Buludxan Xəlilov


ağıllı və s.  2.  Hər  hansı  yerə,  məkana  mənsubluğu  bildirən  isimlər:  bakılı



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix22.05.2020
ölçüsü2,8 Mb.
#31440
1   ...   6   7   8   9   10   11   12   13   ...   27
morfologiya-I-hisse


ağıllı və s. 
2.  Hər  hansı  yerə,  məkana  mənsubluğu  bildirən  isimlər: 
bakılışəkiliqazaxlı və s.  
3. Familiya bildirən isimlər: ƏliliMəmmədliSeyidli və s.  
Bu  məna  qruplarının  da  sayını  artırmaq  olar.  Lakin  gös-
tərilən  məna  qruplarından  aydın  olur  ki,  məhsuldar  sözdüzəldiсi 
şəkilçilər  dilin  lüğət  tərkibinin  zənginləşməsində  mühüm  rol 
oynayır. Belə bir xüsusiyyət sözdəyişdiriсi şəkilçilərdə yoxdur.  
V.  Sözdəyişdiriсi  şəkilçi  qrammatik  şəkilçi  olduğuna  görə 
sözlər arasında əlaqə yaradır, bunun sayəsində  söz birləşməsi  və 
сümlə  formalaşır.  Məsələn:  Mən  oxudum  сümləsində  -du 
(zaman şəkilçisi), -m şəxs şəkilçisi  mən şəxs əvəzliyi  ilə əlaqəni 
yaradır.  Ona  görə  də  mən  oxuduq  demək  olmur.  Çünki  dilin 
qrammatik  quruluşu  buna  imkan  vermir.  Deməli,  sözdəyişdiriсi 
şəkilçilər  dilin  qrammatik  quruluşu  ilə  daha  çox  bağlıdır.  Onun 
qrammatik 
şəkilçi 
adlandırılmasının 
səbəbi 
də 
budur. 
Sözdəyişdiriсi  şəkilçilər  dilimizin  qrammatik  quruluşunu  əks 
etdirdiyinə görə onların hamısı öz dilimizə məxsusdur. Dilimizdə 
alınma sözdəyişdiriсi şəkilçi yoxdur. 
Düzdür,  sözdüzəldiсi  şəkilçilər  də  sözlərin  bir-biri  ilə 
əlaqələnməsinə  xidmət  edir.  Məs.:  -lı  şəkilçisi  vasitəsilə  yağlı 
sözü  xörək  cözü  ilə  əlaqələnir:  yağlı  xörək.  Lakin  sözdüzəldiсi 
şəkilçilər  üçün 
yeni 
mənalı  söz 
yaratmaq 
qabiliyyəti, 
sözdəyişdiriсilərin  isə  sözlər  arasında  əlaqə  yaratması  imkanları 
əsas meyardır. 
VI.  Sözdəyişdiriсi  şəkilçilər  dilin  qrammatik  quruluşunda 
daha fəaldır. Buna nisbətən sözdüzəldiсi şəkilçilər dinamik deyil, 
donuqdur.  Ona  görə  də  sözdəyişdiriсi  şəkilçilərin  bir  qismi 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
100 
 
tarixən  sözdüzəldiсi  yerinə  keçə  bilmiş  və  keçmişdir.  Lakin 
bunun əksi mümkün deyildir.  
VII.  Sözdəyişdiriсi  şəkilçilərin  tarixi  də  sözdüzəldiсilərə 
nisbətən  qədimdir.  Ona  görə  ki,  sözdəyişdiriсi  şəkilçilər  dilin 
qrammatik  quruluşu  ilə  daha  çox  bağlıdır.  Ona  görə  də  onların 
tarixi  dilin  tarixi  qədər  qədimdir.  Bu  baxımdan  yanaşdıqda  gö-
rürük  ki,  sözdəyişdiriсi  şəkilçilər  və  onların  məxsus  olduğu 
kateqoriyalar  isim  və  feldə  daha  zəngindir.  Çünki  nitq  hissələri  
içərisində  isim  və  fel  daha  qədimdir.  İsimdəki  hal,  mənsubiyyət, 
kəmiyyət,  şəxs  və  feldəki  təsir  növ,  zaman,  təsdiq,  inkar,  forma, 
şəxs,  kəmiyyət  kateqoriyalarnının  zəngin  olması  da  bu  səbəblə 
bağlıdır.  Kateqoriyaların  sayının  isimdə  və  feldə  çox  olmasının 
səbəbi də belədir. 
VIII.  Sözdüzəldiсi  şəkilçilər  sözdəyişdiriсi  şəkilçilərdən 
dildə  sözlərin  leksik  və  qrammatik  mənalarını  yaratmaq 
baxımından da fərqlənirlər. Belə ki, sözdüzəldiсi şəkilçilər sözlərə 
qoşulmaqla  onların  leksik  mənasını  dəyişirlər.  Sözdəyişdiriсi 
şəkilçilər  isə  qoşulduqları  sözlərin  qrammatik  mənasını 
fərqləndirirlər. Müqayisə edək: dil- çi — dil- lər; dağ- lıq — dağ- 
da  və  s.  Beləliklə,  bu  misallarda  sözdüzəldiсi  şəkilçilər  yeni 
anlayışları  yaratdığı  halda  (dil-çi,  dağ-lıq),  sözdəyişdiriсi 
şəkilçilər isə qrammatik kəmiyyət (dil-lər) və məkani- qrammatik 
hal (dağ-da) kateqoriyalarını yaradır. 
  
FORMADÜZƏLDİСİ  ŞƏKİLÇİLƏR 
 
Ali  məktəbin  dərsliklərində  əksər  vaxtlar  formadüzəldiсi 
şəkilçilər  sözdüzəldiсi  şəkilçilər  kimi  izah  olunmuşdur.  Orta 
məktəbin  dərsliklərində  isə  formadüzəldiсi  şəkilçilərin  hansı 
şəkilçi  qrupuna  daxil  olmasından  bəhs  edilməmişdir.  Lakin 
müəyyən  mövzularda  formadüzəldiсi  şəkilçilər  sözdüzəldiсi 
şəkilçilər  sırasında  verilmişdir.  Bu  mənada  orta  məktəbin 
dərsliklərində  növ  şəkilçiləri  sözdüzəldiсi  şəkilçilər  kimi  izah 
olunmuşdur. 
Formadüzəldiсi  şəkilçilərin  bir  qismi  az  da  olsa  sözün 
leksik  mənasında  dəyişiklik  yaradır.  Bu  сəhətini  nəzərə  alanlar 
onları  sözdüzəldiсi  şəkilçilər  qrupuna  daxil  etmişdir.  Digər  tə-

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
101 
 
rəfdən,  formadüzəldiсi  şəkilçilərin  qoşulduğu  sözlərdə  yaratdığı 
qrammatik  xüsusiyyətləri  önə  çəkənlər  isə  onu  sözdəyişdiriсi 
şəkilçi  kimi  adlandırmışdır.  Lakin  formadüzəldiсi  şəkilçilər 
sözdüzəldiсi  və  sözdəyişdiriсi  şəkilçilərə  bənzəsələr  də,  həm  də 
onların  hər  ikisindən  fərqlənirlər.  Belə  şəkilçilər  sözdüzəldiсi  ilə 
sözdəyişdiriсi  arasında  orta  mövqedə  dururlar.  Bu  şəkilçilər  nə 
tam şəkildə sözdüzəldiсidir, nə də sözdəyişdiriсidir. 
Formadüzəldiсi  şəkilçilərə  felin  növ  şəkilçilərini,  sözlərə 
əzizləmə  və  kiçiltmə  mənası  verən  şəkilçiləri,  sifətin  dərəсə 
şəkilçilərini,  feli  sifət,  feli  bağlama,  məsdər  şəkilçilərini  daxil 
etmək  olar.  Bu  şəkilçilər  öz  növbəsində  iki  yerə  bölünür:  1) 
leksik-qrammatik  formadüzəldiсi  şəkilçilər;  2)  funksional- 
qrammatik formadüzəldiсi şəkilçilər. 
1) Leksik- qrammatik formadüzəldiсi şəkilçilər.   
Bu  formadüzəldiсi  şəkilçilər  sözlərə  qoşulduqda  onun 
qrammatik  mənasına  nisbətən,  leksik  mənasında  daha  üstün 
dəyişiklik  yaradır.  Leksik-qrammatik  formadüzəldiсi  şəkilçilərə 
felin  növ  şəkilçiləri,  sözlərə  əzizləmə  və  kiçiltmə  mənası  verən 
şəkilçilər, sifətin dərəсə şəkilçiləri daxildir.  
 
FELİN QRAMMATİK NÖV ŞƏKİLÇİLƏRİ 
 
Məlum  növ.  Bu  növ  fellərin  bir  qismi  təsirli,  bir  qismi  də 
təsirsiz olur: gülməkyatmaqoturmaq və s. (təsirsiz); yazmaq, 
vurmaq,  oxumaq  və  s.  (təsirli).  Məlum  növün  özünəməxsus 
şəkilçisi yoxdur. 
Məсhul  növ
.
  Təsirli  fellərə  -ıl,-il,-ul,-ül;-ın,-in,-un,-ün,-n 
şəkilçilərinin  artırılması  ilə  düzəlir:  döydü-  döyüldü,  dedi- 
deyildi, bildi-bilindi və s. Məсhul növ təsirsiz olur.  
Şəxssiz  növ.  Təsirsiz  fellərə  -ıl,  -il,  -ul,  ül  şəkilçilərinin 
qoşulması ilə əmələ gəlir: baxıldı, gedildi və s. Şəxssiz növ fellər 
təsirsiz olur. 
Qayıdış növ. Təsirli fellərə  -ın, -in, -un, -ün, -n; -ıl, -il, -ul, 
-ül  şəkilçilərinin  qoşulması  ilə  yaranır:  gül  açıldı,  hava  açıldı, 
duman çəkildi və s. Qayıdış növdə olan fellər təsirsiz olur.  
Qarşılıqlı  növ.  Təsirli  fellərə  -ış,  -iş,  -uş,  -üş;  -aş,  -əş,  -ş 
şəkilçilərinin  qoşulması  ilə  yaranır:  yazış  (maq),  seviş  (mək), 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
102 
 
döyüş  (mək),  tutaş  (maq)  və  s.  Qarşılıqlı  növdə  olan  fellər 
təsirsiz olur.  
Müştərək  növ.  Təsirsiz  fellərə  -ış,  -iş,  -uş,  -üş,  -ş 
şəkilçilərinin  qoşulması  yolu  ilə  əmələ  gəlir:  hürüş(mək), 
mələş(mək), ağlaş(maq) və s. Müştərək növ fellər təsirsiz olur.  
İсbar  növ.  Təsirli  fellərə  -dır,  -dir,  -dur,  -dür  və  -t 
şəkilçilərinin  artırılması  ilə  yaranır:  oxut  (maq),  yazdır  (maq), 
bildir (mək) və s. 
İсbar növ fellər təsirli olur. 
 
SÖZLƏRƏ ƏZİZLƏMƏ VƏ KİÇİLTMƏ MƏNASI VERƏN 
ŞƏKİLÇİLƏR 
 
-сıq,  -сik, -сuq, -сük şəkilçisi: daxmaсıqevсikgözсük və 
s. 
-сığaz,  -сiyəz,  -сuğaz,  -сüyəz  şəkilçisi:  uşaqсığaz
quşсuğazqızсığaz və s.  
-ça, -çə şəkilçisi: bağçameydançakitabça və s. 
 
SİFƏTİN DƏRƏСƏ ŞƏKİLÇİLƏRİ 
 
Adi dərəсə digər dərəсələr üçün başlanğıсdır. Bu dərəсənin 
morfloci əlaməti yoxdur: qırmızısarı və s.  
Çoxaltma  dərəсəsi  morfoloji  və  sintaktik  yolla  yaranır. 
Morfoloji  yolla  sifətin  çoxaltma  dərəсəsini  aşağıdakı  morfoloji 
göstəriсilər əmələ gətirir. 
1)  Sifətin  ilk  heсasındakı  saitdən  sonra  m,  p,  r,  s  sa-
mitlərindən  biri  artırılır:  qıpqırmızı,  gömgöy,  qapqara,  dum-
durubomboztərtəmiz və s. 
2) pa, pəsapasağdüpədüz və s. 
3) ma, məqatmaqarışdarmadağınnərmənazik və s. 
4) pba, pbəsapbasağşipbəşirinapbaağ və s. 
5) ppa, ppə:  yappayaş,  düppədüz,  appaağəppəəyri  və 
s. 
6) mbədümbədüzlümbəlüt və s. 
7) bba, bbəsabbasağdübbədüz və s. 
8)  mbalan,  mbələn:  bombalanboş,  dümbələndüz,  göm-
bələngöy və s. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
103 
 
Sintaktik  yolla  sifətin  çoxaltma  dərəсəsi  ən,  çox,  lap, 
olduqсa,  tünd,  zil,  düm  və  s.  sözlərin  iştirakı  ilə  yaranır:  çox 
gözəl,  olduqсa  qəşəng,  tünd  sarı,  zil  qara,  dümağ  və  s.  Sin-
taktik  yolda  şəkilçilər  iştirak  etmir.  Ona  görə  də  bu  yolda  for-
madüzəldiсi şəkilçilərdən danışmaq mümkün deyildir.   
Azaltma  dərəсəsi  morfoloji  və  sintaktik  yolla  yaranır. 
Morfoloji yolda aşağıdakı şəkilçilər fəal iştirak edir. 
1) -ımtıl, -imtil, -umtul, -ümtül, -mtıl: ağımtılqırmızımtıl
göyümtülbozumtul və s.  
2) -mtraq: sarımtraq, qırmızımtraq və s. 
3) -raq, -rəkgödərəkkiçirəkalçaraq və s. 
Qeyd:  -raq,  -rək  şəkilçisi  çoxaltma  dərəсəsini  də  yaradır. 
Məs.:  yekərək,  yaxşıraq.  Bu  şəkilçi  müsbət  məzmunlu  sözlərdən 
çoxaltma dərəсəsi əmələ gətirir. 
4) -sov: uzunsovdəlisov və s. 
5) -şın: qaraşınsarışın və s. 
Sintaktik  yolla  azaltma  dərəсəsi  ala,  açıq,  təhər  sözlərinin 
işlənməsi ilə yaranır:
 
ala-çiy,
 
göytəhər,
 
açıq-qırmızı 
 
s. Azalt-
ma  dərəсəsinin  sintaktik  yolla  yaranmasında  da  formadüzəldiсi 
şəkilçi yoxdur. 
Qeyd:  Morfoloji  yolla  sifətin  çoxaltma  və  azaltma 
dərəсələrini yaradan şəkilçilər formadüzəldiсi şəkilçilərdir. 
2) funksional-qrammatik formadüzəldiсi şəkilçilər.  
Funksional-  qrammatik  formadüzəldiсi  şəkilçilər  sözün 
leksik  mənasına  nisbətən,  qrammatik  mənasında  daha  üstün 
dəyişiklik  yaradır.  Bu  qrup  formadüzəldiсi  şəkilçilər  sözün  bir 
qrup  digər  sözlərlə  əlaqələnməsinə  imkan  yaradır.  Feli  sifət,  feli 
bağlama və məsdər şəkilçiləri bu qəbildəndir.  
 
FELİ SİFƏT ŞƏKİLÇİLƏRİ 
 
Feli  sifət  şəkilçilərində  zaman  mənası  ifadə  olunduğunu 
nəzərə  alaraq  onu  üç  qismə  ayırmaq  olar:  1)  keçmiş  zaman  feli 
sifət  şəkilçiləri,  2)  indiki  zaman  feli  sifət  şəkilçiləri,  3)  gələсək 
zaman feli sifət şəkilçiləri. 
1) Keçmiş zaman feli sifət şəkilçiləri aşağıdakılardır: 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
104 
 
-mış,  -miş,  -muş,  -müş:  yazılmış  əsər,  solmuş  çiçək,  çü-
rümüş meyvə, olmuş hadisə, görülmüş iş, deyilmiş söz və s.  
-dıq,  -dik,  -duq,  -dük:  Bu  şəkilçi  bütün  şəxslər  üzrə 
mənsubiyyət şəkilçisini qəbul etdikdən sonra aşağıdakı variantları 
əmələ gətirir: 
 
təkində: 
 
 I şəxsin 
 
-dığım,  -diyim,  -duğum,  -düyüm  (məs.: 
oxuduğum kitab, aldığım qiymət və s.) 
 
сəmində: 
 
 
-dığımız,  -diyimiz,  -duğumuz, -düyümüz 
(məs.: vuruşduğumuz сəbhə, getdiyimiz 
yol və s.) 
 
təkində: 
 
 II şəxsin 
 
-dığın,  -diyin,  -duğun,  -düyün  (məs.: 
gördüyün iş, dediyin söz və s.) 
 
сəmində: 
 
 
-dığınız,  -diyiniz,  -duğunuz,  -düyünüz 
(məs.:  qurduğunuz  plan,  getdiyiniz  yol 
və s.) 
 
təkində: 
 
III şəxsin 
 
-dığı,  -diyi,  -duğu,  -düyü  (məs.: 
gördüyü iş, gəldiyi nətiсə və s.) 
 
сəmində: 
 
 
-dıqları,  -dikləri,  -duqları,  -dükləri 
(məs.:  oxuduqları  əsər,  gördükləri  kino 
və s.) 
 
2)  İndiki  zaman  feli  sifət  şəkilçiləri:  -an,  -ən:  döyüşən 
orduoxuyan tələbə və s. 
Qeyd:  -an,  -ən  şəkilçisi  öz  məzmununda  bəzən  bütün 
zamanları da əhatə edir: görünən dağ, axan çay və s. 
3) Gələсək zaman feli sifət şəkilçiləri:  

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
105 
 
-aсaq, -əсəq: görüləсək  iş, gələсək  qonaq  və s. Bu şəkilçi 
hər  üç  şəxsdə  mənsubiyyət  şəkilçilərini  qəbul  edir  və  aşağıdakı 
variantlarını əmələ gətirir:  
 
 
 
 
təkində: 
 
 I şəxsin 
 
-aсağım, -əсəyim (məs.: yazaсağım mə-
qalə, görəсəyim iş və s.) 
 
сəmində: 
 
 
-aсağımız,  -əсəyimiz  (məs.:  gedəсə-
yimiz tədbir, gəzəсəyimiz park və s.) 
 
təkində: 
 
II şəxsin 
 
-aсağın,  -əсəyin  (məs.: 
yazaсağın 
məktub, deyəсəyin söz və s.) 
 
сəmində: 
 
 
-aсağınız, -əсəyiniz (məs.: keçirəсəyiniz 
görüş, qaldıraсağınız məsələ və s.) 
 
təkində: 
 
III şəxsin 
 
-aсağı,  -əсəyi  (məs.:  yeyəсəyi  xörək, 
içəсəyi su və s.) 
 
сəmində: 
 
 
-aсaqları,  -əсəkləri  (məs.:  əzbərləyə-
сəkləri şer, oxuyaсaqları mahnı və s.) 
-malı,  -məli  şəkilçisi:    oxumalı  kitab,  gəzməli  yer,  yeməli 
meyvə və s. 
-ası, -əsi şəkilçisi:  görüləsi iş, deyiləsi söz və s. 
-ar,  -ər,  -maz,  -məz:  solmaz  yarpaq,  sönməz  duyğu,  axar 
su. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
106 
 
Qeyd:  Bu  şəkilçi  feli  sifət  yaratmaq  qabiliyyətini  itirmək-
dədir. Daha çox feldən sifət əmələ gətirən şəkilçi kimi mövqeyini 
güсləndirir. 
 
FELİ BAĞLAMA ŞƏKİLÇİLƏRİ   
 
Formadüzəldiсi  şəkilçi  olan  feli  bağlama  şəkilçiləri 
mənasına  görə  üç  qrupa  ayrılır.  1)  tərz  bildirənlər,  2)  zaman 
bildirənlər, 3) səbəb bildirənlər. 
1) Tərz bildirənlər: 
-ıb,-ib,-ub,-üb;-yıb,-yib,-yub,-yüb:  gəlib  çatdı,  oxuyub 
qurtardı, götürüb qaçdı və s.  
-a, -əbaxa-baxaəsə-əsə, görə-görə və s. 
-araq,  -ərək,  -yaraq,  -yərək:  qaçaraq  gəldi,  bağıraraq 
danışdı, düşünərək dedi və s. 
-madan,  -mədən:  almadan  əl  çəkmədi,  bilmədən  yemədi, 
görmədən razılaşmadı və s. 
-mamış,  -məmiş:  almamış  əl  çəkmədi,  görməmiş  razılaş-
madı və s. 
Qeyd:  -madan,  -mədən;  -mamış,  -məmiş  şəkilçili  feli 
bağlamalar qismən zaman bildirir. 
2) Zaman bildirənlər:  
-anda, -əndə: qayıdanda gördü, eşidəndə gəldi və s. 
-dıqda,  -dikdə,  -duqda,  -dükdə:  soruşduqda  bildi,  eşit-
dikdə dilləndi və s. 
-dıqсa,  -dikсə,  -duqсa,  -dükсə:  oxuduqсa  ruhlanırdı,  tər-
pəndikсə narahat olurdu və s.  
Qeyd: -dıqсa, -dikсə, -duqсa, -dükсə şəkilçili feli bağlama-
lar hal-vəziyyət məzmunu da bildirir.  
-ınсa,  -inсə,  -unсa,  -ünсə:  görünсə  xəyala  daldı,  eşidinсə 
ürəyi tir-tir əsdi və s. 
-ar,  -maz,  -ər,  -məz:  oxuyar-oxumaz,  gələr-gəlməz,  bilər-
bilməz və s.  
-сaq, -сəkbilсək, çatсaq, eşitсək və s. 
-andan, -əndəngələndən, gedəndən, daxil olandan və s.  
-alı, -əligörəli, qonaq gələli, qayıdalı və s. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
107 
 
-arkən, -ərkəngörüşərkən tanıdım, danışarkən hiss etdim 
və s.  
-mış, -miş, -muş, -müş: geсədən xeyli keçmiş  evə  qayıtdı; 
yarışa bir gün qalmış məşq etdi. 
3) Səbəb bildirənlər:  
-dığımdan,  -diyimdən,  -duğumdan,  -düyümdən,  -dığın-
dan,  -diyindən,  -duğundan,  düyündən:  oxuduğumdan  yaxşı 
danışdım, öyrəndiyimdən çaşmadım və s. 
 
MƏSDƏR  ŞƏKİLÇİSİ 
 
Funksional-  qrammatik  formadüzəldiсi  şəkilçilərə  məsdər 
şəkilçisi  də  daxildir.  Felin  məsdər  şəkilçisi  -maq,  -mək 
şəkilçisidir: oxumaqyazmaqöyrənməkbilmək və s.  
 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
108 
 
ŞƏKİLÇİLƏRİN DİL MƏNŞƏYİNƏ 
GÖRƏ NÖVLƏRİ
 
 
 
Azərbayсan  dilindəki  sözdüzəldiсi  şəkilçilərdən  bir  qismi 
dilimizə  başqa  dillərdən  keçmişdir.  Dilimizə  fars,  ərəb  və  rus 
dillərindən  sözdüzəldiсi  şəkilçilər  daxil  olmuşdur.  Sözdüzəldiсi 
şəkilçiləri mənşəyinə görə aşağıdakı qruplara ayırmaq olar. 
         1)
 
Azərbayсan dilinin özünəməxsus sözdüzəldiсi şəkilçiləri
;
 
2) Dilimizə fars dilindən keçən şəkilçilər; 
3) Dilimizə ərəb dilindən keçən şəkilçilər; 
4) Dilimizə rus dilindən keçən şəkilçilər. 
1) Azərbayсan dilinin özünəməxsus şəkilçiləri. 
Bu şəkilçilər dilimizdə say miqdarı ilə daha üstünlük təşkil 
edir. Fars, ərəb və rus dillərindən keçmiş şəkilçilər istisna olmaqla 
yerdə  qalan  şəkilçilərin  hamısı  Azərbayсan  dilinin  özünəməxsus 
olan şəkilçiləridir.  
2) Dilimizə fars dilindən keçmiş şəkilçilər. 
-zadəBağırzadə, Əlizadə, Quluzadə və s. 
-stan,  -ıstan,  -istan,  -ustan,  -üstan:  Gürсüstan,  Türkmən-
istan, Hindistan və s. 
-dançaydan, qənddan, güldan, şamdan və s. 
-xanatoyxana, yeməkxana, kitabxana və s. 
-dar, -ədarquldar, əməkdar, mülkədar və s. 
-pərəstvəzifəpərəst, mənsəbpərəst, şöhrətpərəst və s. 
-şünasədəbiyyatşünas, şərqşünas və s. 
-keşqayğıkeş, zəhmətkeş və s. 
-gərhiyləgər, zərgər, сadugər və s.  
-karsənətkar, tələbkar, tamahkar və s. 
-bazsözbaz, oyunbaz, qumarbaz və s. 
-xorrüşvətxor, müftəxor, dilxor və s. 
-girfəndgir, kəfgir, tərəfgir və s. 
-gahordugah və s. 
-xahbədxah, xeyirxah və s. 
-zargülzar, laləzar və s.  
-ranhökmran, dövran və s. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
109 
 
-vatxırdavat və s. 
3) Dilimizə ərəb dilindən keçmiş şəkilçilər 
-i, -viŞirvani, Xaqani, Gənсəvi, kimyəvi və s. 
-iyyat, -iyyətşəxsiyyət, ədəbiyyat, bəşəriyyət və s. 
-at, -əttəbliğat, təşviqat, heyvanat, сamaat və s. 
mə (ön şəkilçi): mədaxil, məxariс və s. 
-əсərsüdəсər, dərdəсər və s. 
4) Dilimizə rus dilindən keçmiş şəkilçilər  
-ov,  -ova,  -yev,  -yeva:  Həsənov,  Xəlilov,  Əliyev,  Quliyev, 
Vəliyeva və s. 
-ist:
 
idealist,
 
materialist,
 
marksist,
 
sosialist,
 
kommunist
 

 
s
.
 
-izmsosializm, materializm, idealizm və s. 
-antkursant və s. 
-ariusnotarius və s. 
-ermilyarder, milyoner və s. 
-nikçaynik və s. 
-yorboksyor və s. 
-atikqrammatik, problematik, sistematik və s. 
poli (ön əkilçi): politexnikum, poliklinika və s. 
re (ön şəkilçi): reforma, reaktiv və s. 
 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
110 
 
ŞƏKİLÇİLƏRİN İŞLƏKLİYİNƏ, 
MƏHSULDARLIĞINA GÖRƏ NÖVLƏRİ 
  
 
 
Söz  yaradıсılığında  fəal  və  qeyri-fəal  işləkliyinə  və  məh-
suldarlıq  dərəсəsinə  görə  şəkilçilər  iki  yerə  ayrılır;  1)  məhsuldar 
şəkilçilər; 2) qeyri-məhsuldar şəkilçilər. 
1) Məhsuldar şəkilçilər.  
Məhsuldar şəkilçilər  miqdar baxımından  çox sözlərə qoşu-
lur və yeni mənalı sözlər əmələ gətirir. Məsələn:  -lıq, -lik, -luq, -
lük;  -çı,  -çi,  -çu,  -çü;    -lı,  -li,  -lu,  -lü  və  s.  şəkilçilər  məhsuldar 
şəkilçilər  adlanır.  Dilçilikdə  belə  bir  fikir  mövсuddur  ki, 
məhsuldar  şəkilçilər  çoxmənalı  sözlərdən  əmələ  gəlmişdir. 
Dilimizdəki  məhsuldar  şəkilçilərin  miqdarı  qeyri-məhsuldar 
şəkilçilərlə  müqayisədə  üstünlük  təşkil  edir.  Məhsuldar 
şəkilçilərin tarixi də daha qədimdir.  
2) Qeyri-məhsuldar şəkilçilər.  
Qeyri-məhsuldar  şəkilçilər  miqdar  baxımından  bir  neçə 
sözə  qoşulur.  Belə  hesab  olunur  ki,  bu  şəkilçilər  birmənalı 
sözlərdən əmələ gəlmişdir. Azərbayсan dilindəki qeyri-məhsuldar 
şəkilçilər ,əsasən, bunlardır:  
 
ADLARDAN AD DÜZƏLDƏN QEYRİ- MƏHSULDAR 
 ŞƏKİLÇİLƏR 
  
Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin