Mövzu 2
Ağ ciyər, ürək reanimasiyası
Xəstəni terminal vəziyyətdən-klinik ölümdən çixartmaq üçün görülən təxirəsaliınmaz tibbi
tədbirlər kompleksi olan reanimasıyanın (reanimasiya-yenidən canlandırma) əsas vəzifəsi
hipoksiya ilə mübarizə aparmaq və orqanizmin sönmüş (və ya sönməkdə olan) funksiyalarını
bərpa etməkdən ibarətdir.
Bütün ölüm hallarında ilkin dövrdə klinik əlamətlərin triadası aşkar edilir:
1. ürəyin dayanması-asistoliya
2. tənəffüsün olmaması-apnoe
3. huşun itməsi-koma
Yardım göstərən şəxs qəfil ürəyi və ya tənəffüsü dayanmış, yaxud huşu itmiş xəsarət almış
insanda minimal da olsa həyat əlamətləri aşkarlayarsa, dərhal reanimasiya tədbirlərinə
başlamalıdır:
Həyat əlamətləri bunlardır:
- ürək döyünmələrinin olması. Bu məqsədlə 1 əli, yaxud qulağı döş qəfəsinin sol yarısına–döş
vəzisi olan yerə qoyurlar;
- arteriyalar üzərində nəbzin ələnməsi-nəbzi mil, ağır hallarda boyunda yuxu və ya bud arteriyası
üzərində təyin edirlər;
- tənəffüsün olması-bunu döş qəfəsinin və qarının hərəkəti, ağıza və buruna tutulmuş güzgünün
tərləməsi və burun dəliklərinə yaxınlaşdırılmış pambıq parçasının hərəkəti əsasında təyin edirlər;
- bəbəklərin işığa qarşı reaksiyasının olması-gün işığında gözün birini əllə tutub, bir qədər
saxladıqdan sonra qəflətən əli kənara çəkir və bu zaman bəbək daralır. Gecə isə fənərin işığını
gözə salır və bu zaman işığa qarşı bəbəklərin daralması baş verir.
Ürək döyünmənin, tənəffüsün, bəbəklərin işığa qarşı reaksiyasının olmaması və iynə batırdıqda
heç bir cavab reaksiyası alınmaması ölümün şübhəli əlamətləri sayılır və bu əlamətlər klinik
ölüm vəziyyətində də ola bilər, belə hallarda təxirəsalınmaz reanimasiya tədbirləri aparılmalıdır.
Beyin qabığı hüceyrələri oksigen aclığına çox həssas olduqlarından hipoksiyaya 5-6 dəq dözə
bilirlər. Ona görə də bu müddətdən sonra beyin hüceyrələri sıradan çıxır (dekortikasiya) və beyin
ölümü baş verir, yəni klinik ölüm bioloji ölümə keçir.
Bioloji ölüm həyat fəaliyyətinin geridönməz şəkildə dayanmasıdır, orqanizmin canlı sistemi
fəaliyyətinin son mərhələsidir.
Dostları ilə paylaş: |