AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ
Məktəbşünaslıq
Universitetlərin müəllim hazırlığı ixtisasları üzrə
bakalavr təhsil pilləsi üçün
fənn proqramı
Gəncə - 2012
Hazırlayan:
GDU-nun ümumi pedaqogika kafedrasının
baş müəllimi Lamiə Nizami qızı Nağıyeva
Elmi redaktoru: Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi
üzvü, pedaqogika üzrə elmlər doktoru,
professor F.A. Rüstəmov
Rəyçilər: Pedaqogika üzrə elmlər doktoru,
professor A.N. Abbasov,
Pedaqogika üzrə elmlər doktoru,
professor Ş.T. Tağıyev,
Pedaqogika üzrə fəlsəfə doktoru,
dosent B.F. Apoyev
İZAHAT VƏRƏQI
Respublikamızın müstəqillik yolu ilə inkişaf etdiyi, təhsil sisteminin
ümumbəşəri dəyərlər və milli zəmin üzərində qurulduğu müasir dövrdə başqa
sahələrdə olduğu kimi, pedaqoji sahədə də yaxşı hazırlıqlı, yüksək biliyə və
təcrübəyə malik kadrların hazırlanmasına xüsusi fikir verilir.
Hər bir xalqın varlığı, tarixi inkişaf prosesi, gələcəyi, düşüncə tərzi, bilik və
bacarığı bünövrəsi möhkəm qoyulan təhsili ilə əlaqədardır. Müstəqil Azərbaycan
Respublikasının təhsil sahəsində müvafiq islahatlar aparılması yeni tarixi
mərhələnin başlıca tələblərindəndir. Bu gün “Məktəbşünaslıq” fənninin ali
məktəbin tədris planına salınması yeni pedaqoji təfəkkürün tələblərindən, tədrisin
Bolonya prosesi, kredit sistemi əsasında yenidən işlənməsi, təkmilləşdirilməsi, ali
məktəbdə təlim prosesinin optimallaşdırılması, gələcək müəllimləri tədris
müəssisəsinə rəhbərlik və onu idarə etməyə səmərəli şəkildə hazırlamaq
zərurətindən irəli gəlir. Fənnin proqramının yeni tələblər əsasında işlənməsi
mövzuların müəyyənləşdirilməsinə, mühazirə və seminar məşgələlərinə hazırlıq
qaydaları haqqında metodik göstərişlərə, habelə məşğələlərin yeni, interaktiv
metodlarla təşkilinə və keçirilmə metodikasına ehtiyac yaratmışdır.
Proqram tərtib edilərkən professorlar N. Kazımov, Ə. Ağayev, R.
Məmmədzadə, F. Rüstəmov, A. Abbasov, Ə. Paşayev, F. Sadıqov, dosentlər Ə.
Kəlbəliyev, N.Ə Əhmədov, İ. Əhmədova, İ. Hacıyev, H. Bayramov və digər
pedaqoqlar tərəfindən müxtəlif illərdə yazılmış dərsliklərə və metodik ədəbiyyata
istinad edilmişdir.
Proqramın tərtibində dövrün tələbləri, yeni təlim metodları və elmi
nailiyyətlər diqqət mərkəzində saxlanılmışdır. Ali və orta ixtisas məktəblərində
istifadə üçün nəzərdə tutulan bu proqramda bütün kurslar və semestrlər nəzərə
alınmışdır. İxtisaslar üzrə tədris yükləri ilə müəyyən edilən saatlara uyğun olaraq
tədris-tematik planda dəyişikliklər aparıla bilər. Saatlar həmçinin fənn
metodbölmələrində ixtisaslar üzrə müəllimlər tərəfindən də müəyyən edilə bilər.
Məktəbşünaslıq fənni üzrə nümunəvi tədris-tematik
PLAN
S.s.
Bölmələr və mövzuların adları
Mühazirə
Seminar
1
2
3
4
1.
Məktəbşünaslığın bir elm sahəsi
kimi təşəkkülü və inkişafı
tarixindən
2
2
2.
“Məktəbşünaslıq” anlayışı,
məktəbşünaslığın predmeti, məqsəd
və vəzifələri, məzmunu, quruluşu
2
2
3.
Məktəbə rəhbərlik və onun idarə
olunmasının əsas prinsipləri
2
2
4.
Təhsil sistemində menecment:
mahiyyəti, məqsəd və vəzifələri.
Təhsildə menecer: fəaliyyətinin əsas
istiqamətləri
2
2
5.
Məktəbdaxili rəhbərlik: məzmunu
və metodları
2
2
6.
Məktəb işinin planlaşdırılması
2
2
7.
Bazar
iqtisadiyyatı
şəraitində
məktəb
direktorunun
fəaliyyəti.
Məktəb
direktorunun
rəhbərlik
üslubu və səriştəliliyi
2
2
8.
Məktəbdaxili nəzarətin təşkilat-
təchizat məsələləri
2
2
9.
Təhsil müəssisələrinin demokratik
idarə edilməsinin nəzəri və praktik
məsələləri
2
2
10. Məktəbin
kollegial
idarəetmə
orqanları
2
2
11. Pedaqoji əməyin elmi təşkili
2
2
12. Məktəbdə aparılan metodik iş
2
2
13. Məktəb sənədləri. Məktəbin tədris-
maddi bazası və maliyyə-təsərrüfat
fəaliyyəti
2
2
14. Məktəbin tədris-tərbiyə işinə
rəhbərlik üzrə təhsil orqanlarının
fəaliyyəti
2
2
15. Məktəbin fəaliyyətinin monitorinqi
və qiymətləndirilməsi
2
2
Cəmi :
30 saat mühazirə
30 saat seminar
I Mövzu: Məktəbşünaslığın bir elm sahəsi kimi təşəkkülü və inkişafı
tarixindən
Məktəbşünaslığın metodoloji və nəzəri əsasları. Sosial proseslərin və
məktəbşünaslığın idarə olunmasının nəzəriyyəsi. Təhsil sahəsində dövlət
siyasətinin əsas prinsipləri.
Məktəbşünaslığın əsaslarının formalaşdırılması. Məktəbşünaslıq məsələləri ilə
bağlı aparılmış tədqiqatlar, yazılmış eimi-tədqiqat xarakterli monoqrafiya, kitab,
kitabça, məqalə və məcmuələrin təhlili.
Məktəbşünaslığın yaranması və inkişafında K.D. Uşinski, N.F. Bunakov, N.A.
Korf, N.İ. Proqov, M.İ. Kondakov, V.P. Simonov, M.M. Mehdizadə, N.M.
Kazımov, Z.İ. Qaralov, Y.Ş. Kərimov, R.H. Məmmədzadə, N.H. Əhmədov, İ.
Hacıyev, Ə.A. Kəlbəliyevin rolu.
Son illərin “Pedaqogika” dərsliklərində (N.M.Kazımov, Ə.A.Ağayev, A.N.
Abbasov, F.A. Rüstəmov Ə.X. Paşayev, L.N. Qasımova, R.M. Mahmudova, F.N.
İbrahimov, H.H. Əhmədov və b.) məktəbşünaslığın nəzəri, metodoloji və praktik
məsələlərin qoyuluşu.
II Mövzu: “Məktəbşünaslıq” anlayışı, məktəbşünaslığın predmeti,
məqsəd və vəzifələri, məzmunu, quruluşu
“Məktəbşünaslıq” anlayışı. Məktəbşünaslığın əsas mövzusunun məktəb işinin
təşkili və idarə edilməsi, eyni zamanda idarəetmə obyektlərinə planlı və
məqsədəuyğun təsir göstərməsi.
Təhsil müəssisəsinin aşkarlıq, şəffaflıq və demokratik prinsiplər əsasında,
Təhsil haqqında Azərbaycan Respublikası Qanununa və başqa normativ hüquqi
aktlara və məktəb nizamnaməsinə uyğun olaraq idarə olunması.
Məktəbşünaslığın ümumi funksional məzmununun müəyyənləşdirilməsi.
Məktəbşünaslığın əsas obyekt və subyektləri, onlar arasında qarşılıqlı əlaqə.
Məktəbşünaslığın mənbələri və başqa elmlərlə əlaqəsi.
III Mövzu: Məktəbə rəhbərlik və onun idarə olunmasının əsas prinsipləri
Məktəbə rəhbərlik və onun idarəedilməsində sistematiklik və komplekslik
prinsiplərinin (sosial, iqtisadi və ideoloji problemləri vəhdət halında həll etmək)
tətbiqi.
İdarəetmənin elmilik prinsipi: mahiyyəti və bu prinsipin tətbiqinə verilən
tələblər.
Planauyğunluq prinsipi. Demokratik mərkəziyyət prinsipi. Kollegiallıqla
təkbaşına rəhbərliyin vəhdəti prinsipi. İcranın yoxlanılması prinsipi. Operativlik və
konkretlik prinsipi.
Məktəbə rəhbərlik və onun idarə olunmasında müsbət ənənələrə və qabaqcıl
təcrübəyə istinad prinsipi.
Məktəbə rəhbərlik və onun idarəolunmasının qarşılıqlı əlaqəsi prinsipi.
IV Mövzu: Təhsil sistemində menecment: mahiyyəti, məqsəd və
vəzifələri. Təhsildə menecer: fəaliyyətinin əsas istiqamətləri.
Menecment – müvafiq nəticəyə gəlmək üçün idarəetmə sustemi kimi.
Menecmentin predmeti, məqsədi və əhəmiyyəti.
Menecmentin nəzəri və
metodoloji problemləri.
Ölkənin bazar münasibətlərinə keçid şəraitində əsas
təsərrüfat sahələrində idarəetmənin mütərəqqi forma və metodlarının tətbiq
olunmasının zəruriliyi. Tədris müəssisəsinin dünya bazarına çıxması və xarici
iqtisadi əlaqələrin genişləndirilməsi üçün menecment təcrübəsinə yiyələnməyin
vacibliyi. İdarəetmə münasibətləri menecmentin predmeti kimi. İdarə edən və idarə
olunan sistemlər menecmentin subyektləridir. Menecment - fənlərarası elmi bilik
sahəsi kimi. Menecment bazar münasibətləri şəraitində idarəetmə nəzəriyyəsi kimi.
Menecment bazar münasibətləri şəraitində müəssisənin maliyyə-təsərrüfat
fəaliyyətinin təşkil, onun müstəqil həyata keçirilməsinin vasitəsi kimi.
Menecment nisbətən az maddi, əmək və maliyyə ehtiyatlarından
faydalanmaqla səmərəliliyi və mənfəəti artırmaq üçün tətbiq olunan idarəetmə
fəaliyyətidir. Menecment bazar və bazar münasibətləri şəraitində idarəetmədir.
Menecer – idarəetmə (menecment) fəaliyyətini həyata keçirən şəxs.
Menecerlərə xas olan xüsusiyyətlər
V Mövzu: Məktəbdaxili rəhbərlik: məzmunu və metodları.
Məktəbdaxili rəhbərliyin məzmunu. Məktəbdaxili rəhbərliyin metodları.
Cari tədris ili üzrə məktəbin təlim-tərbiyə işinin nəticələrinin təhlili. Fənn
müəllimlərinin, sinif rəhbərlərinin, fənn komissiyalarının, məktəb ictimai
təşkilatlarının fəaliyyətinin səviyyəsinin obyektiv qiymətləndirilməsi.
Şagirdlərin tərbiyəliliyinin, bilik və həyati bacarıqlarının keyfiyyətinin
dəyərləndirilməsi.
Təlim-tərbiyə prosesinin kəmiyyət göstəricilərinin reyfiyyət göstəriciləri ilə
nisbətinin öyrənilərək təhlilinin aparılması.
VI Mövzu: Məktəb işinin planlaşdırılması
Məktəbin idarə olunmasında planlaşdırmanın rolu. Məktəbin fəaliyyətinni
planlaşdırılmasına verilən tələblər.
Sinif rəhbərinin, məktəb və şagird istimai təşkilatlarının, pedaqoji şuranın
işinin planlaşdırılması.
Məktəbin iş planlarının növləri və quruluşu (cari, illik və perspektiv).
Məktəbin illik planlarının quruluşu və strukturu.
Planlaşdırmanın növləri: mətni planlaşdırma, qarfik planlaşdırma, mətn-qarfik
planlaşdırma.
Ümumtəhsil məktəbinin nizamnaməsi, təhsil ocağının idarə olunması və ona
rəhbərliyə cavabdeh olan şəxslərin hüquq və vəzifələri.
VII Mövzu: Bazar iqtisadiyyatı şəraitində məktəb direktorunun fəaliyyəti
“Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nun (2009) 30-cu
maddəsinin (“Təhsil müəssisəsinin idarəolunması”) təhlili.
Pedaqoji prosesin kadr təminatı. Məktəbə rəhbərlik funksiyalarının bölgüsü.
Məktəbdə direktorla müavinlər arasında vəzifə bölgüsünün aparılması, onların
hüquq və vəzifələri.
Tədris müəssisəsində direktor-müəllim, müəllim-müəllim, müəllim-şagird,
şagird-şagird, müəllim-valideyn münasibətlərində himanizm prinsiplərinin
bərqərar olması.
Məktəb rəhbərlərinin funksiyalarının əlaqələndirilməsi. Məktəb direktorunun
şəxsiyyətinə verilən tələblər (ədalətlilik, prinsipiallıq, yüksək mədəniyyət, təmiz
mənəviyyat, təşkilatıçılıq və idarəetmə bacarığı, tələbkarlıq və iqtisadi hazırlıq,
humanistlik və səmimiyyət, təmkinlilik, dözümlülük, möhkəm iradəlilik və hər cür
vəziyyətdən çıxış yolu tapa bilmək, işgüzarlıq və dəqiqlik).
Bazar iqtisadiyytı şəraitində məktəbə maliyyə vəsaitlərinin ayrılması.
VIII Mövzu: Məktəbdaxili nəzarətin təşkilat-təchizat məsələləri
Məktəbdaxili nəzarətin məktəbin idarə edilməsi və ona rəhbərlikdə
əhəmiyyətli rol oynaması. Məktəbdaxili nəzarətin məzmunu. Məktəbdaxili
nəzarətin başlıca vəzifələri.
Məktəb rəhbərlərinin idarəetmə fəaliyyəti. Məktəbdaxili nəzarətin vəzifəsinin
onun ümumi sisteminə daxil olan sahələrə düzgün və səmərəli nəzarət etməkdən
ibarət olması.
Məktəbdaxili nəzarətə verilən pedaqoji tələblər. Məktəbdaxili nəzarətin
növləri: ilkin nəzarət, cari nəzarət, yekun nəzarət.
Məktəbdaxili nəzarətin formaları: tematik nəzarət, frontal nəzarət.
Məktəbdaxili nəzarətin təşkilinə verilən ümumi tələblər: nəzarətin sistematikliyi,
nəzarətin obyektivliyi, nəzarətin təsirliliyi, nəzarəti həyata keçirənin səriştəli
olması.
IX Mövzu: Təhsil müəssisələrinin demokratik idarə edilməsinin nəzəri
və praktik məsələləri.
Elmi-pedaqoji və metodik ədəbiyyatda tədris müəssisəsinin demokratik
əsaslara idarə olunması məsələlərini qoyuluşu. Qabaqcıl məktəb təcrübəsi, rəy
mübadiləsi. Sinfin demokratik əsaslara idarə olunması. Demokratik məktəb və sinif
rəhbəri. Demokratik müəllim. Pedaqoji kollektivin demokratik məktəb rəhbərinə
münasibəti. Şagirdlərin demokratik müəllimə münasibəti.
X Mövzu: Məktəbin kolegial idarəetmə orqanları
Kollegial idarəetmə orqanlarının sistemi. Pedaqoji şura tədris müəssisəsinin
idarəolunmasının ali orqanı kimi. Pedaqoji şuranın işinin planlaşdırılması,
məzmunu və metodikası.
Pedaqoji şuranın gündəliyinə daxil edilməsi vacib bilinən problemlər.
Məktəb şuraları və ona rəhbərlik. Məktəb şurası kollegial ictimai idarə orqanı
kimi.
Direktoryanı, o cümlədən müavinləryanı müşavirələrin tərkibi, əsas
funksiyası. Direktoryanı müşavirələrin işinin məqsədi, məzmunu.
Məktəb metodbirləşmələri: quruluşu, fəaliyyət istiqamərləri, işinin məzmunu.
Məktəb metodbirləşmələrinin növləri: sinif birləşmələri, fənn metodbirləşməsi,
sinif rəhbərlərinin metodbirləşməsi və günüuzadılmış qrup tərbiyəçilərinin
metodbirləşməsi.
Metodbirləşmələrin illik iş planı.
Metodbirləşmələrin fəaliyyətinə rəhbərlik.
XI Mövzu: Pedaqoji əməyin elmi təşkili.
Pedaqoji əməyin elmi təşkilinə verilən tələblər: elmi cəhətdən
əsaslandırılmış planlaşdırma, fəaliyyətin təşkili, fəaliyyətin təşkili iştirakçılarının
səylərinin əlaqələndirilməsi, stimullaşdırılması, operativ nəzarət və uçot. Təlim və
tərbiyənin məzmununun, metod, forma və vasitələrinin düzgün seçilməsi.
Pedaqoji əməyin elmi təşkili üçün zəruri şəraitin yaradılması. Məktəb
müəllim və şagird kollektivində lazımi mənəvi və psixoloji mühitin bərqərar
olması. Tədris müəssisəsində sanitar-gigiyenik mədəniyyətin yaradılması.
Müəllimlərin və şagirdlərin rəğbətləndirilməsi.
Pedaqoji prosesin təşkilinə dair operativ məlumata malik olmaq. Təlim və
tərbiyə prosesinin, məktəbin idarə olunmasının optimallaşdırılması.
XII Mövzu: Məktəbdə aparılan metodik iş
“Metodik iş” anlayışı. Metodik işin məqsəd və vəzifələri. Məktəbdə metodik
işin təşkili formaları. Məktəbdə metodik işin təkmilləşərək, yeniləşməsinə təsir
edən amillər.
Müəllimlərin metodik işinin formaları: müəllimin öz təşəbbüsü ilə
həmkarlarının məşğələlərində olması, müəllimlərin qarşılıqlı surətdə dərslərdə
olmaları, müəllimin mütaliəsi, müəllimin radio və televiziya verilişlərini dinləməsi.
Fənn komissiyalarının fəaliyyəti: metodik birləşmələr, müəllimin öz
təşəbbüsü ilə elmi-praktik konfranslarda çıxışı.
Müəllimlərə metodik köməkliyin formaları: müəllimlərin dərslərində məktəb
direktorunun iştirakı, müəllimlərin dərslərində direktor müavinin iştirakı,
müəllimlərin dərslərində təhsil şöbələri işçilərinin iştirakı, pedaqoq və metodist
alimlərin məktəbə dəvət edilməsi, pedaqoji şurada metodik işə dair müzakirə
XIII Mövzu: Məktəb sənədləri. Məktəbin tədris-maddi bazası və maliyyə-
təsərrüfat fəaliyyəti
Təlim-tərbiyə işinin keyfiyyətinin məktəbin maliyyə-təsərrüfat fəaliyyətinə
rəhbərlikdən asılılığı.
Məktəbin maddi-texniki bazası və maliyyə-təsərrüfat fəaliyyəti.
Məktəb sənədlərinin qruplara bölünməsi: 1. Tədris-pedaqoji sənədlər
(şagirdlərin şəxsi işi; sinif jurnalı; fakultətiv məşğələlərin jurnalı; günüuzadılmış
qrup jurnalı və s.). Dərs cədvəli, onun əhəmiyyəti və tərtibi qaydaları. 2. Maliyyə
təsərrüfat sənədləri (məktəbin texniki pasportu; əsas vəsaitlərin inventar siyahısı;
materialların anbar uçotu kitabı; məktəbin kitabxana fondunun inventar kitabı;
müəssisənin ehtiyatı üçün materialların verilməsi cədvəli; istismarda olan ucuz
qiymətli və tez işlənən əşyaların hərəkətinin operativ uçotu cədvəli).
Məktəbin büdcəsi. Məktəbin təsərrüfat təminatı. Məktəbin və müəllimlər
otağının tərtibatı.
Azərbaycan Respublikası məktəb büdcəsi xərclərinin iqtisadi təsnifatı.
Məktəbə maliyyə vəsaitlərinin daxil olması.
XIV Mövzu: Məktəbin tədris-tərbiyə işinə rəhbərlik üzrə təhsil
orqanlarının fəaliyyəti
Təhsil şöbəsinin və Təhsil Nazirliyinin tədris prosesinin səmərəli təşkili
istiqamətində fəaliyyəti. Məktəbin idarə olunması istiqamətində kömək. Şagird
kollektivinin təşkili və tərbiyəsi sahəsində, məktəblilərin tərbiyəlilik səviyyəsinin
artırılması istiqamətində kömək.
Məktəbə metodik köməyin təşkili, məktəbə nəzarət və onun fəaliyyətinin
qiymətləndirilməsi. Təhsil şöbəsinin məktəbə əməli köməyinin istuqamətləri.
XV Mövzu: Məktəbin fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi
Məktəbin pedaqoji monitorinqi. Monitorinqin məqsədi, məzmunu, növləri,
metodları və təşkili. Məktəbdə şagirdlərin təlim fəaliyyətinin monitorinqi və ona
rəhbərlik.
Məktəbdə müvəffəqiyyətin qiymətləndirilməsi və ona rəhbərlik. “Azərbaycan
Respublikasının ümumi təhsil sistemində” “Qiymətləndirmə Konsepsiyası”nda
qiymətləndirmənin növləri: məktəbdaxili qiymətləndirmə, milli qiymətləndirmə,
beynəlxalq qiymətləndirmə.
Məktəb direktorunun fəaliyyətinin qiymətləndirilməsi meyarları.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBIYYATIN SİYAHISI
1. Abbasov A.N. Pedaqogika. Bakı: Mütərcim, 2010.
2. Azərbaycan Respublikası Konstitusiyası. Bakı: Qanun, 2004.
3. Bayramov H.B., Kəlbəliyev Ə.A. Təhsili idarəetmənin əsasları. Bakı,
1998.
4. Əhmədov N.H., Əhmədova İ.N. Məktəbin idarə edilməsinin nəzəri və
praktik məsələləri. Bakı, 1997.
5. Əhmədov N.H. Məktəb işinin planlaşdırılması. Bakı, 1984.
6. Əhmədov. N.H. Məktəbşünaslıqdan mühazirə konspektləri. Bakı, 1987.
7. Kazımov N. Məktəb pedaqogikası. Bakı: Çaşoğlu, 2002.
8. Kəlbəliyev Ə.A. Təhsili idarəetmənin əsasları (Məktəbşünaslıq). Bakı:
Nurlan, 2006.
9. Mehrabov A.O., Abbasov A.N., Hüseynov V.Ş. və b. Təhsil sisteminin
idarəolunmasının pedaqoji-psixoloji problemləri. Bakı: Mütərcim, 2011.
10. Mehrabov A.O. Müasir təhsilin konseptual problemləri. Bakı: Mütərcim,
2010.
11. Məmmədzadə R., Abdullayev A., Kərimova F., Cabbarov R. və b.
Təhsilin idarə edilməsinin bəzi problemləri. Bakı, 2008.
12. Mərdanov M.C. Azərbaycan təhsili yeni inkişaf mərhələsində. Bakı:
Çaşoğlu, 2009.
13. Paşayev Ə.X., Rüstəmov F.B. Pedaqogika: yeni kurs. Bakı: Nurlan,
2007.
14. Sadıqov F.B. Pedaqogika. Bakı: Adiloğlu, 2009.
15.Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, Hüquq
ədəbiyyatı, 2009.
Dostları ilə paylaş: |