§ 1. Şərəf, ləyaqət və işgüzar
nüfuz hüquqları şəxsi qeyri-əmlak əmlak
Şərəf, ləyaqət və
işgüzar nüfuz
hüquqlarının əsas
xüsusiyyətləri
Şərəf, ləyaqət və
terizə olunur ki, həmin hüquqlar şəxsiyyətin özündən ayrılmaz olub, özgənin-
kiləşdirilmir.
Hüquq ədəbiyyatı səhifələrində bəzi müəlliflər göstərirlər ki. subyektiv mülki
hüquq kimi şərəf, ləyaqət və işgüzar nüfuz hüquqlarından danışmaq düzgün
deyil. Həmin müəlliflər öz fikirlərinin əsaslı olmasını bununla izah edirlər ki, ob
yektiv hüquq (qanun) şərəf, ləyaqət və işgüzar nüfuz hüquqları sahibinin necə
davranmasını (davranışını) müəyyən etmir. Subyektiv hüquq isə müəyyən
davranış imkanı deməkdir. Onların fikrincə, qanun yalnız həmin hüquqlann po
zulması zamanı onlann müdafiəsini nəzərdə tutur və buna görə də şərəf, ləya
qət və işgüzar nüfuzun müdafiəsi haqqında subyektiv hüquqdan danışmaq da
ha düzgündür* 2. V.A.Tarxov da şərəf və ləyaqət hüququnu subyektiv hüquq kimi
tanımır3 4
5
. Müəlliflərdən K.F.Yeqorov və digərləri analoji mövqedə dururlar (düz
dür, onlar öz mövqelərini əsaslandırmaq üçün başqa arqumentlər gətirirlər)1.
Güman edirik ki, məsələyə bu cür yanaşmaq həqiqətdən uzaqdır. Belə ki,
şərəf, ləyaqət və işgüzar nüfuz hüququ subyektiv hüquqlardan biridir
Bunun üçün kifayət qədər əsaslar vardır. Şərəf, ləyaqət və işgüzar nüfuzu mü
dafiə hüququna gəldikdə isə qeyd etmək lazımdır ki, o. şərəf, ləyaqət və işgü
zar nüfuz hüququ kimi subyektiv hüququn məzmununa daxil olan səlahiyyət
hüququnun növləri kimi
Şərəf, ləyaqət və işgüzar nüfuz hüquqları şəxsi xarak
terli qeyri-əmlak hüquqları hesab edilir'. Onlar səla
hiyyətli şəxsin (yəni həmin hüquq sahibinin, hüquq da
şıyıcısının) şəxsiyyətini fərdiləşdirməyə yönəlir (işgüzar
nüfuz hüququ həm də hüquqi şəxslərə məxsus olur),
işgüzar nüfuz hüquqları, bir qayda olaraq, onunla xarak-
’ Белявский А В Судебная зашита мести и достоинства граждан. М , 1966, с.5.
7 Гражданское право России. Учебник. Часть 1/Подрел. З.Н.Цыбуяенко. M . 199$, с.169.
3 Торгов В.А Осуществление гражданских прав//В сб. «Развитие прав граждан СССР и де
ление их охраны на современном этапе коммунистического строительства». Саратов. 1962, с. 115
4 Егоров К Я Личные неимущественные права граждан СССР//Уч. зал., Вып. 4. ЛГУ. 1953,
с. 144.
5 M üəlliflərdən Г.П.Савичев və М.Н.Маяеина şərəf və ləyaqət hüququnun məhz subyektiv
hüquq olmasını göstərirlər (bax: Советское гражданское право. Учебник. Том 1/Под рсд
В П.Грибанова. С.М.Корнеева. М., 1979, с. 195; Гражданское право. Учебник. Том I / Под рсд.
Е.А.Суханова. М., 1998, с.734; Малсина М.Н. Зашита личных неимущественных прав советских
граждан. М.. 1991, с.58).
63
lərdən biridir.
Bildiyimiz kimi, subyektiv mülki hüquqlar müəyyən məzmuna malikdir. On
ların məzmunu elementlərdən - səlahiyyətlərdən (hüquqi imkanlardan) ibarət
dir. Subyektiv mülki hüquqların məzmunu da səlahiyyət (səlahiyyətli şəxsə
verilən hüquqi imkan) anlayışı vasitəsilə açıqlanır.
Subyektiv mülki hüquq kimi şərəf, ləyaqət və işgüzar nüfuz hüququ üçün
dörd səlahiyyətin mövcudluğu xarakterikdir. Bunlardan biri tələb etmək sə
lahiyyətidir. Bu səlahiyyət hüquq sahibinə (səlahiyyətli şəxsə) imkan verir ki,
səlahiyyətli şəxs əhatə dairəsi məlum olmayan qeyri-məhdud saylı borclu
şəxslərdən («hamıdan və hər kəsdən») onun hüququnu pozmaqdan çəkinmə
yi tələb etsin'. Bu isə onu göstərir ki, subyektiv hüquq kimi şərəf və ləyaqət
hüququ öz xarakterinə görə mütləq hüquqdur1
2, bu subyektiv hüquqdan irəli
gələn hüquq münasibəti isə mütləq hüquq münasibəti sayılır3. Həmin müna
sibətdə borclu tərəf rolunda çıxış edən «hamı və hər kəs» isə subyektiv şərəf
və ləyaqət hüququnu pozmamaq vəzifəsi (passiv vəzifə) daşıyır.
Digər səlahiyyət isə müdafiə səlahiyyəti adlanır. Bu səlahiyyət hüquq sa
hibinə (səlahiyyətli şəxsə) imkan verir ki, hüquq sahibi onun şərəf və ləyaqət
hüququ pozulduqda qanunla müəyyənləşdirilən müdafiə üsullarına əl atsın.
Deməli, şərəf və ləyaqət hüququ pozulduğu hallarda müdafiə səlahiyyəti (hü
quqi imkanı) da əmələ gəlir.
İstifadə səlahiyyəti subyektiv şərəf, işgüzar nüfuz və ya ləyaqət hüququ
nun məzmununa daxil olan üçüncü səlahiyyətdir. Bu səlahiyyət hüquq sahibi
nə imkan verir ki, o, şərəf və ləyaqət kimi sosial nemətdən istifadə etsin. Mə
sələn, başqa şəxslərə zəmanət verilən zaman, zaminlik vaxtı şəxs öz şərəf və
ləyaqətindən istifadə edir4. Belə halda şərəf və ləyaqət hüququ müəyyən mə
nada «sosial dövriyyə»nin obyekti olur.
İstifadə səlahiyyəti şəxsin cəmiyyətdə şəxsi, əmək, ictimai və digər fəaliyyət
sahələrində özü haqqında yaranmış təsəvvürlərdən istifadə etmək imkanıdır5.
Subyektiv şərəf, ləyaqət və işgüzar nüfuz hüququnun məzmununa davra
nış səlahiyyəti kimi dördüncü səlahiyyət də daxil etmək olar.
Davranış səlahiyyəti özü iki səlahiyyəti birləşdirir. Bunlardan biri sahiblik
səlahiyyətidir. Sahiblik səlahiyyəti şəxsin şərəfə, ləyaqətə və işgüzar nüfuza
malik olmaq (sahib olmaq) imkanıdır.
Digər səlahiyyət isə şərəf, ləyaqət və işgüzar nüfuzu dəyişmək səlahiy
yəti adlanır6. Bu səlahiyyət şəxsə imkan verir ki, o, şərəf, ləyaqət və işgüzar
nüfuzunun məzmununu dəyişdirsin. Məsələn, şəxs bu səlahiyyətdən istifadə
1
Müəlliflərdən
M.N.Maleina
səhvən tələb elm ək səlahiyyətini sahiblik səlahiyyətinə aid edi'
(Гражданское право. Учебник. Часть I / Под рсд. А Г.Калпииа. А.И.Маслясва М., 1997, с .140).
7 Белявский А.В.. Придвороо Н А. Охрана чести и достоинства личности в СССР. М., 1971, с.32.
3 Гражданское право. Учебник. Том 1/Под рсд.Я.А.Суханова. М.. 1998, с 734.
Малеин Н.С Гражданский чакон и права личности в СССР. М.. 1981, с. 147.
5 Гражданское право. Учебник. Часть I /Пол рсд. А.Г.Каятша, А.И.Масляева, М.. 1997, с .140.
6 M üəlliflərdən А.В.Белйасски və Н.А.Придвороо subyektiv hüquq kim i şərəf və ləyaqət
hüququnun m əzmununa üç hüquqi imkanı daxil edirlər: başqalanna tələb irəli sürm ək imkanı;
dövlət m əcburetməsinə m üraciət etm ək imkanı; istifadə etm ək im kanı (bax: Белявский А.В..
Придвороо Н А. Охрана чести и достоинства личности в СССР. М., 1971, с.35).
64
edərək firma ilə (məsələn, reklam agentliyi ilə) əvəzli müqavilə bağlayır. Firma
həmin müqaviləyə əsasən şəxsin imicini dəyişdirir’ .
Dəyişkənlik (tez-tez dəyişmək) şərəf, işgüzar nüfuz və ləyaqətin fərqləndiri
ci cəhətidir. Belə ki, şəxsin davranışı dəyişdikcə, onun şərəf və ləyaqətinin,
habelə işgüzar nüfuzunun məzmunu da dəyişir.
Beləliklə, şərəf, ləyaqət və işgüzar nüfuz hüququ subyektiv mülki hüquq
dur və subyektiv mülki hüquq kimi onun məzmununa yuxarıda göstərdiyimiz
səlahiyyətlər (hüquqi imkanlar) daxildir.
Qeyd etmək lazımdır ki, subyektiv şərəf, ləyaqət və iş
güzar nüfuz hüquqları yalnız hüquq münasibəti çərçi
vəsində mövcud ola bilər. Hüquq münasibətindən kə
narda həmin hüquqların mövcud olması qeyri-müm
kündür. Hüquq münasibətinin özü isə obyektsiz yarana
və mövcud ola bilməz. Obyekt mülki hüquq münasibətinin elementlərindən bi
ridir. Bəs subyektiv şərəf, ləyaqət və işgüzar nüfuz hüquqlarından irəli gələn
hüquq münasibətinin obyekti nədən ibarətdir?
Göstərilən hüquq münasibəti şəxsi qeyri-maddi (qeyri-əmlak) nemətlər ba
rəsində əmələ gəlir. Həmin nemətlərə aiddir:
• şərəf;
• ləyaqət;
• işgüzar nüfuz.
Göstərdiyimiz həmin nemətlər subyektiv şərəf, ləyaqət və işgüzar nüfuz
hüquqlarının obyektləridir. Onlar maddi (iqtisadi) məzmundan və əmlak də
yərindən məhrum olub, şəxsiyyətin özündən ayrılmazdır. Buna görə də
şərəf, ləyaqət və işgüzar nüfuz kimi nemətlər özgəninkiləşdirilmir. Onları sat
maq, bağışlamaq, dəyişmək və s. olmaz. Həmin nemətlər nə əqd vasitəsilə,
nə də hər hansı digər hüquqi hərəkətlə ləğv edilə bilər.
Qanunvericilik, o cümlədən mülki qanunvericilik şərəf, ləyaqət və işgüzar
nüfuza tərif vermir, həmin anlayışların mahiyyətinə aydınlıq gətirmir. Hüquq el
mində şərəf və ləyaqət bir tərəfdən etik kateqoriya1
2, digər tərəfdən əxlaqi-hü-
quqi kateqoriya3, başqa tərəfdən isə əxlaqi kateqoriya hesab edilir4.
Şərəf və ləyaqət etik-sosial nemət olub, vətəndaşların əxlaqi keyfiyyəti, mə
nəvi sərvəti və ya dəyəridir. Onlar bir-birinə həddən ziyadə yaxın olan qohum
anlayışlardır. Həmin anlayışlar arasında sıx, qırılmaz əlaqə vardır. Onlar necə
deyərlər, bir-birinə «sarmaşan» anlayışlardır. Buna görə də həmin anlayışları
bir-birindən ayırmaq olmaz. Məhz bu səbəbdən onlara bir-biri ilə qırılmaz əla
qədə baxmaq lazımdır. Şərəf və ləyaqət anlayışları bir-birinə o qədər yaxındır
1
Veri gəlm işkən qeyd edək ki. müasir dövrdə RF-də və digər xarici ölkələrdə haqq əsasında
konkret şəxsin İmicinin yaradılması ilə məşğul olan firmalar, hər şeydən əw əl. reklam
agentlikləri yaradılmışdır. Bunun üçün həmin şəxslə saziş bağlanır.
7
Стрсмякова HP . Честь и
достоинство
- категория марксистской этики// В книге «Категория
марксисте кой-ленинской этики». М., 1965, с.96-105; Белявский Л.В.. Придво/юс Н А Охрана чссл!
и достоинства личности в СССР. М.. 1971, с.ЗО.
3 Советское гражданское право. Учебник. Том I / Под рсд. В.П.Грибанова. С.At.Корнеева. М.,
1979. с. 196.
4 Комментарий к Г К РФ. Часть 1/Отв.рсд. О.Н.Садикос. М.. 1999, с.334.
Şərəf, ləyaqət
və işgüzar nüfuz
hüquqlarının
obyektləri
65
ki, tez-tez onları səhvən eyni mənada işlədirlər’ .
Şərəf və ləyaqət bir-biri ilə qarşılıqlı bağlı olan elə meyarlardır ki, bu meyar
lar əsasında vətəndaşların şəxsiyyətinə mənəvi qiymət verilir. Fərq yalnız
burasındadır ki, şərəf mənəvi qiymətvermənin xarici, ləyaqət isə daxili
meyarıdır1
2.
Şərəf və ləyaqət şəxsiyyəti fərdiləşdirir, onu xarakterizə edir. Onların hər
ikisi də vacib mənəvi nemətlərdir. Şərəf və ləyaqət həm də vətəndaşların mə
nəvi-əxlaqi keyfiyyətləridir. Onlar arasında fərq isə yalnız mənəvi-əxlaqi key
fiyyətlərə qiymət verilməsinə necə yanaşmaq məsələsindən ibarətdir3. Belə ki,
şərəf şəxsin mənəvi-əxlaqi keyfiyyətlərinə obyektiv, ləyaqət isə subyektiv qiy
mət verilməsinə əsaslanır, yəni şəxsin mənəvi-əxlaqi keyfiyyətlərinə qiymət
verilməsinə obyektiv yanaşma şərəf üçün, subyektiv yanaşma isə ləyaqət
üçün xarakterikdir. Əgər şəxsə onun ətrafındakılar (ətrafındakı adamlar), yə
ni onu əhatə edənlər tərəfindən qiymət verilərsə, belə qiymətə şərəf deyilir.
Yox. əgər şəxs öz-özünə qiymət verərsə, onda söhbət ləyaqətdən gedir. Şərəf
şəxsin obyektiv qiymətini, ləyaqət isə subyektiv qiymətini müəyyən edir.
Şəxslər cəmiyyət üzvləri, mənsub olduqları dövlətin vətəndaşları, müəyyən
kollektiv və ya ailə üzvləridir. Onlar müəyyən sənətin və peşənin nümayəndə-
sidirlər. Şəxslərin davranışı ailədə, məişətdə, işdə, siyasi, iqtisadi və mədəni
sahələrdə iştirak etmədə, bir sözlə, ictimai həyat prosesində təzahür edir. Bu
zaman şəxslər ictimai cəhətdən əhəmiyyətli olan əməllər törədir, ictimai mə
nası olan hərəkətlər edirlər. Həmin əməl və hərəkətlər şəxsin ictimai keyfiyyət
lərini (mənəvi-əxlaqi, etik, işgüzar, professional və digər keyfiyyətlərini) üzə çı
xarır. Məhz bu keyfiyyətlər əsasında şəxs haqqında fikir söylənilir, mülahizə
yürüdülür. Şəxsin malik olduğu ictimai keyfiyyətlərə ətrafdakılar qiymət verir
lər. Buna ictimai qiymət və ya sosial qiymət deyilir. Həmin qiymət mülki hü
quq elmində şərəf adlanır. Şəxsin ictimai qiyməti isə onun özündən asılı
dır. Belə ki, ictimai qiymət şəxslərin davranışı, əməlləri, cəmiyyətin, dövlətin,
kollektivin və digər şəxslərin mənafelərinə münasibət əsasında formalaşır.
Buna görə də ayrı-ayrı şəxslərin ictimai qiyməti eyni ola bilməz. Konkret şəx
sin ictimai qiyməti onun törətdiyi əməldən asılı olaraq dəyişə bilər.
Şərəf dedikdə, şəxsə (şəxsiyyətə) verilən müəyyən ictimai (sosial)
qiym ət başa düşülür. Söhbət müsbət ictimai qiymətdən gedir4. Deməli, şərəf
şəxsiyyətə verilən müsbət ictimai qiyməti ifadə edir5.
Şərəf şəxsin (şəxsiyyətin) obyektiv ictimai xüsusiyyətidir. O, cəmiyyətin
şəxsə (şəxsiyyətə) olan münasibətini müəyyənləşdirir. Şəxsin (şəxsiyyətin)
ictimai-mənəvi və ictimai-əxlaqi statusu məhz onunla müəyyən olunur. Şərəf
1 Шишкин А.В. О личном достоинстве и чести советского человека//Вопросы философии.
1962. №4. с. 116.
2 Малеии Н С . Гражданский закон и права личности в СССР. М., 1981, с. 150.
3 Ярошенко К.Б. Жизш» и здоровье иод охраной закона. М., 1991, с. 155.
Белявский А.В. Судебная зашита чести и достоинства граждан. М ., 1966, с.6; Гражданское
право России. Курс лекций. Общая часть / Под рсд. О.А.Садикова. М., 2001, с.285; Гуса А .//.
Гражданское право. Учебник. Том 1. М., 2003, с. 192; Гражданское право. Учебник. Том 1/Под
рсд. Е. А.Суханова. М., 1998, с.733.
5 Hotfxfre О С. Советское гражданское право. М., 1967, с.321.
66
şəxsə olan obyektiv ictimai münasibəti əks etdirir. O, şəxsin cəmiyyətdə tutdu
ğu mövqeyə təsir göstərir.
Şərəf cəmiyyətdə yaşayan varlıq kimi, ictimai həyatda fəaliyyət göstərən sub
yekt kimi, kollektiv və ailə üzvü kimi, müəyyən sənətin (peşənin) təmsilçisi (nüma
yəndəsi) kimi şəxsin malik olduğu ictimai keyfiyyətlərlə (mənəvi-əxlaqi, etik, işgü
zar, professional və s.) müəyyən edilir. Məhz bu keyfiyyətlərə verilən müsbət qiy
mət hüquqi nemət (sərvət, dəyər) kimi' şərəfin mahiyyətini təşkil edir1
2.
Hüquq ədəbiyyatı səhifələrində haqlı olaraq göstərildiyi kimi, şərəf vətən
daşların malik olduqları ictimai keyfiyyətlərin ölçüsüdür3. Həmin keyfiyyətlər
bazar iqtisadiyyatı şəraitində xüsusi rol oynayır. Belə ki, xidmət (iş, əmtəə,
məhsul) bazarında onlar böyük əhəmiyyət kəsb edir. Çox vaxt işgüzar əməliy
yatların uğurla həyata keçirilməsi, kontraktların bağlanması zamanı müvəffə
qiyyətə nail olunması həmin keyfiyyətlərdən asılı olur4.
Ləyaqətə gəldikdə isə qeyd etmək lazımdır ki, o, şərəflə sıx surətdə bağlı
olan kateqoriyadır. Əgər şərəf şəxsiyyətin obyektiv, ictim ai və xarici meya-
rıdırsa, ləyaqət onun subyektiv, fərdi və daxili meyarıdır. Onların hər ikisi
şəxsiyyətin vacib mənəvi nemətidir.
Şəxs öz ictimai keyfiyyətlərini (mənəvi-əxlaqi, işgüzar və digər ictimai key
fiyyətlərini), qabiliyyət və səylərini, ictimai cəhətdən əhəmiyyətli olmasını (öz
ictimai əhəmiyyətini) dərk edir, başa düşür. Bir sözlə, şəxs öz ictimai keyfiy
yətlərinə qiymət verir. Mülki hüquq elmində bu cür öz-özünə qiymət verməyə
ləyaqət deyilir.
Ləyaqət dedikdə, şəxsin özünün öz ictim ai keyfiyyətlərinə (mənəvi-əx
laqi, işgüzar və digər ictim ai keyfiyyətlərinə) verdiyi qiymət başa düşülür.
Lakin şəxsin öz-özünə verdiyi qiymət onun ictimai qiymətinə, yəni cəmiyyət
tərəfindən verilən qiymətinə əsaslanır5. Bu isə onu göstərir ki, ləyaqətin ma
hiyyətini şəxsin ona verilən ictimai qiymətə özünün qiymət verməsi təşkil edir6.
Şəxs öz mənəvi-əxlaqi və hüquqi qiymətini, əhəmiyyətini dərk edir və anlayır
sa, bu. ləyaqət deməkdir. Ləyaqət şəxsin öz ictimai və hüquqi vəziyyətinə özü
tərəfindən daxilən verdiyi qiymətdir. Ləyaqət mahiyyətcə, şəxsin ictimai cəhət
dən əhəmiyyəti olan münasibətlər sistemində tutduğu yerin onun şüurunda
1 ЕА.Флейшитс şərəfi «hüquqi nemət» hesab edirdi (bax: Фяейщиц E.A. Личные права в
гражданском прайс СССР н капиталистических стран. М . 1941, с. 144).
2 Гуса А.N. Гражданское право. Учебник. Том I. М., 2003, с. 192; Гуса А.Н. Постатейный
комментарий к части первой Гражданского кодекса М., 2000. C.2SS
3 Малеина М Л . Зашита личных неимущественных прав советских граждан. М , 1991, C.5S.
Гражданское право. Учебник. Масть I/Пол рсд. А.Г.Катина, А.Н.Маслясва. М.. 1997, с. 140.
4 Постановление Пленума Всрхопного Суда РФ от 18.08.92 Kv I I «О некоторых вопросах,
возникающих при рассмотрении судами дел о защите чести и достоинства граждан, а также
деловой репутации граждан и юридических лиц» (Бюллетень Всрх.Суда РФ 1992. № 11, с.9).
5 Братусь С.Н. Предмет и система советского гражданского права. М., 1963. с.85; Советское
гражданское право. Учебник. Часть I / Под ред В.А.Рясенцева, М., 1986, с. 184; Советское граж
данское право. Учебник. Том 1/Под рсд. Ю.Х.Калмыкова. В.А.Тархоса. М., 1990, с.141; Советское
гражданское право. Учебник. Том 1/Под ред. О.А.Красавчикова, М., 1985, с.202; Гражданское
право России. Учебник. Часть I / Под рсд. З.И.Цыбулснко, M., I99S, с. 169; Гражданское право
Учебник. Часть 1/Под рсд. Т.И. Илларионовой u др. М., 1998, с.186.
6 Иоффе О С. Советское гражданское право. М., 1967, с.321.
67
əks olunmasıdır.
Şərəf və ləyaqət eyni bir hadisənin, yəni şəxsin malik olduğu ictimai keyfı^
yətlərə qiymət verilməsi kimi hadisənin mahiyyətini açır. Lakin onlar həmi
məsələni müxtəlif müstəvilərdə həll edir.
Şərəf və ləyaqətə verdiyimiz elmi (doktrinal) tərif sovet dövrünün sivilisı
alimləri tərəfindən formula edilmişdir. Xüsusilə E.A.Fleyşits', S.N.Bratus1
2,
O.S.loffe3 *, V.Q.Verdnikov, A.Y.Kabalkin'1, O.A.Krasavçikov5, N.S.Malein6,
A.V.Belyavski, N.A.Pridvorov7 və L.O.Krasavçikova8 kimi alimlər həmin anla
yışların hərtərəfli işıqlandırılmasına təşəbbüs göstərmişlər.
Şərəf və ləyaqət kimi şəxsi qeyri-maddi (mənəvi) nemətlər barəsində icti
mai münasibətlər əmələ gəlir. Bu, aydın məsələdir. Lakin həmin münasibətlə
rin mülki hüquqla tənzimlənib-tənzimlənməməsi məsələsi sovet dövrünün si-
vilistika elmində alimlər arasında xeyli müddət mübahisə predmetinə çevril
mişdi. Məsələ burasındadır ki, O.S.loffenin mövqeyincə, şərəf və ləyaqət öz
obyektiv təbiətinə görə hər hansı hüquqi nizamasalmanın (tənzimetmənin)
obyekti ola bilməz və onlar hüquqla yalnız qoruna bilər9. Alimin fikrincə, şərəf
və ləyaqətlə bağlı olan münasibətlər mülki hüquqla tənzimlənm ir10 *. O .S.loffe
nin mövqeyini bəzi alimlər də dəstəklədilər11.
Digər mövqeyin tərəfdarları isə göstərirdilər ki, şərəf və ləyaqətlə bağlı
olan münasibətlərin mülki hüquqla tənzimlənməsini inkar etmək olmaz. Onlar
O.S.loffenin irəli sürdüyü konsepsiyanın inandırıcı və əsaslı olmadığını sübut
etməyə təşəbbüs göstərdilər12. Məsələn, E.A.Fleyşits və A.L.Makovski göstə
1 Флейицщ E. А. Личные права в гражданском праве СССР и капиталистических стран. М.. 1941.
2 Братусь С.Н. Предмет и система советского гражданского права. М ., 1963.
3 Иоффе О.С. Советское гражданское право. М., 1967.
Вердников В.Г.. Кабанят А.10. Новые гражданские кодексы союзных республик. M., 1965. с. 14.
5 Советское гражданское право. Учебник. Том 1/Под ред. О.А.Красавчикова, М ., 1972. с. 157.
6 ДlaıeıiH Н С . Гражданский закон и права личности в СССР. М., 1981, с. 150; Мачсин Н С
Охрана прав личности советским законодательством. М., 1985, с.32.
Белявский А.В Судебная защита чести и достоинства граждан. М .. 1966, с.6; Белявский А.В..
Придворос Н А. Охрана чести и достоинства личности в СССР. М , 1971, с.5-28; Придворов Н А
Достоинство личности и социалистическое право. М., 1977 с. 14-16.
8 Советское гражданское право. Учебник. Том I /Пол ред. О.А.Красавчикова, М., 1985. с.202;
Красавчикова Л.О. Гражданско-правовая защита чести и достоинства. Екатеринбург. 1993;
Гражданское право. Учебник. Часть I /Пол ред. Т.И.Илларионовой и др., М., 1998, с. 186.
9 Иоффе О С. Новая кодификация советского гражданского законодательства и охрана чести
и достоинства граждан//Совстскос государство и право. 1962, № 7, с.62; Иоффе О.С. Личные не
имущественные права и их место в системе советского гражданского права // Советское государ
ство и право. 1966, № 7, с.51-59.
10 Иоффе О.С. Советское гражданское право. М., 1967, с.42, с.321.
Рафиева Л.К. Гражданско-правовая защита чести и достоинства личности в СССР.
Авторсф.канл.дисс. Л.. 1966, с.М . Толстой В.С. Отдельные виды обязательств неизвестные ГК
союзных республик // Советское государство и право. 1971, № 10, с.43-44.
2
Всрдникоо В.Г. Вопросы гражданского права в свете решений X X II съезда КПСС. М . 1964,
с. I I ; Белявский А.В.. Придворов Н.А. Охрана чести и достоинство. М., 1971, с.50-52; Придворов
И.А. Достоинство личности и социалистическое право. М., 1977 с. 16-18; Белявский А.В. Защита
чести и достоинства граждан и организаций в советском гражданском праве. Лвтореф.канд.дисс.
М.. 1966; Придворов Н.А Правовые и философские вопросы субъективного права на честь и
достоинство//Совстскос государство и право. 1968, № 3, с.97-100.
68
rirdilər ki, «qorumaq» anlayışı «tənzimetmə» anlayışı ila əhatə oluhur və
əksinə «tənzimləmək» «qorumağuı həyata keçirmək deməkdir’ .
Hesab edirik ki, bu mübahisədə ikinci konsepsiya tərəfdarları haqlıdırlar.
Ona görə ki, qanun şərəf və ləyaqətə görə mülki-hüquqi məsuliyyət müəyyən
edir. Mülki-hüquqi məsuliyyət müəyyən etmək isə hüquqi tənzimetmənin ele
mentlərindən biridir1
2. Digər tərəfdən, O.A.Krasavçikovun haqlı mövqeyinə gö
rə, müdafiə tənzimetmə formasıdır3.
Qeyd etdik ki, qanun şərəf və ləyaqətə görə mülki-hüquq i məsuliyyət mü
əyyən edir. Məsuliyyətin məqsədi nədən ibarətdir? Məsuliyyət, hər şeydən əv
vəl. hüququ qorumaq məqsədi güdür.
Digər tərəfdən, məsuliyyət vəzifəyə əməl olunmasını təmin etməlidir. Buna
görə də hüquq və vəzifələr müəyyən edilmədən qanunda məsuliyyət nəzərdə
tutula bilməz. Deməli, qanun şərəf və ləyaqətlə bağlı hüquq və vəzifələr mü
əyyən edir. Müəyyən etmək isə tənzim etmək deməkdir. Buna görə də mülki
hüquq şərəf və ləyaqətlə bağlı olan münasibətləri həm da tənzimləyir.
İşgüzar nüfuza gəldikdə isə qeyd etmək lazımdır ki, o, vacib qeyri-maddi
nemətlər (mənəvi nemətlər) sırasına aiddir. O. hər bir fiziki şəxsə, eləcə də
nər bir hüquqi şəxsə (təşkilata) məxsus olan nemətdir. İşgüzar nüfuza istəni
lən fiziki və hüquqi şəxs malik ola bilər. Bu xüsusiyyəti ilə o, şərəf və ləyaqət
dən fərqlənir. Belə ki. şərəf və ləyaqətə yalnız fiziki şəxslər malik ola bi
lərlər. Amma köhnə sovet dövrünün mülki məcəllələrinə görə şərəf və ləya
qətə hüquqi şəxslər də malik ola bilərdi. Həmin dövrün mülki hüquq elmi şərəf
və ləyaqətə vətəndaşların, eləcə də hüquqi şəxslərin malik olduğu şəxsi qeyri-
əmlak nemətlərindən biri kimi baxırdı4. Hər bir sosialist təşkilatı şərəf və ləya
qət kimi vacib mənəvi qeyri-maddi nemətin sahibi ola bilərdi5.
Sovet dövrünün mülki məcəllələrində mülki-hüquqi mühafizə (qorunma) və
tənzimlənmə obyekti kimi «işgüzar nüfuz» anlayışı ümumiyyətlə, nəzərdə tu
tulmamışdı. Amma həmin dövrün mülki hüquq elmində «işgüzar nüfuz» yox.
«nüfuz» («reputasiya») termininin işlədilməsinə rast gəlirik6. Buna görə də
Azərbaycan Respublikasının mülki qanunvericiliyində «işgüzar nüfuz» anlayışı
yeni haldır. Bu halı, yəni «işgüzar nüfuz» anlayışının mülki-hüquqi mühafizə
(tənzimlənmə) obyekti kimi mülki qanunvericiliyə daxil edilməsi halını əsaslı və
məntiqi addım hesab etmək lazımdır. Qanunverici bazar iqtisadiyyatı şəraitini
nəzərə alaraq mülki qanunvericiliyə işgüzar nüfuz barədə normalar daxil et
mişdir (MM-in 23-cü maddəsi). Axı şərəf və ləyaqətdən fərqli olaraq işgüzar
1 Советское государство и право 1963. Xal, c.89-90.
2 Советское гражданское право. Учебник. Том 1/Под рсд. В.П.Грибанова. С.М.Корнесва. М „
1979. с. 194.
3 Советское государетво п право. 1964, Хе9, с. 157.
4 Советское гражданское право. Учебник. Том I /Пол рсд. В.П Грибанова. С.М.Корнеева. М..
1979. с. 191.
5 Советское гражданское право. Учебник. Том 1/Под рсд. О.А.Красавникова. M , I9S5, с.202.
6 Məsələn, bax: Велявскнн А.В. Судебная зашита чести н достоинства граждан. М., 1966, с.6;
Сергеев А.П. Право на защиту репутации Л., 1989. «Репутация» termini beynəlxalq sənədlərdə
də işlədilir (bax: İnsan hüquqlannın ümumi bəyannaməsinin 12-ci maddəsi; Mülki və siyasi
hüquqlar haqqında beynəlxalq paktın 17-ci maddəsi).
69
nüfuz bazar münasibətlərinə aid və xas olan kateqoriyadır’ . Bazar iqtisadiyyatı
şəraitində həmin kateqoriya böyük əhəmiyyət kəsb edir.
Bazar subyektləri (sahibkarlar, əmtəə istehsalçıları və əmlak dövriyyəsinin
digər iştirakçıları) maraqlıdırlar ki, onlar özlərinin etibarlı tərəfdaş, vicdanlı
kontragent (qarşı tərəf) və s. kimi imiclərini qoruyub saxlasınlar və möhkəm
ləndirsinlər. Onlar maraqlıdırlar ki, öz təsərrüfat, sahibkarlıq, kommersiya və
işgüzar əlaqələrini genişləndirsinlər və maddi (əmlak) fayda əldə etsinlər.
Bazar subyektləri səy göstərirlər ki, onların istehsal etdikləri və hazırladıqları
məhsula (mala, işə, xidmətə) tələbat (tələb) sabit olsun. Onlar səy göstərirlər
ki, özlərinin professional keyfiyyətləri ilə kontragentləri, müştəri kontingenti və
istehlakçılar arasında nüfuzlu və etibarlı təsərrüfat subyekti (mal istehsal edən,
xidmət göstərən və iş görən) kimi tanınsınlar və fərqlənsinlər. Bu işlərdə işgü
zar nüfuz onlara heç də az kömək etmir.
İşgüzar nüfuz bazar subyektinə (sahibkara) nəinki heç də az olmayan mad
di (əmlak) dividend gətirir, habelə onun cəmiyyətdə və işgüzar tərəfdaşlar ara
sında hörmətinin artmasına, daha çox tanınmasına və etibar qazanmasına sə
bəb olur. Ölkəmizdə əmtəə-pul münasibətlərinin inkişafı ilə o, daha da bazar
iqtisadiyyatının vacib elementinə çevrilir.
«Nüfuz» anlayışını «işgüzar nüfuz» anlayışından fərqləndirmək lazım
dır. «Nüfuz» termini rus dilinə «reputasiya» kimi tərcümə edilir. «Reputasiya»
latınca «reputatio» ifadəsindən olub, «fikirləşmə», «düşünmə», «götür-qoy
etmə» mənasını bildirir. Lüğətlərdə göstərilir: «reputatio» kiminsə, nəyinsə
yaxşı cəhətləri və ya qüsurları (eyibləri) barədə yaranmış ümumi rəyi və yaxud
qazanılmış ictimai qiyməti ifadə edir1
2. Başqa lüğətdə göstərilir ki, reputasiya
kiminsə yaxşı cəhətləri və qüsurları barədə yaranmış ümumi rəydir3. Daha
başqa bir lüğətdə reputasiyaya insanın şöhrəti, yaxşı və pis adam kimi tanın
ması, kiminsə barəsində ümumi rəy kimi tərif verilir4.
Reputasiya öz məzmununa görə şərəfə yaxın olan anlayışdır. Lakin onlar
arasında fərqli cəhətlər də vardır. Qeyd etdiyimiz kimi, şərəf şəxsə verilən
müsbət qiymətdir. Reputasiya isə özündə şəxs barəsində həm yaxşı keyfiy
yətlər (cəhətlər), həm də qüsurlar (nöqsanlar, eyiblər) barədə ictimai (ümumi)
rəyi birləşdirir. K.B.Yaroşenko haqlı olaraq yazır ki, şərəf və ləyaqətdən fərqli
olaraq reputasiya müsbət (yaxşı) və mənfi (pis) ola bilər5.
İşgüzar reputasiyaya (işgüzar nüfuza) gəldikdə isə qeyd etmək lazım
dır ki, işgüzar reputasiya fiziki və hüquqi şəxslərin yalnız professional,
istehsal, ticarət, kommersiya, təsərrüfat, sahibkarlıq, qulluq, vasitəçilik
və digər növ fəaliyyəti barədə yaranan ictimai rəy deməkdir.
Reputasiya şəxsin ictimai cəhətdən əhəmiyyətli olan keyfiyyətləri barədə
ümumi rəydirsə, işgüzar reputasiya şəxsin işgüzar və professional qabiliyyət
1 Гуса Л.H Гражданское право. Учебник. Том I. M., 2003.
2 Словарь иностранных слов. М.. 1990, с.441; Ожегов С.И. Словарь русского языка. М., 1982.
с.603.
3 Толковый словарь русского языка. Том 3. М., 1939, с. 1344.
Даль В. Толковый словарь живого великорусского языка. Том 4. М., 1982, с.93.
Ярощенко К.В. Жизнь и здоровье под охраной закона. М., 1990, с. 169.
70
və keyfiyyətləri ilə bağlı olan məsələdir'. Buna görə də işgüzar nüfuz anlayışı
na daxildir: birincisi, şəxsin professionally və işgüzarlıq baxımından yaxşı key
fiyyətləri (müsbət işgüzar nüfuz); ikincisi, şəxsin professionally və işgüzarlıq
baxımından qüsurlu keyfiyyətləri (mənfi işgüzar nüfuz).
Deməli, işgüzarlıq və professionally baxımından şəxsin yaxşı (müs
bət) və qüsurlu (mənfi) keyfiyyətləri barədə yaranmış ictimai rəyə işgü
zar nüfuz deyilir* 2. Özü də dərhal buradaca qeyd etməliyik ki, hər hansı işgü
zar nüfuz yox, yalnız müsbət işgüzar nüfuz mülki hüquqla müdafiə edilir3.
Sahibkarın səmərəli fəaliyyəti üçün onun əmlak statusundan və bazarda
yüksək hörmət (etibar) qazanmasından başqa, fərdiləşdirmə vasitələri də bö
yük əhəmiyyət kəsb edir. İşgüzar nüfuz bu vasitələrdən biridir. O, sahibkarın
qeyri-maddi aktivləri sırasına daxil olan elementlərdən sayılır.
Vətəndaşın şərəf, ləyaqət və işgüzar nüfuzu məcmu halında birləşərək «tə
miz (yaxşı) ad» anlayışını müəyyən edir1.
Dostları ilə paylaş: |