırılması  və  idarə  edilməsi  ilə  bağlı  məsələlərin  öyrənilməsi 

təşkil edir. 

 

1.2. Biznesin məqsədi və növləri 

 

Biznesin  məqsədi  dedikdə  müəssisənin  kifayət  qədər  uzun  müddət 



ə

rzində  nail  olmağa  cəhd  etdiyi  son  nəticə  başa  düşülür.  Biznesin  xarakte-

rindən, inkişaf səviyyəsindən  və  s. amillərdən  asılı  olaraq  məqsədi  müx-

təlif ola bilər.  

Buna misal olaraq aşağıdakıları göstərmək olar: 

-  mənfəətin əldə edilməsi; 

-  biznes  fəaliyyətini  inkişaf  etdirmək  üçün  zəruri  vəsaitlərin  top-

lanması; 

-  cəmiyyətə zəruri əmtəə və xidmətlərin təqdim edilməsi; 

-  bazarda, sahədə qabaqcıl mövqeyə nail olunması; 

-  istehlakçıların tələbatının optimal ödənilməsi; 

-  öz əməkdaşlarına səmərəli fəaliyyət göstərmələri üçün əlverişli şə-

raitin yaradılması. 


Бизнесин тяшкили вя идаря едилмяси 

14 


Biznesin  məqsədinə  çatmaq  üçün  konkret  vəzifələrin  həlli  nəzərdə 

tutulur. Biznes məqsədlərinin düzgün seçilməsi və yerinə yetiriləcək konkret 

vəzifələrin müəyyənləşdirilməsi müəssisənin potensial imkanlarının tam sə-

fərbərliyə  alınmasına,  əmək,  material  və  maliyyə  resurslarından  daha  sə-

mərəli istifadə edilməsinə imkan verir. 

Biznes  fəaliyyəti  bir  sıra  əlamətlər  üzrə  təsnifləşdirilir.  Buna  aşağı-

dakıları aid etmək olar: 

- fəaliyyət  növünə  görə  (istehsal,  kommersiya,  maliyyə  və  konsaltik 

biznes); 

- fəaliyyət miqyasına görə (kiçik, orta və iri biznes); 

- mülkiyyət formasına görə (dövlət, xüsusi və bələdiyyə biznesi); 

- mülkiyyətçilərin  sayına görə (fərdi və kollektiv biznes); 

- təşkilati-hüquqi  formasına  görə  (təsərrüfat  yoldaşlıq,  təsərrüfat 

cəmiyyət, kooperativ); 

- təşkilati-iqtisadi  formasına  görə  (konsern,  assosiasiya,  sindikat, 

karter, maliyyə-sənaye qrupları). 

Biznesin  növləri  sahibkarın  əsas  fəaliyyət  sferasını  müəyyənləşdirir. 

Biznesin bütün növləri ayrıca, yaxud birlikdə fəaliyyət göstərə bilər. 

Biznes növlərinin təsnifatı onlardan hər birinin spesifikasını əks etdirir 

(şəkil 1.1).  

İ

stehsal  biznesi  -  çoxşaxəli  biznes  fəaliyyətinin  aparıcı  və  mürəkkəb 

növü hesab edilir. İstehsal biznesində məhsul istehsal edilir, iş və xidmətlər 

yerinə yetirilir, müəyyən mənəvi dəyərlər yaradılır. İstehsal biznesinin üstün 

sürətlə inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir, çünki o, digər biz-

nes  növlərinin  inkişaf  istiqamətlərini  müəyyənləşdirir.  İstehsal    biznesinin 

tərkibinə  məhsul  və  xidmətlər  istehsalı  və  onların  istehsal  istehlakı,  inno-

vasiya, elmi-texniki fəaliyyət və s. aiddir. 

İ

stehsal  biznesi  ilə  məşğul  olan  şəxs,  hər  şeydən  əvvəl,  istehsal  edə-



cəyi  məhsulu  və  göstərəcəyi  xidmət  növünü  müəyyənləşdirməli,  potensial 

istehlakçını axtarıb tapmalı və onunla əlaqə qurmalıdır. Bazar iqtisadiyyatı-

nın inkişaf etdiyi qərb dövlətlərində sahibkarla potensial istehlakçı arasında 

ş

ifahi  razılaşmalar  etibarlı  təminat  sayılır,  yalnız  zəruri  hallarda  bu  razı-



laşma sonradan saziş formasında bağlanıla bilər. Bazar iqtisadiyyatına keçid 

dövründə  sahibkarla  istehlakçı  arasında  şifahi  razılaşma  çox  vaxt  etibarlı 

olmur. 

 


Бизнесин тяшкили вя идаря едилмяси 

15 


 

Şə

kil 1.1. Biznes növlərinin təsnifatı 



 

 

Elmi-texniki tərəqqinin sürətlənməsi milli iqtisadiyyatın formalaşması 

və dayanıqlı inkişafında mühüm rol oynayır. “Yapon möcüzəsi” buna bariz 

sübutdur.  Məlum  olduğu  kimi,  İkinci  cahan  savaşında  Yaponiyanın  xalq 

təsərrüfatı tamam dağılmış, qalib dövlətlər texnikanın yararlı hissələrini sö-

küb  aparmış,  qalan  hissələrini  isə  məhv  etmişlər.  Yaponlar  iqtisadiyyatın 

bərpasına sıfırdan, özü də boş əllə başlamalı oldular. Buna baxmayaraq, Ya-

Biznesin növləri 

İ

stehsal 


İ

nnovasiya  

Elmi-texniki 

Ə

mtəə istehsalı 



Xidmət 

göstərilməsi 

Ə

mtəənin istehsal 



istehlakı 

Xidmətin 

istehsal istehlakı 

İ

nformasiya 



Kommersiya 

Maliyyə  

Konsultativ 

Ticarət 


Ticarət - 

tədarük 


Bank 

Ticarət-


vasitəçilik 

Ə

mtəə birjası 



Sığorta 

Audit  


Lizinq  

Maliyyə birjası 

Ümumi 

idarəetmə 



İ

nzibati  

Maliyyə 

idarəetməsi 

Kadrların 

idarə edilməsi 

Marketinq  

İ

nformasiya 



texnologiyası 

Бизнесин тяшкили вя идаря едилмяси 

16 


poniya  az  zaman  kəsiyində  dünyanın  iqtisadi  cəhətdən  inkişaf  etmiş  ölkə-

lərindən birinə çevrildi, sözün əsl mənasında “Yapon möcüzəsi” baş verdi. 

Yaponiyada  istehsal  olunan  məhsullar  Amerika  mallarını  Amerika  bazar-

larında,  Avropa  mallarını  Avropa  bazarlarında  sıxışdırmağa  başladı.  Belə-

liklə,  Yaponiyanın  dünya  ölkələri  içərisində  qabaqcıl  mövqeyə  çıxmasının 

ə

sas səbəbi elmi-texniki tərəqqinin sürətlənməsinə yönəldilən dövlət siyasəti 



və onun ardıcıl həyata keçirilməsi olmuşdur. 

Elmi-texniki tərəqqi bir-biri ilə sıx əlaqəli vahid “elm-texnika-istehsal-

istehlak” kompleksini əmələ gətirən elm, texnika və texnologiyanın fasiləsiz 

inkişafı  və  istehsalın  təşkilinin  təkmilləşdirilməsi  prosesidir.  Elmi-texniki 

tərəqqinin ayrı-ayrı mərhələlərini əks etdirən əsas kateqoriyalar elmi kəşflər, 

ixtiralar, texniki yeniliklərdir. 

Elmi-texniki  tərəqqi  təkamül  və  inqilab  formasında  təzahür  edir.  Tə-

kamül  forması  ənənəvi  texniki  vasitələrin  və  texnologiyaların  tədricən,  fa-

siləsiz təkmilləş-dirilməsi və onların toplanması ilə səciyyələnir. İnqilab for-

ması isə elm və texnikanın nailiyyətlərinə əsaslanır, prinsipcə yeni texnoloji 

proseslərin və mütərəqqi materialların işlənilməsi və tətbiqi ilə səciyyələnir. 

Sahibkarlığın iki forması fərqlənir: yeniliklərin yaradılması və iqtisadi 

reallaşdırılması  -  innovasiya  sahibkarlığı;  xalis  bazar  sahibkarlığı  –  mar-

ketinq. Azad sahibkarlığın mahiyyəti birinci formada – yeniliklərin, yəni əv-

vəllər  mövcud  olmayan  yeni  istehsal  amillərinin  kombinasiyasının  (yeni 

istehsal funksiyasının) yaradılması prosesində tam açıqlanır. 

İ

nnovasiya  biznesinin  səmərəli  təşkili  “elm-istehsalat”  tsiklinin  bütün 



mərhələlərinin  sıx  əlaqələndirilməsini,  elmi  araşdırmaların  nəticələrinin  in-

novasiya prosesinin bir fazasından digərinə zəncirvarı verilməsini, yeniliklər 

yaradılmasını  nəzərdə  tutur.  Əmtəə  bazarının  tərkib  hissəsi  olan  yeniliklər 

bazarı  qeyri-müəyyənlik  şəraitində  yaranır,  bazar  iştirakçılarının  qarşılıqlı 

münasibətlərinin  spesifik  mühitində  innovasiya  prosesinin  xarakterindən 

asılı olaraq formalaşır.  

Yeniliklər  bazarının  normal  fəaliyyəti,  hər  şeydən  öncə,  intellektual 

mülkiyyətdən  düzgün  istifadə  olunmasını  tələb  edir.  İntellektual  mülkiyyət 

ağıl, zəka, zehin mülkiyyəti deməkdir. Milli sərvət sayılan intellektual mül-

kiyyət əsasən dörd növə ayrılır: patent, ticarət markası, müəlliflik hüququ və 

sənaye sirləri. Bunların özünəməxsus xüsusiyyətləri vardır. Məsələn, patent 

cəmiyyətdə  ixtiraçılar,  yaradıcı  adamlar  arasında  müqavilə  kimi  səciyyə-

lənir;  ticarət  markası  (nişanı)  firmanın,  şirkətin  keyfiyyət  rəmzidir,  malın 

(xidmətlərin)  mənbəyini  və  onun  başqa  əmtəələrdən  fərqli  cəhətləridir; 

müəlliflik hüququ isə orijinal müəlliflik işlərinə aiddir. 

İ

ntellektual mülkiyyətin qorunması şərtləri və müddətləri “İntellektual 



mülkiyyət  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə  müəyyən 

edilir. Təsadüfi deyil ki, intellektual mülkiyyət haqqında mükəmməl qanunu 



Бизнесин тяшкили вя идаря едилмяси 

17 


olmayan  ölkələrin  iqtisadiyyatına  kifayət  qədər  xarici  investisiya,  yeni 

texnika və texnologiyalar cəlb edilmir. 



Kommersiya biznesi  - əmtəə və xidmətlərin alqı-satqısı üzrə əməliy-

yatların həyata keçirilməsi ilə məşğul olur. Biznesin bu növü böyük həcmdə 

maliyyə vəsaiti tələb etmir və qoyulan vəsait daha tez gəlir gətirir. Məhz ona 

görə  də  kommersiya  biznesi  ən  geniş  yayılmışdır.  Kommersiya  biznesinin 

rentabellik səviyyəsi 20 faizdən yüksəkdir. 

Kommersiya  biznesinin  ümumi  sxemi  istehsal  sahibkarlığının  fəaliy-

yət  sxeminə  müəyyən  dərəcədə  oxşardır.  Lakin  fərq  ondan  ibarətdir  ki, 

kommersiya biznesində material resurslarının əvəzinə hazır məhsul alınır və 

sonradan müəyyən qiymət  fərqi qoyaraq istehlakçılara çatdırılır. 

Kommersiya biznesinin fəaliyyət sahəsi əmtəə birjası və ticarət təşki-

latlarıdır.  Əmtəə  birjası  satıcıları  və  alıcıları  bir    yerə  toplamağa  imkan 

verən  təşkilati  cəhətdən  qanunlaşdırılmış  daim  fəaliyyətdə  olan  bazardır. 

Ə

mtəə birjasında birgə istənilən qaydalara uyğun olaraq ticarət əməliyyatları 



aparmaq  üçün  kommersiya  vasitəçiləri  könüllü  surətdə  birləşirlər.  Əmtəə 

birjasının məqsədi azad rəqabətin idarə olunması mexanizmini yaratmaq və 

onun köməyi ilə tələb və təklifin dəyişdirilməsini nəzərə almaqla real bazar 

qiymətlərini aşkara çıxarmaqdır. 

Ə

mtəə birjası aşağıdakı əsas funksiyaları yerinə yetirir: 



-  ticarət  sazişlərinin  bağlanması  üzrə  vasitəçilik  xidmətinin  göstə-

rilməsi; 

-  əmtəə  ticarətinin  qaydaya  salınması,  ticarət  əməliyyatlarının  tən-

zimlənməsi və ticarət mübahisələrinin həll edilməsi; 

-  qiymətlər, istehsalın vəziyyəti və qiymətə təsir edən digər amillər 

haqqında məlumatların toplanması və çap olunması. 

Bazar iqtisadiyyatlı ölkələrdə əmtəə birjaları müvəffəqiyyətlə fəaliyyət 

göstərirlər. London əlvan metallar, Liverpul pambıq, Sinqapur kauçuk və s. 

ixtisaslaşdırılmış  əmtəə  birjaları  buna  bariz  sübutdur.  Hazırda  Rusiyada 

150-dən çox, Azərbaycanda isə yalnız bir əmtəə birjası vardır. 

Beləliklə,  müxtəlif  formalarda  təşkil  edilən  topdansatış  ticarəti  məh-

sulun  istehsalçıdan  bazara  doğru  hərəkətinin  ilkin  mərhələsini  əhatə  edir. 

Topdansatış ticarəti istehsal və istehlakı əlaqələndirərək vasitəçilik xarakteri 

daşıyır. 



Maliyyə biznesi  –  kommersiya fəaliyyətinin xüsusi növüdür. Burada 

alqı-satqı  obyekti  spesifik  əmtəə-pul,  valyuta  və  qiymətli  kağızlar  hesab 

edilir. Maliyyə biznesinin fəaliyyət sahəsi kommersiya bankları və fond bir-

jaları  hesab  edilir.  Maliyyə  biznesi  valyuta  bazarının  və  qiymətli  kağızlar 

bazarının təhlilini və marketinq tədqiqatlarının aparılmasını nəzərdə tutur. 

Banklar  ilə  müştərilər  arasında  münasibət  müqavilə  xarakteri  daşıyır. 

“Bank və bank fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa 

uyğun olaraq müştəri kredit-hesablama xidməti üçün bankı sərbəst seçir. 



Бизнесин тяшкили вя идаря едилмяси 

18 


Sahibkar  öz  pul  vəsaitini  banklarda  saxlayır  və  digər  təşkilatlar  qar-

ş

ısındakı öhdəlikləri üzrə nağdsız qaydada hesablaşma aparır. Bank öz müş-



tərilərinə kredit xidməti göstərir. Bu cür münasibətin hüquqi forması kredit 

müqaviləsi  adlanır.  Həmin  müqavilənin  xarakterik  xüsusiyyəti  ondan  iba-

rətdir  ki,  borcverici  kimi  bank  çıxış  edir.  Bank  üçün  əsas  fəaliyyət  növü, 

kredit verməkdir, onun hesabına bank mənfəət əldə edir. 

