Ürək-ağciyər reanimasiyasının effektivliyinin kriteriləri aşağıdakılardır:
1. Döş qəfəsinin kompressiyası zamanı yuxu arteriyasında nəbz dalğası;
2. Döş qəfəsinin adekvat ekskursiyası və dəri örtüyünün rənginin yaxşılaşması;
3. Bəbəklərin daralması və işığa reaksiyasının bərpası.
Uşaqlarda ürəkdaxili inyeksiyaya göstəriş: uşağın intubasiya edilməməsi və 90 san ərzində
venapunksiya təmin edilməsi mümkün olmadıqda. Şprisə taxılmış 6-8 sm uzunluqda iynə ilə sol
mədəcik punksiya edilir. Döş sümüyündən solda IV və V qabırğarasında aşağı qabırğanın üst
kənarı ilə döş sümüyünə perpendikulyar punksiya aparılır. İynəni daxilə keçirərkən şprisin
porşeni daim geriyə dartılmalıdır. Şprisdə qanın görünməsi iynənin mədəcikdə olduğunu
göstərir. Ürəkdaxili inyeksiyada mərkəzi venalar punksiya edilməlidir. Sümükdaxili
inyeksiyalar-damar mənfəzini əldə etmək üçün alternativsiz üsuldur. Əsasən körpücükaltı
sümüyün ön yuxarı kənarı istifadə olunur.
Dostları ilə paylaş: |