8 Azərbaycan-Türkiyə: dostluq, qardaşlıq və strateji tərəfdaşlıq sının müxtəlif təhsil ocaqlarında oxuyurlar. Türkiyəyə təhsil almağa gedən
tələbələrin sayı durmadan artır. Təhsil sahəsində əlaqələrin genişlənməsi isə
öz növbəsində hər iki ölkənin gəncləri arasında sıx və faydalı münasibətlərin
formalaşmasına rəvac verir. Bir-birilə mütəmadi əlaqə saxlayan gənclərin
gələcəkdə hər iki ölkənin həyatında qərarverici gücə çevriləcəyini nəzərə
alsaq, bu münasibətlərin Azərbaycan-Türkiyə əməkdaşlığının gələcəyi
üçün nə qədər böyük əhəmiyyət daşıdığı məlum olar.
Azərbaycan-Türkiyə münasibətlərində iki ölkənin media qurumları
arasındakı əlaqələr xüsusi bir istiqamət təşkil etməkdədir. Bir sıra Türkiyə
telekanallarının Bakıda fəaliyyət göstərən nümayəndəlikləri ölkəmizin
ictimai-siyasi həyatının ətraflı işıqlandırılmasında yaxından iştirak edir.
Bütün bu nailiyyətlər hər iki tərəfi daha sıx və səylə fəaliyyət göstərməyə
həvəsləndirir.
Eyni zamanda, son illər ərzində hər iki dövlətin beyin mərkəzləri
arasında sıx əməkdaşlıq əlaqələri də qurulub. Belə əməkdaşlığın bariz
nümunəsi Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araş-
dırmalar Mərkəzi ilə Türkiyənin bir sıra beyin mərkəzləri, xüsusilə Xari-
ci İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi ilə aktiv surətdə
həyata keçirilən birgə layihələrin sayının durmadan artmasıdır. Bu isə vahid
ekspert məkanının qlobal çağırışlara qarşı ümumi fəaliyyət strategiyası-
nın formalaşması üçün zəmin yaradır. Elmi münasibətlərin və əlaqələrin
təkmilləşdirilməsi bundan sonra da yüksələn xətt üzrə davam etməli, yeni
uğurların əldə edilməsi üçün birgə səylər daha da artırılmalıdır.
Azərbaycan-Türkiyə münasibətlərini qısa bir məqalə çərçivəsində əhatə
etmək qeyri-mümkündür. Bu kitab da belə bir çağırışlara cavab vermək
missiyasını üzərinə götürür və hər iki dövlət arasında mövcud əlaqələrin
müxtəlif sahələrdə inkişaf xüsusiyyətlərini araşdırır.