klonik
tonik – klonik
Lokal qıcolmalar:
tonik
klonik
Tonik qıcolmalar - əzələlərin yavaş-yavaş yığılması,
klonik qıcolmalar isə əzlələrin sürətli
yığılması ilə xarakterizə olunur.
Bəs, qıcolma tutması hansı şəkildə baş verir?
Belə ki, bu zaman insan birdən-birə bir neçə saniyə ərzində sanki donub qalır, sonra göz
qapaqları bağlanır və o yıxılır, daha sonra isə ətraf əzələləri yığılmağa başlayır. Bəzi hallarda isə
əksinə olaraq insanın bədəni mil kimi dartılaraq gərginləşir. Adətən xəstənin ağzından xeyli
köpük xaric olur, bəzən isə qusma da baş verir. Qıcolma tutmasının sonunda qeyri-ixtiyari sidik
ifrazı da ola bilər. Qıcolma tutması xəstənin yuxuya getməsi ilə başa çatır.
Kiçik uşaqlarda qıcolma tutmasının formalarından biri - huşun itirilməsi, bayılma, kəskin şəkildə
əzginlik kimi əlamətlərlə meydana çıxır ki, bu zaman uşaq birdən-birə yumşalır və ətrafdakı
hadisələrə heç bir reaksiya vermir. Qıcolmaların ən böyük təhlükəsi ondan ibarətdir ki, bu zaman
dilin qatlanması və ya qusuntu kütləsinin tənəffüs yoluna düşməsi tənəffüsün dayanmasına səbəb
ola bilər. Tənəffüsün dayanmasının profilaktikası üçün, xəstəni sadəcə olaraq böyür üstə
uzatmaq lazımdır. Zərərçəkənin ağzından onun dilini zorla çıxarmağa cəht etməyin!
Qıcolmalar həm böyüklərdə həm də uşaqlarda təsadüf edilə bilər.
Dostları ilə paylaş: