§ 5. Şərəf, ləyaqət və işgüzar
nüfuzun müdafiə şərtləri
Şəxs (iddiaçı)
barədə məlumatların
yayılması
Şəxs (iddiaçı) barədə məlumatlar yayılması faktı
şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiə şərtlə
rindən biridir. Başqa sözlə desək, şərəf, ləyaqət və
işgüzar nüfuzun müdafiəsi barədə məhkəmə iddia
sının təmin olunması üçün bu və ya digər şəxs (iddiaçı) barədə müəyyən
şəxs tə rə fin d ə n m əlum atlar yayılmalıdır.
Mülki qanunvericilik «məlumatların yayılmasmna leqal (normativ) anlayış
vermir, məlumatların yayılma formalarını və üsullarını müəyyənləşdirmir, habe
lə bu formalara və üsullara aid xüsusi tələb nəzərdə tutmur. Əsas və başlıca
məsələ məlumatların istənilən formada yayılma faktının özüdür.
«Məlumatların yayılması»nın elmi (doktrinal) anlayışı, onun yayılma forma
ları və üsulları məhkəmə praktikası* 2 və mülki-hüquq elmi3 tərəfindən müəyyən
edilir.
’ Иоффе О С. Советское гражданское право. M., 1967, c.322; Придеороо Н А Общая и спсци-
альная гражданско-правовая зашита чести и достоинства граждан (авторсф. лис. канд. юрид. На
ук). Харьков. 1967, с.9; Рафиева Л .К Гражданско-правовая защита чести и достоинства личности
в СССР. Авторсф. канд. лисе. Л., 1966, с. 14; Чернышева С. А. Защита чести и достоинства
граждан. М., 1974. с.32; Маяеин Н С . Охрана прав личности советским законодательством. М .
1985. с.32; Маяеина М.Н. Защита личных неимущественных прав советских граждан. M , 1991.
с.59; Гражданское право. Учебник. Часть 1/Под рсд. Т.//.Илларионовой и др. М., 1998, с.289;
Коммагтарий к Гражданскому кодексу Российской Федерации. Часть 1/Отв.рсд. О.Н.Садиков М..
1999, с.335; Ярощенко К Б Жизнь и здоровье под охраной закона. М., 1990, с.161.
2 Вах: пункт 2 постановления Пленума Верховного Суда РФ от 21 декабря 1992 г. K i 11. «О
некоторых вопросах, возникающих при рассмотрении судами дел о защите чести и достоинства
граждан, а также деловой репутации граждан и юридических лиц».
3 Иоффе О С. Советское гражданское право. М., 1967, с.322; Советское гражданское право.
Учебник. Том 1/Пол рсд. В.П.Грибанова, С.М.Корнеева. М., 1979, с. 197; Мачеин НС. Граждан
ский закон и права личности в СССР. М., 1981, с. 150-151; Маяеин Н.С. Охрана прав личности со
ветским законодательством. М., 1985, с.35; Белявский А.В., Придворов Н А. Охрана чести и досто
инства личности в СССР. М., 1971, с.75; Советское гражданское право. Учебник. Том 1/Под рсд.
О А.Красавчикова, М., 1985, с.204; Малсина М.Н. Зашита личных неимущественных прав совет
ских граждан. М., 1991, с.61; Гражданское право. Учебник. Часть 1/Под рсд. Т.И.Ихчарионовой и
dp. М., 1998, с. 189.
83
Məlumatların yayılması dedikdə, onların üçüncü şəxslərin nəzərinə
çatdırılması, həmin şəxslərə bild irilm ə si başa dü şü lü r. Söhbət şəxsin şə
rəf, ləyaqət və işgüzar nüfuzunu pozan məlumatların bir neçə şəxsə və ya
çoxsaylı şəxslərə (qeyri-müəyyən sayda şəxslərə) bildirilməsindən gedir.
Məlumatların heç olmazsa, yalnız hər hansı üçüncü şəxsə çatdırılm ası
da məlumatların yayılması sayılır. Ona görə ki, məlumatın bir nəfər şəxsə
bildirilməsi onun yayılmasının qarşısını ala bilməz. Belə halda bilmək olmur ki,
məlumat nə qədər yayılacaqdır. Çox vaxt məlumatın bir nəfər şəxsə çatdırıl
ması onun geniş surətdə yayılma vasitəsi kimi çıxış edir. Məlumatların yalnız
onların aid olduğu şəxsin özünə (zərərçəkənin özünə) b ilavasitə b ild iril
məsi m əlum atların yayılması hesab e d ilm ir.1 Belə ki, başqa şəxslər və icti
maiyyət həmin məlumatlar barədə bilmir. Buna görə də «təkbətək söhbət» hə
min şəxsin şərəfi barədə ictimai rəyə hər hansı təsir göstərmir. Məsələn, və
təndaş başqa şəxsə yazdığı məktubda onun yaramaz əməli barədə söhbət
açır. Belə halda məlumatın yayılmasından söhbət gedə bilməz. Əgər həmin
məktub şəxsin işlədiyi və ya təhsil aldığı yerə göndərilərsə, onda məlumatla
rın yayılması göz qabağındadır. Başqa bir misalda vətəndaş öz qonşusuna bil
dirir ki, guya o, adam öldürmə cinayətinə görə mühakimə olunmuşdur. Belə
halda məlumatın yayılmasından və buna görə də şərəf və ləyaqətin mülki-hü
quqi müdafiəsindən söhbət gedə bilməz. Zərərçəkən şəxs bu vəziyyətdə, əgər
əsas olarsa, böhtana (və ya təhqirə) görə cinayət məsuliyyəti barədə məsələ
qaldıra bilər1
2.
Beləliklə, məlumatların yayılması dedikdə, onların zərərçəkən şəxsin (hə
min məlumatların aid olduğu şəxsin) özünə yox, hər hansı şəxsə (üçüncü şəx
sə) bildirilməsi başa düşülür. Məlumatların bildirildiyi şəxslərin hüquqi vəziy
yətinin, habelə onların hansı məqsədlə yayılmasının məsələyə dəxli yoxdur.
Şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunu pozan məlumatlar m ü x tə lif
üsullarla (vasitələrlə) yayıla bilər. Həmin üsulların (vasitələrin) təxmini siyahı
sı məhkəmə plenumu qərarında verilmişdir3. Onlara aiddir:
• kütləvi informasiya vasitələri (KİV);
• xasiyyətnamələr (onlara xidməti xasiyyətnamələr də deyilir) və digər sə
nədlər;
• yığıncaq və iclaslarda edilən çıxış;
• söhbət və danışıqlar;
• məktublar;
• vəzifəli şəxslərə ünvanlanmış ərizə və şikayətlər.
Kütləvi inform asiya vasitələrində məlumatların yayılmasına aiddir: mət
buatda məlumatların dərc edilməsi; radio proqramı üzrə yayım; televiziya
proqramı üzrə yayım; videoproqram üzrə yayım; kinoxronoloji proqramda nü
mayiş etdirmə və s. Məsələn, istənilən qəzetdə, jurnalda və ya digər mətbuat
1 Bəx: пункт 2 постановления Пленума Верховного Суда РФ от ! 8 августа 1992 г., Хв 11.
? Советское гражданское право. Учебник Том 1/Под рсд. В.П.Грибанова. С.М.Корнеева. М..
1979, с.198; Гражданское право. Учебник. Часть 1/Под рсд. З.И.Цыбулснко. М., 1998, с.170;
М акана ММ . Зашита личных неимущественных прав советских граждан. М.. 1991. с.61.
3 Вах: пункт 2 постановления Пленума Верховного Суда РФ от 18 августа 1992 г., Хв 11.
84
orqanında felyeton, qeydlər, məqalə, xəbərlər formasında məlumat verilir ki,
buna dərc etmə deyilir. Söhbət həm respublika əhəmiyyətli, həm də yerli əhə
miyyətli qəzet, jurnal və digər nəşrlərdə, habelə müəssisə, təşkilat və idarələr
də buraxılan divar qəzetlərində (belə qəzetlər sovet dövrü üçün xarakterik idi)
şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunu pozan məlumatların dərc edilməsin
dən gedir.
X asiyyətnam ələr və digər sənədlər vasitəsilə məlumatların yayılması ba
rədə biz əvvəlki yarımbaşlıqda danışmışıq. Söhbət idarə, təşkilat və müəssisə
lər tərəfindən verilən sənədlərdən gedir. Onlar vasitəsilə şəxsin şərəf, ləyaqət
və işgüzar nüfuzunu pozan məlumatlann yayılması mümkündür.
M əktublar şərəf, ləyaqət və işgüzar nüfuzu pozan məlumatların yayılma
üsullarından (vasitələrindən) biridir. Söhbət həm rəsmi, həm də şəxsi xarak
te rli m əktublardan gedir. Məsələn, vətəndaş başqa şəhərdə yaşayan tanışı
na məktub yazaraq göstərir ki, ev əşyalarını onun qonşusu oğurlamışdır. Şəxsi
xarakter daşıyan məktubla vətəndaş qonşunu oğurluqda təqsirləndirir.
Yığıncaq və iclaslarda edilən çıxış vasitəsilə də məlumatlar yayıla bilər.
Söhbət idarə, təşkilat və müəssisənin kollektivinin yığıncağında, həmkarlar it
tifaqı komitəsinin və digər orqanlann iclasında edilən çıxışdan gedir. Şəxsin
şərəf, ləyaqət və işgüzar nüfuzunu pozan məlumatlar m itinqlərdə edilən çı
xış v a sitə silə də yayıla bilər.
Söhbət və danışıqlar məlumatların yayılma üsullarından (vasitələrindən)
biridir. Qonşularla, bir yerdə işləyən şəxslərlə (iş yoldaşları ilə), habelə tanış-
bilişlərlə bilavasitə söhbət və danışıq zamanı', eyni zamanda telefonla söhbət
və danışıq aparılarkən şərəf, ləyaqət və işgüzar nüfuzu pozan məlumatlar ya
yıla bilər. Məsələn, vətəndaş telefon vasitəsilə öz iş yoldaşına xəbər verir ki,
onların işlədikləri təşkilatın müdiri vəzifəsindən sui-istifadə edərək bəzi cina
yətlər törətmişdir.
Şərəf, ləyaqət və işgüzar nüfuzu pozan məlumatların vəzifəli şəxslərə ün
vanlanmış ərizə və şikayətlər vasitəsilə də yayılması mümkün olan məsələ
dir. Məsələn, vətəndaş rayon icra hakimiyyəti başçısına ünvanlandığı şikayət
ərizəsində rayon mənzil təsərrüfatı idarəsinin müdirini rüşvət almaqda təqsir
ləndirir. Başqa bir misalda vətəndaş səhiyyə nazirinin adına yazdığı ərizədə
göstərir ki, filan nömrəli xəstəxananın baş həkimi xarici ölkə vətəndaşlarına
körpə uşaq satmaq işi ilə (uşaq alveri) ilə məşğuldur. Ərizə və şikayətin ano
nim (adsız) form ada olm asının mətləbə dəxli yoxdur. Belə ki, anonim ərizə
və məktublar vasitəsilə xəbər vermə məlumatların yayılması hesab edilməli
dir* 2.
K ita b la r məlumatların yayılma üsullarına (vasitələrinə) aiddir3. Belə ki, şəx
sin şərəf, ləyaqət və işgüzar nüfuzunu pozan məlumatlar kitablarda dərc olun
maqla yayıla bilər.
' Məhz tanışlarla şəxsi söhbət böhtanın yayılmasının başlıca üsulu və ya onun yaranmasının
əsası hesab edilir (bax: Кони А.Ф. Судебные речи. СПб. 1905, с.605*606).
2 Гражданское право. Учебник. Том I /Пол рсд. Е.А.Сухаиова. M.. I99S.C.737.
3 Белявский А.В.. Придворов Н А Охрана чести н достоинства личности в СССР. М . 1971.
C.S1; Советское гражданское право. Учебник. Том 1/Под рсд. О.А.Красавчикова. М.. 1985. с 204.
85
Şayiə ilə şərəf, ləyaqət və işgüzar nüfuzu pozan məlumatların yayılması
mümkündürmü? Şayiə buraxılan zaman ləkələyici məlumatların kim tərəfindən
yayılmasını müəyyənləşdirmək mümkün olmur. Zərərçəkən şəxs üçün (barə
sində ləkələyici məlumatlar yayılan şəxs üçün), habelə şərəf, ləyaqət və işgü
zar nüfuzun mülki-hüquqi müdafiəsi baxımından çox vaxt ləkələyici məlumat
ların kim tərəfindən yayılmasının həlledici əhəmiyyəti olmur. İstənilən hər
hansı üsulla (vasitə ilə) ləkələyici məlumatların yayılma faktının özü əhəmiyyət
kəsb edir'. Buna görə də şayiə ilə ləkələyici məlumatların yayılması mümkün
dür* 2. Yayılmış şayiəni dayandırmaq mümkün olmayan məsələdir. Məsələn,
şayiə yayılır ki, filan qadın əxlaqsız və pozğun həyat tərzi keçirir. Belə hal qa
dına əsas verir ki, o, öz şərəf və ləyaqətini müdafiə etsin.
Ləkələyici məlumatlar məhkəmə dinləmələri zamanı rəsmi çıxışlar vasi
təsi ilə də yayıla bilər. Sovet dövrünün həm hüquq ədəbiyyatı3, həm də məh
kəmə təcrübəsi4 məhz bu mövqedə durur. Məsələn, qadın boşanma işinə dair
məhkəmədə çıxış edən zaman göstərir ki, onun əri vəhabilər cərəyanının nü
mayəndəsidir.
Xəlvəti, gizli olaraq xəbər verməni (ona rus dilində «soobhenie svede-
niy po sekretu» deyilir) ləkələyici məlumatların yayılma üsulu (vasitəsi) he
sab etmək olar. Ona görə ki, bu üsul heç də qətiyyən şərəf, ləyaqət və işgüzar
nüfuzun pozulmasını aradan qaldırmır, zərərli nəticənin baş verməsini istisna
etmir.
Məhkəmə qətnamə və hökmləri, ibtidai istintaq orqanlarının qərarları və di
gər rəsmi sənədlər məlumatların yayılma üsulu (vasitəsi) hesab edilə bilməz
Həmin sənədlərin məzmunundan qanunla müəyyənləşdirilən başqa qaydadc
şikayət edilməsi nəzərdə tutulur5.
Məlumatların hansı formada yayılmasının məsələyə dəxli yoxdur6. Belə ki
şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunun mülki-hüquqi müdafiəsi baxı
mından ləkələyici məlumatların hansı formada yayılmasının əhəmiyyəti
yoxdur. Ləkələyici məlumatlar isə hüquq ədəbiyyatında7 və məhkəmə plenu
mu qərarında8 göstərildiyi kimi iki formada yayıla bilər: yazılı formada; şifahi
formada.
Mətbuatda dərcetmə, məktub, ərizə, şikayət, xasiyyətnamə, rəsmi sənəd
lər və b. məlumatların yayılmasının yazılı formasına aiddir.
Yığıncaqda, iclasda, mitinqdə çıxış etmək, radio və televiziya vasitəsilə ya-
’ Советское гражданское право. Учебник. Том 1/Под рсд. О.А.Красавчикова. М., 1985. с.205.
2 Гражданское право. Учебник. Том I/Пол рсд. ЕЛ.Сухапоса. М., 1998, с.737.
3 Пурцхвапидзе Б.З. Охрана чести и достоинства личности в советском уголовном праве,
докт.дисс. с. 152-153; Белявский А.В.. Придворов Н.А. Охрана чести и достоинства личности в
СССР. М.. 1971, с.79.
4 Вах: дело
2-50-64 во Вссволжском городском народном суде Ленинградской области.
5 Вах: пункт 3 постановления Пленума Верховного Суда РФ от 18 августа 1992 г, № I I ;
Гражданское право России. Учебник. Часть 1/Под рсд. З.И.Цыбуяенко. М., 1998, с. 170.
8 Иоффе О.С. Советское гражданское право. М., 1967, с.322.
7 Малыш Н С. Охрана ııp.ııı личности советским законодательством. М., 1985; Малыша М П.
Защита личных неимущественных прав советских граждан. М., 1991, с.62.
8 Вах: пункт 2 постановления Пленума Верховного Суда РФ от 18 августа 1992 г, № I I .
86
Yayılmış məlumatların
şəxsin (zərərçəkənin,
iddiaçının) şərəf, ləyaqət
və işgüzar nüfuzunu
ləkələməsi
yım, şəxsi söhbət, telefon danışığı və s. isə məlumatlann yayılmasının şifahi
formasına misaldır.
Məhkəmə şəxsin şərəf, ləyaqət və işgüzar nüfu
zunun müdafiəsi barədə iddiaya baxarkən mü
əyyənləşdirməlidir. yayılmış məlumatlar şəxsin
şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmişdir
mi? Qeyd etmək lazımdır ki, Yayılmış məlumat
lar ləkələyici xarakterə malik olmalıdır.
Qanun ləkələyici məlumatların hər hansı əlamətini müəyyən etmir. Qanun
da bu cür məlumatların heç olmazsa, təxmini siyahısı da verilmir.
«Ləkələyici məlumatlar» ifadəsi rus dilinə «poroçahie svedeniə» kimi tərcü
mə edilir. «Poroçahie» ifadəsi «poroçitğ» kəlməsindən yaranmışdır. «Poro-
çitğ» kəlməsi isə lüğətlərdə «pisləmək», «bəyənməmək», «qınamaq», «nöq
san tapmaq», «kiminsə haqqında pis (bəd, yaman) danışmaq», «qeybətini
aparmaq», «tənə vurmaq», «etibardan, nüfuzdan və ya hörmətdən salmaq»,
«gözdən salmaq», «adını batırmaq», «biabır etmək» və s. kimi mənalarda tər
cümə olunur'.
Məhkəmə plenumu qərarında şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən
məlumatların ümumi anlayışı formulə e d ilir: ləkələyici məlumatlar dedikdə,
fiz ik i şə xslə r (hü q u q i şəxslər) tərəfindən qüvvədə olan qanunvericiliyin
və ya əxlaqi-m ənəvi p rin sip lə rin pozulması barədə elə informasiya başa
d ü ş ü lü r ki, həm in inform asiya fiziki şəxslərin şərəf və ləyaqətini və ya
ş ə xslə rin (fiziki və hüquqi şəxslərin) işgüzar nüfuzunu alçaldır, onları
qiym ətdən salır.
Məhkəmə plenumu qərarında həm də şərəf, ləyaqət və işgüzar nüfuzu lə
kələyən məlumatların təxmini siyahısı verilir: şərəfsiz davranış barədə məlu
mat; əmək kollektivində düzgün olmayan davranış (nalayiq davranış) barədə
məlumat; həyatda (məişətdə) düzgün olmayan (nalayiq davranış) barədə mə
lumat; istehsal-təsərrüfat və ictimai fəaliyyəti gözdən salan məlumat və s.
Şübhəsiz ki, şəxslər barədə istənilən məlumat onların şərəf, ləyaqət və iş
güzar nüfuzunu pozmaq xüsusiyyətinə malik deyildir. Buna görə də hər hansı
məlumat istisnasız olaraq şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlu
matlar (ləkələyici məlumatlar) sırasına aid edilə bilməz. Bəs, müvafiq informa
siyanı ləkələyici məlumat kimi qiymətləndirmək üçün hansı meyar (əlamət)
əsas götürülməlidir? Başqa sözlə desək, hansı meyar (əlamət) əsasında
şəxs barəsində yayılmış informasiyanı ləkələyici məlumat hesab etmək olar?
Qeyd etmək lazımdır ki, barəsində inform asiya yayılmış şəxsin (yəni zə
rərçəkən şəxsin, iddiaçının) subyektiv fik ri və m ülahizəsi özlüyündə hə
m in in form asiyanı ləkələyici m əlum at hesab etmək üçün əsas ola bil
məz. Həmin şəxs öz subyektiv fikri və mülahizəsi əsasında hesab edə və qiy
mətləndirə bilməz ki, barəsində yayılmış informasiya onun şərəf, ləyaqət və iş- 1
1
Даль В. Толковый словарь живого великорусского языка. Том 3. М-, 1982; Ожегов С П
Словарь русского языка. М., I960; Волин Б.И.. Ушаков Д.Н. Толковый словарь русского языка.
М., 1939.
г Вах: пункт 2 постановления Пленума Верховного Суда РФ от 18 августа 1992 г. X? 11
87
güzar nüfuzunu ləkələyən məlumatdır. Deməli, subyektiv meyar (əlamət) əsa
sında müvafiq informasiyanı ləkələyici məlumat kimi qiymətləndirmək olmaz.
Müvafiq informasiya ancaq o zaman ləkələyici məlumat kimi qiymətləndirilə
bilər ki, həmin informasiya şəxsi (zərərçəkəni) q a n u n ve ricilik və ya əxlaq
normalarına əməl olunması baxımından ictimaiyyətin, kollektivin və yaxud
ayrı-ayrı vətəndaşların nəzərində gözdən (nüfuzdan, etibardan) salsın, adını
batırsın və onu biabır etsin’ . Yalnız o informasiya ləkələyici məlumatlara aid
edilə bilər ki, həmin informasiya hüquq (qanunvericilik) və ya əxlaq n ö q te
yi-nəzərindən m ənfi qiym ətlə n d irilsin * 2. Deməli, obyektiv meyar (əlamət)
əsasında müvafiq informasiya ləkələyici məlumat hesab edilir. Buna görə də
hüquq ədəbiyyatında haqlı olaraq göstərilir ki, informasiyanı ləkələyici məlu
mat kimi qiymətləndirməyin əsasını Subyektiv meyar (əlam ət) yox, o b ye ktiv
meyar (əlamət) təşkil edir3.
Misala müraciət edək. Ahıl yaşında olan qadın öz qonşularına söyləyir ki,
onun yaşadığı mənzillə üzbəüz olan mənzilə ailəli olmayan gənc qız köçmüş
dür. hər gün həmin mənzilə qonaqlar gəlir, mənzildən musiqi səsləri eşidilir
və s. Gənc qız hesab edir və fikirləşir ki, onun barəsində yayılan informasiya
şərəf və ləyaqətini ləkələyir. Buna görə də o, öz şərəf və ləyaqətini müdafiə
etmək üçün iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə iddianı təmin etmə
yəcəkdir. Ona görə ki, gənc qız barəsində yayılan informasiya obyektiv meya
ra (əlamətə) yox, subyektiv meyara (əlamətə) əsaslandığına görə onun şərəf
və ləyaqətini ləkələyən məlumat kimi qiymətləndirilmir. Belə informasiya gö
ründüyü kimi, qanunvericilik və ya əxlaq normalarına əməl olunması baxımın
dan gənc qızı qonşulann nəzərində gözdən salmır, onu alçaltmır, şərəfsiz et
mir, adını batırmır və biabır etmir.
Əgər qadın öz qonşularına söyləsə idi ki, gənc qız onun mənzilinə gələn
yad kişilərlə əxlaqsız hərəkətlər edir, onlarla qumar oynayır, əyyaş həyat tərzi
keçirir, onda demək olar ki, bu informasiya gənc qızı əxlaq norma və qaydala
rına əməl olunması baxımından qonşuların nəzərində gözdən salır, onu şərəf
siz və biabır edir. Buna görə də həmin informasiya gənc qızın şərəf və ləyaqə
tini ləkələyən məlumat kimi qiymətləndirilir. Belə qiymətləndirmənin əsasında
isə subyektiv meyar (əlamət) yox, obyektiv meyar (əlamət) durur. Buna görə
də məhkəmə şərəf və ləyaqətini müdafiə etmək barədə gənc qızın iddiasını
təmin etməlidir.
Hansı informasiyanın şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyə bilməsi mül
ki hüquq elmində mübahisə doğuran məsələdir. Müəlliflərdən O.S.loffenin
mövqeyinə görə, şərəf və ləyaqət yalnız o zaman pozula bilər ki, şərəf və lə
yaqət müəyyən faktlar barədə məlumatların yayılması ilə ləkələnsin4. Ləkələyi
ci məlumatlar qiymətvermə haqqında yox, yalnız müəyyən faktlar barəsində
’ Maıetın И C Охрана npan личности советским законодательством. M., I9S5, c.32-33.
2 Советское гражданское право. Учебник. Том İ /Под род. О.А.Красавчикова, М., 1985. с.205.
3 Ярощеико К Б . Жизнь и здоровье под охраной закона. М., 1990, с. 159; Комментарий к
Гражданскому кодексу Российской Федерации. Часть 1/Под рсд. О.П.Садикоса. М ., 1999, с.335.
Иоффе О С Новая кодификация советского гражданского законодательства и охрана чести
и достоинства граждан//Совстскос государство и право. 1962, № 7. с.64.
88
yayıla bilər’ .
Digər müəlliflər isə göstərirlər ki, ləkələyici məlumatlar həm faktlara, həm
də qiymət (xarakteristika) verməyə aid ola bilər. Bu mövqe alimlər arasında
daha geniş yayılmışdır1
2.
Fikrimizcə, ikinci qrup alimlərin mövqeyi daha inandırıcıdır. Belə ki, birincisi,
ilk növbədə şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumatlar müəyyən
şəxsin konkret davranış (əməl) faktına aid olub, həmin fakt barəsində ya
yıla bilər. Söhbət şəxsi gözdən, etibardan və hörmətdən salan, onun adını
batıran və biabır edən konkret faktlardan (əməllərdən) gedir. Məsələn, vətən
daş rayon qəzetində yazdığı məqalədə göstərir ki, guya kənd sakinlərindən V.
qanunsuz (icazəsiz) ov etdiyinə görə brokonyerdir. Başqa bir misalda işçi mi
tinqdə çıxış edərək işlədiyi təşkilatın müdirini (vəzifəli şəxsi) rüşvət almaqda
təqsirləndirir. Bu misallarda şərəf və ləyaqəti ləkələyən məlumatlar şəxslərin
konkret davranış (əməl) faktlarına toxunur.
İkincisi, şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumatlar şəxsə və ya
onun əməllərinə qiymət (xarakteristika) vermək formasında da ola bilər.
Söhbət müəyyən şəxsin davranışına, bir qayda olaraq, mənəvi qiymət ver
məkdən, onun həyatına dair bu və ya digər faktları xarakterizə etməkdən ge
dir. Məsələ burasındadır ki, şəxs barədə məlumatların xeyli hissəsi ictimaiyyə
tin nəzərinə qiymət (xarakteristika) vermə formasında çatır. Düzgün qiymət
(xarakteristika) verməmək isə şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunu al
çaltmaq, onların dəyərini azaltmaq xüsusiyyətinə malikdir. Məsələn, qəzetdə
yazılan məqalədə vətəndaş A-ya belə xarakteristika verilir ki, guya o, müftə-
xor, tüfeyli, cəncəl və çirkin adamdır. Başqa bir misalda yığıncaqda çıxış edən
şəxslərdən biri tərəfindən vətəndaş D. oğru, xain, satqın, riyakar və tamahkar
adam kimi xarakterizə olunur. Daha bir misalda şöbə rəisi müəssisənin əmək
kollektivinin yığıncağında çıxış edərək göstərir ki, guya işçi K. öz işinə vicdan
la yanaşmır.
Göründüyü kimi, göstərilən hallarda söhbət şəxsə qiymət (xarakteristika)
verməkdən gedir. Buna görə də şəxsə (və ya onun əməlinə) qiymət (xarakte
ristika) vermək barədə informasiya şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyə
və alçalda bilər.
Buradaca dərhal qeyd etməliyik ki, məlumatlar təmiz qiymətvermə fik
rindən (mülahizəsindən) ibarət ola bilməz3. Belə fikir müəyyən şəxs tərəfin
dən başqa şəxsin yaratdığı mənəvi məhsullara (əsərlərə və yaradıcılıq fəaliy
yətinin digər nəticələrinə), habelə onun fəaliyyətinə qiymət verilməsi üçün söy
lənir. Belə təmiz qiymətvermə şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən
1 Иоффе О.C. Советское гражданское право. M.. 1967, c.322.
2 Белянский А.В. Судебная зашита чести и достоинства граждан. М.. 1966, с.$; Белянский А.В.,
ПриВсорои Н А . Охрана чести и достоинства личности а СССР М., 1971, с. 55-57; М ании Н С
Охрана прав личности советским законодательством. M., I9S5, сЗЗ; Советское гражданское
право. Учебник. Том 1/Под ред. О.А. Красавчикова. M., I9S5, с.206.
3 Иоффе О.С. Советское гражданское право. М., 1967, с.322; М ании Н.С. Охрана прав
личности советским законодательством. М „ 1985. с.33 Bu barədə başqa belə fikir də söylənilir
ki. qiymət vermənin şərəf və ləyaqəti ləkələməsi qiymətin verildiyi konkret haldan asılıdır (öax.
Белявский А.В.. ПриВоорос Н А . Охрана чести и достоинства личности в СССР. M., 1971. с.68).
89
məlumat hesab edilmir. Məsələn, belə fikir söylənilir ki, o, guya maraqsız ki
tab yazmışdır və ya zəif tələbədir və ya pis müğənnidir və ya maraq doğurma
yan müəllimdir və ya zövqü olmayan rejissordur və ya musiqini dinləmək qabi
liyyətindən məhrumdur və s. Vətəndaş geniş əhali kütləsinin qarşısında çıxış
edərək göstərir ki. filan müğənni pis müğənni olub, yaxşı oxumur və xoşuma
gəlmir. Bu, müğənninin şərəf və ləyaqətini ləkələyən məlumat sayılmır. Buna
görə də onun şərəf və ləyaqətinin müdafiəsi barədə iddia təmin edilə bilməz.
Şəxsin fiziki (cism ani) qüsuru (şikə stliyi) və x ə stə liyi barədə in fo rm a
siya şərəf və ləyaqəti ləkələyən m əlum at hesab e d ilm ir. Buna görə də,
əgər şəxsin həmin keyfiyyətləri (xüsusiyyətləri) barədə məlumatlar yayılarsa,
belə hal onun şərəf və ləyaqətinin müdafiəsi üçün əsas ola bilməz. Çünki şə
rəf şəxsin əməllərinə uyğun olaraq formalaşır. Əməllər isə şəxsin öz iradə və
şüurundan asılı olaraq edilir. Şəxsin şərəfi haqqında yalnız onun ş ü u rlu -ira -
dəvi əməllərinə əsasən fikir və mülahizə söyləyirlər. Fiziki qüsur (şikəstlik)
və xəstəliyə gəldikdə isə qeyd etmək lazımdır ki, onlar şəxsin iradə və şüurun
dan asılı olmayan keyfiyyət və xüsusiyyətlərdir. Buna görə həmin keyfiyyət və
xüsusiyyətlər şəxsin şərəfinin formalaşmasına təsir göstərə bilməz. Məhz bu
səbəbdən bu keyfiyyət və xüsusiyyətlər barədə məlumatların yayılması və fikir
söylənilməsi şərəf və ləyaqətin müdafiəsi barədə iddia verilməsi üçün əsas
ola bilməz. Məsələn, vətəndaş A. özünün tanış-bilişlərinə söyləyir ki, vətəndaş
B. şəkərli diabet xəstəliyinə tutulmuşdur. Başqa bir misalda vətəndaş K. söy
ləyir ki, onun qonşusu kardır və eşitmir və ya vətəndaş S.-nin gözlərindən biri
kordur və yaxşı görmür və s.
Bununla belə, əgər şəxsin xəstəliyi onun əxlaqsız əm əlləri ilə bağlı
olarsa, onda həmin xəstəlik barədə yayılan in form asiya onun şərəf və lə
yaqətini ləkələyən m əlum at kim i qiym ətlə n d irilir. Buna görə də həmin
şəxs şərəf və ləyaqətinin müdafiəsi barədə iddia verə bilər. Məsələn, vətən
daş belə bir məlumat yayır ki, guya onun qonşusu sifilis (dəri-zöhrəvi) xəstəli
yinə tutulmuşdur. Qonşu öz şərəf və ləyaqətini müdafiə etmək üçün məhkəmə
qaydasında iddia verir. Məhkəmə iddianı təmin etməlidir. Ona görə ki, şəxsin
sifilis xəstəliyinə tutulması onun əxlaqsız və pozğun həyat tərzi keçirməsi ilə
bağlıdır. Belə xəstəlik barədə yayılan doğru olmayan məlumat əxlaq norma və
qaydalarına əməl olunması baxımından şəxsi gözdən salır, onu biabır edir və
ləkələyir.
Konkret şəxs tərəfindən cinayət tö rə d ilm ə si barədə inform asiyanın
şərəf və ləyaqəti ləkələyən məlumat sayılması hüquq ədəbiyyatında mübahisə
doğuran məsələdir. Bu barədə bir-birindən fərqli iki müxtəlif fikir söylənilir. Bə
zi müəlliflər göstərirlər ki, şəxsin cinayət törədilməsində ittiham olunması barə
də ləkələyici məlumatlara mülki qaydada baxmaq olmaz, çünki cinayət işləri
nin araşdırılması istintaq orqanlarının səlahiyyətinə aiddir; məhkəmə müvafiq
sübutlara malik olmadan ittihamın həqiqətə uyğun olmaması barədə qərar çı
xarmaqla cinayətkarı təmizə çıxara bilməz.
Bunun əksi olan mövqedə duran digər müəlliflər isə qeyd edirlər ki, mülki
qanunvericiliyin şərəf və ləyaqətin müdafiəsi barədə müvafiq norması ləkələyi
ci məlumatların məzmunu barədə hər hansı istisnaya yol vermir, məhdudiyyəl
90
nəzərdə tutmur və buna görə də şəxsin cinayət törədilməsində ittiham olun
ması barədə ləkələyici məlumatlara mülki qaydada baxılmalıdır'.
Bizim fikrimizcə, ikinci qrup alimlərin irəli sürdükləri fikir həqiqətə daha ya
xındır. Belə ki, hər hansı şəxsi etibarlı sübutlar olmadan cinayət törətməkdə it
tiham etmək çox ciddi məsələdir. Cinayət törətməkdə ittiham olunan şəxs öz
təmiz adını hər cür qanuni üsullarla, o cümlədən mülki üsulla (qaydada) mü
dafiə etməlidir. Göstərilən halda şəxsi mülki-hüquqi müdafiədən məhrum et
mək ədalətsizlik olardı.
Hesab edirik ki, şəxsin cinayət törədilməsində ittiham olunması barədə
ləkələyici məlumatlara mülki qaydada nəinki baxmaq lazımdır, hətta on
lara baxılması mümkün olan məsələdir. Belə ki, bu cür iddiaları araşdırar
kən məhkəmə tərəflərin xahişi ilə və ya öz təşəbbüsü ilə istintaq-prokurorluq
orqanlarına və digər səlahiyyətli orqanlara sorğu göndərir. Bununla məhkəmə
şəxsin cinayət törədib-törətməməsi barədə məlumat əldə edir. Məsələn, qə
zetlərin birində belə məlumat yayılır ki. guya vətəndaş A. filan qadını zorlamış-
dır. Vətəndaş A. şərəf və ləyaqətini müdafiə etmək üçün mülki qaydada məh
kəməyə iddia verir. Məhkəmə prokurorluq və istintaq orqanlarına sorğu gön
dərir və bunun nəticəsində göstərilən cinayətin baş verməməsi barədə məlu
mat alır. Deməli, şəxs hər hansı vətəndaşı cinayət etməkdə (məsələn, korrup
siyada, rüşvətxorluqda, adam oğruluğunda və digər cinayətlər etməkdə) təq
sirləndirərsə, həmin vətəndaş öz şərəf və ləyaqətini mülki qaydada müdafiə
edə bilər.
Yayılmış ləkələyici məlumatlar vətəndaşlann və hüquqi şəxslərin istənilən
fəaliyyət sahəsinə aid ola bilər. Bu cür məlumatlar hər şeydən əvvəl, şəxslə
rin əmək, peşə fəaliyyəti sahəsinə toxunur, vətəndaşların öz əmək və peşə
borcunu (vəzifəsini) yerinə yetirməməsi barədə yayılır (işçi guya əmək intizamını
pozmuşdur; universitetin professoru olmasına baxmayaraq, guya on il ərzində
elmə heç nə verməmişdir; işçi guya öz vəzifəsinə vicdanla yanaşmır; o, guya öz
həkimlik borcunu yerinə yetirmir; işçi guya zay məhsul istehsal edir və s.).
Ləkələyici məlumatlar həm də son dərəcə şəxsi həyat hallarına, ailə-mə
işət məsələlərinə aid ola bilər (qadının evinə guya axşamlar hər hansı kişi
gəlir, orada gecələyir və sərxoşluqla məşğul olur; qəzetdə yazılır ki, qadını gu
ya hər hansı kişi ilə intim vəziyyətdə görüblər; işçi qadın guya müəssisənin
müdiri ilə intim əlaqədə olub və s.).
„
,
ı
.1
Şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiə edil-
Yayı nuş məlumatların
v
. !
. . . .
.
. . . .
.
həaiaətə uväun
məsl barədə lddıa verilməsinin və bu iddianın tə-
(doöru) olmaması
min “ im a s ın ın üçüncü şərti yayılmış ləkələ
yici məlumatların həqiqətə uyğun olmamasın
dan, yəni onların doğru olmamasından ibarətdir. Yayılmış ləkələyici məlu
matlar əsassız, uydurma və yalan xarakterə malik olmalıdır. Yalnız bu şərt
' Белянский А.В.. Придворов H.A. Охрана чести и достоинства личности в СССР. М., 1971, с.
74-75; Маясии Н С . Охрана прав личности советским законодательством. М., 1985, с.ЗЗ; Малеина
М Н. Зашита личных неимущественных прав советских граждан. М., 1991, с.59; Белявский А.В.
Судебная защита чести и достоинства граждан. М., 1966, с. 10.
91
mövcud olduqda şərəf, ləyaqət və işgüzar nüfuz alçalır, pozulur və onlara zə
rər vurulur.
Yayılmış ləkələyici məlumatların həqiqətə uyğun olmaması dedikdə, ilk
növbədə ümumiyyətlə, mövcud olmayan hallar (faktlar) barəsində yayılan
informasiya başa düşülür. Məsələn, hər hansı şəxs belə bir məlumat yayır ki,
guya onun qonşusu alkoqolikdir və ya narkotik vasitələrdən istifadə edir. Baş
qa bir misalda qəzetdə belə bir məlumat yayılır ki, guya dövlət orqanında çalı
şan vəzifəli şəxs vəzifəsindən sui-istifadə etməklə özünə bahalı minik avtomo
bili almış və bağ evi tikdirmişdir. Əslində isə göstərilən hallardan (faktlardan)
hər hansı biri ümumiyyətlə, mövcud olmamışdır.
Digər tərəfdən, ləkələyici məlumatların həqiqətə uyğun olmaması ayrı-ayrı
halların (faktların) olduğu kimi (necə var) əks etdirilməməsi deməkdir.
Məsələn, işçi öz ərizəsi ilə (öz istəyi ilə) işdən çıxır. Qəzetdə belə bir məlumat
yayılır ki, guya işçi iş yerində müntəzəm surətdə sərxoşluq etdiyinə görə tutdu
ğu vəzifədən azad edilmişdir. Göründüyü kimi, bu ləkələyici məlumat işçinin
işdən çıxma faktını olduğu kimi (necə var) göstərmir.
Məhkəmədə işə baxılan zaman yayılmış ləkələyici məlumatların həqiqətə
uyğun olmasını cavabdeh, yəni həmin məlumatları yayan şəxs (zərərvuran
şəxs) sübut etməlidir. Ona görə ki, əvvəldə qeyd etdiyimiz kimi, Azərbaycan
Respublikasının Mülki Məcəlləsi yayılmış məlumatların həqiqətə uyğun ol
maması prezumpsiyasından çıxış edir' (MM-in 23-cü maddəsinin 1-ci bən
di). Ona görə də bunun əksini, yəni yayılmış məlumatların həqiqətə uyğun
olmasını həmin məlumatları yayan şəxs (cavabdeh) sübut etməlidir. İddi
açı (zərərçəkən şəxs) məlumatların həqiqətə uyğun olduğunu sübuta yetirmə
yə borclu deyildir. Əlbəttə, o, özü haqqında yayılmış ləkələyici məlumatların
həqiqətə uyğun olmamasını sübuta yetirmək hüququndan məhrum deyil.
Əgər cavabdeh (zərərvuran, ləkələyici məlumatı yayan şəxs) məhkəmədə
işə baxılan zaman iddiaçı barədə yaydığı ləkələyici məlumatların doğru (həqi
qətə uyğun) olduğunu sübuta yetirə bilməsə, onda iddiaçının (zərərçəkənin)
iddiası təmin olunur. Belə halda iddiaçını (zərərçəkəni) ləkələyən sübuta yeti
rilməmiş məlumatlar yalan və uydurma hesab edilir ki, bu hal qanunun müəy
yənləşdirdiyi təmizlik (düzlük) prezumpsiyasına uyğun gəlir2. Özü də məlu
matların yalan və uydurma olub-olmaması məsələsi işə məhkəmədə baxılar
kən müəyyən edilir.
Əgər məhkəmə müəyyən etsə ki, iddiaçını (zərərçəkəni) ləkələyən yayılmış
məlumatlar yalan və uydurm a yox, doğru və həqiqətə uyğundur, onda
iddia təmin olunm ur. Ona görə ki, yayılmış məlumatlar iddiaçını (zərərçəkə
ni), onun əməl və davranışını nə qədər mənfi xarakterizə etsə də, ona xoş ol
mayan təsir bağışlasa da, həmin məlumatlar şərəf, ləyaqət və işgüzar nüfuzun
alçalmasına, bu nemətlərin qiymətinin azalmasına səbəb olmur. Düzdür, belə
hallarda da iddiaçının (zərərçəkənin) şərəf, ləyaqət və işgüzar nüfuzu alçalır,
onların qiyməti azalır. Lakin ona, yəni şərəf, ləyaqət və işgüzar nüfuzun alçal- 1
1 11о<1>фе ОС. Советское гражданское право. М., 1967, с.323.
Мамин ПС. Охрана прав личности советским законодательством. М., 1985. с.34;
Гражданское право Учебник. Том 1/Под рсд. ЕЛ.Суханова. М., 1998, с.735.
92
masına yayılmış məlumat yox, iddiaçının (zərərçəkənin) davranışı səbəb olur.
Yayılmış məlumatlar bu davranışı yalnız özündə əks etdirir’ . İddiaçının (zərər
çəkənin) məhz özünün davranışı (əməli, hərəkəti) onun şərəf, ləyaqət və işgü
zar nüfuzunu pozur, ləkələyir.
İddiaçı barədə doğru və həqiqətə uyğun məlumatlar yayılması həmin şəxsin
cəmiyyətin mühakiməsinə verilməsini, onun tənqid olunmasını ifadə edir. Bu,
həm bütövlükdə cəmiyyətin mənafeyinə, həm də iddiaçının mənafeyinə uyğun
dur. Doğru və həqiqətə uyğun faktlara əsaslanan tənqid vacib tərbiyəvi əhəmiy
yətə malik olub, mənfi qüsur və çatışmazlıqlardan azad olmağa kömək edir.
1> Dostları ilə paylaş: |