1. arxası üstə uzanmış, yaxası açılmış xəstənin burnunun üzərinə tənzif sərirlər
2. sonra yardım edən şəxs dərindən nəfəs alaraq, ağzını xəstənin burnuna dayayır, digər əli ilə
alt çənəni sıxır və havanı xəstənin ağ ciyərlərinə qovur
3. “S” vari havaüfürən boru vasitəsilə süni tənəffüsün verilmə texnikası. Bu cür borulardan
istifadə edilməsi gigiyenik cəhətdən ən düzgün yoldur
1. yuxarıda təsvir etdiyimiz qayda ilə xəstə arxası üstə uzadılır, ağzı açılaraq oraya “S” vari
boru yeridilir
2. sonra nəfəs verən şəxs xəstənin başı üzərində oturmuş vəziyyətdə dərindən nəfəs alaraq,
borunun çöldə qalan hissəsindən havanı xəstənin ağciyərlərinə qovur
Bu 3 üsuldan hər birində 1 dəfəyə xəstənin ağciyərlərinə 1,5 l hava qovulur. Havanın verilməsi
arasındakı fasilələr 3-5 saniyə olmalıdır. Aparılan süni tənəffüsün səmərəliliyi hava qovulan
zamanı döş qəfəsinin qalxması, passiv nəfəsvermədə isə onun enməsi əsasında müəyyən edilir.
Xəstənin ağciyərlərinə qovulan havada 15-17 % O2 və 2-4% karbon qazı olmasına baxmayaraq
bu ekspirator üsullar olduqca səmərəlidir.
Dostları ilə paylaş: