Mühazirə MÖvzu 1 reanimatologiyaya giRİŞ


Anesteziologiyanın əsasları. İnhalyasion narkoz



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə106/108
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#37089
1   ...   100   101   102   103   104   105   106   107   108
Mövzu 1 1

Anesteziologiyanın əsasları. İnhalyasion narkoz 

     Anesteziolologiya – ağrının, hissiyyatın aradan götürülməsi yolları haqqında elmdir. «An» – 

inkar etmə, rədd etmə, «estes» – hissiyyat və «loqos» – elm mənasını verir. Ağrı hissiyyatının 

olması normal, fizioloji bir hal kimi qəbul edilməlidir. Ağrı qoruyucu səciyyə daşımaqla əksər 

xəstəliklərin mühüm simptomlarından biri kimi təzahür edir. Yəni bir çox xəstəliklər orqanizmin 

bu və ya digər nahiyəsində ağrının əmələ gəlməsilə özünü büruzə verir və xəstəni həkimə 

müraciət etməyə vadar edir. Bütün tibb elmləri kimi müasir anesteziologiya-reanimatologiya da 

sürətlə inkişaf edir. Bu gün müasir həkim- anestezioloq- reanimatoloqların professional səviyyəsi 

xeyli yüksəlmişdir. Lakin müalicəsi cərrahi yolla aparılan xəstəliklər zamanı ağrı arzuolunmaz 

amil kimi meydana çıxır, həkimə mane olmaqla yanaşı, xəstə üçün fəlakətlər törədə bilir. Bu 

halda ağrının qarşısı alınmadan hər hansı müdaxilənin və ya cərrahi əməliyyatın aparılması 

xəstəni şok vəziyyətinə sala bilər. 

Anesteziologiyanın əsas vəzifəsi xəstəni cərrahi müdaxiləyə hazırlamaq, əməliyyatın ağrısız 

olmasını təmin etmək, həyat əhəmiyyətli orqanların fəaliyyətini tənzimləmək və cərrah üçün 

əməliyyatın tam həcmdə aparılmasına optimal şərait yaratmaqdan ibarətdir. 

Müasir anesteziologiyada kombinəolunmuş narkoza üstünlük verilir. Yəni cərrahiyyə əməliyyatı 

zamanı tətbiq edilən narkoz bir neçə dərmanın işlədilməsilə həyata keçirilir. 

Anesteziya ( yunanca anaisthia ) – hissi sinirlərin zədələnməsi nəticəsində hissiyyatın itməsidir. 

Süni anesteziya – ağrısızlaşdırma cərrahi əməliyyatlarda ağrı hissini aradan qaldırmaq üçün 

istifadə olunur. Bu ümumi ağrısızlaşdırma – narkoz və ya yerli anesteziya şəklində aparıla bilər. 

Anesteziologiya – ağrısızlaşdırma problemlərini öyrənən , cərrahi əməliyyat və ondan sonra 

orqanizmin vacib həyati funksiyalarını idarə edən kliniki təbabətin bir sahəsidir. 

Ağrısızlaşdırma ən qədim üsullardan biridir. İnsanlar qədim zamanlardan başlayaraq ağrı ilə 

mübarizə etməyə çalışmış, ağrını azaltmaq üçün müxtəlif vasitələrə əl atmışlar. İlk ağrıkəsici 



vasitələr müxtəlif bitkilərdən alınan dəmləmə, bişirmə şəklində istifadə olunurdu. Bitkilərin 

şirəsindən və yandırıb tüstüsündən ağrıkəsici kimi istifadə edirdilər. 

Anesteziyanın bir çox növləri vardır, lakin ən sadə və universal qəbul olunmuş formaları 

aşağıdakılardır: 




Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin