olunur; çünki dövlət özünü tənzimləmə funksiyasında təsdiq edir. Dövlətin
mahiyyəti onun maraqların təminatını məqsəd kimi qarşıya qoyan idarəçiliyində
büruzə verir. Hakimiyyət subyektləri strateji əsaslarla təşkil olunur (strateji
sahələrdə idarəçiliyi təmin etmək məqsədilə) və subyektlərin özləri də öz
fəaliyyətlərini strateji istiqamətlərdə təşkil edirlər. Subyektlər strateji sahələrdə
yeni-yeni strategiyalar müəyyən edir və icrasını təmin edirlər. Strategiyanın
məqsədləri isə yeniliyi aşkarlamaqdan, formalaşdırmaqdan ibarət olur.
Strategiyanın icrası təkmilləşdirmə fəaliyətinin tərkibini təşkil edir. Dövlət struktur
islahatları həyata keçirməklə öz strateji sahələrində dəyişiklikləri təmin edir.
Dəyişikliklər fəaliyyətin yeni axarını meydana gətirir. Strategiyanın dəyişməsi
qismən və köklü olaraq həyata keçirilir. Strategiyanın qismən dəyişməsi təbii ki,