Yazma metodikası
112
mətnə daxil eidlən əlavələrə verilən istinadların nömrələri əlavənin
ardıcıllığı ilə üst-üstə düşməlidir.
Ə
lavəni növbəti ağ səhifədən başlayırlar. Bu səhifənin ortasında
“ƏLAVƏLƏR” qeyd olunur. Hər bir əlavənin öz başlığı olur və yeni
sətirdə yazılır. Əlavələr I və O istisna olmaqla azərbaycan əlifbasının
hərfləri ilə işarələnir. Qeyd sözündən sonra əlavənin ardıcıllığını göstərən
hərf qeyd olunur (məslən: ƏLAVƏ B). Əlavələrin sayı həddən çox olduqda
onları ərəb rəqəmləri ilə nömrələmək daha məqsədəuyğundur. Əgər işdə
yalnız bir əlavə varsa o “ƏLAVƏ A” kimi göstərirlər. Hər bir əlavədəki
mətni bölmələrə ayırmaq mümkündür. Onlar verilmiş əlavənin daxilində
nömrələnir. Əlavələr və əsas mətn olan səhifələrin nömrələnməsi ardıcıl
aparılırlar.
Dostları ilə paylaş: