Elşən Misir oğlu Nəsibov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə139/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   132   133   134   135   136   137   138   139   140
Azf-286777

taktiki  fəaliyyəti 
meydana  gətirir.  Strategiya  dövlətçiliyin  möhkəmlənməsinə 
xidmət  edir.  Ən  əsası  isə  məqsədyönlü  strategiyanı  müəyyən  etməkdən  və 
taktikasını  həyata  keçirməkdən  ibarərdir.  Dövlət  piramidal  strategiyanı  müəyyən 
edir. Eləcə də şaxələnmə strategiyasının icrasını təmin edir.  
Hakimiyyətin strategiyasında parlament strategiyası da önəm kəsb edir.  
Parlament  strategiyası  digər  strateji  sahələr  üçün  nəzəri  layihələri,  strateji 
kursu, taktiki qaydaları müəyyən etmək funksiyasını həyata keçirir. Parlament 
strategiyasında  iki  baza  kursu  müəyyən  etmək  olar:  birincisi,  təkmil 
parlamentin  formalaşdırılması  (dövlət  hakimiyyətinin  təşkili  strategiyası); 
ikincisi,
 
formalaşmış 
parlamentin 
işinin 
məqsədyönlü 
şə
kildə 
istiqamətləndirilməsi.  Parlament  özünütəşkil  strategiyasının  ardınca  strateji 
sahələrin  layihələrini  müəyyən  etmək  strategiyasını  yerinə  yetirir.      Burada 
quruculuq,    təşkilatçılıq  və  fəaliyyət  strategiyaları  (təşkil  olunmuş  qurumun 
fəaliyyət mexanizmləri) bir-birilərini tamamlayır.  Parlamentin qurulmasından 
sonra  onun  qurucu,  yaradıcı  fəaliyyəti  parlament  strategiyasında  önəm  kəsb 
edir.  Gələcəyə  yönəlik  taktiki  addımlarla  parlament  həm  daxildən  güclənir, 
həm də öz gücü ilə strateji sahələri qabağa aparır.  
Güclü  parlament  ilk  növbədə  ona  üzv  seçilmiş  nümayəndələrdən 
formalaşır.  Bu  nümayəndələrin  səmərəli  fəaliyyəti    parlamentin  daxili 
gücünü
 möhkəmlədir. Qızğın müzakirələr, yeni ideya və təkliflərin verilməsi, 
siyasi və hüquqi sistemin aktivləşdirilməsi  təşəbbüskar funksiyalı parlamentin 
formalaşmasına gətirib çıxarır. Parlament dialoq məktəbinə çevrilir. Dialoqlar 
sayəsində  müəyyənliklər  də  çoxalır.  Bu  artım  sayəsində  yeni  siyasət 


107 
 
istiqamətləri  formalaşır.  Parlament    eyni  zamanda  bir  hüquqi-siyasi  mərkəz 
rolunu oynayır.  Parlament həm də ictimai strategiya mərkəzinə çevrilir.  
Parlament  daima  yeni  müəyyənliklərin  ortaya  çıxmasında  məsuliyyət 
daşıyır və bu, onun  strateji kursunun əsaslarını təşkil edir. Parlamentin strateji 
hədəfləri müəyyən edilir. Bu hədəflər ölkənin daxili və beynəlxalq siyasətinin 
təkmilləşməsinə  söykənir.  Parlamentin  kostitusiya  səlahiyyətləri  təsbitedici 
strategiyanı  əks  etdirir.  Burada  parlamentin  müəyyən  etdiyi  və  həll  etdiyi 
məsələlər  təsbit  və    təsdiq  olunur.  Parlament  strategiyası  bu  səlahiyyətlərdən 
irəli gələrək gələcəyə yönəlik siyasi dəyişikliklər üzərində formalaşır. Dəyişən 
strategiyalı  parlament  dəyişən  strategiyalı  sahələr  üçün  nəzəri  əsasları,  xətləri 
müəyyən edir.   
Parlament  strategiyası  onun  gələcək  fəaliyyətinin  əsaslarını  təşkil  edir. 
Bu, həm də parlament proqramını, parlament fəaliyyət planını meydana gətirir.  
Parlament strategiyası çoxistiqamətli olur və sahələri əhatə edir. Bu baxımdan 
da çərçivə strategiyalarından ibarət konseptual strategiya formalaşır.  

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin