Plan: Psixologiyanın predmeti və praktik xüsusiyyətləri


qayıdış  fikrin  mücərrəd  yolundan  keçir.Bu  hal  həmişə  idrakın  zənginləşməsi  ilə  başa



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə13/25
tarix07.06.2020
ölçüsü2,3 Mb.
#31819
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

qayıdış  fikrin  mücərrəd  yolundan  keçir.Bu  hal  həmişə  idrakın  zənginləşməsi  ilə  başa 
çatır.  Konkretdən  aralanan  fikri  proses  və  ona  abstrakt  vasitəsi  ilə  qayıdan,  idrak 
konkret  olanı  fikrən  yenidən  qurur  və  məzmunu  zənginləşdirir.  Mücərrədləşmə 
konkretdən  keçir  və  konkret  mücərrəd  vasitəsi  ilə  dərk  olunur,  idrak  prosesləri  ikiqat 
fikri hərəkətlər vasitəsi ilə baş verir. 
Ümumiləşdirmə fikri proseslərin daha mürəkkəb əməliyyatlarındandır. 
Ümumiləşmə  hərəkət  planında  doğulur,  fərd  eyni  ümumiləşdirmə  hərəkəti  ilə  bir  neçə 
müxtəlif oyadıcılara  cavab verir,  onları müxtəlif situasiyalarda  ümumilik xüsusiyyətləri 
əsasında  yaradır.Müxtəlif  situasiyalarda  eyni  hərəkət  müxtəlif  hərəkətlərin  vasitəsi  ilə 
tez-tez  icra  oluna  bilər  və  bütün  hallarda  eyni,  ümumi  hərəkət  sxemlərini 
saxlayır.Ümumiləşdirmə  mücərrədləşmiş  mahiyyət  xarakterli  əlamətləri  ona  aid  olan 
predmetlər  sinfi  və  hadisələrlə  birləşdirir.Anlayış  fikri  ümumiləşmə  formalarından 
biridir. 
Konkretləşdirmə 
–  ümumiləşməyə  əks  istiqamətli  hərəkətdir.Konkretləşdirmə 
anlayışların  müəyyənləşməsində  tək-tək  şeylərin  və  hadisələrin  müəyyən  sinfə  aidliyini 
göstərir.Konkretləşdirmə  ümumi  vəziyyətə  və  ya  hər  hansı  anlayışa  müvafiq  olan  tək 
haqqında  təsəvvürdür.Konkret  təsəvvürlərdə  hadisə  və  predmetlərin  müxtəlif 
əlamətlərindən  azaltmalar  baş  vermir,  əksinə  bu  predmetlər  özünün  çoxobrazlılığı  ilə 
əlamət  və  xüsusiyyətləri  ilə,  bir  əlamət  digəri  ilə  əlaqədə  konkret  ifadə  edilir.Ümumi 
anlayışları  konkretləşdirərək  biz  onu  daha  yaxşı  başa  düşürük.«Stol»  anlayışını 
konkretləşdirərək biz onu «yazı masası», «yemək masası», «iş stolu» kimi ifadə edirik. 
 
Təfəkkürün fərdi xüsusiyyətləri 
 
Adamların  hamısında  təfəkkür  eyni  şəkildə  inkişaf  etmir.  Təfəkkürün  prosesləri, 
formaları və növləri ayrı-ayrı adamlarda müxtəlif nisbətdə təzahür edir. Bunlarla yanaşı 
olaraq  
 adamlar  ağlın  keyfiyyətləri  nə  görə  bir-birlərindən  daha  çox  fərqlənirlər.  Buraya  ağlın 
dərinliyi, çevikliyi, müstəqilliyi, tənqidiliyi və s. Aid etmək olar. 
Ağlın dərinliyi cisimlərdə və hadisələr arasındakı və onların daxilindəki ən əsas, başlıca 
əlamətləri  tapmaq  bacarığından  ibarətdir.  Dərin  ağla  malik  olan  Adam  zəruri  sualları 
qoymaqla  hadisənin  mahiyyətini  aça  bilir,  cisim  və  hadisələri  dərindən  və  hərtərəfli 
öyrənir.  Bu  cür  adamlar  əsas  cəhətləri  ikinci  dərəcəli  cəhətlərdən  ayıra  bilirlər.  Lakin 
ağıl  dayaz  olduqda  belə  adam  öyrəndiyi  faktlarda  Ən  zəruri,  əsas  cəhəti  aşkara  çıxara 
bilmir, formal, zahiri cəhətlərə istinad etdiyinə görə onun fikirlərində dərinlik olmur. 
Ağlın çevikliyi də insan üçün zəruri olan müsbət keyfiyyətlərdəndir. Bu keyfiyyət xüsusilə 
insandan  Ani  bir  vaxtda  qərar  qəbul  etmək  lazım  gəldikdə  tələb  olunur.  Ona  görə  də 
həmin  keyfiyyətə  malik  olan  adam  düşdüyü  vəziyyətdən  baş  çıxarmağı,  dərhal  qərar 

qəbul etməyi bacarır. Ağlın çevikliyi  və dərinliyi  birləşdikdə insanda ağlın  itiliyi keyfiy-
yətinin meydana gəlməsinə səbəb olur. 
Ağlın müstəqilliyi yeni sual və problemləri irəli sürə bilmək, onu müstəqil olaraq öz gücü 
ilə  həyata  keçirməyi  bacarmaqdan  ibarətdir.  Təfəkkürün  yaradıcılıq  xüsusiyyəti  məhz 
bu  cür  müstəqillikdə  öz  əksini  tapır.  Həmin  keyfiyyətə  malik  olan  adamlar 
başqalarından asılı olmur, onların öz düşüncə, fikir tərzləri mövcud olur. 
Ağlın tənqidiliyi keyfiyyətinə gəldikdə bu insanın öz idrak obyektlərinə tənqidi yanaşmaq 
bacarığında  ifadə  olunur.  Ağlın  tənqidiliyi  keyfiyyətinə  malik  olan  adamlar  duyub 
qavradıqları cisim və  hadisələr  arasındakı yğunsuzluğu asanlıqla görə  bilir və  bununla 
əlaqədar olaraq öz fikirlərini əsaslandıra bilirlər.  
 
5.Təxəyyül haqqında anlayış 
 
Təxəyyülün  mahiyyətini  təsəvvürlərin  dəyişdirilməsi  prosesi,mövcud  olanlar  əsasında 
yeni  surətlərin  yaradılması  təşkil  edir.Təxəyyül,fantaziya  real  gerçəklilyin  yeni 
gözlənilməz  adət  edilməmiş  birləşmə  və  rabitələrdə  inikasıdır.Təxəyyül  və  ya  fantaziya 
təfəkkür  kimi  ali  idrak  prosesləri  sırasına  daxildir.  Təxəyyül  əmək  məhsulu  surətinin 
yaradılmasında ifadə olunan, eləcə də  Təxəyyül və ya fantaziya təfəkkür kimi ali idrak 
prosesləri  sırasına  problemli  situasiyanın  qeyri-müəyyənliklə  xarakterizə  olunduğu 
hallarda  davranış  proqramının  yaradılmasını  təmin  edən  yaradıcı  fəaliyyətin  zəruri 
elementidir. 
Təxəyyül  -  prosesində  bütün  yeni  yaradılmış  və  uydurulmuş  təsəvvürlər,surətlərin 
elementləri real həyatdan götürülmüş keçmiş təcrübələrdən əxz olunmuç saysız hesabsız 
faktların niyyətli və niyyətsiz təhlilinin nəticəsidir. 
         Fantaziya  psixologiyada  xəyalın  bir  elementi  hesab  edilir.Fantaziya  sözünün 
yunanca  mənası  φαντασία    təsəvvür  deməkdir.Bir  sözlə  fantaziya  və  təsəvvür  eyni 
anlamı verən ifadələr olsa da  bir yerdə xəyala aiddir.Qeyd olunur ki,fantaziya insanın 
sağ  beyin  yarımkürəsinin  aktiv  fəaliyyətinin  nəticəsidir  və  obrazlı  təfəkkürə  daxil  olan 
bir prosesdir.Fantaziya incəsənət adamlarında daha canlı daha diri kimidir.Fantaziyanı 
inkişaf  etdirmək  üçün  biz  göydə  buludlara  baxmaqla  ordakı  müxtəlif  fiqurları 
oxşatmalarımızla  fantaziyamızı  da  zənginləşdirə  bilərik.Digər  bir  metod  isə  müxtəlif 
spontan olaraq seçilmiş obyektlərdən istifadə etməklə hekayələr quraşdırmaqdır.Bir biri 
ilə heç bir əlaqəsi olmayan iki söz seçilir və onlar arasında əlaqə yaradılır 
Keçmiş  qavrayış  materiallarının  yenidən  işlənməsi  əsasında  yeni  surətlərin 
yaradılımasından ibarət olan psixi prosesə təxəyyül deyilir. 
Təxəyyül  bədii  əsərlərin  qavranılması,  fikri  məsələlərin  həll  edilməsi,  fəaliyyətin 
planlaşdırılması prosesində bilavasitə iştirak edir və onların məhsuldarlığını şərtləndirən 
əsas amillərdən birinə çevrilir. Təxəyyül də bütün idrak prosesləri kimi xarici aləmin əks 
olunmasıdır. Eyni zamanda təxəyyülün özünə aid xüsusiyyətləri vardır. Qavrayış, hafizə 
kimi  psixi  proseslər  cisim  və  hadisələrdə  gerçək  mövcud  olan  xüsusiyyət,  münasibət  və 
qanunauyğunluqları  əks  etdirir.  Təxəyyül  prosesində  isə  insan  xarici  aləmdə  bilavasitə 
olmayan  yeni  surətlər  yaradır.  Lakin  insan  təxəyyül  prosesində  nə  qədər  yeni  surətlər 

yaratsa  da  heç  bir  şeyi  özündən  uydurmur,  yeni  surətin  ayrı-ayrı  əlamətlərini  yalnız 
həyatdan götürür. Təxəyyül surətlərinin keyfiyyəti insanın təsəvvür ehtiyacının, bilik və 
təcrübəsinin  zəngin  və  çoxcəhətli  olmasından  asılıdır.  Onlar  nə  qədər  əhatəli  olsa,  
təxəyyüldə  yeni  surətlər  yaratmaq  üçün  zəruri  material  da  şox  olar.  Təxəyyül  tarixən 
əmək  fəaliyyətində  təşəkkül  tapmışdır.  İnsan  tədricən  əməyin  nəticələrini  dərk  etməyə 
başlamış, əmək fəaliyyətinin sonunda əldə edilən nəticəni hələ proses başlamazdan əvvəl 
təsəvvür etməyi, fikrən yeni surətləri yaratmağı öyrənmişdir.          
Təxəyyül və üzvi proseslər 
     Bəzi insanlarda fantaziya surətləri o qədər güclü və təsirli olur ki,onlarda buna uyğun 
şəkildə  sinir  pozğunluqları  baş  verə  bilir.Nəticədə  stiqmatizm  (stiqma-  yunanca  yara 
yeri,əlamət  deməkdir)  adlanan  xəstəliklər  meydana  gələb  bilir.Misal  olaraq  İsa 
peyğmbərin  çarmıxa  çəkilmə  shnəsindi  beynində  canlandırıb  buna  real  olaraq  inanan 
insanların ovuclarının içərisində  və ayaq pəncələrində qançır və yaralar əmələ gəlməyə 
başlayır.Stiqmatizm  ən  çox  isterik  xəstələrdə  üzə  çıxır.Həkimin  səhvən  öz  xəstəsinə 
xəstəliyi  ilə  bağlı  şişirtmə  məlumat  verərkən  xəstə  öz  təxəyyülündə  ağır  xəstəliyə 
tutulduğunu canlanrıa bilər və nəticədə heç olmayan bir xəstəliyin simptonları müşahidə 
oluna bilər.Buna yatrogen xəstəliklər deyilir.Müəllimin pedoqoji cəhətdən yersiz əməli və 
ya  onun  ehtiyatsız  sözü  də  sarsıdıcı  təsir  göstərib  fantastik  qorxu  yarada  bilər.Bəzən 
didaktogen  pozğunluqlar  adlanan  əsəb  pozğunluqları  məhz  belə  əmələ  gəlir.Bu  qeyd 
olunanlarla dini stiqamatizm arasında çox yaxınlıq var.Amma oxşar və fərqli cəhəti üzə 
çıxır.Hər  ikisində  fantaziya  təsəvvürləri davranışları tənzim edir  və  fizioloji dəyişiklərə 
səbəb olur.Amma sonuncuda bədənin özünə təsir və iz qoymur. 
İdeomotor  aktlar  –adlanan  aktlar  insan  onları  ancaq  öz  təsəvvüründə  canlandırdıqda 
əmələ  gələn  hərəkətlər  məlumdur.Təcrübədə  bunu  göstərmək  üçün  adama  əlində  yük 
sallanmış  bir  sap  verilir.Ona  tapşırılır  ki,sapı  yüklə  dairəvi  hərəkətini  beynində 
canlandırsın.Vaxt  keçdikcə  əgər  həmin  şəxs  hərəkəti  beynində  aydın  və  parlaq  şəkildə 
canlandıra bilirsə bu zaman şüurda tərəfindən qeydə alınmayan əzələ qüvvəsi meydana 
meydana  gələcək.Bu  da  həmin  insanın  dairəvi  hərəkət  etməsinə  gətirib  çıxaracaq.Buna 
əsasalanaraq  bir  insanın  göz  bəbəyinin  genişlənməsi  və  daralmasına  və  nəbzindəki 
dəyişiklilərə  görə  onun  səmimiyyətini  müəyyənləşdirmək  mümkün  olur.Bu  prinsipi  öz 
işlərində hipnozçular,telepatlar və ekstrasenslər istifadə edirlər.Belə ki,hipnotik yolla bir 
insana  bədən  əzələrinin  bərkləşdiyini  təqin  etməklə  onda  kataleptik  hal  oyatmaq 
mümkündür. 
6. Təxəyyülün növləri 
 
I.Passiv təxəyyül 
İnsan  bir  çox  hallarda  müxtəlif  təxəyyül  surətləri  yaradır.  Lakin  onları  bəzən  həyata 
keçirmir  və  yaxud  elə  şeyləri  fikirləşir  ki,  onları  həyəta  keçirmək  əslində  mümkün 
olmur.  Belə  təxəyyülə  passiv  təxəyyül  deyilir.  Passiv  təxəyyül  həm  niyyətli,  həm  də 
niyyətsiz  xarakter  daşıya  bilər.  Niyyətli  passiv  təxəyyülə  xəyal  və  xülyanı  misal 

göstərmək olar. Xülya zamanı insan əsrarəngiz surətlər yaradır, onları gözləri qarşısında 
canlandıraraq rahatlanır. Lakin onları həyəta keçirmir. 
Niyyətli  şəkildə  yaradılan  lakin  onların  həyatda  təcəssüm  etdirilməsinə    yönəlmiş  iradə 
ilə əlaqədar olmayan bu cür fantaziya surətləri xülya adlanır.  
Passiv təxəyyül surətləri hər hansı bir təsəüratın söz və hissin təsiri ilə niyyətsiz də əmələ 
gələ  bilər.  Xülyadan  fərqli  olaraq  xəyal  arzu  edilən  gələcəyin  surətlərini  yaratmaqdan 
ibarət  olan  təxəyyül  prosesidir.  İnsanın  həyatında  xəyal  mühüm  rol  oynayır.  Həyatla 
bağlı  olan,  hadisələrin  obyektiv  gedişini  düzgün  əks  etdirərək,  onu  ötən  xəyal  həmişə 
insanı fəaliyyətə təhrik etmək cəhətdən çox əhəmiyyətlidir. Hadisələrin təbii gedişindən 
nəşət  etməyən  xəyal  isə  insanı  süstləşdirən,  həqiqəti  təhrif  edən,  həyatla  heç  bir  əlaqəsi 
olmayan  xülyaya  çevrilir.  Buna  görə  də  insanın  öz  xəyal  surətlərinə  tənqidi  münasibət 
bəsləyib, onları idarə etməsi zəruridir. 
II.Aktiv təxəyyülə aiddir: bərpaedici və yaradıcı təxəyyül. 
Aktiv təxəyyül müxtəlif formalarda özünü göstərir. Bərpaedici və yaradıcı təxəyyül onun 
əsas  növləri  hesab  olunur.  Obyektin  təsvir,  çertyoj,  sxem,  not,  xəritə  və  s.  əsasında 
yaradılan surətinə bərpaedici təxəyyül deyilir.Bərpaedici təxəyyül surətlərini xarakterizə 
edərkən  iki  cəhəti  xüsusilə  fərqləndirmək  lazımdır.  Təxəyyül  surətləri  müəyyən  təsvir 
əsasında  yarandıqları  üçün  hafizə  təsəvvürlərini  xatırladırlar,  lakin  hafizə 
təsəvvürlərindən  fərqlənirlər.  Bərpaedici  təxəyyül  surətləri  qavranılan  təsvirin  sonra 
sadəcə  olaraq  yada  salınması  deyildir.  Bərpaedici  təxəyyül  prosesində  insan  qavradığı 
təsviri  özünün  həyat  təcrübəsinə  və  biliyinə  uyğun  olaraq  gözlərinin  qarşısında 
canlandırır. Bərpaedici təxəyyül surətləri düzgün və dəqiq olduqda xüsusilə böyük idrak 
əhəmiyyəti  kəsb  edir.  Onların  dəqiqliyi,  hər  şeydən  əvvəl,  insanın  təsviri  anlamaq 
səviyyəsindən,  dolğun  təsəvvürlərə  malik  olmasından  asılıdır.  Bərpaedici  təxəyyül 
surətlərinin  yaradılması  daxili  prosesdir,  başqa  adamlarla  ünsiyyət  zamanı  bu  surətlər 
əsasən iştirak etmir. 
Təxəyyülün    təhlil  tərkib  xüsusiyyətlərini  araşdırakən  burada  surətlərin  tərkib 
edilməsinin  ən  elementar  forması  aqlyutinasiya-real  həyatda  bir-birlə  birləşməyən 
müxtəlif 
keyfiyyətlərin,xassələrin,hissələrin 
bir-birinə 
“Yapşıdırılması”başa 
düşülür.Burada  nağıl  və  əfsanələrdə  surətlərini  (su  pərisi,kentavr,himera,peqas  və  s) 
misal  olaraq  göstərmək  olar.Bundan  texniki  yaradıcılıqda  istifadə  etmək  olar.Məsələn 
suda üzən təyyarə  və tank,fortepiano və bayanın birləşməsindən yaranan akkordeon və 
s) 
Hiperbolizasiya(mübağilələşdirmə)təsəvvürlərinyenidəndəyişdirilməsidir.Misal 
alaraq 
cisimilərin  böyüdülməsi  və  kiçildilməsi  (dağ  kimi  nəhəng  adam  və  barmaq  boyda 
cırtanlar)  və  cisimlərin  hisslərinin  sayının  artıtılması  (hind  əfsanələrindəki 
ilahələr,yeddibaşlı əjdaha və s.) 
 

 
Mövzu 12. Emosiya, hisslər və iradə 
Qısa icmal: 
1.Hiss və emosiyalar haqqında anlayış 
2.Hisslərin funksiyaları və fizioloji əsasları 
3.Hisslərin keçirilmə formaları 
4.Ali hisslər 
5.İradə, iradi işin əsas mərhələləri 
6.Şəxsiyyətin iradi keyfiyyətləri 
 
            1.Hiss və emosiyalar haqqında anlayış 
 
İnsan  ətraf  aləmdə  baş  verən  hadisələri  yalnız  duyub  qavramaqla,  yadda  saxlamaqla 
kifayətlənmir.  O,  həm  də  dərk  etdiklərinə  müəyyən  münasibət  göstərir.  Ona  görə  də 
insan idrak prosesləri vasitəsilə ətraf aləmi öz beynində əks etdirir, hiss və emosiyaların 
köməyi  ilə  isə  onlara  münasibətini  bildirir.  Deməli,  hisslər  insanın  münasibəti  ilə 
bağlıdır.  Münasibət  isə  şüurla  bağlı  olan  psixi  faktdır.  Cisim  və  hadisələrə  bəslənilən 
münasibətlərin beyində əks etdirilməsindən ibarət olan psixi fəaliyyət psixologiyada hiss 
və emosiya adı ilə ifadə edilir.  
Beləliklə, hisslər insanın dərk etdiyi cisim və hadisələrə, başqa adamlara, həmçinin özünün 
rəftar və davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi prosesdir.  
İnsanın hissləri idrak obyektinə bəslənən subyektiv münasibətlə bağlıdır. Deməli, hisslər 
subyektiv  xarakter  daşıyır  və  o,  şəxsin  bilik  və  təcrübəsindən,  cins,  yaş,  fərdi 
xüsusiyyətlərindən,  eləcə  də  düşdüyü  konkret  vəziyyətdən  asılı  olur.  Hisslərin  obyekti 
ətrafdakı cisim və hadisələr, başqa adamlar, onun subyekti isə şəxsiyyətin özüdür. Başqa 
sözlə,  insanın  praktik  və  nəzəri  fəaliyyətinin  yönəldiyi  və  onda  müvafiq  şəkildə  ifadə 
olunmuş  emosional  təəssürat  əmələ  gətirən  cisim  və  hadisələr  hisslərin  obyekti  hesab 
olunur.Dilimizdə  «hiss»  termini  müxtəlif  mənalarda  işlədilir.  Adətən,  «hiss»  dedikdə, 
duyma,  qavramaq,  hiss  etmək,  dərk  etmək  anlamı  başa  düşülür.  Cəmiyyət  və  təbiət 
hadisələrinə  münasibət  bildirmək  istədikdə  də  bir  elmi  termin  kimi  «hiss»  terminindən 
istifadə  edirik.  Ona  görə  də  adi  həyatda  dərk  etmə  mənasında  istifadə  etdiyimiz  «hiss» 
anlayışı  ilə  münasibətləri  ifadə  edən  «hiss»  anlayışını  bir-birindən  fərqləndirmək 
lazımdır.  «Hiss»  termini  ilə  «emosiya»  termini  arasında  da  həm  oxşar,  həm  də  fərqli 
cəhətlər var. 
Emosiya (latınca «emoverre» həyəcan keçirmək deməkdir) insanın üzvü tələbatının təmin 
olub-olunmaması  ilə  əlaqədardır.  Emosiya  canlı  varlığın,  orqanizmin  vəziyyətini  və 
xarici  təsirlərinin  bioloji  əhəmiyyətini  müəyyənləşdirmək  təlabatı  ilə  bağlıdır.  Hiss  və 
emosiyalar həm də insan davranışını tənzim edən psixi fəaliyyət formasıdır. Emosiyalar 
tələbatların təzahürünün subyektiv forması kimi çıxış edir. Emosiya həm insana, həm də 
heyvana  xasdır.  Hisslər  isə  yalnız  insana  xas  olan  psixi  keyfiyyətdir.  Hisslər  insan 
cəmiyyətinin  inkişafı  prosesində  formalaşmışdır.  Ona  görə  də  hisslər  ictimai  səciyyə 
daşıyır. Hisslər insanın cisim və hadisələrə, insanlara bəslədiyi münasibətin mahiyyətini, 

emosiyalar  isə  bu  münasibətlərin  təzahür  formalarını  ifadə  edir.  Ona  görə  də 
emosiyaları,  hisslərin  təzahür  formaları  kimi  başa  düşmək  lazımdır.  Emosiyaların 
inkişafının ali səviyyəsi davamlı hissləridir. İnsanlar öz hisslərini emosiyalar formasında 
yaşayırlar. 
Emosiyalar  –  insan  təcrübəsinin  hissi  fundamenti  hesab  olunur.  Onlar  ətraf  aləmlə, 
cəmiyyətlə  qarşılıqlı  münasibətləri  zənginləşdirir  və  xatirələrə  dinamiklik  verir.  İnsan 
hiss  və  emosiyaların  köməyilə  gündəlik  həyatında  rastlaşdığı  bioloji,  psixoloji,  sosial 
gərginliklərdən azad olur. Bu psixoterapevtik funksiya kimi orqanizmin relaksasiyasına 
kömək edir. 
Təsəvvür edin ki, siz  yalnız düşünən, hərəkət edən, lakin hiss etməyən varlıq  olsaydınız 
nə baş verərdi? Hiss və emosiya əslində bədənlə şüurun birgə fəaliyyətinin son məhsulu 
və  ya  təzahür  formasıdır.  Hiss  və  emosiya  diqqət,  hafizə,  duyğu,  qavrayış,  təfəkkür, 
təxəyyül və orqanizmin mürəkkəb kombinasiyasıdır.  
İnsanın  idrak  fəaliyyətində  hisslərin  rolu.İnsanın  psixi  həyatı  çoxcəhətli,  rəngarəng  olsa 
da  o  vəhdətdədir.  İdrak  prosesləri  (duyğu,  qavrayış,  diqqət,  hafizə,  təfəkkür,  təxəyyül, 
nitq) emosiya və hisslərlə dialektik vəhdət təşkil edir. Bu köklü qanunauyğunluq müasir 
təlim  nəzəriyyəsi  üçün  fundamental  əhəmiyyətə  malikdir.  Belə  ki,  hissələrin  qeyri  adi 
qüvvəsindən  istifadə  etməklə  şagirdin  və  ya  tələbənin  idrak  fəaliyyətini  fəallaşdırmaq 
yolu ilə, təlim prosesinin məhsuldarlığını yüksəltmək olar. 
Təlim  prosesində  öyrəncilərin  emosional  cəhətdən  fəallaşdırılması  nəinki  elmi,  həm  də 
köklü  praktik  məsələ  kimi  meydana  çıxır.İnsan  hafizəsi  adətən  seçici  xarakter  daşıyır. 
Hafizənin bu önəmli xüsusiyyəti onun hər bir növündə öz təsdiqini tapır. Belə bir önəmli 
qanunauyğunluq ilk növbədə insanın cisim və hadisələrə münasibəti ilə müəyyən olunur. 
Başqa  sözlə  desək  insanda  müəyyən  hiss  və  emosional  hal  doğuran  qıcıqlandırıcı  (söz, 
hərəkət,  hadisə,  cism,  və  s.)  yaddaşda  daha  yaxşı  saxlanılır.  Psixologiyada  hisslərlə 
hafizənin  qovşağında  önəmli  bir  fenomen  –  emosional  hafizə  fenomeni  əmələ 
gəlmişdir.«Kinli  adamın  yaddaşı  uzun  olar»,  «İlan  vuran  ala  çatıdan  qorxar»  tipli  atalar 
sözləri  empirik surətdə hisslərin hafizə və qavrayışa göstərdiyi təsiri təsdiq edir. 
 Qavrayış sahəsində tədqiqat aparan klinist-psixoloqlar psixologiyada təsbit olunan faktı 
təsdiq  edirlər.  Sübut  olunmuşdur  ki,  insan  onun  üçün  təhlükə  törədən,  həyatı  üçün 
qorxulu  olan  cisim  və  hadisələri  bir  qayda  olaraq  düzgün  qavramır.  Yaxud  da  əksinə 
insan sevinc hissini yaşayanda, sevəndə kiməsə vurulanda ətrafda baş verən hadisələrin, 
insanların yalnız yaxşı cəhətini görür, onları dəyişdirmək istəmir, olduğu kimi qavrayır, 
tənqidi  münasibət  bəsləyə  bilmir.  «Sevən  adamın  gözü  kor  olar»  dedikdə  məhz  sevgi 
hissinin qavrayışa göstərdiyi təsir ön plana çəkilir. 
Hisslərin  idrak  fəaliyyətində  rolu  təkcə  qavrayış  və  hafizə  prosesləri  ilə  məhdudlaşmır. 
Təfəkkür, təxəyyül və nitq kimi idrak prosesləri də hisslərlə vəhdətdə cərəyan edir.  
Təfəkkür  və  hiss,  ət  və  dırnaq  kimi  bir-birindən  ayrılmazdır  (Ə.Ə.Əlizadə).  Onların 
vəhdətdə inkişaf etdirilməsi müasir Azərbaycan məktəbi üçün prioritet olmalıdır. Təhsil 
müəssisələrində  təlim-tərbiyə  işlərinin  bu  istiqamətdə  qurulması  daha  da  ahəngdar, 
kamil  şagird  şəxsiyyətinin  formalaşdırılması  deməkdir.  Ali  psixi  funksiya  kimi 
təfəkkürlə hiss arasında funksional – genetik əlaqə mövcuddur. Yeni təhsil konsepsiyası 

şagirdin,  tələbənin  təfəkkürünü  inkişaf  etdirməyi  əsas  məqsəd  kimi  qarşıya  qoyur.  Bu 
yolda hafizə artıq köməkçi vasitəyə çevrilir. Mütəxəssislərin fikrincə son dövrdə bir çox 
yerlərdə,  təhsil  son  dərəcədə  rasionallaşdırılıb  və  verballaşdırılıb.  Belə  olan  şəraitdə 
uşaqların  affektiv  –  emosional  duyumu  öləziyir.  Nəticədə  insanlar  arasında  laqeidlik, 
etinatsızlıq,  biganəlik,  soyuqluq  əmələ  gəlir.  Odur  ki,  şagird  təfəkkürünün 
fəallaşdırılması,  onun  inkişafı  hiss  və  emosiyalardan  təcrid  olunmuş  halda  yox,  onunla 
vəhdətdə,  onun  köməyi  ilə  həyata  keçirilməlidir.  Eksperimental  şəkildə  sübut 
olunmuşdur  ki,  emosional  fəallıq  olmadan  hər  hansı  mürəkkəb  fikri    və  praktik 
məsələnin həlli subyektiv surətdə mümkün deyildir. Odur ki, hər hansı mürəkkəb məsələ 
iki planda həll edilir: 1) emosional,    2) intellektual
Emosional həll dedikdə, şəxsdə məsələnin həlli prinsipinin tapılmasına olan inam hissinin 
əmələ gəlməsidir. Bundan sonrakı əməliyyatla əlaqədar olaraq emosional fəallıq da artır. 
Məsələnin emosional planda həlli, onun intellektual planda həllini surətləndirir. Belə ki, 
Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin