42 Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri qəbul olundu. Bu hadisədən sonra Türkiyə Respublikası Hökuməti Avropa
İttifaqını səmimiyyətsizlikdə günahlandırdı və Avropa ölkələrindən ŞKTR-
in təcridini ortadan qaldırma barədə sözünü tutmasını istədi. Avropa İttifaqı
isə Türkiyə ilə ittifaq arasında müzakirələrin başlanması üçün Kiprin yunan
tərəfinə qarşı iqtisadi embarqoların qaldırılması və limanlarının yunan
gəmilərinə açılması tələbini irəli sürməkdə israr etdi.
Kiprdə keçirilən “Annan planı” referendumundan əvvəl Azərbaycan
tərəfinin “türklər Annan planına “hə” , yunanlar isə “yox” deyərsə, biz
ŞKTR-i tanıyacağıq” açıqlaması Kiprin türk tərəfində umud yaratdı. Lakin
bu açıqlama yunan Kipri və Yunanıstanın Azərbaycana qarşı təzyiqlərinə
səbəb oldu. Bu təzyiqə Avropa İttifaqının bəzi üzv dövlətləri də dəstək verdi
və ŞKTR-in Azərbaycan tərəfindən tanınması halında onların da Qarabağı
müstəqil dövlət kimi tanıyacaqları bəyan edildi.
Referendumdan sonra Azərbaycan ŞKTR-i tanımadı, lakin 2005-ci
ildə Azərbaycan ŞKTR-ə qarşı həyata keçirilən təcrid siyasətini ortadan
qaldırmaq üçün iqtisadi addımlar atdı. 2005-ci ildə Bakıdan 8 millət
vəkilinin olduğu bir heyət 1974-cü il Kipr Sülh Əməliyyatının ildönümü
mərasimində iştirak etmək üçün iyulun 20-də ŞKTR-ə getdi.
2005-ci il iyulun 29-da Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB)
və ŞKTR-in müavfiq qurumlarının birgə təşkil etdikləri ŞKTR-Azərbaycan
Biznes Forumunda iştirak etmək üçün sahibkarlar, dövlət təmsilçiləri,
mətbuat nümayəndələri və sənətçilərdən ibarət heyət Bakıdan ŞKTR-ə
birbaşa təyyarə reysi ilə uçdu. Bu, uzun illərdən sonra, Türkiyə nəzərə
alınmazsa, ŞKTR-ə həyata keçirilən ilk birbaşa təyyarə uçuşu idi. Forum
zamanı ATİB və Kipr Türk Sənaye və Ticarət Təşkilatı, ŞKTR Banklar
Birliyi və Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair
Protokol imzalandı.
61
ATİB-in təşkil etdiyi səyahətə cavab olaraq 2005-ci il avqustun 29-
da, 30 il sonra ilk dəfə ŞKTR-in keçmiş Prezidenti Rauf Denktaş və
Baş nazirin müavini, xarici işlər naziri Sərdar Denktaşın rəhbərliyi ilə
nümayəndə heyəti xarici bir ölkəyə - Azərbaycana birbaşa uçuş həyata
keçirdi, qonaqlar Bakıda ŞKTR pasportları ilə qəbul edildi. Səfər zamanı
Sərdar Denktaş təzyiqlərə baxmayaraq bu səfərin təşkilinə dəstək verdiyi
üçün Azərbaycan rəhbərliyinə təşəkkür etdi.
62
Bu səfərlə əlaqədar açıqlama
verən Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin
müdiri Novruz Məmmədov Azərbaycanın bu səfəri iqtisadi münasibətlərin
61 Vatan Gazetesi, 27 Temmuz 2005.
62 Hürriyet, 30 Ağustos2005.