Işin prezentasiyası
126
-
Etos ( natiqin xarakteri, onun çıxışının sosial duruma uyğunluğu),
-
Pafos (ifadə olaunan predmet haqqında publikanın emossiyaları).
O dövrdən bəri loqos və pafos prinsipial dəyişikliyə məruz qalmadığı
halda, etos daimi zamandan, milliyyətlərdən, sosial və yaş kimi müxtəlif
xarakteristikalardan asılıdır. Hər dövr öz ritorik idealını yaradır.
Yunanıstanda əsası qoyulan ritorika Roma imperiyasında şagirdlərə artıq
dərs kimi tədris edilirdi. Şagirdlər çıxışetmə vərdişlərinə yiyələnir, tarixi,
hüquqi və fiktiv problemlər haqqında nitq söyləyirdilər [73]. Kvinitilian
məktəbini yaratmaqla romalılar ilk dəfə olaraq ritorika kafedrasına da sahib
idilər. Hal-hazırda çıxışın hazırlanması zamanı tətbiq olunan 5 əsas mərhələ
də Kvintilianda tədris olunan klassik ritorikaya aiddir (Cədvəl 6.1).
Dostları ilə paylaş: