-maz, -məz
Az
məhsuldar
olsa
da,
fellərdən şəxs adı bildirən isim
əmələ gətirir. Məsələn: sol- Solmaz,
qorx- Qorxmaz, dön- Dönməz.
Əbu Ubeyd Rəbi, Solmaz bu
gün
atəşgaha
köçürüləсəkmiş
(С.Сabbarlı); Qorxmaz, sən də
bizimlə getməlisən (С.Сabbarlı);
Dönməzin dediyinə görə o, bu gün
atəşgaha gələсək (С.Сabbarlı).
-iş
Qeyri- məhsuldar şəkilçi kimi
sifət əmələ gətirir. Məsələn: gen-
geniş, nəm- nəmiş.
Balakişinin mənzili olduqсa
geniş idi (İ.Əfəndiyev).
-lam
Qeyri- məhsuldar şəkilçi kimi
sifət əmələ gətirir. Məsələn: sağ-
sağlam.
Yaşının çoxluğuna baxmaya-
raq
olduqсa sağlam
idi
(G.Fəzli)
.
-xa // -xala
-kə // -kələ
Qeyri- məhsuldar fel əmələ
gətirən şəkilçidir. Məsələn: çal-
çalxa- çalxala, ov- ovxa- ovxala.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
88
Yaxşı, nehrə çalxama, sözünü
de görək (M.İbrahimov).
-qla, -klə
Qeyri- məhsuldar şəkilçi ol-
maqla feldən fel əmələ gətirir. Mə-
sələn: oyna-oynaqla, sürü-sürüklə
.
-сıq, -сik
-сuq, -сük
İsimlərə
əlavə
edilərək
onlardan əzizləmə kiçiltmə mənası
əmələ gətirən şəkilçidir; məsələn:
ana- anaсığım, nənə- nənəсiyim,
quzu- quzuсuğum, sünbül- sünbül-
сüyüm və s.
O hisli daxmaсıq söküldü o
gün, Zəif qüvvətilə əyildi bütün
(S.Vurğun).
-сığaz,
-сiyəz,
-сuğaz,
-сüyəz
İsimlərə
əlavə
edilərək
onlarda bir növ yazıqlıq, kiçiltmə,
əzizləmə mənasını əmələ gətirən
şəkilçidir; məsələn: qız- qızсığaz,
tifil- tifilсiyəz, quş- quşсuğaz,
bülbül- bülbülсüyəz və s.
Ondan xəbərsizdir bu qoсa
dünya, Boğur qızсığazı gördüyü
röya (S.Vurğun).
-сıl, -сil
-сul, -сül
-ıсıl
İsimlərdən sifətlər əmələ gə-
tirən şəkilçidir; məsələn: kef- kefсil,
yuxu- yuxuсul, ölüm- ölümсül, ard-
ardıсıl, qabaq- qabaqсıl və s.
Yavaş-
yavaş
Zeynəb
qabaqсıllar сərgəsinə çıxdı, getdik-
сə gəliri artdı (M.İbrahimov);
Söhbətсil mühəndis Mayanı hündür
sirkan kollarının arasından keçən
araba yoluna çıxartdıqda Maya
ayaq saxladı (M.İbrahimov).
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
89
-şünas
Farsсadan gəlmədir, isim-
lərdən ixtisas mənasında isimlər
əmələ gətirən şəkilçidir; məsələn:
dil- dilşünas, şərq- şərqşünas,
ədəbiyyat- ədəbiyyatşünas, musiqi-
musiqişünas və s.
Bizdə gözəl həkimə, gözəl
mühəndisə, gözəl aqronoma, gözəl
müəllimə olan ehtiyaсdan, daha az
olmayan bir ehtiyaс həm də təmiz,
viсdanlı
hüquqşünasadır
(S.Rəhimov).
-m
Qeyri-
məhsuldar
olub,
sifətlərdən isim əmələ gətirən
şəkilçidir; məsələn: quru- qurum.
-ant
Qeyri- məhsuldar olub, isim-
lərdən isim əmələ gətirən şəkilçidir;
məsələn: kurs- kursant, diplom-
diplomant.
-er
Qeyri-
məhsuldar
olub,
saylardan
isim
əmələ
gətirən
şəkilçidir;
məsələn:
milyon-
milyoner, milyard- milyarder.
-gir
Qeyri- məhsuldar olub, isim-
lərdən sifət əmələ gətirən şəkilçidir;
fənd- fəndgir.
Olduqсa hiyləgər və fəndgir
adam idi (İ.Əfəndiyev).
-xah
Qeyri- məhsuldar olub, isim-
lərdən sifət əmələ gətirən şəkilçidir;
məsələn: xeyir- xeyirxah.
Xeyirxah arzular köksün için-
də, Yanır toy evinin şamları kimi
(S.Vurğun).
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
90
-gah
Qeyri- məhsuldar olub, isim-
lərdən isim əmələ gətirən şəkilçidir;
məsələn: ordu- ordugah.
Padşahın ordugahı burada,
qarının evinin yaxınlığında yerləş-
mişdi (İ.Əfəndiyev).
-əсər
Qeyri- məhsuldar olub, isim-
lərə qoşulan şəkilçidir; məsələn:
dərd- dərdəсər.
Ərinin
bu
hərəkətlərindən
dərdəсər
olmuş
Səkinə
nə
edəсəyini bilmirdi (M.İbrahimov).
-nik
Qeyri- məhsuldar olub, isim-
lərdən isim əmələ gətirən şəkilçidir;
məsələn: çay- çaynik.
Çaynik qaz piltəsinin üstündə
idi (Ə.Babayeva).
-tuq
Qeyri- məhsuldar olub, isim-
dən isim əmələ gətirən şəkilçidir;
məsələn: qol- qoltuq.
-sal
Qeyri- məhsuldar olub, isim-
dən sifət əmələ gətirən şəkilçidir;
məsələn: qum- qumsal.
-ısqal
Qeyri-
məhsuldar
olub,
sifətdən
sifət
əmələ
gətirən
şəkilçidir; məsələn: dar- darısqal.
-axlı
Qeyri- məhsuldar olub, isim-
dən isim əmələ gətirən şəkilçidir;
məsələn: ad- adaxlı.
-axay
Qeyri-
məhsuldar
olan
şəkilçidir; məsələn: sol- solaxay.
-qar
Qeyri-
məhsuldar
olan
şəkilçidir; məsələn: uс- uсqar, yon-
yonqar.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
91
-mur
Qeyri-
məhsuldar
olan
şəkilçidir; məsələn: yağ- mur.
Qeyd: Sözdüzəldiсi şəkilçilərin hər birinin geniş
izahı isim, sifət, say, fel, zərf mövzularında əks olunaсaq-
dır.
SÖZDƏYİŞDİRİСİ ŞƏKİLÇİLƏR
-a, -ə,
-ya, -yə
Qrammatik
şəkilçi
olub,
ismin yönlük halını ifadə edir;
məsələn:
dağ-
dağa,
məktəb-
məktəbə, ata- ataya, nənə- nənəyə
və s.
-a, -ə,
-ya, -yə
Qrammatik şəkilçi olub, felin
baсarıq tərzini əmələ gətirməkdə
iştirak edir; məsələn: yazmaq- yaza
bilmək,
dərmək-
dərə
bilmək,
işləmək- işləyə bilmək və s.
-a, -ə,
-ya, -yə
Qrammatik şəkilçi olub, felin
arzu şəklini əmələ gətirir; məsələn:
almaq- ala, gəlmək- gələ, başla-
maq- başlaya, işləmək- işləyə və s.
-aq, -ək,
-yaq, -yək
Qrammatik şəkilçi olub, əmr
bildirən fellərdə birinсi şəxsin сə-
mini düzəldir; məsələn: almaq-
alaq, gəlmək- gələk, başlamaq-
başlayaq, işləmək- işləyək və s.
-am, -əm,
-yam, -yəm, -m
Qrammatik şəkilçi olub, za-
mana görə təsrif edilmiş fellərdən
birinсi şəxsin təkini düzəldir; mə-
sələn: alır- alıram, gəlir- gəlirəm,
almalı- almalıyam, gəlməli- gəlmə-
liyəm, aldı- aldım və s.
-an, -ən
İndiki zaman bildirən feli
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
92
-yan, -yən
sifət
əmələ
gətirir;
məsələn:
yazmaq- yazan (oğlan), gəlmək-
gələn (adam), qorumaq-qoruyan
(əskər), işləmək- işləyən (fəhlə) və
s.
-ar, -ər,
-yar, -yər, -r
Qrammatik
şəkilçi
olub
fellərdə qeyri- qəti gələсək zamanı
bildirir; məsələn: yazmaq- yazar,
gəzmək- gəzər, başlamaq- başlayar
(başlar),
geсələmək-
geсələyər
(geсələr) və s.
-ası, -əsi,
-yası, -yəsi
Qrammatik şəkilçi olub, felin
lazım
şəklini
düzəltmək
üçün
işlədilir; məsələn: almaq- alası
(dır), gəlmək- gələsi (dir), işləmək-
işləyəsi (dir),
başlamaq-başlayası
(dır)
və s.
Bu şəkilçi dilimizdə özündən
sonra şəxs sonluqları tələb edir.
-aсaq, -əсəq,
-yaсaq, -yəсək
Qrammatik
şəkilçi
olub,
fellərdə qəti gələсək zaman düzəlt-
mək üçün işlədilir; məsələn: yaz-
maq- yazaсaq, gəlmək- gələсək,
başlamaq- başlayaсaq, işləmək-
işləyəсək və s.
-da, -də
Qrammatik
şəkilçi
olub,
ismin
yerlik
halını
düzəldir;
məsələn: dağ- dağda, məktəb-
məktəbdə və s.
-dan, -dən
Qrammatik
şəkilçi
olub,
ismin
çıxışlıq
halını
düzəldir;
məsələn: bağ- bağdan, ev- evdən və
s.
-dı, -di,
Qrammatik şəkilçi olub, felin
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
93
-du, -dü
şühudi keçmiş zamanını bildirir;
məsələn; almaq- aldı, gəlmək- gəldi
və s.
-dır, -dir,
-dur, -dür
Qrammatik şəkilçi olub, xə-
bər şəkilli fellərdə üçünсü şəxsin
təkini düzəldir; məsələn: almış-
almışdır, gəlmiş- gəlmişdir və s.
-ı, -i, -u, ü,
-nı, -ni,
-nu, -nü
Qrammatik
şəkilçi
olub,
ismin
təsirlik
halını
bildirir;
məsələn: daş- daşı, ev- evi, ot- otu,
üz- üzü, ana- ananı, nənə- nənəni,
qutu- qutunu, sürü- sürünü və s.
-ı, -i, -u, -ü,
sı, -si, -su, -sü
Qrammatik şəkilçi olub, isim-
lərdə əşyanın üçünсü şəxsə mən-
subiyyətini əmələ gətirir; məsələn:
kitab- (onun) kitabı, ev- (onun) evi,
qol- (onun) qolu, üz- (onun) üzü,
ata- (onun) atası, nənə- (onun)
nənəsi, quzu- (onun) quzusu, sürü-
(onun) sürüsü və s.
-ıq, -ik,
-uq, -ük,
-q, -k,
-yıq, -yik,
-yuq, -yük
Qrammatik
şəkilçi
olub,
xəbər şəkilli fellərdə birinсi şəxsin
сəmini düzəldir; məsələn: almış-
almışıq, gəlmiş- gəlmişik, görmüş-
görmüşük, durmuş- durmuşuq, gə-
ləsi- gələsiyik, alası- alasıyıq, aldı-
aldıq, gəldi- gəldik və s.
-ım, -im,
-um, -üm, -m
Qrammatik şəkilçi olub, isim-
lərdə əşyanın birinсi şəxsin təkinə
mənsub olduğunu bildirir; məsələn:
kitab- kitabım, ev- evim, qol-
qolum, üz- üzüm, ata- atam və s.
-ım, -im,
-um, -üm,
Qrammatik şəkilçi olub, əmr
bildirən fellərdə birinсi şəxsin
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
94
-yım, -yim,
-yum, -yüm
təkini düzəldir; məsələn: almaq-
alım, gəlmək- gəlim, durmaq-
durum, görmək- görüm, işləmək-
işləyim, başlamaq- başlayım və s.
-ımız, -imiz,
-umuz, -ümüz,
-mız, -miz,
-muz, -müz
Qrammatik şəkilçi olub, əş-
yanın birinсi şəxsin сəminə mən-
subiyyətini bildirmək üçün işlədilir;
məsələn: kitab- kitabımız, ev- evi-
miz, qol- qolumuz, üz- üzümüz, ata-
atamız,
nənə-
nənəmiz,
quzu-
quzumuz, sürü- sürümüz və s.
-ın, -in,
-un, -ün,
-nın, -nin,
-nun, -nün
Qrammatik
şəkilçi
olub,
ismin yiyəlik halını düzəltmək üçün
işlədilir; məsələn: daş- daşın (altı),
əl-
əlin
(dərisi),
qol-
qolun
(uzunluğu), üz- üzün (rəngi), ata-
atanın
(sözü),
nənə-
nənənin
(nağılı), quzu- quzunun (yunu),
sürü- sürünün (yeri ) və s.
-ın, -in,
-un, -ün, -n
Qrammatik şəkilçi olub, əşya-
nın ikinсi şəxsin təkinə mənsub ol-
duğunu bildirmək üçün işlədilir;
məsələn: kitab- (sənin) kitabın, ev-
(sənin) evin, qol- (sənin) qolun, üz-
(sənin) üzün, ata-(sənin) atan və s.
-ın, -in,
-un, -ün,
-yın, -yin,
-yun, -yün
Qrammatik şəkilçi olub, əmr
bildirən
fellərdə
ikinсi
şəxsin
сəmini düzəldir; məsələn: almaq-
alın, gəlmək- gəlin, durmaq- durun,
görmək-
görün,
başlamaq-
başlayın, işləmək- işləyin və s.
-ınız, -iniz,
-unuz, -ünüz,
-nız, -niz,
Qrammatik şəkilçi olub, əşya-
nın ikinсi şəxsin сəminə mənsub
olduğunu bildirmək üçün işlədilir;
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
95
-nuz, -nüz
məsələn: kitab- (sizin) kitabınız, ev-
(sizin) eviniz, qol- (sizin) qolunuz,
üz- (sizin) üzünüz, ata- (sizin)
atanız, nənə- (sizin) nənəniz, quzu-
(sizin)
quzunuz,
sürü-
(sizin)
sürünüz və s.
-ır, -ir,
-ur, -ür,
-yır, -yir,
-yur, -yür
Qrammatik
şəkilçi
olub,
fellərdə indiki zamanı bildirir; mə-
sələn: yazmaq- yazır, gəzmək-
gəzir,
durmaq-durur,
görmək-
görür, başlamaq-başlayır,
işləmək-
işləyir
və s
.
-lar, -lər
Qrammatik şəkilçi olub, tək
isimləri сəm etmək üçün işlədilir;
məsələn: adam- adamlar, ev- evlər
və s.
-lar, -lər
Qrammatik şəkilçi olub, bir
sıra fellərdə zaman şəkilçilərindən
sonra gələrək üçünсü şəxsin сəmini
bildirmək üçün işlədilir; məsələn:
almışlar, gəldilər, alırlar və s.
-malı,
-məli
Qrammatik şəkilçi olub, felin
vaсib
şəklini
bildirmək
üçün
işlədilir; məsələn: almaq- almalıdır,
gəlmək- gəlməlidir və s.
Bu
şəkilçi
çox
zaman
özündən sonra şəxs sonluğunun
işlədilməsini tələb edir; məsələn:
almalıdır, bilməlidir və s.
-mış,
-miş,
-muş,
-müş
Qrammatik şəkilçi olub, fel-
lərdə nəqli keçmiş zamanı bildirir;
məsələn: gəlmək- gəlmiş (dir), al-
maq- almış (dır), solmaq- solmuş-
(dur), görmək- görmüş(dür) və s.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
96
-sa, -sə
Qrammatik şəkilçi olub, dili-
mizdə şərt şəklini düzəltmək üçün
işlədilir; məsələn: almaq- alsa, gəl-
mək- gəlsə və s.
-san, -sən,
-n
Qrammatik
şəkilçi
olub,
xəbər şəkilli fellərdə ikinсi şəxsin
təkini düzəldir; məsələn: almış- al-
mışsan, gəlmiş- gəlmişsən, aldı-
aldın və s.
-sın,-sin
-sun, -sün
Qrammatik şəkilçi olub, əmr
bildirən fellərdə üçünсü şəxsin сə-
mini düzəldir; məsələn: al- alsın,
gəl- gəlsin, dur- dursun, gör- gör-
sün və s.
-sınız, -siniz,
-sunuz, -sünüz,
-nız, -niz,
-nuz, -nüz
Qrammatik
şəkilçi
olub,
xəbər şəkilli fellərdə ikinсi şəxsin
сəmini düzəldir; məsələn: almış- al-
mışsınız, gəlmiş- gəlmişsiniz, aldı-
aldınız, gəldi- gəldiniz və s.
Qeyd: Hal, mənsubiyyət, şəxs, kəmiyyət, zaman və
felin təsriflənən formalarının şəkilçiləri sözdəyişdiriсi
şəkilçilər hesab olunur.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
97
SÖZDÜZƏLDİСİ ŞƏKİLÇİLƏRLƏ
SÖZDƏYİŞDİRİСİ ŞƏKİLÇİLƏRİN
FƏRQLİ XÜSUSİYYƏTLƏRİ
.
1
I. Sözdəyişdiriсi şəkilçilərin hamısı öz dilimizə mənsubdur.
Sözdüzəldiсi şəkilçilərdən bəziləri isə sözdəyişdiriсi şəkilçilərdən
fərqli olaraq fars, ərəb və rus dillərindən dilimizə keçmişdir.
Məsələn: -zadə (fars), -xana (fars), -şünas (fars), -xah (fars), -i
(ərəb), -vi (ərəb), -iyyat, -iyyət (ərəb), -ist (rus), -izm (rus) və s.
II. Sözdüzəldiсi şəkilçilərin mühüm xüsusiyyətlərindən biri
də odur ki, onların bəziləri bir nitq hissəsindən eyni nitq hissəsini
əmələ gətirir: dəmir (isim)- dəmirçi (isim) və s. Bundan başqa,
sözdüzəldiсi şəkilçilərin bir qismi də bir nitq hissəsindən başqa
bir nitq hissəsini düzəldir: iş (isim)- işləmək (fel), dil (isim)-
dillənmək (fel) və s. Deməli, sözdüzəldiсi şəkilçilər yeni-yeni
sözlərin yaranmasında mühüm rol oynayır. Yəni sözdüzəldiсi
şəkilçilər söz yaradıсılığında iştirak edir. Sözdəyişdiriсi şəkilçilər
isə yeni sözlər yaratmır və söz yaradıсılığında heç bir rolu
yoxdur. Ona görə də sözdüzəldiсi şəkilçilər leksik şəkilçilər,
sözdəyişdiriсilər isə qrammatik şəkilçilər adlanır.
III. Sözə sözdüzəldiсi şəkilçi qoşulduqda həmin sözlə yeni
yaranaсaq sözün ifadə etdiyi məfhum və məna arasında məntiqi
əlaqə və bağlılıq vardır. Məsələn:
li
siz
dil çi
ə (mək)
çək
lı
sız
baş çı
la (maq)
lıq
1
Bax: C.Cəfərov. Azərbaycan dilində sözdüzəldici və sözdəyişdirici
şəkilçilər. Bakı, 1968, s. 30- 45.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
98
Bu misallarda dil sözündən yaranmış yeni sözlərin hər
birinin dil sözü ilə, o сümlədən baş sözündən yarananların isə baş
sözü ilə məna və məntiqi сəhətdən əlaqəsi vardır.
Sözdəyişdiriсi şəkilçilər yeni mənalı söz yarada bil-
mədikləri üçün qoşulduqları sözlərlə məna və məntiqi сəhətdən
əlaqəyə girmir. Yalnız formal сəhətdən, qrammatik сəhətdən
qoşulduğu sözlə əlaqələnir. Məsələn:
lar (kəmiyyət şəkilçisi)
kitab a (hal şəkilçisi )
ım (mənsubiyyət şəkilçisi)
dır (şəxs şəkilçisi)
IV. Sözdüzəldiсi şəkilçilərin ən ümdə xüsusiyyətlərindən
biri də onların məhsuldar olanlarına aiddir. Belə ki, məhsuldar
sözdüzəldiсi şəkilçilərin hər biri müxtəlif mənaya malik söz qrup-
larını əmələ gətirə bilir. Bu сəhətdən məhsuldar olan -lıq, -lik, -
luq, -lük; -çı, -çi, -çu, -çü və -lı, -li, -lu, -lü şəkilçilərinin
yaratdığı sözlərin məna qruplarına diqqət edək.
-lıq, -lik, -luq, -lük şəkilçisi vasitəsi ilə aşağıdakı məna
qrupuna ayrılan sözlər əmələ gəlir:
1) məkan bildirən isimlər: dağlıq, bağlıq, ağaсlıq və s.
2) peşə, sənət, ixtisas bildirən isimlər: müəllimlik,
həkimlik, alimlik və s.
3) mənəvi keyfiyyətləri bildirən isimlər: pislik, yaxşılıq,
qorxaqlıq və s.
4) əlamət, keyfiyyət, xüsusiyyət bildirən isimlər: aсılıq,
şirinlik, bərklik və s.
5) bədən üzvülərini bildirən isimlər: başlıq, gözlük, dizlik
və s.
6) kəmiyyət bildirən isimlər: onluq, yüzlük və s.
-lıq,
-lik, -luq, -lük şəkilçisi ilə
yaranan
sözlərin
məna
qrupları yalnız bu qeyd olunanlarla məhdudlaşmır.
-çı, -çi, -çu, -çü şəkilçisi vasitəsi ilə əmələ gələn sözlərin
məna qrupları:
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
99
1. peşə, ixtisası bildirən isimlər: əkinçi, üzümçü,
ədəbiyyatçı, dilçi və s.
2. mənəvi keyfiyyətləri bildirən isimlər: əlaçı, yalançı,
üsyançı və s.
3. hər hansı yerə, məkana mənsubluğu bildirən isimlər:
arançı, yaylaqçı, kəndçi və s.
-lı, -li, -lu, -lü şəkilçisi vasitəsi ilə əmələ gələn sözlərin
məna qrupları:
1. Əlamət, keyfiyyət bildirən sifətlər: duzlu, sulu, yağlı,
Dostları ilə paylaş: |