139 Azərbaycan və Türkiyə ortaq tarix doktrinası: erməni iddialarına qarşı yeni platformanın yaradılması yaradılıb.
6
Bu silahlı qrup qondarma erməni soyqırımından məsul olan türk
dövlət adamlarını və ermənilərin milli iddialarına “xəyanət” edən erməniləri
öldürüb.
Ermənistanın 1920-ci ildə Bolşevik Rusiyası tərəfindən işğal
edilməsindən sonra daşnaklar və hınçaklar ölkədən sürgün edilib, Sovet
Ermənistanı Türkiyəyə qarşı müstəqil siyasət həyata keçirə bilmədiyi
üçün erməni məsələsi və qondarma soyqırımı iddiaları 1960-cı illərə qədər
gündəmə gətirilməyib. Ancaq yenə də Avropa və ABŞ erməni diaspor
təşkilatları bu mövzuda təbliğatlarını davam etdiriblər.
1965-ci ildə Ermənistan hökuməti qondarma soyqırımı qurbanlarını
anmaq məqsədilə aprelin 24-də mərasim təşkil edib və Çiçernakabert
şəhərində soyqırımı abidəsi ucaldıb. Bu tarixdən sonra Ermənistan hökuməti
xaricdə yaşayan ermənilərin soyqırımı təbliğatı fəaliyyətlərini koordinasiya
etməyə başlayıb, diaspor erməniləri Daşnaksütyun Partiyasının liderliyi
altında yenidən təşkilatlanıb. İki il sonra Daşnaksütyun Partiyasının
1967-ci ildə Beyrutda keşirilən XIX qurultayında Avropa dövlətlərinin
qondarma erməni soyqırımını gündəmə gətirməyə cəhd göstərməmələri
ciddi şəkildə tənqid olunub və Türkiyə ilə birgə Avropa dövlətləri də erməni
“soyqırımı”ndan məsul tutulub.
1972-ci ilin dekabr ayında Vyanada keçirilən XX qurultayda isə