MergedFile


 Elmi işin əsas hissəsinin tərtibi



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə75/113
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#36950
1   ...   71   72   73   74   75   76   77   78   ...   113
2016-2204

5.2.3. Elmi işin əsas hissəsinin tərtibi 
Giriş,  mətn  hissəsi  və  nəticə  elmi  işin  məzmununu  göstərən  əsas 
təşkiledicilərdir.  
Girişdə adətən tədqiqat mövzusunun aktuallığı əsaslandırılır, məqsəd və 
məsələlər formulə edilir. İşin obyekti və predmetinin də qısa təsviri burada 
yer  alır.  Problemin  qabardılması  ilə  eyni  zamanda  mövzunun  tədqiqat 
sərhəddinin cızılması birbaşa bağlıdır. Giriş əsas hissənin maksimal 5%-ni  
təşkil  etməlidir  ki,  işi  oxumağa  başlayan  şəxsdə  bütün  işə  maraq  oyana 
bilsin.  
Problemin  həlli  metodları  oxucuya  əvvəldən  məlum  olmalıdır.  Formal 
tələblərə  riayət  etdikdə  bu  addımlar  işin  bölmələrində  özünü  göstərir.  Bu 
haqda  oxucuya  girişdə  məlumat  verilməlidir.  Təcrübələr  göstərir  ki,  işdə 
problemin  qoyuluşu  imkan  daxilində  işin  lap  əvvəlində,  yəni  girişdə  izah 
olunmalıdır.  Çünki  sonrakı  mərhələdə  işin  strukturunun  tərtibi  ona  əsas-
lanır. İş başa çatdıqda, yəni nəticələr bəlli olduqdan sonra ilkin mərhələdə 
formulə  edilmiş  girişin  yenidən  baxılması  və  lazım  gəldikdə  korreksiya 
olunması məsləhət görülür.  
İş
in  əsas  hissəsində  qoyulmuş  elmi  məsələnin  həllində  tətbiq  olunmuş 
metod  və  texnikalara  ətraflı  baxılır,  alınmış  nəticələr  təsvir  edilir.    Bu 
hissənin məzmunu tədqiqat mövzusunun məqsədinə uyğun olaraq müəyyən 
struktura  malikdir.  Əsas  hissədə  işin  formal  olaraq  bölünmüş  fəsillərinə, 
alt-fəsillərinə  və  bölmələrinə  uyğun  gələn  mətnlər  müqayisə  olunabilən 
arqumentasiya  müstəvisində  yerləşməlidirlər.  Bir  fəsildən  digərinə  keç-
dikdə  seçilmiş  düşüncə  ardıcıllığı  sistematik  olaraq  işin  strukturunda  öz 
ə
ksini  tapmalıdır.  Ona  görə  də,  mətnin  tərkibi  zamanı  arqumentlərin 
təkrarlanmasına yol verilməməlidir.  
İş
in  strukturundan  onun  icrası  zamanı  nəzəriyyə,  empiriya  və  ya 
metodika  sahələrindən  hansına  töhfə  verilməsi  görünür.  Elmi  işin 
ə
lyazmasının  hazırlanması  bir  tərəfdən  tədqiqat  mövzusundan,  digər 
tərəfdən  tədqiqatçının  yaradıcılıq  fəaliyyətindən  asılı  olduğundan,    aşağı-
dakı  nümunə  variantları  yalnız  ümumi  şəkildə  təklif  və  ya  izahlar  kimi 
qəbul edilməlidir.  
Elmi işin əsas hissəsi həmişə baza fəsli ilə başlayır. Bu fəsildə seçilmiş 
mövzuya aid əsas anlayışlar və elmin hazırkı durumunu təsvir edən məlu-


Yazma metodikası 
 
 
  99 
matlar  verilir.  Onun  ardınca  elmi  arqumentlərə  söykənən  əsaslandırma 
gəlir.  İşin  istiqamətindən  asılı  olaraq  bu  ya  nəzəri  iş  daxilində  isbatlama 
yolu ilə, ya empirik tədqiqatda seçilmiş həll yolunun təsviri, ya da konsep-
siyanın  tərtibinin  ayrı–ayrı  pillələrinin  işlənməsində  göstərilir.  Üçüncü 
fəsildə  alınmış  nəticələrin  prezentasiya  və  diskusiyası  yer  alır.  Aparılan 
tədqiqat işinin mövzusundan və onun digər fənlərlə əlaqəsindən asılı olaraq 
işin strukturu genişlənə bilər. 
Elmi  işin  əsas  hissəsini  təşkil  edən  bu  üç  bölmənin  həcminə,  yəni 
səhifələrin  sayına  sərt  tələblər  qoyulmur.  Belə  məhdudiyyətin  qoyulması 
heç məqsədəuyğun da deyil. Çünki, müəllif bu formal tələbə əməl etməyə 
çalışacağından  nəticədə  problemin  kifayət  qədər  açılmasına  maneçilik 
törədilə bilər.    
 Elmi  iş  ilk  növbədə  öz  məzmunu  ilə  oxucunu  inandırmalıdır.  Yaxşı 
proporsiya  ilə  strukturlaşdırılmış  formaya  malik  işdə  bu  məqsədə  çatmaq 
asandır.  Bundan  əlavə  fəsillər  arasında  səlis  keçidlər  yaratmaqla  işin 
məntiqi  ardıcıllığını  aydın  göstərmək  və  “axımlı”  oxumaya  şərait 
yaradılmış olur. 
Nəticə  işin  girişində  təsvir edilmiş  məqsədə  uyğun  olaraq alınmış  elmi 
nəticələri ardıcıl və məntiqi şəkildə təsvir edir. İşin son nəticəsini oxuduqda 
tədqiqat  prosesi  ərəfəsində  qazanılan  elmi  yenilikləri  görmək  olur.  Nəticə 
aparılmış  işlərin  məntiqi  ilə  şərtlənir  və  əsas  hissədə  verilmiş  elmi 
informasiyanın sintez formasını daşıyır. Nəticə əsasən 1‒2 səhifə həcmində 
olur. 
 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin