P vitamini – rutin və ya kapilyar-qan damarlarının di-
varlarını möhkəmlədən maddələr (flavonoidlər) kompleksi.
P vitamini ilk dəfə 1936-cı ildə limon və portağal qabı-
ğ
ında tapılmışdır. Müəyyən edilmişdir ki, P vitamini kapillyar-
ların keçiricilik qabiliyyətini artırır. P vitamini askorbin turşu-
sunun çox yayıldığı bitki mənşəli qida məhsullarında olur. Bitki
mənşəli qida məhsullarında bioloji fəallığına görə, P vitamininə
müvafiq gələn bir neçə birləşmə – rutin, hesperidin, kversetin,
antosianlar və katexinlər vardır. Bunlara flavonoidlər adı veril-
mişdir.
P vitamini C vitamini ilə birlikdə toxumalarda oksid-
ləşmə proseslərini fəallaşdırır, dehidroaskorbin turşusunu L-
askorbin turşusuna bərpa edir. Müəyyən edilmişdir ki, sinqa
xəstəliyi ayrıca C vitamini ilə müalicə edilmir, qida ilə orqa-
nizmə mütləq P vitamini də qəbul olunmalıdır. P vitamini eyni
zamanda C vitaminin oksidləşməsinin qarşısını alır.
Bitki mənşəli məhsullarda P vitamini xassəli maddələr-
dən – rutin qarabaşaq yarpaqlarından, hesperidin (sitrin) sitrus
meyvələrinin qabığından, katexinlər (pirokatexin) çay yarpa-
ğ
ından alınmışdır. Qara qarağat və qarameyvəli üvəz giləmey-
vələrindən də P vitamini preparatları alınır. Məhsulların sax-
lanılması və emalı zamanı P vitaminli maddələr yaxşı qalır.
Bitki mənşəli məhsullarda P vitamini fəallığında olan
maddələrin mq%-lə miqdarı aşağıdakı kimidir: qara meyvəli
46
üvəz – 2000; qara qarağat – 1000; itburnu – 680; portağal və
limon – 500; quşüzümü – 240-330; çiyələk – 150-172; üzüm –
290-430; alma – 10-70; çuğundur – 3775; kələm – 10-69;
yerkökü – 50-100; kartof – 15-35.
P vitamininə gündəlik tələbat orta hesabla 35-40 mq-dır.
B
12
vitamini – siankobalamin və ya antianemik vitamin
(C
63
H
90
N
14
O
14
PC
O
). B
12
vitamini tünd qırmızı rəngli, suda
asanlıqla həll olan kristallik maddədir. Tərkibində metal atomu
(C
O
– 4,5%) olan yeganə vitamindir. Molekulunda həm sian və
amin qrupu və həm də kobalt atomu olduğundan B
12
vitamininə
siankobolamin deyilir. B
12
vitamini xolin, kreatin, nuklein tur-
ş
uları və s.-nin sintezində iştirak edən fermentlərdən bir qrupu-
nun tərkibinə daxildir.
B
12
vitamini çatışmadıqda qanazlığı baş verir, qidanın
həzmi, o cümlədən zülalların, yağların və karbohidratların mü-
badiləsi pozulur. Qanazlığının profilaktikasına qarşı ən fəal pre-
paratdır. B
12
vitamini bitkilərdə olmur, bir qrup mikroorqa-
nizmlər tərəfindən sintez olunur. İnsanların və heyvanların ba-
ğ
ırsağqındakı mikroflora tərəfindən sintez olunan B
12
vitamini
ə
sasən qaraciyərdə, böyrəkdə və bağırsaq divarlarında toplanır.
İ
nsan orqanizmi, əsasən qaraciyər, böyrək, ət və süd məhsul-
larında olan B
12
vitamini ilə təchiz edilir. 100 q ərzaq məh-
sullarında B
12
vitamini mkq-la miqdarı aşağıdakı kimidir: mal əti
– 2-8; malın qaraciyəri – 20-50; böyrək – 50-130; ürək – 25; süd –
0,2-0,6; pendir – 1,4-3,6; yumurta sarısı – 1,2; siyənək – 11.
B
12
vitamininə gündəlik tələbat orta hesabla 2-5 mkq-dır.
B
9
vitamini – fol turşusu, folasin (C
19
H
19
O
6
N
7
). Ilk dəfə
bu vitamin 1940-cı ildə cücələr üzərində aparılan tədqiqatlar
nəticəsində müəyyən edilmişdir. Ona görə də B
c
vitamini ad-
lanırdı. 1945-ci ildə B
c
vitamini ilə ispanaqda tapılan fol tur-
ş
usunun eyni olduğu müəyyən edilir. Bitkilərin yarpağında
daha çox olduğu üçün (latınca folium – yarpaq deməkdir) fol
turşusu adlanır. Fol turşusu purin və pirimidin birləşmələrinə,
habelə bəzi aminturşuların (serin, metionin) sintezində iştirak
47
edən fermentlərin tərkibindədir. B
12
vitamini ilə birlikdə
qanyaranması prosesində iştirak edir.
100 q ərzaq məhsulunda fol turşusunun mkq-la miqdarı
aşağıdakı kimidir: qara malın qaraciyəri – 160; böyrək – 45;
mal əti – 10; süd – 4; yumurta – 13; kahı – 40; cəfəri – 117; is-
panaq – 53; pomidor – 11; baş soğan – 5; limon – 3; preslənmiş
çörəkçilik mayası – 1080; pivə mayası – 1470. Fol turşusu ba-
ğ
ırsaq mikroflorası tərəfindən sintez olunduğu üçün gündəlik
tələbat dəqiq müəyyən edilməmişdir. Təxmini norma gündə
0,2-0,4 mq-dır.
B
3
vitamini – pantoten turşusu (C
9
H
17
O
5
N), antidermatit
amili, bitki və heyvan mənşəli məhsullarda geniş yayıldığı üçün
pantoten turşusu adlandırılmışdır (latınca pantoten – hər yerdə).
Bu vitamin 1933-cü ildə düyü kəpəyindən alınmışdır. Suda və
sirkə turşusunda yaxşı, efirdə isə zəif həll olan açıq sarı rəngli
yağabənzər maddədir. Işığa və oksigenə qarşı davamlıdır.
Alfatik turşular, steoridlər, asetil xolin və bir çox başqa
birləşmələrin sintez olunmasında iştirak edən A kofermentinin
tərkibinə daxildir. Çatışmadıqda qaraciyərdə və böyrəklərdə
degenerasiya müşahidə edilir. Bağırsaq mikroflorası tərəfindən
sintez olunduğu üçün bu vitaminin çatışmazlığı kəskin hiss
olunmur.
Ə
rzaq məhsullarında mq%-lə miqdarı aşağıdakı kimidir:
ə
t – 0,7; qoyunun qaraciyəri – 30,0; yumurta – 1,5-2,7; süd –
0,3; pendir – 0,5; kartof – 0,6; tərəvəz – 0,3; göy noxud – 0,7;
çörək – 0,8; yarma – 0,6.
İ
nsan orqanizminin B
3
vitamininə gündəlik tələbatı 10
mq-dır. Insan bu vitaminə çatışmazlıq hiss etmir. Çünki həmin
vitamin bağırsaqlardakı mikroorqanizmlər tərəfindən də sintez
olunur və mənimsənilir.
H vitamini – biotin (antiseboreya). Mayaların inkişafına
və bir çox mikroorqanizmlərə təsir edir. Çatışmadıqda dəri xəs-
təliyi (dermatit) və tüklərin tökülməsi müşahidə edilir. Orqa-
nizmdə gedən yağ mübadiləsində iştirak edir.
48
Biotin suda yaxşı, spirtdə zəif həll olan iynəvarı kristallik
maddədir. O, yağ turşularının sintezinin aralıq mərhələlərində
iştirak edən fermentlər sisteminin kofermentidir. Oksigen mole-
kulunun təsirinə qarşı davamlıdır, lakin qeyri-üzvi turşuların və
qələvilərin təsirindən parçalanır.
Biotin həm bitki və həm də heyvanat mənşəli məhsul-
larda var. Ərzaq məhsullarının 100 q-da mkq-la biotinin miq-
darı belədir: malın qaraciyəri – 200; ət – 5; toyuq yumurtası –
9; süd – 5; çörək – 2-5; düyü – 12; gül kələm – 17; tərəvəzlər –
2-4; kartof – 0,5-1.
İ
nsanın bu vitaminə gündəlik tələbi 150-200 mkq-dır.
YAĞDA HƏLLOLAN VİTAMİNLƏR
A vitamini (retinol, akseroftol). Bu qrupa daxil olan iki
vitamin məlumdur: A
1
və A
2
. Bunlar biri digərindən fiziki-
kimyəvi xassəsinə və fəallığına görə fərqlənir. A
1
vitamini
(retinol) biratomlu doymamış tsiklik spirtdir (C
20
H
29
OH).
Normal şəraitdə açıq sarı rəngli kristallik maddədir. 63-64
0
C-də
ə
riyir. A
1
vitamini molekulunda
β
- ionon halqası və iki ədəd
izopren (metilbutadien) qalığı vardır. Şirin su hövzələrində ya-
ş
ayan balıqların yağında bioloji təsirinə görə retinola oxşayan
bir maddə tapılmışdır. Fəallığı A
1
vitaminin 40%-i qədərdir.
Molekulunda bir ədəd artıq ikiqat rabitə olduğundan de-
hidroretinol – A
2
vitamini – C
20
H
27
OH adlanır.
A vitamini çatışmadıqda böyüməkdə olan orqanizm inki-
ş
afdan qalır, dəri və selikli qişalar quruyur, dərinin qabıqlan-
ması və ümumi arıqlama müşahidə edilir. Erkən meydana çıxan
ə
lamətlərdən biri toyuq və ya gecə korluğudur (hemeraqoniya).
Bu vitamin çatışmadıqda orqanizmin infeksion xəstəliklərə
qarşı müqaviməti zəifləyir. Normal halda insan qanında 60-165
mkq%-ə qədər karotin (provitamin A) olur. A hipovitaminozu
zamanı karotinin miqdarı kəskin surətdə azalır.
49
A vitamini heyvanat mənşəli məhsullarda rast gəlinir.
Lakin bu vitaminə tələbat bitki mənşəli məhsullarda olan sarım-
tıl-narıncı rəngli karotinin (provitamin A) hesabına ödənilir.
İ
nsanların və heyvanların orqanizmində
−
α
−
β
və
γ
karotindən A vitamini əmələ gəlir. Təbiətdə ən çox −
β
karotin
yayılmışdır. Yerköküdə olan karotinin 90%-i
−
β
karotindir.
Orqanizmdə karotin qaraciyər və bağırsaqlarda olan karotinaza
fermentinin təsiri altında iki molekul A vitamininə parçalanır.
C
40
H
56
+ 2H
2
O → 2C
20
H
29
OH
Karotinin müxtəlif növləri biri digərindən tərkibinə daxil
olan
β
- ionon halqalarına görə fərqlənir. Belə ki,
β
- ka-
rotinin molekulunda iki
β
- ionon halqası;
α
- və
γ
- karo-
tinlərdə isə bir
β
- ionon halqası vardır. Ona görə də
β
- ka-
rotin parçalandıqda iki molekul A vitamini;
α
- və
γ
- karotin
parçalandıqda isə bir molekul A vitamini əmələ gəlir.
Sənayedə karotini qırmızı yerköküdən və karotinlə
zəngin olan qabaq sortlarından alırlar.
Qarğıdalıdan, narıngi və portağalın qabığından və buğ-
dadan alınan karotinoidlər də A vitaminin provitaminləridir.
Bunların da tərkibində
β
- ionon və izopren qalıqları olur.
Oksigensiz şəraitdə A vitamini və karotin 120-130
0
C-yə
qədər qızdırıldıqda onların tərkibi və bioloji xassələri dəyişmir.
Oksigenli şəraitdə isə 4 saat ərzində 100
0
C-də vitamin A tama-
minə parçalanır. Məhsulları açıq havada qurutduqda A vitamini
və karotin parçalanır.
Yeyinti məhsullarında A vitamini və karotinin miqdarı
(mq%-lə) aşağıdakı kimidir: A vitamini balıq yağında – 19;
kərəyağında – 0,5; süddə – 0,02; malın qaraciyərində – 0,2; yu-
murtada – 0,4. Karotin – qırmızı yerköküdə – 9,0; sarı yer-
köküdə – 1,1; kahıda – 1,8; kələmdə – 0,4; göy soğanda – 6,0;
ispanaqda – 4,5; turşəngdə – 2,5; pomidorda – 1,2; almada –
50
0,03 mq%-dir. Göründüyü kimi, yerkökü, göy soğan, ispanaq
və turşəng provitamin A ilə zəngindir.
Retinol preparatları treska balıqlarının qaraciyərindən ha-
zırlanır. 1 q balıq yağında 350 BV (beynəlxalq vahid) A vi-
tamini var.
Orqanizmin A vitamininə gündəlik tələbatı 1,0-2,5 mq-
dır. A vitamininə olan tələbatın 1/3 hissəsi həmin vitamin olan
məhsulların hesabına, 2/3 hissəsi isə karotin hesabına ödənil-
məlidir. Ölkəmizdə hipovitaminozun profilaktikası üçün yeyinti
yağlarının (marqarin və mətbəx yağlarının) 100 q-a 2 mq
hesabı ilə A vitamini preparatı qatılır. Isti sexlərdə çalışan fəh-
lələrin gündəlik qida rasionuna 2 mq A vitamini əlavə edilir.
D vitamini – kalsiferol, antiraxit vitamini. Bu vitamin
qidada kalsiumun assimilyasiyasını artırır, böyrəklərdə fosforun
reabsorbsiyasını gücləndirir, sümüklərin əmələ gəlməsi və
möhkəmlənməsi üçün lazımdır. D vitamini çatışmadıqda kal-
sium və fosfor mübadiləsi pozulur, raxit xəstəliyi baş verir. Nə-
ticədə sümük toxumasında kalsium hidrofosfatın toplanması çə-
tinləşir, sümükdə minerallı maddələrin miqdarı azalır, sümüklər
yumşalır və asanlıqla əyilir. D vitaminin müxtəlifliklərinin –
D
2
, D
3
, D
4
, D
5
, D
6
, D
7
quruluşu bir-birinə yaxın, bioloji fəallığı
isə müxtəlifdir. Ən geniş yayılmış sterolların törəməsi olan D
2
və D
3
vitaminləridir (C
28
H
44
O və C
27
H
44
O).
Sterolların əsas nümayəndəsi olan erqosterola ultrabə-
növşəyi şüalarla təsir etdikdə D
2
vitamininə (erqokalsiferol), 7-
dehidroxolesterinə təsir etdikdə isə D
3
vitamininə (xolekal-
siferol) çevrilir. Ona görə də sterollara provitamin D deyilir. D
3
vitamini D
2
vitamininə nisbətən insan orqanizminə fəal təsir
göstərir. Ərzaq məhsullarından D vitamini ilə zəngin olanları,
ə
sasən heyvanat mənşəli məhsullardır. 100 q məhsulda mkq
hesabı ilə D vitaminin miqdarı aşağıdakı kimidir: treska ba-
lığının qaraciyəri – 125-750; malın qaraciyəri – 0,2-1,2;
yumurta sarısı: qışda – 3,5; yayda – 12,5; kərəyağı: qışda – 0,3-
51
0,5; yayda – 1,2; ultrabənövşəyi şüalarla emal edilmiş bitki
yağı – 25-50; quru pivə mayası – 2500-12500.
Təcrübələr göstərir ki, yay fəslində südün və kərəyağının
tərkibində D vitamininin miqdarı çox olur. Gün işığında olan
ultrabənövşəyi şüalar heyvan orqanizmində sterinlərin D
vitamininə çevrilməsini sürətləndirir.
D vitamininin miqdarını ifadə etmək üçün beynəlxalq va-
hid olaraq erqokalsiferolun 0,025 mikroqramı qəbul edilmişdir.
Gündəlik tələbat 400 beynəlxalq vahidə və yaxud 10 mkq-a
bərabərdir. Uşaqların D vitamininə gündəlik tələbatı yaşlılara
nisbətən 2-2,5 dəfə çoxdur. Yaşlı adamlar gün işığı altında çox
qaldıqlarına görə, onların D vitamininə qarşı tələbatı, başlıca
olaraq daxili ehtiyatlar hesabına ödənilir.
E vitamini – tokoferol (C
29
H
50
O
2
). Bu vitamin hücey-
rənin lipoid maddələrini oksidləşmədən qoruyur. E vitamini
heyvanlarda uzun müddət çatışmadıqda əzələ distrofiyasına,
qısırlığa səbəb ola bilir. Bu maddəni ilk dəfə 1936-cı ildə Evans
buğdanın rüşeymindəki yağın tərkibində tapmışdır. Tokoferol
yunanca tokos – doğuş, phero – törətmək mənasını daşıyır. Ona
görə də E vitamini nəsil vitamini də adlanır.
1938-ci ildə isə Emerson quruluşca bir-birinə oxşayan və
bioloji təsirinə görə fərqlənən 3 maddə -
−
α
,
−
β
və −
γ
to-
koferollar əldə etdi.
−
α
tokoferolun vitamin aktivliyi
−
β
tokoferoldan 2,5 dəfə çoxdur.
Tokoferollar yağlı maye olub bitki yağında, etil spirtində
yaxşı həll olur. E vitamini istiliyə davamlıdır. Oksigensiz
şə
raitdə 170-200
0
C kimi qızdırdıqda parçalanır, lakin ultra-
bənövşəyi şüaların təsirindən parçalanmır. Antioksidant kimi
yağların oksidləşməsinin qarşısını almaq üçün tətbiq edilir. E
vitamini ən çox dənli bitkilərin rüşeymindəki yağda və bitki
yağlarında vardır. E vitamininin mq%-lə miqdarı aşağıdakı
kimidir: buğda rüşeymi – 25; qarğıdalı rüşeymi – 15-25; vələ-
mir – 18-20; çovdar – 10; təzə tərəvəz – 1,5-2,0; süd – 0,1-0,5;
kərəyağı – 1,5-2,5; yumurta - 1-3; günəbaxan yağı – 60; soya
52
yağı – 120; qarğıdalı yağı – 100. Gündəlik tələbat 12-15 mq-
dır.
K vitamini – filloxinon. Qaraciyərdə protrombinin sin-
tezini sürətləndirir, qanın laxtalanma qabiliyyətini artırır. Belə
güman edilir ki, K vitamini protrombinin sintezində iştirak
edən fermentin aktiv qrupudur. Insanların qidasında K vita-
minin olmaması avitaminozun əmələ gəlməsi ilə nəticələnmir.
Çünki K vitamini normal bağırsaq florasını təşkil edən mik-
roorqanizmlər (E.Coli) tərəfindən sintez olunur. Əgər həddin-
dən artıq antibiotiklər qəbul edilirsə, bağırsaqlarda yaşayan
bakteriyalar tələf olurlar. Belə hallarda K vitaminin sintezi
pozulur. K vitamini K
1
, K
2
və K
3
müxtəlifliyində olur. Bunlar
metilnaftoxinonun törəmələridir. Bitkilərdə K
1
vitamini hey-
vanat mənşəli məhsullarda K
2
vitamini olur. K
1
vitamini –
filloxinon – C
31
H
46
O ilk dəfə yoncadan alınmışdır. K
2
vitamini
C
41
H
56
O
2
– farnoxinon iylənmiş balıq unundan alınmışdır. K
1
və K
2
vitaminlərinin kimyəvi təbiətini 1939-cu ildə İsveç alimi
Karrer müəyyənləşdirib. K
1
vitamini K
2
vitamininə nisbətən 2
dəfə aktivdir. K
1
vitamini rəngsiz yağlı mayedir, K
2
vitamini
isə açıq sarı rəngli kristallik maddədir. Hər ikisi suda həll
olmur, üzvi həlledicilərdə həll olur.
1942-ci ildə A.V.Palladin yüksək aktivliyə malik suda
həll olan K
3
vitamini – C
11
H
8
O
2
almışdır. K
3
vitamini məh-
luluna natrium-bisulfat əlavə etməklə A.V.Palladin suda həll
olan birləşmə – vikasol əldə etdi. Vikasolun təsiri K
1
vitamini
kimidir, ancaq ondan ikiqat fəaldır. Müasir tibbdə K
3
vitami-
nindən qanaxmalara qarşı, mədə və onikibarmaq bağırsaq yara-
sının müalicəsində, xəstələri cərrahiyyə əməliyyatına hazır-
ladıqda geniş istifadə olunur.
Müxtəlif məhsullarda K vitaminin miqdarı mq%-lə aşa-
ğ
ıdakı kimidir: göy noxud – 0,1-0,3; çiyələk – 0,12; kartof –
0,08; pomidor – 0,4; ispanaq – 4,5; ət – 0,15; donuzun qa-
raciyəri – 0,6. Orqanizmin bu vitaminə olan tələbatı dəqiq
müəyyən edilməmişdir, çünki K vitamini bağırsaqlarda da
53
sintez olunur. Orta yaşlıların bu vitaminə təxmini tələbatı
gündə 0,2-0,3 mq-dır.
VİTAMİNƏBƏNZƏR MADDƏLƏR
B
15
vitamini – panqam turşusu – C
10
H
19
O
8
N. 1950-ci
ildə Tomiyama öküzün qaraciyər ekstraktında B
12
vitaminindən
fərqli naməlum bir maddə aşkar edərək, onu B
15
vitamini ad-
landırdı. 1951-ci ildə Krebs ərik toxumu ekstraktından bioloji
fəal maddə alaraq, ona panqam turşusu adı verdi. Sonralar düyü
kəpəyinin, pivə mayasının, at qaraciyərinin tərkibindən də
panqam turşusu alındı və B
15
vitamini ilə panqam turşusunun
eyni maddə olduğu sübut edildi. Panqam turşusu ürək-damar
sisteminin fəaliyyətinə, lipid mübadiləsinə, hipoviz və böy-
rəküstü vəzilərin funksiyasına müsbət təsir göstərir. Oksigen
mübadiləsini artırır, xolin və metionin biosintezinin normal get-
məsinə şərait yaradır. Panqam turşusunun kalium duzu preparat
şə
klində təbabətdə geniş tətbiq olunur. Ağ kristallik maddə
olub suda yaxşı həll olur. B
15
vitaminin gündəlik norması 2 mq-
a qədərdir. Adından məlum olduğu kimi, (pan – hər yerdə,
qami
- ailə) təbiətdə və yeyinti məhsullarında geniş yayılmış
maddədir. Bəzi mənbələrdə B
15
suda həll olan vitamin kimi
səciyyələndirilir.
Paraaminobenzoy turşusu – (PAB) C
7
H
7
O
2
N (piq-
mentasiya amili). Bəzi bakteriyalar üçün böyümə amili adlanır.
Heyvan və bitkinin toxuma və hüceyrələrinin tərkib hissəsinə
daxildir. Heyvanların qidasında çatışmadıqda tüklərin ağarma-
sına səbəb olur. İnsan orqanizmi üçün paraaminobenzoy turşu-
sunun əhəmiyyəti tam müəyyən edilməmişdir. Fol turşusunun
tərkibinə bir komponent kimi daxildir. Təbiətdə paraamino-
benzoy turşusu sərbəst, asetilləşmiş formada və ya peptid
birləşmələri şəklində rast gəlinir. Ərzaq məhsullarının 100 q-
nın tərkibində mkq-la aşağıdakı kimidir: mal əti – 65; donuz əti
– 80; malın qaraciyəri – 250; toyuq yumurtası – 40; inək südü –
54
10; ispanaq – 60; kartof – 36; yerkökü – 22. Insanın paraamin-
benzoy turşusuna tələbi hələlik müəyyən edilməmişdir.
İ
nozit – C
6
H
12
O
6
(mezoinozit, mioinozit) – 1848-ci ildə
Libix tərəfindən ət suyundan alınmışdır. 1850-ci ildə Şerer bu
maddəni kristallik şəkildə əldə etmiş və şirin olduğunu nəzərə
alaraq, ona ət şəkəri və ya inozit adı vermişdir. Altıatomlu tsik-
lik spirtdir.
Qida vasitəsilə inozitin orqanizmə daxil edilməsinin zə-
ruriliyi yalnız siçan və siçovullar üzərində aparılan təcrübələrə
ə
sasən müəyyən edilmişdir. Tərkibi məlum olan bütün vita-
minlər qatılmış sintetik qidalarla yemlənən siçanların tükləri
tökülür və inkişafdan qalır. Lakin qaraciyər ekstraktı heyvanları
sağaldır. Təcrübələr vasitəsilə müəyyən edilmişdir ki, qaraciyər
ekstraktında belə heyvanlara müalicəvi təsir göstərən maddə
inozitdir. Ətin, qaraciyərin, böyrəyin, beynin və bəzi balıqların
ə
tində vardır.
İ
nozitin insanlar üçün vitamin vəzifəsi daşıması hələlik
mübahisəlidir.
U vitamini (S - metilmetionin). 1949-cu ildə Çiney ilk
dəfə olaraq kələm şirəsinin mədə və onikibarmaq bağırsağın
peptid xoralarına müalicəvi təsir göstərdiyi müəyyən etmişdir.
Bu vitaminin adı latın dilində olan ulcus – xora sözünün baş
hərfidir. Həzm vəzifələrinin normal fəaliyyətinə, yaraların
sağalması və epitel toxumaların əmələ gəlməsinə müsbət təsir
göstərir.
Mak Rori U vitaminin kristallik bromlu duzları şəklində
ə
ldə etmiş, onun S – metilmetionin-sulfat olduğunu sübuta ye-
tirmişdir. 1972-ci ildən bu maddə dərman preparatı kimi isteh-
sal edilir. U vitamini xolinin endogen sintezini sürətləndirməklə
orqanizmə lipotron təsir göstərir. Ağbaş kələmdə – 85; yer-
köküdə – 36; pomidorda – 48; qulançarda
– 100-160 mq% U
vitamini vardır. Kərəviz və ispanaqda da təsadüf olunur.
Ubixinon (koenzim Q). Canlı orqanizmdə çox geniş ya-
yılmış kofermentdir. Toxuma və hüceyrələrdə təsadüf edilir.
55
Suda həll olmayan, 49
0
C-də əriyən neytral lipiddir. Ubixinonun
avitaminozu müşahidə edilməyib. Çünki bu bioloji fəal maddə
insan orqanizmində mevalon turşusundan, fenilalanin və
triozinin mübadilə məhsullarından sintez olunur. Bəzi xassələ-
rinə görə vitaminlərə oxşardır. Ubixinon E vitaminin çatışmaz-
lığı hallarında bəzən onu əvəz edir. Əzələ distrofiyası və ürək
fəaliyyətinin çatışmazlığı hallarında da şəfaverici təsir göstərir.
Ürək əzələsinin hər q-da 53 mq, qaraciyərdə 410 mq Ubixinon
olur.
Dostları ilə paylaş: |