Kredit  kapitalın  hərəkətini  ifadə  edir  və  yenidənbölüşdürmə,  tədavül 

xərclərinə qənaət, kapitalın təmərküzləşməsi və mərkəzləşdirilməsinin sürət-

ləndirilməsi funksiyalarını yerinə yetirir. 

Sığorta  iqtisadi  təhlükəsizliyin  və  əmin-amanlığın  təmin  olunması 

üsullarından biridir, düşünülmüş, ağıllı ehtiyatlılıqdır. Sığorta sığorta olunan 

və  ya  xeyrinə  sığorta  müqaviləsi  bağlanmış  digər  şəxslərə  dəyən  zərərin 

ödənilməsi  yolu  ilə  onların  əmlakının  və  əmlak  mənafelərinin  müdafiəsi 

sahəsində münasibətdir. Sığortanın iqtisadi mahiyyəti ondan ibarətdir ki, zə-

rərlə nəticələnən əlverişsiz vəziyyət baş verən zaman dəyən zərəri minimu-

ma endirməkdir. 

Təhlil  subyektindən  asılı  olaraq  müəssisənin  maliyyə  hesabatının 

xarici təhlili içərisində auditor xidməti xüsusi yer tutur. Auditin inkişafının 

hüquqi  bazasını  “Auditor  xidməti  haqqında”  Azərbaycan  Respublikası  Qa-

nunu (1994-cü il) təşkil edir. Audit – mülkiyyət formasından və təşkilati-hü-

quqi tabeçiliyindən asılı olmayaraq respublika ərazisində fəaliyyət göstərən 

bütün təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparıl-

masının,  mühasibat  və  maliyyə  hesabatlarının  müstəqil  yoxlanılmasıdır. 

Audit yoxlamaları məcburi və ya təsərrüfat subyektlərinin təşəbbüsü ilə kö-

nüllü ola bilər. 

Lizinq  –  istehlakçının  sifarişi  əsasında  əmlakı  satın  almaqla  onu  is-

tehlakçıya  müəyyən  müddətə  icarəyə  vermək  məqsədilə  həyata  keçirilən 

xidmət növüdür. Lizinq xidməti sahibkarlıq fəaliyyətini maliyyələşdirməyin 

ə

n  əlverişli  üsullarından  biridir.  Lizinq  münasibətləri  “Lizinq  xidməti  haq-



qında”  Azərbaycan  Respublikası  Qanununun  (1994-cü  il)  vasitəsilə  tən-

zimlənir. Sahibkar lizinq xidmətindən istifadə etməklə müxtəlif cür istehsal 

amillərinin,  istehsal  təyinatlı  binalar,  dəzgahlar,  maşınlar,  avadanlıqlar, 

nəqliyyat vasitələri və s. əmlak ala bilər.  



Qiymətli  kağızlar  -  qiymətli  kağız  sahibinin  emitet  barəsində  əmlak 

hüququnu  və  ya  borc  münasibətlərini  təsdiqləyən  pul  sənədidir.  Qiymətli 

kağızların meydana gəlməsi ilə kapitalın ikiyə bölünməsi prosesi baş verir. 

Bir tərəfdən istehsal fondları ilə təqdim edilən real kapital mövcuddur, digər 

tərəfdən isə qiymətli kağızlarda onun əksi. 

Qiymətli kağızların ən geniş yayılmış növləri səhm, istiqraz vərəqəsi, 

dövlət  xəzinə  öhdəlikləri,  əmanət  sertifikatları  sayılır.  Qiymətli  kağızların 

tədavülə buraxılması və qeydiyyata alınması qaydası, qiymətli kağızlar ba-



Бизнесин тяшкили вя идаря едилмяси 

19 


zarı iştirakçılarının fəaliyyəti “Qiymətli kağızlar və fond birjaları haqqında” 

Azərbaycan Respublikası Qanunu (1992-ci il) ilə tənzimlənir. 

Qiymətli  kağızlar  bazarı  birinci  və  ikinci  bazara  bölünür.  İkinci  ba-

zarın  əsasını  fond  birjası  təşkil  edir.  Fond  birjası  xüsusi  şəkildə  təşkil  olu-

nan, müntəzəm surətdə fəaliyyət göstərən qiymətli kağızlar bazarıdır, hara-

dakı  qiymətli  kağızların  alqı-satqı  sazişi  aparılır.  Satılmış  qiymətli  ka-

ğ

ızların miqdarı, onların kursu haqqında məlumatlar müntəzəm surətdə fond 



birjaları tərəfindən dərc olunur. 

Konsultativ  biznes  -  mütə

xəssislər  tərəfindən  verilən  ödənişli  məs-

ləhətlər  şəklində  həyata  keçirilir.  Dünya  təcrübəsində  idarəetmə  məsələləri 

üzrə  kommersiya  məsləhəti  və  ödənişli  məsləhət  verilməsi  “konsaltinq” 

adlanır.  İqtisadiyyat  və  idarəetmə  üzrə  Məsləhətçilər  Assosiasiyasının  Av-

ropa  Federasiyasının  verdiyi  tərifə  görə  Menecment  Konsaltinq  problem-

lərin, yaxud imkanların müəyyənləşdirilməsi, qiymətləndirilməsi və reallaş-

dırılmasına dair müvafiq tədbirlər və tövsiyələr daxil olmaqla idarəetmə mə-

sələləri  üzrə  müstəqil  məsləhətlər  verməkdən  və  köməklik  göstərməkdən 

ibarətdir.  Sənayecə  inkişaf  etmiş  ölkələrdə  konsultativ  xidmət  formasında 

intellektual  mülkiyyətə  qoyulan  vəsait  yeni  avadanlığa    və  mütərəqqi  tex-

nologiyaya qoyulan  vəsaitdən heç də az səmərə vermir. 

Məsləhətləşmənin  müxtəlif  metodları  vardır.  Onlardan  ən  çox  tətbiq 

edilən və məqbul sayılanı ekspert, proses və öyrədilmə metodlarıdır. Ekspert 

məsləhətləşməsi  konsaltinqin  ən  passiv  forması  sayılır.  Burada  məsləhətçi 

sərbəst  diaqnostikanı  həyata  keçirir,  qərarları  və  onların  tətbiqi  üzrə  tövsi-

yələri  hazırlayır.  Bu  zaman  müştəri  yalnız  məsləhətçini  lazımi  informasi-

yalarla  təmin  edir.  Proses  məsləhətləşməsində  konsaltinq    firmasının  mü-

təxəssisləri  layihənin  işlənilməsinin  bütün  mərhələlərində  müştərini  öz 

ideyasını və təklifini söyləməyə vadar  edərək onunla fəal surətdə qarşılıqlı 

hərəkət  edirlər;  məsləhətçi    müştəri  ilə  birlikdə  problemi  təhlil  edir  və 

təkliflər  hazırlayır.  Öyrədilmə  məsləhətləşməsində  mütəxəssisin  başlıca 

vəzifəsi ideyanın baş verməsi və qərarların qəbulu üçün lazımi zəmin hazır-

lamaqdır.  Bu  məqsədlə  mütəxəssislər  müştəriyə  mühazirə  oxuyur,  seminar 

məşğələsi  keçir,  bütün  zəruri  nəzəri  və  praktiki  informasiyalar  təqdim 

edərək müştəri üçün dərs vəsaiti hazırlayır. Təcrübədə adı çəkilən məsləhət-

ləşmə metodlarından heç biri təmiz şəkildə tətbiq edilmir, bir qayda olaraq 

üçünün birgə kombinasiyasından istifadə olunur. 



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin