Yazma metodikası
111
yazılır. İzahat ondan sağ tərəfdə yerləşdirilir və tire ile ayrılır. Mətndə cəmi
bir qeyd olanda nömrələnmə aparılmır. Çoxlu sayda qeydlər olduqda isə
onlar ardıcıl nömrələnirlər. Burada qeyd sözü yalnız bir dəfə yazılır.
Məsələn: “
Azərbaycanda 2015-ci ildə pul axınını öyrəndikdə iqtisadçılar
bu period üçün bazar iqtisadiyyatının prioritet sahələrini təyin ediblər”.
Qeyd: 1. Verilən qrafik Azərbaycanın sənaye şəhərlərindəki maliyyə
axınını göstərir. 2. Qrafik 1 yanvar 2015 il ilə 1 iyun 2015-cü ildəki zaman
kəsiyini əhatə edir”.
Qeydləri mətndə haşiyə kimi də göstərmək mümkündür. Belə qeydlərə
sətiraltı qeydlər deyilir. İzah edilən söz, rəqəm, mətndən sonra haşiyə üçün
işarə qoyulur. İşarələr ərəb rəqəmləri ilə sətirin üstündə yerləşdirilir.
Sətiraltı qeydləri göstərmək üçün həmin səhifənin aşağı hissəsinin sol
tərəfində uzunluğu 4–5 sm olan xətt çəkilir. Xətt ilə mətnin sonuncu
cümləsi arasındakə məsafə 4–5 sətirə bərabər olmalıdır. Bu xəttin altında
qeydlər yazılır və hər növbəti qeyd yeni sətirdən başlanır. Sətiraltı qeydlər
mətndəki şriftin ölçüsündən kiçik olur və hər qeydin sonunda nöqtə
qoyulur.
Ə
lyazmanın müxtəlif hissələrində yerləşən, amma bir-biri ilə məzmunca
bağlı olan mətnləri əlaqələndirmək üçün göstəricilərdən istifadə edilir.
Burada uyğun səhifənin nömrəsini vermək lazımdır ki, oxucunun axtarışa
çox vaxtı getməsin. Onu da qeyd etmək vacibdir ki, əlyazmada belə
göstəricilərdən imkan daxilində az istifadə etmək məsləhətdir. Ümumiy-
yətlə göstəricilərdən yalnız istisna hallarda istifadə etmək məqsədə-
uyğundur. Çünki, mətnin oxunulmamış hissələri arasında ora-bura keçmək
oxucunun fikrini dağıda bilər.
Qeydlərin daxil edilməsi zamanı diqqət yetirilməli məqalardan biri də
ə
lyazmanın bu qeydlərsiz də oxunula bilməsi və anlaşıqlı olmasıdır. Buna
riayət etmədikdə verilmiş qeyd əlyazmanın bir hissəsinə çevrilir.
Dostları ilə paylaş: