Yazma metodikası
116
Mövzunun dəqiq sərhədlərinin müəyyənləşdirilməməsi tələbənin
verilmiş vaxt çərçivəsində işin keyfiyyətlə yazmasına imkan vermir. Bu
ə
dəbiyyatların tapılması və seçilməsində də özünü göstərir.
Mətnin yazılmasında onlar çox vaxt elə ilk andan ədəbiyyatlardan
oxuduqları mətnlərin oxşarını yazmağa cəhd edirlər. Bunun mümkün
olmadığını anlamayan tələbə yaranan problemləri özünün qabiliy-
yətsizliyi kimi qiymətləndirir. İlkin yazılan mətnin korrektə edilməsi
metodlarını bilməmək işin gedişini daha da çətinləşdirir. Onlar
bilməlidirlər ki, mətn ilkin olaraq qaralama şəklində yazılır, sonra
tədricən düzəlişlər edilərək təkmilləşdirilir və lazımi səviyyəyə salınır.
Mətnin başqaları tərəfindən vaxt aşarı tənqidi oxunulmasına imkan
yaratmaqla belə problemlərin aradan qaldırılmasına nail olmaq olar.
Tələbə kənardan olan tənqidləri mənfi hal kimi yox, onun işinin
mükəmməlləşdirilməsinə bir vasitə kimi qiymətləndirməlidir.
Orta məktəb təhsil prosesində sərbəst elmi mövzularda işlərin yazılması
çox az tədris olunduğundan, tələbələrdə yazma kompotensiyasının inkişafı
ali məktəblərin üzərinə düşür. Burada söhbət sadəcə işin formal qaydalara
uyğun tərtib olunmasından yox, ideyanı əslində sərbəst işləməklə dəqiq,
məntiqi və kommunkativ şəkildə mətnə çevirməkdən gedir. Əsasən,
ixtisasdan asılı olaraq mətnlə intensiv işləyən tələbələrin sistematik olaraq
yazma vərdişlərinin genişlənməsi tədris olunan fənlərin tərkib hissəsinə
çevrilməlidir. Yalnız ixtisas fənləri ilə əlaqədə tələbə həmin sahədə
mükəmməl mətnlərin tərtibinə nail ola bilər. Bu baxımdan, tələbələr ali
məktəb tədris prosesində elmi işin tərtibi üsulları ilə bərabər yazmanın
üstünlüklərini də öyrənməlidirlər.
Dostları ilə paylaş: