Bir sıra hallarda klinik şəraitdə traxeostomiya aparılaraq, sonra traxeyadakı həmin yarıqdan xəstə
intubasiya olunur və ağciyərlərin süni ventilyasiyası icra olunur.
ÜRƏYİN MASAJ
FORMALARI
Ürəyin xarici və daxili masajı ayırd edilir. Ürəyin xarici masajı hadisə yerində, daxili masaj isə
operasiya otağında aparılır. Ürəyin qapalı masajında əks-göstərişlər: döş qəfəsinin daxilə keçən
yaralanmaları, pnevmotoraks, hava emboliyası və ürək tamponadası.
Ürəyi masaj etdikdə o sıxılaraq qanı aortaya, oradan yuxu və ağciyər arteriyalarına qovur,
ağciyərlərdə qan oksigenlə zənginləşir. Ürəyin sıxılması dayandırıldıqda isə ürək yenidən qanla
dolur.
Körninq üsulu ilə ürəyin qapalı masajının aparılma texnikası:
-xəstə arxası üstə sərt əşya üzərində uzadılır;
-döş qəfəsinə, ürək nahiyəsinə 1-2 prekardial yumruq vurulur;
-masaj aparan şəxs xəstənin böyründə durub, sol əlini tam açaraq xəncərvari çıxıntıdan 2 sm
yuxarı, döş sümüyünün aşağı orta 1/3-nin üzərinə, bir qədər sola doğru olmaqla qoyur. Sonra sağ
əli mil-bilək oynağında maksimal qatlanmaqla, həmin əlin ovuc səthini sol əlin üzərinə qoyur və
bir qədər önə doğru əyilməklə bədənin ağırlığını qollara salır;
-sonra döş qəfəsinə bu vəziyyətdə təzyiq göstərərək onu 4-5 sm dərinliyinə fəqərə sütununa
təkanvari sıxıb buraxırlar.
Belə hərəkətlər 1 dəqiqədə 60-70 dəfə olmaqla təkrar olunur.
Bir yaşınadək uşaqlarda qapalı ürək masajı iki barmaqla barmaqların uclarını xəncərvari
çıxıntının qurtaracağına qoymaqla – dəqiqədə 100-120 dəfə təkanvari zərbələr endirməklə
aparılır.
Bir-on beş yaşlı uşaqlarda isə ürək masajı bir əllə icra edilir. Arteriya daxilinə Neqovski üsulu ilə
qanın qovulması.
Bu əməliyyatı həkim aparır. Hər hansı arteriya (mil, bud, yuxu və s.) daxilinə 200-250 ml qanı (1
ml noradrenalin əlavə edilərək) 150-220 mm c.s. təzyiqi altında köçürürlər. Sonra isə qan və
digər qanəvəzedicilərin (poliqlükin, reopoliqlükin, 5%-li qlükoza və s.) venadaxili köçürülməsi
davam etdirilir.
Dostları ilə paylaş: