İş
in prezentasiyası
129
nə qədər dəqiq aparıla bilərsə, bir o qədər də maraqlı çıxışa nail olmaq olar.
Çıxış zamanı verilmiş vaxt limitinə riayət olunmalıdır. Birinci dəfə çıxış
edənlərə öncədən sınaq çıxışını məşq etmə məsləhət görülür. Vaxtın
uzadılmasına yol verilsə də, o dinləyicilərdə müsbət fikir yaratmır. Sonda
vaxt darlığını hiss edən məruzəçi danışıq tempini artırmaqla vaxtı idarə edə
bilər.
Hazırlıq zamanı aşağıdakı köməkçi suallardan istifadə etmək məsləhət
görülür [60]:
- Kimlər prezentasiyada iştirak edəcəklər (iş yoldaşları, elmi işçilır,
konfrans iştirakçıları və s .) ?
- Publikanın xüsusi bilik səviyyəsi necədir? Hansı sahələrə üstünlük
vermək olar?
- Prezentasiya üçün hansı köməkçi vasitələrdən istifadə etmək olar?
(Proyektor, bimer, poverpoint, flipçart, və s.).
- Prezentasiya üçün nə qədər vaxt ayrılıb?
- Sonda muzakirə nəzərdə tutulubmu?
Dostları ilə paylaş: