47 Parlamentlərarasi əlaqələr: nailiyyətlər və perspektivlər bunu uzunmüddətli perspektivdə sürdürmək üçün Azərbaycan-Türkiyə
işbirliyi xüsusi önəm kəsb edir. Müxtəlif xarakterli layihələrin reallaş-
dırılması və bu layihələr çərçivəsində strateji üstünlüklərin əldə edilməsi
rəsmi Ankara üçün xüsusi avantaj deməkdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-
Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi layihələr ərsəyə gələn zaman
sərgilənən strateji tərəfdaşlıq-işbirliyi nümunələri deyilənləri əsaslandıran
bariz dəlildir.
İkincisi, Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan önəmli tranzit
məntəqə-məkan kimi strateji açılımlar baxımından əvəzedilməz mövqeyə
malikdir. Çünki Asiyadan Avropaya uzanmaq üçün Azərbaycan amili
birmənalı zəruridir. Bu, istər müxtəlif enerji layihələrinin reallaşdırılması,
istərsə də regional əməkdaşlıqlar zamanı özünü daha qabarıq şəkildə büruzə
verir.
Üçüncüsü, Azərbaycan və Türkiyə daim beynəlxalq arenada bir-birinə
qarşı “dual dövlət” mövqeyində çıxış edirlər. İstər BMT çərçivəsində,
istər çoxtərəfli münasibətlər formatında, istərsə də qlobal miqyaslı digər
münasibətlər fonunda Bakı və Ankara mütəmadi qaydada bir-birini
dəstəkləyirlər. Bu da, heç şübhəsiz, qarşılıqlı, səmimi, faydalı və uzlaşdırıl-
mış münasibətləri daha da möhkəmləndirən amildir.
Əlbəttə, Türkiyənin Azərbaycana qarşı daha həssaslıqla yanaşması-
nı şərtləndirən fundamental amillərin sayını istənilən qədər artırmaq olar.
Amma hər halda bunlar ona dəlalət edir ki, Azərbaycan Türkiyənin xarici
siyasət strategiyasının başlıca nəzərə alınan aktorlarındandır.
Eləcə də, Türkiyə Azərbaycan üçün zəruri strateji önəmə malik
tərəfdaşdır. Regionda sülh və sabitliyin təmin olunması, imperialist aktor-
ların dağıdıcı fəaliyyətinin neytrallaşdırılması, bölgədə yeni əməkdaşlıq
platformalarının yaradılması, yeni enerji coğrafiyası və xəritəsinin for-
malaşdırılması, qlobal miqyasda milli və transmilli maraqların müdafiəsi
mənasında Ankara Bakı üçün xüsusi əhəmiyyətə malikdir.