Klinik ölüm-terminal halların son, həyatla ölüm arasında keçid mərhələsi olub, 3-6 dəqiqə
davam edir. Kilinik ölüm ürək fəaliyyəti və tənəffüsün tam dayanması, MSS-nin sıradan
çıxmasından sonra baş verir. Zahiri olaraq xəstədə heç bir həyat əlamətləri müşahidə edilmir.
Klinik ölüm zamanı aşağıdakı əlamətlər olur: huşun tam itməsi, arefleksiya, ürək fəaliyyətinin
dayanması, nəbzin olmaması, arterial təzyiqin sıfıra bərabər olması, bədən hərarətinin enməsi,
qıcolmalar, qeyri-iradi sidik və nəcis ifrazı. Lakin ürək və tənəffüs dayandıqdan sonra mübadilə
prosesləri kəskin zəifləsə də tam dayanmır, anaerob qlikoliz hesabına hələ bir müddət davam
edir. Bu səbəbdən də bir müddət toxumalarda ilk növbədə baş beyin qabığı hüceyrələrində hələ
geridönməz dəyişikliklər baş vermir və ona görə də klinik ölüm geri qaytarılan bir hal sayılır.
İlkin tibbi yardımın 5 növü ayırd edilir:
Dostları ilə paylaş: |