MergedFile


 İnternet materiallarından sitatların gətirilməsi



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə81/113
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#36950
1   ...   77   78   79   80   81   82   83   84   ...   113
2016-2204

5.2.6. İnternet materiallarından sitatların gətirilməsi  
Yuxarıda qeyd edildiyi kimi, istifadə olunan mənbələrin elmi işdə dəqiq 
və  düzgün  verilməsi  vacib  tələblərdəndir.  Bu,  internetdən  götürülmüş 
materiallar üçün də eyni qaydada qüvvədədir. Onu da qeyd etmək lazımdır 
ki,  intenet  mənbələrinin  yoxlanması  digərlərinə  nisbətən  daha  tez  və 
asandır. İndiyə qədər internet mənbələrindən sitatların göstərilməsi üçün bir 
neçə  təklifin  işlənməsinə  baxmayaraq  onlardan  istifadə  zamanı  müxtəlif 
dərəcəli çətinliklər meydana çıxır.  
Bu  çətinlik  bir  tərəfdən  ondan  ibarətdir  ki,  internet  materiallarının 
müəllifini heç də həmişə asanlıqla tapmaq mümkün olmur. Digər tərəfdən 
rəqəmsal media mənbələrinin (verilənlər bankı, bloqlar, məzmunu dinamik 
dəyişilən portallar) çoxsaylı olması sitatların gətirilməsini elə də asan etmir. 
Başlıca  problem  ondan  ibarətdir  ki,  təkcə  URL–lər  yox,  həmçinin  onların 
məzmunu  və  veb–səhifələrinin  strukturu  daimi  olaraq  yenilənir.  Bu 
problemlərə o da əlavə olunur ki, əksər internet mənbələrinin arxivləşdirilib  


Yazma metodikası 
 
 
  107 
uzun müddət istifadəçilər üçün əlçatan olmasına baxmayaraq, bəzi səhifələr 
müəyyən vaxtdan sonra pozulur və ya başqa ünvana köçürülürlər. İnternet-
də  verilmiş  mətnlərin  neçə  səhifədə  yerləşməsini  ayırd  etmək  heç  də 
həmişə  mümkün  olmur.  Ciddi  internet  portalları  öz  səhifələrində  mətnləri 
səhifələrə bölünmüş şəkildə yerləşdirirlər. Bu arzuolunan olsa da, ona heç 
də həmişə rast gəlinmir.  
Qeyd  olunan  çatışmamazlıqlara  baxmayaraq  son  illərdə  internet 
mənbələrindən  istifadə  üçün  Beynəlxalq  Standartlaşdırma  Təşkilatı 
tərəfindən vahid standart təklifi işlənib müzakirəyə çıxarılmışdır (İSO 690–
2: 1997). 
 İnternet mənbələrindən sitatların gətirilməsi zamanı aşağıdakılara nəzər 
yetirmək  lazımdır.  Əgər  internet  resursunun  çap  analoqu  varsa,  onda  çap 
versiyasına üstünlük verilir. İşdə göstərilən sitatın elektron versiyasını şəxsi 
kompyüterdə  yaddaşa  vermək  və  çap  etmək  məsləhət  görülür.  Şəbəkədə 
eyni  sənədin  müxtəlif  versiyaları  olduqda  onda  müəlliflə  əlaqəyə  girib 
onlardan  hansının  daha  üstün  olmasını  öyrənmək  gərəkdir.  İnternet 
mənbələrinin  sitat  kimi  göstərilməsində  adi  üsuldan  istifadə  edilir  və  o, 
xüsusi  məlumatlarla  genişləndirilir.    Sitatın  göstərilməsinin  ümumi  sxemi 
belədir: 
 Müəllifin adı və inisialları; 
 Nəşrin sərlövhəsi, yanında [Elektron resurs] göstərilir; 
 Nəşr verilənləri; 
 Texniki xarakteristikası; 
 Nəşrin mənbəyi. 
 
Misallar: 
Cəbrayılov, İ. Təhsil fəlsəfəsinin inkişaf tendensiyalarının bəzi aspektləri [Elektron 
sənəd] // Azərbaycan müəllimi.  
URL: 
http://www.muallim.edu.az/arxiv/2015/42/37.htm 
(Baxılma 
tarixi: 
14.11.2015). 
Ümumi  təhsil  pilləsinin  dövlət  standartları  və  proqramları  (kurikulumlar). 
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 13 iyun tarixli qərarı. 
[Elektron  sənəd].  URL:  http://edu.gov.az/upload/file/tehsil-pillesinin-dovlet-
strandartlari-ve-proqramlari.pdf.  (Baxılma tarixi: 17.11.2015). 


Yazma metodikası 
 
 
 
108 
Məmmədova,  V.  Körpələrimizi  necə  qidalandırmalı.  Bizim  ailə  jurnalı.  [Elektron 
sənəd].  URL:  http://www.bizimaile.az/arxiv.php?bax=meqale&id=157.  (Baxılma 
tarixi: 17.11.2015). 
Oğuz,  O.  Dedem  Korkut  Kitabı'nın  Mukaddimesi  ile  Boylar  Arasındaki  Organik 
Bağ. Milli folklor. e-Millî Folklor Nr. 107. URL: http://www.millifolklor.com/tr/.  
(Baxılma tarixi: 17.11.2015). 
 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin