Parlament strategiyasının və taktikasının əsas məqsədləri:
-dövlət və ümumxalq mənafeyinin nəzərə alınması və təmin olunması;
-ölkənin daxildə və beynəlxalq aləmdə maraqlarının təmin edilməsi üçün
səmərəli qanun layihələrinin qəbul edilməsi;
-ölkə resurslarından tarazlı istifadə üçün tənzimləyici qanunların qəbul
edilməsi;
-dövlətin hüquq və siyasət sisteminin təkmilləşdirilməsi-bu sistemlərin
insanların daha çox maraqlarına uyğunlaşdırılması. Sosial əsaslı hüquq və
siyasət sisteminin formalaşdırılması;
-strategiyanın cəmiyyətin ruhu üzərində qurulması;
-hüquq sisteminin siyasət sistemi üzərində nəzarətinin təmin edilməsi-
ümumiyyətlə, hüquqların icrası elə siyasətdir. Ən əsası hüququ baza götürmək
lazımdır. Bu halda hüquq siyasətə nəzarət edir;
-icra hakimiyyəti üzərində hüquq nəzarəti funksiyasının gücləndirilməsi;
-hüquq və siyasət sisteminin insanların dəyişən maraqlarına müvafiq
olaraq islahatlarla təmin olunması;
-ictimai funksiyanın gücləndirilməsi və dövlətdə ictimaiyyətin rolunun
artırılması;
-sifarişli və ictimai təkliflər üzərində siyasətin müəyyən edilməsi;
-daha çox sadələşdirici məzmunlu qanun layihələrinin qəbul edilməsi;
-qanun layihələrinin reallıqlarla uyğunlaşdırılması;
-qanun layihələrinin ideya və fəlsəfi məzmunlarının zənginləşdirilməsi;
-daha çox ictimai nəbzə uyğun və ictimai və siosial müşahidələrin
nəticələrindən irəli gələrək qərarların qəbul edilməsi;
-hüquq və siyasət sistemini daxildən və xaricdən genişləndirən, eləcə də
stereotipləri aradan qaldıran normaların qəbulu və s.
108
Elşən Misir oğlu Nəsibov
DÖVLƏT VƏ SİYASƏT FƏLSƏFƏSİ
SİYASƏT III CİLD
Kitabın Birinci bölümü
“Elm və təhsil ” nəşriyyat-poliqrafiya müəssisəsi
Dostları ilə paylaş: |