91
gedir. Parlament inkişaf qaydalarının nəzəri və təcrübi əsaslarını hazırlayan
qurum kimi də özünəxas rola malik olur. Nəticə etibarilə deyək ki, ölkəmizə
daha güclü parlament lazımdır və parlamentçilik ənənəsini özündə cəmləşdirən
quruma ehtiyac var. Yuxarıda sadalananlardan belə qənaətə gələ bilərik ki,
güclü parlament üçün xalqımız məhz kimlərə səs verib, onları özlərinin
nümayəndələri seçməlidir. Parlamentin gücü xalqı bu qurumda təmsil
edənlərdən asılıdır. Təmsilçilik ən yüksək mədəniyyətdir ki, öz daxilində
yüksək etik göstəriciləri ehtiva edir. Bu mədəniyyət kompozisiyasının
tərkibinə şəxsin (təmsil edənin) etik davranış göstəriciləri aid olur. Şəxsin bilik
və bacarığı, istedadı və dünyagörüşü, maarifçilik səviyyəsi və digər müsbət
keyfiyyətləri də kompozisiyanı təşkil edir.
Onu da sadalamaq lazımdır ki, parlamentdə təmsil olunan şəxs onu
təmsilçi edənlərdən öz bilik və bacarığına, istedad və savadına görə,
cəmiyyətdə qazandığı nüfuz baxımından geri qala bilməz. Parlamentdə həm də
savadlı insanlar ona görə cəmləşməlidir ki, dialoqlarda, fikir mübadilələrində,
müzakirələrdə daha çox şəxslər iştirak etsinlər ki, qaranlıq məqamlar çox
aydınlaşsın. Parlamentin potensialı da artsın. Parlament yüksək tərkiblə
fəaliyyət göstərsin.
Təmsilçilər qanunvericiliyin əsaslarını, bu baxımdan sənədlərin
xarakterini, onların tənzimləmə sahələrini, normativ-hüquqi aktların tətbiqi
dairələrini, qanunvericiliyin təyinatını, dövlətin konstitusion əsaslarını
nəzəri və təcrübi əsaslarla bilməlidirlər. Qanunların məkana və zamana
müvafiq tənzimləmə xassələrini dərk etməlidirlər. Qanun və siyasət
anlayışlarının vəhdətini bilməlidirlər. Onlar hüquqi islahatların avanqard
subyektləri və aktiv iştirakçıları rolunu oynamalıdırlar.
Ə
ziz xalqımız, gəlin elə adamları seçək ki, parlamentimiz də güclü olsun,
dövlətimizə və bizlərə yaxşı xidmət etsin. Həm də parlamentimizi güclü
dövlətimizin dayağına çevirək. Bu şəxslər aşağıdakı kateqoriyalara aid olanlar
ola bilərlər:
Dövləti bütöv və tərkib etibarilə, siyasi sistemi, hüququ sistemini, iqtisadi
sistemi yaxından dərk edən şəxslər-mütəxəssislər, ictimaiyyət nümayəndələri,
cəmiyyət və elm sahələrinin aktivləri, institutlarda, universitetlərdə və
Dostları ilə paylaş: