MergedFile



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə91/113
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#36950
1   ...   87   88   89   90   91   92   93   94   ...   113
2016-2204

5.3.3.2.  Sərbəst yazma 
Sərbəst  yazma  kreativ  yazma  texnikasına  aid  olan  növbəti  metoddur. 
Burada düşünmə prosesi zamanı ideyalar axını heç bir dəyişiklik edilmədən 
kağıza köçürülür.  Müəllif təxminən 15‒20 dəqiqə ərzində ağlına gələn hər 
bir  ideyanı  qeyd  edir.  Bu  zaman  ayrı-ayrı  sözlər,  söz  birləşmələri  və  ya  
cümlələr  yaranır  və  yazma  prosesi  kəsilmədən  davam  etdirilir.  Fasiləsiz 
yazma  tələbəyə  yazma  axınına  maneə  ola  biləcək  refleksiyanı  aparmağa 
imkan vermir.  
Bu metodun müxtəlif məqsədləri vardır. O, yazmağa həvəs olmadıqda, 
ə
n azından yazmağa başlamağa kömək edir və beyindəki ideyaları nizam-
lamağa imkan verir. Sərbəst yazma metodu mövzuya girişə bilməyən tələbə 
ilə  mövzu  arasında  münasibət  yaradır.  Proses  zamanı  ortaya  elə  də  güclü 
mətnlər  çıxmasa  da,  bu  tələbənin  yazma  qabiliyyətini  gücləndirir.  İlk 
baxışdan xaotik qeydlər kimi gözə çarpan sərbəst yazılar, sonradan nizamlı 
yazmağa yol açır. Sərbəst yazma aşağıdakı texnikaları özündə cəmləşdirir: 


Yazma metodikası 
 
 
  119 
  Sərbəst assosiasiya; 
  Assosiasiyalar zənciri; 
  Sürətli yazma; 
  Avtomatik yazma. 
Sərbəst  assosiasiya  kreativ  yazmanı  tədris  metodu  kimi  təbliğ  edir. 
Tələbə verilmiş mövzu haqqında assosiasiyalarını qeyd edir. Sərbəst asso-
siasiyalara dalma zamanı tələbə heç bir plan olmadan, yazmağa başlayır  və 
o  mövzu  ətrafında  düşündükdə  daxili  şəkillər,  düşüncələr  və  ideyalarını 
daha  yaxşı  cəmləyə  bilir.  Assosiasiyaların  biruzə  verməsi  çox  zaman 
mövzu  ətrafında  mətnin  strukturunun  yaradılmasına  ilkin  yardım  göstərir. 
Alınmış  assosiasiyalar  zənciri  təfəkkürün  içərisinə  daxil  olur  və  yazmanı 
proses kimi təsvir edir.    
Sürətli  yazmada  kreativ  yazmanın  praktiki  tətbiqinə  nəzər  salınır. 
Avtomatik  yazmada  isə  dilin  qrammatikasına,  orfoqrafiyasına  o  qədər  də 
diqqət  vermədən,  ideyaların  söz,  söz  birləşmələri  və  cümlələr  şəklində 
sürətlə  yazılmasına cəhd edilir. Xətaların olması o qədər də vacib sayılmır.    
Sərbəst  yazma  metodu  1960–cı  illərdə  Ken  Makror  tərəfindən  yaradıl-
mış və sonralar Peter Elbou tərəfindən inkişaf etdirimişdir [68]. 
 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin