Mühazirə MÖvzu 1 reanimatologiyaya giRİŞ


 Dövran edən qanın həcminin və tərkibinin bərpası;        2



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə25/108
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#37089
1   ...   21   22   23   24   25   26   27   28   ...   108
Mövzu 1 1

     1. Dövran edən qanın həcminin və tərkibinin bərpası;  

     2. Qanın reoloji hüsusiyyətlərinin yaxşılaşdırılması;  

     3. İnfuzion rehidratasiya (makro-və mikrosirkulyasiyanin saxlanılması);  

     4. Elektrolit balansının və turşu-qələvi tarazlığın normallaşdırılması;  

     5. Aktiv infuzion dezintoksikasiya.  

İnfuzion terapiya üçün mühtəlif məhlullar istifadə oluna bilər. Kristalloidli və kolloidli məhlullar 

ayırd edilir. Kristalloidlərə elektrolitlər (fizioloji məh., Ringer, laktosol) və karbohidrat 

məhlulları aiddir.  

Kalloid məhlulları isə aşağıdakılardır:  

Dekstranlar (poliqlükin), jelatin, kraxmal, albumin, plazma, protein. Bunların molekulyar çəkisi 

böyük olduğu üçün uzun müddət damar daxilində qala bilirlər və qanın həcmini təmin edirlər. 

Eyni zamanda bunlar qanəvəzedicilərə də aiddir.  

Dövran edən qanın həcminin bərpası üçün dekstranlar (poliqlyukin, reopoliqlyukin, 

reoqlyuman), jelatinlər, qan preparatları istifadə olunur. İndiki zamanda kolloid qanəvəzedicilər 

geniş tədbiq olunur- infukol, stabizol.  

Qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırmaq üçün aşağı molekullu dekstranlardan, rehidratasiya 

üçün NaCl məhlulu, laktosol, Rinqer- lok, məhlulu, disol, trisol, atsetosol və s. istifadə olunur. 

Elektrolit balansının tez bir zamanda normallaşması üçün hüsusu mühitlər təklif olunub- kalium 

və maqnezium asparaqinatı, ionosteri.  

Turşu-qələvi tarazlığın pozulmasında: asidozda - natrium laktat və ya bikarbonat, alkalozda isə 

qlükozada həll olunmuş 1N HCl turşusu tədbiq olunur. Metabolik asidoz hiperkaliemiya ilə 

müşayiət olunur, alkaloz isə hipokaliemiya ilə. Hipokaliemiyanın müalicəsi üçün 0,5-0,7% KCl 

5% və ya 10% qlükoza məhlulu ilə birgə v/d+ insulin 1 TV 3-4 q qlükozaya, hiperkaliemiyada 

isə v/d 10% qlükoza məhlulu insulinlə birgə istifadə olunur. Plazmada kaliumun səviyyəsini 

aşağı salmaq üçün diuretiklər (furosemid v/d) yeridilir. Onun ürəyə olan təsirini azaltmaq üçün 

Ca preparatlarını (Ca qlükonat, CaCl) təyin edirlər.  

Dezintoksikasiya üçün qlükoza məhlulu, hemodez, polidez məhlulu məsləhətdir. Bunlarla yanaşı 

yüksək diurez təmin olunması da vacibdir (furosemid). 

İnfuzion terapiyanın həcmi xəstənin vəziyyətindən asılıdır. Arterial təzyiq qorxusuz səviyyəyə 

(80-100mm c.s.) qaldırılana qədər infuziya sürətlə aparılır. Sonraki dövrdə arterial təzyiqin 

sabitləşməsi, mərkəzi venoz təzyiqin 40-50-mm c.s. qədər qalxması, diurezin bərpası (saatda 30 

ml- dən az olmamaq şərtilə) infuziyanı damcı üsulu ilə davam etdirilməsinə imkan verir.  




İnfuzion terapiya adətən venalar vasitəsi ilə aparılır. Venaya məhlulları damcı və şırnaqla 

yeritmək olar. Şırnaqla yeritmək üçün 10-20 ml-k şpris istifadə edilir. Adətən məhlulu 

venepunksiya və ya veneseksiya aparıb dirsək venasına yeridillər. Dövran edən qanın həcmini 

tez bir zamanda bərpa etmək lazım gəldikdə (operasiya vaxtı çoxlu qan itirdikdə, şok və ya 

kollaps zamanı) məhlulları şırnaqla yeridirlər, lakin bir dəfəyə 500 ml-dən artıq yeritmək olmaz. 

Damcı üsulu sutka ərzində bir neçə litr maye köçürməyə imkan verir.  

Bu üsulun bir neçə üstün cəhətləri vardır:  

  xəstəyə əziyyət vermir;  



  yeridilən maye tədricən sorulur və orqanizmda uzun müddət qalır;  

  arterial təzyiq qalxıb enmir və ürəyin işini ağırlaşdırmır.  



Yeridiləcək mayeni 40 dərəcəyə qədər qızdırmaq lazımdır və onun soyumamasına fikir vermək 

lazımdır.  

Damarların istifadəsi mümkün olmadıqda, və yaxud xəstəni nəql edərkən, məhlulu dəri altına 

yeritmək mümkündür (NaCl steril izotonik məhlul, 5% qlükoza və s.). Sutka ərzində d/a 3 litrə 

qədər, lakin birləşdirici toxumanı zədələməmək üçün bir dəfəyə 500 ml- qədər maye yeritmək 

olar. Sutka ərzində yeridilən mayenin yarısını saat 9-dan 15-ə qədər, qalan hissəni isə saat 18-

dən 24-ə əgər yeridirlər. Məhlulları d/a uzun müddət yeritmək üçün ən münasib nahiyə-budun on 

səthidir.  

Beləliklə, terminal hallarda ürək və ağciyər reanimasiyası ilə yanaşı v/d infuziya quraşdırılır və 

şırnaqla 1: 10 000 durulaşmada olan 1,5-2 ml adrenalin yeridilir. Bunun üçün ampuladaki 

standart məhlulla 9 ml NaCl izotonik məhlul əlavə olunur. Adrenalinlə birgə 2,4% eufillin 

məhlulu və 2-3ml 10% CaCl məhlulu yeritmək olar. Adrenalinin yeridilməsi ürək ritminin bərpa 

olunmasına qədər hər 5 dəqiqədən bir təkrar olunur. Adrenalin əvəzinə daha güclü təsirli 

novodrin istifadə oluna bilər. Na hidrokarbonat məhlulu asidozla mübarizə üçün vacibdir. Bunlar 

əsasən kiçik dalğalı fibrillyasiyalarda əhəmiyyətlidir və onun iridalğalı formaya keçməsinə 

kömək edir. Sonra defibrillasiya təkrarlanır və ürək ritmi bərpa olunur. İri dalğalı 

fibrillasiyslarda v/d şırnaqla 1mq/kq lidokain yeridilir 2% məhlul 2-3,5 ml, sonra damcı üsulu ilə 

1dəq. 20 damcı (20ml 2% lidokain 80ml 5% qlükozada həll olunur). Asistoliyada+v/d şırnaqla 1 

mq atropin, lazım gəldikdə təkrarən də yeridilir. Hiperkaliemiya və asidozla mübarizə üçün Na 

bikarbonat köçürülür. Ürəyin masajı və sünni ventilyasiya davam etdirilir.  

Reanimasiya başlanandan 30-40 dəqiqə ərzində heç bir nəticə alınmazsa, meyit əlamətləri 

meydana çıxarsa, aparılan tədbirlərin dayandırılması məsləhət görülür. 




Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin