5.2.2. İşin hissələrə bölünməsi
İş
in strukturu onun ayrı–ayrı hissələrinin formal təsvirindən asılıdır.
Yuxarıda qeyd edilən struktur təşkilediciləri işin məzmunundan asılı olaraq
müxtəlif dərinliyə qədər hissələrə bölünə bilərlər. İşin hissələrə bölünməsi
oxucuya müəllifin ideyalar ardıcıllığı, onların həyata keçirilməsi, eyni
zamanda işin əsas xəttini, ayrı-ayrı hissələri arasındakı münasibətləri və
müəllifin bu bölmələrə ayırdığı diqqəti göstərir.
Bu baxımdan fəsillərin və alt fəsillərin kifayət dəqiqliklə və məntiqi
bölünməsini planlamaq üçün onlar arasında olan məntiqi asılılıqlar öncədən
analiz edilməlidirlər. Burada aşağıdakı aspektlər fərqləndirilir:
Üst, eyni və ya aşağı təbəqəyə aid olmaq;
Bir–birinin əksinə olmaq;
Yazma metodikası
94
Səbəb–nəticə münasibəti;
Məqsəd–vasitə münasibəti;
Hissə–tam münasibəti;
Əvvəlki və ya sonrakı münasibət.
Elmi mövzunun aspektləri arasında belə bir münasibətin olması əlyaz-
manın uyğun hissəsində öz əksini tapmalıdır. Tələbə yalnız intensiv
ə
dəbiyyat araşdırmasından və mövzu üzrə müəyyən kompetensiya əldə
etdikdən sonra ilkin strukturu və mündəricatı hazırlaya bilər.
İş
in ilkin strukturunun hazırlanması və onun müəyyən məntiqlə
düzülməsi təkcə oxucu üçün bir köməkçi vasitə deyil, eyni zamanda o
müəllifin özü üçün də vacib alət sayılır. İlkin formada hazırlanmış bölmə
siyahısı ilk baxışdan işin yerinə yetirilmə planı kimi də interpretasiya edilə
bilər. Ona görə də, tələbə mövzunu seçdikdən və analiz etdikdən sonra işin
ilkin strukturunu işləməli və mündəricat tərtib olunmalıdır.
İş
in məntiqi strukturunun tərtibində tədqiqat problemi və onun
çözülməsinə təsir edən amillər nəzərə alınmalıdır. Şəkil 5.2–dən göründüyü
kimi, burada problemin özünün struktur təşkilediciləri əhəmiyyətli rol
oynaır.
Birinci halda bütün prosedurlar bir problem ətrafında cərəyan etsə də,
ikinci və üçüncü hallarda öncə ayrı–ayrı problemlər ayrılıqda həll olunur və
sonda onların nəticələri qoyulmuş məqsədə uyğun olaraq ümumiləşdirilir.
Bir çox hallarda mövzunun işlənməsi zamanı hər hansı iş ardıcıllığına
riayət olunması yoxlanmalıdır. Adətən 3 hal mövcuddur. Ən az yayılmış
sərbəst həll ardıcıllığıdır. Burada müəllif işin bir neçə hissəsini paralel
işləyə bilər. Məntiqi məcburi ardıcıllıq tələb edən işlərdə işin strukturu
ə
vvəlcədən müəyyən qədər təyin edilir. Burada tədqiqatçı problemin həll
yolunun tələb etdiyi ardıcıllıqdan kənara çıxa bilməz. Məsələn,
“Keyfiyyətlə bağlı xərclərin qeyd olunması, planlanması və nəzarəti”
mövzusundan göründüyü kimi tədqiqatçı öncə məlumatları toplamalı,
planlamalı və sonda nəzarəti araşdırmalıdır. Üçüncü halda tədqiqat zamanı
işləmə ardıcıllığının seçilməsi qeyri–sərbəstdir. İlkin olaraq vacib problem
və onun hissəsi işlənir, sonra digərləri.
Yazma metodikası
95
Dostları ilə paylaş: |