2. Alt çənənin önə çıxarılması üsulu:
Hər iki əlin barmaqları çənəaltından yapışmaqla, baş barmaqlar isə ağız bucağının yanlarından
aşağıya doğru çənəni tutmaqla alt çənə önə doğru çıxarılır, aşağıya doğru dartılır ki, alt kəsici
dişlər üst kəsicilərdən öndə dursun. Bu üsul komada olan, əzələlər boşalmış halında olan
xəstələrdə asanlıqla aparılır.
3. Baş barmaqla ağızın açılması:
a) sağ əlin baş barmağını ağıza salıb, qalan 4 barmaqla çənə altından tutaraq aşağıya doğru
dartırlar.
b) Alına qoyulmuş sol əllə isə başı arxaya doğru itələyirlər. Bu üsulla ağız açıldıqda alt çənədəki
kəsici dişlər üst çənədəki kəsici dişlərdən önə çıxır.
Bundan əlavə aşağıdakı bir sıra üsullardan da istifadə edilə bilər: Havaüfürən borunun tətbiqi:
Yuxarıda qeyd etdiyimiz üsullarla yuxarı tənəffüs yollarının keçiriciliyini bərpa etmək mümkün
olmadıqda havaüfürən borulardan istifadə edilir. Havaüfürən boru dilin kökünü basmaqla onun
qatlanaraq tənəffüs yollarını tutmasına imkan vermir. Bu borular ağızdan, yaxud burundan
yeridilir və “S”-vari formada olurlar.
Dostları ilə paylaş: |